© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Appel-İrqanq və başqaları Almaniyaya qarşı (Appel-Irrgang and Others v. Germany), ərizə № 45216/07
06.10.2009-cu il tarixli qərar [V Bölmə]
1 saylı Protokolun 2-ci maddəsi
Valideynlərin fəlsəfi baxışlarına hörmət hüququ
Valideynlərin dini baxışlarına hörmət hüququ
Dövlət orta məktəblərində məcburi qaydada keçilən dünyəvi etika dərslərində şagirdlərin iştirak etməməsinə icazə verilməməsi: şikayət qəbul edilən deyil
Faktlar – 2006-cı ildə Berlin Bundestaqı "Məktəblər haqqında" Qanuna dövlət orta məktəblərində bütün şagirdlər üçün məcburi etika dərslərinin keçilməsini nəzərdə tutan dəyişiklik etdi. Dini əqidələrinə görə protestant olan ərizəçilər məktəb rəhbərliyindən xahiş etdilər ki, birinci ərizəçi etika dərslərində iştirakdan azad edilsin, amma buna nail ola bilmədilər. Onların bütün sonrakı müraciətləri də rədd edildi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 2-ci maddəsi: Ərizəçilər əsasən ondan şikayət edilər ki, etika dərsləri neytral deyil və bu dərslərin dünyəvi təbiəti onların dini baxışlarına ziddir. Məhkəmənin fikrincə, mənşələrindən asılı olmayaraq orta məktəb şagirdlərinin şəxsi və ictimai həyatdakı fundamental mədəni və etik problemləri həll etmək meyllərinə və qabiliyyətlərinə, habelə mədəniyyətlərarası dialoqda iştirak etmək və etika məsələlərini dərk etmək imkanlarına yardım etməli olan bu dərslər 1 saylı Protokolun 2-ci maddəsində təsbit olunmuş plüralizm və obyektivlik prinsiplərinə və Avropa Şurası Parlament Assambleyasının tövsiyələrinə zidd deyildi. Bu dərslər neytral idi və burada bir din və əqidə digərindən üstün tutulmurdu. Bu dərslərdə şagirdlərə əsas dəyərləri aşılayır və şagirdləri onlardan fərqli düşünən insanların fikirlərinə hörmətlə yanaşmağa öyrədirdilər. Bundan başqa, Federal Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, müəllimlərin dərslərdə keçilən məsələlərə dair öz baxışlarının olduğu və onları şagirdlərə izah edəcəkləri ehtimal edilsə də, müəllimlərin bu məsələdə şagirdlərə lüzumsuz təsir göstərmələrinə icazə verilmirdi. Bu fənnin tədrisinə gəlincə, Məhkəmə qeyd etdi ki, müvafiq dərs ilində bu fənn konkret olaraq tədris edilərkən ərizəçilərin dini baxışlarına hər hansı hörmətsizlik təzahürünün və hər hansı təlqin cəhdlərinin olduğunu ərizəçilər iddia etməyiblər.
Almaniyanın xristianlıq ənənələrinə baxmayaraq, etika fənnində xristian dininin yetərincə təmsil olunmadığı barədə ərizəçilərin arqumentinə gəlincə, Avropa Məhkəməsi hesab etdi ki, məktəb rəhbərliyinin müxtəlif baxışlara və əqidələrə yer verilən neytral fənn seçmələri özlüyündə Konvensiya ilə bağlı hər hansı problem doğurmur. Federal Konstitusiya Məhkəməsi xüsusi praktiki halları və Berlin inzibati-ərazi vahidindəki dini meylləri nəzərə alaraq bu seçimlə razılaşdı. Bundan başqa, bu məsələ dövlətlərin qiymətləndirmə sərbəstliyinin hüdudları daxilindədir. Etika fənninin onların dini baxışlarına zidd olduğu barədə ərizəçilərin iddialarına gəlincə, Avropa Məhkəməsi qeyd etdi ki, belə hesab etmək olmaz ki, "Məktəblər haqqında" Qanun və ya tədris proqramı konkret baxışlara üstünlük verir, yaxud xristian dini də daxil olmaqla digər baxışlar barəsində susur və ya onları şübhə altına almır. Müvafiq müddəalarda məktəblərə təklif olunurdu ki, dini prinsiplərlə tanışlığa yer versinlər və tövsiyə edilirdi ki, müəyyən mövzuların tədrisini dini və ya fəlsəfi qruplarla əməkdaşlıq şəraitində həyata keçirsinlər. Etika dərslərində xristian dininin baxışlarını tənqid edən və ya onlara zidd olan ideya və ya konsepsiyaların tədris olunduğu barədə ərizəçilərin arqumentinə gəlincə, Məhkəmə hesab etdi ki, Konvensiyada fərdin öz baxışlarından fərqlənən digər baxışlarla qarşılaşmamaq hüququnun nəzərdə tutulduğunu söyləmək olmaz. Bundan başqa, birinci ərizəçinin məktəbdə tədris edilən protestant dininə aid dərslərdə iştirakına mane olan heç nə yox idi və onun valideynləri öz təbii tərbiyəçi rolunu yerinə yetirərək qızlarını maarifləndirmək və ona məsləhətlər vermək və beləliklə onu özlərinin dini baxışlarına uyğun olan səmtə istiqamətləndirmək hüququndan məhrum edilməmişdilər.
Müvafiq olaraq, etika dərslərinin məcburi tədrisi barədə qərar qəbul etməklə dövlət orqanları 1 saylı Protokolun 2-ci maddəsinə uyğun qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmayıblar. Beləliklə, Berlinin səlahiyyətli orqanları birinci ərizəçini bu dərslərdə iştirakdan azad etməyə borclu deyildilər. Almaniyanın digər əyalətində şagirdlərin belə dərslərdə iştirakdan azad edilməsinə icazə verilməsi faktı bu nəticəyə təsir göstərə bilməz.
Nəticə: şikayət qəbul edilən deyil (açıq-aydın əsassız olduğuna görə)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy