© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Lodz şəhəri daşınmaz əmlak mülkiyyətçiləri assosiasiyası və başqaları Polşaya qarşı (Association of Real Property Owners in Łódź and Others v. Poland), ərizə № 3485/02
08.03.2011-ci il tarixli qərar [IV Bölmə]
Maddə 37
37-ci maddənin 1-ci bəndinin "b" yarımbəndi
Məsələ öz həllini tapdığına görə şikayət ərizəsi baxılmalı işlərin siyahısından çıxarıldı
Pilot qərardan sonra mənzil qanunvericiliyindəki qüsurların düzəldilməsi üçün ümumi tədbirlərin tətbiqi və ölkədaxili səviyyədə hüquqi müdafiə vasitəsinin əlçatan olması məsələsi: şikayət ərizəsi baxılmalı işlərin siyahısından çıxarıldı
Maddə 46
46-cı maddənin 2-ci bəndi
Qərarın icrası
Pilot qərardan sonra mənzil qanunvericiliyindəki qüsurların düzəldilməsi üçün ümumi tədbirlərin tətbiqi və ölkədaxili səviyyədə hüquqi müdafiə vasitəsinin əlçatan olması məsələsi: pilot qərar proseduruna xitam verildi
Faktlar – Ərizəçilər Polşada icarə məsələsinə nəzarət, daşınmaz əmlakı saz vəziyyətdə saxlamaq öhdəlikləri və daşınmaz əmlakın toxunulmazlığı haqqında qanunvericiliyin təsirinə məruz qalan 100.000-ə yaxın daşınmaz əmlak sahibi və ya onların nümayəndələri idilər. Onlar Avropa Məhkəməsinə 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasından şikayət etdilər, amma onların ərizələri üzrə icraat Hutten-Çapska Polşaya qarşı (Hutten-Czapska v. Poland) iş üzrə pilot qərar[1] əsasında başlanmış prosedur çərçivəsində təxirə salındı; həmin işdə Məhkəmə Polşanın mənzil qanunvericiliyində sistem xarakterli qüsurların olduğunu qeyd etdi və dövlətə təklif etdi ki, milli hüquq sistemində daşınmaz əmlak sahiblərinin maraqları ilə cəmiyyətin ümumi maraqları arasında ədalətli balansın qorunmasını təmin edən mexanizmin olmasını təmin etsin. Eyni iş üzrə barışıq sazişi haqqında qərarında[2] Məhkəmə qeyd etdi ki, vəziyyəti düzəltmək üçün bir sıra ümumi tədbirlər həyata keçirilib. Daha sonra əlavə tədbirlər görüldü, o cümlədən daşınmaz əmlaka qulluq və onun təmiri üçün subsidiyalar sistemi yaradıldı, yerli hakimiyyət orqanlarının üzərinə sosial mənzillərlə təminatı həyata keçirmək öhdəliyi qoyuldu və icarə məsələsinə nəzarət haqqında qanunvericiliyin mənfi təsirlərinə məruz qalmış şəxslər üçün xüsusi kompensasiya sistemi tətbiq edildi. Yuxarıdakı irəliləyişləri nəzərə alaraq, Məhkəmə ilkin olaraq hazırkı işdəki tərəfləri Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin "b" yarımbəndinin məqsədləri üçün işin öz həllini tapıb-tapmadığını bildirməyə dəvət etdi.
Hüquqi məsələlər – 37-ci maddənin 1-ci bəndinin "b" yarımbəndi: Pilot qərar prosedurunun mühüm elementi ondan ibarətdir ki, işdə nəzərdən keçirilən məsələnin öz həllini tapıb-tapmadığının Məhkəmə tərəfindən qiymətləndirilməsi konkret ərizəçiyə verilən kompensasiya ilə və onun işi üzrə qəbul edilmiş qərarlarla məhdudlaşmır, həm də hökmən milli hüquq sistemindəki qüsuru aradan qaldırmaq üçün dövlət tərəfindən qəbul edilmiş ümumi xarakterli tədbirləri əhatə edir. Bununla bağlı Məhkəmə qeyd etdi ki, cavabdeh dövlət tərəfindən qəbul edilmiş ümumi qərarlar daşınmaz əmlak sahiblərinin həmin əmlaka qulluq üçün çəkdikləri xərclərin əvəzini almalarına imkan verən hüquq normalarının bundan öncə mövcud olmaması problemini qaneedici şəkildə həll edib və bununla da icarəyə götürənlərin verdikləri icarə haqları yetəli olmadıqda daşınmaz əmlak sahiblərinin maliyyə itkilərindən müdafiə olunması təmin edilib. Yeni hüquq normaları həmçinin daşınmaz əmlak sahiblərinə imkan verib ki, əmlakın əldə edilməsi və modernləşdirilməsi üçün sərf etdikləri kapitalın tədricən geri qayıtması üçün həmin vəsaitləri icarə haqqının tərkibinə daxil etsinlər, eyni zamanda, onların icarədən mənfəət əldə etmək hüququ qanunda aydın şəkildə təmin edilib. İcarəyə nəzarət sisteminin işinin qüsurlu olması nəticəsində bundan öncə daşınmaz əmlak sahiblərinin məruz qaldıqları ziyana gəlincə, Məhkəməm xatırlatdı ki, pilot qərar qəbul edildikdən və dövlət tərəfindən Konvensiyaya uyğun olaraq vəziyyəti düzəldən təbirlər görüldükdən sonra Məhkəmənin funksiyası sistem xarakterli eyni situasiyadan irəli gələn və bir-birinin təkrarı olan hər bir işdə fərdi kompensasiya təyin etmək funksiyasına çevrilə bilməz. Hazırkı işdə yaradılmış kompensasiya sistemi pilot işdə aşkar edilən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin sistem xarakterli pozuntusundan irəli gələn ziyana görə kompensasiya almaq üçün ağlabatan perspektivlər yaradıb. Beləliklə, dövlət orqanları Konvensiyanın pozuntusuna görə kompensasiya tələblərinin praktiki həllinə imkan yaradan mexanizm yaradıblar. Müvafiq olaraq, icarəyə nəzarət məsələsi ilə bağlı Polşaya qarşı bu şikayətə və digər şikayətlərə səbəb olmuş problem 37-ci maddənin 1-ci bəndinin "b" yarımbəndinin məqsədləri baxımından öz həllini tapıb və daha bu şikayətlərə baxılmasını davam etdirmək üçün əsas yoxdur.
Nəticə: Şikayət ərizəsi baxılmalı işlərin siyahısından çıxarıldı (yekdilliklə).
Maddə 46: Hutten-Çapskanın işində şikayətin mahiyyəti üzrə qəbul edilmiş qərarın və barışıq sazişi haqqında qərarın icrasına və Məhkəmənin göstərdiyi ümumi xarakterli tədbirlərin həyata keçirilməsini təmin etmək öhdəliyinin Polşa dövləti tərəfindən yerinə yetirilməsinə nəzarət etmək vəzifəsi Nazirlər Komitəsinin üzərinə düşür, beləliklə, Məhkəmə Konvensiyanın 19-cu maddəsində nəzərdə tutulmuş vəzifəsini yerinə yetirmiş sayılır. Belə olan halda daha pilot qərar prosedurunun tətbiqini davam etdirmək üçün əsas yoxdur və Polşada icarəyə nəzarət məsələsinə aid işlərlə bağlı başlanmış bu prosedura xitam verilir. Amma bu qərarın qəbulu, şərait tələb etdiyi təqdirdə, bu şikayətin və icraatı təxirə salınmış digər şikayətlərin baxılmalı işlərin siyahısında bərpa edilməsi və ya bu tip sonrakı işlərə mahiyyəti üzrə baxılması barədə Məhkəmənin qərar çıxarmasının mümkünlüyünü istisna etmir.
Nəticə: pilot qərar proseduruna xitam verildi (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Hutten-Çapska Polşaya qarşı [Böyük Palata], ərizə № 35014/97, 19 iyun 2006-cı il, 87 saylı Məlumat bülleteni.
[2] Hutten-Çapska Polşaya qarşı (barışıq sazişi) [Böyük Palata], ərizə № 35014/97, 28 aprel 2008-ci il, 107 saylı Məlumat bülleteni.
Full & Egal Universal Law Academy