İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
QƏRARDAD
30944/09 nömrəli şikayət
Elza AVŞAROVA (Elza AVSHAROVA)
Azərbaycana qarşı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Komitəsi (Birinci Bölmə)
Sədr Pir Lorenzen (Peer Lorenzen),
Hakimlər
Elizabet Steyner (Elisabeth Steiner)
Xanlar Hacıyev (Khanlar Hajiyev),
və katibin müavini Andre Vampaç (André Wampach) ibarət tərkibdə
2009-cu il mayın 6-da təqdim edilmiş ərizə ilə əlaqədar 2012-ci il mayın 22-də müşavirə keçirərək və iş üzrə barışıq sazişinin qəbul edilməsi ilə əlaqədar formal razılığı nəzərə alaraq aşağıdakıları qərara almışdır:
PROSEDUR MƏSƏLƏLƏRİ
Ərizəçi, Azərbaycan Respublikasının vətəndaşı xanım Elza Avşarova 1947-ci ildə anadan olmuş və Bakı şəhərində yaşayır. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab A.Nağıyev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir. Ərizəçi Konvensiyanın 6-cı maddəsi əsasında şikayət edərək iddia etmişdir ki, onun xeyrinə qəbul edilmiş məhkəmə qərarı uzun müddət ərzində icra edilmir. 2012-ci il yanvarın 17-də Hökumət barışıq sazişi təqdim etmişdir. Həmin sazişdə, inter alia, aşağıdakıları bildirmişdir: Hökumət ərizəçiyə mənəvi ziyan və məhkəmə xərcləri ilə əlaqədar 5 600 avro məbləğində vəsaitin ödənilməsini təmin edir. Həmin ödəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən Məhkəmə tərəfindən qəbul edilmiş qərardad barədə məlumatın daxil olmasından sonra üç ay ərzində həyata keçiriləcək. Hökumət bildirmişdir ki, həmin ödəmə nəticəsində iş həll olunmuş hesab olunacaq. Həmin məbləğin üç aylıq müddət ərzində ödənilməsinin gecikdirilməsinə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir. Eyni zamanda Hökumət qeyd etmişdir ki, bununla Hökumət daxili məhkəmə tərəfindən ərizəçinin xeyrinə çıxarılmış qərarın icra edilməsi öhdəliyindən azad olunmur. Ərizəçinin nümayəndəsi ilkin olaraq 2012-ci il 17 fevral tarixli məktubu ilə Hökumətin barışıq sazişini qəbul etməmiş, lakin sonradan 2012-ci il martın 14-də müvafiq bəyanat təqdim etmişdir. Həmin bəyanatda, inter alia, aşağıdakılar qeyd edilir:
“Biz, ərizəçi Elza Avşarova və onun nümayəndəsi Azər Nağıyev, Hökumətin təklif etdiyi kimi işin dostcasına həll edilməsinə razılığımızı bildiririk ... bununla biz Hökumətin barışıq sazişində təqdim etdiyi təkliflərini qəbul edirik ...”
HÜQUQİ MƏSƏLƏLƏR
Məhkəmə tərəflər arasında barışığın əldə olunmasını nəzərə alır. Məhkəmə kifayətlənir ki, əldə olunmuş barışıq Konvensiya və onun Protokollarında təsbit edilmiş hüquqlara hörmət edilməsi prinsipinə uyğundur və bununla ərizənin araşdırılmasının davam etdirilməsinə heç bir əsas qalmır (Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndi).
Nəticədə həmin iş baxılan işlərin siyahısından çıxarılmalıdır.
Həmin səbəblərə görə Məhkəmə yekdilliklə
Ərizənin baxılan işlərin siyahısından çıxarılmasını qət edir.
Andre VampaçPir Lorenzen
Katibin müaviniSədr
Full & Egal Universal Law Academy