© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Baxovski Polşaya qarşı (Bachowski v. Poland), ərizə № 32463/06
02.11.2010-cu il tarixli qərar [IV Bölmə]
7 saylı Protokolun 3-cü maddəsi
Yeni hallar və ya yeni aşkar edilmiş faktlar
Siyasi rejimin dəyişməsi nəticəsində cinayət işi üzrə ittiham hökmü ləğv edildikdən sonra kompensasiya tələbi: şikayət qəbuledilən deyil
Faktlar – 1959-cu ildə ərizəçi "yalan məlumatlar yaymaqda" təqsirli bilindi və Polşada Sovet İttifaqının hegemonluğunu tənqid edən vərəqələr yaydığına görə üç il müddətinə azadlıqdan məhrum edildi. Onun barəsindəki ittiham hökmü 2001-ci ildə onun maraqları naminə ombudsman tərəfindən verilmiş kassasiya şikayətindən sonra ləğv olundu. Həmin şikayət üzrə məhkəmə prosesində Ali Məhkəmə qərara aldı ki, ərizəçi məhkum edildiyi cinayəti törətməyib və hökm cinayət qanunvericiliyinin substantiv (maddi-hüquqi) normalarının yolverilməz şəkildə şərhinə və tətbiqinə əsaslanıb. 2004-cü ildə regional məhkəmə ona kompensasiya təyin etdi. Ərizəçi kompensasiyanın məbləğinə etiraz edərək şikayət ərizəsi verdi, amma şikayəti uğursuz oldu.
Hüquqi məsələlər – 7 saylı Protokolun 3-cü maddəsi: Avropa Məhkəməsi ərizəçiyə çıxarılan ittiham hökmünü ləğv etmiş milli məhkəmələrin rəyi ilə razılaşdı. Məhkum olunmuş şəxs daxili qanunvericiliyin qüvvədə olan normalarına uyğun olaraq ittiham hökmünün ləğvini tələb etdikdə, açıq-aşkar istibdadçı siyasi rejimin məqsədləri zəminində qəbul edilmiş ittiham hökmü qüvvədə qalsaydı, bu, qanunun aliliyi və insan hüquqlarına hörmət prinsiplərinə zidd olardı. Lakin ərizəçiyə bəraət verilməsi yeni faktların aşkar edilməsinin nəticəsi deyil, 1959-cu ildə hökmü çıxararkən məhkəmənin istifadə etdiyi və ona məlum olan sübutların Ali Məhkəmə tərəfindən yenidən qiymətləndirilməsinin nəticəsi idi. Bu baxımdan Avropa Məhkəməsi 7 saylı Protokola dair İzahedici məruzədə ifadə edilmiş bu fikirləri qeyd etdi ki, 7 saylı Protokolun 3-cü maddəsi yalnız o halda tətbiq edilə bilər ki, öncə çıxarılmış ittiham hökmü yeni halların və ya yeni aşkar edilmiş faktların məhkəmə səhvinin baş verdiyini inandırıcı şəkildə sübuta yetirməsi nəticəsində ləğv edilmiş olsun. Bu o deməkdir ki, ittiham hökmü yeni hallardan və ya yeni aşkar edilmiş faktlardan savayı başqa əsaslara görə ləğv edildiyi təqdirdə kompensasiya hüququnu istisna etmək üçün Protokolun tərtibçiləri 7 saylı Protokolun 3-cü maddəsinin tətbiq dairəsini bu iki halla məhdudlaşdırmaq niyyətində olublar. Beləliklə, 7 saylı Protokolun 3-cü maddəsi bu işin hallarına şamil olunmur.
Nəticə: şikayət mahiyyətinə görə (ratione materiae) qəbuledilən deyil
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy