© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Buaven Avropa Şurasının üzvü olan 34 dövlətə qarşı (Boivin v. 34 State members of the Council of Europe), ərizə № 73250/01
09.09.2008-ci il tarixli qərar [V Bölmə]
Maddə 1
Dövlətlərin məsuliyyəti
Üzvlərinin müstəqil hüquq subyekti olub-olmamasından asılı olmayaraq özü müstəqil hüquq subyekti olan beynəlxalq təşkilatın hüquq sisteminin hüdudları daxilində olan mübahisə: şikayət qəbul olunmayan elan edildi
Maddə 35
35-ci maddənin 3-cü bəndi
Dövlətlərin məsuliyyəti
Şikayət ərizəsinin şəxs meyarına (ratione personae) görə qəbulunun mümkünlüyü məsələsi
Üzvlərinin müstəqil hüquq subyekti olub-olmamasından asılı olmayaraq özü müstəqil hüquq subyekti olan beynəlxalq təşkilatın hüquq sisteminin hüdudları daxilində olan mübahisə: şikayət qəbul olunmayan elan edildi
Ərizəçi Hava yollarında hərəkətin təhlükəsizliyi üzrə Avropa Təşkilatının ("Avrokontrol" –Eurocontrol) mühasibi təyin olunmuşdu, Belçika və Fransa da bu təşkilata üzv olan dövlətlər idi. Lakin onun işə qəbulu barədə qərar bir neçə dəfə ləğv edilmişdi. Son nəticədə o, işdən azad edildi və inzibati qaydada bir neçə şikayət təqdim etdikdən sonra Beynəlxalq Əmək Təşkilatının İnzibati Tribunalına (ILOAT) müraciət etdi, bu, "Avrokontrol" ilə onun presonalı arasındakı mübahisələrə baxmaq səlahiyyətinə malik olan yeganə məhkəmə orqanı idi. ILOAT ərizəçinin işə təyin olunmasını ləğv etmiş qərarları qüvvədə saxladı və onun kompensasiya tələbini qismən təmin etdi.
32 dövlətə qarşı şikayət qəbul olunmayan elan edildi: Əvvəlcə şikayət ərizəsi Belçika və Fransaya qarşı verilmişdi. Sonradan ərizəçi Konvensiyanın iştirakçısı olan daha 32 dövləti bu sıraya əlavə etdi. Lakin iş üzrə yekun qərar ILOAT-ın qərarı idi və ərizəçi bu şikayəti verdiyi tarixdən təxminən dörd il əvvəl həmin qərar barəsində məlumatlandırılmışdı. Beləliklə, bu şikayət Konvensiyada nəzərdə tutulmuş altı aylıq müddət ötürülməklə verilib.
Fransa və Belçikaya qarşı şikayət qəbul olunmayan elan edildi: Fransa və Belçikaya qarşı şikayət Məhkəmənin baxdığı işlərdə müəyyən etdiyi prinsiplər nəzərə alınmaqla araşdırılmalıdır, söhbət o işlərdən gedir ki, həmin işlərdə Məhkəmə Konvensiyanın iştirakçısı olan dövlətlərin beynəlxalq təşkilata üzvlükləri ilə bağlı hərəkətlərinin və ya hərəkətsizliklərinin onların məsuliyyətini doğurub-doğurmadığını araşdırıb (misal üçün bax: "Bosfor hava yolları turizm və ticarət anonim şirkəti" ("Bosfor Hava Yolları ") (Bosphorus Hava Yollari Turizm Ve Ticaret Anonim Şirketi (“Bosphorus Airways”) İrlandiyaya qarşı [Böyük Palata], ərizə № 45036/98, CEDH 2005‑VI, 76 saylı Məlumat bülleteni). Ərizəçinin şikayətləri əsasən iştirakçı dövlətlərin yursidiksiyası xaricində olan beynəlxalq məhkəmənin qərarına aiddir və həmin qərar bütünlüklə müstəqil hüquq subyekti olan və hüquq subyektliyi üzv dövlətlərdən asılı olmayan beynəlxalq təşkilatın daxili hüquq sisteminə aid olan əmək mübahisəsi kontekstində qəbul edilib. Fransa və ya Belçika bu mübahisəyə heç vaxt birbaşa və ya dolayısı ilə müdaxilə etməyiblər və bu dövlətlərin və ya onların hakimiyyət orqanlarının hərəkətlərinin və ya hərəkətsizliklərinin Konvensiya əsasında onların məsuliyyətini doğura biləcəyini güman etmək üçün heç bir əsas yoxdur. Bu baxımdan hazırkı iş iştirakçı dövlətlərin beynəlxalq hüquqi məsuliyyətinə aid olan işlərdən fərqlənir. Cavabdeh dövlətin və ya dövlətlərin məsuliyyətinə birbaşa və ya dolayısı ilə aidiyyəti olan həmin işlərdən fərqli olaraq, bu işdə ərizəçinin Konvensiyanın 1-ci bəndində nəzərdə tutulan mənada cavabdeh dövlətlərin yurisdiksiyasında olduğunu söyləmək olmaz. Beləliklə, Fransa və Belçika iddia edilən pozuntulara görə məsuliyyət daşıya bilməz. "Avrokontrol"un mümkün məsuliyyətinə gəlincə, bu təşkilat Konvensiyanın iştirakçısı deyil və buna görə də onun müddəaları əsasında məsuliyyətə cəlb oluna bilməz. Buna görə də şikayət şəxs meyarına görə (ratione personae) qəbuledilən deyil.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy