© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İKİNCİ SEKSİYA
AHMET YILDIRIM TURKİYƏYƏ qarşı
(Ərizə no 3111/10)
QƏTNAMƏ
STRAZBURQ
18 dekabr 2012
YEKUN
18/03/2013
Bu qətnamə Konvensiyanın 44-cq maddəsinin 2-ci bəndinə uyğun olaraq yekun qərardır. Ona forma dəyişiklikləri edilə bilər.
Ahmet Yıldırım Turkiyəyə q. işində
Avropa İnsan Hüquqları Məhkəməsi (ikinci seksiya) 20 noyabr 2012-ci il tarixində
Guido Raimondi, sədr,
Danutė Jočienė,
Dragoljub Popović,
András Sajó,
Işıl Karakaş,
Paulo Pinto de Albuquerque,
Helen Keller, hakimlər,
və Stanley Naismith, Seksiya katibindən ibarət tərkibdə iclas edərək, həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Türkiyə vətəndaşı Ahmet Yıldırım (“ərizəçi”) tərəfindən, 12 yanvar 2010-cu ildə Türkiyə Respublikasına qarşı yönəldilmiş ərizə (no. 3111/10) əsasında başlanmışdır.
2. Ərizəçi İzmirdə fəaliyyət göstərən vəkil A. Kaymak tərəfindən təmsil olunmuşdur. Türkiyə Hökumətini (« Hökumət ») nümayəndəsi təmsil etmişdir.
3. Ərizəçi əsasən milli orqanlar tərəfindən qəbul edilmiş internet səhifəsinə girişin qadağan edilməsi barədə qərarın Konvensiyanın 6, 7, 10, 13-cü maddələri və 1 saylı Protokolun 2-ci maddəsinin təminat verdiyi hüquqlarının əsaslandırılmamış pozuntusu olduğunu iddia edir.
4. 31 yanvar 2011-ci ildə Hökumətə ərizə barədə məlumat verildi. Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndinə əsasən palatanın işin qəbuledilənliyi və mahiyyəti barədə məsələlərə birgə baxması barədə qərar verildi.
5. Ərizəçi yazılı şəkildə əlavə təqdimatlar verdi (Məhkəmə reqlamentinin 59-cu maddəsinin 1-ci bəndi). Məhkəmə sədrinin yazılı prosedurda iştirak etmək icazəsi verdiyi the Open Society Justice Initiative təşkilatında da təqdimatlar alındı (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Reqlamentin 44-cü maddəsinin 2-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
6. Ərizəçi 1983-cü ildə anadan olmuşdur və İstanbulda yaşayır.
7. O, adlı web səhifəsinin sahibi və istifadəçısıdır və orda elmi işlərini və müxtəlif məsələlər dair öz fikirləırini yayır. Bu səhifə Google-un səhifə yaratma və yerləşdirmə modulu olan « Google Sites » () xidmətlərindən istifadə edilərək yaradılmışdır.
8. 23 iyun 2009-cu il tarixdə Denizli cinayət məhkəməsi İnternetdəki nəşrlərin tənzimlənməsi və İnternet cinayətləri ilə mübarizə haqqında 5651 saylı qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən səhifəsinin bağlanması barədə qərar qəbul etdi. Bu, səhifənin Atatürkün xatirəsinə hörmətsizlikdə ittiham olunan sahibinə qarşı açılmış cinayət prosesi çərçivəsində qəbul edilmiş bir preventiv tədbir idi.
9. Həmin tarixdə 5651 saylı qanunun 8-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq bağlanma qərarının surəti icra olunması üçün Telekommunikasiya və İnformasiya İdarəsinə (« Tİİ ») göndərildi.
10. 24 iyun 2009-cu ildə Tİİ-non müraciəti əsasında Denizli cinayət məhkəməsi qərarını dəyişdirərək 5651 saylı qanunun 8-ci maddəsinə əsaslanaraq Google Sites-a girişi tamamilə bağlamaq barədə qərar verdi. Tİİ bildirmişdi ki, qanunsuz səhifənin bağlanması yalnız bu şəkildə mümkündür, çünki bu qanunsuz səhifənin sahibinin yerləşdrimə sertifikatı yoxdur və o, xaricdədir.
11. Tİİ 24 iyun 2009-cu il tarixli qərarı icara edərək Google Sites-a girişi bağladı. Beləliklə, ərizəçinin öz səhifəsinə girməsi qeyri-mümkün oldu və onun bütün səyləri məhkəmə qərarı üzündən nəticəsiz qaldı.
12. 1 iyul 2009-cu ildə 24 iyun 2009-cu il tarixli bağlanma qərarına etiraz etdi və öz səhifəsi ilə əlaqədar hissədə tədbirin ləğv olunmasını xahiş etdi. O bildirdi ki, səhifəsində müntəzəm olaraq elmi işlərini və müxtəlif məsələlərlə bağlı fikirlərini yayırdı və qanunsuz səhifə ilə heş bir əlaqəsi olamamasına baxmayaraq, bu tədbir nəticəsində səhifəsinə girməsi qeyri-mümkün olmuşdur. O bildirdi ki, başqa səhifələrin bu tədbirdən ziyan çəkməməsi üçün yalnız qanunsuz səhifənin bağlanmasına imkan verəcək bir metod seçmək lazım idi. O, misal olaraq, URL-in bağlanmasını göstərdi.
Etirazını əsaslandırmaq üçün ərizəçi məhkəməyə öz səhifəsinə () girmək istəyəndə çıxan səhifənin surətini təqdim etdi. Bu səhifədə aşağıdakı xəbərdarlıq çıxırdı :
« Telekommunikasiya və İnformatika İdarəsi Denizli cinayət məhkəməsinin bu İnternet səhifəsi () ilə bağlı 24 iyun 2009-cu il tarixli preventiv tədbirini icra edir. »
13. 13 iyul 2009-cu ildə Denizli inzibati məhkəməsi ərizəçinin xahişini rədd etdi. Tİİ-nin bu tipli rəyinə əsaslanaraq məhkəmə hesab etdi ki, qanunsuz səhifəyə girişi bağlamağın yeganə yolu həmin səhifəni yayımlayan « » səhifəsinə girişi bağlamaqdır.
14. 25 aprel 2012-ci il tarixli məktubu ilə ərizəçi Məhkəməyə bildirmişdir ki, onun bildiyinə görə mübahisələndirilən səhifənin sahibinə qarşı qaldırılmış cinayət prosesinə ittiham olunanın xaricdə olması səbəbilə kimliyi və ünvanını müəyyənləşdirmək mümkün olmadığından 25 mart 2011-ci ildə xitam verilsə də, o hələ öz səhifəsinə girə bilmir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. 5651 saylı 4 may 2007-ci il tarixli İnternetdəki yayımların tənzimlənməsi və İnternetdə törədilən cinayətlərlə mübarizə haqqında qanun
15. 5651 saylı qanunun müvafiq hissələrində deyilir :
« Maddə 2
Anlayışlar
1) Bu qanunun məqsədləri üçün,
(...)
e) Giriş təminatçısı (erişim sağlayıcı) - istifadəçilərin İnternetə girişini təmin edən hər hansı fiziki və ya hüquqi şəxs ;
f) Məzmun təminatçısı (içerik sağlayıcı) - hər cür məlumatı yaradan, dəyişdirən və İnternet istifadəçilərinə ötürən hər hansı fiziki və ya hüquqi şəxs;
(...)
ğ) İnternet üzərindəki nəşr (yayın) - qeyri-müəyyən sayda şəxsə İnternet vasitəsilə çatımlı məlumatlar;
(...)
l) Nəşr (yayın)- İnternet üzərindəki nəşrlər ;
(...)
Maddə 4
Məzmun təminatçılarının məsuliyyəti
1) Məzmun təminatçıları İnternetdə təmin etdikləri məzmun üçün məsuldurlar.
2) Məzmun təminatçıları onların təmin etdiyi linklər vasitəsilə girilən, lakin başqasına aid olan məlumatların məzmununa görə məsuliyyət daşımırlar (...)
(...)
Maddə 5
Yerləşmə təminatçıları
1) Yerləşmə təminatçısının yerləşdirdiyi məzmuna nəzarət etmək və ya onların fəaliyyətinin qanuni olub olmadığını yoxlamaq öhdəliyi yoxdur.
2) Yerləşdirdiyi məzmunun qanunsuz olması barədə məlumatı olduğu halda, bu qanunun 8 və 9-cu maddələrinə əsasən məzmun təminatçısı texniki imkanları çərçivəsində onların nəşrini dayandırmalıdır. Əks halda cinayət məsuliyyəti yarana bilər.
Maddə 6
Giriş təminatçılarının məsuliyyəti
1) a) Bir istifadəçinin bu qanunun müddəalarına əsasən qanunsuz məzmun yayımladığından məlumatı olduqda, giriş təminatçısı texniki imkanları çərçivəsində qanunsuz məzmuna girişi bağlamalıdır.
(...)
2) Giriş təminatçısının girişini təmin etdiyi məzmun və məlumatların qanuna uyğunluğunu yoxlamaq öhdəliyi yoxdur.
(...)
Maddə 8
Girişin bağlanması qərarı və onun icrası
1) Girişin bağlanması (erişimin engellenmesi) barədə qərar İnternet üzərində nəşrlərin məzmunu etibarı ilə pozuntu təşkil etidklərini güman etməyə kifayət edən əsaslar olduqda verilir:
a) Cinayət məcəlləsində nəzərdə tutulan pozuntular (...)
1) özünü öldürmə həddinə çatdırma (mad. 84),
2) azyaşlılara münasibətdə cinsi sui-istifadə (mad. 103 § 1),
3) narkotik maddələrin istifadəsinin asanlaşdırma (mad. 190),
4) sağlamlıq üçün təhlükəli maddə ilə təmin etmə (mad. 194),
5) əxlaqsızlıq (mad. 226),
6) fahişəlik (mad. 227),
7) pul oyunlarına yer vermə (mad. 228),
b) 25 iyul 1051-ci il tarixli 5816 saylı qanunda nəzərdə tutulan Atatürkə qarşı hüquq pozuntuları.
(...)
2) Girişin bağlanması qərarı, əgər iş istinaq mərhələsindədirsə, hakim, məhkəmə prosesi başlanmışsa, məhkəmə tərəfindən verilir. İstintaq zamanı girişin bağlanması qərarı əgər gecikmə işin gedişatına ziyan vura bilərsə, prokuror tərəfindən də verilə bilər. Bu zaman bu qərar iyirmi dörd saat ərzində hakim baxışına çıxarılmalıdır. Hakim qərarını iyirmi dörd saat ərzində qəbul etməlidir. Əgər o, girişin bağlanması qərarını təsdiq etmirsə, tədbir dərhal prokuror tərəfindən ləğv edilməlidir. 5271 saylı cinayət məcəlləsinin müddəalarına uyğun olaraq preventiv tədbir qərarına etiraz edilə bilər.
3) Hakim, məhkəmə və ya prokuror tərəfindən qəbul edilən bağlanma qərarının surəti icra olunması üçün [telekommunikasiya və informatika] İdarəyə göndərilir.
4) Məzmun və ya yerləşmə təminatçısı xaricdə olarsa, (...) İdarə öz təşəbbüsü ilə girişin bağlanması barədə qərar verir. Bu qərar barədə giriş təminatçısı məlumatlandırılır və ondan qərarın icra olunması xahiş olunur.
5) Girişin bağlanması barədə qərar dərhal və ya qərarın çatdırılmasından ən geci iyirmi dörd saat ərzində icra olunur.
(...)
7) Cinayət işi xətm olunarsa, girişin bağlanması qərarı avtomatik olaraq qüvvədən düşür (...)
8) Məhkəmə prosesi bəraitverici qərarla bitirsə, girişin bağlanması qərarı avtomatik olaraq qüvvədən düşür (...)
9) Qanunsuz məzmun silinərsə, girişin bağlanması qərarı ləğv edilir. »
16. Telekommunikasiya və İnformatika İdarəsi 5397 saylı 3 iyul 2005-ci il tarixli qanunla dəyişilən polisin rəmzləri və öhdəlikləri 2559 saylı qanunun müvəqqəti 7-ci maddəsi əsasında yaradılmışdır. İnzibati orqan olan İdarənin vəzifəsi telekommunikasiya vasitələrində yayımlanan məlumatları qeydiyyata almaq və nəzarət etməkdir.
17. Təcrübədə, məhkəmə hər hansı səhifəyə girişi qadağan edərsə, bu qərarı icra edən orqan Tİİ-dir. Məzmun və ya yerləşmə təminatçısı xaricdə olarsa, Tİİ 5651 saylı qanunun 8-ci maddəsinin 3 və 4-cü bəndləri əsasında vasitəçi olan təminatçının səhifələrinə girişi tamamilə bağlaya bilər. Girişin bağlanması barədə qəbul ediləndə, yalnız cinayət prosesinin predmeti olan səhifə deyil, həm də bütün İnternet domeyni bğlanmaq təhlükəsi altında qalır. Bu şəkildə « », « », « Google groups », « » və ya « » onlar üzərində yerləşən səhifələrə qarşı qəbul olunan qərarlar üzündən uzun müddət bağlanmışdı.
18. 5651 saylı qanunun 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulan « nəşr » doktrinada geniş müzakirə predmeti olmuşdur. Bəzi şərhçilərə görə, ğ) yarımbəndindəki « İnternetdə yayımlanan nəşr »in « qeyri-müəyyən sayda şəxsə İnternet vasitəsilə çatımlı məlumatlar » olması fikri eyni maddənin « nəşr (yayın) İnternetdəki nəşrlərdir » deyilən 1)-ci bəndinə ziddiyyət təşkil edir. Əslində problem « İnternet vasitəsilə çatımlı məlumatlar »a istinaddadır, çenki bu ifadə İnternet üzərində yayəlan hər cür məlumata tətbiq oluna bilər.
III. BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Avropa Şurası
1. Kibercinayətkalıq haqqında Konvensiya
19. 1 iyul 2004-ci ildə qüvvəyə minən Kibercinayətkarlıq haqqında Konvensiya (STE no 185), Avropa Şurası üzvləri, Kanada, Yaponiya, Cənubi Afrika və ABŞ tərəfindən hazırlanmışdır. O, kibercinayətkarlıq sayılan müxtəlif tip pozuntuları tənzimləyir : məlumat və informatika sistemlərinin konfidensiallığı, bütövlüyü və çatımlılığı ilə əlaqədar pozuntular, informatik saxtalaşdırma və qaçaqçılıq, məlumatın məzmunu, xüsusilə uşaq pornoqrafiyası ilə bağlı pozuntular və əqli mülkiyyət və əlaqəli hüquqlarla bağlı pozuntular (İİ fəsil, 1-ci bölmə, 1-4-cü bəndlər).
2. Nazirlər Komitəsi
a. NK-nin (2005)56 yekun bəyannaməsi
20. Nazirlər Komitəsinin İnformasiya cəmiyyətində insan hüquqları və hüquq dövləti barədə Bəyannaməsinin (CM (2005)56 final, 13 may 2005) bildirilir ki, « [informasiya və telekomunikasiya texnologiyalarına (İTT)] məhdud giriş və ya girişin olmaması fərdləri fundamental hüquqlarını həyata keçirmək imkanından məhrum edə bilər ». Bu bəyannamənin « İnformasiya cəmiyyətində insan hüquqları » adlı birinci fəslində deyilir :
« 1. İfadə, informasiya və kommunikasiya azadlığı hüququ
İTT hər kəsə ifadə azadlığından istifadə üçün presedentsiz imkanlar yaradır. Bununla belə, İTT həm də bu azadlığı, məsələn Dövlət və ya özəl sektor tərəfindən senzurası halında olduğu kimi, ciddi təhlükə altına qoya bilər.
İfadə, informasiya və kommunikasiya azadlığına həm rəqəmli, həm də rəqəmli olmayan mühitlərdə riayət edilməlidir. Bu azadlığa sadəcə rəqəmli olması səbəbilə AİHK-nın 10-cu maddəsində nəzərdə tutulan məhdudiyyətlərdən başqa məhdudiyyətlər qoyula bilməz.
İfadə azadlığını təmin edərkən, üzv Dövlətlər irqçi, irqi ayrı-seçkilik və uşaq pornoqrafiyası kimi qanunsuz məzmunlarla mübarizə üçün nəzərdə tutulmuş milli qanunvericiyin həm də İTT vasitəsilə törədilmiş cinayətlərə tətbiq olunmasına nəzarət etməlidirlər.
Üzv Dövlətlər Dövlət və özəl sektor senzurasının qarşısının alınması üçün hüquqi və təcrübi tədbiri qoruyub saxlamalı və gücləndirməlidir. (...) »
b. 28 may 2003-cü il bəyannaməsi
21. 28 may 2003-cü ildə Nazir Nümayəndələrinin 840-cu iclası zamanı qəbul olunmuş « İnternet üzərində telekommunikasiya azadlığı » adlanan bəyannamənin preambulasında, İnternet üzərindəki yayımların sərhədsiz olaraq a priori yoxlanması istisna hal olaraq qalmalıdır və İnternetə fərdi girişə maneələr aradan qaldırılmalıdır. Bəyannamə xüsusilə, aşağıdakı prinsipləri elan edir :
« (...)
Prinsip 1. İnternetdəki məzmunla əlaqədar qaydalar
Üzv Dövlətlər İnternetdə yayımlanan məzmunlara digər yayılma vasitələrinə tətbiq etdiklərindən daha çox məhdudiyyətlər tətbiq edə bilməzlər.
(...)
Prinsip 3. Dövlətin ilkin nəzarətin olmaması
Dövlət orqanları ümumi bağlanma və ya filtraj tədbirləri vasitəsilə, ictimaiyyətin İnternetdəki məlumatlara və digər kommunikasiyalara çıxışını, sərhədsiz olaraq məhdudlaşdırmamalıdır. Bu, xüsusilə məktəb və ya kitabxana kimi azyaşlılara açıq məkanlarda azyaşlıların müdafiəsi üçün filtrlərin yerləşdirilməsinə mane olmur.
İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinin təminalarına riayət olunması şərtilə əgər müvafiq dövlət orqanları məlumatların qanunsuz olması barədə ilkin və ya yekun qərar qəbul etmişlərsə, açıq şəkildə müəyən oluna bilən bir İnternet məzmununun silinnməsi və ya alternativ olaraq, ona girişin bağlanması üçün tədbirlər görülə bilər.
(...) »
22. Bəyannamənin izahedici qeydində, 3-cü prinsipə aşağıdakı şərh verilmişdir :
« Dövlətin ilkin nəzarətinin olmaması
Bu prinsip ictimaiyyətin İnternet üzərində axtardıqları məlumatlara münasibətdə Dövlətin ilkin nəzarətinin olmamasının əhəmiyyətini vurğulayır. Bəzi ölkələrdə bəzi xarici və ya daxili internet səhifələrinə girişi siyasi səbəblərdən məhdudlaşdırılır. Bu, və ya Dövlət tərəfindən tətbiq olunan hər hansı oxşar tədbirlər ciddi şəkildə pislənməlidir.
Dövlətlər heç bir halda xoşagəlməz məzmunlu səhifələrə geniş miqyaslı bağlama tədbirlərinə əl ata bilməzlər, lakin azyaşlıları müdafiə etmək etmək üçün bəzi istisnalara icazə verilir. Azyaşlıların, məsələn, məktəb və ya kitabxanada İnternetə çıxışı olarsa, dövlət orqanları uyğunsuz məzmunlara girişin qarşısının alınması üçün filtrlərin yerləşdirilməsini tələb edə bilər.
Dövlətin ilkin nəzarət təbiq etməməsi aydındır ki, yalnız cinayət hüququ üzrə deyil, həm də mülki və ya inzibati hüquq kimi hüquq sahələri üzrə İnternetdəki bəzi məzmunların qanunsuz olması barədə müvafiq dövlət orqanlarının müvəqqəti və ya yekun qərarları əsasında bu səhifələrin silinməsini, və ya onlara girişin bağlanmasını istisna etmir. Bu, hər hansı qanunsuz məzmunun İnternetdə yayəlmamaı barədə ilkin məhkəmə qərarı ola bilər. Bir növ ilkin nəzarət hesab oluna bilən belə tədbirlər, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinin təminalarına uyğun olmalı və dəqiq şəkildə müəyyən olunmuş bir İnternet səhifəsinə qarşı qəbul edilməlidir.
c. CM/Rec(2007)16 saylı NK Rekomendasiyası
23. 2007-ci ildə Nazirlər Komitəsi İnternetin ictimai dəyəri barədə CM/Rec(2007)16 Rekomendasiyasını qəbul etdi. İnternetə giriş və icazə verilən məhdudiyyətlər müvafiq olaraq « Giriş » və « Açıqlıq » adlı 2-ci və 3-cü fəsillərdə açıq şəkildə araşdırılmışdır.
d. CM/Rec(2007)11 saylı NK Rekomendasiyası
24. 2007-ci ildə Nazirlər Komitəsi həmçinin yeni informayiya və kommunikasiya mühitində ifadə və informasiya azadlığının təbliği haqqında CM/Rec(2007)11 Rekomendasiyasını da qəbul etmişdir.
e. CM/Rec(2008)6 saylı NK Rekomendasiyası
25. 2008-ci ildə Nazirlər Komitəsi CM/Rec(2008)6 saylı Rekomendasiyasını qəbul etmişdir. Bu rekomendasiyanın qoşmasında ifadə və informasiya azadlığının tam şıkildə hayata keçirilməsi və istifadəsi üçün İnternetdə filtrlərin istifadəsi və onlara nəzarət üzrə qaydalar da verilmişdir.
f. CM/Rec(2012)3 NK Rekomendasiyası
26. 4 aprel 2012-ci ildə ildə Nazirlər Komitəsi axrarış motorları kontekstində insan hüquqları ilə bağlı CM/Rec(2012)3 saylı Rekomendasiyasını qəbul etmişdir. Bu bəyannanmənin 1-ci bəndində göstərilir ki, « [l] axtarış motorları bütün dünya ictimaiyyətinə malumatları, ideyaları və digər məzmunları axtarmağa, almağa və ötürməyə, xüsusilə biliklərə, müzakirələrdə və demokratik prosesdə iştirak etməyə imkan verir. »
B. Avropa Birliyi
a. 2008/2160(INI) Rekomendasiyası
27. 26 mart 2009-cu ildə Avropa Parlamenti 2008/2160(INI) saylı Rekomendasiyasını qəbul etmişdir. Burda nəzərdə tutulur ki, Dövlətlər istisnasız və təhlükəsiz şəkildə İnternetə giriş vasitəsilə informatika cəmiyyətinin yaradılması səyəlrində iştirak etməlidir. Beləliklə, Parlament İnternetdə axtarılan məzmunlara hökumətin senzurasının pislənməsini məsləhət görür və üzv Dövlətrləri « ifadə azadlığının ictimai və/və ya özəl sferadan gələn özbaşına məhdudiyyətlərə məruz qalmamasını təmin etməyə və ifadə azadlığının bütün asprektləri üzərində çəkindirci təsiri ola biləcək hər hansı qanunvericilik və ya inzibati tədbirdən qaçınmağa » dəvət edir (w).
b. Scarlet Extended SA c. Société belge des auteurs compositeurs et éditeurs işi (Avropa İttifaqı Ədalət Məhkəməsi )
28. Avropa İttifaqı Ədalət Məhkəməsinin (AİƏM) baxdığı C-70/10 adlı işdə Belçika məhkəməsinin İnternet provayderinə müəllif hüquqlarına zidd ola biləcək hər hansı on-line faəliyyəti daimi nəzarətdə saxlamağa və blok etməyə imkan verəcək bir proqramın yükləmək əmri ilə bağlı ilkin məhkəmə rəyindən söhbət gedirdi.
29. 24 noyabr 2011-ci ildə çıxardığı qərarda AİƏM xatırlatdı ki, müəllif hüquqlarına sahib olan şəxslər İnternet provayderlərinin xidmətlərinin üçüncü şəxslər tərəfindən onların hüquqlarına zərbə vurmaq üçün istifadə olunmaması barədə qərar verilməsi barədə müraciət edəb bilərlər və bu barədə qərarlar milli hüquqa uyğun verilir. Bu milli qaydalar İttifaqın hüququndan irəli gələn məhdudiyyətlərə, xüsusilə dövlət orqanlarının provayderləri öz şəbəkələrində yayılan məlumatlara ümumi nəzarət tətbiq etməyə məcbur etməməsini nəzərdə tutan elektronik ticarət barədə 2000/31/CE saylı direktivə uyğun olmalıdır. Çünki İnternet provayderinin belə bir filtraj tətbiq etməsi bir tərəfdən, müəllif hüquqları, şirkət hüquqları, şəxsi xarakterli məlumatların müdafiəsi hüququ və digər tərəfdən, məlumat almaq və ötürmək azadlığı arasında tarazlığı qorumaq tələbinə zidd olardı. Beləliklə, AİƏM cavab verdi ki, internet provayderinə öz xərcləri hesabına və vaxt məhdudiyyəti olmadan, xidmətlərindən istifadə edən bütün müştərilərinin eletronik kommunikasiyasına preventiv xarakterli filtraj tətbiq etməsi barədə məhkəmə əmri İttifaq hüququna, xüsusilə, 2000/31/CE saylı direktivə və tətbiq olunan əsas hüquqlara ziddir.
C. BMT İnsan Hüquqları Komitəsi
30. BMT-nin İnsan Hüquqları Komitəsinin 102-ci sessiyasında (11-29 iyul 2011-ci il) Mülki və siyasi Hüquqlar barədə Paktın 19-cü maddəsi ilə bağlı 34-cu ümumi müşahidəsində bəyan edilir :
« 43. Web səhifələrinin, bloq və bu kommunikasiya vasitələri əlavə olunan İnternetə giriş təminatçıları və ya axtarış motorları kimi sistemlər də daxil olmaqla İnternet vasitəsilə, elektronik və ya digər vasitələrlə məlumat yayan digır sistemlərin işləməsinə qoyulan hər hansı məhdudiyyət, yalnız 3-cü bəndlə uyğun olduğunda qanunauyğun olur. Qanunauyğun məhdudiyyətlər, bir qayda olaraq, spesifik bir məzmuna yönəlir; bəzi səhifə və sistemlərə qoyulan ümumi qadağalar 3-cü bəndə ziddir. Hökuməti və ya onun seçdiyi siyasi və sosial sistemi tənqid etmısi əsası ilə hər hansı səhifə və ya məlumat sisteminə hər hansı məzmunu yayımlamaq qadağası da 3-cü bəndə ziddir. »
IV. MÜQAYİSƏLİ HÜQUQ
31. Yeni texnologiyaların surətli təkamülü kontekstində, xüsusilə dinamik və fraqment xarakterli İnternet haqqında qanunvericiliyindən Avropa Şurasının üzv dövlətlərin müqayisəli hüquq elementlərindən ümumi standartlar çıxarmaq çətindir. Avropa Şurası üzv Dövlətlərindən iyirmisində (Almaniya, Avstriya, Azərbaycan, Belçika, İspaniya, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İtaliya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Çex Respublikası, Rumaniya, Böyük Britaniya, Rusiya, Sloveniya və ya İsveçrə) qanunverciliyin araşdırması göstərir ki, İnternetə giriş nəzəri olaraq ifadə azadlığı və məlumat almaq və ötürmək azadlığı sahəsində mövcud olan konstitusyon təminatlar vasitəsilə müdafiə olunur. Bu hüquq milli Konstitusiyaların təminat verdiyi məlumat və kommunikasiya əldə etmək hüququnun bir hissəsi hesab edilir. Bu hüquqa, hər kəsin informasiya cəmiyyətində iştirak hüququ və Dövlətin vətəndaşların İnternetə girişini təmin etmək öhdəliyi də daxildir. Beləliklə, ifadə azadlığına həsr olunan ümumi təminatlar İnternetə müdaxiləsiz giriş hüququnun tanınması üçün adekvat baza təşkil edir.
32. Xüsusilə, 10 iyun 2009-cu il tarixli qərarında (Décision no 2009‑580 DC), Fransa Konstitusiya Şurası açıq şəkildə qeyd etmişdir ki, bu gün ifadı azadlığı İnternetə girişi hüququnu da ehtiva edən bir anlayış olaraq başa düşülməlidir. Şura həmçinin İnternetə girişin məhdudlaşdırılması ilə əlaqədar əsas prinsipləri də elan etmişdir : ictimaiyyətə kommunikasiya xidmətlərinə azad giriş hüququna məhdudiyyət, ədalətli mıhkəmə araşdırması nəticəsində məhkəmə tərəfindən qoyulmalıdır və sanksiya proporsional olmalıdır. Konstitusiya Şurasının fikrinə görə, « 1789-cü il Bəyannaməsinin 11-ci maddəsinin təminat verdiyi azadlığın mahiyyəti nəzərə alınarsa, qanunverici müəllif hüququ və əlaqəli hüquqların sahiblərini müdafiə etmək məqsədilə inzibati orqana (İnternetə girişi məhdudlaşdırmaq və ya buna mane olamaq) səlahiyyəti [...] verə bilməzdi ». Bu səbəbdən, Konstitusiya Şurası qanunun müəllif hüquqlarına zidd olarsa, İnternetə girişin məhkəmə qərarı olmadan kəsilməsinə icazə verən maddələrini Konstitusiyaya zidd elan etdi. İnternetə girişin dayandırılması çəkişmə prinsipinin tətbiq olunduğu prosesin nəticəsində əlavə cəza kimi tətbiq edilə bilər. Konstitusiya Məhkəməsinə görə, müvəqqəti/məhkəməyə qədərki tədbirlər « mübahisələndirilən hüquqların təminatı üçün vacib olarsa » məhkəmə tərəfindən əmr edilə bilər.
33. İnternet üzərindəki qanunsuz məzmunların məhdudlaşdırılması tədbirlərinə gəlincə, Avropa ölkələrində İnternetin fərdi şəkildə məhdudlaşdırılmasından, qanunsuz məzmunun silinməsi və spesifik bir səhifəyə girişin qadağan edilməsinə qədər müxtəlif yanaşma və qanunvericilik tədbirləri mövcuddur. Prinsipcə, azyaşlıların müdafiəsi və onların cinsi istismarıyla mübarizə Avropa ölkələrinin əksəriyyətində (Almaniya, Böyük Britaniya, İsveçrə və Fransa) spesifik İnternet səhifələrinə girişi məhdudlaşdırmaq üçün əsas təşkil edir. Ümümi xarakterli cinayətlərə gəlincə, girişə məhdudiyyətlər altı ölkədə müxtəlif və daha yüngüldür (Avstriya, Estoniya, Finlandiya, İtaliya, Litva, Hollandiya).
34. Girişin məhdudlaşdırılması tədbirinin miqyası məsələsinə gəlincə, törədilən hüquq pozuntusunun mahiyyətinə uyğun olaraq, yəni müəllif hüquqlarına qarşı və ya ümumi cinayət olmasında asılı olaraq, bir fərqləndirmə mövcuddur. ATƏT-in « Freedom of Expression on the Internet: Study of legal provisions and practices related to freedom of expression, the free flow of information and media pluralism on the Internet in OSCE participating States » adlı hesabatına görə, Avstriya, Almaniya, Polşa və Çex Respublikasında İnternetə girişə qadağa barədə ümumi qanunvericilik tədbirləri yoxdur. Ümumi qadağa olmayan beş ölkədə bəzi tip pozuntular üçün qadağa nəzərdə tutulan spesifik qanunvericilik tədbirləri mövcuddur (Estoniya, Rusiya Federasiyası, Finlandiya, Hollandiya, Böyük Britaniya). Bu pozuntular arasında uşaq pornoqrafiyası, rasizm və nifrət çıxışları, terrorizm və diffamasiyadır.
35. Rusiyada internetə giriş ümumi miqyasda qadağan edilə bilməsə də, federal qanunlar bəzi spesifik səbəblərdən, yəni konstitutisyon əsasların, mənəviyyatın, səhiyyənin, üçüncü şəxslərin hüquq və maraqlarının müdafiəsi və ya milli müdafiə və təhlükəsizlik əsasları ilə bəzi məhdudiyyətlər nəzərdə tuta bilər (149-FZ saylı federal qanun).
36. Səhifələrin bağlanması və ya onlara girişin bağlanmasını nəzərdə tutan ümumi və ya spesifik qanunvericilik normaları olmayan ölkələrə gəlincə, belə normaların olmaması bu tədbirlərin məhkəmə tərəfindən əmr edilməsini və ya ümumiyyətlə tətbiq olunmasını istisna etmir.
37. İnternetə girişin qadağan olunması barədə qərardan şikayət verilməsi imkanı isə məlumat almaq və ifadə azadlığının müdafiəsi üçün nəzərdə tutulan ümumi təminatlarla sıx bağlıdır. Azərbaycan, Belçika, İspaniya, Litva, Böyük Britaniya, və Çex Respublikasında İnternet səhifəsinin məhdudlaşdırılması ilə bağlı tədbirə etiraz etmək üçün spesifik qanunvericilik yoxdur. İfadə və məlumat azadlığı ilə bağlı ümumi müddəalara istinad oluna bilər və ya Böyük Britaniyada olduğu kimi, əgər istifadəçi mübahisələndirilən tədbirin predmetiylə kifayət qədər maraqlı olduğunu sübut edə blərsə, “judicial review” proseduruna əl atıla bilər. Estoniyada qanunvericilik xüsusilə dövlət orqanlarının verməli olduğu ictimai məlumatla əlaqədar İnternetdəki məlumata çıxışın məhdudlaşdırılmasına inzibati məhkəmələr qarşısında etiraz etmək imkanı nəzərdə tutur (« Public Information Act »).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
38. Ərizəçi onun səhifəsi ilə heç bir əlaqəsi olmayan bir səhifə ilə bağlı cinayət işi çərçivəsində verilən bir qərar nəticəsində İnternet səhifəsinə girmək imkanından məhrum olmasından şikayətlənir. Onun fikrincə, bu qərar onun Konvensiyanın 10-cu maddəsi ilə təminat verilən məlumat və ideyalar almaq və ötürmək azadlığına ziddir. Bu maddədə deyilir:
« 1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. »
39. Hökumət öz fikirlərini təqdim etməmişdir.
A. Qəbuledilənlik
40. Məhkəmə müəyyən edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsnin 3 a) bəndinə əsasən açıq-aydın əsaslandırılmamış deyildir. Şikayətə hər hansı digər qəbuledilməzlik meyarı da tətbiq olunmur. Beləliklə, o qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin arqumentləri
41. Ərizəçi iddia edir ki, Google Sites-in blok edilməsi dolayı senzuradır. O hesab edir ki, bu qadağanın onun üçün nəticəsi, yəni Google Sites-ın bağlanmasına səbəb olan qanunsuz məzmunla heç bir əlaqəsi olmayan səhifəsinə girə bilməməsi daşınan məqsədə proporsional deyildi. O həm də hesab edir ki, Google Sites-ın bağlanmasıyla nəticələnən məhkəmə prosesi ədalətli və qərəzsiz hesab edilə bilməz.
42. Hökumət öz fikirlərini təqdim etməmişdir.
2. Üçüncü müdaxilə edən tərəf
43. Məhkəmənin yurisprudensiyasına istinad edən The Open Society Justice Initiative təşkilatı hesab edir ki, Google Sites-da çox böyük sayda məlumat yerləşdiyi üçün o, bu mənada böyük jurnalların on-line arxivləri və ya ənənəvi kitabxanalarla müqayisə oluna bilər deyə, mübahisələndirilən tədbir bir nəşrə qoyulan ilkin məhdudlaşma hesab oluna bilər. Təşkilat vurğulayır ki, bu tədbirin məqsədi Atatürkə hörmətsiz olan bir məlumatı yayan bir səhifənin bağlanması olsa da, həmin səhifənin yerləşdiyi Google Sites-a giriş tamamilə bağlanmışdı. Belə böyük miqyaslı məlumata girişin qeyri-müəyyən müddət üçün bağlanması barədə bir tədbir nəşrin ilkin məhdudlaşmasına bənzərdir, çünki qeyri-müəyyən müddətə qadağan edilmiş bir məzmuna isitifadəçilərin girişinə mane olur. Belə məhdudiyyətlər təhlükəli ola biləcəyinə görə Məhkəmənin bunu diqqətli araşdırması vacibdir.
44. The Open Society Justice Initiative əlavə edir ki, bu qadağa bir qrup səhifə üçün “əlavə senzura” təhlükəsi daşıyır və buna görə də yalnız bir səhifənin baölanmasının mümkün olduğu hallarda disproporsional olan bu cür tədbirlərdən qaçınılmalıdır. Avropa Şurası üzv Dövlətlərindən nümunələr gətirərək təşkilat bildirir ki, bu işdə tətbiq olunan kimi bpyük miqyaslı qadağalar Fransa, Almaniya və ya Böyük Britaniyada heç vaxt tətbiq olunmamışdır.
45. Digər tərəfdən türk sistemi özbaşınalığa qarşı adekvat təminatlar nəzərdə tutmur. Belə ki, bu tədbir barədə məzmun təminatçılarını və ya digır səhifə shiblərini məlumatlandırmaq öhdəliyi yoxdur. Bundan başqa, ölkədə heç bir hüquqi təminat təqdim edilmədən, minlərlə istifadəçisi olan çox sayda internet səhifəsi bağlanmışdır. Məsələn, « YouT », « GeoCities », « Dailymotion » və çox sayda « Google » xidmətləri aylarla və illərlə bağlı qalmışdır və bu, əhəmiyyətli « əlavə senzura »ya səbəb olmuşdur.
3. Məhkəmənin dəyərləndirməsi
a. Müdaxilənin mövcud olması barədə
46. Məhkəmə müşahidə edir ki, üzərində öz elmi işlərini və müxtəlif sahələrdəki fikirlərini yayımladığını bəyan etdiyi bir İnternet səhifəsinim sahibi və istifadəçisidir. O şikayət edir ki, onun səhifəsi ilə heç bir əlaqəsi olmayan bir cinayət işinin çərçivəsində verilən bir qərar nəticəsində öz səhifəsinə girə bilmir. Onun fikrincə, bu halda söhbət mahiyyət üzrə qərardan öncə verilən ilkin məhdudlaşmadan gedir.
47. Məhkəmə xatırladır ki, 10-cu maddə nəşrdən əvvəlki məhdudlaşdırmaları öz-özlüyündə qadağan etmir. Bu maddədə istifadə edilən « şərtlər », « məhdudiyyətlər », « mane olmaq » və ya « qarşısını almaq » ifadələr, eləcə də, Sunday Times c. Royaume-Uni (no 1) (26 aprel 1979, série A no 30), və Markt intern Verlag GmbH et Klaus Beermann c. Allemagne (20 noyabr 1989, série A no 165) kimi işlər də buna sübutdur. Lakin bu məhdudlaşmalar ele böyük risklər daşıyır ki, onlarla əlaqədar Məhkəmə çox diqqətli analiz aparmalıdır. Bu, xüsusilə informasiya vasitələri üçün keçərlidir : məlumat vaxtı keçən bir məhsuldur və onun nəşrini qısa müddətə də olsa gecikdirmək, onu bütün dəyərindən və marağından məhrum edə bilər. Bu təhlükə periodik nəşrlərdən fərqli olaraq, gündəlik məsələlərlə əlaqədar nəşrlər üçün də mövcuddur.
48. Fikri ifadə etmək azadlığının həyata keçirilməsində İnternet səhifələrinin əhəmiyyətinə gəlincə isə Məhkəmə xatırladır ki, Times Newspapers Ltd c. Royaume-Uni (nos 1 et 2), (nos 3002/03 et 23676/03, § 27, CEDH 2009), o aşağıdakıları demişdir :
« [Ç]atımlılığı və böyük həcmdə məlumatı saxlamaq və yaymaq imkanı sayəsində Internet səhifələri ictimaiyyətin gündəmə çıxışının yaxşılaşdırılmasına və ümumi olaraq, məlumatın ötürülməsinə böyük töhvə verir. »
49. Bu fikirlər hazırki iş üçün də doğrudur. Məhkəmə qeyd edir ki, Google Sites Google-un bir qrup daxilində web səhifəsi yaratmağı və paylaşmağı asanlaşdıran bir moduludur və beləliklə, fikri ifadə azadlığını həyata keçirməyin bir yoludur.
50. Bununla əlaqədar Məhkəmə vurğulayır ki, 10-cu maddə fikri ifadə azadlığını « hər bir şəxs » üçün təmin edir ; o bu hüququ həyata keçirərkən daşınan məqsədə və ya bunda fiziki və hüquqi şəxslərin roluna görə fərq qoymur (Çetin et autres c. Turquie, nos 40153/98 et 40160/98, § 57, CEDH 2003‑III (extraits)). 10-cu maddə yalnız məlumatın məzmununa deyil, həm də onun ötürülmə vasitələrinə aiddir, çünki onlara tətbiq edilən hər məhdudiyyət məlumatları almaq və ötürmək azadlığına toxunur (bax : mutatis mutandis, Autronic AG c. Suisse, 22 may 1990, § 47, série A no 178). Məhkəmə həmçinin dəfələrlə demişdir ki, 10-cu maddə yalnız məlumat ötürmək azadlığını deyil, həm də ictimaiyytəin məlumat almaq hüququnu təmin edir (Observer et Guardian c. Royaume-Uni, 26 noyabr 1991, § 59 b), série A no 216, et Guerra et autres c. Italie, 19 fevral 1998, § 53, Recueil des arrêts et décisions 1998-I).
51. Hazırki işdə səhifəyə girişin bağlanması Denizli cinayət məhkəməsinin qərarı nəticəsində baş vermişdir. Bu, 5816 saylı qanuna əsasən Atatürkə hörmətsizlik səbəbilə üçüncü bir səhifəyə qarşı açılmış cinayət işinin çərçivəsind verilmiş ilkin məhkəmə tədbiri idi. Bununla belə, qərarı icra etməli olan inzibati orqan, yəni Tİİ Google Sites-a girişin tamamilə bağlanmasını istədi. 24 iyun 2009-cu il tarixli qərarı ilə Denizli cinayət məhkəməsi bu müraciəti qəbul etdi. Ərizəçinin etirazına baxan Denizli inzibati məhkəməsi bu qərarı qüvvədə saxladı və hesab etdi ki, qanunsuz səhiəfyə girişi bağlamağın yeganə yolu Google Sites-a girişi tamamilə bağlamaqdır. Beləliklə Tİİ Google Sites-a girişi tamamilə bağladı və bu, əlbəttə ki, ərizəçinin səhifəsinə girməsini də qeyri-mümkün etdi. İş materiallarına əsasən, ərizəçi qeyri-müəyyən müddət ərzində öz internet səhifəsinə girə bilməmişdi və onun bu vəziyyətə son qoymaq cəhdləri məhkəmə qərarıyla rədd olundu. Buna görə də o haqqlı olaraq iddia edə bilər ki, mübahisələndirilən tədbir onun məlumat və ideya almaq və ötürmək hüququna təsir etmişdir.
52. Deməli, işin mərkəzində bir məhkəmə prosesi çərçivəsində qəbul edilmiş preventiv tədbirin yan təsirləridir : nə Google Sites, nə də ərizəçi bu məhkəmə prosesinin iştirakçısı olmasa da, Tİİ Denizli cinayət məhkəməsinin qərarını icra etmək üçün bu səhifələrə girişi bağlamışdı. Bu, mahiyyət üzrə qərarın qəbul olunmasına və ya Google Sites-da yerləşdirilmiş qanunsuz məzmunun səhifədən çəkilməsinə qədər qüvvədə olmalı idi (5651 saylı qanunun 9-cü maddəsi). Beləliklə, bu, mahiyyəti üzrə qərardan əvvəl qəbul olunmuş ilkin qərar idi.
53. Məhkəmə hesab edir ki, qanuni əsası nə olursa olsun, belə bir tədbir İnternetə çatımlılıq məsələsinə təsir edirdi və bebəliklə, Dövlətin 10-cu maddəyə əsasən məsuliyyətini yaradır ( bax : mutatis mutandis, Vereinigung demokratischer Soldaten Österreichs et Gubi c. Autriche, 19 dekabr 1994, § 27, série A no 302).
54. Məhkəmə həmçinin müşahidə edir ki, bu qadağa əslində ücümcü bir səhifəyə qoyulmuşdu, lakin Google Sites-ın tamamilə bağlanması səbəbilə, ərizəçinin bu domeyndə yerləşmiş səhifəsinə də tətbiq olunmuşdu. Əlbəttə, bu, tam anlamda qadağa deyil, sadəcə İnternetə giriş məhdudiyyətidir. Bu məhdudiyyət ərizəçinin də səhifəsinə girişi bağlamışdı. Bununla belə, mübahisələndirilən məhdudiyyətin məhdud təsiri onun əhəmiyyətini azaltmır, çünki İnternet bu gun fərdlər tərəfindən ifadə və məlumat azadlığı hüquqlarının həyata keçirilməsinin əsas vasitələrindən biridir : İnternetdə siyasi və ictimai maraq məsələləri ilə bağlı fəaliyyət və müzakirələrdə iştirak üçün vacib alətlər mövcuddur.
55. Xülasə, Məhkəmə hesab edir ki, mübahisəli tədbir bir İnternet səhifəsinin bağlanması barədə preventiv tədbirdən irəli gələn məhdudiyyətdir və bu tədbirin icrası üçün Tİİ-nin müraciəti əsasında məhkəmə ərizəçinin səhifəsinin də yerləşdiyi Google Sites-a girişin bağlanmasını əmr etdi. Beləliklə, ərizəçi öz səhifəsinə girmək imkanını itirdi. Bu element Məhkəməyə bu tədbirin maraqlı şəxsin məlumat və ideyaları almaq və ötürmək hüququnun ayrılmaz bir hissəsi olduğu fikri ifadə azadlığına «dövlət orqanları tərəfindən müdaxilə» olmasını deməyə kifayət edir (bax : mutatis mutandis, Ayşe Öztürk c. Turquie, no 24914/94, § 42, 15 oktyabr 2002).
56. Belə müdaxilə əgər « qanunla nəzərdə tutulmuş » deyilsə və 10-cu maddənin 2-ci bəndindəki bir və ya bir neçə məqsədə çatmaq üçün edilməmiş və bu məqsəd və məqsədlərə çatmaq üçün « demokratik cəmiyyətdə zəruri » deyildirsə, 10-cu maddəyə zidd hesab olunacaqdır.
b. Qanunla nəzərdə tutulmuş
57. Məhkəmə ilk öncə xatırladır ki, 10-cu maddənin 2-ci bəndindəki « qanunla nəzərdə tutulmuş » sözləri hər şeydən əvvəl o deməkdir ki, mübahisəli tədbirin daxili hüquqda bir əsası olmalıdır. Lakin bu, həm də həmin qanunun keyfiyyəti ilə də bağlıdır : bu qanun maraqlı şəxs tərəfindən çatımlı olmalıdır ; şəxs, özü üçün qanunun nəticələrini görə bilməlidir ; və qanun hüququn aliliyi prinsipinə uyğun olmalıdır (bax, çox sayda digər işlər arasında, Dink c. Turquie, nos 2668/07, 6102/08, 30079/08, 7072/09 et 7124/09, § 114, 14 sentyabr 2010). Məhkəmənin davamlı yurisprudensiyasına əsasən bir norma o vaxt « əvvəlcədən görülə bilən » hesab olunur ki, o kifayət qədər açıq şəkildə yazılıb və hər bir şəxsə, lazım gələrsə, peşəkar məsləhətindən istifadə edərək, öz davranışını tənzimləməyə imkan verir (bax : çox sayda digərləri arasında, RTBF c. Belgique, no 50084/06, § 103, 29 mart 2011, Akçam c. Turquie, no 32964/96, § 87, 30 oktyabr 2001).
58. Hazırki işdə Məhkəmə müşahidə edir ki, məhkəmə prosesi nəticəsində ərizəçinin səhifəsinə girişin bağlanmasının qanuni əsası vardı : 5651 saylı qanunun 8-ci maddəsinin 1-ci bəndi. Ərizəçi hesab edir ki, 5651 saylı qanunun 8-ci maddəsinin 1-ci bəndinin çatımlılıq və əvvəlcədən görülə bilənlik tələblərinə cavab verib-verməməsi sualına mənfi cavab verilməlidir, çünki bu müddəa çox qeyri-dəqiqdir.
59. Məhkəmənin davamlı yurisprudensiyasına görə, bu tələblərə cavab vermək üçün, daxili hüquq Konvensiyanın təminat verdiyi hüquqlara dövlət orqanları tərəfindən özbaşına müdaxiləsinə qarşı müəyyən bir müdafiə təqdim etməlidir. Əsas hüquqlardan söhbət gedən zaman, icra hakimiyyətinə verilən dəyərləndirmə səlahiyyəti məhududlaşdırılmamışsa, bu qanun Konvensiyada nəzərdə tutulan demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan hüququn aliliyinə zidd olmuş olardı. Yəni, qanun bu səlahiyyətin dairəsini və formasını kifayət qədər dəqiqliklə müəyyən etməlidir (bax : çox sayda digərləri arasında, yuxarıda istinad edilmiş Sunday Times, § 49, və Maestri c. Italie [GC], no 39748/98, § 30, CEDH 2004‑I).
60. Burda ortaya çıxan sual odur ki, girişin bağlanması qərarı verilən zaman, ərizəçiyə bu sahədə öz davranışını tənzimləmək imkanı verən aydın və dəqiq norma var idimi ?
61. Məhkəmə müşahidə edir ki, 5651 saylı qanunun 8-ci maddənin 1-ci bəndinə əsasən məhkəmə « İnternetdə yayımlanan nəşrlərin məzmunu etibarı ilə cinayət təşkil etmələri barədə kifayət qədər əsas varsa » onlara girişi bağlamaq əmri verə bilər. Eyni qanunun 2-ci maddəsi « nəşr »ə iki anlayış verir : ğ) bəndinə əsasən, İnternet üzərindəki nəşr (yayın) - qeyri-müəyyən sayda şəxsə İnternet vasitəsilə çatımlı məlumatlardır; l) bəndinə əsasən isə « nəşr » - İnternetdəki yayımlardır. « Nəşr » analayışı çox geniş bir anlayış olsa da və İnternetdə yayımlanan hər cür məlumatı ehtiva edə bilsə də, aydındır ki, nə ərizəçinin səhifəsi, nə də Google Sites 5651 saylı qanunun 8-ci maddəsinin 1-ci bəndinin əhatə dairəsinin altına düşmür, çünki onların məzmunu bu müddəanın mənasında, mübahisələndirilməmişdi.
62. Əslində nə Google Sites, nə də ərizəçinin səhifəsi istinad edilən müddəanın mənasında məhkəmə prosesinin predmeti olmamışdı. 24 iyun 2009-cu il qərarında (yuxarıdakı 10-cu paraqraf) istinad olunan 5651 saylı qanunun 8-ci maddəsinin 1-ci bəndinin mətnindən görünür ki, Google Sites yer verdiyi səhifənin məzmununa görə cavabdeh hesab edilmişdir. Lakin 5651 saylı qanunun məzmun təminatçılarını, yerləşdirmə və giriş təminatçılarının məsuliyyətini dəqiqləşdirən 4, 5 və 6-cı maddələrində bu işdə qərar verilən şəkildə girişin tam bağlanması nəzərdə tutulmayıb. Digər tərəfdən, qanunun Google Sites kimi ideya və məlumatların mübadiləsinə xidmət edən bir domeynin tamamilə bağlanmasına icazə verdiyi iddia irəli sürülməmişdir. Bundan əlavə, iş materiallarında Google Sites-ın 5651 saylı qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulduğu kimi qanunsuz məzmun yerləşdirdiyindən məlumatlı olması, ya da haqqında cinayət prosesi olan bir səhifə ilə bağlı ilkin tədbiri icra etməkdən imtina etməsi barədə heç bir element yoxdur.
63. Məhkəmə həmçinin müşahidə edir ki, 5651 saylı qanunun 8-ci maddəsinin 3 və 4-cü bəndləri bir inzibati orqana (Tİİ) başlanğıcda bir səhifəyə qarşı qəbul edilmiş girişin bağlanması qərarın icrası çərçivəsində geniş səlahiyyətlər verdi. İşin halları göstərir ki, Tİİ səhifə və ya domeynə qarşı hər hansı cinayət işi olmasa və ya bağlanmanın zəruriliyi müəyyən edilməsə belə, girişin bağlanması tədbirinin genişləndirilməsi barədə müraciət edə bilər.
64. Bundan əlavə, Məhkəmə hesab edir ki, yuxarıda (paraqraf 47) göstərildiyi kimi, belə ilkin məhdudiyyətlər, a priori, Konvensiyaya zidd deyildir. Bununla belə, məhdudiyyətlər qadağanın miqyası ilə bağlı dəqiq və sui-istifadəyə qarşı məhkəmə nəzarəti ilə bağlı səmərəli olan qanunvericilik çərçivəsində tətbiq edilməlidir. (Association Ekin c. France, no 39288/98, § 58, CEDH 2001‑VIII, bax həmçinin, mutatis mutandis, Comité de rédaction de Pravoye Delo et Shtekel c. Ukraine, no 33014/05, § 55, CEDH 2011 (extraits)). Bununla əlaqədar, hakim tərəfindən toqquşan maraqları tarazlaşdırmaqla belə tədbirlərə nəzarət edilməsi ifadə azadlığına preventiv məhdudiyyətlərə tətbiq edilən dəqiq və aydın qaydaları müəyyən edən qanunvericilik çərçivəsi olmadan mümkün deyldir (yuxarıda istinad edilən RTBF, § 114). Müşahidə etmək lazımdır ki, Denizli cinayət məhkəməsi 5651 saylı qanununu tətbiq edərək Google Sites-a girişi tamamilə bağlamaq qərarı verdiyi zaman Tİİ-in rəyinə istinad etməklə kifayətləndi, mübahisəli səhifəyə girişi bağlamaq üçün daha yüngül tədbir görülməsinin mümkünlüyünü araşdırmadı (yuxarıdakı 10-cu paraqraf).
65. Digər tərəfdən, Məhkəmə xüsusilə xatırladır ki, 1 iyul 2009-cu ildə verdiyi etirazında ərizəçi bildirmişdi ki, bu tədbirin digər səhifələrə təsir etməməsi üçün yalnız qanunsuz səhifəni bağlamaq imkanı verən bir metod seçmək lazımdır.
66. Bununla belə, Məhkəmə müşahidə edir ki, etiraza baxan hakimlər işdə olan müxtəlif maraqları ölçməyə və xüsusilə Google Sites-ı tamamilə bağlamağa ehtiyac olub-olmadığını müəyənləşdirməyə çalışmamışdılar. Məhkəmənin fikrincə, bu çatışmazlıq məhkəmə üzərinə Konvensiyanın 10-cu maddəsi ilə əlaqədar Məhkəmənin müəyyən etdiyi meyarları tətbiq edərək, Google Sites-ın tamamilə bağlanması zərurətinin olub-olmadığını müəyyən etmək öhdəliyi qoymayan 5651 saylı qanunun 8-ci maddəsinin özündədir. Əslində bu öhdəlik birbaşa olaraq Konvensya və Məhkəmə təcrübəsindən irəli gəlir. Öz qərarlarında hakimlər sadəcə olaraq, bildirlər ki, qanunsuz səhifənin bağlanması barədə qərarın icrası yalnız Google Sites-ın tamamilə bağlanması ilə mümkündür (yuxarıdakı 8,10 və 13-cü paraqraf). Məhkəmənin fikrincə, hakimlər xüsusilə, bu cür tədbirlərin böyük həcmdə məlumata girişin qeyri-mümkünlüyünə səbəb olaraq internet istifadəçilərinin hüquqlarına əhəmiyyətli təsir edəcəyini və əhəmiyyətli əlavə təsirləri olacağını nəzərə almalı idi.
67. Bu fikirlərin işığında və işdə tətbiq olunan qanunvericiliyin analizindən Məhkəmə bu nəticəyə gəlir ki, 5651 saylı qanunun 8-ci maddəsi əsasında edilən müdaxilə Konvensiyanın tələb etdiyi əvvəldən görülə bilənlik şərtinə cavab vermir və ərizəçiyə demokratik cəmiyyətdə hüququn aliliyi prinsipinin tələb etdiyi müdafiədın istifadə etmək imkanı verməmişdir. Üstəlik, bu qanun təminat verilən hüquqların «sərhədlər nəzərə alınmadan » tətbiq olunmalı olduğunu elan edən Konvensiyanın 1-ci maddəsinə zidd görünür (bax : eyni istiqamətdə, yuxarıda istinad olunan Association Ekin § 62).
68. Bundan əlavə, Məhkəmə müşahidə edir ki, şikayət edilən tədbir özbaşına nəticələrə səbəb olmuş və qanunsuz səhifəni bağlamağa yönəlmiş bir tədbir hesab edilə bilməz, çünki həmin tədbir Google Sites-da yerləşmiş bütün səhifələrə girişin ümumi olaraq bağlanmasından ibarət idi. Digər tərəfdən, İnternet səhifələrə girişin bağlanmasına məhkəmə nəzarəti sui-istifadələrin qarşısının alınması üçün gərəkli olan əlamətləri daşımır : daxili hüquq dəqiq müəyyən olunmuş bir səhifəyə qarşı yönəlmiş bağlanma qərarının ümumi bağlanma üçün istifadə oluna bilməməsi üçün heç bir təminat nəzərdə tutmur.
69. Deməli, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş vermişdir.
70. Yuxarıdakı nəticəni nəzərə alaraq, Məhkəmə 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan təminatlara riayət olunmasını yoxlamağa ehtiyac duymur.
III. KONVENSİYANIN 6, 7, 13-CÜ MADDƏLƏRİNİN VƏ 1 SAYLI PROTOKOLUN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
71. Konvensiyanın 6 və 13-cü maddələrinə istinad edərək, ərizəçi şikayət edir ki, tədbirin və dövlət orqanlarının mümkün sui-istifadəsinin yoxlanması üçün səmərəli məhkəmə nəzarətindən istifadə etmək imkanı olmamışdır.
7-ci maddəyə əsaslanaraq, Konvensiyanın 7-ci maddəsi ilə təminat verilən cinayət və cəzaların qanuniliyi prinsipinə zidd vəziyyət olduğunu bildirir.
Nəhayət, 1 saylı Protokolun 2-ci maddəsinə əsaslanaraq ərizəçi şikayət edir ki, onun təhsil hüququna müdaxilə olunmuşdur, çünki bu tədbir onun doktorantura təhsilini davam etdirməsinə mane olmuşdur.
72. Konvensiyanın 10-cu maddəsinin pozuntusu faktının elan edilməsi (yuxarıdakı 70-ci paraqraf) nəzərə alınaraq, Məhkəmə hesab edir ki, hazırki işdəki əsas hüquqi məsələləri aydınlaşdırmışdır. Işin bütün faktiki hallarının işığında Məhkəmə hesab edir ki, Konvensiyanın 6, 7 və 13-cu maddələri və 1 saylı Protokolun 2-ci maddəsi əsasında qaldırılan şikayətlərin qəbuledilənliyi və mahiyyəti ilə bağlı ayrıca araşdırılmasına ehtiyac yoxdur (Recep Kurt c. Turquie, no 23164/09, § 70, 22 noyabr 2011, və Kamil Uzun c. Turquie, no 37410/97, § 64, 10 may 2007).
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
73. Konvensiyanın 41-ci maddəsinə görə,
« Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. »
A. Zərər
74. Ərizəçi mənəvi ziyana görə 10,000 avro tələb edir.
75. Hökumət bu tələbə etiraz edir.
76. Məhkəmə hesab edir ki, hesab edir ki, ərizəçiyə mənəvi ziyana görə 7,500 avro ödənilməlidir.
B. Xərc və məsrəflər
77. Ərizəçi yerli məhkəmələr və Məhkəmə qarşısındakı xərcləri kimi 3,300 avro tələb edir. O, bildirir ki, hazırki işin daxili məhkəmələrə və Məhkəməyə təqdim edilməsi 28 saatdan artıq iş tələb etmişdir və İstanbul və İzmir vəkillər kollegiyalarının minimum ödəmə cədvəllərinə görə iş saatı 250 TRL-dir.
78. Hökumət bu tələbə etiraz edir.
79. Məhkəmənin təcrübəsinə əsasən, ərizəçi ancaq xərclər və məsrəflərin real olması, vacibliyi və tariflərin ağlabatan olmasının müəyyən olunduğu hallarda onları geri ala bilər. Hazırki işin hallarını, əlindəki materialları və məhkəmə təcrübəsini nəzərə alaraq, Məhkəmə qarşısındakı prosesə görə Məhkəmə ərizəçiyə 1,000 Avro məbləğinin ödənilməsini əmr edir.
C. İcraatın gecikdirilməsinə görə faiz dərəcəsi
80. Məhkəmə məqsədəuyğun hesab edir ki, icraatın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARLA MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Elan edir ki, ərizəçinin məlumat almaq və ötürmək hüququna əsaslandırılmamış müdaxilə ilə bağlı şikayət qəbulediləndir;
2. Qərara alır ki, Konvensiyanın 10-ci maddəsinin pozuntusu baş vermişdir;
3. Qərara alır ki, Konvensiyanın 6, 7 və 13-cü maddələri və 1 saylı Protokolun 2-ci maddəsi üzrə qalrdırılan şikayətlərin qəbuledilənlik və mahiyyəti məsələlərini ayrıca araşdırmağa ehtiyac yoxdur;
4. Qərara alır ki,
(a) cavabdeh dövlət Ərizəçiyə Məhkəmə qərarının, Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə uyğun olaraq yekun xarakter aldığı tarixdən etibarən üç ay ərzində türk lirəsinə çevrilərək aşağıdakı məbləğlər ödənilsin:
i. mənəvi ziyana görə 7,500 (yeddi min beş yüz) avro, üstəgəl tələb olunan bütün vergilər;
ii. xərc və məsrəflərə görə 1,000 (min) avro, üstəgəl tələb olunan bütün vergilər;
(b) yuxarıda qeyd olunan üç ay müddəti başa çatdıqdan sonra ödəniş həyata keçirilənə qədər yuxarıda göstərilən məbləğdən gecikdirmə müddəti üzrə Avropa Mərkəzi Bankının yuxarı kredit faizi, üstəgəl üç faiz əlavə edilsin;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
Fransız dilində hazırlanmış və 18 dekabr 2012-ci ildə Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə əsasən yazılı şəkildə açıqlanmışdır.
Stanley NaismithGuido Raimondi
Katib Sədr
Hazırki qətnaməyə, Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə uyğun olaraq, hakim Paulo Pinto de Albuquerque -in ayrıca rəyi əlavə olunur.
G.RA
S.H.N.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy