© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə Təcrübəsi üzrə Məlumat Qeydi No 158
Dekabr 2012
Ahmet Yıldırım Turkiyəyə q. - 3111/10
Qətnamə 18.12.2012 [İİ Seksiya]
Maddə 10
Maddə 10-1
İfadə azadlığı
Bir internet səhifəsinin preventiv məhkəmə tədbiri olaraq bağlanması və bunun nəticəsində bir internet domeyninə və onda yerləşən bütün səhifələrə girişin bütünlüklə bağlanması : pozuntu
Faktlar – Ərizəçi digər yazıları ilə yanaşı elmi yazılarını da yerləşdiridiyi bir web səhifəsinin sahibi və istifadəçisidir. Bu səhifə web Google Sites səhifələrinin yaradılma və yerləşdirilm modulu istifadə olunaraq yaradılmışdır. 23 iyun 2009-cu il tarixində cinayət məhkəməsi internet üzərindəki nəşrlərin tənzimlənməsi və internətdə törədilən cinayətlərlə mübarizə haqqında qanuna əsaslanaraq, bu səhifələrin bağlanması barədə qərar verdi. Bu, cinayət prosesi çərçivəsində qəbul edilən preventiv tədbir idi. Eyni gündə, yuxarıdakı qanuna əsasən, bağlanma haqqında qərarın surəti icra olunması üçün telekommunikasiya və informatika idarəsinə (Tİİ) göndərildi. 24 iyun 2009-cu ildə Tİİ-in müraciəti əsasında cinayət məhkəməsi qərarını dəyişdirərək Google Sites-a girişi bütünlüklə bağlanılmasını əmr etdi. Beləliklə, ərizəçinin öz səhifəsinə girişi qeyri-mümkün oldu. 1 iyul 2009-cu ildə bağlanma qərarına qarşı vəsatət qaldırdı və səhifəsinin qeyri-legal məzmunu səbəbilə bağlanmış internet səhifəsi ilə heç bir əlaqəsi olmadığına görə tədbirin ləğv olunmasını xahiş etdi. 13 iyul 2009-cu ildə inzibati xətalar məhkəməsi ərizəçinin vəsatətini rədd etdi. 2012-ci ilin aprelində ərizəçi hələ də səhifəsinə girə bilmirdi. Halbuki, ərizədə olan məlumata görə mübahisələndirilən internet səhifəsinə qarşı olan cinayət prosesi dəlil yetərsizliyindən 2011-ci lin martında xətm olunmuşdu.
Hüquqi məsələlər – Maddə 10 : Mübahisələndirilən internet səhifəsinin bağlanması barədə preventiv tədbirin ardından, məhkəmə Tİİ-nin müraciəti əsasında ərizəçinin səhifəsinin də yerləşdiyi Google Sites-a girişi də bağladı. Mübahisələndirilən tədbir maraqlı şəxsin ifadə azadlığı hüququna müdaxilə təşkil edən bir məhdudiyyət idi.
Mübahisələndirilən səhifəyə girişin bağlanmasının qanuni əsası vardı, lakin aydındır ki, nə ərizəçinin səhifəsi, nə də Google Sites bu qanunun tətbiq dairəsinə düşmür, çünki onların məzmunu hər hansı hüquq pozuntusundan şübhələnməyə əsas vermirdi. Bu səhifələrin heç biri cinayət prosesinə cəlb edilməmişdi. Digər tərəfdən, əgər Google Sites onda yerləşən hər hansı səhifənin məzmununa görə cavabdeh hesab edilə bilsə belə, qanun qətiyyən girişin bütünlüklə bağlanmasını nəzərdə tutmurdu. Bundan əlavə, heç bir şey Google Sites-ın onda yerləşən səhifənin məzmunun qanunsuz olması barədə məlumatı olması və ya barəsində cinayət prosesi olan səhifə ilə bağlı ilkin tədbirə riayət etmədiyi nəticəsinə gəlməyə imkan vermir. Üstəlik, qanun bir inzibati orqan olan Tİİ-nə bağlanma qərarının icrası çərçivəsində geniş səlahiyyətlər tanıyır : o, həmin səhifə və ya domeynə qarşı cinayət prosesinin olmamasına və ya bütünlüklə bağlanmaya ehtiyac olub olmadığının öyrənilmədiyinə baxmayaraq bağlanma qərarının genişlənməsi barədə müraciət edə bilər.
Bu cür ilkin tədbirlər, a priori, Konvensiyaya zidd deyil. Bununla belə, onlar qadağanın dairəsi ilə bağlı xüsusilə ciddi qanuni çərçivədə olmalıdır və mümkün sui-istifadələrlə bağlı məhkəmə nəzarəti məsələsində səmərəli olmalıdır. Cinayət Məhkəməsi Tİİ-in qanunsuz səhifənin bağlanmas üçün tək yolun Google Sites-a ümumi girişin bağlanması barədəki rəyinə istinad etməklə kifayətləndi və daha az ağır tədbir barədə düşünmədi. Digər tərəfdən ərizəçi 1 iyul 2009-cu il tarixli etirazında iddia edirdi ki, digər səhifələrin mübahisələndirilən tədbirdən təsirlənməməsi üçün yalnız qanunsuz hesab edilən səhifənin bağlanmasına şərait yaradan metod seçmək lazımdır. Bununla belə, etiraza baxan məhkəmənin işdə olan müxtəlif maraqları nəzərə aldığı görünmür. Bu çatışmazlıq məhkəmələr üzərinə Google Sites-a girişin tamamən bağlanması ehtiyacını Konvensiyanın 10-cu maddəsi ilə bağlı Məhkəmə tərəfindən həyata keçirilən meyarlar əsasında araşdırması vəzifəsi qoymayan qanunun özüylə bağlı idi. Girişin bağlanması böyük həcmdə məlumata çatımlılığın qarşısını alırdı, internet istifadəçilərinin hüquqlarına nəzərə çarpan dərəcədə təsir edirdi və ümumi olaraq əhəmiyyətli təsir qüvvəsinə malik idi. Beləliklə, müdaxilə öngörülə bilən deyildi və ərizəçiyə demokratik cəmiyyətdə hüququn aliliyinin tələb etdiyi dərəcədə müdafiədən istifadə etmək imkanı verməmişdir. Bu tədbir özbaşına təsiri bağışlayır və yalnız qanunsuz səhifəyə girişi bağlamaq məqsədi daşıdığı hesab edilə bilməz. Digər tərəfdən, internet səhifələrinə girişin qadağan olunmasına məhkəmə nəzarəti sui-istifadələrin qarşısını almaq üçün lazım olan meyarlara malik deyildir ; daxili qanunvericilik bir səhifənin bağlanması tədbirinin daha ümumi bir bağlanma üçün istifadə olunmasının qarşısının alınması üçün heç bir təminat nəzərdə tutmur.
Nəticə : pozuntu (yekdilliklə)
Maddə 41 : mənəvi ziyana görə 7 500 Avro.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katiblik tərəfindən hazırlanmışdır. Məhkəmə məsuliyyət daşımır.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydinə giriş üçün bura tıklayın
Notes d’information sur la jurisprudence
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy