© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Aksu Türkiyəyə qarşı [Böyük Palata] (Aksu v. Turkey [GC]), ərizə № 4149/04
15.03.2012-ci il tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət
Qaraçı icmasını təhqir etdiyi iddia olunan nəşrlər: pozuntu baş verməyib
Faktlar – 2000-ci ildə Mədəniyyət Nazirliyi professor köməkçisi tərəfindən yazılmış "Türkiyə qaraçıları" adlı kitab nəşr etdi. Ərizəçi etirazını bildirərək kitabda qaraçıları alçaldan və təhqir edən sözlərin və ifadələrin olduğunu iddia etdi və mənəvi ziyanın kompensasiyası üçün Nazirliyə və kitabın müəllifinə qarşı iddia qaldırdı. Birinci instansiya məhkəməsi iddianı rədd edərək müəyyən etdi ki, kitab akademik tədqiqatın nəticəsidir, elmi məlumatlara əsaslanır və orada Türkiyədəki qaraçı icmasının sosial strukturları araşdırılıb, etiraz edilən ifadələr isə ərizəçini təhqir etməyib. Bu qərar apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanıldı.
Bu arada ərizəçi Mədəniyyət Nazirliyi tərəfindən "Şagirdlər üçün türk lüğəti" və "Türk lüğəti" adlı iki lüğətin nəşr edilməsinə maliyyə yardımı göstərmiş qeyri-hökumət assosiasiyasına qarşı da mülki iddia qaldırdı, ərizəçinin iddiasına görə orada qaraçıları təhqir edən və onlara qarşı ayrı-seçkiliyə yol verən müəyyən sözlər vardı. Daxili məhkəmələr bu iddianı da rədd edərək müəyyən etdilər ki, lüğətdəki anlayış və ifadələr tarixi və sosioloji reallığa əsaslanıb və orada etnik qrupu alçaltmaq və ya təhqir etmək niyyəti daşıyan heç nə yoxdur. Onlar qeyd etdilər ki, türk dilində həmçinin başqa etnik qruplara aid analoji ifadələrə lüğət və ensiklopediyalarda rast gəlmək olar.
27 iyul 2010-cu il tarixli qərarla (bax: 132 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası üç səsə qarşı dörd səslə müəyyən etdi ki, 8-ci maddə ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozuntusu baş verməyib.
Hüquqi məsələlər – Maddə 8
a) 14-cü maddənin tətbiqinin mümkünlüyü məsələsi – baxmayaraq ki, Palata işə 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddə üzrə baxmışdı, Böyük Palata qərara aldı ki, bu iş fərqli rəftara və ya etnik ayrı-seçkiliyə aid deyil, çünki ərizəçi etiraz edilən nəşrlərin ayrı-seçkilik niyyəti və ya məqsədi daşıdığını ilkin olaraq təsdiq edən sübut təqdim etməyib. Buna görə də bu iş üzrə ərizə qaraçı icması üzvlərinin əvvəllər təqdim etdikləri digər ərizələrlə müqayisə oluna bilməz. Müvafiq olaraq, araşdırılmalı olan əsas məsələ ondan ibarətdir ki, etiraza səbəb olannəşrlər ərizəçinin şəxsi həyata hörmət hüququna qeyri-mütənasib müdaxilə təşkil edibmi? Bu səbəbdən işə yalnız 8-ci maddə üzrə baxılmalıdır.
b) Şikayətin qəbuledilənliyi (qurban statusu) – Böyük Palata razılaşdı ki, etiraz edilən sözlərin və ifadələrin hədəfi şəxsən ərizəçi olmasa da, o, mənsub olduğu etnik qrup barəsindəki sözlərlə bağlı özünü təhqir olunmuş hesab edə bilər. Bu nəticəni, habelə ölkədaxili icraatda ərizəçinin prosesdə zərərçəkən qismində iştirakı ilə bağlı heç bir mübahisənin yaranmadığını nəzərə alsaq, ərizəçi Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan mənada şikayət edilən faktların qurbanı olduğunu iddia edə bilər.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
c) Şikayətin mahiyyəti
i) Kitabla əlaqədar şikayət: Ərizəçinin işində əsas məsələ onu müəyyənləşdirmək idi ki, cavabdeh Hökumət ərizəçinin şəxsi həyatını kitabın müəllifinin iddia edilən müdaxiləsindən qorumaqdan ibarət pozitiv öhdəliyini yerinə yetiribmi? 8-ci maddə ilə qorunan hüquqların digər şəxslər tərəfindən ifadə azadlığı hüququnun həyata keçirilməsi nəticəsində pozulmasına aid olan bu işə bənzər digər işlərdə olduğu kimi, Məhkəmə ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş hüquqları ilə ifadə azadlığının qorunmasını tələb edən ictimai maraqlar arasında balansı müəyyən etməlidir. Ərizəçinin iddiasını iki instansiyada rədd edərkən Türkiyə məhkəmələri yeddi universitet professoru tərəfindən hazırlanmış hesabata istinad etmişdi, həmin hesabatda kitab elmi araşdırmaya əsaslanan akademik tədqiqat işi kimi səciyyələndirilmiş və hesab edilmişdi ki, oradakı sözlər və ifadələr ümumi xarakterlidir, bütün qaraçılara aid deyil və ərizəçinin etnik mənsubiyyətinə qarşı təhqir təşkil etmir. Bu nəticələr əsassız deyildi, yaxud müvafiq faktların yanlış şərhinə əsaslanmırdı. Belə ki, məsələn, müəllif konkret ərazilərdə yaşayan bəzi qaraçıların qanunsuz fəaliyyətlərini qeyd etmiş, kitabın heç bir yerində bütövlükdə qaraçılar haqqında mənfi sözlər işlətməmişdi, yaxud bütün qaraçıların qanunsuz fəaliyyətlərlə məşğul olduqlarını iddia etməmişdi. Bundan başqa, kitabın ön söz, giriş və nəticə hissələrində müəllif aydın ifadələrlə vurğulamışdı ki, niyyəti əsasən qərəzli fikirlər ucbatından qınaq hədəfinə çevrilən qaraçı icmasının naməlum dünyasına işıq salmaqdır. Ərizəçinin bu fikirlərinin qeyri-səmimi olduğu barədə qənaətə haqq qazandıran hər hansı sübut olmadığına görə daxili məhkəmələr tərəfindən onun əsərinin araşdırma səylərinin nəticəsi olduğu və irqçi niyyətlərdən qaynaqlanmadığı barədə çıxarılan nəticə əsassız deyildi. Ərizəçi məhkəmədə iş qaldırmaq və iddiası ilə bağlı əsaslandırılmış qərarlar çıxarılmasına nail olmaq imkanına malik idi. Konvensiyanın 8-ci və 10-cu maddələrində nəzərdə tutulan və ziddiyyətə girən əsas hüquqlar arasında balansı müəyyən edərkən Türkiyə məhkəmələri qiymətləndirməni Avropa Məhkəməsinin bərqərar olmuş prinsipləri əsasında aparıb və malik olduqları qiymətləndirmə sərbəstliyi hüdudlarını aşmamış, yaxud ərizəçinin şəxsi həyata hörmət hüququnu səmərəli şəkildə təmin etməklə bağlı pozitiv öhdəliklərinə səhlənkarlıqla yanaşmayıb.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
ii) Lüğətlərlə əlaqədar şikayət: lüğətə dildəki sözləri sadalayan və onların müxtəlif mənalarını (əsasən təsviredici, lakin həm də məcazi, alleqorik və ya metaforik mənalarını) təqdim edən informasiya mənbəyi kimi baxsaq, onun əsas məqsədi cəmiyyət tərəfindən işlənən dili özündə əks etdirməkdir. Etiraz edilən lüğətlər iri həcmli idi və türk dilini bütünlüklə əhatə edirdi. Orada "qaraçı" sözünün obyektiv anlayışı, həmçinin bu sözün metaforik mənaları, habelə türk danışıq dilində işlənən digər müəyyən ifadələr, məsələn, "qaraçı pulu" və "qaraçı rəngi" (çəhrayı) ifadələri yer almışdı. Yaxşı olardı ki, gündəlik danışıq dilini təşkil edən bu ifadələrə (xüsusən şagirdlər üçün nəzərdə tutulan lüğətdə) "alçaldıcı" və ya "təhqiramiz" ifadələr damğası vurulsun, belə önləyici tədbir həm də İrqçiliyə və Qeyri-tolerantlığa qarşı Avropa Komissiyasının (ECRI) ümumi siyasətə dair 10 saylı tövsiyəsinə[1] uyğun olardı, orada dövlətlərin şagirdlər arasında tənqidi düşüncə tərzini təşviq etmək öhdəliyi nəzərdə tutulur. Lakin etiraz edilən lüğətin rəsmi məktəb proqramının bir hissəsini təşkil edən məktəb dərsliyi olmadığını nəzərə alsaq, Avropa Məhkəməsinin ölkədaxili məhkəmələrin rəyini öz rəyi ilə əvəz etməsi üçün yuxarıdakı element təklikdə yetərli deyil. Nəticə etibarı ilə dövlət orqanları malik olduqları qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmayıb, yaxud ərizəçinin şəxsi həyatına hörmət hüququnu səmərəli şəkildə təmin etməklə bağlı pozitiv öhdəliklərinə səhlənkarlıqla yanaşmayıb.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] ECRI-nin ümumi siyasətə dair 10 saylı tövsiyəsi: "Məktəb təhsilində yer alan və məktəb təhsili vasitəsilə aşılanan irqçiliklə və irqi ayrı-seçkiliklə mübarizə haqqında" tövsiyə, 15 dekabr 2006-cı ildə İrqçiliyə və Qeyri-tolerantlığa qarşı Avropa Komissiyası (ECRI) tərəfindən qəbul edilib.
Full & Egal Universal Law Academy