© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Allen Birləşmiş Krallığa qarşı [BP] – ərizə № 25424/09
12.7.2013 tarixli qərar [BP]
Maddə 6
6-cı maddənin 2-ci bəndi
Təqsirsizlik prezumpsiyası
Ərizəçi barəsində cinayət işi üzrə ittiham hökmü ləğv edildikdən sonra kompensasiya təyin olunmasından imtina edilməsi: pozuntu baş verməyib
Faktlar – 2000-ci ilin sentyabrında ərizəçi oğlunun xəsarətlərinin "uşağın silkələnməsi sindromuna" (bu sindrom həm də "başın təsadüfi olmayan xəsarəti" ("NAHI") adlandırılır) uyğun gəldiyini göstərən tibbi rəy əsasında körpə oğlunu ehtiyatsızlıqdan öldürməkdə təqsirli bilindi. O, apellyasiya icraatında iddia etdi ki, yeni tibbi dəlil xəsarətlərin "NAHI"dən savayı digər səbəblərdən də baş vermiş ola biləcəyini göstərir. 2005-ci ilin iyulunda Apellaysiya Məhkəməsi (Cinayət işləri üzrə bölmə) ("AMCB") onun barəsindəki ittiham hökmünü etibarlı sübutlara əsaslanmadığına görə ləğv edərək bu qənaətə gəldi ki, yeni dəlil andlıların çıxardığı ittiham qərarına təsir göstərə bilərdi. İttiham tərəfi ərizəçinin artıq cəzasını çəkdiyini və xeyli vaxt keçdiyini nəzərə alaraq işə yenidən baxılması üçün müraciət etmədi.
Ərizəçi Cinayət işləri üzrə ədalət mühakiməsi haqqında 1988-ci il tarixli Qanunun ("1988-ci il tarixli Qanun") 133-cü maddəsinə uyğun olaraq nazirə iddia tələbi təqdim etdi; həmin maddədə deyilir ki, hər hansı şəxs cinayət əməlinə görə məhkum edildikdə və yeni faktın və ya yeni aşkarlanmış halın əsaslı şübhə yeri qalmadan məhkəmə səhvi baş verdiyini göstərməsi əsasında sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə və ya o, əfv edildikdə ona kompensasiya ödənilir. Onun tələbi rədd edildi. Həmin qərara məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün onun verdiyi ərizə Yüksək Məhkəmə tərəfindən rədd edildi, həmin məhkəmə bu qənaətə gəldi ki, AMCB-nin qərarında bildirdiyi yeganə rəy ondan ibarətdir ki, yeni dəlil nəticəsində belə bir "imkan yaranıb" ki, həmin dəlili məhkəmə araşdırmasında verilmiş ifadə ilə birgə götürməklə andlılar ərizəçiyə "bəraət verə bilərdilər". Daha sonra Apellyasiya Məhkəməsi ərizəçinin apellyasiya şikayətini rədd edərək qeyd etdi ki, bəraət qərarı "heç də o demək deyil ki", yeni dəlil ortaya çıxan kimi daha ərizəçinin cavab verməli olduğu heç bir sual qalmayıb və beləliklə, "məhkəmə səhvinin" yoxlanılması həyata keçirilmədi.
Avropa Məhkəməsinə ərizəsində ərizəçi iddia etdi ki, kompensasiya təyin etməmək barədə qərarda gətirilən əsaslar onun təqsirsizlik prezumpsiyası hüququnu pozub.
Hüquqi məsələlər – 6-cı maddənin 2-ci bəndi
a) İşin əhatə dairəsi – Məhkəmənin qarşısında duran sual ondan ibarət deyildi ki, kompensasiya təyin olunmasından imtina edilməsi özlüyündə ərizəçinin təqsirsizlik prezumpsiyası hüququnu pozubmu (6-cı maddənin 2-ci bəndi cinayət işi üzrə bəraət almış şəxsin məhkəmə səhvinə görə kompensasiya almasına təminat vermir), sual ondan ibarət idi ki, ərizəçinin işində kompensasiya təyin olunmasından imtina barədə fərdi qərar, o cümlədən həmin qərarı əsaslandırmaq üçün gətirilən səbəblər və işlədilən ifadələr təqsirsizlik prezumpsiyasına uyğun idimi?
b) 6-cı maddənin 2-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – 6-cı maddənin 2-ci bəndinin iki aspekti var. Onlardan birincisi cinayət işi üzrə məhkəmə araşdırması kontekstində müəyyən prosessual tələbləri (məsələn, sübutetmə yükü ilə, faktlara və hüquqi məsələlərə dair ehtimallarla və öz əleyhinə ifadə verməmək hüququ ilə əlaqədar tələbləri) nəzərdə tutur. Ərizəçinin işinə aidiyyəti olan ikinci aspektin məqsədi cinayət ittihamı üzrə bəraət almış və ya barələrindəki cinayət işinə xitam verilmiş şəxsləri vəzifəli şəxslərin və dövlət orqanlarının onlarla sanki faktiki təqsirkar olan şəxslər kimi davranmalarından müdafiə etmək idi. Cinayət işinin icraatı başa çatdığı halda sonrakı icraatda 6-cı maddənin 2-ci bəndinə istinad etmək istəyən ərizəçi bu iki icraat arasında əlaqə olduğunu sübut etməli idi. Belə əlaqə, məsələn, o halda mövcud ola bilərdi ki, sonrakı icraat çərçivəsində aşağıdakılar tələb olunsun: əvvəlki cinayət prosesinin nəticəsinin araşdırılması; cinayət işinin materiallarındakı sübutların məhkəmə tərəfindən yenidən nəzərdən keçirilməsi və ya qiymətləndirilməsi tələb olunduqda bu işlərin məhkəmə tərəfindən yerinə yetirilməsi; cinayət ittihamına səbəb olmuş hadisələrin bəzilərində və ya hamısında ərizəçinin iştirakının qiymətləndirilməsi; yaxud ərizəçinin mümkün təqsirinin mövcud əlamətlərinin şərh edilməsi. Hazırkı işdə zəruri əlaqə mövcud idi, çünki kompensasiya icraatına başlamaq hüququ cinayət prosesində bəraət alma nəticəsində meydana çıxmışdı və həm də ona görə ki, nazir və məhkəmələr kompensasiyaya dair qərar çıxararkən və ya kompensasiyaya qərarına yenidən baxarkən cinayət prosesində çıxarılmış qərarı nəzərdən keçirməli idilər. Buna görə də 6-cı maddənin 2-ci bəndi bu işə tətbiq edilə bilər.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
c) Şikayətin mahiyyəti – Cinayət işinin icraatı başa çatdıqdan sonra aparılan icraatlar kontekstində 6-cı maddənin 2-ci bəndinin hansı hallarda pozulduğunun müəyyənləşdirilməsinə vahid yanaşma mövcud deyildi. Etiraz edilən qərarın qəbul edildiyi icraatın xarakterindən və kontekstindən çox şey asılı idi. Lakin bütün hallarda və hansı yanaşmanın tətbiq edilməsindən asılı olmayaraq qərarverici orqanın qərarda işlətdiyi ifadələr qərarın və onun əsaslandırmasının 6-cı maddənin 2-ci bəndinə uyğunluğunun qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyırdı.
Məhkəmə ərizəçinin işindəki icraatın xarakterini və kontekstini araşdırmağa keçərək qeyd etdi ki, ərizəçinin barəsindəki bəraət qərarı sözün əsil mənasında işin "mahiyyəti" üzrə bəraət qərarı deyildi. Ərizəçinin işində cinayət prosesinə xitam verilməsi formal olaraq bəraət qərarı sayılsa da, xitam verilmiş işdə həm də digər əsaslara görə işə xitam verilməsinin bir çox xüsusiyyətləri vardı.
Məhkəmə daha sonra qeyd etdi ki, kompensasiya hüququnun yaranması üçün 1988-ci il tarixli Qanunun 133-cü maddəsində nəzərdə tutulmuş konkret meyarlar, yəni aşağıdakılar nəzərə alınmalıdır: iddiaçı məhkum edilməli və nəticədə cəzalandırılmalı, müddət ötürüldükdən sonra apellyasiya şikayətinin verilməsinə icazə verilməli, apellyasiya şikayətinin təqdim edilməsinə icazə verilməsi üçün əsas təşkil edən yeni fakt məhkəmə səhvinin baş verdiyini əsaslı şübhə yeri qalmadan göstərməlidir. Bu meyarlar kiçik linqvistik dəyişikliklərlə 7 saylı Protokolun 3-cü maddəsinin müddəalarını əks etdirirdi və sonuncular 6-cı maddənin 2-ci bəndinə zidd olmayan tərzdə şərh edilməli idi. Bu meyarlarda bəraət almış şəxsin təqsirsizliyini sual altına alan heç nə yox idi, qanunun özü isə cinayət işində təqsirlilik məsələsinin qiymətləndirilməsini tələb etmirdi.
Daxili məhkəmələrin işlətdiyi ifadələrə gəlincə, Məhkəmə hesab etmədi ki, həmin məhkəmələrdən tələb olunan vəzifələrin yerinə yetirilməsi kontekstində götürüldükdə bu ifadələr ərizəçinin bəraət hökmünə xələl gətirib və ya onun təqsirsizlik prezumpsiyası hüququna zidd olub. "Məhkəmə səhvinin" baş verib-vermədiyini qiymətləndirərkən məhkəmələr heç də bu məsələyə dair şərh verməyiblər ki, apellyasiya icraatında ortada olan sübutların əsasında ərizəçiyə bəraət verilməli idi, yoxsa o, məhkum edilməli idi. Eynilə, onlar dəlillərin ərizəçinin təqsirkar və ya təqsirsiz olduğunu göstərib-göstərmədiyinə dair şərh verməyiblər. Onlar dönə-dönə təkrar ediblər ki, işə yenidən baxılması barədə qərar qəbul edilsəydi, yeni dəlilin qiymətləndirilməsi andlıların üzərinə düşəcəkdi.
Bundan başqa, İngiltərənin cinayət prosessual qanunvericiliyinə uyğun olaraq, ittiham aktı təqdim edildikdən sonra keçirilən cinayət işi üzrə məhkəmə araşdırmasında ittiham tərəfinin dəlillərinin qiymətləndirilməsi və təqsirləndirilən şəxsin təqsirinin müəyyənləşdirilməsi andlıların üzərinə düşürdü. Ərizəçinin işində AMCB-nin rolu ittiham hökmünün "etibarlı sübutlara" əsaslanıb-əsaslanmadığına dair qərar verməkdən ibarət idi və həmin anda mövcud olan dəlillərin əsasında ərizəçinin təqsirinin əsaslı şübhə yeri qalmadan sübuta yetirilib-yetirilmədiyi barədə andlıların qərarını öz qərarı ilə əvəz etməkdən ibarət deyildi. Ərizəçinin işi üzrə yeni məhkəmə araşdırması keçirməmək barədə qərar onu başqa bir cinayət prosesində iştirak etməyin stressindən və həyəcanından qurtarmış oldu və o, işə yenidən baxılmalı olduğunu iddia etməmişdi. İstər Yüksək Məhkəmə, istərsə də Apellyasiya Məhkəməsi məhkəmə səhvinin baş verib-vermədiyini müəyyənləşdirmək üçün AMCB-nin qərarına xeyli dərəcədə istinad etmişdilər və baxılmış olan işin nəticəsi ilə əlaqədar hər hansı müstəqil nəticələrə gəlməyə çalışmamışdılar. Onlar ittiham hökmünün etibarlı dəlillərə əsaslanmadığı barədə AMCB-nin gəldiyi nəticəni sual altına almamışdılar; eləcə də onlar dəlillərin qiymətləndirilməsində AMCB-nin səhvə yol verdiyini zənn etməmişdilər. Onlar 133-cü maddədə nəzərdə tutulmuş meyarlara riayət edilib-edilmədiyinə dair qərar vermək üçün AMCB-nin gəldiyi nəticələri olduğu kimi qəbul etmiş və onlarda hər hansı dəyişiklik etmədən və ya onları yenidən qiymətləndirmədən həmin nəticələrə istinad etmişdilər.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy