© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 176 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, iyul
Alişiç (Ališić) və başqaları Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Sloveniya və Keçmiş yuqoslav respublikasi Makedoniyaya qarşı [BP] – ərizə № 60642/08
16.7.2014 tarixli qərar [BP]
Maddə 46
Pilot qərar
Ümumi tədbirlər
Sloveniya və Serbiyadan tələb olunur ki, ərizəçilərin və onların vəziyyətində olan digər şəxslərin "köhnə" xarici valyuta əmanətlərini geri ala bilmələrinə imkan yaradan tədbirlər görsünlər
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsi
Öz mülkiyyətindən maneəsiz istifadə hüququ
Keçmiş YSFR dağıldıqdan sonra "köhnə" xarici valyuta əmanətlərini geri almaq imkanının olmaması – pozuntu baş verib
Faktlar – Ərizəçilər Bosniya və Herseqovina vətəndaşıdırlar. 1989-1990-cı illərədək keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikası (YSFR) yüksək faizlərlə və bank müflisləşdiyi, yaxud "açıq-aydın ödəniş qabiliyyətli olmadığı" təqdirdə dövlət zəmanəti verməklə öz banklarına xarici valyuta ilə depozit qoymağı vətəndaşları üçün cəlbedici etmişdi. Depozit sahibləri depozitlərini toplanan faizlərlə birlikdə istənilən vaxt geri götürmək hüququna malik idilər. Birinci iki ərizəçi "Lyublyanska Banka Sarayevo"ya, üçüncü ərizəçi isə "İnvestbank"ın Tuzla filialına depozitə xarici valyuta qoymuşdular. 1989-1990-cı illərin islahatlarından sonra "Lyublyanska Banka Sarayevo" "Lyublyanska Banka Lyublyana"nın filialına çevrildi və birincinin hüquqları, aktivləri və öhdəlikləri ikinciyə keçdi. "İnvestbank" Serbiyada yerləşən və Tuzla filialı da daxil olmaqla Bosniya və Herseqovinada bir sıra filialları olan müstəqil banka çevrildi. Bu dövrdə dinarın konvertasiya olunan valyutaya çevrilməsi və olduqca əlverişli mübadilə məzənnələri xarici valyutaların kütləvi surətdə kommersiya banklarından geri götürülməsinə səbəb oldu ki, bu da YSFR-i depozitlərin geri götürülməsini məhdudlaşdırmağa yönələn fövqəladə tədbirlərə əl atmağa vadar etdi. 1991-1992-ci illərdə YSFR parçalandıqdan sonra hüquqi varis olan dövlətlərdə köhnə xarici valyuta depozitləri dondurulmuş halda qaldı, amma bununla belə, həmin dövlətlər onları ölkədaxili banklara geri ödəməyə razılıq verdilər. Bosniya və Herseqovinada Konstitusiya Məhkəməsi "Lyublyanska Banka Lyublyana"nın və "İnvestbank"ın ölkədaxili filiallarındakı "köhnə" xarici valyuta əmanətlərinin geri ödənilməməsi ilə bağlı çoxsaylı fərdi şikayətlərə baxdı. Konstitusiya Məhkəməsi Bosniya və Herseqovinanın və ya onun hər hansı orqanlarının məsuliyyət daşımadığını müəyyən etdi və əvəzində göstəriş verdi ki, dövlət həmin filialların müştərilərinə, müvafiq olaraq, Sloveniya və Serbiyadakı əmanətlərini geri almaqda kömək etsin. Hüquqi varislik məsələlərinə dair sazış bağlamaq üçün aparılan danışıqlar çərçivəsində 2001 və 2002-ci illərdə "köhnə" xarici valyuta əmanətlərinə YSFR-in verdiyi zəmanətlərin bölüşdürülməsi ilə bağlı danışıqlar aparıldı. Lakin hüquqi varis olan dövlətlər razılığa gələ bilmədiklərinə görə 2002-ci ildə Beynəlxalq Nizamlamalar Bankı onlara məlumat verdi ki, bu məsələdə daha iştirak edə bilməz. Ərizəçilər şikayət etdilər ki, öz xarici valyuta əmanətlərini geri götürmək imkanına malik olmayıblar.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Ərizənin qəbuledilənliyinə dair qərarında Palata bu qənaətə gəldi ki, "Lyublyanska Banka Lyublyana" və "İnvestbank"dakı "köhnə" xarici valyuta əmanətlərinə YSFR tərəfindən qanunla verilən zəmanət YSFR dağılana qədər işə düşməyib və buna görə də müvafiq məsuliyyət həmin banklardan YSFR-ə keçməyib. Böyük Palata bu məsələdə Palatanın qənaətini təsdiqlədi. Bundan başqa, o vurğuladı ki, YSFR dağılandan bəri bu iki bank Bosniya və Herseqovina filiallarındakı "köhnə" xarici valyuta əmanətlərinə görə məsuliyyət daşımaqda davam edirlər. Məhkəmə bu məsələni araşdırmağa keçdi ki, Sloveniya və Serbiya həmin bankların ərizəçilərə olan borclarını geri ödəməmələrinə görə məsuliyyət daşıyırlarmı?
Sloveniya Hökuməti "Lyublyanska Banka Lyublyana"nı milliləşdirdi və onun aktivlərinin çox hissəsini yeni banka ötürdü, eyni zamanda təsdiq etdi ki, köhnə "Lyublyanska Banka" hüquqi varis olan digər dövlətlərdə yerləşən filiallarındakı "köhnə" xarici valyuta əmanətlərinə görə məsuliyyət daşımaqda davam edir. Sloveniya dövləti "Lyublyanska Banka"nın yeganə səhmdarına çevrildi və bu bank dövlət qurumu tərəfindən idarə olunurdu. Bundan əlavə, bankın öz borclarını yoluna qoymaq qabiliyyətinə malik olmamasına görə Sloveniya xeyli dərəcədə məsuliyyət daşıyırdı (çünki onun aktivlərinin çox hissəsini başqa banka ötürmüşdü) və işin materiallarında sübutlar vardı ki, "Lyublyanska Banka Lyublyana"nın Sarayevo filialının vəsaitlərinin çoxu Sloveniyaya köçürülüb. Buna görə də "Lyublyanska Banka Lyublyana"nın birinci və ikinci ərizəçiyə olan borcuna görə Sloveniya məsuliyyət daşıyırdı.
"İnvestbank"a gəlincə, o, dövlətin, yəni Serbiyanın mülkiyyətində idi və Serbiyanın dövlət qurumu olan Depozitlərin Sığortalanması Agentliyinin nəzarəti altında idi. Üsətlik, müəyyən bir məqamda həmin bankdan tələb olunmuşdu ki, özünün və səhmdarlarının ziyanına olaraq dövlət mülkiyyətində və ictimai mülkiyyətdə olan şirkətlərə qarşı iri həcmli tələblərini ləğv etsin. Beləliklə, Serbiya "İnvestbank"ın aktivlərini zəruri hesab etdiyi şəkildə özgəninkiləşdirmişdi ki, bu da Məhkəmənin bu nəticəyə gəlməsinə səbəb oldu ki, "İnvestbank"ın üçüncü ərizəçiyə olan borcuna görə Serbiyanın məsuliyyət daşıdığını hesab etmək üçün yetərincə əsaslar var. 1991-1992-ci illərdən bəri ərizəçilərin öz "köhnə" xarici valyuta əmanətlərinə sərbəst sərəncam vermək imkanına malik olmamalarına gəlincə, bu ləngiməyə görə Serbiya və Sloveniya Hökumətlərinin verdiyi izahat mahiyyət etibarı ilə ondan ibarət idi ki, dövlətlərin hüquqi varisliyinə dair beynəlxalq hüquq normaları sadəcə hüquqi varislik məsələləri barədə digər varis dövlətlərlə danışıqların vicdanla aparılmasını tələb edir. Lakin danışıqlar aparmaq vəzifəsi hüquqi varis olan dövlətlər tərəfindən əmanətçilərin maraqlarının müdafiəsinə yönələn tədbirlərin qəbul edilməsinin qarşısını almır. Xorvatiya Hökuməti öz vətəndaşlarının "Lyublyanska Banka Lyublyana"nın Zaqreb filialındakı "köhnə" xarici valyuta əmanətlərinin xeyli hissəsini geri ödəyib, Makedoniya Hökuməti isə həmin bankın Skopye filialındakı "köhnə" xarici valyuta əmanətlərini tam məbləğdə geri ödəyib. Eyni zamanda, bu iki Hökumət son nəticədə Sloveniyanın məsuliyyət daşımalı olduğu barədə mövqelərindən heç vaxt əl çəkməyiblər və hüquqi varislik danışıqları kontekstində dövlətlərarası səviyyədə ödənilmiş məbləğlərin kompensasiyasını tələb etməkdə davam edirlər. Bundan başqa, Sloveniya və Serbiya Hökumətləri israrla bildirdilər ki, hüquqi varislik barədə danışıqlar zamanı Bosniya və Herseqovinada yerləşən banklardakı borclara görə məsuliyyəti məsələsi ərazi prinsipi əsasında həll edilməlidir. Məhkəmə bununla razılaşmayaraq dövlətlərin hüquqi varisliyinə dair beynəlxalq hüquq normalarına əsasən tətbiq edilməli olan "ədalətli paylar" prinsipini xatırlatdı.
Müstəsna hallarda yuxardakı borcların geri ödənilməsində müəyyən yubanmalara haqq qazandırmaq mümkün olsa da və bu məsələdə cavabdeh dövlətlər geniş qiymətləndirmə sərbəstliyinə malik olsalar da, ərizəçilərin iyirmi ildən artıq müddət ərzində davamlı olaraq öz əmanətlərinə sərbəst sərəncam vermək imkanına nalik olmamaları qeyri-mütənasib yubanmadır və buna görə də 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusudur.
Məhkəmə vurğuladı ki, yuxarıdakı qənaətlər heç də onu bildirmir ki, hər hansı dövlət iflasa uğramış bankın borcuna görə 1 saylı Protokolun 1-ci maddəsi əsasında birbaşa məsuliyyət daşımadan həmin bankı heç bir halda reabilitasiya edə bilməz. Hazırkı işin kontekstini nəzərə alsaq, bu işdəki situasiya unikal idi və ödəniş qabiliyyəti olmayan özəl bankın reabilitasiyasına aid digər işlərdən fərqlənirdi.
Nəticələr: birinci və ikinci ərizəçilərə münasibətdə Sloveniya tərəfindən pozuntu baş verib (yekdilliklə); üçüncü ərizəçiyə münasibətdə Serbiya tərəfindən pozuntu baş verib (yekdilliklə); digər cavabdeh dövlətlər tərəfindən pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
Məhkəmə həmçinin yekdilliklə bu qənaətə gəldi ki, birinci iki ərizəçi barəsində Konvensiyanın 13-cü maddəsi Sloveniya tərəfindən, üçüncü ərizəçi barəsində isə Serbiya tərəfindən pozulub.
Maddə 46: Hazırda Məhkəmənin icraatında 8.000-dən çox ərizəçinin adından təqdim edilmiş 1.850-dən artıq analoji ərizə var, həmçinin minlərlə potensial ərizəçilər var. Bu səbəbdən ərizəçilərin işinə pilot qərar prosedurunun tətbiq edilməsi məqsədəuyğundur. Sistemlə bağlı aşkar etdiyi problemi nəzərə alaraq, Məhkəmə hesab etdi ki, bu pilot qərarın icrası üçün, şübhəsiz ki, milli səviyyədə ümumi tədbirlər tələb olunur. Konkret olaraq, Sloveniya və Serbiya bir il ərzində Nazirlər Komitəsinin nəzarəti altında qanunvericilik dəyişiklikləri də daxil olmaqla bütün zəruri tədbirləri görməlidirlər ki, ərizəçilər və onların vəziyyətində olan bütün digər şəxslər özlərinin "köhnə" xarici valyuta əmanətlərini Sloveniya və Serbiya banklarının ölkədaxili filiallarında əmanətləri olan vətəndaşlarla eyni şərtlərlə geri ala bilsinlər. İyrimi ildən artıq müddət ərzində öz "köhnə" xarici valyuta əmanətlərinə sərbəst sərəncam vermək imkanına malik olmamaları nəticəsində məruz qaldıqları ziyana görə bütün müvafiq şəxslərə təzminat verilməli olduğunu qeyd etməyə ehtiyac yoxdur, bununla belə, Məhkəmə qeyd etdi ki, cavabdeh dövlətlərdən hər hansı biri yuxarıda göstərilən ümumi tədbiri tətbiq etməzsə, sonradan bu məsələyə yenidən baxa bilər. Nəhayət, Məhkəmə Serbiya və Sloveniyaya qarşı analoji işlərə baxılmasını bir il müddətinə təxirə salmağı qərara aldı.
Maddə 41: Mənəvi ziyana görə birinci, ikinci və üçüncü ərizəçilərin hər birinə 4.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy