© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"Anhoyzer-Buş İnk." şirkəti Portuqaliyaya qarşı [Böyük Palata] (Anheuser-Busch Inc. v. Portugal [GC]), ərizə № 73049/01
11.01.2007-ci il tarixli qərar [Böyük Palata]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Öz mülkiyyətindən maneəsiz istifadə hüququ
Mülkiyyət məsələləri
Əmtəə nişanının qeydiyyatının ləğv edilməsi: 1 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilər, lakin həmin maddənin pozuntusu baş verməyib
Faktlar – Ərizəçi şirkət "Budvayzer" ("Budweiser") əmtəə nişanı ilə satılan pivə istehsal edirdi. 1981-ci ildə o, bu əmtəə nişanını Portuqaliya ərazisində qeydiyyata aldırmaq üçün Milli Sənaye Mülkiyyəti İnstitutuna (MSMİ) ərizə ilə müraciət etdi. Onun ərizəsinə bir Çexiya şirkəti etiraz etdi, həmin şirkət "Malların mənşə yerlərinin adının və malların beynəlxalq qeydiyyatının qorunması haqqında" 1958-ci il tarixli Lissabon Sazişinə uyğun olaraq 1968-ci ildə "Budvayzer Bier" ("Budweiser Bier") adını malın mənşə yerinin adı qismində qeydiyyata aldırmışdı. 1995-ci ildə ərizəçi şirkət malın mənşə yerinin adının qeydiyyatının ləğvi barədə məhkəmə qərarının çıxarılmasına nail oldu, qərar belə əsaslandırılmışdı ki, bu ad Lissabon Sazişində nəzərdə tutulmuş qorunma tələblərinə cavab vermir. Bundan sonra MSMİ ərizəçi şirkətin əmtəə nişanını qeydiyyata aldı. Çexiya şirkəti bu qərardan birinci instansiya məhkəməsinə şikayət edərək malların mənşə yerlərinin qeydiyyata alınmış adının qorunması barədə Portuqaliya ilə Çexiya arasındakı ikitərəfli sazişə istinad etdi. Birinci instansiya məhkəməsi Çexiya şirkətinin tələbini rədd etdi, amma onun qərarı apellyasiya məhkəməsi tərəfindən ləğv olundu, bu məhkəmə ərizəçi şirkətin əmtəə nişanının qeydiyyatını etibarsız elan etdi. Ərizəçi şirkətin Ali Məhkəməyə şikayəti 2001-ci ildə rədd edildi və belə əsas gətirildi ki, malın mənşə yerinin adı ikitərəfli sazişlə qorunur. Beləliklə, ərizəçi şirkətin əmtəə nişanının qeydiyyatı ləğv olundu. Avropa Məhkəməsinə şikayətində ərizəçi şirkət iddia etdi ki, onun qeydiyyat üçün ərizə verdiyi tarixdən sonra qüvvəyə minmiş ikitərəfli sazişin tətbiqi nəticəsində əmtəə nişanından məhrum olub.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: İntellektual mülkiyyət üzərində hüquqlar 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunur. Palatadan fərqli olaraq, Böyük Palata hesab etdi ki, həmin maddə əmtəə nişanının qeydiyyatı üçün verilən ərizələrə də tətbiq edilir, çünki belə ərizələr mülkiyyət xarakterli maraqların yaranmasına səbəb olur. Həqiqətən əmtəə nişanı yalnız üçüncü tərəflərin qanuni hüquqlarını pozmadığı təqdirdə qeydiyyata alına bilər və bu baxımdan qeydiyyatla bağlı hüquqlar bu şərtə əməl olunmasından asılıdır, lakin eyni zamanda, əmtəə nişanını qeydiyyata aldırmaq istəyən şəxs haqlı olaraq buna ümid bəsləyə bilər ki, onun ərizəsi zəruri maddi-hüquqi və prosessual tələblərə riayət edilməklə verilibsə, həmin ərizəyə qüvvədə olan qanunvericilik normaları əsasında baxılacaq. Beləliklə, ərizəçi şirkət Portuqaliya qanunvericiliyi ilə tanınan bir sıra mülkiyyət hüquqlarına malik idi, hərçənd ki, müəyyən şərtlər mövcud olduqda bu hüquqlara xitam verilə bilərdi. Nəticə: 1 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilər.
İkitərəfli sazişin bağlanmasından əvvəl əmtəə nişanının qeydiyyatı üçün verilmiş ərizəyə həmin sazişin tətbiq edilməsinin mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə təşkil edib-etmədiyi məsələsinə gəlincə, Məhkəmə qeyd etdi ki, ərizəçi şirkətin əsas şikayəti ölkə qanunvericiliyinin Portuqaliya məhkəmələri tərəfindən şərhi və tətbiqi ilə əlaqədardır. Bu məsələ ilə bağlı Məhkəmə xatırladır ki, qanunvericiliyin şərhi və tətbiqi məsələsində onun səlahiyyətləri məhdud xarakter daşıyır və o, ölkə məhkəmələrinin bu məsələyə aid qərarlarını öz qərarları ilə əvəz etmək səlahiyyətinə malik deyil, lakin o, xüsusən bu işdəki kimi qanunvericiliyin şərhinə aid mürəkkəb məsələlərdə həmin məhkəmələrin qərarlarının açıq-aydın hüquqa zidd və ya əsassız olmamasını təmin etmək vəzifəsini daşıyır. Ərizəçi şirkətin işi qanunun qüvvəsinin geriyə şamil olunması ilə əlaqədar olaraq ərizəçilərin hüquqlarına müdaxilənin baş verdiyinin Məhkəmə tərəfindən müəyyən edildiyi digər işlərdən fərqlənir, belə ki, hazırkı işdə qanunun qüvvəsinin geriyə şamil olunması faktının özü mübahisə predmetidir, halbuki digər işlərdə qanunun qüvvəsinin geriyə şamil olunması mübahisəsiz xarakter daşıyırdı və bilərəkdən baş vermişdi. İkitərəfli saziş qüvvəyə mindiyi zaman yalnız Çexiya şirkətinin qeydiyyata aldırdığı malın mənşə yerinin adı qüvvədə idi. Baxmayaraq ki, bu qeydiyyat sonradan ləğv edilmişdi, Avropa Məhkəməsi bu ləğvetmənin əmtəə nişanı ilə əlaqədar üstünlük (prioritet) hüququ üçün hansı nəticələri doğurduğunu yoxlamaq imkanına malik deyil. Ortada hər hansı açıq-aydın hüquqa zidd və ya əsassız qərarın olmadığı bir vəziyyətdə Avropa Məhkəməsi Ali Məhkəmənin gəldiyi nəticələri və ya ikitərəfli sazişə verdiyi şərhi şübhə altına ala bilməz. Addan istifadə ilə bağlı iki özəl şirkətin bir-birinə zidd arqumentləri ilə üzləşmiş Ali Məhkəmə maraqlı tərəflərin dəlillərini dinlədikdən sonra mübahisənin həlli üçün əhəmiyyətli və yetərli hesab etdiyi materialların əsasında qərar çıxarmışdı. Beləliklə, Ali Məhkəmənin qərarı ərizəçi şirkətin öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə təşkil etmirdi.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy