© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin presedent hüququ ilə bağlı Məlumat qeydi 162 saylı
Aprel 2013-cü il
Beynəlxalq Heyvan Müdafiəçiləri Birləşmiş Krallığa qarşı
(Animal Defenders International v. the United Kingdom [GC] - 48876/08)
Qərar 22.4.2013 [GC]
Maddə 10
Maddə 10-1
İfadə azadlığı
Siyasi reklamlara qanunvericiliklə qoyulan qadağaya əsasən qeyri-hökumət təşkilatı tərəfindən televiziyada reklam yerləşdirilməsində imtina edilməsi: pozuntu aşkar edilməyib
Faktlar – 2003-cü il tarixli Kommunikasiyalar haqqında Qanun televiziya və ya radio kanallarında siyasi reklam yerləşdirilməsini qadağan edir; burada məqsəd yayım mediasında qərəzsizliyi qoruyub saxlamaqdan və maliyyə cəhətdən güclü qrupların efir vaxtını almaqla təsirə malik olmalarının qarşısını almaqdan ibarətdir. Qadağa yalnız siyasi məzmunlu reklamlara deyil, eyni zamanda yerləşdirdikləri reklamın məzmunundan asılı olmayaraq tam və ya qismən siyasi xarakterli olan qurumlara şamil edilir. Qanun səviyyəsinə çatmazdan əvvəl qanunvericilik aktının layihəsi təfərrüatlı şəkildə təhlil edilmiş və müxtəlif qurumlar tərəfindən aparılan məşvərət prosesindən keçirilmişdir; bu təhlillər xüsusilə Avropa Məhkəməsinin VgT İsveçrəyə qarşı (VgT Verein gegen Tierfabriken v. Switzerland) işi ilə bağlı qəbul edilmiş qərarı nöqteyi-nəzərindən aparılmışdır (həmin qərarda siyasi reklamlara qoyulan qadağanın Konvensiyanın 10-cu Maddəsini pozduğu aşkar edilmişdir.
Ərizəçi heyvanlardan kommersiya, elm və əyləncə sahəsində istifadə edilməsinə qarşı kampaniya keçirən qeyri-hökumət təşkilatıdır və qanunvericilikdə və dövlət siyasətində dəyişikliyə nail olmağa və bu məqsədlə parlament və ictimaiyyətin rəyinə təsir göstərməyə çalışır. 2005-ci ildə ərizəçi primatlara qarşı münasibətlə bağlı keçirilən kampaniyanın bir hissəsi olan televiziya reklamını yayımlamağa çalışıb. Lakin, Yayım Nəzarət Mərkəzi (“BACC”) reklamın yayımlanmasına icazə verməkdən imtina edib, belə ki, ərizəçinin məqsədlərinin siyasi xarakteri o demək idi ki, reklam Kommunikasiya haqqında Qanunun 321(2) bəndində nəzərdə tutulmuş qadağaya qarşı yönəlib. Həmin qərar Yüksək Məhkəmənin və Lordlar Palatasının qərarı ilə qüvvədə saxlanıb və sonuncu 12 mart 2008-ci il tarixli qərarında ([2008] UKHL 15) bildirib ki, siyasi reklamların qadağan olunması Hökumət və onun icra etdiyi siyasətin daha çox pul xərcləyənlərin təsiri altında təhrif olunmasının qarşısını almaq məqsədi ilə əsaslandırılıb.
Qanun – Maddə 10: Radio və televiziyada ödənişli siyasi reklamların qanunvericiliklə qadağan olunması ərizəçinin 10-cu Maddədə təsbit olunmuş hüquqlarına müdaxilə təşkil edib. Müdaxilə “qanunla nəzərdə tutulub” və ictimai maraq kəsb edən məsələlərlə bağlı yayımların qərəzsizliyini qorumaq, bununla da demokratik prosesi qorumaq məqsədinə xidmət edib. Bu “digərlərinin hüquqlarını” qorumaqla bağlı mövcud olan legitim məqsədə uyğundur. Buna görə də işdə tədbirin demokratik cəmiyyətdə zəruri olub-olmadığı araşdırılıb.
Məhkəmə təkrarən bildirmişdir ki, Dövlət Konvensiyaya uyğun olaraq ayrı-ayrı işlərin fərdi cəhətlərini nəzərə almadan ümumi şəkildə tətbiq edilə biləcək ümumi tədbirlər qəbul edə bilərdi, baxmayaraq ki, həmin tədbirlərin tətbiqi nəticəsində müəyyən ağır nəticələr də yarana bilərdi. Presedent hüququndan belə məlum olurdu ki, ümumi tədbirin mütənasib olub-olmadığını müəyyən etmək üçün Məhkəmə hər şeydən əvvəl həmin tədbirin arxasında duran qanunvericilik seçimlərini qiymətləndirməlidir. Tədbirin zərurətinin parlament və məhkəmə qurumları tərəfindən təhlil edilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Bundan əlavə, ümumi tədbir bir o qədər də sərt olmadığı halda ondan sui-istifadə edilməsi riski də yarana bilərdi. Lakin, yenə də, ümumi tədbirin işin faktlarına tətbiqi onun praktikada təsirinin göstəricisi olaraq qalırdı və buna görə də onun mütənasibliyi ilə bağlı idi. Yekun olaraq, ümumi tədbiri əsaslandıran ümumi əsaslar nə qədər inandırıcı olsa Məhkəmə onun bu işə təsirinə bir o qədər az əhəmiyyət verərdi.
Hazırkı işin hər iki tərəfi ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı azad və plüralist debatlar keçirmək, daha ümumi şəkildə ifadə etsək, demokratik prosesə töhfə vermək kimi eyni məqsədə malik idilər. Lakin, ərizəçi QHT hesab edirdi ki, daha az məhdudiyyət nəzərdə tutan tədbirin tətbiq edilməsi yetərli ola bilərdi. Bu səbəbdən Məhkəmədən ərizəçi QHT-nin ictimai maraq kəsb edən və ictimaiyyətin almaq hüququ olduğu fikir və ideyaları yaymaq hüququ və hakimiyyətin demokratik debatları və demokratik prosesi təsirli media vasitəsinə daha üstün çıxışı olan zəngin qrupların təhrifindən qoruma istəyi arasında tarazlıq yaratmaq tələb olunur.
Bu tarazlığı yaratmağa çalışarkən Məhkmə ilkin olaraq belə bir fakta əhəmiyyət vermişdir ki, Birləşmiş Krallıqda siyasi yayımlar sahəsini tənzimləyən mürəkkəb tənzimləyici rejim həm parlament, həm də məhkəmə qurumları tərəfindən ətraflı və dəqiq təhlillərə məruz qalmışdır və onların fikrincə ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı debatları və bütövlükdə demokratik prosesi təhrif olunmaqdan qorumaq üçün ümumi tədbirin tətbiq edilməsi zəruri idi. Qəbul edilən qanunvericilik qadağanın mədəni, siyasi və hüquqi aspektlərinin təhlil edilməsinin kulminasiya nöqtəsi idi və bütün partiyaların dəstəyi ilə heç bir partiyanın əleyhinə səs vermədiyi şəraitdə qəbul edilmişdi. Qadağanın mütənasibliyi həmçinin Yüksək Məhkəmədə və Lordlar Palatasında da müzakirə edilmiş, onların hər ikisi Konvensiyanın müvafiq presedent hüququnu vəprinsiplərini təhlil etmiş və belə nəticəyə gəlmişdi ki, müdaxilə zəruri və mütənasib olmuşdur.
İkincisi, Məhkəmə əhəmiyyətli hesab etmişdir ki, qadağa xüsusilə təhrif prosesinin qarşısını almaq üçün nəzərdə tutulmuşdu və Hökumət buna nail olmaq üçün ifadə azadlığına minimal məhdudiyyət qoymağa səy göstərmişdi. O yalnız ən bahalı və təsirli media vasitələrində (radio və televiziya) yayımlanan ödənişli siyasi reklamlara şamil edilirdi.
Məhkəmə ərizəçi QHT tərəfindən irəli sürülmüş və qadağanın əhatə dairəsini müəyyən etmək üçün edilmiş qanunvericilik seçimlərinin əsasında duran səbəbləri mübahisələndirən arqumentləri rədd etmiş və əsasən aşağıdakıları aşkar etmişdir:
– yayım mediasının digər media növləri ilə müqayisədə daha təsirli olmasına əsaslanan fərqin qoyulmasını yayım mediasının güclü və birbaşa təsiri nəzərə alındıqda əsaslandırmaq mümkündür. internet və sosial medianın son zamanlar olduqca inkişaf etməsinə baxmayaraq cavabdeh ölkədə yayım mediasının təsirinin azaldığı və yeni media vasitələrinin təsirinin artdığı və bununla da yayım mediasında tətbiq edilən tədbirlərin yüngülləşdirilməsinin zəruri olduğu barədə heç bir sübut yoxdur.
– Yayım mediasının digər media vasitələri ilə müqayisədə artıq daha bahalı olmadığı arqumentinə gəldikdə, reklam yerləşdirənlər yayım mediasının üstünlüklərindən yaxşı xəbərdar idilər və orada yerləşdirmək üçün ictimai debatlarda iştirak etmək arzusunda olan QHT-lərin əksəriyyətinin ödəyə bilməyəcəyi məbləğləri ödəməyə hazır idilər.
– qadağanın demokratik prosesin mərkəzində dayanan siyasi partiyalar üçün nəzarət altında daha az sərt edilməsi və bu məqsədlə onlara partiyanın siyasi, seçki və referendum kampaniyalarını pulsuz yayımlamaq imkanının verilməsi faktı Məhkəmənin ümumi tədbir nəticəsində əldə edilən tarazlığı qiymətləndirdiyi zaman mühüm və işə aidiyyatı olan faktor kimi nəzərə alınmışdı, baxmayaraq ki, həmin o, ərizəçiyə təsir etməmişdi.
– Sosial təşviqat qruplarının seçki dövrlərindən kənar müddətlərdə reklam yerləşdirilməsinə icazə verməklə qaydaların yumşaldılması sui-istifadə hallarının yaranmasına gətirib çıxara bilərdi (məsələn, zəngin qrupların xüsusi olaraq bu məqsədlə yaradılmış sosial təşviqat qruplarının arxasında dayanması və ya reklam vaxtını toplamaq məqsədilə böyük sayda bənzər maraq qruplarının yaradılması). Bundan əlavə, reklam yerləşdirənlər və reklamlar arasında fərdi fərqlər qoymağa əsaslanan qadağanı tətbiq etmək mümkün deyildi; mürəkkəb tənzimləyici mühiti nəzərə aldıqda bu nəzarət metodu qeyri-müəyyənlik, məhkəmə prosesləri, xərclərin meydana gəlməsi, ləngimələr, eləcə də ayrı-seçkilik və özbaşınalıqla bağlı iddiaların yaranmasına gətirib çıxara bilərdi.
Daha sonra, geniş qadağaların tətbiq olunmasından uzaqlaşma müşahidə olunsa da, Avropada ümumilikdə yayım mediasında ödənişli siyasi reklamların qadağan olunması ilə bağlı razılıq mövcud deyildi. Müqavilə Tərəfi olan Dövlətlər tərəfindən olduqca müxtəlif üsullardan istifadə edilirdi ki, bu da onların tarixi inkişafı, mədəni müxtəlifliyi, siyasi düşüncəsi və demokratik baxışları arasındakı fərqləri əks etdirirdi. Həmin razılığın olmaması faktı ictimai maraq doğuran məsələlərlə bağlı ifadə azadlığının məhdudlaşdırılması sahəsində Dövlətlərə verilən və adi qaydada dar olan mülahizə sərbəstliyini genişləndirirdi.
Nəhayət, qadağanın təsirinin onun əsaslandırmaq üçün gətirilmiş inandırıcı faktlardan və səbəblərdən daha ağır çəkiyə malik olduğu ilə bağlı nəticə əldə edilməmişdir. Alternativ mediaya çıxışın olması qadağanın mütənasibliyi baxımından əsas rol oynayan amil idi və ərizəçinin bir sıra digər potensial olaraq faydalı olan media növlərinə və alternativlərə (məsələn, radio və televiziyada aparılan müzakirə proqramlarına, internet və sosial mediaya) çıxışı qalmaqda davam edirdi.
Müvafiq olaraq, hakimiyyətin qadağaya bəraət qazandırmaq üçün istifadə etdiyi əsaslar müvafiq və yetərli idi və tədbir ərizəçinin ifadə azadlığına müdaxilə kimi qiymətləndirilə bilməzdi.
Nəticə: pozuntu aşkar edilmədi (səkkiz səsə qarşı doqquz səslə).
(Bax həmçinin VgT Verein gegen Tierfabriken İsveçrəyə qarşı (VgT Verein gegen Tierfabriken v. Switzerland, no. 24699/94, 28 iyun 2001; və TV Vest AS and Rogaland Pensjonistparti Norveçə qarşı (TV Vest AS and Rogaland Pensjonistparti v. Norway, no. 21132/05, 11 dekabr 2008, Məlumat Qeydi No 114; Bouman Birləşmiş Krallığa qarşı (Bowman v. the United Kingdom [GC], no. 24839/94, 19 fevral 1998)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy