Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Assanidze (Assanidze) Gürcüstana qarşı [BP] - 71503/01
Qərar 8.4.2004 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Məhkəməyə çatımlılıq
Yerli idarənin mərkəzi orqan tərəfindən ərizəçiyə verilən bəraət hökmünü icra etməkdən imtinası: pozuntu
Faktlar - Ərizəçi Acariya Muxtar Respublikasının paytaxtının keçmiş meri və Gürcüstan ərazisinin ayrılmaz hissəsi olan həmin respublikanın Ali Şurasının üzvü idi. 1994-cü ildə o cinayət əməlində ittiham olunmuş və Acariya Muxtar Respublikasının Təhlükəsizlik Nazirliyinin qısamüddətli istintaq həbsxanasında saxlanılmışdır. 1999-cu ilin oktyabr ayında Gürcüstan Prezidenti iddiaçının yerdə qalan iki illik həbs cəzasını ləğv edərək əfv etmişdir. Acariya Yüksək İnstansiya Məhkəməsi əfv fərmanını etibarsız elan etmiş, lakin bu məhkəmənin qərarı Gürcüstanın Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. Prezidentin əfv fərmanına baxmayaraq, Acariya Muxtar Respubulikasının yerli orqanları tərəfindən həbsdə saxlanılan ərizəçi əlavə cinayət əməllərində ittiham olunaraq 1999-cu ilin dekabr ayından etibarən məhkəməyəqədər təcridxanada saxlanılmışdır. O, 2000-ci ilin oktyabr ayında Acariya Yüksək İnstansiya Məhkəməsi tərəfindən 12 illik həbs cəzasına məhkum olunmuşdur. O, hüquqi məsələlər ilə bağlı şikayət etmişdir. 2001-ci ilin yanvar ayında Acariya Yüksək İnstansiya Məhkəməsi haqqında hüquqi məsələlər ilə bağlı şikayətlərini dinləyən Gürcüstanın Ali Məhkəməsi hökmü ləğv etmiş və ərizəçiyə bəraət vermışdir. Yekun və barəsində şikayət təqdim edilməsi mümkün olmayan qərar verən Ali Məhkəmə dərhal ərizəçinın azad edilməsi barədə əmr vermişdir. Qərar icra olunmamışdır. Gürcüstanın mərkəzi orqanları ərizəçinın qanunsuz olaraq saxlanıldığını və dərhal azad edilməli olduğunu dəfələrlə Acariya Muxtar Respublikasının yerli orqanlarına bildirsələr də heç bir nəticə əldə etməmişlər. Gürcüstan Parlamentinin Tədqiqat Komitəsinin hesabatı prezidentin əfv fərmanının və ərizəçinin bəraət almasının qanuniliyini müzakirə etmişdir. Gürcüstanın Baş Prokurorluğu ərizəçinın işinin parlament komitəsinin nəticələrinə əsasən yenidən açılması və yenidən yoxlanılmasını tələb edən mülki tərəfin müraciətini rədd etmişdir. Prokurorluq nəticələrin ərizəçinın işinə yenidən baxılması üçün təminat verən heç bir yeni vəziyyətin olmadığını nəzərə almışdır. Gürcüstan Ali Məhkəməsinin Sədri hesabatın nəticələrinə etiraz etmiş və parlament komitəsinin məhkəmə orqanlarının qərar qəbul etməli olduğu bu işdə siyasi təzyiqlərə boyun əydiyini bildirmişdir. O, ərizəçinın bəraət almasından sonra həbsdə saxlanılması məsələsinin Strasburq Məhkəməsinin mülahizəsinə buraxacağını bildirmişdir. Məhkəmə işlə bağlı qərarını verdiyi zaman ərizəçi hələ də Acariya Muxtar Respublikasının Təhlükəsizlik Nazirliyinin istintaq həbsxanasında saxlanılırdı.
Hüquq məsələləri - Maddə 6 § 1: Qərarın icrası məhkəmə prosesinin vacib hissəsi olduğundan, 6-cı Maddə ilə nəzərdə tutulan təminatlar bəraət almaq qərarı ilə başa çatmırdı. İnzibati orqanlar bütövlükdə götürüldükdə hüququn aliliyinə tabe olan Dövlət orqanlarının bir hissəsidir və onların maraqları ədliyyə sisteminin düzgün idarəçiliyi üçün zəruri olan tələblər ilə müvafiq şəkildə üst-üstə düşür. Dövlət inzibati orqanları ərizəçinin bəraət alması barədə qərara riayət etməkdən imtina iqtidarında olsalar və ya riayət etməsələr və onu yubatsalar, 6-cı Maddə ilə məhkəmə prosesi zamanı ərizəçiyə verilən təminatlar qismən xəyali olar. Məhkəmənin baxdığə hazırki işdə yekun və məcburi olan - ərizəçiyə bəraət verilməsi barədə qərar üç ildən artıq bir müddətdə icra olunmamış və 6 § 1-ci Maddənin müddəalarını pozmuşdur.
Nəticə: pozuntu (on dörd səs üç səsə qarşı).
Full & Egal Universal Law Academy