© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"Radko" vətəndaş assosiasiyası və Paunkovski "keçmiş Yuqoslaviya respublikası Makedoniyaya" qarşı (Association of Citizens Radko and Paunkovski v. "the former Yugoslav Republic of Macedonia"), ərizə № 74651/01
15.01.2009-cu il tarixli qərar [V Bölmə]
"Radko" vətəndaş assosiasiyası və Paunkovski "keçmiş Yuqoslaviya respublikası Makedoniyaya" qarşı (Association of Citizens Radko and Paunkovski v. "the former Yugoslav Republic of Macedonia"), ərizə № 74651/01
15.01.2009-cu il tarixli qərar [V Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Dövlət orqanlarına məlumat verilmədən keçirilən nümayişi dağıtmaq üçün polis tərəfindən müdaxilə edilməsi: pozuntu baş verib
Faktlar – İş üzrə ərizəçilər assosiasiya və onun sədridir. İvan Mixaylov-Radkonun (1925-1990-cı illərdə Makedoniya azadlıq hərəkatının rəhbəri) adını daşıyan assosiasiya 2000-ci ildə rəsmi qeydiyyata alındı. Nizamnaməyə əsasən, o, "Makedoniya azadlıq hərəkatının məqsəd, vəzifə və ideyalarını yaymaq" məqsədi daşıyan müstəqil, qeyri-siyasi və ictimai təşkilat idi. Assosiasiya bu məqsədə öz qəzetinin, nəşrlərinin, kitabxanasının və İnternet saytının vasitəsilə, habelə seminarların, konfransların və forumların təşkili yolu ilə nail olmaq niyyətində idi. Assosiasiya təsis edildikdən əvvəl və sonra kütləvi informasiya vasitələrində ona qarşı geniş miqyaslı kampaniya başlandı və onun yaradılması və fəaliyyəti Makedoniya milli birliyinə zidd sayılaraq pislənildi. 2001-ci ildə Konstitusiya Məhkəməsi assosiasiyanın nizamnaməsini və proqramını etibarsız elan etdi. Konstitusiya Məhkəməsinin rəyinə görə, assosiasiyanın həqiqi məqsədləri İvan Mixaylov-Radkonun ideologiyasını bərpa etmək idi, həmin ideologiyaya əsasən, Makedoniya milləti bu ərazidə heç vaxt mövcud olmayıb və bu ərazi Makedoniya bolqarlarına məxsus olub, Makedoniya millətinin tanınması isə bolşevik rejiminin mövcud olduğu dövrdə ən böyük cinayəti olub. Konstitusiya Məhkəməsi nizamnaməni və proqramı konstitusiyaya zidd elan etdi, çünki assosiasiyanın bütün fəaliyyətləri əslində respublikanın konstitusiya quruluşunu zorla devirməyə, milli və ya dini ədavəti və ya dözümsüzlüyü qızışdırmağa və Makedoniya xalqının öz milli mənsubiyyətini azad surətdə ifadə etməsinin inkar olunmasına yönəlmişdi. Assosiasiya buraxıldı.
Hüquqi məsələlər – Konstitusiya Məhkəməsi ərizəçi assosiasiyanı "terror" təşkilatı kimi səciyyələndirmədi və onun və ya üzvlərinin məqsədlərinə çatmaq üçün qanunsuz və ya anti-demokratik vasitələrdən istifadə etmək niyyətində olduqlarını da müəyyən etmədi. Assosiasiyanın təsis sənədləri onun ədavəti qızışdırmaq niyyətində olduğunu güman etməyə əsas vermirdi. Konstitusiya Məhkəməsi həmçinin izah etmədi ki, nəyə görə Makedoniya millətinin inkar edilməsinin zorakılığa və ya konstitusiya quruluşunu zorla devirməyə bərabər olduğu qənaətindədir. Öz növbəsində Avropa Məhkəməsi qəbul etdi ki, İvan Mixaylov-Radko adlı assosiasiyanın təsis edilməsi və qeydiyyata alınması müəyyən gərginlik yaradıb, çünki Makedoniya xalqı onun ideologiyasını təkcə aqressiv və destruktiv ideologiya kimi deyil, həm də onların öz milli (etnik) mənsubiyyətlərini bəyan etmək hüququnu inkar edən ideologiya kimi qəbul edirdi. Lakin təkcə assosiasiyaya əhalinin çoxunun mənfi yanaşdığı şəxsin adının verilməsi faktı özlüyündə ictimai qaydaya qarşı real və birbaşa təhlükə təşkil edə bilməzdi. Bu adı seçməklə assosiasiyanın Makedoniya cəmiyyətinə və ya dövlətinə təhlükə yaradan siyasəti seçmiş olduğunu göstərən heç bir sübut yoxdur. Adın seçilməsi assosiasiyanın ləğvi üçün əsas ola bilməzdi. Təsis sənədlərinə əsasən mülahizə yürütsək, onun məqsədi müəyyən məsələlərə dair ictimai müzakirələri təşkil etməkdən və onların həlli yolunu tapmaqdan ibarət idi. O, öz məqsədinə nəşrlər, konfranslar və analoji assosiasiyalarla əməkdaşlıq vasitəsilə nail olmaq niyyətində idi. Onun öz hərəkətlərinə görə pislənildiyini düşünmək doğru olmazdı, çünki o, yaradıldıqdan az sonra ləğv olunmuşdu. Müvafiq olaraq, ona qarşı sanksiyanın tətbiqi onun fəaliyətinə görə deyil, yalnız ifadə azadlığını həyata keçirməsi ilə əlaqədar idi.
Ərizəçilərin baxışlarının düzgün olub-olmadığını qiymətləndirmək Avropa Məhkəməsinin vəzifəsi deyil, buna görə də Konstitusiya Məhkəməsinin assosiasiyanın həqiqi məqsədi hesab etdiyi məqsəddən onların uzaq olub-olmamaları əhəmiyyət kəsb etmir. Bütövlükdə assosiasiyanın ləğvi üçün dövlət orqanlarının gətirdiyi əsaslar münasib və yetərli deyildi və buna görə də müdaxilə demokratik cəmiyyətdə zəruri sayıla bilməzdi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 41 – Mənəvi ziyana görə 5.000 avro təyin edildi.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy