IATRIDIS YUNANISTANA qarşı
(Ərizə no. 31107/96)
QƏRAR
STRASBURQ
25 mart 1999-cu il
Iatridis Yunanıstana qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi, 11 saylı Protokolla[1] dəyişilmiş İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyasının (“Konvensiya”) 27-ci maddəsinə və Məhkəmə Relamentinin müvafiq müddəalarına əsasən Böyük Palata olaraq:
XanımE. Palm, Sədr,
CənabL. Ferrari Bravo,
CənabGaukurJörundsson,
CənabL. Caflisch,
CənabI. Cabral Barreto,
CənabK. Jungwiert,
CənabM. Fischbach,
CənabJ. Casadevall,
CənabB. Zupančič,
XanımN. Vajić,
CənabJ. Hedigan,
XanımW. Thomassen,
XanımM. Tsatsa-Nikolovska,
CənabT. Panţîru,
CənabE. Levits,
CənabK. Traja,
CənabC. Yeraris, ad hoc hakim,
və Katib Cənabde Salvia,
17 dekabr 1998 və 24 fevral 1999-cu il tarxilərində qapalı məşvərət keçirərək,
Yuxarıdakı son tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş Konvensiyanın[3] 19-cu maddəsində göstərilən tərkibdəki Məhkəməyə, Yunan Hökuməti (“Hökumət”) tərəfindən 30 iyul 1998-ci ildə, Konvensiyanın 32-ci maddəsinin 1-ci bəndi və 47-ci maddəsində nəzərdə tutulan üç ay müddətində göndərilmişdir. O, Avropa İnsan Hüquqları Komissiyasına (“Komissiya”), keçmiş 25-ci maddə əsasında Yunanıstan Respublikasına qarşı yunan vətəndaşı Cənab Georgios Iatridis tərəfindən 28 mart 1996-cı ildə göndərilmiş ərizə (no. 31107/96) əsasında başlamışdır.
Hökumətin müraciətində 44 və 48-ci maddələrə istinad olunur. Müraciətin məqsədi, işin faktlarına görə, Cavabdeh Dövlətin Konvensiyanın 13-cü maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi altındakı öhdəliklərinə riayyət edib-etmədiyi ilə bağlı qərar əldə etməkdir.
2. Köhnə Məhkəmə Reqlamentinin 33-cü maddəsinin 1-ci[2] bəndinə əsasən edilən müraciətə cavab olaraq, ərizəçi bildirmişdir ki, prosesdə iştirak etmək istəyir və onu təmsil etmək üçün Afina Vəkillər Kollegiyasından cənab H. Tagaras və xanım M.N. Kanellopoulounu təyin etmişdir (köhnə Məhkəmə Reqlamentinin 30-cu maddə).
3. Xüsisilə, 11 saylı Protokolun qüvvəyə minməsindən öncəki prosessual məsələlərlə bağlı, ilkin olaraq təşkil olunmuş (Konvensiyanın köhnə 43 cü maddəsi və köhnə Məhkəmə Reqlamentinin 21-ci maddəsi) Palatanın sədri olaraq həmin vaxt Məhkəmənin Sədri olan Cənab R. Bernhardt, Katib vasitəsilə Hökümət Nümayəndəsi və ərizəçinin hüquqşünaslarından yazılı prosesin təşkili ilə bağlı fikirlərini soruşmuşdur. Nəticədə 8 sentyabr 1998-ci ildə edilən əmrin ardından Katib,ərizəçinin təqdimatlarını 10 noyabr 1998 vəHökumətinkiləri 13 noyabr 1998-ci ildə almışdır.
4. 11 saylı Protokolun 1 noyabr 1998-ci ildə qüvvvəyə minməsindən sonra və onun 5-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq, iş Məhkəmənin Böyük Palatasına göndərilmişdir. Böyük Palataya ex officio Yunanıstandan seçilmiş hakim cənab C.L. Rozakis(Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 24-cü maddəsinin 4-cü bəndi), Məhkəmə sədri Cənab L. Wildhaber, Məhkəmənin sədr müavini Xanım E. Palm, və Seksiyaların Sədr müavinləri Cənab J.-P. Costa və Cənab M. Fischbach (Konvensiyanın 27-ci maddəsinin 3-cü bəndi və Məhkəmə Reqlamentinin 24-cü maddəsinin 3-cü və 5 (a) bəndləri). Böyük Palatanı tamamlayan başqa üzvlər bunlardır: Cənab L. Ferrari Bravo, Cənab L. Caflisch, Cənab I. Cabral Barreto, Cənab W. Fuhrmann, Cənab K. Jungwiert, Xanım N. Vajić, Cənab J. Hedigan, Xanım W. Thomassen, Xanım M. Tsatsa-Nikolovska, Cənab T. Panţîru, Cənab E. Levits və Cənab K. Traja (Məhkəmə Reqlamenti, maddə 24 § 3 vəmaddə 100 § 4). Sonradanişin Komissiyada baxılmasında iştirak etmiş Cənab Rozakis, Böyük Palata üzvlükdən geri çəkilmişdir (Reqlament, maddə 28). Hökumətmüvafiq olaraq Cənab C. Yerarisi ad hochakim təyin etmişdir (Konvensiya, maddə 27 § 2 və Məhkəmə Reqlamenti, maddə 29 § 1).
Daha sonra, Cənab Wildhaber işin sonrakı baxışında iştirak edə bilmədiyindən, onun Böyük Palatanın sədri yerinə Xanım Palm gəlmiş və əvəzləyici hakim Cənab Gaukur Jörundsson, onu Böyük Palatanın üzvü qismində əvəz etmişdir (Məhkəmə Reqlamenti, maddə 10 və 24 § 5 (b)). Eyni şəkildə, işin sonrakı baxışında iştirak edə bilməyən Cənab Costa vəCənab Fuhrmannı əvəzləyici hakimlər Cənab J. Casadevall vəCənab B. Zupančič əvəz etmişdir (Məhkəmə Reqlamenti, maddə 24 § 5 (b)).
Məhkəməqərar vermişdir ki, Komissiyanın üzvlərindən birini nümayəndə qismində Böyük Palata qarşısındakı prosesdə iştirak etmək üçün təyin etməsinə ehtiyac yoxdur (Məhkəmə Reqlamenti, maddə 99).
5. Sədrin qərarı ilə, 17 dekabr 1998-ci ildə Strazburqda, İnsan Hüquqları Sarayında, məhkəmə iclası keçirilmişdir.
Məhkəmə qarşısına çıxmışlar:
(a)Hökuməttərəfdən
CənabP. Georgakopoulos, Baş Məsləhətçi,
Dövlət Hüquq Şurası,Nümayəndə,
XanımV. Pelekou, Legal Assistant,
Dövlət Hüquq Şurası,Məsləhətçi;
(b)Ərizəçitərəfdən
CənabH. Tagaras, Salonika Vəkillər Kolegiyası,Hüquqşünas,
CənabK. Zakaropoulos, Afina Vəkillər Kollegiyası,Məsləhətçi .
MəhkəməCənab Tagaras vəCənab Georgakopoulosun çıxışlarını və bir hakimin sualına cavablarını dinləmişdir.
FAKTLAR
I.işin halları
A.“Ilioupolis” sinemasının tikildiyi torpaq sahəsinin “mülkiyyətçiləri” tərəfindən açılan proses
6. 1929-cu ildə K.N. onu övladlığa götürən atasından “Karras mülkü” kimi tanınan torpağın dörddə üçünü miras olaraq almışdır. 1938-ci ildə K.N.-ni övladlığa götürən anası, ona ərindən miras qalan “Karras mülkü”nün qalan hissəsini satmışdır.Satış müqaviləsində “Karras mülkü”nün ərazisi 12,000,000 m² olaraq göstərilmişdir.
7. 1950-ci ildə dövlət orqanlarından müvafiq icazəni aldıqdan sonra K.N. bu torpağın bir hissəsində açıq hava kinoteatrı – “Ilioupolis” sinemasını– tikmişdir.
8. 1953-cü ildəKənd Təsərrüfatı Nazirliyi K.N.-ni övladlığa götürmüş atanın bu torpağın yalnız bir hissəsinin, yəni üzərində “Ilioupolis” sinemasının tikildiyi hissəni əhatə etməyən 320,000 və 520,000 m² arası bir ərazinin mülkiyyətçisi olduğu əsasıyla, onu bütün “Karras mülkü”nün mülkiyyətçisi kimi tanımaqdan imtina etmişdir. Qalan hissə dövlətin meşə ərazisi idi və K.N.-in təqdim etdiyi sənədlərə daxil edilməmişdi. Bunun ardından K.N Ali İnzibati Məhkəməyə müraciət edərək Kənd Təsərrüfatı Nazirliyinin qərarının ləğv edilməsini xahiş etmiş, lakin bu müraciət rədd olunmuşdur. 8 fevral 1955-ci ildə verilən kral qərarı bu ərazinin yenidən meşələşdirilməsini nəzərdə tuturdu. K.N. bu kral qərarının ləğv edilməsi üçün Ali İnzibati Məhkəməyə müraciət etmiş, lakin məhkəmə, bu ərazinin Dövlətə aid olan meşə olduğu əsasıyla müraciəti rədd etmişdir.
9. Rəsmi Qəzetdə (Eφημερίδα της Κυβερνήσεως) nəşr olunan və Ilioupolis bələdiyyə reyestrinə daxil olunan 10 fevral 1965 və 11 mart 1966-cı il Kabinet qərarlarıyla Dövlət “Karras mülkü”nün 220,000 m²-lıq bir hissəsini Polis Məmurlarının Ev Kooperativinə ötürmüşdür. Bu ərazi “Ilioupolis” sinemasının tikildiyi torpaq sahəsini əhatə etmir.
10. 28 iyul 1965-ci ildə Ilioupolis torpağının yünidən meşələşdirilməsi barədə bir kralqərarı verilmişdir. Hökumətin fikrincə, bu qərar “Karras mülkü”nün müəyyənləşməmiş hissəsini əhatə edir. 2 dekabr 1966-cı ildəRəsmi Qəzetdə çap olunan bir yeni qərarla bu qərara dəyişiklik edilmişdir.
11. 3 aprel 1967-ci ildə K.N. öz mülkiyyətçi statusunun müəyyənləşməsi üçün Polis Məmurlarının Ev Kooperativinə qarşı iddia qaldırmışdır. Torpaq ərazisinin ötürücüsü kimi Dövlət prosesdə Kooperativin xeyrinə iştirak etmişdir. Bu proses Ilioupolis torpaq reyestrində qeydə alınmışdır. Müvafiq sənədin kənarında, bu iddianın rədd olunması barədə və mübahisəli ərazinin Dövlətin mülkiyyəti olduğunu qeyd olunduğu Afina Birinci İnstansiya Məhkəməsi (no. 16992/1973) Appelyasiya Məhkəməsi (no. 4910/1977 – bax:paraqraf 13, aşağıda) qeyd edilmişdir.
12. 1976-cı ildə K.N. ölmüşdür və onun varislərinə kinoteatrın tikildiyi torpaq ərazisi üçün miras vergisi tələbi almışdır. Dövlət, vergi borcunu sığortalamaq üçün həmin ərazinin üzərinə ipoteka qoymuşdur. İpoteka 1982-ci ildə ödənmişdir.
13. K.N.-in varisləri 3 aprel 1967-ci ildə başlanmış prosesi davam etdirmişlər. 21 iyun 1977-ci ildə Afina Apellyasiya Məhkəməsi hesab etmişdir ki, Polis Kooperativinə ötürülən torpaq Dövlətə aid idi. Qərarının əsaslandırılması hissəsində məhkəmə, K.N.-ni övladlığa götürmüş atanın “Karras mülkü”nün yalnız bir hissəsinin, “Ilioupolis” sineması tikildiyi hissəsi və ya Kooperativə verilən hissəni əhatə etməyən hissəsinin mülkiyyətçisi olduğu barədəki Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə razılaşmışdır. Appelyasiya Məhkəməsi bu nəticəni, inter alia, 1905-ci ildə “Karras mülkü”nün meşə torpağı kimi milli meşə reyestrinə daxil edilməsi və o zamandan Dövlət, mülkiyyətçi olaraq vicdanlı şəkildə bu torpağın sərəncamı və istifadəsinə malik olmuşdur.
14. Maliyyə Naziri müavininin 19 sentyabr 1984-cü ildə verdiyi bir qərarla, kinoteatrın tikildiyi hissə də daxil olmaqla, “Karras mülkü”ünün bir hissəsi, 27 iyun 1985-ci ildə reyestrdə Dövlət mülkiyyəti kimi qeyd edilmişdir. 9 iyul 1985-ci ildəfakt Ilioupolis torpaq reyestrinə qeyd edilmişdir. 1987-ci ildə K.N.-in varisləri reyestrə Dövlət mülkiyyəti kimi daxil edilmiş torpaq üzərində mülkiyyət hüquqlarının tanınması üçün iddia qaldırmışlar. 1988-ci ildəAfina Birinci İnstansiya Məhkəməsi onların müraciətini, 21 iyun 1977 Afina Appelyasiya MəhkəməsininK.N.-ni övladlığa götürmüş atanın bu torpağın yalnız bir hissəsinin, yəni 320,000 və 520,000 m² arası bir ərazinin mülkiyyətçisi olduğunü müəyyən etdiyi əsasıyla rədd etmidir K.N.-in varisləribu qərardan şikayət vermişlər.
15. 9 fevral 1989-cu ildə Afina Appelyasiya Məhkəməsihesab etmişdir ki, özünün 21 iyun 1977-ci il qərarındaPolis Məmurlarının Ev Kooperativinə ötürülmüş 220,000 m² ərazi ilə bağlı məsələni həll etmişdir. Qərardakı digər mülahizələr K.N.-in varisləri üçün məcburi deyildi. Appelyasiya Məhkəməsi nəticədə 1988-ci ilBirinci İnstansiya Məhkəməsinin qərarını ləğv etmiş və işin mahiyyətinə baxılmasını əmr etmişdir.
16. 29 may 1996-cı ildə K.N.-in varisləriAfina Birinci İnstansiya Məhkəməsində Dövlət Şurasına, Dövlət və Ilioupolis Şəhər Şurası əleyhinə müvəqqəti tədbir qoyulmasını xahiş etmişdir. Dövlət Şurasıqeyri-müəyyən bu xahişi rədd etmişdir. K.N.-in varisləri, qərardan şikayət vermişlər. 30 may 1997-ci ildə Afina Appelyasiya MəhkəməsininDövlət Şurası sədr müavini appelyasiya şikayətini rədd etmişdir.
B.Ərizəçinin iddiası
17. 1978-ci ildəK.N.-in varisləriicarə müqaviləsi əsasında “Ilioupolis” sinemasını ərizəçiyə icarəyə vermişdir və o, kinoteatrı tamamilə bərpa etmişdir.
4 iyul1985-ci ildəAttika prefekturasıərizəçini məlumatlandırmışdır ki,27 iyun 1985-ci ildən başlayaraq, kinoteatrın tikildiyi torpaq Dövlətin mülkiyyəti hesab edilir və onun tutulması qeyri-qanunidir. Nəticədə, Dövlət, Dövlət torpaqlarının müdafiəsi haqqında 1539/1938 saylı Qanuna əsasən torpaq sahəsindən çıxarılma üzərində təsiri olmadan,11/12 noyabr 1929-cu il Prezident Fərmanının 115-ci maddəsinə uyğun olaraq, kompensasiya tələb edə bilər.
16 noyabr 1988-ci ildəDövlətTorpaq Komitəsi (Kτηματική Εταιρία του Δημοσίου) kinoteatrı Ilioupolis Şəhər Şurasına verdi.
24 noyabr 1988-ci ildə Attika prefekturasıbu barədəərizəçini məlumatlandırdı və kinoteatrı beş gün ərzində boşaltmağı əmr etdi, əks təqdirdə 1539/1938 saylı qanun tətbiq olunacaqdı.
18. 9 fevral 1989-cu ildəAttika prefekturası Torpaq Departmenti (Kτηματική Υπηρεσία) 263/1968 saylı qanunla dəyişdirilmiş şəkildə 1539/1938 saylı qanuna əsasən ərizəçinin torpaqdan çıxarılmasını əmr etmişdir. Əmr ərizəçiyə 16 mart 1989-cu ildə poçtla kinoteatrın qapısına göndərilməklə “çatdırılmışdır”. Sonrakı gün, Vəkillər Kollegiyası tətil etdiyi və ərizəçinin olmadığı zaman Ilioupolis Şəhər Şurasının məmurları kinoteatrın qapısını zorla açaraq əmri icra etmişlər. Ərizəçiyə məxsus daşınan əmlakın inventarı hazırlanmışdır (projektorlar, stellar, ekranlar və bar avadanılğı). Ərizəçi ilə işləyən, lakin onun nümayəndəsi olmayan Cənab G.L. inventara imza atmış və Şura məmurlarından əşyaları anbara yığmağı xahiş etmişdir.
19. Ərizəçiçıxarılma qərarından Afina Rayon Məhkəməsinə şikayət vermis, məhkəmə məsələyə sadələşdirilmiş prosedurda baxmış və Dövlətin xeyrinə qərar çıxarmışdır. Ərizəçitə hakimdən ibarət tərkibdəki Afina Birinci İnstansiya Məhkəməsinə şikayət vermis və sonuncu 23 oktyabr 1989-cu ildə apellyasiya şikayətinə sadələşdirilmiş qaydada baxaraq çıxarılma əmrini ləğv etmişdir. Məhkəmə hesab etmişdir ki, Torpaq Departamenti yalnız torpağın Dövlətə məsub olduğu, Dövlətin mülkiyyəti mübahisələndirilməyən və həmin əmlak üçüncü şəxslər tərəfindən qanusuz olaraq tutulduğu halda çıxarılma əmri verə bilər.
Məhkəmədaha sonra hesab etmişdir ki, hazırki işdə həmin hallar yoxdur, çünki ərizəçiaşağıdakıları kiafyət qədər dəqiqliklə göstərə bilmişdir: K.N.-in varisləri və Dövlət arasında kinoteatrın tikildiyi torpaqla bağlı mübahisə məhkəmələrdə davam etməkdədir; K.N.-in varisləriözlərini uzun illərdən bəri torpağın və kinoteatrın mülkiyyətçisi hesab edir və mülkiyyətçiliklə bağlı bütün hüquq və vəzifələri yerinə yetirirlər; və, nəhayət, ərizəçikinoeatrda 1978-ci ildən bəri icra müqaviləsi əsasında yerləşmişdir.
20. Bu qərarın ardından ərizəçi Ilioupolis Şəhər Şurası tərəfindən kinoteatrın davamlı tutulması faktını mübahisələndirmək üçün müvafiq orqanlara çoxsaylı müraciətlər etmişdir. 2 aprel 1990-cı ildə Maliyyə Nazirliyi bildirmişdir ki, çıxarılma əmri ləğv olunduğundan, torpaq ərizəçiyə qaytarılmalıdır və kinoteatrın Ilioupolis Şəhər Şurasına verilməsi qərarı ləğv edilməlidir. Lakin Şura kinoteatrın saxlanılmasında təkid etmişdir və ərizəçiyə kimin kompensasiya ödəyəcəyi məsələsi isə kommersiya icarələri haqqında qanuna uyğun şəkildə həll edilməli idi.
21. 11 iyul 1991-ci ildəDövlət Hüquq Şurası (Nομικό Συμβούλιο του Κράτους), Maliyyə Nazirliyinin ona ünvanladığı suala cavab olaraq bildirmişdir ki, kinoteatrərizəçiyə qaytarılmalıdır. Ərizəçinin məruz qaldığı itki ilə bağlı iddiası yalnız Dövlət Hüquq Şurasına müraciət edildiyi və ya məhkəmə iddiası qaldırıldığı zaman təmin edilə bilər. Bundan əlavə, Dövlət torpaq sahəsinin mülkiyyətçisi olduğu barədə iddiasını, K.N.-in varislərinə qarşı iddia qaldıraraq və ya 1987-ci ildən bəri məhkəmələrdə olan mübahisəni həll etməklə həyata keçirə bilər.
15 may 1994-cü ildə ərizəçi DövlətTorpaq Komitəsinə kinoteatrın qaytarılması ilə bağlı müraciət etmişdir.
22. 21 dekabr 1994-cü ildəərizəçiDövlətvə Ilioupolis Şəhər Şurasına qarşı kinoteatrın qaytarılmaması nəticəsində dəymiş ziyana görə Afina İnzibati Məhkəməsində iddia qaldırmışdır. O, 32,300,000 drahma (GRD), kompensasiya və 1989-ci və 1994-cu illər arasında itirilmiş fayda və biznes avadanlığının itirilməsinə görə əlavə məbləğ tələb etmişdir.
23. 5 aprel 1995-ci ildəərizəçi Ilioupolis merinə kinoteatrın qaytarılması ilə bağlı müraciət etmişdir. 5 may 1995-ci ildə o merə qarşı cinayət şikayəti vermişdir. Qeyri-müəyyən tarixdə Dövlət Torpaq Komitəsi sədrinə qarşı da cinayət şikayəti vermişdir.
24. 26 iyul 1995-ci ildəərizəçiAfina Birinci İnstansiya Məhkəməsində Ilioupolis Şəhər Şurasına qarşı GRD 30,000,000 məbləğində itirilmiş faydanın sığortalanması üçün əmlakın girov qoyulması barədə iddia qaldırmışdır.Məhkəməəmlakn qaytarılması barədə heç bir iddia olmadığını və bu barədə hər hansı yekun qərar olmadığını nəzərə alaraq, əmlakın qaytarılması öhdəliyinin olmaması əsasıyla bu iddianı rədd etmişdir.
25. 31 iyul 1995-ci ildəərizəçinin müraciətinə cavab olaraq, DövlətTorpaq Komitəsi kinoteatrın Ilioupolis Şəhər Şurasına verilməsi barədəki qərarın ləğv edilməsini və Maliyyə Nazirliyinin icarəçi kimi yenidən qeydə aldığı ərizəçiyə qaytarılmasını məsləhət görmüşdür. Bu məsləhət, 973/1979 saylı qanuna əsasən Maliyyə Nazirliyi tərəfindən təstiq olunmalı idi.
Bu məsləhət barədə məlumatlandırılan ərizəçi, 4 oktyabr 1995-ci ildə Maliyyə Nazirinə müraciət etmişdir. 13 oktyabr 1995-ci ildə o, Afina Birinci İnstansiya Məhkəməsindən mülki məsuliyyətlə bağlı proses gedişində Ilioupolis merinə qarşı müvəqqəti tədbirlər görülməsini rica etmişdir. 16 oktyabr 1995-ci ildə o yenidən Maliyyə Nazirinə müraciət etmişdir.
25 oktyabr 1995-ci ildəBirinci İnstansiya Məhkəməsi hesab etmidir ki, müvəqqəti tədbir üçün heç bir əsas yoxdur, çünki mer tərəfindən heç bir cavabdehlik ola bilməz. 7 noyabr 1995-ci ildə Dövlət Şurasının müdaxiləsindən sonra, Dövlət Torpaq Komitəsinin 31 iyul 1995-ci il qərarı ərizəçiyə bildirilmişdir. 15 noyabr 1995-ci ildəərizəçi Maliyyə Naziri müavinindən bu qərarı təsdiqləməsini xahiş etmişdir.
26. 7 avqust 1996-cı ildəDövlət Hüquq Şurasıbildirmişdir ki, kinoteatr ərizəçiyə aşağıdakı səbəblərdən qaytarılmamalıdr: Afina Birinci İnstansiya Məhkəməsi, 23 oktyabr 1989-cu il çıxarılma əmrini ləğv etməsinə baxmayaraq, kinoteatrın ərizəçiyə qaytarılması barədə qərar verməmişdir. 25 oktyabr 1995-ci il qərarında Birinci İnstansiya Məhkəməsihesab etmişdir ki, kinoteatrı qaytarmaq öhdəliyi yoxdur. Bundan əlavə, Dövlət mülkiyyəti ilə bağlı xüsusi yurisprudensiyaya görə, K.N.-in varislərivə ərizəçi arasındakı icarə müqaviləsi etibarlı deyil. Nəticədə, Maliyyə Nazirliyi, kinoteatrın Ilioupolis Şəhər Şurasına verilməsi qərarını qüvvədən salarsa, qanunsuz hərəkət etmiş olar. 3 sentyabr 1996-cı ildə Maliyyə Naziri müaviniDövlət Hüquq Şurasının rəyini təstiqləmişdir.
27. 31 oktyabr 1996-cı ildə Afina İnzibati Məhkəməsiərizəçinin 21 dekabr 1994-cü il iddiasını rədd etmiş və bildirmişdir ki, bu iddia mülki məhkəmə qarşısında qaldırılmalı idi.
17 dekabr 1996-cı ildə ərizəçi Afina Birinci İnstansiya Məhkəməsində iddia qaldırmış və 1995 və 1996-cı illərdə kinoteatrı işlədə bilmədiyinə görə itilmiş fayda və məruz qaldığı mənəvi ziyana görə GRD 140,000,000 məbləğində kompensasiya tələb etmişdir. İddiaya 13 noyabr 1997-cı ildə baxılmalı idi, lakin Məhkəmə işə baxdığı zaman hələ də milli məhkəmələr qarşısında baxılmağını gözləyir.
28. 7 Yanvar 1997-ci ildə, Afina Cinayət Məhkəməsinin İlkin Araşdırmalar Şöbəsi Ilioupolis merinə qarşı vəzifə xətası əsasıyla cinayət işi başlamaq qərarına gəlmişdir.
29. 27 Yanvar 1998-ci ildəərizəçi Dövlətə və Ilioupolis Şəhər Şurasına qarşı iddia qaldırmış və 1997-ci ildə itirilmiş fayda və mənəvi ziyana görə GRD 32,000,000 məbləğində kompensasiya istəmişdir. Bu məhkəmə prosesi də Məhkəmənin iclasına qədər davam etməkdə idi.
30. Kinoteatr hələ də Ilioupolis Şəhər Şurası tərəfindən işlədilir və ərizəçiyə qaytarılmamışdır.
Ərizəçi başqa bir açıq hava kinoteatrı açmamışdır.
II.MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A.İnzibati çıxarılma əmrləri
31. Dövlətin daşınmaz əmlakıüçüncü şəxslərdən Dövlət mülkiyyəti haqqında Qanunu dəyişən və tamamlayan 263/1968 saylı qanunla müdafiə olunur.
Həmin Qanunun 2(2) və (3) Bölmələrində deyilir:
“... Müvafiq vergi müfəttişi dövlət mülkiyyətindən qanunsuz istifadə edən şəxsə qarşıinzibati çıxarılma əmri verir. Bu əmrin ləğv edilməsi barədə müraciət, əmrin bildirldiyi tarixdən otuz gün ərzində müvafiq rayon məhkəməsinə verilir. ... müvafiq rayon məhkəməsinin qərarından appelyasiya şikayəti otuz gün ərzindəBirinci İnstansiya Məhkəməsi Sədrinə göndərilir və o,işə mülki prosessual Məcəllənin 634-cü maddəsində nəzərdə tutulan xüsusui prosedurla baxır. Birinci İnstansiya Məhkəməsi Sədrinin qərarından şikayət verilə bilməz. Bu prosesin nəticəsində verilən qərar tərəflərin adi proses qaydasında hüquqlarının tanınmasına mane olmur...”
“... Κατά του αυτογνωμόνως επιλαμβανομένου οιουδήποτε δημοσίου κτήματος συντάσσεται παρά του αρμοδίου Οικονομικού Εφόρου Πρωτόκολλο Διοικητικής Αποβολής. Κατ΄αυτού επιτρέπεται άσκηση ανακοπής ενώπιον του αρμοδίου Ειρηνοδικείου μέσα σε αποκλειστική προθεσμία 30 ημερών από της κοινοποιήσεως του... Κατά της αποφάσεως του Ειρηνοδικείου χωρεί έφεση ενώπιον του Προέδρου Πρωτοδικών, που δικάζει με την ειδική διαδικασία του άρθρου 634 Πολ. Δικ., μέσα σε προθεσμία 30 ημερών. Κατά της αποφάσεως του Προέδρου Πρωτοδικών ουδέν ένδικο μέσο χωρεί. Η κατά την ανωτέρω διαδικασία εκδιδομένη απόφαση δεν παρακωλύει την επιδίωξη των εκατέρωθεν δικαιωμάτων κατά την τακτική διαδικασία ...”
Qərarın ləğvi barədə müraciət və ümumiyyətlə, inzibati çıxarılma qərarlarının mübahisələndirilməsi proseduru yalnız əmrin etibarlılığı ilə bağlıdır və mülkiyyət hüququnun tanınması və istifadənin qanuniləşdirilməsinə aidiyyəti yoxdur.
32. İnzibati çıxarılma əmri ləğv edildikdə, çıxarılan şikayətçinin yenidən həmin yerə qaytarılması barədə qərar verilməsi arzu olunduqda, qaytarılma barədə müracət, ya çıxarılma qərarının ləğv edilməsi müraciəti ilə eyni vaxtda – və bu zaman, əgər müraciət qəbulediləndirsə, müvafiq qaytarılma qərarı veriləcəkdir – və ya ayrıca edilməlidir (istifadənin qanuniləşdirilməsi müraciəti). Qaytarılma barədə müraciətə 263/1968 saylı qanunun 2-ci bölməsində çıxarılma əmrinin ləğv olunnması barədə müraciət üçün nəzərdə tutulan müddətlər tətbiq olunmur, çünki belə bir müddəa yoxdur (Afina Appelyasiya Məhkəməsi qərarı no. 6802/89, Hesabatlar 1990, səh. 778-79, Afina Birinci İnstansiya Məhkəməsi qərarı, no. 25950/1995, Dövlət Hüquq Şurası rəyi, no. 464/96, Qoşmalar 14a və b və 13c).
B.İcarə alanların əmlakın sahibi kimi müdafiəsi
33. Əmlakı icarəyə götürən icarəyə verilən əmlakın sahibidir. Bu sahiblik hüququ daxili qanunvericiliklə qorunur. Sahibliyin həm maddi fakt kimi, həm də hüquq münasibəti kimi müdafiəsi yunan hüququnda Mülki Məcəllənin 997 və sonrakı maddələri ilə tənzimlənir.
34. Xüsusilə, Mülki Məcəllənin “Sahiblərin müdafiəsi” adlanan 997-ci maddəsində deyilir:
“Əmlakın sahibliyinə istifadəyə qanunsuz müdaxilə yə ya sahiblikdən alma hüququ və ya hadisəsi zamanı, əmlakın icarəçisi və ya kirayəçisi və ya sərəncam hüququ olan şəxsdən bənzər münasibətlər nəticəsində əmlakı sahibliyinə götürən şəxs də üçüncü tərəflərə qarşı sahibliklə bağlı iddiaya malik olur.”
“Επί παρανόμου διαταράξεως της νομής πράγματος ή δικαιώματος, ή αποβολής εξ αυτής, έχει κατά τρίτων τας περί νομής αγωγάς και ο παρά τιυ νομέως λαβών την κατοχή του πράγματος ή δικαιώματος ως μισθωτής ή θεματοφύλαξ ή συνεπεία άλλης παρομοίας σχέσεως.”
35. Əmlakı icarəyə götürən və icarə verilmiş əmlakın sahibinin verə biləcəyi sahiblik iddiaları Mülki Məcəllənin 987 və 989-cu maddələrində yer alır.
Maddə 987 nəzərdə tutur:
“Sahibliyinə qanusuz şəkildə son qoyulmuş sahib, qanusuz sahibdən geri qaytarılma tələb etmək hüququna malikdir. Mülki məsuliyyət barədə müddəalara əsaslanan kompensasiya iddiası istisna edilmir.”
“Ο νομέας που αποβλήθηκε παράνομα από τη νομή έχει δικαίωμα να αξιώσει την απόδοσή της από αυτόν που νέμεται επιλήψιμα απέναντί του. Αξίωση αποζημιώσεως σύμφωνα με τις διατάξεις για τις αδικοπραξίες δεν αποκλείεται.”
Maddə 989 nəzərdə tutur:
“Sahibliyinə qanusuz şəkildə müdaxilə olunmuş sahib, müdaxiləni aradan qaldırılması və gələcəkdə qadağan olunması ilə bağlı qərar əldə etmək hüququna malikdir. Mülki məsuliyyət barədə müddəalara əsaslanan kompensasiya iddiası istisna edilmir.”
“Ο νομέας που διαταράχθηκε παράνομα έχει δικαίωμα να αξιώσει την παύση της διατάραξης καθώς και την παράλειψή της στο μέλλον. Αξίωση αποζημίωσης κατά τις διατάξεις για τις αδικοπραξίες δεν αποκλείεται.”
Maddə 987-lə, sahib sahiblikdən məhrumetmədən, yəni əmlaka nəzarətdən məhrumetmədən qorunur. Maddə 989-la o həm də müdaxilədən, yəni, sahiblikdən məhrumetmə olmayan nəzarətə müdaxilə hallarından müdafiə olunur. Müdaxilənin klassik nümunəsi, daxili məhkəməllərin hesab etdiyi kimi, sahibi, müəəyyən sahiblik aktının qadağan olunması ilə qorxutmaqdır.
Bu vasitələrin məqsədi, hüquqla əsaslanıb-əsaslanmadığından asılı olmayaraq, sahibliyin özünü müdafiə etməkdir Bu səbəbdən, Mülki Məcəllənin 991-ci maddəsində deyilir:
“Sahibliyə müdaxilə və ya sahiblikdən məhrumetmə ilə bağlı iddiada cavabdeh yalnız o halda ona əmlak üzərində nəzarət verən hüquqa istinad edə bilər ki, bu hüquqonunla şikayətçi arasındakı prosesdə məhkəmə tərəfinən verilən yekun qərarla təstiqlənmiş olsun.”
“Ο εναγόμενος για διατάραξη ή αποβολή δεν μπορεί να επικαλεστεί δικαίωμα που του παρέχει εξουσία πάνω στο πράγμα παρά μόνο αν το δικαίωμα έχει αναγνωριστεί τελεσίδικα σε δίκη ανάμεσα σε αυτόν και τον ενάγοντα.”
Mülki Məcəllənin 997-ci maddəsinə əsasən, sahib, ona sahibliyi verən sahibə qarşı və üçüncü şəxslərə qarşı bu hüquqlara malikdir. Ona sahibliyi verənə qarşı onun hüquqları, onlar arasındakı münasibətlərin verdiyi hüquqlardır.
36. Sahib, sahibliklə bağlı iddia qaldırdıqda, bu sahibin çıxarılması və ya əmlaka nəzarətinə mane olunmasından asılı olaraq, ya yenidən sahibliyə qaytarılma ya da müdaxiləyə son qoyulması barədəiddia olacaqdır..
Bundan əlavə, sahibin məruz qaldığı ziyanla bağlı mülki məsuliyyətlə bağlı müddəalar əsasında eyni kompensasiya iddiası qaldırmaq hüququ vardır (maddə 914 və sonrakılar.).
37. Xüsusilə, Dövlətin kompensasiya ödəmək öhdəliyi ilə bağlı, Mülki Məcəlləyi Giriş Qanunun 105-ci maddəsi tətbiq olunur ki, bu maddəyə görə Dövlət işçiləri tərəfindən qanunsuz hərəkətlər, həmin işçinin cinayət törədib-törətməməsindən asılı olmayaraq, kompensasiya ödəmək öhdəliyi yaradır. Bundan əlavə, inzibati aktdan yaranan qanunsuz vəziyyət halında bu aktın əvvəldən ləğv olunması tələb olunmur. Məhkəmə inzibati aktın qanuniliyini prosesin gedişatında araşdıra bilər və bu aktın qanunsuzluğu ilə bağlı əvvəldən verilmiş qərarın olmasına ehtiyac yoxdur.
C.İcarəçinin icarə verəndən müdafiəsi
38. Hüquqları icarə müqaviləsi ilə yaranan sahib, əgər icarəyə götürdüyü əmlakı istiadə etmək qeyri-mümkün olarsa, həm də icarəyə verənə qarşı müdafiə olunur.
39. Mülki Məcəllənin 583-ci maddəsində deyilir:
“Əgər icarə müqaviləsində razlışdırılmış əmlak, üçüncü şəxslərin hüquqları üzündən (hüquqi yararsızlıq) icarəçidən bütünlüklə və ya hissəvi olaraq götürülərsə, maddə 576- 579 və madə 582 tətbiq olunur. Lakin icarəçi, icarəyə verənin hesabına hüquqi yararsızlığı arada qaldıra bilər.”
“Αν η συμφωνηθείσα χρήση του μισθίου αφαιρεθεί από τον μισθωτή εν μέρει ή εν όλω εξαιτίας δικαιώματος τρίτου νομικό ελάττωμα εφαρμόζονται οι διατάξεις των άρθρων 576 έως 579 και 582. Αλλ΄ο μισθωτής δεν δύναται να προβεί ο ίδιος στην άρση του νομικού ελαττώματος με δαπάνες του εκμισθωτού.”
40. Bu halda icarəçinin 583-cü maddədə istinad edilən maddə 576-579 və maddə 582 üzrə hüquqları aşağıdakılardır: icarə haqqını azaltmaq və ya ödəməmək, kompensasiya hüququ, icarəyə verənə qarşı hüquqi yararsızlığı aradan qaldırması üçün iddia qaldırmaq və icarə müqaviləsini ləğv edə bilər.
İcarəyə verənə qarşı hüquqi yararsızlığı aradan qaldırması üçün iddia qaldırmaq hüququndan başqa, icarəçi sahib qismində üçüncü şəxslərə qarşı öz hesabına sahibliyə qaytarma iddiası aça bilər (maddə 997).
İcarəyə verən yalnız o halda məsuliyyətdən azaddır ki, icarəçi icarə müqaviləsini bağlayan zaman hüquqi yararsızlıqdan xəbərdar idi.
D.Kommersiya icarələri
41. Nəhayət, əmlakın kommersiya fəaliyyəti həyata keçirilməsi üçün icarəyə verilməsi (kommersiya icarələri) də 34/1995 saylı Prezident Fərmanı ilə məcəlləşdirilmiş 813/1978 saylı qanunun 29-cu bölməsinə əsasən, bütün yuxarıdakı müddəalarla ilə tənzimlənir. Həmin maddədə deyilir:
“Aşağıda göstərilən hallar istisna edilməklə, hazırki qanunun tətbiq edildiyi icarələr müqavilə müddəaları və Mülki Məcəllənin müddəaları ilə tənzimlənir.”
“Αι κατά τον παρόντα νόμον μισθώσεις, εφόσον δεν ορίζεται άλλως εις αυτόν, διέπονται υπό των συμβατικών περί αυτών όρων και των διατάξεων του Αστικού Κώδικος.”
KOMMİSSİYA QARŞISINDA PROSES
42. Cənab Iatridis Komissiyaya 28 mart 1996-cı ildə müraciət etmişdir. O, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, 8-ci maddəsi və 13-cü maddəsi və Protokol 1 maddə 1-in pozulmasından şikayət etmişdir.
43. Komissiya (Birinci Palata) ərizənin bir hissəsini 2 iyul 1998-ci ildə qəbuledilən elan etmişdir (no. 31107/96). 16 aprel 1998-ci il tarixli Hesabatında (Konvensiyanın keçmiş 31-ci maddəsi) bidirmişdir ki, Konvensiyanın 13-cü maddəsi və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir (bir səsə qarşı on dörd səs) və işi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 8-ci maddəsi altında araşdırmağa ehtiyac yoxdur (yekdilliklə). Komissiyanın rəyinin tam mətni və hesabatdakı fərqli rəy qərara qoşma şəklində əlavə olunmuşdur[3].
MƏHKƏMƏYƏ YEKUN TƏQDİMATLAR
44. Hökumət Məhkəmədən xahiş etmişdir ki, Georgios Iatridisin Yunanıstana qarşı ərizəsini rədd etsin.
45. Ərizəçi Məhkəmədən xahiş etmişdir ki,
“(a) Yunanıstan Respublikası tərəfindən 1 saylı Protoklun 1-ci maddəsi və Konvensiyanın 8 və 13-cü maddələrinin pozulması barədəki şikayətlərini qəbuledilən və faktiki və hüquqi cəhətdən əsaslı hesab etsin;
(b) 13-cü maddənin pozulduğunu hesab edərsə, Konvensiyanın 6-cı maddəsi ilə bağlı eyni nəticəyə gəlsin;
(c) Yunanıstan Respublikasının ərizəçiyə əvəzin ədalətli ödənilməsi olaraq, qərarın verilməsi tarixindən kommersiya transkasiyalarına tətbiq edilən faiz dərəcələri əlavə edilməklə, 497,337,000 drahma məbləğinin ödənilməsini qət etsin;
(d) Yunanıstan Respublikasına ərizəçiyə Ilioupolis kinoteatrını qaytarmaqla pozuntulara son qoymağı əmr etsin.”
Hüquqi məsələlər
I.HÖKUMƏTin ilkin etirazları
A.Daxili hüquq müdafiə vasitələrini tükəndirilməməsi
46. Hökumətin əsas etirazı –Komissiya qarşısında olduğu kimi– odur ki, Cənab Iatridis daxili hüquq müdafiə vasitələrini tükəndirməmişdir.
Birincisi, Afina Birinci İnstansiya Məhkəməsində çıxarılma əmrinin qanuniliyini mübahisələndirərkən və hətta ondan sonra da, kinoteatrın tikildiyi torpağın qaytarılması üçün müraciət (Mülki Məcəllənin 987, 989 və 997-ci maddələrinə əsasən) etməmişdir. Təşəkkül tapmış məhkəmə təcrübəsinə əsasən belə bir müraciət olmadan, çıxarılma əmrinə qarşı etirazla əldə oluna bilinən maksimum nəticə bu əmrin ləğv olunması idi; Məhkəmə sadəcə olaraq, əmrin verilməsi üçün bütün şərtlərə əməl olunub-olunmadığına baxırdı və mülkiyyət, istifadə və ya sahiblik məsələlərini həll etmirdi. Bundan əlavə,torpağın ərizəçiyə qaytarılması barədə məhkəmə qərarı Dövlətə qarşı icra edilməli olardı, çünki 2097/1952 saylı qanunun 8-ci bölməsi (Dövlətin icraya qarşı immuniteti barədə) yalnız pul iddialarına tətbiq olunurdu.
İkincisi, ərizəçinin Dövlətə qarşı kompensasiya iddialarının bəziləri hələ də Afina Birinci İnstansiya Məhkəməsində baxılmaqda idi. Onun yalnız kinoteatrın bağlı olduğu illər ərzində itirilmiş faydaya görə kompensasiya alacağı əhəmiyyətli deyildi, çünki hələ də avadanlıqları vardı və başqa bir yerdə kinoteatr qura bilərdi.
Üçüncüsü, ərizəçitorpaqla bağlı mübahisədən xəbərsiz olsa idi, K.N.-in varislərinə Mülki Məcəllənin 576-79, 582 və 587-ci maddələri əsasındaiddia qaldırardı.
47. Məhkəmə təkrar edir ki, Konvensiyanın 35-ci maddəsinin tükəndirilməsini tələb etdiyi yeganə vasitələr, mövcud və kafi və iddia olunan pozuntularla əlaqəli olanlardır (bax: the Tsomtsos and Others v. Yunanıstana qarşı, 15 noyabr 1996, Qərar və Qərardadlar Hesabatı 1996-V, s. 1713, § 32).
Etirazın birinci hissəsi ilə bağlı, Məhkəmə, Komissiyavəərizəçi kimi, müşahidə edir ki,ərizəçi 263/1968 saylı qanunun 2(3) bölməsində nəzərdə tutulan xüsusi müraciəti Afina Birinci İnstansiya Məhkəməsinə etmiş və xüsusi olaraq inzibati çıxarılma əmrinin ləğvini istəmişdir.Məhkəmə ona haqq vermis və hesab etmişdir, bu əmrin verilməsi üçün bütün şərtlər mövcud deyildi. Lakin Maliyyə Naziri, kinoteatrın ərizəçiyə qaytarılmasını təsdiq etməkdən imtina etmişdir. Nazirin mövqeyi işığında, Mülki Məcəllənin 987 və 989 maddələrinə əsasən qaldırılan iddia – uğur qazanacağı fərz olunarsa belə – çox güman ki, çıxarılma əmrinin ləğvi üçün müraciətin gətirdiyi nəticədən fərqli nəticəyə səbəb olmayacaqdı. Ərizəçi, bu səbəbdən, əsasən eyni nəticəni verəcək və bundan əlavə, daha çox uğur imkanı olmayan hüquqi vasitəni istifadə etmədiyinə görə tənqid oluna bilməz (bax: mutatis mutandis, Miailhe Fransaya qarşı (no. 1) 25 fevral 1993-ci il qərarı, Series A no. 256‑C, səh. 87, § 27).
Etirazın ikinci hissəsinə gəlincə, Məhkəmə hesab edir ki, kompensasiya iddiası, bəzən xüsusən vurulan ziyanın əvəzinin ödənilməsi üçün kompensasiya yeganə vasitə olarsa, kafi hüquqi vasitə ola bilər. Lakin hazırki işdə kompensasiya Yunan hüquq sisteminin ərizəçiyə, çıxarılma əmrinin ləğvi barədə məhkəmə qərarı olmasına baxmayaraq, kinoteatrı sahibliyinı qaytara bilməməsi vəziyyətini düzəltmək üçün təqdim etməli tədbirlərə alternativ ola bilməzdi. Bundan əlavə, Afina Birinci İnstansiya Məhkəməsi qarşısındakı müxtəlif proseslər yalnız Konvensiyanın 41-ci maddəsinə əsasən əvəzin ədalətli ödənilməsi məbləği ilə bağlı əhəmiyyət daşıyır (bax: mutatis mutandis, Hornsby Yunanıstana qarşı, 19 mart 1997-I il qərarı, Hesabatlar 1997-II, səh. 509, § 37).
Etirazın üçüncü qismi ilə bağlı Məhkəmətəkrar edir ki,maddə 35 yalnız iddia edilən pozuntulara aid vasitələrin tükəndirilməsini tələb edir: bir fərdə qarşı məhkəmə iddiası, Dövlət tərəfindən edilən hərəkətlərlə, hazırki işdə, məhkəmə qərarını icra etməməsi və kinoteatrı ərizəçiyə qaytarmaması ilə bağlı hüquqi vasitə hesabedilə bilməz (bax: the Pine Valley Developments Ltd və Başqaları Irlandiyaya qarşı, 29 noyabr 1991-ci il qərarı, Series A no. 222, səh. 22, § 48).
Beləliklə, etiraz rədd edilməlidir.
B.Altı ay müddətinə riayət edilməməsi
48. Hökumət Məhkəmədən xahiş edir ki, ərizəni Konvensiyanın 35-ci maddəsinə əsasən qəbuledilməz elan etsin, çünkiərizəçiərizəsini Komissiyaya Afina Birinci İnstansiya Məhkəməsinin çıxarılma əmrini ləğv edən qərarının tarixindən altı ay müddətində göndərməmişdir. Hökumətin fikrincə, bu qərar davamedici vəziyyətə səbəb ola bilməzdi, çünki məhkəməDövlətə kinoteatrı ərizəçiyə qaytarmağı əmr etməmişdi və sonuncu onun üzərindəin remhüquqa malik deyildi; bundan əlavə, ərizəçi vəziyyəti əmlakın qaytarılması barədə müraciət edərək və ya biznesini başqa bir yerə köçürərək dəyişə bilərdi.
49. Komissiya belə nəticəyə gəlmişdir ki, Maliyyə NazirininBirinci İnstansiya Məhkəməsinin qərarına riayət etməməsi davamedici vəziyyətin yaranmasına səbəb olmuşdur və altı ay müddəti tətbiq olunmur.
50. MəhkəməKomissiyanın rəyi ilə razılaşır. O həmçinin vurğulayır ki,Maliyyə Naziri kinoteatrın Ilioupolis Şəhər Şurasına verilməsi əmrini ləğv etməsəydi, ərizəçikinoteatrı geri ala bilməyəcəkdi. ƏrizəçiDövlət Torpaq Komitəsinin bu barədə məsləhətini – bu məsləhət olmadan nazirlik qərarı verilə bilməzdi– 7 noyabr 1995-ci ilə qədər ala bilməmidirvə Nazirə bu məsləhəti təstiq etmək barədə müraciətini 15 noyabrda göndərmişdir (bax, paraqraf 25, yuxarıda). Bundan belə nəticə çıxır ki, o, Komissiyaya ərizəsini 28 mart 1996-cı ildə göndərərkən ərizəçi, altı ay müddətnə riayyət etmişdir.
Bu səbəbdən, etiraz rədd edilməlidir.
II.1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
51. Cənab Iatridis, 1 saylı Protokolun 1-ci maddəsinin pozuluğunu iddia edir. Həmin maddədə deyilir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz ülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirməküçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunlarıyerinə yetirmək hüququnu məhdudlaşdırmır.”
52. Ərizəçi bildirmişdir ki, 1978-ci ildə kinoteatrın mülkiyyətiçisi kimi hərəkət edən K.N.-dən kinoteatrı icarəyə götürmüşdür və ona 1985-ci ilədək, Dövlət tərəfindən heç bir mübahisələndirmə olmadan sahiblik etmişdir. Kənd Təsərrüfatı Nazirliyinin 1953-cü ildə verdiyi qərar (bax: paraqraf 8, yuxarıda) sadəcə olaraq “Karras mülkü”nün meşə hesab edilən qismi ilə K.N.-ə məxsus olan urban qismi arasında sərhədləri müəyyən edirdi. Planlardan aydın görünür ki, kinoteatrın olduğu ərazi sonuncu qismə düşür – yəni, düz urban hissədə və Polis Kooperativinə verilən və 4910/1977 saylı qərarın aid olduğu torpaq sahəsindən çox uzaqda yerləşir. Kinoteatrın mülkiyyət hüququ hələ də Dövlətlə, onu ərizəçiyə icarə verənlər, yəni K.N.-in varisləri arasında mübahisə predmetidir.Dövlət, onlardan torpaqla bağlı ilk gündən hazırki zamana qədər miras vergisi almaqlahər zaman varislərlə həqiqi mülkiyyətçikimi rəftar etmişdir, bundan əlavə, kinoteatr tikilməsi üçün icazə K.N.-ə torpağın mülkiyyətçisi kimi istinad edirdi. 21 iyun 1977-ci ildə Appelyasiya Məhkəməsi, bu torpaq sahəsinin deyil, yalnız mübahisəli torpaq ərazisindən çox uzaqda yerləşən Polis Kooperativinə ötürülən torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyən etmişdi. Bu səbəbdən, 1978-ci ildə ərizəçinin torpaq sahəsinin mülkiyyətçilərinin K.N.-in varisləri olmasına zərrə qədər də şübhəsi ola bilməzdi.
53. Hökumətbildirmişdir ki, inzibati çıxarılma əmriyalnız ərizəçini torpaqdan istifadə və sahiblikdən məhrum etmiş, ona biznesini davam etdirməyə mane olmamışdır.Ərizəçinin biznesi üçün alternativ yer tapa bilmək üçün dörd ili olmuşdur və nəticədə, çıxarılma əmrinin icrası ilə bağlı heç bir ziyan çəkməmişdir. Bundan əlavə, icarəçinin icarəyə götürdüyü əmlakı isitfadə hüquqlarının əhatə dairəsi və müddəti məhdud (çünki tərəflər icarə müqaviləsinə istənilən vaxt son qoya bilər) və nisbidir (çünki üçüncü şəxslərə qarşı ona, icarəyə verilən əmlak üzərində, in rem mülkiyyət hüququ kimi üstünlük verən hüquq olaraq istinad edilə bilməz). Beləliklə, icarə ərizəçiyə Dövlətə qarşı icarə edilə bilən, kifayət qədər əsaslı mülkiyyət hüququ verməmişdir.K.N.-in varislərinin iddia etdikləri torpaq üzərində Dövlətin mülkiyyəti hüququ ilə bağlı hər hansı şübhə mübahisəli bütün ərazinin Dövlətə məxsus olmasının müəyyən olunduğu Appelyasiya Məhkəməsinin 21 iyun 1977 tarixli qərarı (no. 4910/1977) ilə ortadan qalxmışdır (bax: paraqraf 13, yuxarıda) və ərizəçi bunu torpaq reyestrinə baxaraq öyrənə bilərdi. Birinci İnstansiya Məhkəməsinin 23 oktyabr 1989cu il qərarı ərizəçinin mübahisəli torpaqla bağlı hər hansı hüququnu müəyyən etməmişdi, çünki proses torpaq üzərindəki hər hansı hüquqlarla deyil, yalnız çıxarılma əmrinin formal qanuniliyi ilə bağlı idi. Digər tərəfdən, ərizəçi hüquqi yararsızlıq üzündən əmlakı istifadə edə bilmədiyinə görə icarə verəndən kompensasiya tələb edə bilərdi. Nəhayət və ən əhəmiyyətlisi, kinoteatr avadanlığı özündə qalan ərizəçi, başqa hər hansı yerdə biznes qura bilərdi.
54. Məhkəmətəkrar edir ki,1 saylı Protokolun 1-ci maddəsinə əsasən “əmlak” konsepsiyası avtonom mənaya malikdir və fiziki əşyalara mülkiyyətlə məhdudlaşmadığı dəqiqdir: nemət təşkil edən müəyyən digər hüquqlar və maraqlarda “mülkiyyət hüquqları” və bu müddəanın məqsədləri üçün “əmlak” hesab edilə bilər (bax: Gasus Dosier- und Fördertechnik GmbH Niderlanda qarşı, 23 fevral 1995-ci il qərarı, Series A
no. 306-B, səh. 46, § 53).
Bu kontekstdə, Məhkəməilk öncə müşahidə edir ki, kinoteatr ərazisinin mülkiyyəti, kinoteatrı icarəyə verənlərlə Dövlət arasında 1953-cü ildən mübahisəlidir vəməsələ bu qərar qəbul edilən tarixə həll olunmamış qalır. Məhkəmə, hazırki işə baxarkən, milli məhkəmələrin yerini alaraq və mübabisəli torpağın Dövlətə məxsus olub-olmadığı və ya K.N.-in varislərivə ərizəçiarasındakı icarə müqaviləsinin Yunan hüququna görə etibarsız olub-olmadığını müəyyən etmək vəzifəsi daşımır. Məhkəmə ərizəçinin çıxarılmazdan əvvəl kinotetarı on bir il ərzində formal olaraq etibarlı olan icarə əsasında dövlət orqanları tərəfindən heç bir müdaxilə olmadan işlətmiş və bunun nəticəsində müəyyən müştəri dairəsi qurmuş olmasını müşahidə etməklə kifayətlənəcəkdir (bax: Van Marle və Başqaları Niderlanda qarşı, 26 iyun 1986-cı il qərarı, Series A no. 101, səh. 13, § 41); bununla bağlı, MəhkəməYunanıstanda açıq-hava kinoteatrlarının yerli mədəni həyatda oynadığı rolu və belə bir kinoteatrın müştəri dairəsinin yerli rezidentlərdən ibarət olduğu faktını nəzərə alır.
55. Məhkəmənin yurisprudensiyasına əsasən, mahiyyətcə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qaydadan ibarətdir (bax: James and Others Birləşmiş Krallığa qarşı 21 fevral 1986-cı il qərarı, Series A no. 98-B, səh. 29-30, § 37): birinci paraqrafın birinci cümləsində nəzərdə tutulan birinci qayda ümumi xarakterlidir və əmlakdan maneəsiz isitfadə prinsipini elan edir, birinci paraqrafın ikinci cümləsində göstərilən ikinci qayda əmlakdan məhrumetməni ifadə edir və onu müəyyən şərtlərə tabe tutur; ikinci paraqrafda nəzərdə tutulan üçüncü qaydaya görə, Razılığa gələn Dövlətlər, digər məsələrlə yanaşı, ümumi maraqlar naminə əmlakın istifadısinə nəzarət edə bilərlər. İkinci və üçüncü qaydalarəmlakdan maneəsiz istifadə hüququna müdaxilənin xüsusi növlərinə aiddir və bu səbəbdən, birinci qaydada nəzərdə tutulan ümumi prinsipin işığında şərh edilməlidir.
Məhkəmə qeyd edir ki,icarə etdiyi kinoteatrı xüsusi lisenziyası olan ərizəçi Ilioupolis Şəhər Şurası tərəfindən ordan çıxarılmış və biznesini heç bir başqa bir yerdə qurmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, çıxarılma əmrini ləğv edən məhkəmə qərarı olmasına baxmayaraq, Cənab Iatridis kinoteatrı geri ala bilməmişdir, çünki Maliyyə Naziri kinoteatrın Şuraya verilməsi qərarını ləğv etməkdən imtina edir (bax: paraqraf 26, yuxarıda).
Belə olan halda, ərizəçinin əmlak hüquqlarına müdaxilə olmuşdur. Onun yalnız iş yerinin icrası müqaviləsi olduğuna görə, bu müdaxilə nə əmlakdan məhrumetmə, nə də əmlakdan istifadəyə nəzarət deyildir, lakin 1-ci maddənin birinci paraqrafın birinci cümləsinin altına düşür.
56. Ərizəçio fakta diqqəti çəkir ki, Birinci İnstansiya Məhkəməsi çıxarılma əmrini ləğv etmişdir, lakin Dövləthələ də özbaşına və qanunsuz olaraq kinoteatrı özündə saxlayır və qaytarmır.
57. Hökumətbu fikri mübahisələndirir və vurğulayır ki, kinoteatrın ərazisi, Dövlətə məxsus daha böyük ərazinin hissəsidir.
58. Məhkəmətəkrar edir ki,1 saylı Protokolun 1-ci maddəsi birinci və daha əhəmiyyətli tələbi odur ki, dövlət orqanı tərəfindən əmlakdan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır: birinci paraqrafın ikinci cümləsi əmlakdan məhrumetməyə yalnız “qanunla nəzərdə tutulan hallarda” icazə verir və ikinci paraqrafda qəbul edilir ki, Dövlətlər “qanunlar tətbiq edərək” əmlakdan istifadəyə nəzarət edə bilərlər. Bundan əlavə, demokratik cəmiyyətlərin fundamental prinsiplərindən olan hüququn aliliyi, Konvensiyanın bütün maddələrinə aiddir (bax: Amuur Fransaya qarşı, 25 iyun 1996-cı il qərarı, Reports 1996-III, səh. 850-51, § 50) və Dövlət və ya dövlət orqanları üzərinə məhkəmə əmrləri və qərarlarına riayət etmək öhdəliyi qoyur (bax:mutatis mutandis, Hornsby qərarı, yuxarıdakı istinad, səh. 511, § 41). Bundan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqları ilə fərdin fundamental hüquqlarının müdafiəsi tələbi arasında ədalətli tarazalaşdırılmanın aparılıb-aparılmaması məsələsi (bax: Sporrong və Lönnroth İsveçə qarşı, 23 sentyabr 1982-ci il qərarı, Series A no. 52, səh. 26, § 69) yalnız o vaxt müvafiq olur ki, müdaxilənin qanunilik şərtinə riayət etdiyi və özbaşına olmadığı müəyyənləşmiş olsun.
59. Hökumətbildirmişdir ki,ərizəçidən, çıxarılmadan öncə iki dəfə yeri boşaltmaq tələb olunmuşdur. (1985 və 1988 – bax, paraqraf 17, yuxarıda above). Bu səbəbdən, onun məhkəmələrdə özünü müdafiə etmək və ya biznesini başqa yerə köçürməklə saxlamaq imkanı vardı. Daha sonra və xüsusilə, Afina Birinci İnstansiya Məhkəməsi, özünün 23 oktyabr 1989-cü il qərarındaŞəhər Şurasının kinoteatrdan çıxarılıb, ərizəçinin yerləşdirilməsini əmr etməmişdir (bax,paraqraf 19, yuxarıda). Ərizəçi, kinoteatrdan çıxarılma əmrinin ləğvi barədəki müraciətindən ayrıca bu barədə müraciət etmədən, yerləşdirmə əmri verilə bilməzdi; Hökumətbununla bağlı geniş məhkəmə təcrübəsi olduğunu bildirmiş və Afina Appelyasiya Məhkəməsinin bir qərarını (no. 6802/1989) təqdim etmişdir ki, bu qərarda yerləşdirmə, geri qaytarılma barədə müraciət başqa prosesdən ayrıca edilə bilər və ləğvetmə qərarı üçün tətbiq edilən iddia müddətləri ona tətbiq edilmir.
60. Ərizəçibelə bir müraciətin müvafiq və ya səmərəli olacağını danır. Kinoteatra geri qaytarılmaq barədə əmr eldə edilsə belə, onun sahibliyini yenidən əldə etmək üçün hər hansı hüquqi yol mövcud deyildi. Müraciət Ilioupolis Şəhər Şurasına qarşı veriləsi idi, onun praktiki səmərəsi olmayacaqdı, çünki qərar yalnız Şura üçün məcburi olacaqdı və Dövlətin kinoteatrı hər hansı başqa quruma ötürməsinə mane olmayacaqdı; əgər müraciət Dövlətin özünün əleyhinə verilmiş olsaydı, Nazirliyin növbəti imtinalarına qarşı onun əlində heç bir vasitə olmayacaqdı.
61. Məhkəmə qeyd edir ki, tərəflər bu məsələ ilə bağlı fərqli fikirlər bildirirlər, lakin bu məsələnihəll etmək onun vəzifəsi deyildir, xüsusilə Afina Cinayət Məhkəməsinin İlkin Araşdırmalar Şöbəsi Ilioupolis merinə qarşı vəzifə xətası əsasıyla cinayət işi başlamaq barədə 26/1997 saylı qərarı (bax:paraqraf 28, yuxarıda)sanki ərizəçinin kinoteatra qaytarılması üçün xüsusi əmrə ehtiyacın olmadığını göstərir. Bundan əlavə, həmin məhkəmə qət etmişdir ki, “nə 2 aprel 1990-cı il inzibati araşdırma haqqında hesabatın, nə Dövlət Hüquq Şurasının 508/1991 saylı rəyinin, nə DövlətTorpaq Komitəsinin İdarə Heyətinin 31 iyul1995-ci il məsləhətinin hüquqi qüvvəsi olmamasına və icra oluna bilməməsinə baxmayaraq, bu o demək deyildir ki, Ilioupolis Şəhər Şurası ... qanundan boyun qaçırmalıdır və özünün qanunla nəzərdə tutulan və ya müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edən fərd kimi icra prosesini gözləməlidir”.
Hazırki işdə, Məhkəmənin qərarını əsaslandıra biləcəyi başqa mülahizələr də vardır. Ərizəçinin 17 mart 1989-cu ildə kinoteatrdan çıxarılmasının daxili qanunvericikdə əsası olması dəqiqdir: dövlət orqanı olan Attika prefekturası Torpaq Departamenti tərəfindən verilən 9 fevral 1989 inzibati çıxarılma əmri. Kinoteatr bu arada Dövlət Torpaq Komitəsi tərəfindən Ilioupolis Şəhər Şurasına verilmişdir. Lakin 23 oktyabr 1989-cu ildəAfina Birinci İnstansiya Məhkəməsi işə sadələşdirilmiş prosedurla baxmış və çıxarılma əmrini, verilməsi üçün şərtlərin mövcud olmaması əsasıyla ləğv etmişdir. Bu qərardan şıkayət verilməmişdir. Həmin andan ərizəçinin kinoteatrdan çıxarılması üçün hər hansı qanuni bazanın mövcudiyyəti bitmiş, Ilioupolis Şəhər Şurasıqanunsuz istifadəçiyə çevrilmişdi və Maliyyə Nazirinin fikrini soruşduğu üç orqanın, yəni, Maliyyə Nazirliyi, Dövlət Hüquq Şurası və Dövlət Torpaq Komitəsinin də məsləhət bildiyi kimi (bax: paraqraf 20, 21 və 25, yuxarıda), kinoteatrı ərizəçiyə qaytarmalı idi. Xüsusilə, sonuncu orqan təklif etmişdi ki, Nazir kinoteatrın Şəhər Şurasına verilməsi qərarını ləğv etsin və onun Cənab İatridisin istifadəsinə bərpa etsinvə icarə etdiyi əmlakı onun sahibliyinə qaytarsın. Lakin Nazir, ərizəçinin yeri geri alması üçün vacib olan bu təstiqiverməkdən imtina etmişdir.
62. MəhkəməKomissiya kimi hesab edir ki, bu müdaxilə açıq-aydın Yunan hüququna və beləliklə,ərizəçinin əmlakından isitfadə hüququna ziddir. Bu nəticəyə görə cəmiyyətin ümümi maraqları ilə fərdlərin fundamental hüquqlarının müdafiəsi tələbi arasında ədalətli tarazlaşdırmanın aparılıb-aparılmaması məsələsini araşdırmağa ehtiyac qalmır.
1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir.
iii. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
63. Cənab Iatridis həm də Kovensiyanın 13-cü maddəsinə istinad edir. Orda deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
Ərizəçibildirmişdir ki,çıxarılma əmrinin mübahisələndirilməsi üçün yunan hüqununda olan yeganə vasitə, yəni onun ləğvi üçün mülki məhkəmələrə müraciət, 13-cü maddə mənasında “səmərəli” hesab oluna bilməz, çünki bu müraciət uğurla nəticələnsə belə, həmin əmlakın qaytarılması müvafiq Dövlət orqanlarının diskresiyasında idi və onların arzusundan asılıdır.
64. Hökumətəsasən dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı arumentlərini təkrarlayır.Komissiyabu məsələ ilə bağlı gəldiyi, 13-cü maddənin pozulduğu barədə nəticəyə istinad edir.
65. Məhkəmə qeyd edir ki,13-cü maddə altındakı şikayət, tükəndirilməmə ilə bağlı etiraz və 1 saylı Protokolun 1-ci maddəsi altndakı şikayətlə bağlı faktlardan irəli gəlir. Bununla belə, Konvensiyanın 13-cü maddəsinin müdafiə etdiyi maraqlarla 1 saylı Protokolun 1-ci maddəsinin qoruduğu maraqların xarakterində fər var: əvvəlki prosessual təminat, yəni “səmərəli hüquq müdafiə vasitəsi” təklif edir, sonuncunun prosessual tələbi əmlakdan maneəsiz istifadə hüququna riayəti təmin etmək kimi daha geniş məqsədə xidmət edir. Bu iki maddənin təklif etdiyi təminatların xarakterindəki fərqləri nəzərə alaraq, Məhkəməeyni faktları hər iki maddə altında araşdırmağı hazırki işdə müvafiq hesab edir (bax:, mutatis mutandis, McMichael Birləşmiş Krallığa qarşı, 24 fevral 1995-ci il qərarı, Series A no. 307-B, səh. 57, § 91).
66. Yunan hüquq sistemində müdafiə vasitəsi mövcuddur– çıxarılma əmrinin ləğvi üçün müraciət – bu vasitə ərizəçiyə açıq idi, həm də yalnız nəzəriyyədə deyil və o bundan istifadə etmiş və uğur qazanmışdır, çünki Afina Birinci İnstansiya Məhkəməsi onun xeyrinə qərar çıxarmışdır (bax: paraqraf 19, yuxarıda). Bununla belə, Məhkəmətəkrar edir ki,13-cü maddənin tələb etdiyi vasitə qanunda oldğu kimi, təcrübədə də “səmərəli” olmalıdır, xüsisilə o mənada ki, onun icrasına, müvafiq dövlət orqanlarının hərəkət və hərəkətsizliyi ilə əsaslandırılmamış şəkildəmaneə yaradılmasın. (bax: Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il qərarı, Reports 1996-VI, səh. 2286, § 95 in fine). Hazırki işdə Maliyyə Nazirinin Birinci İnstansiya Məhkəməsinin qərarına riayət etməkdən imtinası işığında, bu hüquq müdafiə vasitəsi Konvensiyanın 13-cü maddəsi altında “səmərəli” hesab edilə bilməz.
Beləliklə, bu maddənin pozuntusu baş vermişdir.
iv.KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİ VƏ 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
67. Ərizəçihəmçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 8-ci maddəsinin pozulduğunu iddia edir. Bu maddələrdə deyilir:
Maddə 6 § 1
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən...məhkəmə vasitəsilə... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”
Maddə 8
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
Maddə 6 § 1-lə bağlı ərizəçi bildirmişdir ki,Məhkəmə çıxarılma əmrinin ləğvi barədə müraciətin 13-cü maddə altında səmərəli hüquq müdafiə vasitəsi hesab edərsə, bundan belə nəticə çıxacaq ki, cavabdeh Dövlət Afina Birinci İnstansiya Məhkəməsinin 23 oktyabr 1989-cu il qərarına riayət etməməklə 6-cı maddə altındakı öhdəliklərini pozmuşdur. Bu fikrini dəstəkləmək üçün Cənab Iatridis Məhkəmənin Hornsby işindəki qərarına istinad etmişdir (yuxarıda istinad edilən qərar).
8-ci maddə ilə bağlı ərizəçiçıxarılma ilə bağlı şəraiti vurğulamış və iddia etmişdir ki, dövlət orqanlarıonu xəbərdar etmədən gəlmiş, o kinoteatrda olmayan zaman qapını güclə açmış, hətta kinoteatrın avadanlıqlarını və onun şəxsi əşyalarını da götürmüşlər. Ərizəçi bildirmişdir ki,bu onun 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusundan əlavə, ayrıca evinə hörmət hüququnun pozuntusudur.
68. İşi Məhkəməyə vermək barədəki müraciətində Hökumət yalnız1 saylı Protokolun 1-ci maddəsi və Konvensiyanın 13-cü maddəsi ilə bağlı məsələlərə istinad etmişdir. Lakin təqdimatında Hökumət Konvensiyanın 6 və 8-ci maddəsi altındakı şikayətləri də xatırladır.
69. Məhkəmətəkrar edir ki,ona göndərilən işin sərhədləri çərçivəsində tam yurisdiksiyaya malikdir və onun dairəsi Komissiyanın qəbuledilənlik qərarı ilə məhdudlaşır; belə müəyyənləşmiş çərçivədə Məhkəmə, proses zamanı bütün fakt və hüquq məsələləri ilə bağlı sualları araşdıra bilər (bax: Erdagöz Türkiyəyə qarşı, 22 oktyabr 1997-ci il qərarı, Reports 1997-VI, səh. 2310-11, §§ 31-36). Bununla belə, hazırki işdəki məsələlərin Hökumətin müracitində göstərilən maddələrlə məhdudlaşmadığını hesab etsə də,Məhkəmə qeyd edir ki,ərizəçinin Konvensiyanın 8-ci maddəsi və 6-cı maddəsinin 1-ci bəndi altındakı şikayətləri, müvafiq olaraq 1 saylı Protokolun 1-ci maddəsi və Konvensiyanın 13-cü maddəsi altındakı şikayətlərlə əsasən eynidir. Beləliklə, yuxarıdaki 62-ci və 66-cı bəndlərdə qeyd olunan nəticəni nəzərə alaraq, Məhkəmə, Komissiya kimi, 8-ci maddəsi və 6-cı maddəsinin 1-ci bəndi altındakı şikayətləri ayrıca araşdırmağa ehtiyac görmur, çünki bu işdə həmin maddələrin tələbləri müvafiq olaraq 1 saylı Protokolun 1-ci maddəsi və Konvensiyanın 13-cü maddəsi ilə əhatə olunur.
V.KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
70. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
71. Ərizəçinin fikrincə, 41-ci maddədə istinad edilən “əvəzin ödənilməsi”nin “ədalətli” olması üçün, o, yalnız itirilmiş faydanın və biznesin özünün itirilməsinin kompensasiyası ilə məhdudlaşmalı deyil, həm də kinoteatrdan çıxarıldığı zaman 66 yaşı, işin Məhkəməyə göndərilməsi zamanı isə 75 yaşı olan şəxs olaraq onun məruz qaldığı mənəvi ziyan üçün kompensasiyanı da ehtiva etməlidir.
Maddi ziyana görə, ərizəçibilet satışlarından, reklam və bar satışlarından itirilmiş fayda, çıxarılma zamanı çıxarılmış avadanlığın dəyəri və müştəri dairəsinin itirilməsinə görə 364,788,000 drahma (GRD) tələb edir.
Mənəvi ziyana görə ərizəçi GRD 50,000,000 tələb edir.
Nəhayət, hüquqi xərclərə görə, Məhkəmənin pozuntu tapacağı təqdirdə maddi və məəvi ziyana görə müəyyən edəcəyi məbləğin 20%-nə bərabər məbləğ tələb etmişdir. O izah etmişdir ki, bu tələb, onun, həm vergi orqanları, həm də Afina Vəkillər Kollegiyasında qeydiyyatda olan hüquq təmsilçiləri ilə razılaşmasına (ərizəçinin təqdimatlarına əlavə olunmuş) əsaslanır.Ərizəçinin ziyana görə tələb etdiyi məbləğ nəzərə alanaraq, onun xərc və məsrəflərə görə tələb etdiyi məbləğ GRD 82,957,000-dir; bu məbləğə, onun hüquqşünaslarının Məhkəmənin 17 dekabr 1998-ci il iclasında iştirakla bağlı, GRD 1,226,500 məbləğində xərcləri də əlavə olunmalıdır.
72. Hökumətbildirir ki, əvəzin ödənilməsi məsələsi ilə məşğul olmazdan əvvəl, Məhkəmə o faktı nəzərə almalıdır ki, ərizəçi, sözü gedən yerdən çıxarıldıqdan sonra biznesini başqa yerdə qurmamağı seçmişdir. Hökumət həmçinin bildirir ki,ərizəçinin 1989-1993-cü illər arasındakı itirilmiş fayda ilə bağlı tələbi üzrə iddia müddəti yunan hüququna görə ötmüşdür. Bundan əlavə, Məhkəməərizəçiyə biznesini itirdiyinə görə kompensasiya təyin etməli deyil, çünki o biznes avadanlığı üzərindəki mülkiyyət hüququnu itirməmişdi. Bundan əlavə, 41-ci maddə altında tələb olunan məbləğlər ərizəçinin daxili məhkəmələr qarşısında tələb etdiyi məbləğlərdən fərqlidir və bu səbəbdən sonuncu hesablama inandırıcı deyil. Nəhayət, HökumətMəhkəməni ərizəçiyə hələ də işinə baxmaqda olan milli məhkəmələr tərəfindən müəyyən məbləğin təyin edilə biləcəyi faktını və bu maddə altında Məhkəmənin hər hansı qərarının vaxtından əvvəl verilmiş olacağı faktını nəzərə almağa dəvət edir.
Xərclərlə bağlı, Hökumətbildirir ki, ərizəçi və onun hüquqşünasları arasındakı razılaşma onun üçün öhdəlik yaratmır və o, yalnız obyektiv olaraq ağlabatan xərcləri ödəməyi qəbul edir, lakin ərizəçinin tələb etdiyi məbləğ, ən azı yunan standartlarına görə ona həddindən artıq böyük görünür.
73. İşin hallarında Məhkəmə hesab edir ki,41-ci maddənin tətbiqi məsələsi qərar verilməsi üçün hazır deyildir. Bu səbəbdən, cavabdeh Dövlət və ərizəçi arasında hər hansı razılıq imkanını nəzərə alaraq məsələni sonraya saxlamaq lazımdır (Məhkəmə Reqlamenti, maddə 75 §§ 1 və 4).
BU ƏSASLARLA, Məhkəmə
1.Hökumətin dövlət daxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı ilkin etirazını rədd edir (bir səsə qarşı on altı səs);
2.Hökumətin altı ay müddətinə riayət olunmaması barədəki ilkin etirazını rədd edir (yekdilliklə);
3.Qət edir ki, 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur (yekdiliklə);
4.Qət edir ki,Konvensiyanın 13-cü maddəsi pozulmuşdur (bir səsə qarşı on altı səs);
5.Qət edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 8-ci maddəsi altındakı şikayətlərlə bağlı qərar verməyə ehtiyac yoxdur (yekdilliklə);
6.Qət edir ki, Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsi qərara vermək üçün hazır deyil (yekdilliklə);
Nəticədə,
(a) həminsualı bütövlüklə sonraya saxlayır;
(b) Hökumət vəərizəçini, qarşıdan gələn üç ay ərzində bu məsələ ilə bağlı müşahidələrini göndərməyə və xüsusilə, gələ biləcəkləri hər hansı razılaşma barədə Məhkəməyə məlumat verməyə dəvət edir;
(c)prosedurun növbəti hissəsini sonraya saxlayır və Böyük Palata sədrinə,ehtiyac olarsa, onu təyin etməyi tapşırır.
İngilis və fransız dillərində hazırlanmış və Strazburqda İnsan Hüquqları Sarayında 25 mart 1999-cu ildə məhkəmə iclasında qəbul edilmişdir.
Michele de SalviaElisabeth Palm
KatibSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, Cənab Yerarisin hissəvi fərqli rəyi bu qərara əlavə edilmişdir.
E.P.
M. de S.
HAKİM YERARISİN HİSSƏVİ FƏRQLİ RƏYİ
(Tərcümə)
Mən hesab edirəm ki, Məhkəmə, ərizəni daxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi əsasıyla qəbuledilməz elan etməli idi. Yunan mülki məhkəmələri hesab etmişdilər ki, (bax: qərarın 32-ci paraqrafı) 263/1968 saylı qanunun 2(2) və (3) bölmələrinə əsasən verilən çıxarılma əmrinin ardından sahilikdən məhrum edilən torpaq sahibi, əgər torpağı geri almaq istəyirsə, qaytarılma haqqında müraciət etməlidir. Bu müraciət çıxarılma əmrinin ləğvi barədə müraciətlə eyni vaxtda və ya ayrıca verilə bilər. Bu müraciətin ardından verilən hər hansı qərar, Dövlətə, Dövlət orqanı və ya fiziki şəxsə qarşı icra olunur.
Hazırki işdəki ərizəçi, ona kinoteatrı qaytarmaq imkanı verən kafi və səmərəli müraciəti etməmişdir. Bu hüquqi vasitəni istifadəsi üçün həmdə ona görə əsas vardı ki, kinoteatr üçüncü şəxs, Ilioupolis Şəhər Şurası tərəfindən işlədilirdi və o, Yunanıstan Konstitusiyasına görə Dövlətdən ayrı hüquqi şəxsdir və nəticədə, qaytarılma barədə qərar bu şəxsə qarşı icra oluna bilərdi.
Yuxarıdakıların işığında, mən hesab edirəm ki, Dövlətdən milli orqan qarşısında səməri hüquq müdafiə vasitəsi təmin ediməsini tələb edən Konvensiyanın 13-cü maddəsinin pozuntusu baş verməmişdir.
[1]Katibliyin qeydləri
1-2. 1 noyabr 1998-ci ildə qüvvəyə minən Protocol no. 11 və Məhkəmə Reqlamenti
[3]3. 19-cu maddəni dəyşən 11 saylı Protokolun qüvvəyə minməsindən sonra Məhkəmə daimi əsaslarla fəaliyyət göstərir.
[2]1. Katibliyin qeydi. Məhkəmə Reqlamenti A, 9 saylı protokolun qüvvəyə minməsindən əvvəl (1 oktyabr 1994-cü il) Məhkəməyə verilən bütün işlərə (1 October 1994) və həmin tarixdən 31 oktyabr 1998-ci ilədək həmin Protokolun qüvvədə olmadığı Dövlətlərlə bağlı işlərə tətbiq olunur.
[3]. Katibliyin qeydi. Praktik səbəblərdən bu qoşma yalnız qərarın yekun çap olunmuş versiyasında görünəcəkdir (Məhkəmənin seçilmiş qərar və qərardadlarının rəsmi hesabatı), lakin Komissiyanın hesabatının nüsxəsi Katiblikdən əldə edilə bilər.
Full & Egal Universal Law Academy