© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
OSTİN VƏ DİGƏRLƏRİ BİRLƏŞMİŞ KRALLIĞA QARŞI
(AUSTİN AND OTHERS v. THE UNITED KINGDOM)
(39692/09, 40713/09 və 41008/09 nömrəli ərizələr)
QƏRAR
STRASBURQ
15 mart 2012-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Ostin və Digərləri Birləşmiş Krallığa qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Fransuaz Tulkens (Françoise Tulkens),
Hakimlər:
Nikolas Bratza (Nicolas Bratza),
Jan-Pol Kosta (Jean-Paul Costa),
Josep Kasadeval (Josep Casadevall),
Nina Vayiç (Nina Vajić),
Din Şpilman (Dean Spielmann),
Lex Qarlitski (Lech Garlicki),
İneta Zimele (Ineta Ziemele),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Corcio Malinverni (Giorgio Malinverni),
Luiz Lopez Querra (Luis López Guerra),
Ledi Byanku (Ledi Bianku),
Kristina Pardalos (Kristina Pardalos),
Anna Yudkivska (Ganna Yudkivska),
Vinsent A. De Qayetano (Vincent A. De Gaetano),
Anjelika Nabberger (Angelika Nußberger),
Erik Möse (Erik Møse),
və məhkəmə katibinin müavini Maykl Oboyldan (Michael O’Boyle) ibarət tərkibdə
20011-ci il sentyabrın 14-də və 2012-ci il fevralın 15-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Britaniyanın vətəndaşı xanım Lui Amelia Ostin (“birinci ərizəçi”) tərəfindən 2009-cu il 17 iyul tarixli (39692/09 nömrəli ərizə), ikili vətəndaşlığı (Yunanıstan və Avstraliya) olan cənab Corc Blək (“ikinci ərizəçi”) tərəfindən 2009-cu il 27 iyul tarixli (40713/09 nömrəli ərizə), habelə ikili vətəndaşlığı (Britaniya və Avstraliya) olan xanım Bronvin Lovenfal (“üçüncü ərizəçi”) tərəfindən və Britaniya vətəndaşı cənab Piter Oşi (“dördüncü ərizəçi”) tərəfindən 2009-cu il 27 iyul tarixli (41008/09 nömrəli ərizə) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığına qarşı yuxarıda qeyd olunan üç ərizə əsasında başlanmışdır. Birinci ərizəçi Luis Kristian, Katerin Krayq, Hive Uilyams QC (Kraliçanın Vəkili) və Filipa Kaufman tərəfindən təmsil olunmuşdur. İkinci ərizəçi Ceyms Velç tərəfindən təmsil olunmuşdur. Üçüncü və dördüncü ərizəçilər cənab Ben Emerson QC (Kraliçanın Vəkili), cənab Mixael Fordham QC (Kraliçanın Vəkili) və cənab Con Holford tərəfindən təmsil olunmuşlar. Birləşmiş Krallığın Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi, Xarici və Birlik İşləri İdarəsinin əməkdaşı cənab C. Qrenqer təmsil etmişdir. Ərizəçilər iddia etmişdirlər ki, Londonun mərkəzində keçirilmiş nümayiş zamanı yeddi saat ərzində polis kordonu (nümayişçilərin məhdud ərazidə uzun müddət ərzində sıxışdırmaq taktikası) vasitəsi ilə onlara qarşı tətbiq edilən məhdudiyyət nəticəsində ərizəçilərin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilə təsbit olunan hüququ pozulmuşdur. Ərizələr Məhkəmənin Dördüncü Bölmənin baxışına verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci Qaydasının 1-ci bəndi). 2010-cu il sentyabrın 21-də Məhkəmə ərizələrin birləşdirilməsi və onlar haqqında bildirişi Hökumətə göndərilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda Məhkəmə ərizələrin qəbuledilənliyi və mahiyyətini bir yerdə araşdırmaq barədə qərar qəbul etmişdir (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi). 2011-ci il aprelin 12-də Məhkəmə Palatası işə baxmaq səlahiyyətini Böyük Palataya vermişdir, Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur. Həm ərizəçilər, həm də Hökumət ərizələrin qəbuledilənliyi və mahiyyəti üzrə öz qeydlərini təqdim etmişdirlər. Həmin şikayətlərə 2011-ci il sentyabrın 14-də Strasburq şəhərində, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında baxılmışdır (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişdirlər:
(a) Hökumətin nümayəndələri
cənab C.Qrenqer – İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının səlahiyyətli nümayəndəsi,
cənab D.Panik – Kraliçanın Vəkili,
cənab C.Siqan - vəkil,
cənab C.Papaleontiu,
xanım M.Purdasy, məsləhətçilər,
(b) Ərizəçilərin nümayəndələri
cənab B.Emerson, Kraliçanı Vəkili
xanım P.Kaufman, Kraliçanın Vəkili
xanım A. Makdonald,
cənab İ.Stil, vəkil
xanım K.Qrayq,
cənab C.Halford,
cənab C.Velç, məsləhətçilər
xanım L.A.Ostin,
cənab Q.Blək
xanım B.Lovenfal, ərizəçilər
Məhkəmə cənab Panik, xanım Kaufman və cənab Emersonun çıxışlarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
Birinci ərizəçi 1969-cu ildə anadan olmuş və Basildonda yaşayır; ikinci ərizəçi 1949-cu ildə anadan olmuş və Londonda yaşayır; üçüncü ərizəçi 1972-ci ildə anadan olmuş və Londonda yaşayır; və dördüncü ərizəçi 1963-cü ildə anadan olmuş və Vemblidə yaşayır. İşin halları aşağıda göstərildiyi kimi ümumiləşdirilə bilər.
A. 2001-ci il mayın 1-də baş vermiş hadisə barədə ərizəçilərin versiyası
2001-ci il mayın 1-də Londonun mərkəzində keçirilmiş nümayiş zamanı ərizəçilər Oksford meydanında (Reqent küçəsi ilə Oksford küçəsinin kəsişdiyi hissə) polis kordonu daxilində saxlanılıblar.Birinci ərizəçi xanım Luis Ostin Sosialist Partiyasının üzvüdür və bundan əvvəlki 1 May bayramına həsr olunmuş nümayiş də daxil olaraq bir neçə nümayişlərdə iştirak etmişdir. Ərizəçi 2001-ci il mayın 1-də on bir aylıq qızını uşaq bağçasında (ərizəçi onu saat 16.30 geri götürməyə planlaşdırırdı) qoyaraq öz həmkarı ilə Esseksdən Mərkəzi Londona getmişdir. Onlar Dünya Bankının binası yanında qloballaşmaya qarşı nümayişdə iştirak ediblər bundan sonra digər nümayişçilərlə Oksford meydanına qədər gediblər və buraya saat 14.00-da çatıblar. Təxminən saat 15.45-də xanım Ostin öz uşağını bağçadan götürmək üçün nümayişi tərk etməli idi. Ərizəçi kordonda duran iki polisə məsələni izah etmiş, lakin ona bildirilmişdir ki, o kordondan qırağa çıxa bilməz və həmin yeri nə vaxt tərk edə biləcəyi hələlik bilinmir. Xanım Ostin öz rəfiqəsindən uşağın bağçadan götürməyini xahiş etmişdir. Saat 21.00-da ona həmin yeri tərk etməyə icazə verilmişdir.2001-ci il mayın 1-də saat 14.00-dan 14.30-dək ikinci ərizəçi Oksford küçəsində yerləşən kitab mağazasına daxil olmaq üçün Oksford meydanını keçməyə cəhd göstərmişdir. Polis ikinci ərizəçiyə bildirmişdir ki, nümayişçilər meydana yaxınlaşdığına görə, o, Oksford meydanını keçə bilməz və ona şimala gedən yola paralel olan Marqret küçəsi ilə getməyə tövsiyə etmişdir. Ərizəçi bu tövsiyəyə əməl etmiş, lakin Marqret küçəsi ilə Reqent küçəsi arasında, o, cənub istiqamətinə gedən üzərilərində dəbilqə və qalxanla olan polis əməkdaşları ilə rastlaşıb. Saat 14.30-da ikinci ərizəçi məcburən Oksford meydanına gəlmişdir. Ərizəçi kordonun mühasirəsindən çıxmaq üçün polislərə müraciət etmişdir, lakin ona bildirilmişdir ki, nümayiş iştirakçıları olmayan şəxslər üçün kordondan çıxış yalnız Oksford meydanının Bond küçəsi yanındakı olan tərəfdədir, lakin ərizəçi ora çatanda ona bildirilmişdir ki, meydandan çıxış yoxdur. Ərizəçi 21.20-dək kordondan kənara çıxa bilməmişdir.İkinci ərizəçinin nümayişlə heç bir əlaqəsi olmamışdır. O, Oksford meydanının yaxınlığında yerləşən bir şirkətdə işləyirdi və nahar fasiləsinə çıxaraq saat 14.10-da yolu kəsmiş polislər ona öz iş yerinə qayıtmağa icazə verməmişdirlər. Ərizəçi geri dönərək hadisə yerindən uzaqlaşmaq üçün başqa istiqamət axtarırdı. Lakin, həmin çıxış yeri polis tərəfindən bağlanmışdır, və polislər ona tərəf irəliləməyə başlamışdırlar. Ərizəçi kordon daxilində saat 21.35-dək durmuşdur. O və digərləri həmin yeri tərk etməyə icazə almaq üçün bir neçə dəfə müraciət etmişdirlər, lakin polislər bildirmişdirlər ki, onlara verilən göstərişə əsasən heç kim həmin yeri tərk etməməlidir.Dördüncü ərizəçi də Oksford meydanının yaxınlığında işləmişdir və nahar fasiləsi zamanı meydanı keçərkən kordonun mühasirəsinə alınmışdır. O, saat 20.00-da kordondan çıxa bilmişdir.
B. Dövlətdaxili orqanlarda icraat
1. Yuxarı Məhkəmə
2001-ci mayın 1-də baş vermiş hadisələrdən sonra Oksford meydanında mühasirədə qalmış təxminən 150 nəfər şəxs şikayət etmək məqsədilə müxtəlif hüquq məsləhətxanalarına müraciət etmişdirlər. Müxtəlif potensial şikayətçilər, onların hüquqi nümayəndələri və şəhər polisinin nümayəndələri iddiaların səmərəli şəkildə araşdırılması məqsədilə işə cəlb olunmuşlar. Birinci ərizəçinin və kordonun mühasirəsinə düşən sadə yoldan keçən cənab G.Saksbinin şikayətləri pilot şikayətlər kimi müəyyən edilmişdirlər. Onlar Yuxarı Məhkəməyə şikayət edərək iddia etmişdirlər ki, səhvən həbs etmə və “İnsan hüquqları haqqında” 1998-ci il tarixli Qanuna əsasən Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilə təsbit edilmiş azadlıq və təhlükəsizlik hüququnun pozulması nəticəsində onlara ziyan dəymişdir. İlkin olaraq birinci ərizəçi, həmçinin, Konvensiyanın 10-cu və 11-ci maddələrinə zidd olaraq öz fikrini ifadə etmək və toplaşmaq azadlıqlarına müdaxilənin baş verdiyini iddia etmiş, lakin sonradan bu iddianı geri götürmüşdür. Şəhər polisinin nümayəndələri digər iddiaçıların (o cümlədən, ikinci, üçüncü və dördüncü ərizəçilər) hüquqi nümayəndələrinə zəmanət vermişdirlər ki, şikayətlər pilot işlər araşdırıldıqdan sonra verilsə onlar heç bir məhdudlaşdırıcı arqumentlər qaldırmayacaqlar.
(a) hakim Taqendhat tərəfindən müəyyən edilmiş faktlar
Yuxarı Məhkəmədə hakim Taqendhat tərəfindən aparılmış məhkəmə baxışı üç həftə davam etmişdir, o cümlədən altı gün şifahi qaydada sübutlar təqdim edilmişdir. Hakim 18 nəfər adı şahidlərinin, iki ekspertin və digər 138 şahidin ifadələrini dinləmiş, minlərlə səhifədən ibarət sənədləri öyrənmiş, habelə təhlükəsizlik və şəxsi kameralar vasitəsi ilə və vertolyotdan aparılmış çəkiliş zamanı əldə edilmiş video görüntüləri araşdırmışdır. 2005-ci il martın 23-də qəbul edilmiş qərarda ([2005] EWHC 480 (QB)) hakim Taqendhat sübutların qiymətləndirilməsinə və faktların müəyyən edilməsinə 500 bənd həsr etmişdir. Onun tərəfindən gəldiyi nəticə aşağıdakı kimi ümumiləşdirilə bilər:Hakim Taqendhat C. Müəyyən edib ki, 1999-cu il iyunun 18-də və noyabrın 30-da, həmçinin 2000-ci ilin 1 May bayramında keçirilmiş nümayişlər zamanı Londonda ictimai asayiş ciddi pozulmuşdu, bununla polis 2001-ci ildə oxşar hadisələrin təkrarlanmasından ehtiyatlanırdı. Həmin üç nümayişin məqsədi kapitalizmə və qloballaşmaya qarşı etiraz bildirmək olmuşdur. 1999-cu il iyunun 18-də keçirilmiş nümayişin təşkilatçıları polislə əməkdaşlıq etməkdən imtina etmiş və 2001-ci il 1 May bayramında keçirilmiş nümayişdə təşkilatçılar tərəfindən yayılmış vərəqələrə oxşar materialları paylamışdırlar. 1999-cu il iyunun 18-də günorta vaxtı 3000-dən 5000-dək maskalı nümayişçilər təxminən iki milyon funt sterlinq məbləğində ziyan vurmuş, polis əməkdaşları və ictimaiyyət nümayəndələrinin sağlamlığına zərər vurmuşdurlar, onlardan on bir nəfəri müalicə almaq üçün xəstəxanaya aparılmışdır. Həmin vaxt oxşar məqsədlərlə, o cümlədən 1999-cu il noyabrın 30-da Sietldə (Ümumdünya Ticarət Təşkilatının iclası), 2000-ci il aprelin 16-da Vaşinqtonda (Beynəlxalq Valyuta Fondunun iclası), 2000-ci il sentyabrın 11-13-cü Melburnda (Ümumdünya İqtisadi Forumun Asiya və Sakit okean ölkələrinin iclası), 2000-ci il sentyabrın 26-da Praqada (Beynəlxalq Valyuta Fondunun digər iclası) və 2001-ci il aprelin 22-də Kvebekdə (Amerika Sammitinin iclası) keçirilmiş nümayişlər ictimai asayişin ciddi pozulması ilə nəticələnmişdir. 2001-ci il 1 May bayramında keçirilmiş nümayişə hazırlıq zamanı bundan əvvəl, xüsusilə Londonda, keçirilmiş nümayişlər zamanı əldə edilmiş təcrübə və bununla əlaqədar verilmiş tövsiyələr nəzərə alınmışdır.2001-ci ildə mayın 1-də Londonun müxtəlif hissələrində planlaşdırılan iki tədbir, həmkarlar ittifaqının 1 May bayramı ilə əlaqədar yürüşü və Gənc Sosialist Tələbələrinin yürüşü haqqında polisə məlumat verilmişdir. Eyni zamanda kəşfiyyatın əldə etdiyi məlumata əsasən ətraf mühitinin mühafizəsi tərəfdarlarından, anarxistlərdən və solçu partiyaların nümayəndələrindən ibarət geniş koalisiya Monopoliya stolüstü oyununun xəritəsində göstərilən Londonun 24 müxtəlif yerində etirazların keçirilməsini planlaşdırırdı. Yekun tədbir Oksford meydanında saat 16.00-da keçirilməli idi. “1 May bayramında Monopoliya” tədbirinin təşkilatçıları bununla bağlı polisə heç bir məlumat verməmiş və nümayişin razılaşdırılması üçün heç bir tədbir görməmişdirlər, onlar keçiriləcək etirazın yerləri və mahiyyəti barədə məlumatı məxfi saxlamaq istəyirdilər. Etirazçılara maskaları geyinmək, habelə soyğunçuluq və cinayət törətmək birbaşa və dolayısı ilə tapşırılmışdır (bax: hakim Taqendhatın hökmü, 206-225-ci bəndlər). Polisin Xüsusi Bölməsinin kəşfiyyat məlumatına əsasən “təxminən 500-dən 1000-dək qəti etiraz edə nümayişçilər konfrontasiyalar etməyə, cinayətlər törətməyə və ictimai asayişi pozmağa cəhd göstərəcəklər”. Xüsusi Bölmə tərəfindən aparılmış araşdırmaya əsasən ictimai asayişə bundan əvvəl Londonda müşahidə olunmamış təhlükə mövcuddur, etiraz kütləsi polis tərəfində nəzarətə götürülməsə ağır xəsarətlər və hətta ölümlə, həmçinin əmlaka ziyanın vurulması ilə nəticələnə biləcək toqquşmalar baş verə bilər. Bununla təhlükə altında olan şəxslər sırasına ictimaiyyət nümayəndələrin, polis əməkdaşların və digər nümayişçilərin daxil olduğu qeyd olunmuşdur. 2001-ci il aprelin 24-də London şəhərinin meri Londonun axşam qəzetində dərc etdiyi məqalədə bildirmişdir ki, 1 May bayramı ilə əlaqədar keçirilən etirazların təşkilatçıları ictimai asayişi pozmaq məqsədi güdürlər və London şəhəri sakinlərinə nümayişlərə qatılmamağı tövsiyə etmişdir. Buna oxşar xəbərdarlıqlar 2001-ci il mart və aprel aylarında digər qəzetlərdə dərc edilmişdir.Polis qüvvələri 6000 nəfər xüsusi gödəkcə ilə təchiz edilmiş əməkdaşlarını və atlı polisini cəlb etməyə planlaşdırırdı. Həmin vaxta bu Londonda yerləşdirilmiş say etibarı ilə ən böyük polis qüvvə olmuşdur. 2001-ci il 1 May bayramı ilə əlaqədar cəlb edilmiş polis əməkdaşları İngiltərədə ən təcrübəli polislər hesab edilmişdir. Yekun tədbirin saat 16.00-da Oksford meydanında keçiriləcəyi əvvəlcədən bilindiyi üçün səs avadanlığı məhz burada quraşdırılmışdır. Polis əməliyyatının strateji məqsədləri ictimai təhlükəsizliyi təmin etmək, bütün qanuni etirazları sakitləşdirmək və nəzarətdə saxlamaq, ictimai asayişi qorumaq, Bukingem Sarayı və Parlament Evi kimi strateji binaları qorumaq, cinayətin qarşısını almaq və cinayət törədilibsə cinayətkarları yaxalamaq və talanların qarşısını almaq olmuşdur. Lakin, həmin hadisələr baş verdikdə bununla əlaqədar həyata keçirilməli tədbirlər barədə polisin məlumatı az olmuşdur.2001-ci il 1 may tarixdə səhər saatlarında Londonda az sayda nümayişçilər olmuşdur. Saat 13.00-da nümayişçilər Dünya Bankının Haymarket küçəsində yerləşdiyi qərargah binasının qarşısında toplaşmağa başlayıblar. Onlar əvvəl Pikadili meydanı istiqamətinə yürüş ediblər sonradan isə Reqent küçəsi ilə Oksford meydanı tərəf hərəkət ediblər. Saat 14.00-da Oksford meydanında 1500 qədər nümayişçi yığışmış, digər iştirakçılar davamlı şəkildə tədbirə qatılırdı. Reqent küçəsi ilə hərəkət edən bir sıra şəxslər üzlərinə maskalar geyinmişdir. Polis kəşfiyyatı bildirmişdir ki, nümayişçilər Oksford meydanında 16.00-da toplaşacaqlar, bununla qeyd olunan vaxtda meydanda olan nümayişçilərin sayı polis üçün gözlənilməz çox oldu, və daha artıq sayda nümayişçilərin meydana daxil olmağın qarşısının alınması üçün polisin qüvvəsi kifayət qədər olmamışdır.Saat 14.00-da kütlənin qarşısını saxlamaq üçün polis kordon qurmuşdur. Həmin qərar kəşfiyyat məlumatları və bundan əvvəlki nümayişlərdə əldə olunan təcrübə əsasında verilmişdir, həmin məlumata əsasən 500-1000 nəfərə qədər nümayişçi 1 May bayramı günü təşkil olunacaq etirazlar zamanı cinayətlər törədəcəklər. Lakin qərar qəbul olunarkən nümayişçilərin hadisə zamanı davranışı nəzərə alınmamışdır. Qərar asayişin pozulmasının qarşısının alınması məqsədilə ümumi hüququnun düşünülmüş tətbiqi ilə verilmişdir. Kordon qurmaq qərarı qəbul ediləndən sonra 5-10 dəqiqəyə zəif kordon, əlavə polis qüvvələri cəlb olunduqda 20-25 dəqiqədən sonra isə möhkəm kordon qurulmuşdur. Kordon çərçivəsində insanların sərbəst hərəkət etməsi üçün kifayət qədər yer olmuş və sıxlıq yaranmamışdır. Lakin günorta saatlarından sonra şərait dəyişmişdir və narahatlıq hiss olunmağa başlanmışdır. Hava soyuq və rütubətli olmuşdur. Su və qida paylanmamışdır, ayaq yoluna getməyə və ya harasa sığınmağa icazə verilməmişdir.Birinci dəfə kordon qurulanda nümayişçilərə xəbərdarlıq edilməmişdir, belə ki polis ehtiyatlanırdı ki, onun qüvvəsi kütlənin kordonu yarmaq cəhdlərinin qarşısının alınması üçün kifayət olmayacaq. Bununla asayişin pozulmasının qarşısının alınması məqsədilə kütləni kordon çərçivəsinə alınması barədə birinci xəbərdarlıq saat 16.00-da verilmişdir. Həmin fakt polis rəhbərliyi tərəfindən qəbul edilmişdir və bildirilmişdir ki, nümayişçilərə xəbərdarlıq bundan əvvəl saat 15.15-də və ya 15.30-da verilə bilərdi.Saat 14.25-də möhkəm kordonun qurulduğundan beş dəqiqə sonra əməliyyata rəhbərlik edən baş superintendant Reqent küçəsinin şimal hissəsində kordondan nəzarət altında insanların buraxılmasına başlaması barədə qərar qəbul etmişdir. Lakin, kordonun daxilində və xaricində olan nümayişçilər tərəfindən polisin üstünə əşyaların atdığına və polisə qarşı güc tətbiq etdiklərinə görə, habelə kütlənin Reqent küçəsinə daxil olması üçün kordonu yarmağa cəhdi baş verdiyinə görə insanların kordondan buraxılması təxirə salınmışdır. Saat 14.55-də şimal tərəfdən buraxılış planlaşdırılmışdır, lakin etirazçılar tərəfindən kordonun hər iki tərəfindən polisə qarşı güc tətbiq etdiklərinə görə insanların kordondan buraxılması yenidən təxirə salınmışdır. Həmin vaxtda saat 16.00-da planlaşdırılmış tədbirdə iştirak etmək üçün daha çox nümayişçi Oksford meydanı tərəfə yürüşə başlamışdır. Polisin saat 15.40-a olan məlumatına əsasən polis əməkdaşları iki kütlə arasında qalmışdır, polis sıxışdırılırdı və əməkdaşların üstünə boş butulkalar atılırdı. Saat 16.30-da kordonun xaricində samba orkestri ilə müşayiət olunan təxminən 400-500 nəfərlik kütlə yığışmışdır, bununla Oksford meydanına tərəf nümayişçilərin yönəldilməsində çətinlik yaranmışdır. Vəziyyət 16.55-də yenidən qiymətləndirilmiş, lakin asayişin pozulması və cinayətin törədilməsi təhlükəsi ilə əlaqədar insanların kordondan kütləvi şəkildə buraxılması baş tutmamışdı. Saat 17.15-də bir neçə yüz nəfərlik kütləyə daxil olmuş 25 nəfər maskalı etirazçi Oksford küçəsində ciddi qarışıqlıq yaradıblar. Saat 15.20-də kordonun daxilində olan kütlə sakitləşmişdir, lakin ətrafda digər böyük kütlələrin yığışdığını nəzərə alaraq polis kütləvi şəkildə insanların kordondan buraxmağa risk etmədi.Saat 17.55-də kordon daxilində olan nümayişçiləri buraxmaq qərarı qəbul edilmişdir. Lakin 18.15-də kütlə yenidən güc tətbiq etmiş və insanları kordondan buraxmaq qərarı dəyişdirilmişdir. Saat 19.00-da insanların kordondan buraxılmasına başlanılmış və nümayişçilər az saylı qruplarla polisin müşayiəti ilə hadisə yerindən uzaqlaşdırılmışdır. Lakin saat 19.20-də kordon xaricində kütləni nəzarətdə saxlamaqda çətinliyin yarandığından, həmçinin nümayişçilər tərəfindən polisin üstünə böyük daş parçaları və yanan əşyaları atdıqlarından və kordondan buraxılan iştirakçıların hadisə yerini tərk etmədiklərinə görə buraxılış dayandırılmışdır. Saat 19.30-da etirazçıları hadisə yerindən uzaqlaşdırılması üçün əraziyə əlavə polis qüvvələri cəlb edildikdən sonra nümayişçilərin buraxılması bərpa edilmişdir. Lakin bundan sonra buraxılma yenidən dayandırılmışdır, belə ki müəyyən edilmişdir ki, Oksford meydanından uzaqlaşdırılan nümayişçilər şimalda Great Portland küçəsində böyük kütlə ilə birləşirdi, həmin kütlə isə bundan əvvəl cinayətlər törətmişdir. Saat 20.00-da nümayişçilər Portland küçəsindən tam kənarlaşdırılmışdır və Oksford meydanında nümayişçilərin qrupda on nəfər olmaqla qrup şəkilində buraxılması bərpa edilmişdir. Saat 21.45-də nümayişçilərin buraxılması tamamlanmışdır. Oksford meydanında və ətraf ərazilərdə asayişin pozulmasına görə təxminən 100-dək nümayişçi tutulmuşdur. Kollektiv buraxılma zamanı buraxılan nümayişçilərin üzərində axtarış həyata keçirilirdi onların adları və yaşadıqları ünvanları qeydiyyata alınırdı və şəkilləri çəkilirdi.Polisin qiymətləndirilməsinə əsasən kordonun daxilində təxminən 2000 xaricində isə 1000 nümayişçi olmuşdur. Məhkəmə baxışı zamanı sənədlərin və video çəkilişlərin təhlili göstərir ki, günortadan sonra 392 nəfər şəxs fərdi şəkildə buraxılmışdır. Həmin rəqəmlər dəqiq olmamışdır, lakin hakim Taqendhat müəyyən etmişdir ki, fərdi şəkildə buraxılanların sayı 200 nəfərə yaxın deyil 400 nəfərə yaxın olmuşdur. Buraxılanların çoxu Oksford meydanının şimal və cənub hissəsindən olmuşdur, şərq və qərb hissələrindən az sayda nümayişçi buraxılmışdır. İnsanlar əsasən 16.00-dan əvvəl buraxılmışdırlar, 16.00-dan 17.00-dək 12 nəfər, 17.00-dan 18.00-dək 89 nəfər, 18.00-dan 19.00-dək 59 nəfər və 19.00-dan sonra 12 nəfər nümayişçi buraxılmışdır. Hər hansı zorakılıq etmək təhlükəsi yaratmayan şəxslərin fərdi qaydada buraxılması üçün müəyyən edilməsində polis çətinlik çəkirdi. Polisdə aparılan qeydlərdə bəzi buraxılmış şəxslər iştirakçı olmamışlar və onlardan asılı olmayan səbəblər əsasında nümayişə cəlb olunmuşlar. Digərləri isə fiziki stress keçirən şəxslər, hamilə qadınlar, yaşlı insanlar və uşaqlar olmuşdur.
(b) hakim Taqendhat tərəfindən gəldiyi nəticə
Hakim nəticəyə gəlmişdir ki, bundan əvvəlki nümayişlərdə baş vermiş zorakılığı, polisin əldə etdiyi kəşfiyyat məlumatı, təşkilatçıların əməkdaşlığa hazır olmadığını və kütlənin müəyyən qruplarının davranışını nəzərə alaraq nümayişin əmlaka zərərin vurulması, ağır fiziki xəsarətlərin yetirilməsi və hətta ölümlə nəticələnməsini güman etmək üçün polis ağlabatan əsaslara malik olmuşdur. Əsas təhlükə talanlardan və sıxlığın yaranmasından irəli gəlirdi, eyni zamanda əşyaların atılması da çox təhlükəli hesab edilmişdir. Oksford meydanında baş vermiş hadisələrlə bağlı qeyd olunmalıdır ki, zorakılığın və xəsarətlərin yetirilməsinin qarşısının alınması məqsədilə polisin saat 14.00-da tam kordon qurmaqdan başqa alternativ vasitəsi olmamışdır və həmin tədbir kütlənin hərəkətlərinə proporsional cavab hesab olunur. Nümayişçilərin kordonla mühasirəyə alınmasının əsas məqsədi insanların, o cümlədən kordonun daxilində olanların təhlükəsizliyini, Oksford meydanında yerləşən əmlakın dağıdılmasının qarşısının alınmasını, habelə digər şəxslərin və üçüncü tərəflərin hüquqlarını təmin etmək, olmuşdur. Eyni zamanda polis lazım olduqda suallar verərək və axtarış apararaq kütləni bölmək niyyətində idi.Saat 14.20-dən nümayişçilərdən heç biri kordonu icazəsiz tərk edə bilmirdi. Tədbirin əsas məqsədi Oksford meydanında kütləni maksimum təcrid etmək, vaxt ötdükcə həmin tədbirin nəticələri sərt olmuşdur. Lakin təcrid etmənin bu qədər uzun müddətdə davam edilməsi əvvəlcə proqnozlaşdırılmamışdır və kütlənin təhlükəsiz azad olunması məsələsi daimi nəzarətdə saxlanılmışdır.Təcrübədə kütləni vaxtından əvvəl kollektiv şəkildə azad edilməsi polis üçün qeyri mümkün olmuşdur. Müəyyən vaxtda kütlənin azad olunması üçün nəzərdə tutulmuş yerlər Oksford meydanına daxil olmaq istəyən digər nümayişçilər tərəfindən bağlanmışdır. Bununla hərəkətlərinə nəzarət etmədən ayrı-ayrı qrupların birləşməsi məqsədəuyğun və təhlükəsiz hesab edilmirdi. Əlavə olaraq uzun müddət ərzində kütlənin təhlükəsiz buraxılması üçün polisin müvafiq imkanları olmamışdır və London şəhəri Polis İdarəsinin rəisinin həmin gün küçələrə daha çox sayda polis qüvvəsinin cəlb edə bilməsi və ya cəlb etmək vəzifəsi olduğu müəyyən edilməmişdir. İmkanların adekvat olmadığını göstərən əsas səbəb ondan ibarətdir ki, kordonun ətrafında olan kütlənin əsas hissəsi polislə əməkdaşlıq etmirdi. Hakim müəyyən etmişdir ki, nümayiş zamanı etirazçıların təxminən 40% aktiv şəkildə zorakılıq ediblər, müxtəlif əşyaları atıblar, bununla əməkdaşlıq etməkdən yayınıblar. Əşyalar atmayan etirazçılar isə az sayda olan əşyalar atan etirazçılardan aralanmayıblar. Bununla etirazları dağıtmaq və nümayişçiləri uzaqlaşdırmaq üçün kordonun qurulması üçün əlavə polis qüvvələri cəlb edilmişdir. Etirazçı kütlə əməkdaşlıq etsə idi onun idarə edilməsi üçün daha az sayda polis qüvvəsi tələb olunardı, bununla digər polis əməkdaşları insanların polis kordonundan buraxılmasına cəlb olunardı. Kifayətedici resurslarının çatışmazlığının digər səbəbi isə ondan ibarə idi ki, kordonun xaricində yığışmış kütlə polisin nəzarətini qəbul etməkdən imtina etmiş, polisin göstərişinə məhəl qoymamışdır. Yaranmış çətin vəziyyətdə polis əlindən gələni etmişdir. Oksford meydanında kütlənin dağıdılması üçün həyata keçirilmiş tədbirlər zəruri olmuş və düzgün tətbiq edilmişdir. Bu öz növbəsində belə nəticəyə gəlməyə imkan vermir ki, polis əməkdaşları Oksford meydanında nümayişçiləri nəzarətsiz buraxıblar. Hakimin fikrincə belə olan halda onlar asayişin pozulmasının qarşısının alınması, nümayişçilərin, üçüncü şəxslərin və polis əməkdaşlarının xəsarət almaq təhlükəsindən qorunması və üçüncü şəxslərin əmlaklarının qorunması kimi vəzifələrindən imtina kimi qiymətləndirilərdi.Oksford meydanında baş vermiş hadisəni və xüsusilə kordon daxilində zorakılıq törədən və zorakılıq törətməyən, həmçinin potensial zorakılıq törədə bilən nümayişçilərin fərqləndirilməsində polisin çətinlik çəkdiyini nəzərə alaraq hakim insanların buraxılması üçün tətbiq edilmiş strategiyasına alternativ olan başqa bir işlək strategiyanı aşkar edə bilməmişdir. Kordon qurulduqda isə kütlənin tam buraxılması üçün nəzarət altında buraxılma məqsədi ilə tətbiq edilən istənilən tədbir müəyyən vaxt tələb edirdi. Bununla axtarış və ya sübutların toplanılması kimi hərəkətlər olmasaydı buraxılma üçün nə qədər vaxt tələb olunardı kimi mülahizələr aparmaq çox çətindir, hər halda bunun üçün iyirmi dəqiqədən çox vaxt tələb olunardı. Buraxılma axtarışlar və sübutların toplanması ilə müşayiət olunduqda misal üçün saat 19.30 buraxılma bərpa olunduqda sonra kütlənin buraxılması üçün azı bir saatdan iki saatadək vaxt tələb olunmuşdur.Səhvən azadlığın məhdudlaşdırılması ilə bağlı olan iddialara gəldikdə isə hakim Taqendhat C. bildirmişdir ki, zəruriliyin müdafiəsi mövcud olmuşdur və polisin hərəkətləri zəruri olmuşdur.Konvensiyanın 5-ci maddəsi ilə əlaqədar hakim müəyyən etmişdir ki, kordon daxilində insanların təcrid edilməsi nəticəsində Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında azadlıq və toxunulmazlıq hüququ məhdudlaşdırılmışdır. Polisin bundan əvvəl Oksford meydanında saxlanılmış bütün şəxslərin hakimin qarşısına gətirmək kimi niyyəti olmadığını müəyyən edərək hakim Taqendhat bildirmişdir ki, təcrid etmənin əsas məqsədi məhz cinayət törətmiş şəxslərin həbs edərək hakimin qarşısına gətirilməsi və cinayətin qarşısının alınması məqsədilə şəxslərin həbs edilməsi olmuşdur və bu Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndi üçün qənaətbəxş tələb olmuşdur.Əlavə olaraq hakim Taqendhat C. müəyyən etmişdir ki öz fikrini ifadə etmək və toplaşmaq azadlıqlara müdaxilə baş verməmişdir. Şahidlər Oksford meydanında keçirilmiş nümayişin məqsədlərini izah edə bilməmişdirlər və ya polis kordonu qurulmasa idi Oksford meydanında və ya şəhərin başqa hissəsində nəyin baş verəcəyini göstərə bilməmişdirlər. Hakim müəyyən etmişdir ki, nümayişdən əvvəl təşkilatçılar tərəfindən paylanmış ədəbiyyatda tədbirdə iştirak etmiş heç olmasa az sayda şəxslər asayişi pozmağa və dava salmaq, özgənin əmlakını dağıtmaq və oğurluq kimi cinayətləri törətməyə təhrik edilirdi. Hər hansı kordon olmasaydı qanunauyğun etiraz keçirmək niyyətində olan şəxslər mövcud şəraitdə bunu edə bilməzdirlər. Eyni zamanda Oksford meydanında bir kəsin çıxış etmək hüququndan istifadə etmək niyyətində olduğunu və ya bu imkandan məhrum edildiyini təsdiq edən hər hansı sübut mövcud deyil. Hakim Taqendhat C. nəticəyə gəlmişdir ki, hazırkı iş ictimai asayiş, həmçinin azadlıq və təhlükəsizlik hüququ ilə bağlıdır və öz fikrini ifadə etmə və ya toplaşmaq azadlıqları ilə əlaqəsi aşkar olunmur, bununla hakim iddiaçıların bütün iddialarını rədd etmişdir.
(c) Apellyasiya Məhkəməsi
Hakim Taqendhat C. qəbul etdiyi qərarından xanım Ostin və cənab Saksbiyə Konvensiyanın 5-ci maddəsi əsasında səhvən həbs edilmə iddiası ilə bağlı onların apellyasiya şikayətini mümkün hesab etmişdir. 2007-ci oktyabrın 15-də qəbul edilmiş qərarı ([2007] EWCA Civ 989) ilə Apellyasiya Məhkəməsi ərizəçilərin apellyasiya şikayətini rədd etmişdir.Apellyasiya Məhkəməsi səhvən həbs edilmə ilə bağlı müəyyən etmişdir ki, digər şəxslər tərəfindən edilən təhlükə ilə əlaqədar ictimai asayişin pozulmasının qarşısının alınması məqsədilə yalnız asayişin təmin edilməsi və digər şəxslərin hüquqlarının müdafiəsi üçün bütün digər tədbirlər həyata keçirildikdən sonra polis günahkar olmayan üçüncü şəxslərin öz hüquqlarından qanuni istifadəsinin məhdudlaşdırılması üçün həmin tədbiri görə bilərdi və polisin həmin tədbirin zəruriliyi əsaslandırılmalı və proporsional olmalıdır. Həmin yanaşmanı Oksford meydanında təşkil edilmiş nümayiş münasibətdə tətbiq edərək digər şəxslər tərəfindən baş verə biləcək asayişin pozulmasının qarşısını alınması üçün xanım Ostinin təcrid edilməsi zəruri olmuşdur.Konvensiyanın 5-ci maddəsi üzrə iddia ilə əlaqədar Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, saxlanılma azadlığın məhdudlaşdırılması ilə nəticələnməmişdir. Ser Entony Klark MR (Apellyasiya Məhkəməsinin sədri) öz qərarında aşağıdakıları bildirmişdir:
“Birinci sual: ərizəçilərin azadlığı məhdudlaşdırılıbmı? Bizim fikrimizcə aydındır ki, məhdudlaşdırılmayıb. Hadisə zamanı bir sıra şəxslərin azadlığının məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi əsasında azadlığın məhdudlaşdırılması kimi hesab edilməyən hakimin misal kimi gətirdiyi təcrid etmə və saxlanılmanın müxtəlif növlərindən fərqlənmir. Həmin məsələyə uyğun misal kimi futbol azarkeşlərin kütləsini göstərmək olar. İnsanların müdafiəsi və zorakılığın (bəzi işlərdə) qarşısının alınması məqsədilə iki rəqib futbol komandasının azarkeşlərinin uzun müddət ərzində məhdudlaşdırma həmin kütlə üçün adi bir haldır. Başqa bir nümunə, bəzi hallarda yol nəqliyyat hadisəsi ilə əlaqədar polis tərəfindən müvafiq tədbirlərin görülməsi nəticəsində uzun müddət ərzində sürücülərin yolu tərk edə bilməməsi. Həmin hallarda insanların müəyyən yerlərdə ehtimal edilən vaxtdan daha uzun müddət ərzində məhdudlaşdırılması polis tərəfindən zəruri hesab edilir.
103. Bizim fikrimizcə hazırkı iş aydındır. Hakimin gəldiyi nəticəsinə əsasən polis kordon qurmaqdan başqa tədbir görə bilməzdi və belə də elədi. Zorakılığın qarşısının alınması məqsədilə onlar iki və ya üç saat ərzində nəzarət altında buraxmanı gözləyirdilər. Hakim təhlükəsizlik və şəxsiyyəti müəyyənləşdirilə bilinməyən şəxslər tərəfindən kütlə daxilində cinayət törədilməsinin qarşısının alınması kimi müxtəlif məqsədləri aşkar etmişdir. Belə hallarda kordonun qurulması bu qərarda Avropa Məhkəməsi tərəfindən Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olaraq qanunsuz müəyyən edilən azadlıqdan məhrum etmə kimi hesab oluna bilməz. Bununla hesab edirik ki, ərizəçilərin saat 14.20 qanunsuz saxlanılmasının hesab edilməsi barədə qərarı qəbul edərək prinsipcə səhvə yol vermişdir.
104. Bununla ikinci sualın cavablandırılmasını məqsədəmüvafiq hesab edirik: bundan sonra onlar qanunsuz saxlanılmışdırlar? Bizim qərarımızda bu suala cavab “Yox” olacaq. Misal üçün günortadan sonra polis buraxılmanın təhlükəsiz həyata keçirmənin mümkün olmadığını müəyyən etmək üçün nəzarət altında buraxılmanın həyata keçirilməsini başlamaq üçün müvafiq göstəriş almışdır. Üç məqamda şimal tərəfdə nəzarət altında buraxılmanın başlanılması haqqında qərar etirazlıların kordon daxilində və xaricində davranışı nəzərə alınaraq dayandırılıb və ya bu məsələyə yenidən baxılıb. Nəticədə yekun buraxılma saat 20.02-dək başlanmamışdır. Bütün müddət ərzində ərizəçilər tərəfindən olmasa da ciddi zorakılıq baş vermişdir. Yekunda hakim bildirib ki, Oksford meydanında polis tərəfindən 7 saat ərzində mühasirədə saxlanılan kütlə bu adi statik olan kütlə olmamışdır. Bu dinamik, xaotik və qarışıqlı vəziyyətdə kordon xaricində olan böyük sayda etirazçılar ictimai asayişi ciddi pozublar və həm kordon daxilində həm xaricində duran polis əməkdaşlarına təhlükə yaradıblar.
105. Bu halda demək olmaz ki, əvvəlcə azadlığın məhdudlaşdırılmasından az olan və sonradan Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında azadlığın məhdudlaşdırılmasına çevrilmiş hadisə baş verib. Bununla biz hakimin nəticəsinə əks olaraq belə bir nəticəyə gəlirik ki, bütün müvafiq hallar nəzərə alınsa hadisə zamanı Konvensiyaya zidd olaraq azadlığın əsassız məhdudlaşdırılması qiymətləndirilməməlidir.”
(d) Lordlar Palatası
Cənab Saksbi kimi xanım Ostinin Lordlar Palatasına Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilə bağlı məsələlər üzrə şikayət vermək hüququ tanınmışdır. İş üzrə 2008-ci il 24 və 25 noyabr tarixlərində məhkəmə iclasları keçirilmişdir və 2009-cu il yanvarın 28-də yekdilliklə qəbul edilmiş qərarda ərizəçilərin şikayəti rədd olunaraq müəyyən edilmişdir ki, bu işdə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi tətbiq olunmamalıdır və bununla ərizəçi azadlıq və təhlükəsizlik hüququndan məhrum edilməmişdir ([2009] UKHL 5).Krayqheddən Lord Hop və onunla razılaşmış digər Lord-hakimlər “azadlığın məhdudlaşdırılmasını” aşağıdakı kimi izah etmişdirlər:
“23. Kütlənin nəzarətdə saxlanılması üçün həyata keçirilən tədbirlərlə əlaqədar Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin tətbiqi məsələləri hələlik Avropa Məhkəməsinin təcrübəsində öz əksini tapmamışdır. Bununla insanlara xəsarətlərin yetirilməsinin və özgənin əmlakına ziyanın vurulmasının qarşısının alınması məqsədilə polis tərəfindən hərəkət azadlığının məhdudlaşdırılması məsələlərinin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilə tənzim edilməsi üzrə dəqiq qaydalar mövcud deyil. Lakin ictimai maraq naminə kütlə üzrə nəzarət tədbirlərinin tətbiq edilməsi yeni məsələ deyil. Misal üçün futbol oyunları zamanı rəqib azarkeşlər arasında zorakılığın yaranmasının qarşısının alınması məqsədilə kütlə üzərində nəzarətin tətbiq edilməsi çox vacibdir. Hərəkət azadlığının məhdudlaşdırılması yol nəqliyyat hadisələri baş verdikdə polis tərəfindən yolda təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə münasibətdə tətbiq edilə bilər, və ya yanğına məruz qalan yerlərə yaxın yaxınlaşmanın qarşısının alınması ya da terrorizmlə bağlı işlərdə. Belə olan hallarda tətbiq edilən məhdudiyyətlər proporsional və əsaslı olduğu üçün onların Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olub olmaması kimi sual yaranmır.
24. Hazırkı işdə polis kordonun qurulması vasitəsilə qoyulmuş məhdudiyyət yuxarıda sadaladığım misallarla müqayisədə daha böyük dərəcə və intensivliyi ilə tətbiq edilib. Lakin Lord Pannik QC (Kraliçanın vəkili) cavabdeh tərəfinin xeyrinə bildirmişdir ki, heç kim məhdudlaşdırılmanın tətbiq edilməsinin və ya halların məqsədlərinə əhəmiyyət verməyə bilməz. Əsl mənasında heç kimin hər hansı şəxsi saxlamaq niyyəti yox idi. Kordon yalnız 20 dəqiqə ərzində qurulsa idi azadlığın məhdudlaşdırılmasının baş tutub tutmaması kimi sual yaranmazdı. Kordonun uzun müddət ərzində qurulması isə halları dəyişmir, belə ki, bütün şəxslərin kordonun mühasirəsindən daha tez azad edilməsi məsələsi polis nəzarətinin xaricində olmuşdur. O bildirib ki, baş vermiş hadisələrin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun olub olmadığı kimi sualın cavablandırılması üçün fərdin hüquqları ilə ictimai maraqlar arasında olan ədalətli tarazlığın toqquşması ilə müəyyən edilməlidir. Şübhəsiz Konvensiyanın 5-ci maddəsində təsbit olunmuş və vacibliyi yüksək olan fundamental hüquqa xüsusi diqqətin yetirilməsi zəruridir. Lakin məhdudlaşdırmanı yalnız həmin maddənin (a)-(f) yarım-bəndlərində göstərilən hallarda tətbiq etmək mümkündür.
25. Cənab Vilyams QC ərizəçinin xeyrinə bildirmişdir ki, bir tərəfdən tətbiq edilmiş tədbirin məqsədi qənaət bəxş deyil. Tədbirin zəruriliyi və proporsionallığı Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (a)-(f) yarım-bəndləri mənasında qanuni olub olmadığının müəyyənləşdirilməsi üçün ilkin amil hesab olunur. Lakin bundan artıq əsaslandırma mövcud deyil. Polis tərəfindən tətbiq edilmiş tədbirlər münasibətdə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin tətbiq olunubmu kimi ilkin suallın cavablandırılması zamanı heç bir tarazlıq nəzərə alınmayıb. Məqsəd və tarazlıqla bağlı suallar yalnız (a)-(f) yarım-bəndlərində sadalanan işlərlə bağlı məsələlər qalxanda yaranmışdır.
Məqsəd qənaət bəxşdirmi?
26. Azadlığın məhdudlaşdırılmasının baş tutub tutmaması ilə bağlı qərarın qəbul edilməsi zamanı şübhəsiz hər bir ayrı işin hallarından çox asılıdır. Bununla hər bir iş üzrə xüsusi hallardan asılı olan Konvensiyanın 5-ci maddəsinin tətbiqi ilə qəbul edilmiş qərarlar nadir hallarda dəyərli ola bilərlər. Lakin təməl prinsipi nümayiş edən dəyərlər mövcuddur. Hazırkı kontekstdə məhdudlaşdırmanın Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin çərçivəsində olub olmadığını araşdırarkən tədbirin məqsədlərini izah etmək üçün müzakirə edilən işlər kömək edə bilər.
27. Məqsəd qənaət bəxş hesab olunduqda məhdudlaşdırmanın məqsədləri ilə fərdin maraqları arasında tarazlıq müəyyən olunmalıdır. Maddənin əhatə dairəsi müzakirə ediləndə ilkin mərhələdə tarazlığın qorunmasını təmin edilməsi məsələsi barədə “Enqel Hollandiyaya qarşı” (Engel v The Netherlands (No 1) (1976) 1 EHRR 647) və ya “Quzardi İtaliyaya qarşı” (Guzzardi v Italy (1980) 3 EHRR 333.) işlərdə qeyd olunmayıb. Həmçinin, həmin məsələ, demək olar ki, həmin maddənin mətnindən də öz əksini tapmayıb. Lakin hesab edirəm ki, Konvensiyada təsbit edilmiş konsepsiyaların ayrılmaz hissəsi olan tarazlıq məsələsi məhkəmənin presedent hüququnda kifayət qədər əks olunub və insanın fiziki təhlükəsizliyini qoruyan birinci dərəcəli hüquqlar müzakirə ediləndə həmin konsepsiyalar öz sözünü deyir.”
Bundan sonra Lord Hop Məhkəmənin və Komissiyanın bir sıra işlərini nəzərdən keçirmişdir, o cümlədən “X. Almaniya Federativ Respublikasına qarşı” (X. v. the Federal Republic of Germany, no. 8819/79, Commission decision of 19 March 1981, Decisions and Reports (DR) vol. 24, p. 158); “Quenat İsveçrəyə qarşı” (Guenat v Switzerland, no. 24722/94, Commission decision of 10 April 1995, DR vol. 81-B, p. 13); “H.M. İsveçrəyə qarşı” (H.M. v. Switzerland, no. 39187/98, ECHR 2002‑II); Nilsen Danimarkaya qarşı (Nielsen v. Denmark, 28 November 1988, Series A no. 144); “Soerinq Birləşmiş Krallığa qarşı” (Soering v. the United Kingdom, 7 July 1989, Series A no. 161); “Ohaloran və Frensis Birləşmiş Krallığa qarşı” (O’Halloran and Francis v. the United Kingdom [GC], nos. 15809/02 and 25624/02, ECHR 2007‑III); “N. Birləşmiş Krallığa qarşı” (N. v. the United Kingdom [GC], no. 26565/05, 27 May 2008). Bunun nəticəsində aşağıdakılar müəyyən edilmişdir:
“34. Mən hesab edirəm ki, hətta Konvensiya ilə münasibətində hər hansı məhdudlaşdırmanın tətbiqinə yol verilməyən fundamental hüquqlarla bağlı işlərdə praqmatik yanaşma üçün bütün halları nəzərə alan müəyyən sahə mövcuddur. Hər hansı şəxsin azadlığının məhdudlaşdırılması üçün ictimai təhlükəsizliyinin və ya asayişin qorunması kimi əsaslar Konvensiyanın 5-ci maddəsində göstərilməyib. Həmin məsələ öz fikrini sərbəst ifadə etmək azadlığını tənzimləyən Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə müqayisədə daha aydın açıqlanır. Lakin Konvensiyanın 5-ci maddəsi kontekstində ictimai təhlükəsizliyinin qorunması məqsədilə tətbiq edilmiş tədbirlərin vacibliyi Konvensiyanın 2-ci maddəsində qeyd olunub. Belə ki, polis kütləni nəzarətdə saxlanılması üçün müvafiq tədbirləri həyata keçirtməsə idi müşahidə olunmuş zorakılıq faktları insanların həyatını təhlükə altında qoya bilərdi. Belə halda ədalətli tarazlığın müəyyən edilməsi üçün iki fundamental hüquq arasında uyğunlaşdırma təmin olunmalıdır. Konvensiyanın 5-ci maddəsinin əhatə dairəsi çərçivəsində kütlənin nəzarətə saxlanılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi zamanı hər bir şəxsin hüquqları və cəmiyyətin maraqları nəzərə alınmalıdır. Bununla bütün addımla vicdanla atılmalıdır və tədbiri zəruri edən hallara proporsional olmalıdırlar. Bu da insanın əsassız azadlıqdan məhrum edilməsinin yolverilməzliyi kimi fundamental prinsipinin təmin edilməsi üçün zəruridir. Bu tələblərə riayət olunubsa cəmiyyətin maraqları naminə kütlə üzərində nəzarətin tətbiqi kimi tədbirlər nəticəsində kütlənin üzvü olan hər hansı şəxsin hərəkət azadlığına qoyulmuş məhdudiyyətlə Konvensiyanın 5-ci maddəsində təsbit edilmiş hüquqlar pozulmur.”
Abbotsberidən Lord Neuberg razılaşıb ki, hazırkı işdə azadlığın məhdudlaşdırılması baş verməyib. O, aşağıda qeyd olunan nəticəyə gəlmişdir:
“58. İğtişaşın baş verməsi təhlükəsi mövcud olduqda polis asayişin qorunması və bu hal xüsusilə insanlara qarşı zorakılıqla və əmlakın talan edilməsi ilə müşahidə olunduqda qarşıdurmanın qarşısının alınması vəzifəsi daşıyır. Müasir demokratiyada yaşayan hər hansı dərrakəli insan müəyyən hallarda məhdudlaşdırmanın tətbiqini əsaslı olduğunu təxmin etməli və ya ən azı müəyyən sahədə polis tərəfindən məhdudlaşdırılmasının zəruriliyini qəbul etməlidir. Belə ki, anlaqsız və ya içkili vəziyyətdə olan insan tapança ilə binaya sərbəst daxil olubsa polis təmin etməlidir və hər halda polisdən tələb olunur ki, binada olan digər cəmiyyətin üzvləri bir neçə saat ərzində hətta xəttindən artıq kiçik bir otaqda bir neçə insanlarla bərabər saxlanılsınlar. Eyni zamanda futbol oyunu zamanı iki rəqib komandanın azarkeşləri arasında zorakılığın və qarşıdurmanın baş verməsinin qarşısının alınması məqsədilə polis bu iki qrupu bir birindən ayırmalıdır. Bununla bir qrup və ya hər iki qrup qeyri-müəyyən müddət ərzində kiçik bir sahədə saxlanıla bilər. Və ya yol nəqliyyat hadisəsi baş verdikdə polis sürücüdən və sərnişindən nəqliyyat vasitəsini bir saatdan artıq müddət ərzində tərk etməməklərini tələb edir. Bütün bunun kimi hallarda polis insanların qorunması, habelə zorakılığın və əmlakın talan edilməsinin qarşısının alınması məqsədilə onların azadlığını məhdudlaşdırardı.
59. Gördüyüm kimi, təşkil edilmiş nümayiş zamanı zorakılığın və qarşıdurmanın baş verməsini ehtimal etmək üçün müəyyən əsaslar mövcud olmuşdur, bununla polis əməkdaşlarından qarşıdurmanın və zorakılığın qarşısının alınması üçün və ya ən azı bunu minimuma yendirməsi məqsədilə müvafiq tədbirlərin görülməsi gözləniləndi və bu onlardan tələb olunur. Bu tədbirlərə əsasən nümayişçilərin və təsadüfən tutulmuş digər cəmiyyət nümayəndələrin məhdudlaşdırılması daxildir. Bəzi hallarda insanların müəyyən müddət ərzində balaca sahədə məhdudlaşdırılması tələb olunur.
60. Belə olan halda Konvensiyanın 5-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyünü mübahisə etmək real hesab olunmamalıdır. Polis tərəfindən həyata keçirilmiş tədbirlərin proporsional və əsaslı olması çox vacib amil hesab olunur. Zorakılığın və ictimai qarşıdurmanın qarşısının alınması kimi müəyyən məqsədlərin zəruriliyini nəzərə alaraq hər hansı məhdudlaşdırma ərazi və müddət baxımından əsaslı qoyulmuşdur.
61. Verdiyim misallarda və ərizəçilər tərəfindən təklif olunub ki, məhdudlaşdırmaya razılıq həmin iş üzrə keçən insanlara aid olmuşdur. Mən ən azı əmin deyiləm ki, bu qənaət bəxş təhlildir, belə ki, razılıq bilmədən və ya təkzibolunmaz formada verilibsə, belə olan halda o, polisi məhdudlaşdırmanın yolverilməzliyi barədə məlumatlandıran şəxslə bağlı işlərə aid deyil. Lakin iddia olunan razılıq Konvensiyanın 5-ci maddəsinin məqsədlərini əsaslandırmaq üçün münasib əsas hesab olunursa hesab edirəm ki, bu ictimai qarşıdurmanın və zorakılığın qarşısının alınması üçün proporsional və əsaslı tədbirdirsə hazırkı işdə qoyulmuş məhdudiyyət onunla əsaslandırıla bilər ki, ciddi zorakılığın baş verə bilməsi üzrə təhlükə mövcuddursa küçədə və xüsusilə nümayişdə olan hər bir şəxsin məhdudlaşdırılmasına razılıq verilməlidir.
62. Bununla Apellyasiya Məhkəməsinin hakimi tərəfindən müəyyən edilmiş nəticələrlə razılaşaraq mən yuxarıda qeyd olunan 57-ci bənddə ümumiləşdirildiyi kimi qərara alıram ki, hazırkı işdə ərizəçinin Konvensiyanın 5-ci maddəsi ilə qorunan hüququ pozulmamışdır. Bu işi səciyyələndirən əsas amil məhdudlaşdırılmanın yeddi saat ərzində tətbiq edilməsidir. Lakin ciddi ictimai qarşıdurmanın və zorakılığın qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətin əsaslı və proporsional olduğu və bununla Konvensiyanın 5-ci maddəsinin pozulmadığı barədə nəticəyə gələrək hesab etmirəm ki, məhdudiyyətin xəttindən artıq uzun müddət ərzində tətbiq edilməsi məsələsi Konvensiyanın 5-ci maddəsinin tələblərində kənara çıxmaq kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, həmin yanaşmanın dəstəklənməsini qısa müddət ərzində həbsdə saxlanılmasının Konvensiyanın 5-ci maddəsinin əhatə dairəsi çərçivəsindən çıxarılmaması barədə işlərdə aşkar etmək mümkündür (bax: misal üçün, “Novotka Slovakiyaya qarşı” (Novotka v Slovakia, application No 47244/99, 4 November 2003).
63. Artıq qeyd olunduğu kimi bunun kimi qeyri-adi işdə polisin səyləri mütənasib olub və həmin səylər obyektiv hallardan irəli gəlmişdir. Aşkar olunsa ki, polis kütlənin nəzarət altına götürülməsinə tələb olunan vaxtdan artıq müddət ərzində kordonu nümayişçilərin cəzalandırılması və ya onlara “dərs verməsi” məqsədilə qurubsa onda tam fərqli nəticəyə gəlmək olardı. Bu halda kordonun qurulmasını Konvensiyanın 5-ci maddəsi mənasında azadlığın məhdudlaşdırılması kimi qiymətləndirilməsi üçün güclü arqument olardı. Lakin, hakimin aydın və dəqiq gəldiyi və apellyasiya instansiyasında düzgün olaraq dəyişdirilməmiş nəticələrdən görünür ki, hazırkı işdə mübahisə yaradan suallar qalxmır.
64. Bundan sonra, gördüyüm kimi nəzərə almaq vacibdir ki, hazırkı işdə məhdudiyyət Konvensiyanın 5-ci maddəsi mənasında azadlığın məhdudlaşdırılması ilə nəticələnsə idi ən azı Avropa Məhkəməsinin “Louless İrlandiyaya qarşı” (Lawless v Ireland (No 3) (1961) 1 EHRR 15) işdə verilmiş əsaslandırmanı nəzərə alaraq polis üçün bu məhdudlaşdırmanın həmin maddənin (b) və ya (c) yarım-bəndləri üzrə əsaslandırılması mümkünsüz olardı. Hesab edirəm ki, hazırkı işdə tətbiq edilmiş məhdudiyyətin həmin maddənin (a)-(f) yarım-bəndləri üzrə əsaslandırılmasının mümkünsüzlüyü məhdudiyyətin Konvensiyanın 5-ci maddəsi mənasında azadlığı məhdudlaşdırılması ilə nəticələnmədiyi barədə fikirləri mübahisələndirilməsi üçün zamin yaradır. Hazırkı hallarda barələrində məhdudiyyət qoyulmuş şəxslərin Konvensiyanın 5-ci maddəsi ilə qorunan hüquqlarını pozmayaraq hərəkət etməsinin vacibliyi polisə izah edilməyibsə bu mənim üçün çox təcübli olardı.”
Lord Karsvel Lord Hopla razılaşaraq və Foskotdan Lord Skot Lordlar Hop və Neuberqerlə razılaşaraq bildirmişdirlər ki, azadlığın məhdudlaşdırılması baş veribsə kimi sualın cavablandırılması üçün “məhdudiyyətin məqsədi və onu tətbiq etmiş səlahiyyətli şəxslərin səyləri qərarın qəbul edilməsi üçün nəzərə alınmalı olan çox vacib hal hesab edilir”.
Qestinqforpdan Lord Voulker Lord Hopla razılaşaraq aşağıda göstərilən qeydi əlavə etmişdir:
“43. Lord Hop rəyin 26ff bəndində sual qoymuşdur: “Məqsəd qənaət bəxşdirmi?” Onun tərəfindən gəldiyi nəticə kifayət qədər əsaslandırılıb, belə ki, 34-cü bənddə qeyd olunur ki, hətta fundamental hüquqlarla bağlı işlərdə praqmatik yanaşma üçün bütün halları nəzərə alan müəyyən sahə mövcuddur. Mən razıyam ki, həmin məsələdə ehtiyatlı olmaq düzgün olardı. Avropa Məhkəməsi aydın bildirmişdir ki, azadlığın məhdudlaşdırılmasının müəyyən edilməsində bütün hallar məqsədəmüvafiq hesab oluna bilər (bax: “HM İsveçrəyə qarşı” (HM v Switzerland (2004) 38 EHRR 314, para 42). Qeyd olunmalıdır ki, nə qədər geniş olsa belə sadalanan faktorlara məqsədlər daxil deyil.
44. Azadlığın məhdudlaşdırılması ilə nəticələnə bilən məhdudiyyətin məqsədlərinin bütövlükdə qənaət bəxş olduğunu müəyyən edilmiş həddinin keçib-keçməməsi ilə deyil, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (a)-(f) yarım-bəndləri üzrə qanuni olub-olmaması ilə müəyyənləşdirmək mümkündür (5-ci maddəsinin 1-ci bəndinin (e) yarım-bəndi ilə əlaqədar bax: “Nilsen Danimarkaya qarşı” (Nielsen v Denmark (1988) 11 EHRR 175); “Litva Polşaya qarşı” (Litwa v Poland (2001) 33 EHRR 1267); “Voul İsveçə qarşı” (Wall v Sweden, (10 December 2002) admissibility decision 41403/98); yuxarıda qeyd edilən “HM İsveçrəyə qarşı”; “HL Birləşmiş Krallığa qarşı” (HL v United Kingdom (2005) 40 EHRR 32); “Enhorn İsveçə qarşı” (Enhorn v Sweden(2005) 41 EHRR 633) və “Stork Almaniyaya qarşı” (Storck v Germany (2006) 43 EHRR 96). Məhdudiyyətin qoyulması azadlığın məhdudlaşdırılması ilə nəticələnmişdirsə və şəxsiyyətin toxunulmazlığının pozuntusu müəyyən edilibsə xoş niyyətli səylərlə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (a)-(f) yarım-bəndlərində dəqiq təsbit edilmiş istisnalar əsasında qoyulmuş məhdudiyyətin çatışmazlığı əsaslandırmaq mümkün deyil.
45. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (e) yarım-bəndi üzrə bir çox işlərdə mübahisə yaradan məsələlər mövcuddur (psixiatriya dispanserində və ya qocalar evində saxlama). Bundan əvvəl araşdırılmış “valideynlərin hüquqları” ilə bağlı işlər bu gün suallar yaradır (xüsusilə “Nilsen” işində on iki yaşlı oğlanın psixiatriya dispanserində saxlanılması onun anasının “valideyn hüquqları” ilə əlaqədar azadlığın məhdudlaşdırılması kimi hesab olunmayıb). “Stork” işində gənc insanların şəxsi muxtariyyəti ilə əlaqədar digər yanaşma tətbiq edilib (həmin iş üzrə iddiaçı Bremen xəstəxanasında məcburi saxlanılarkən 18 yaşlı olduğuna baxmayaraq onun xeyrinə böyük məbləğdə mənəvi ziyanın ödənilməsi qət edilmişdir).
46. Mən həmçinin “X. Almaniyaya qarşı” (X v Germany (19 March 1981) admissibility decision 8819/79) işi də çətin hesab edirəm. Polis sanksiyaları hər kəsə, xüsusilə uşaqlara qorxulu ola bilər və bununla məqsədlər üçün qeyri-səmimi hesab olunan bilər.
“Hazırkı işdə polisin hərəkətləri uşaqların azadlığının məhdudlaşdırılması məqsədini deyil, lakin bundan əvvəl məktəbdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədardır. Sadəcə onların üzərində aşkar edilmiş əşyaları harada əldə etdikləri barədə məlumatı almaq məqsədini güdürdü”
47. Yuxarıda qeyd olunanları ümumiləşdirərək bildirirəm ki, hazırkı işdə sadə bir sualı vermək vacibdir: Polis 2001-ci il mayın 1-də Oksford meydanında nə edirdi? Nə üçün edirdi? Bu suala cavab Lord Hop tərəfindən hakimin nəticələri barədə qeydlərdə geniş izah edilmişdir. Polis insanlara xəsarətlərin yetirilməsinin və özgə əmlakının talan edilməsinin qarşısının alınması üçün kütlənin nəzarətdə saxlanılması kimi qeyri-adi və çətin tapşırığı yerinə yetirirdi. Əməliyyata rəhbərlik edən yüksək rütbəli zabitlər 1974-cü il iyunun 15-də Red Layn meydanında baş vermiş hadisələrin təkrarlanmaması üçün müvafiq tədbirlər görürdü. Polis kütləni dağıtmaq məqsədi güdürdü və bunun üçün ehtimal ediləndən vaxtdan artıq müddətin tələb olunması onlardan asılı olmayan səbəblərə görə olmuşdur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
Ərizəçilər iddia ediblər ki, onların azadlığı Konvensiyanın 5-ci maddəsinə 1-ci bəndinə zidd olaraq məhdudlaşdırılıb. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində aşağıdakılar qeyd edilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra, şəxsi qanuni həbsə almaq;
b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn qanuni həbsə alınması;
e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların, səfillərin qanuni həbsə alınması;
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.”
Hökumət bildirmişdir ki, azadlığın məhdudlaşdırılması baş vermədiyinə görə hazırkı işdə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi tətbiq edilməməlidir. Bunun əksinə Hökumət vurğulamışdır ki, azadlığın hər-hansı məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (b) və/ və ya (c) yarım-bəndinə uyğun olmuşdur.
A. Tərəflərin arqumentləri
1. Hökumətin izahatları
Hökumət bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında polis ərizəçilərin azadlığını məhdudlaşdırmamışdır. Hökumət qeyd etmişdir ki, Konvensiyada təsbit edilmiş əsas prinsipinə əsasən cəmiyyətin maraqları ili hər bir insanın hüquqlarının müdafiəsi arasında ədalətli tarazlıq qorunmalıdır. Həmin tarazlığın qorunmasının zəruriliyi Məhkəmənin presedent hüququnda öz əksini tapmışdır və azadlığın məhdudlaşdırılması məsələləri ilə əlaqədar nəzərə alınmalıdır. Konvensiyanın 8-11-ci maddələrindən fərqli olaraq 5-ci maddəsinin 1-ci bəndində ümumi xarakterli əsaslandırma təsbit olunmamışdır. Bununla “azadlığın məhdudlaşdırılması” konsepsiyasını geniş qəbul etməmək çox vacibdir.Azadlığın məhdudlaşdırılmasını müəyyən edən müvafiq prinsiplər Məhkəmə tərəfindən ilk olaraq “Enqel və digərləri Hollandiyaya qarşı” (Engel and Others v. the Netherlands, 8 June 1976, §§ 58-59, Series A no. 22) işdə və bundan sonra “Quzzardi İtaliyaya qarşı” (Guzzardi v. Italy, 6 November 1980, §§ 92-93, Series A no. 39) işdə, habelə bir neçə sonrakı işlərdə müəyyən edilmişdir. Presedent hüququ aydın göstərir ki, azadlığın məhdudlaşdırılması baş veribmi kimi sualın cavablandırılması üçün xüsusi hallar nəzərə alınmalıdır. Tədbirin sürəkliyi faktoru nəzərə alınmalıdır, lakin nəzarətin uzun müddət ərzində tətbiq edilməsi azadlığın məhdudlaşdırılmasına səbəb olunması üçün kifayətedici hesab edilmir, misal üçün komendant saatının tətbiq edilməsi üzrə işlər (bax: “Raymondo İtaliyaya qarşı” (Raimondo v. Italy, 22 February 1994, Series A no. 281‑A) və “Trijonis Litvaya qarşı” (Trijonis v. Lithuania, no. 2333/02, 15 December 2005). Tədbirin tətbiq edilməsi məqsədi vacib faktor hesab edilir və baxmayaraq ki, uzun müddət ərzində ayrı yerdə fiziki məhdudiyyət qoyulubsa Məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılmasının baş verməməsi barədə nəticəyə gəlməsi üçün vacib ola bilər (bax: yuxarıda qed edilən, “Enqel və digərləri Hollandiyaya qarşı”, 59-cu bənd. Həmin işdə Məhkəmə müəyyən edib ki, hərbi nizam-intizam konteksti nəzərə alınmalıdır. Həmçinin bax: yuxarıda qeyd olunanlar, “Nilsen Danimarkaya qarşı” və “H.M. İsveçrəyə qarşı”. Həmin işlərdə Məhkəmə Konvensiyanın 5-ci maddəsinin tətbiq edilməsinin mümkün olmadığını müəyyən edərək məhdudiyyətin humanitar məqsədləri üçün tətbiq olunduğunu nəzərə almışdır). Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin obyekti qanunsuz və əsassız həbs edilməsinin qarşısının alınması olduğunu nəzərə alaraq prinsip baxımından bu yanaşma düzgün olmuşdur.Hazırkı işdə olan məsələlər bu günə qədər Məhkəmə tərəfindən araşdırılmayıb. Hazırkı işdə polis üçün ictimai qarşıdurmanın nəticəsində baş verə biləcək ölüm hadisələrin və insanların sağlamlığına ciddi zərərin yetirilməsinin qarşısının alınması məqsədi ilə insanları müəyyən müddət ərzində məhdudlaşdırılması kimi proporsional hərəkətlərin həyata keçirilməsi zəruri olmuşdur. Oksford meydanında 2001-ci il 1 May bayramı zamanı kordonun qurulması Konvensiyanın 5-ci maddəsinə zidd hesab olunsa Razılığa gəlmiş dövlətin polis əməkdaşları zorakılıqla müşayiət olunan nümayişin dağıdılması üçün Konvensiyanın 5-ci maddəsində təsbit edilmiş məsələləri əhatə etməyən, lakin insanlar üçün daha ağır fəsadlarla nəticələnə biləcək vasitələri (gözyaşardıcı qaz və rezin güllələr) tətbiq etməli idilər.Kordonun qurulması nəticəsində azadlığın məhdudlaşdırılması baş vermədiyini müəyyən edən Lordlar Palatası və Apellyasiya Məhkəməsi Məhkəmənin presedent hüququndan irəli gələn prinsipləri düzgün tətbiq etmişdir. Mütləq olduğuna baxmayaraq dövlət yollarında hərəkət etmək azadlığına müvəqqəti qoyulan məhdudiyyət azadlığın məhdudlaşdırılması kimi hesab olunmamalıdır. Həmin məsələ yerli məhkəmələrin qərarlarında futbol oyunları zamanı kütlə ilə və ya yol hərəkətləri ilə bağlı əks olunmuş misallarda aydın göstərilir. Növbəti sual isə kordonun müəyyən müddət ərzində qurulması nəticəsində insanların azadlığı məhdudlaşdırılmışdırmı. Həmin məsələ bütün amillərdən xüsusilə də polisin kordon daxilində və xaricində duran insanların təhlükəsizliyinin qorunması kimi əsas məqsəddən, həmçinin ictimai qarşıdurmanın qarşısının alınması üçün polisin başqa tədbirləri həyata keçirmək üçün imkanı olmadığını nəzərə alsaq həmin tədbirin zəruriliyindən asılıdır.Əksinə olaraq hazırkı işdə azadlığın məhdudlaşdırılması müəyyən edilsə bu məhdudlaşdırma Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (b) yarım-bəndi mənasında əsaslı olmuşdur, belə ki, bu zaman polis asayişin pozulması ilə əlaqədar “qanunla müəyyən edilmiş vəzifələrini” icra edirdi. İkincisi, azadlığın hər-hansı məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarım-bəndində qeyd olunmuş istisnalar mənasında hər bir ərizəçinin azadlığının məhdudlaşdırılması asayişin ehtimal edilən pozulmasının qarşısının alınması üçün polis tərəfindən müvafiq tədbirlərin görülməsi zəruriliyi ilə bağlıdır.
2. Ərizəçilərin izahatları
Ərizəçilər bildirmişdirlər ki, azadlığın məhdudlaşdırılmasının baş verdiyini müəyyən etmək üçün hər bir insanın rastlaşdığı obyektiv şərait təhlil edilməlidir. Xüsusilə “hadisə zamanı əsaslandırılmamış vaxt ərzində məhdud yerdə məhdudiyyət” qoyulmuşdurmu və insanlar “əsaslı olaraq məhdudlaşdırılmışdırlarmı” kimi suallara cavab verilməlidir (bax: “Stork Almaniyaya qarşı” (Storck v. Germany, no. 61603/00, § 74, ECHR 2005‑V). Tətbiq olunan məhdudiyyət tədbirləri klassik mənada həbs etməni nəzərdə tutmayanda, bu zaman məhdudlaşdırmanın mahiyyəti, dərəcəsi, sürəkliyi və ərizəçilər münasibətdə necə nəticələndiyi araşdırılmalıdır. Misal üçün azadlığın məhdudlaşdırılmasını aşkar edilməsi üçün məhdudiyyətin və səlahiyyətli qurumlar tərəfindən tətbiq edilmiş məcbur etmənin dərəcəsi nə qədər ağır olsa onun müddəti bir o qədər də qısa olmalıdır.Ərizəçilər öz əsaslandırılmasında bildirmişdirlər ki, Hökumətin qeydlərinə əsasən ictimai maraqlar məqsədilə kordonun qurulması ən azı klassik mənada azadlığın məhdudlaşdırılması ilə nəticələnməmişdir. Ərizəçilər bu mövqe ilə razılaşmayaraq bildirmişdirlər ki, digər hallarda tədbir müəyyən şəraitdə azadlığın məhdudlaşdırılması ilə nəticələnsə idi, o zaman azadlığın məhdudlaşdırılması baş verib-verməməsi məsələsinin qiymətləndirilməsi üçün tədbirin məqsədi və niyyətini nəzərə almaq yersiz olardı. Tədbirin məqsədi yalnız aşkar edilmiş azadlığın məhdudlaşdırılmasının Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (a)-(f) yarım-bəndlərində qeyd olunan altı məqsədlər mənasında əsaslı olub-olmadığını müəyyən etmək üçün qənaət bəxş hesab edilir. Digər ictimai maraqlarla tətbiq edilən tədbirlərdən fərqli olaraq azadlığın məhdudlaşdırılması konsepsiyasını ictimai asayişin qorunması əsaslarla tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar şərh edilə bilməz.Bundan sonra ərizəçilər bildirmişdirlər ki, Hökumətin insanların hüquqlarının müdafiəsi zəruriliyi ilə ictimai tələblər arasında ədalətli tarazlığın axtarılmasına istinadlarla öz arqumentini dəstəkləmək cəhdi düzgün deyil. Həmin ədalətli tarazlıq Konvensiya ilə qorunan hüquqların ifadəsi ilə təmin edilir. Məhkəmə mübahisə edilən ictimai marağın qiymətləndirilməsini müdafiənin çərçivəsinə gətirməkdə sərbəst deyil. Məhkəmə yalnız Konvensiyanın müvafiq maddəsinin strukturu əsasında və onun çərçivəsində ədalətli tarazlıqla bağlı qiymətləndirməni apara bilər, misal üçün müvafiq maddədən irəli gələn pozitiv vəzifənin çərçivəsi. Hökumətin baxışı düz olubsa, onda Dövlət Konvensiyanın 5-ci maddəsinin tələblərini pozaraq insanların azadlığını Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (a)-(f) yarım-bəndlərinin əhatə dairəsindən çıxaraq 5-ci maddədə təsbit edilmiş prosedur və material zəmanətləri istifadə edərək digər əsaslarla məhdudlaşdıra bilərdi.Ərizəçilər mübahisə etməmişdirlər ki, azadlığın məhdudlaşdırılması kordonun qurulması anında baş vermişdir. Lakin məhdudiyyətin mahiyyətini, onun məcburi tətbiqini, uzun müddətini və təsirini nəzərə alaraq kordon daxilində saxlanılma azadlığın məhdudlaşdırılması hesab edilməlidir. Dövlət daxili məhkəmələr tərəfindən həmin məsələni ictimai asayişin qorunması ilə əsaslandırılması qənaət bəxş hesab edilmir.Azadlığın məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin heç bir yarım-bəndi ilə əsaslandırılmamışdır. Xüsusilə 5-ci maddənin 1-ci bəndinin (b) yarım-bəndində göstərildiyi kimi ərizəçilərin azadlığı “qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə” məhdudlaşdırılmayıb. Belə ki, həmin əsaslandırma yalnız hər hansı spesifik və konkret vəzifə yarandıqda və azadlığın məhdudlaşdırılması onun icrası üçün ikinci dərəcəli hal kimi olduqda yarana bilər. “Vəzifə” özü özlüyündə azadlığın məhdudlaşdırılması üçün tələb kimi çıxış edə bilməz. Bundan sonra Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarım-bəndinə əsasən “onun tərəfindən törədilən hüquq pozuntusunun qarşısını almaq” məqsədilə azadlığın məhdudlaşdırılması müəyyən şəxs tərəfindən məhz müvafiq cinayətin törədilməsinin qarşısının alınması məqsədilə azadlığın məhdudlaşdırılması və cinayət prosesi çərçivəsində həmin şəxsin azadlığının məhdudlaşdırılması anında səlahiyyətli qurumun qarşısına gətirilməsi üzrə müvafiq dövlət orqanın niyyətinin mövcud olması tələb olunur. Qeyd olunan tələblərdən heç biri ərizəçilərin işində müəyyən edilə bilməz.
B. Məhkəmənin qiymətləndirilməsi
1. Qəbuledilənlik
Məhkəmə hesab edir ki, azadlığın məhdudlaşdırılması baş veribmi və bununla bu işdə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi tətbiq edilirmi sual ərizəçilərin şikayətlərinin mahiyyəti ilə çox bağlıdır. Bununla Məhkəmə bu ilkin məsələyə işin mahiyyəti üzrə araşdırması çərçivəsində qiymət verəcək.Məhkəmə hesab edir ki bu iş heç bir əsaslarla qəbuledilməz deyil və bununla onu qəbuledilən hesab edir.
2. Mahiyyət
(a) Ümumi prinsiplər
Tərəflər düzgün qeyd ediblər ki, Məhkəmə ilk dəfə olaraq Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini polisin ictimai asayişi qorumaq məqsədilə bir qrup şəxsi məhdudlaşdırılması ilə əlaqədar nəzərdən keçirir. Həmin hallarda Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin tövsif edilməsi və xüsusilə azadlığın məhdudlaşdırılmasının baş verib-vermədiyinin müəyyən edilməsi üçün Məhkəmə aşağıda qeyd olunan prinsipləri rəhbər tutmuşdur.Birincisi, Məhkəmə bir neçə işlərdə qeyd etmişdir ki, Konvensiya canlı mexanizmdir və hazırkı şəraiti, həmçinin demokratik Dövlətlərdə hal-hazırda üstünlük təşkil edən ideyaları nəzərə alaraq tövsif edilməlidir (digər işlərlə yanaşı bax: “Tayrer Birləşmiş Krallığa qarşı” (Tyrer v. the United Kingdom, 25 April 1978, § 31, Series A no. 26); “Kress Fransaya qarşı” (Kress v. France[GC], no. 39594/98, § 70, ECHR 2001-VI); “Kristin Qudvin Birləşmiş Krallığa qarşı” (Christine Goodwin v. the United Kingdom [GC], no. 28957/95, § 75, ECHR 2002‑VI); və ən son iş, “Bayatyan Ermənistana qarşı” (Bayatyan v. Armenia [GC], no. 23459/03, § 102, ECHR 2011). Lakin bu o demək deyil ki, hal-hazırkı ehtiyaclara, şəraitə, baxışlara və ya standartlara reaksiya göstərmək üçün Məhkəmə Konvensiyada təsbit edilmiş hüquqlardan başqa yeni hüquq yarada (bax: “Conston və digərləri İrlandiyaya qarşı” (Johnston and Others v. Ireland, 18 December 1986, §§ 51-54, Series A no. 112), və ya mövcud hüququ yox edə ya da Konvensiyada təsbit edilməmiş yeni “istisnaları” və ya “əsasları” kəşf edə bilər (bax: yuxarıda qeyd edilən “Enqel və digərləri Hollandiyaya qarşı”, 57-ci bənd və “Ciulla İtaliyaya qarşı” (Ciulla v. Italy, 22 February 1989, § 41, Series A no. 148).İkincisi, Konvensiya bütövlükdə götürülməli və onun müxtəlif müddəaları arasında daxili uyğunluğu və harmoniyası qorunaraq tövsif edilməlidir (bax: “Steç və digərləri Birləşmiş Krallığa qarşı” (Stec and Others v. the United Kingdom (dec.) [GC], nos. 65731/01 and 65900/01, § 48, ECHR 2005‑X).Hazırkı işdə tətbiq edilmiş məhdudlaşdırma tədbirinin kontekstini araşdıraraq Məhkəmə tamamlıq naminə xatırladır ki, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi hərəkət etmək azadlığını təsbit edir. Düzdür Birləşmiş Krallıq bu müddəanı ratifikasiya etməyib və onun əsasında öhdəlik daşımır bununla ərizəçilər həmin maddə əsasında şikayət verməyiblər. Lakin Məhkəmə hesab edir ki, Konvensiyanın 5-ci maddəsinin və 4 saylı Protokolunun 2-ci maddəsinin vacibliyini və mahiyyətini nəzərə alaraq aşağıdakı fikri bildirmək məqsədəuyğun olardı. Birincisi, Birləşmiş Krallıq kimi 4-cü Protokolu ratifikasiya etməmiş Dövlətlərlə əlaqədar Konvensiyanın 5-ci maddəsi qeyd edilən Protokolun tələblərini həmin dövlətlərin hüquqi sisteminə inkorporasiya etmək məqsədilə tövsif edilməməlidir. Eyni zamanda qeyd edilən Protokolun 2-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ictimai asayişin qorunması, cinayətin qarşısının alınması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə hərəkət etmək azadlığı məhdudlaşdırıla bilər. Konvensiyanın 11-ci maddəsi ilə əlaqədar Məhkəmə müəyyən etmişdir ki, nümayişçilər tərəfindən zorakı hərəkətlər ediləndə ictimai asayişin qorunması, cinayətin qarşısının alınması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə toplaşmaq azadlığının məhdudlaşdırılması əsaslıdır (bax: “Culiani və Qaccio İtaliyaya qarşı” (Giuliani and Gaggio v. Italy [GC], no. 23458/02, § 251, ECHR 2011). Eyni zamanda müəyyən edilmişdir ki, bir sıra hallarda Konvensiyanın 2-ci və 3-cü maddələri səlahiyyətli qurumlar üzərinə sağlamlığa ciddi zərər vurmaq təhlükəsi altında olan insanların digər şəxslərin cinayət hərəkətlərindən qorumaq məqsədilə xüsusi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə pozitiv öhdəlik qoyurlar (bax: yuxarıda qeyd edilən “Culiani və Qaccio İtaliyaya qarşı”, 244-cü bənd; “P.F. və E.F. Birləşmiş Krallığa qarşı” (P.F. and E.F. v. the United Kingdom, (dec.), no. 28326/09, § 36, 23 November 2010). Məhkəmə qət edib ki, səlahiyyətli orqanlar tərəfindən bu pozitiv vəzifəyə əməl edilib-edilməməsi məsələsi araşdırılarkən müasir cəmiyyətin idarə olunmasında olan çətinliklər, insanların hərəkətlərinin əvvəlcədən müəyyən etməyin mümkünsüzlüyü, həmçinin prioritetlər və resurslardan asılı olaraq seçilməli olan tədbirlər nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilən “Culiani və Qaccio İtaliyaya qarşı”, 245-ci bənd; yuxarıda qeyd edilən “P.F. və E.F. Birləşmiş Krallığa qarşı”, 40-cı bənd).Bundan əvvəl Məhkəmə tərəfindən bildirildiyi ki, polis əməliyyatının keçirilməsi üzrə diskresion səlahiyyətinə malik olmalıdır. Belə qərarlar həmişə çətin olur və ictimaiyyətə məlum olmayan informasiyalara və kəşfiyyat məlumatlara malik olan polis onların qəbul edilməsində daha yaxşı vəziyyətdə olur (bax: yuxarıda qeyd edilən “P.F. və E.F. Birləşmiş Krallığa qarşı”, 41-ci bənd). Eyni zamanda informasiya texnologiyalarında 2001-ci il üçün əldə edilmiş nailiyyətlər etirazçıların bundan əvvəl mümkün olmayan miqyasda qısa müddət ərzində, gizlin səfərbər olmasına imkan yaradır. Razılığa gəlmiş dövlətlərin polis qüvvələri Konvensiyanın qəbul edilməsi zamanı gözlənilməyən çağırışlarla qarşılaşıb və bununla kordon vasitəsi ilə məhdudlaşdırma kimi yeni texnologiyalar yaranıb. İnsanların qanunsuzluqdan müdafiəsi kimi prinsipə uyğun olmaq kimi Konvensiyanın 5-ci maddəsində təsbit edilmiş müddəalar asayişin və ictimaiyyətin qorunması məqsədilə polis tərəfindən tətbiq edilən tədbirlərin praktiki cəhətdən uğursuz edərək tövsif edilə bilməz (bax: “Saadi Birləşmiş Krallığa qarşı” (Saadi v. the United Kingdom [GC], no. 13229/03, §§ 67‑74, ECHR 2008).Yuxarıda qeyd edildiyi kimi, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində təsbit edilmiş hərəkət etmək azadlığını tənzimləmir. Hər hansı insanın Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında azadlığının məhdudlaşdırılması baş verib-vermədiyinin müəyyən edilməsi üçün ilk olaraq həmin insanın olduğu şərait müəyyən edilməli, həmçinin tədbirin növü, müddəti, təsiri və üsulu kimi hər tərəfli meyarlar nəzərə alınmalıdır. Azadlığın məhdudlaşdırılması ilə hərəkətin məhdudlaşdırılması arasında olan əsas fərq tədbirin təbiəti və mahiyyətindən deyil onun ağırlıq dərəcəsindən ibarətdir (bax: yuxarıda qeyd edilən “Enqel Hollandiyaya qarşı”, 59-cu bənd, “Quzardi İtaliyaya qarşı”, 92-93-cü bənd, “Stork Almaniyaya qarşı”, 71-ci bənd, “Medvedyev və digərləri Fransaya qarşı” Medvedyev and Others v. France [GC], no. 3394/03, §§ 73, ECHR 2010).Lord Voulkerin qeyd etdiyi kimi (bax: 37-ci bənd) tədbirin arxasında duran məqsəd yuxarıda qeyd edilən qərarda azadlığın məhdudlaşdırılmasının baş verib-vermədiyinin müəyyən edilməsi zamanı nəzərə alınmalı faktor kimi göstərilməyib. Lakin Məhkəmənin presedent hüququndan aydın olur ki, misal üçün cəmiyyətin insanın hərəkətləri nəticəsində yaranan təhlükədən qorunması kimi ictimai motivlərlə əsaslandırma həmin insanın azadlığının məhdudlaşdırılması baş tutubmu sualın cavablandırılmasında vacib hesab edilmir, lakin bu məsələ Azadlığın məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında əsaslı tətbiq edilibmi sualın əsaslandırılması zamanı məqsədəmüvafiq hesab oluna bilər (bax: “A. və digərləri Birləşmiş Krallığa qarşı” (A. and Others v. the United Kingdom [GC], no. 3455/05, § 166, 19 February 2009); “Enhorn İsveçə qarşı” (Enhorn v. Sweden, no. 56529/00, § 33, ECHR 2005‑I); “M. Almaniyaya qarşı” (M. v. Germany, no. 19359/04, 17 December 2009). Eyni yanaşma insanı müdafiə etmək məqsədilə onu təcrid edilməsi zamanı tətbiq olunur o vaxta qədər ki, o, həmin tədbirlə razıdır əks halda bu azadlığın məhdudlaşdırılması olardı (bax: yuxarıda qeyd olunan “Stork Almaniyaya qarşı”, 74-78-ci bəndlər, “Stanev Bolqarıstana qarşı” (Stanev v. Bulgaria [GC], no. 36760/06, § 117, 17 January 2012); razılığın əsaslı olması ilə bağlı bax: “Amuur Fransaya qarşı” (Amuur v. France, 25 June 1996, § 48, Reports of Judgments and Decisions 1996‑III).Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə tətbiq edilmiş tədbirin “növü” və “onu yerinə yetirilməsinin üsulu” (bax: yuxarıda qeyd edilən “Enqel və digərləri Hollandiyaya qarşı”, 59-cu bənd və “Quzardi İtaliyaya qarşı”, 92-ci bənd) məhdudiyyətin spesifik kontekstini və onu növünü əhatə edən hallarını kamerada saxlanılma paradiqmdən fərqli olaraq nəzərə almaq imkanı yaradır (bax: yuxarıda qeyd edilən “Enqel və digərləri Hollandiyaya qarşı”, 59-cu bənd və “Amuur Fransaya qarşı”, 43-cü bənd). Lakin tədbirin tətbiq etdiyi kontekst nəzərə alınmalı olan vacib faktor hesab edilir. Belə ki, həmin vəziyyət müasir cəmiyyətdə baş verib və ümumi maraq naminə ictimaiyyətdən azadlığın və hərəkətin məhdudlaşdırılmasına yönəlmiş tədbirlərə dözümlük nümayiş etdirmək tələb oluna bilər. Apellyasiya Məhkəməsinin və Lordlar Palatasının hakimləri qeyd etdiyi kimi, cəmiyyətin üzvləri bütövlükdə qəbul edirlər ki, sərnişin nəqliyyatı ilə və ya yolda səyahət edərkən ya da futbola stadionda baxarkən (bax: 35-ci və 37-ci bəndlər) hərəkət azadlığına müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər. Məhkəmə hesab etmir ki, mütləq səlahiyyətli qurumların nəzarəti altında saxlanılması ilə müşayiət olunmalı və insanların sağlamlığına və özgənin əmlakına ziyanın vurulmasının qarısının alınması məqsədilə tətbiq edilməli və bununla həmin məqsədlərə minimal dərəcədə cavab verən bu məhdudiyyətlər Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında “azadlığın məhdudlaşdırılması” kimi izah oluna bilər.Konvensiyanın 5-ci maddəsində insanın azadlıq və təhlükəsizlik hüququna Dövlət tərəfindən əsassız müdaxilənin yolverilməzliyini əks etdirən fundamental hüquq təsbit edilib. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (a)-(f) yarım-bəndlərindən insanların azadlığının məhdudlaşdırılmasına yol verən ətraflı əsasların siyahısı təsbit edilmişdir. Azadlığın məhdudlaşdırılması həmin əsaslara cavab vermirsə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun olan hesab edilmir (bax: “Al-Cedda Birəşmiş Krallığa qarşı” (Al-Jedda v. the United Kingdom [GC], no. 27021/08, § 99, 7 July 2011). İstisna edilmir ki, məhdudlaşdırma və kütləni nəzarətdə saxlanılma tədbirləri bəzi hallarda Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında azadlığın əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Hər bir işdə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin tövsif edilməsi zamanı tədbirin tətbiq edilməsi konteksti, həmçinin asayişin bərpa edilməsi və cəmiyyətin müdafiə edilməsi üzrə polisin öz vəzifələrini həm milli qanunlar həm də Konvensiya əsasında icra etmək məsuliyyəti nəzərə alınmalıdır.
(b) Qeyd olunan prinsiplərin hazırkı işdə tətbiq edilməsi
Azadlığın məhdudlaşdırılması baş veribmi suala cavab işin xüsusi halları ilə bağlıdır. Bununla əlaqədar Məhkəmə xatırladır ki, o, Konvensiyanın sxemi əsasında insan hüquqlarının təmin edilməsi üzrə milli mexanizmlərə münasibətdə yardımçı rol oynayır (bax: yuxarıda qeyd edilən “A. və digərləri Birləşmiş Krallığa qarşı”, 154-cü bənd). Yardımçı rol Konvensiyanın təməli hesab edilir və bu məsələ Konvensiyanın 1-ci və 19-cu maddələrindən irəli gəlir. Məhkəmə birinci instansiya məhkəməsi tərəfindən faktların qiymətləndirilməsinə, bu məsələ işin halları əsasında qaçılmaz hesab edilmirsə, ehtiyatlı yanaşmalıdır. Ümumi qaydaya əsasən iş yerli məhkəmələr tərəfindən araşdırılıbsa Məhkəmə işin hallarının qiymətləndirilməsini yerli məhkəmələrin qiymətləndirilməsi ilə əvəz etmək öhdəliyi daşımır və yerli məhkəmələr onlarda olan sübutlara əsasən işin hallarını müəyyən etməlidirlər. Bununla Məhkəmə yerli məhkəmələrin nəticələri ilə kifayətlənməyərək işdə olan müvafiq sübutlara əsasən öz qiymətləndirmənin keçirilməsində sərbəstdir. Adi hallarda yerli məhkəmələrin gəldiyi nəticələrdən uzaqlaşmaq üçün təkzibedilməz elementlərin mövcud olması tələb olunur (bax: yuxarıda qeyd olunan “Culiani və Qaccio İtaliyaya qarşı”, 180-ci bənd). Lakin yerli məhkəmələrin nəticələrinə istinad edərək Konvensiyanın 19-cu və 32-ci maddələrini nəzərə alaraq Konvensiyanın tövsif və tətbiq edilməsi Məhkəmənin vəzifəsi hesab edilir. Məhkəmə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında azadlığı məhdudlaşdırılması baş veribmi sualın cavablandırılması zamanı yerli məhkəmələrin gəldiyi nəticələri ilə məhdudlaşdırılmır (bax: “Stork Almaniyaya qarşı”, 72-ci bənd).Birinci instansiyada hakim Taqendhat qərarı qəbul edərək üç ay ərzində aparılmış dinləmələr zamanı 2001-ci il 1 May bayramında Oksford meydanında baş vermiş hadisələrlə bağlı əhəmiyyətli sayda sübutları araşdırmışdı (ifadələr, sənədlər, video və foto çəkilişlər) (bax: yuxarıda qeyd edilən 16-cı bənd). Hakim müəyyən etmişdir ki, polisə əvvəlcədən məlum olan məlumata əsasən nümayişə 500-dən 1000 nəfərədək qəti etirazçılar qatılacaq və kütləyə səmərəli nəzarət edilməsə ölüm hallarının baş verməsi, insanların sağlamlığına zərərin və özgənin əmlakına ziyanın vurulması üzrə real təhlükə mövcuddur. Polis ehtimal edirdi ki, Oksford meydanında insanlar saat 16.00-da yığışacaq və bundan iki saat əvvəl 1500 nəfərin meydanda yığışması polis üçün gözlənilməz olmuşdur. Kəşfiyyat məlumatlarını və oxşar mövzuda olan bundan əvvəlki nümayişlərdə kütlənin hərəkətlərini nəzərə alaraq polis qərara gəlmişdir ki, insanların sağlamlığına zərərin və özgənin əmlakına ziyanın vurulmasının qarşısının alınması üçün kordon saat 14.00 üçün mütləq qurulmalıdır. Saat 14.20-də tam kordon qurulduqda sonra heç kəs ərazini icazə olmadan tərk edə bilməzdi. Kordon daxilində insanların hərəkət etməsi üçün müəyyən sahə mövcud idi və talanlar baş vermirdi, lakin harasa sığınmaq üçün yerlər su, qida və ayaq yolu mövcud olmamışdır. Günorta vaxtlarında və axşam saatlarında polis kollektiv azadetməni başlamağını bir neçə dəfə cəhd edib, lakin çox saylı olan azlığın kordon daxilində və xaricində, habelə ətraf ərazilərdə zorakı kollektiv hərəkətləri azadetmənin bir neçə dəfə dayandırılmasına səbəb olmuşdur. Bununla tam azadetmə saat 21.30-da bitmişdir. Lakin polis nümayişin iştirakçıları kimi müəyyən edilməmiş və məhdudiyyət nəticəsində ziyan dəymiş təxminən 400 nəfərə kordonu tərk etmək icazəsi verilmişdir (bax: yuxarıda qeyd olunan 17-25-ci bəndlər). Bu nəticələr tərəflər arasında mübahisələndirilməmişdir və Məhkəmə onların nəzərə alınmaması üçün əsas görmür. Birinci, ikinci və üçüncü ərizəçi kordon daxilində təxminən yeddi saat, dördüncü ərizəçi isə beş saat otuz dəqiqə ərzində saxlanılmışdır.Məhkəmə ərizəçilərin düşdüyü şəraiti “Enqel və digərləri Hollandiyaya qarşı” işdəki müəyyən edilmiş meyarlara istinad edərək təhlil etməlidir (bax: yuxarıda qeyd edilən 57-ci bənd). Fərqlər mövcud olsa belə (birinci ərizəçi nümayişçi kimi Oksford meydanında olmuşdur, digər ərizəçilər isə sadə yoldan keçənlər idilər) Məhkəmə hesab edir ki, azadlığın məhdudlaşdırılması baş veribmi sualın cavablandırılması üçün bu fərq vacib hesab edilmir.“Enqel” işində müəyyən edilmiş meyarlarla əlaqədar Məhkəmə hesab edir ki, narahatlıq və Oksford meydanını tərk edə bilməmək mənada kordon daxilində tətbiq edilmiş məhdudiyyətin məcburi mahiyyəti, onun müddəti və ərizəçilərə təsiri nəticəyə gəlməyə imkan yaradır ki, azadlığın məhdudlaşdırılması baş vermişdir.Lakin Məhkəmə, həmçinin, tətbiq edilmiş tədbirin “növünü” və “üsulunu” nəzərə almalıdır. Yuxarıda qeyd edildiyi ki, tədbirin tətbiq edilməsi konteksti əhəmiyyətli hesab edilir.Bununla qeyd etmək vacibdir ki, dəyişkən və təhlükəli şəraitdə tədbirin tətbiqi böyük kütlənin təcrid edilməsi və məhdudlaşdırılması məqsədini güdürdü. Hökumət qeyd etdiyi kimi (bax: yuxarıda qeyd edilən 42-ci bənd) kütlədə yerləşən insanların sağlamlığına daha ciddi zərər vurma ilə nəticələnə biləcək daha sərt tədbirləri tətbiq edə bilən polis kütlənin nəzarətdə saxlanılması üçün məhdudiyyətin qoymağına üstünlük vermişdir. Hakim bildirmişdir ki, Oksford meydanında baş vermiş hadisəni nəzərə alaraq ciddi xəsarətlərin və əmlak talanlarının qarşısının alınması üçün polisin tam kordonu qurmaqda başqa çıxış yolu olmamışdır (bax: yuxarıda qeyd edilən 26-cı bənd). Məhkəmə hakimin nəticəsi ilə razılaşmamaq üçün əsas görmür və hesab edir ki, tam polis kordonunun qurulması ən səmərəli tədbir hesab edilir. Həmçinin, ərizəçilər də mübahisələndirmirlər ki, onların azadlığı polis kordonun qurulmasından dərhal sonra məhdudlaşdırılıb (bax: yuxarıda qeyd edilən 48-ci bənd).Eyni zamanda hakimin gəldiyi nəticələrinə əsasən Məhkəmə hərəkət azadlığına qoyulmuş məhdudiyyətin azadlığın məhdudlaşdırılmasına çevrilmiş anının müəyyən etməsində çətinlik çəkir. Qeyd olunur ki tam kordonun qurulmasında beş dəqiqə sonra polis meydanın şimal hissəsində nəzarət altında insanların buraxılmasının başlanmasını planlaşdırmışdır. Otuz dəqiqə sonra başlanmış ikinci cəhd kordon daxilində və xaricində ba vermiş zorakılığa görə dayandırılmışdır. 15.00-dan 18.00-dək polis vəziyyəti nəzarətə götürmüş lakin, əraziyə etirazçıların yeni qrupunun daxil olması və kütlə daxilində təhlükəli vəziyyətin olması kordonun daxilində olan insanların buraxılmasının təhlükəli olduğu barədə nəticəyə gəlinmişdir. Nəzarət altında buraxılış saat 17.55-də bərpa edilmişdir lakin 18.15-də dayandırılmışdır; 19.00-da bərpa edilmiş və 19.20-də dayandırılmışdır; 19.30-da bərpa edilmiş və yenidən dayandırılmışdır. Bundan sonra saat 21.45-də kütlə tam buraxılanadək on nəfərli qruplarla davam etmişdir (bax: yuxarıda qeyd olunan 24-cü bənd). Bununla hakim eyni şəraiti müəyyən etmişdir ki, kütlə polis tərəfindən saat 14.00-dan 20.00-dək (buraxılma maneəsiz davam etdikdə) məhdudlaşdırılmalı idi (bax: yuxarıda qeyd olunan 24-cü bənd). Belə olan halda kütlənin təhlükəli şəraitin mövcud olması ilə əlaqədar günortadan sonra axşama qədər polisin nəzarəti altında saxlanılmağın zəruriliyi kordonun saat 14.00-da qurulması anda olan zərurətlə mahiyyətcə eynilik təşkil etdiyini nəzərə alaraq Məhkəmə hesab edir ki, kordon daxilində olan insanların Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında azadlığı məhdudlaşdırılmayıb. Azadlığın məhdudlaşdırılması baş vermədiyinə görə tədbirin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (b) və (c) yarım-bəndlərə uyğun olaraq əsaslı olub-olmadığının müəyyən edilməsi zəruri hesab edilmir.Məhkəmə yuxarıda qeyd olunan nəticəni vurğulayaraq bildirir ki, işin spesifik və istisna hallarını nəzərə alaraq azadlığın məhdudlaşdırılması baş verməyib. Bundan əlavə ərizəçilər Konvensiyanın 10-cu və 11-ci maddələri əsasında şikayət etməyiblər və bununla bağlı Məhkəmə kordon daxilində saxlanılan insanların Konvensiyanın 10-cu və 11-ci maddələrində təsbit edilmiş öz fikrini sərbəst ifadə etmək və toplaşmaq azadlıqlara müdaxilənin baş verməməsi barədə birinci instansiya məhkəməsi hakiminin qərarını qeyd edir (bax: yuxarıda qeyd olunan 32-ci bənd). Bütün demokratik cəmiyyətlərdə öz fikrini sərbəst ifadə etmək və toplaşmaq azadlıqlarının fundamental vacibliyini qeyd edərək vurğulanmalıdır ki, kütlənin nəzarətdə saxlanılması tədbirləri birbaşa və ya dolayısı ilə etirazın yatırdılması və ya həvəsləndirilməməsi üçün milli qurumlar tərəfindən istifadə oluna bilməz. İnsanların sağlamlığına və əmlaka ciddi ziyanın vurulmasının qarşısının alınması məqsədilə kordonun qurulması və saxlanılması polis üçün zəruri olmadıqda tədbirin “növü” fərqli olmalı və onun məcburi və məhdudlaşdırıcı mahiyyəti tədbirin Konvensiyanın 5-ci maddəsinin mənası altı düşmək üçün kifayət ola bilər.Nəticədə, hazırkı işdə Konvensiyanın 5-ci maddəsi tətbiq olunmadığına görə həmin müddəanın pozuntusu baş verməmişdir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ
1. Yekdilliklə ərizələri qəbuledilən hesab edir;
2. On dörd səs lehinə və üç səs əleyhinə olmaqla Konvensiyanın 5-ci maddəsinin pozulmadığını qət edir;
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2012-ci il 15 mart tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq iclasda elan edilmişdir.
Maykl OboylFransuaz Tulkens
Məhkəmə katibini müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq hakimlər Tulkens, Şpilman və Qarlitskinin əksəriyyətin mövqeyindən fərqlənən birgə xüsusi rəyi bu qərara əlavə edilir[1].
F.T.
M.O.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy