© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Ostin və başqaları Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Austin and Others v. the United Kingdom [GC]), ərizə № 39692/09
15.03.2012-ci il tarixli qərar
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Azadlıqdan məhrumetmə
Dinc nümayişçilərin yeddi saat ərzində polis kordonu içərisində saxlanılması: 5-ci maddə bu işə tətbiq edilə bilməz; pozuntu baş verməyib
Faktlar – 1 may 2001-ci ildə Londonda kapitalizmə və qloballaşmaya qarşı geniş nümayiş keçirildi. Təşkilatçılar bu niyyətləri barədə polisə məlumat verməmişdilər və onların öncədən yaydığı təşviqat materiallarında bütün London boyunca soyğunçuluğa, zorakılığa və çoxsaylı etirazlara təhrik yer almışdı. Polisin əldə etdiyi operativ məlumatlar göstərirdi ki, nümayişdə dinc nümayişçilərlə yanaşı, zorakılıq və qarşıdurma törədə biləcək 500-dən 1000-dək şəxsin iştirakı ehtimal olunur. Erkən gündüz saatlarında geniş kütlə Oksford meydanına doğru irəlilədi və sözügedən hadisələr baş verən zaman meydanın içərisində 3000-ə yaxın adam, bir neçə min adam isə ətraf küçələrdə toplaşdı. İnsanlara və mülkiyyətə ziyan yetirilməsinin qarşısını almaq üçün polislər qərara aldı ki, ərazidəki bütün çıxış yollarını kordon yaratmaqla mühasirəyə alıb kütləni onun içərisinə almaq lazımdır. Kordonun içərisindəki və bayırındakı şəxslərin zorakı davranışı və zorakılıq törətmə riski ucbatından və polisin iğtişaş yaratmaqda şübhəli saydığı şəxsləri axtarması və onların kimliyini müəyyən etməsi səbəbindən bir çox dinc nümayişçilər və yoldan keçənlər, o cümlədən ərizəçilər bir neçə saat ərzində kordondan kənara buraxılmadılar.
Bu hadisələrdən sonra birinci ərizəçi haqsız olaraq azadlıqdan məhrum edilmə və Konvensiya hüquqlarının pozulmasına görə kompensasiya üçün Yüksək Məhkəmədə presedent xarakterli iş qaldırdı. Onun tələbi rədd edildi və apellyasiya şikayətindən sonra bu qərar qüvvədə saxlanıldı. Özünün yekdil qərarı ilə[1] Lordlar Palatası müəyyən etdi ki, bu işdə Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan mənada azadlıqdan məhrumetmə yox idi, çünki polisin niyyəti həm nümayişçiləri, həm də mülkiyyəti nümayişçilərdən qorumaq olub və insanlar yalnız bu məqsədin həyata keçirilməsi üçün zəruri olan müddət ərzində kordonun daxilində saxlanılıb. Lordlar Palatasının rəyinə əsasən, kordonun daxilində saxlanılma və ya hərəkətin məhdudlaşdırılması və bu tədbirin tətbiqinə görə cavabdehlik daşıyanların niyyətləri azadlıqdan məhrumetmənin olub-olmaması məsələsi üçün əhəmiyyət kəsb edirdi, kütləni nəzarətdə saxlamaq üçün görülən tədbirlər mütənasib idi, cəmiyyətin maraqları naminə vicdanlı niyyətlə həyata keçirilmişdi və kütlənin içərisində olan, hərəkət azadlığı məhdudlaşdırılan şəxslərin 5-ci maddədə nəzərdə tutulmuş hüquqları pozulmamışdı.
Hüquqi məsələlər – 5-ci maddənin 1-ci bəndi: Bu, birinci iş idi ki, Məhkəmə polisin ictimai asayişi qorumaq məqsədi ilə bir qrup insanı "kordonun içərisinə almasına" və ya məhdud ərazidə saxlamasına 5-ci maddənin 1-ci bəndinin tətbiqi məsələsini nəzərdən keçirirdi. Bu kontekstdə aşağıdakı ümumi prinsiplər xüsusi əhəmiyyət daşıyır:
a) Əməliyyat qərarlarının qəbulunda polisə müəyyən dərəcədə diskresion səlahiyyətlər verilməlidir. 5-ci maddə polisin ictimai qaydanı qorumaq vəzifələrini yerinə yetirməsini praktiki cəhətdən mümkünsüz edən tərzdə şərh oluna bilməz, bu şərtlə ki, polis 5-ci maddənin kökündə duran prinsiplərə riayət etsin, həmin prinsiplər fərdləri qanunsuz hərəkətlərdən qorumağı nəzərdə tutur.
b) 5-ci maddənin 1-ci bəndi hərəkət azadlığına qoyulan adi məhdudiyyətlərə aid deyil, belə hallar 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir (Birləşmiş Krallıq həmin Protokolu ratifikasiya etməyib). Hər hansı şəxsin 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada "azadlıqdan məhrum edilib-edilmədiyini" müəyyənləşdirmək üçün başlanğıc nöqtəsi kimi onun olduğu konkret situasiyanı götürmək və bir sıra müxtəlif meyarları, məsələn sözügedən tədbirin növü, müddəti, təsirləri və üsulunu nəzərə almaq lazımdır. Azadlıqdan məhrumetmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq tətbiq edilmiş tədbirin xarakteri və ya mahiyyəti ilə deyil, dərəcəsi və ya intensivliyi ilə əlaqəlidir.
c) Sözügedən tədbirin arxasında duran məqsəd azadlıqdan məhrumetmənin baş verib-vermədiyi barədə qərar çıxararkən nəzərə alınmalı amil deyil (hərçənd ki, azadlıqdan məhrumetməyə 5-ci maddənin 1-ci bəndinin yarımbəndlərindən biri ilə haqq qazandırmağın mümkün olub-olmadığı sonradan araşdırılarkən bu amil əhəmiyyət kəsb edə bilər).
d) Sözügedən tədbirin hansı şəraitdə tətbiq edilməsi isə, əksinə, mühüm amildir. Çox zaman ictimaiyyət nümayəndələrindən tələb olunur ki, müəyyən şəraitdə, məsələn, ictimai nəqliyyatda və ya şosse yollarında hərəkət zamanı və ya futbol oyununda olarkən hərəkət azadlığının müvəqqəti məhdudlaşdırılmasına dözsünlər. Adi hal olan bu məhdudiyyətlər 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada "azadlıqdan məhrumetmə" adlandırıla bilməz, çünki dövlət hakimiyyəti orqanlarının nəzarəti xaricində olan hallar bu məhdudiyyətləri qaçılmaz edir, onlar ciddi xəsarət və ya ziyan riskinin qarşısını almaq üçün zəruridir və bu məqsədin tələb etdiyindən artıq olmayan dərəcədə tətbiq edilməlidir.
Ərizəçilərin işinin faktlarına gəlincə, Məhkəmə qeyd etdi ki, üç həftə ərzində məhkəmə araşdırması keçirdikdən və çoxlu sayda sübutları nəzərdən keçirdikdən sonra birinci instansiya məhkəməsinin hakimi bu qənaətə gəlib ki, polis saat 16 radələrində Oksford Meydanında "təxminən" 500-dən 1000-dək zorakı nümayişçinin olacağını gözləyirdi, kütlə səmərəli şəkildə nəzarət altına alınmayacağı təqdirdə ciddi xəsarət və hətta ölüm təhlükəsi və mülkiyyətə ziyan yetirilməsi riski real idi. 1500-dən artıq adamın iki saat qabaqcadan toplaşması polislər üçün gözlənilməz oldu və onlar qərara aldılar ki, zorakılığın və xəsarət və ziyan riskinin qarşısını almaq üçün tam kordon tətbiq edilməlidir. Tam kordon yaradıldıqdan sonra saat 14.20-dən başlayaraq kütlənin içərisindəkilərdən heç kəs icazə olmadan ərazini sərbəst şəkildə tərk edə bilməzdi. Kordonun daxilində müəyyən məkan vardı ki, insanlar orada sıxılma olmadan gəzişə bilərdilər, amma şərait rahat deyildi, nə bir sığınacaq, nə yemək, nə su, nə də tualet qurğuları vardı. Polislər gündüz və axşam saatlarında insanları kordondan buraxmağa çalışsalar da kordonun içərisində və bayırında zorakılıq edən və onlarla əməkdaşlığa getməyən çox kiçik bir azlığın davranışı ucbatından onlar bu cəhdlərini dəfələrlə dayandırmalı olurdular, nəticədə insanların bütünlüklə kordondan buraxılması yalnız saat 21.30-da başa çatdı. Bununla belə, nümayişdə iştirak etmədiyi açıq-aydın bəlli olan və kordonun daxilində qalmanın ciddi təsirinə məruz qalan 400-ə yaxın şəxsin qabaqcadan kordonu tərk etməsinə icazə verildi.
Gəldiyi bu nəticələrin əsasında Məhkəmə hesab etdi ki, kordonun içərisində saxlanılmanın məcburi xarakteri və müddəti, habelə bu tədbirin ərizəçilər üçün yaratdığı fiziki narahatlıq və onların Oksford Meydanını tərk edə bilməməsi bu tədbiri azadlıqdan məhrumetməyə yaxınlaşdıran amillərdir. Lakin Məhkəmə həm də sözügedən tədbirin "növünü" və "həyata keçirilmə üsulunu" nəzərə aldı, çünki tədbirin hansı şəraitdə tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Kordon təhlükəli və dəyişkən bir şəraitdə geniş kütləni təcrid etmək üçün tətbiq edilmişdi. Bu, daha çox ziyan riski doğura biləcək sərt üsullara əl atmadan tətbiq edilmiş azadlığın məhdudlaşdırılması tədbiri idi. Məhkəmə ölkədaxili hakimin gəldiyi belə bir nəticədən kənara çıxmaq üçün heç bir səbəb görmür ki, mövcud şəraitdə tam kordonun qurulması real surətdə mövcud olan ciddi xəsarət və ya ziyan riskinin qarşısını almaq üçün ən az müdaxilə təşkil edən və ən səmərəli olan vasitə idi. Bu baxımdan Məhkəmə hesab etmədi ki, kordonun qurulması "azadlıqdan məhrumetmə" təşkil edirdi. Əslində ərizəçilər də bunu şübhə altına almadılar ki, kordon yenicə qurularkən onun içərisində olanlar dərhal kordondan bayıra buraxılmışdılar və Məhkəmə kordonun bundan sonra məhz hansı anda ən azından hərəkət azadlığının məhdudlaşdırılmasının azadlıqdan məhrumetməyə çevrilə biləcəyi dərəcədə tam qapadıldığını müəyyənləşdirmək iqtidarında deyildi. Yaxşı mənada təəccüb doğuran haldır ki, kordon tam qurulduqdan təxminən beş dəqiqə sonra polislər insanları nəzarət altında kordonun içərisindən bayıra buraxmağa başlamışdılar. Bundan sonra onlar xeyli səy göstərib və bütövlükdə vəziyyəti ciddi nəzarət altında saxlaya bilmişdilər. Müvafiq olaraq, hazırkı işin xüsusi və müstəsna faktlarını nəzərə alsaq, 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada azadlıqdan məhrumetmə yox idi. Yekun olaraq, 5-ci maddənin tətbiqi mümkünsüz olduğuna görə bu işdə həmin maddənin pozuntusu baş verməmişdi.
Bununla belə, Məhkəmə vurğuladı ki, bütün demokratik cəmiyyətlərdə ifadə və toplaşmaq azadlıqlarının fundamental əhəmiyyətini nəzərə alsaq, kütləni nəzarətdə saxlamağa yönələn tədbirlər milli hakimiyyət orqanları tərəfindən birbaşa və ya dolayısı ilə etirazları boğmaq və ya etirazçıları çəkindirmək üçün istifadə oluna bilməz. Ciddi xəsarət və ya ziyanın qarşısını almaq üçün polisin kordon yaratması və onu saxlaması zəruri olmasaydı, tədbirin "növü" fərqli olardı və onun məcburedici və məhdudlaşdırıcı xarakteri həmin tədbirin 5-ci maddənin tətbiq dairəsinə düşməsi üçün kifayət edərdi.
Nəticə: pozuntu baş verməyib (üç səsə qarşı on dörd səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Ostin və başqaları şəhər polis komissarına qarşı [2009] UKHL 5 (Austin (FC) & another v. Commissioner of Police of the Metropolis [2009] UKHL 5).
Full & Egal Universal Law Academy