© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi barədə Məlumat Qeydi No 167
Oktyabr 2013
I.B. Yunanıstana qarşı - 552/10
Qərar 3.10.2013 [Seksiya I]
Maddə 14
Ayrı-seçkilik
Həmkarlarının təzyiqi nəticəsində İÇV-ə yoluxmuş şəxsin işdən azad edilməsi: pozuntu
Faktlar - 2005-ci ilin fevralında, illik məzuniyyəti zamanı ərizəçi insan immunçatışmazlığı virusuna (İÇV) yaxalandığını öyrənmişdir. Bu məlumat onun işlədiyi müəssisədə yayılır. İş yoldaşları işəgötürənə seropozitiv bir şəxslə işləməyə məcbur olduqlarından şikayət etməyə başlamış və ərizəçinin işdən azad edilməsini tələb etmişlər. İşəgötürən müəssisə həkimini personala İÇV və onun yoluxma yolları barədə məlumatlandırmaq üçün dəvət etmişdir. Həkim görülməli ehtiyat tədbirləri barədə danışaraq işçiləri sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq, işçilərin təxminən yarısı işəgötürənə məktubla müraciət etmiş, onu « onların səhhətini və iş hüququnun müdafiəsi üçün » ərizəçini işdən çıxarmağa dəvət etmişlər və bildirmişlər ki, əks halda müəssisədə hökm sürən harmonik atmosfer təhlükə altına düşərdi. Ərizəçinin illik məzuniyyətdən qayıtmasından iki gün əvvəl işəgötürən yunan hüququnda nəzərdə tutulan təzminatı ödəyərək, ərizəçini işdən azad etmişdir. Ərizəçi məhkəməyə şikayət edtmişdir. Kassasiya Məhkəməsi iş müqaviləsinin xətm edilməsinin qanunsuz olmadığını hesab etmiş və Appelyasiya Məhkəməsinin qərarıını ləğv etmişdir.
Hüquqi məsələləri – Maddə 8 ilə birgə götürülmüş maddə 14
a) Tətbiq edilənlik – Ərizəçi dövlət orqanlarının onu, Dövlətin məsuliyyətinə səbəb olan işəgötürəninin onun şəxsi həyatına müdaxiləsi faktına qarşı müdafiə etməməsindən şikayət edir. Şübhəsiz ki, həm iş münasibətləri, həm də İÇV-ə yoluxmuş şəxslərlə bağlı vəziyyətlər şəxsi həyat anlayışının əhatə dairəsinə düşür. Hazırki işin spesifik xüsusiyyəti vardır: İÇV-li bir işçinin işdən azad edilməsi. Ərizəçinin işdən çıxarılma səbəbi iş yerində yaxşı atmosferin saxlanması göstərilsə də, əsas səbəbin onun seropozitivliyi olması aydındır. Məhz bu fakt iş yoldaşlarının ərizəçi işdə qalarsa, müəssisənin normal fəaliyyətini pozacaqları haqqında açıq-aydın şəkildə təhdidlərinə səbəb olmuşdur. Aydındır ki, ərizəçinin işdən azad edilməsi, İÇV daşıyıcısı olsa belə heç bir xəstəlik simptomu göstərməyən bir şəxsin damğalanmasına gətirib çıxarmışdır. Bu tədbir onun şəxsiyyətinə, şəxsiyyətinə hörmətə və nəticə etibarilə, şəxsi həyatına ciddi şəkildə əks-təsir göstərmişdir. Belə əks-təsirə yeni işin axtarışı ilə bağlı qeyri-müəyyənlik və əvvəlki presedenti də nəzərə alsaq, iş tapılması ilə bağlı perspektivlərin ağlabatan dərəcədə uzaq olması da əlavə olunur. Ərizəçinin işdən azad edildikdən sonra yeni iş tapması faktı onun şəxsi həyatını normal davam etdirə biləcəyi haqqında mübahisəli məsələlərdən doğan mənfi təsiri aradan qaldırmaq üçün kifayət deyil. Beləliklə, Maddə 8-lə birgə götürülmüş maddə 14 tətbiq ediləndir.
b) Mahiyyət – Ərizəçinin vəziyyəti müəssisənin digər işçilərinin vəziyyəti ilə müqayisə edilməlidir, çünki belə bir müqayisə rəftar fərqliliyi ilə bağlı şikayəti araşdırmaq üçün uyğundur. Aydındır ki, ərizəçiyə iş yoldaşlarından hər hansı birindən daha elverişsiz vəziyyətə salınmışdır və bunun səbəbi onu seropozitivliyidir. Kiyutin qərarında Məhkəmə hesab etmişdir ki, bu xəstəliyə yoluxmanın yolları barədə məlumatın olmaması virus daşıyıcılarının damğalanmasına və cəmiyyətdən təcrid olunmasına gətib çıxaran yanlış mülahizələrin artmasına səbəb olur. Məhkəmə əlavə etmişdir ki, bu səbəbdən İÇV-li şəxslər müdafiəyə ehtiyacı olan qrupdurlar və bu şəxslərin seropozitivliyi ilə bağlı xüsusi rəftarın tətbiqi ilə bağlı tədbirlərin görülməsində Dövlətlərin mülahizə səlahiyyəti məhduddur. Bir tərəfdən, işəgötürən işçilərinin təzyiqi səbəbilə ərizəçinin müqaviləsinə xitam vermişdir. Bu təzyiqin mənbəyində ərizəçinin seripozitivliyi və bu seropozitivliyin işçilərdə oyatdığı narahatlıq durur. Digər tərəfdən, müəssisənin işçiləri müəssisə həkimi tərəfindən ərizəçi ilə iş münasibətləri çərçivəsində heç bir yoluxma təhlükəsi mövcud olmaması barədə məlumatlandırılmışlar.
Apelyasiya Məhkəməsi aydın bir şəkildə qəbul etmişdir ki, ərizəçinin seropozitivliyi onun işini icra etmək qabiliyyətinə təsir etmir və müqaviləsinin dərhal ləğv edilməsini əsaslandıracaq mənfi təsirə malik deyildi. Apelyasiya Məhkəməsi həmçinin qəbul etmişdir ki, işçilərin göstərdikləri təzyiq müəssisənin mövcudluğunu təhdid etmirdi. Beləliklə, işçilərin ehtimal edilən və ya ifadə edilən yanlış mülahizələri seropozitiv bir işçinin müqaviləsinə xitam vermək üçün yalnız bəhanə hesab edilə bilər. Belə hallarda, işəgötürənin maraqlarının müdafiə edilməsi ehtiyacı ilə müqavilədə daha zəif tərəf olan və seropozitivliyi səbəbilə bu zəifliyi daha da artan işçinin maraqlarının müdafiə edilməsi ehtiyacı əsaslı şəkildə balanslaşdırılmalıdır. Kassasiya Məhkəməsi isə Apelyasiya Məhkəməsindən fərqli olaraq sözü gedən bütün maraqları Apelyasiya Məhkəməsi qədər müfəssəl və dərin bir şəkildə balanslaşdırmamışdır. İşin əhəmiyyəti və yeniliyinə baxmayaraq, kifayət qədər yığcam şəkildə ifadə edilmiş əsaslarla, Kassasiya Məhkəməsi bildirmişdir ki, işdən azad edilmə sözün yaxşı mənasında işəgötürənin maraqlarına tamamilə uyğundur. Belə ki, işəgötürən bu qərarı müəssisədə sakitliyi bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün vermişdir Kassasiya Məhkəməsi əmək müqaviləsinin icrası üçün ərizəçinin xəstəliyinin heç bir təsirinin olmaması faktını təkzib etməsə də, qərarını, işçilərin açıq-aydın şəkildə qeyri-dəqiq mühakiməsinə, yəni ərizəçinin xəstəliyinin « yoluxucu » xarakteri barədə qorxularına haqq qazandıracaq şəkildə əsaslandırmışdır. Bu zaman Kassasisiya Məkəməsi müəssisənin normal fəaliyyəti ideyasını işçilərin anladığı şəkildə nəzərdə tutmuşdur. Nəhayət, ərizəçinin ilkin tələbi, həm birinci instansiya, həm də apelyasiya məhkəməsi tərəfindən rədd edilən müəssisəyə geri dönmək tələbi olsa da, onun kassasiya şikaşyəti apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş kompensasiya tələbi ilə məhdudlaşırdı. Bununla yanaşı, Məhkəmə hesab edir ki, Kassasiya Məhkəməsinin hazırki işdə aşağı məhkəmələrin qərarını təsdiqləyəcəyi təqdirdə və, xüsusilə də Yunanıstanda seropozitiv şəxslərin iş yerində müdafiəsini təmin edən qanunun və ya dəqiq müəyyən olunmuş məhkəmə təcrübəsinin mövcud olması halında, bu müəssisənin işçilərinin göstərəcəkləri münasibət haqqında əvvəlcədən fikir söyləmək mümkün deyildir.
Nəticədə Məhkəmə hesab edir ki, Kassasiya Məhkəməsi işəgötürənin maraqlarının işçinin maraqlarından üstün tutması səbəblərini kifayət qədər əsaslandırmamış və tərəflərin hüquqlarını Konvensiyaya uyğun şəkildə balanslaşdırmamışdır.
Nəticə : pozuntu (yekdilliklə).
Maddə 41 : mənəvi ziyana görə 8.000 avro ; maddi ziyana görə 6.339,18 avro.
(Bax : Kiyutin Rusiyaya qarşı, 2700/10, 10 mart 2011, Məlumat qeydi 139)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy