BABAYEVA AZƏRBAYCANA QARŞI 1 BEŞİNCİ BÖLMƏ BABAYEVA AZƏRBAYCANA QARŞI (Şikayət no. 57724/11) QƏRAR Maddə 8 • Ailə həyatına hörmət hüququ • Uşaqların yaşayış yerinin atalarının xeyrinə müəyyən edilməsi barədə qərarın əsas etibarılə ananın nikahdankənar münasibətlərinə əsaslandırılması • Məhkəmələrin ailənin bütün vəziyyətinin və bütün müvafiq amillərin qiymətləndirilməməsi STRASBURQ 30 yanvar 2020 Bu qərar qətidir, lakin ona redaktə xarakterli düzəlişlər edilə bilər. 2 BABAYEVA AZƏRBAYCANA QARŞI Babayeva Azərbaycana qarşı işində, Avrop İnsan Hüquqları Məhkəməsinin (5-ci Bölmə) Palatası aşağıdakı tərkibdə Angelika Nußberger, Sədr, Gabriele Kucsko-Stadlmayer, André Potocki, Yonko Grozev, Mārtiņš Mits, Lətif Hüseynov, Lado Chanturia, hakimlər, və Claudia Westerdiek, Katib, 3 dekabr 2019-cu ildə qapalı məhkəmə baxışında Aşağıdakı qərarı qəbul edilib PROSEDUR 1. 7 sentyabr 2011-ci il tarixində Azərbaycan vətəndaşı olan xanım Ləman Feruz qızı Babayeva (“ərizəçi”) tərəfindən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Məhkəmədə Azərbaycan Respublikasına qarşı ərizə (no.57724/11) əsasında başlanılmışdır. 2. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Z.Quliyev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökuməti (“Hökumət”) nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşdur. 3. Ərizəçi, xüsusilə iddia etmişdir ki, uşaqları ilə yaşamaq üçün icazənin onun xeyrinə verilməsindən imtina onun ailə həyatına hörmət hüququnu pozmuşdur. 4. 8 iyul 2014-cü ildə şikayət Hökumətə verilmişdir. BABAYEVA AZƏRBAYCANA QARŞI 3 FAKTLAR İŞİN HALLARI 5. Ərizəçi 1981-ci ildə anadan olmuşdur və Gəncədə yaşayır. 6. Ərizəçi və S. 3 fevral 2002-ci ildə evlənmişdir. Onların iki övladı, 21 dekabr 2002-ci il təvəllüdlü bir oğlu (F.) və 18 avqust 2007-ci il təvəllüdlü bir qızı (E.) vardır. 7. 22 may 2009-cu il tarixində S.-in qardaşı (bacısı) oğlu (B.) şübhələnmişdir ki, ərizəçinin nikahdankənar münasibəti var. O, ərizəçinin mənzilinə getmişdir, C. ilə qarşılaşmışdır və ərizəçinin sevgilisi olmasından şübhələnərək onu öldürmüşdür. 8. 2009-cu ilin mayında ərizəçi və S. ayrılır və ərizəçi uşaqları ilə birlikdə valideynlərinin evinə köçür və bundan sonra orada yaşayır. 9. 26 noyabr 2009-cu ildə B. cinayət üzrə məhkum olunub və səkkiz il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 10. Ərizəçinin dediyinə əsasən S.-in başqa bir qadınla nikahdankənar münasibəti olmuşdur və beləliklə, o, boşanmaq üçün müraciət etmək qərarına gəlmişdir. 12 yanvar 2010-cu ildə boşanmaq üçün müraciət edərkən ərizəçi eyni zamanda nikah dövründə əldə edilmiş əmlakının (maşın və mənzil) bölünməsini və uşaqlar üçün aliment tələb etmişdir. S. qarşılıqlı iddia qaldıraraq boşanmağı və uşaqların onunla qalması (onun himayəsi altında qalması) haqqında qərar verilməsini xahiş etmişdir. 11. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasından (“Komissiya”) ekspert rəyinin verilməsini xahiş etmişdir. 1 mart 2010-cu il tarixli ilk rəydə bildirilmişdir ki, həm atanın, həm də ananın hazırkı evləri uşaq böyütmək üçün uyğun şəraitdədir və Komissiya məhkəmənin Ailə Məcəlləsinin 52-ci maddəsinə (uşağın maraqlarına təsir edən məsələlərdə uşaqların rəyini almaq haqqında) uyğun olaraq uşaqların on yaşına çatanadək analarının himayəsində qalması haqqında qərar verməsinə etiraz etməmişdir. 12. Daha sonra Rayon Məhkəməsi Komissiyadan əlavə ekspert rəyi tələb etmişdir. 2 aprel və 5 iyul 2010-cu il tarixli sonrakı iki rəydə Komissiya bildirir ki, hər iki evdə yaşayış şəraiti uşaq böyütmək üçün uyğundur, lakin himayə haqqında qərar məhkəmənin səlahiyyətindədir. 4 BABAYEVA AZƏRBAYCANA QARŞI 13. 30 iyul 2010-cu ildə Rayon Məhkəməsi boşanmanı elan etmiş, mənzili ərizəçi və S. arasında bölüşdürmüş və uşaqların himayəsini S.-ə vermişdir. Məhkəmə ərizəçinin aliment iddiasını rədd etmişdir. Qərarın cinayət icraatında yerli məhkəmənin nəticəsinə istinad edən müvafiq hissəsi aşağıdakı kimidir: Məhkəmə zamanı tədqiq edilmiş sübutlar, o cümlədən telefon danışıqlarının yazıları L.Bayramovanın B tərəfindən öldürülmüş C.M-lə uzunmüddətli münasinətlərin olmasını və davranışının əxlaq standartlarına uyğun olmamasını göstərir. Bunlar Bayramova Ləman Feruz qızının qeyri-stabil həyat tərzi sürməsini göstərir. Bunların uşaqların sağlam mənəvi şəraitdə tərbiyə olunmasına mane olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların himayəsi ataya verilməlidir. 14. Ərizəçi apellyasiya şikayəti verərək iddia etmişdir ki, 30 iyul 2010-cu il tarixli qərar əsaslandırılmamışdır. Xüsusilə də, o iddia etmişdir ki, məhkəmə Komissiyanın ilk rəyinə qanunsuz olaraq məhəl qoymamış və bunu təsdiq edən sonrakı iki rəyi uyğun şəkildə qiymətləndirə bilməmişdir. Bundan əlavə, o, iddia etmişdir ki, məhkəmənin telefon çıxarışlarını və buna əsaslanan nəticələri sübut kimi qəbul etməsi onun şəxsi həyatını pozmuşdur. 15. 14 oktyabr 2010-cu ildə Gəncə Apellyasiya Məhkəməsi Rayon Məhkəməsinin 30 iyul 2010-cu il tarixli qərarı qüvvədə saxlamış və birinci instansiya məhkəməsinin əsaslandırmasını təkrarlamışdır. Apellyasiya Məhkəməsində aparılan məhkəmə iclası protokollarının çıxarışlarından görünür ki, Komissiyanın nümayəndəsi belə bir fikir ifadə etmişdir ki, “ərizəçinin ərini aldatması” baxımından uşaqlar ataları ilə qalmalıdır və atanın uşaq böyütmək üçün sabit maliyyə vəziyyəti, yaşayış şəraiti və həyat tərzi var. 16. Ərizəçi apellyasiya şikayəti verərək iddia etmişdir ki, məhkəmə daxili qanunvericiliyə uyğun olaraq uşaqların fikrini soruşmamışdır. O, iddia etmişdir ki, S.- in himayəni istəməsinin əsl səbəbi aliment ödəməkdən boyun qaçırmaqdır və o, ayrıldıqdan sonra onları maliyyə cəhətdən heç vaxt təmin etməmişdir. O, eyni zamanda öz izahatlarında bildirmişdir ki, ayrıldıqlarından bəri uşaqlar sadəcə onun qayğısında olmuş və o, uşaqların qayğısına yaxşı qalmış, onların rifahı üçün kifayət qədər onları təmin etmişdir. Uşaqları onun qayğısından kənarlaşdırmaq və onları fərqli mühitdə yerləşdirmək onların sağlam inkişafında böyük zərərə səbəb olacaq. Bundan əlavə, o, iddia etmişdir ki, hətta onun C. ilə nikahdankənar münasibəti olsa belə, bu onun himayədarlıq hüquqlarının məhdudlaşdırılması üçün əsas olmamalıdır. 17. 10 mart 2011-ci ildə Ali Məhkəmə apellyasiya məhkəməsinin əsaslandırmasını təkrarlayaraq, qərarı qüvvədə saxlamışdır. BABAYEVA AZƏRBAYCANA QARŞI 5 II. MÜVAFİQ DAXİLİ QANUNVERCİLİK 18. Ailə Məcəlləsində göstərilir ki, valideynlər ayrıldıqda, uşağın yaşayış yeri onlar arasında razılaşma ilə müəyyən olunmalıdır. Belə razılaşma olmadıqda, uşaqların mənafeləri, onların məsələ ilə bağlı fikirləri və digər müvafiq amillər baxımından uşağın yaşayış yeri məhkəmə qaydasında müəyyən olunmalıdır. Bunlara uşağın bacı- qardaşı və hər bir valideynə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşaqların yaşı və uşaqların tərbiyəsi və inkişafı üçün uyğun şəraitin olunması daxildir (Maddə 60.4). 19. Uşaq ilə yaşamayan valideyn onunla ünsiyyət hüququna və onun tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların və ya onlardan birinin müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qərarına əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun olaraq tədbir görülür. Bu qərara qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin müraciətinə əsasən uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər (Maddə 61). 20. Uşaq məhkəmə icraatı da daxil olmaqla, ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır (Maddə 52). HÜQUQ I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN EHTİMAL EDİLƏN POZUNTUSU 21. Ərizəçi Konvensiyanın 6-cı və 8-ci maddəllərinə əsaslanaraq, uşaqların yaşayış yerləri haqqında qərarın atalarının xeyrinə verilməsinin onun ailə həyatına hörmət hüququnu pozduğundan şikayət etmişdir. Məhkəmə hesab edir ki, bu şikayətə Konvensiyanın 8-ci maddəsinə əsasən baxılmalıdır: 1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan 6 BABAYEVA AZƏRBAYCANA QARŞI hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. A.Qəbuledilənlik 22.Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndinə əsasən açıq şəkildə əsassız deyildir. Məhkəmə daha sonra qeyd edir ki, bu şikayət digər səbəblərə görə də əsassız deyildir. Buna görə də məqbul elan edilməlidir. B. Mahiyyət 1.Tərəflərin arqumentləri (a) ərizəçi 23.Ərizəçi qeyd etmişdir ki, uşaqların yaşayış yerləri haqqında qərarın atalarının xeyrinə verilməsi onu ailə həyatına hörmət hüququna müdaxilə təşkil edir. Bu müdaxilə demokratik cəmiyyətdə zəruri deyildir, yəni, qanuni məqsədlərə xidmət etmir və aktual sosial ehtiyaclara uyğun deyildir. 24.Ərizəçi daha sonra məhkəmələrin uşaqların fikirlərini dinləmədiyini bildirmişdir. O, həmçinin, həyat yoldaşından ayrıldıqdan bəri uşaqların qayğısına tək qaldığını və onların rifahını kifayət qədər təmin edərək, onlara yaxşı qayğı göstərdiyini qeyd etmişdir. Onun fikrincə, uşaqları ondan uzaqlaşdırmaq onların inkişafına ciddi zərər vuracaq. 25. Ərizəçi, həmçinin, bildirmişdir ki, onun C ilə münasibəti qəyyumluq hüquqlarının məhdudlaşdırılması üçün əsas olmamalıdır. (b) Hökumət 26. Hökumət uşaqların yaşayış yerləri haqqında qərarın atalarının xeyrinə verilməsinin ərizəçinin ailə həyatına hörmət hüququna müdaxilə təşkil etməsini mübahisələndirməmişdir. Lakin, müdaxilənin mütənasib və qanuni məqsədlərə uyğun olduğunu bildirmişdir. 27. Hökumət bildirmişdir ki, yerli məhkəmələr ərizəçinin davranışlarını və onun uşaqların atasını görmələrinə mane olmasını, həmçinin, qərar qəbul etmə prosesinin bütövlükdə onun maraqlarının lazımi şəkildə qorunmasını təmin etdiyini nəzərə alaraq, uşaqların atalarına verilməsi barədə qərarlarını əsaslandırmaq üçün müvafiq səbəblər göstərmişdirlər. BABAYEVA AZƏRBAYCANA QARŞI 7 28. Hökumət uşaqların məhkəmələr tərəfindən dinlənilmədiyini və yerli məhkəmələrin xüsusi göstərişlərinə baxmayaraq Komissiyanın rəyini ala bilmədiklərini bildirmişdir. Bununla belə, Hökumət Komissiyanın nümayəndəsinin daha sonrakı mərhələdə dinlənildiyini və uşaqların atalarına verilməsini ifadə etdiyini bildirmişdir. 29. Hökumət, həmçinin, bildirdi ki, evli insanların nigahdankənar münasibətləri Azərbaycanda ailələr və cəmiyyət tərəfindən yaxşı qəbul olunmur. Onlar eyni zamanda hazırkı işdə yerli məhkəmələrin uşaqların tərbiyəsinin ən vacib hissəsi kimi ailə dəyərlərinin və valideynlərin mənəvi xüsusiyyətlərinin əhəmiyyətinə xüsusi diqqət yetirdiklərini qeyd etmişdirlər. 2. Məhkəmənin qiymətləndirməsi (a) ümumi prinsiplər 30. Valideynlər arasındakı münasibət pozulduqda belə, uşaqlar və valideynlərin bir- birləri ilə qarşılıqlı münasibətləri ailə həyatının təməl bir hissəsini təşkil edir (bax Keegen İrlandiyaya qarşı, 26 may 1994, paraqraf 50, Seriya A, no.290). Üzv dövlətlərdə ailə həyatı azyaşlı uşaqların qayğısı və tərbiyəsi sahəsində valideynlərin geniş hüquq və vəzifələrini ehtiva edir. Uşaqların qayğısı və tərbiyəsi normal olaraq və mütləq şəkildə valideynlərdən (və ya tək valideyndən) onların harada yaşayacaqlarına qərar vermələrini tələb edir. Bu mənada ailə həyatı və xüsusilə də valideynlərin uşaqları üzərindəki valideynlik səlahiyyətlərini həyata keçirmələri, onların müvafiq valideynlik məsuliyyətləri lazımi dərəcədə nəzərə alınmaqla xüsusilə Konvensiyanın 8-ci maddəsi (bax Nielsen Danimarkaya qarşı, 28 noyabr 1988-ci il, paraqraf 61, Seriya A, no.144, və Gruzdeva Rusiyaya qarşı, no.13553/09, paraqraf 60, 08 iyul 2014) ilə tanınır və qorunur. 31. Ailə həyatına mane olan daxili tədbirlər, məsələn, uşaqların yaşayış yerinin bir valideynə verilməsi kimi bir qərar, ailə həyatına hörmət hüququna müdaxilə təşkil edir (Hoffmann Avstriyaya qarşı, 23 iyun 1993-cü il, paraqraf 29, Seriya A, no.255-C və Palau-Martinez Fransaya qarşı, no. 64927/01, paraqraf 30). 32. Bu cür müdaxilə qanuna uyğun olaraq 8-ci maddənin 2-ci bəndində qeyd edilən qanuni məqsədə və ya məqsədlərə müvafiq deyilsə və demokratik cəmiyyətdə zəruri deyilsə bu maddənin pozuntusunu təşkil edir. Bu cür bir zərurət müdaxilənin aktual bir sosial ehtiyaca uyğun olmasını və xüsusən də həyata keçirilmiş qanuni məqsədə mütənasib olmasını nəzərdə tutur (bax V. Birləşmiş Krallığa qarşı, 8 iyul 1987-ci il, Seriya A, no.121). 8 BABAYEVA AZƏRBAYCANA QARŞI 33. Səlahiyyətli milli orqanlara verilən mülahizə sərbəstliyi məsələlərin mahiyyətinə və maraqların əhəmiyyətinə görə dəyişəcəkdir. Belə ki, Məhkəmə səlahiyyətli orqanların, xüsusilə də, himayə qərarı verərkən geniş bir mülahizə sərbəstliyinə malik olduqlarını müəyyən edir. Bununla belə, hər hansı digər məhdudiyyətlərə, məsələn, bu orqanlar tərəfindən valideynlərin görüş hüququna qoyulan qadağalar və valideynlərin və uşaqların ailə həyatına hörmət hüququnun səmərəli müdafiəsini təmin etmək üçün nəzərdə tutulmuş hər hansı hüquqi təminata gəldikdə ciddi araşdırma tələb olunur. Bu cür əlavə məhdudiyyətlər kiçik bir uşağın bir və ya hər iki valideyni ilə münasibətlərinin azaldılması təhlükəsinə səbəb olur (bax Sahin Almaniyaya qarşı, no.30943/96, paraqraf 65, və Sommerfeld Almaniyaya qarşı, no.31871/96, paraqraf 63). 34. Ayrılmış valideynlərin uşağına münasibətdə uşağın hansı valideyninə verilməsi barədə qərar verməkdə yerli məhkəmələri əvəz etmək Məhkəmənin vəzifəsi deyildir. Lakin, bu sahədə Məhkəmənin rəyi cavabdeh dövlətin öz mülahizəsini ağlabatan, diqqətli və vicdanla yerinə yetirdiyini müəyyən etməklə məhdudlaşmır; Məhkəmə, həmçinin, yerli məhkəmələr tərəfindən uşağın yaşayış yeri ilə bağlı icraatda irəli sürülən səbəblərin kifayət edib-etmədiyini və məqsədəuyğun olub-olmadığını müəyyən etməlidir (bax yuxarıda qeyd edilən Gruzdeva, paraqraf 71). 35. Şübhəsiz ki, uşağın ən üstün maraqlarına uyğun olan cəhətlərin nəzərə alınması belə işlərin hər birində çox vacibdir. Üstəlik, nəzərə alınmalıdır ki, milli orqanlar bütün maraqlı tərəflərlə birbaşa əlaqə qurmaq imkanına malikdirlər. Bu məqsədlə, Məhkəmə daxili məhkəmələrin bütövlükdə ailə vəziyyətini və bir sıra amilləri, xüsusən də faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterli amilləri dərindən araşdırdıqlarını və uşaq üçün ən yaxşı həll yolunun nə olacağını müəyyənləşdirmək üçün hər bir insanın müvafiq maraqlarını balanslı və ağlabatan qiymətləndirdiklərini müəyyən etməlidir (Antonyuk Rusiyaya qarşı no.47721/10, paraqraf 134). Belə araşdırmanın aparılmaması 8-ci maddənin pozuntusuna səbəb olacaqdır. Bunun əksinə, daxili məhkəmələr bu məsələləri diqqətlə və Məhkəmənin presedent hüququna uyğun araşdırarsa, Məhkəmə öz qiymətləndirməsini yerli məhkəmələrin qiymətləndirməsi ilə əvəz etmək üçün çox güclü səbəblər tələb edəcəkdir (bax Elita Magomadova, № 77546/14, § 63, 10 aprel 2018). 36. 8-ci maddə milli hakimiyyət orqanlarının uşağın və valideynlərin maraqları arasında ədalətli tarazlığı təmin edilməsini tələb edir və balanslaşdırma prosesində, mahiyyəti və ciddiliyindən aslı olaraq valideynlərin maraqlarından üstün ola bilən uşağın ən yüksək maraqlarına xüsusi diqqət yetirilməlidir. Xüsusilə, 8-ci maddəyə əsasən valideynlərin uşağın sağlamlığına və inkişafına zərər vura biləcək tədbirlərin BABAYEVA AZƏRBAYCANA QARŞI 9 görülməsinə hüququ ola bilməz (bax Sahin, § 66, və Sommerfeld, § 64, hər ikisi yuxarıda qeyd edilmişdir). 37. Sonda, Məhkəmə, qərar qəbul etmə prosesinin bütövlükdə ədalətli olub- olmamasını müəyyən etmədən, milli məhkəmələr tərəfindən irəli sürülən əsasların 8-ci maddənin 2-ci bəndinin məqsədləri üçün “yetərli” olub-olmamasını qiymətləndirə bilməz (bax Sahin, § 68, və Sommerfeld, § 66, hər ikisi yuxarıda qeyd edilmişdir). Konvensiyanın 8-ci maddəsi özündə dəqiq prosedur tələblər ehtiva etməsə də, müdaxilə tədbirləri ilə bağlı qərar qəbul etmə prosesi ədalətli olmalı və 8-ci maddə ilə təmin edilən maraqlarına yetərli dərəcədə hörmət edilməsini təmin etməlidir. Buna görə, Məhkəmə işin hallarını və xüsusilə, qəbul edilən qərarların əhəmiyyətini nəzərə alaraq ərizəçinin qərar qəbul etmə prosesinə cəlb edilib-edilməməsini və maraqlarının lazımi dərəcədə müdafiəsini təmin edilməsini müəyyən etməlidir (bax Z.J. Litvaya qarşı, no. 60092/12, § 100, 29 aprel 2014). (b) Hazırkı işə tətbiqi 38. Məhkəmə hesab edir ki, yaşayış yerinin atanın yanında müəyyən edilməsi barədə qərar ərizəçinin ailə həyatına hörmət hüququna müdaxiləni təşkil etmişdir (bax Antonyuk, § 119, və G.B. Litvaya qarşı, no. 36137/13, § 87, 19 yanvar 2016). 39. Məhkəmə müəyyən edir ki, müdaxilənin milli qanunvericilikdə əsası olmuşdur. Ailə Məcəlləsinin 60-cı maddəsinin 4-cü bəndinə əsasən valideynlər arasında razılıq olmadığı təqdirdə uşağın yaşayış yerinin müəyyən edilməsi bu müddəanın müvafiq kriteriyaları əsasında məhkəmə qərarı ilə müəyyən edilir. 40. Məhkəmə, müdaxilənin digərlərinin, xüsusilə uşaqların hüquqlarının müdafiə edilməsi qanuni məqsədi daşıdığı ilə razılaşmağa hazırdır. Araşdırılmalı olan məsələ, hazırkı müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmamasını müəyyən etməkdir. 41. Milli məhkəmələr tərəfindən irəli sürülən əsasların araşdırılmasına keçməzdən əvvəl Məhkəmə qeyd edir ki, hazırkı işdə qərar uşağın yaşayış yeri müəyyən edilməsilə məhdudlaşdırılmışdır. Həmçinin, qərar nə ərizəçinin uşaqları ilə qanuni münasibətlərə, nə də onun valideynlik hüquqlarına toxunmuşdur (bax Elita Magomadova, § 61). 42. Məhkəmə qəbul edir ki, uşağa qayğı qərarını qəbul edərkən milli orqanlar və məhkəmələr adətən çox çətin məsələ ilə üzləşirlər. Müvafiq milli qanunvericilikdə birgə yaşayış yeri qərarı mövcud olmadığından, milli hakimiyyət orqanlarının ayrılmış 10 BABAYEVA AZƏRBAYCANA QARŞI valideynlərdən birinin xeyrinə qərar qəbul etməkdən başqa seçimi olmamışdır (müqayisə et Antonyuk, § 121). 43. Ümumi prinsiplər və yuxarıda qeyd edilən presedent hüququna uyğun olaraq Məhkəmə hazırkı işdə milli orqanların ailə vəziyyəti və bütün müvafiq faktorların dərin araşdırmasını aparıb-aparmamasını müəyyən etməlidir. 44. Məhkəmə müəyyən etdi ki, hazırkı işdə birinci instansiya məhkəməsinin vəsatətinə əsasən Kommissiya üç rəy təqdim etmişdir. Birinci rəydə qeyd olunmuşdur ki, hər iki evin yaşayış şəraiti uşaqlar üçün qənaətbəxşdir. Rəydə daha sonra qeyd olunmuşdur ki, Kommissiya uşaqların on yaşa çatanadək ana ilə birgə yaşamalarına etiraz etməyəcəkdir. Sonrakı iki rəylərdə hər iki evin yaşayış şəraitləri ilə bağlı nəticə təkrarlanmışdır. Buna baxmayaraq, bu rəylərdə Kommissiya uşaqların valideynlərin hansı ilə qalması qeyd olunmayaraq bu məsələ milli məhkəmələrin mülahizəsinə buraxılmışdır (bax yuxarıda 11-12-ci bəndlərə). 45. Məhkəmə ilk növbədə bildirir ki, milli məhkəmələr tərəfindən Kommissiyanın birinci rəyinin yetərsiz hesab edilməsi və digər rəylərin tələb edilməsi aydın deyildir. Hökumətin birinci instansiya məhkəməsi tərəfindən Kommissiyaya uşaqların fikirlərinin alınması ilə bağlı aydın göstərişlər verməsi bildirməsinə baxmayaraq, Məhkəmə müəyyən etmişdir ki, onlar tərəfindən təqdim olunmuş sənədlərə əsasən bu cür göstərişin verilməsi həmin vəsatətlərdə əks edilməmişdir. 46. Məhkəmə daha sonra müəyyən edir ki, hər üç rəy hər iki valideynin evinin yaşayış şəraitinin qiymətləndirməsi ilə məhdudlaşmış və Kommissiya milli qanunvericiliyə əsasən uşağın üstün maraqlarını müəyyən etmək üçün uyğun ola biləcək hər hansı digər amilləri araşdırmamışdır. Bundan əlavə, hər iki valideynin valideynlik qabiliyyətinin müəyyən edilməsi üçün və uşaqların onlara bağlılığın müəyyən edilməsi üçün nə ekspert, nə də ki digər mütəxəssis cəlb edilmişdir. Milli orqanlar, eləcə də, valideynlərin ayrılmasından sonra uşaqların anası ilə nə qədər birgə yaşamasını və sabit mühit və gündəlik həyatı olub-olmamasını müəyyən etməmişlər. 47. Məhkəmə daha sonra müəyyən edir ki, milli məhkəmələr, ərizəçi tərəfindən mübahisələndirilən onun nikahdan kənar münasibətlərinə həlledici əhəmiyyət vermişdir. Milli məhkəmələr bunu edərkən ərizəçinin "qeyri-sabit həyat tərzi yaşadığını" və uşaqların mənəvi cəhətdən sağlam bir mühitdə yaşamalarını təmin etmək üçün ataları ilə yaşamalı olduqları nəticəsinə gələrək, B-nin məhkum edilməsinə dair 26 noyabr 2009-cu il tarixli hökmə və telefon yazılarına istinad etmişlər. 48. Məhkəmə təkrarlayır ki, milli məhkəmələr, xüsusilə uşağın yaşayış yerinin müəyyən edilməsi məsələlərində geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Bu BABAYEVA AZƏRBAYCANA QARŞI 11 qiymətləndirmə sərbəstliyinə baxmayaraq, Məhkəmə, milli məhkəmələrin uşaqların yaşayış yerini müəyyən edərkən əsas etibarılə ərizəçinin nikahdankənar münasibətlərinə istinad etməsini problematik hesab edir. Bunun müəyyən şərtlərdə uyğun ola biləcəyini düşünsək də, uşaqların üstün maraqları üçün digər müvafiq amillərin qiymətləndirilməsi aparılmamışdır. Xüsusilə, ərizəçinin keçmiş həyatının iki uşağının tərbiyə edilməsi və gündəlik həyatına təsirini əks etdirən birbaşa, konkret sübutun olmadığı üçün Məhkəmə hesab edir ki, milli məhkəmələr öz qərarlarını ümumi mülahizələr əsasında qəbul etmişlər (müqayisə et Palau-Martinez, § 42). 49. Milli məhkəmə proseslərində uşaqların atası ilə yaşaması barədə Kommissiyanın nümayəndəsinin fikir bildirməsi ilə bağlı Hökumətin arqumentinə gəldikdə, Məhkəmə hesab edir ki, bu fikir, uşaqları tərbiyə etmək üçün ailənin vəziyyətinin qiymətləndirilməsi aparılmadan əsas etibarılə “ərizəçinin ərinə xəyanət etməsi” faktına və atanın sabit maddi vəziyyəti, yaşayış şəraiti və həyat tərzinə əsaslanmışdır. 50. Himayə hüquqları barədə qərar qəbul edilərkən məhkəmələr uşaqların ataları ilə görüşməsinə ərizəçinin mane olması faktını nəzərə almaları ilə bağlı Hökumətin arqumentlərinə gəlincə, Məhkəmə bildirir ki, bu arqument milli məhkəmə qərarları ilə dəstəklənmir. 51. Qərarlarının əsas etibarılə ərizəçinin nikahdankənar münasibətləri ilə əsaslandırılmış olduğu halda, milli orqanlar bütün ailə vəziyyətini və müvafiq amillərin qiymətləndirməsini apara bilməmişlər. 52. Hazırkı halda, Məhkəmə qərara gəlir ki, milli məhkəmələr tərəfindən aparılmış işin araşdırılması müvafiq və yetərli olmamışdır. Nəticədə, qərar qəbul etmə prosesi qeyri- kafi olmuşdur və buna görə də uşağın üstün maraqlarının müəyyən edilməsinə imkan yaratmamışdır. Məhkəmə, beləliklə hesab edir ki, milli orqanlar uşaqların atasının xeyrinə olan yaşayış yeri haqqında qərarı müvafiq və yetərli əsaslarla əsaslandıra bilməmişlər. Milli orqanların qiymətləndirmə sərbəstliyinə baxmayaraq, müdaxilə güdülən qanuni məqsədə mütənasib olmamışdır. 53. Bu səbəbdən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ 54. Konvensiyanın 41-ci maddəsində deyilir: “Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən 12 BABAYEVA AZƏRBAYCANA QARŞI aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir.” A. Ziyan 55. Ərizəçi mənəvi ziyana görə 45.000 avro məbləğini tələb etmişdir. 56. Hökumət bildirmişdir ki, hazırkı tələb əsassızdır. 57. Məhkəmə hesab edir ki, ərizəçi elə bir mənəvi ziyana məruz qalmışdır ki, yalnız Konvensiyanın 8-ci maddəsinin pozuntusunun aşkar edilməsi ilə bu ziyan kompensasiya edilə bilməz. Ədalətli əsaslarla qərar qəbul edərək Məhkəmə, mənəvi ziyana görə 4.500 avro üstəgəl tətbiq ediləcək hər hansı vergi məbləğini təyin edir. B. Məhkəmə xərcləri və məsrəflər 58. Ərizəçi, həmçinin Məhkəmə qarşısında çəkdiyi məhkəmə xərcləri və digər məsrəflərə görə 1.600 avro məbləğini tələb etmişdir. 59. Hökumət bildirmişdir ki, ərizəçi məhkəmə xərcləri və digər məsrəflərlə bağlı tələbini əsaslandırmaq üçün hər hansı bir sənəd təqdim etməmişdir və buna görə də, heç bir məbləğ təyin edilməməlidir. 60.Məhkəmənin presedent hüququna əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin (müqayisə et Malik Babayev Azərbaycana qarşı, no. 30500/11, § 97, 1 iyun 2017). C. Faiz 61. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır. Məhkəmə Qaydalarının 60-cı maddəsinə əsasən ədalətli kompensasiya ilə bağlı istənilən tələblər detallı şəkildə göstərilməli və müvafiq təsdiqedici sənədlərlə birlikdə yazılı şəkildə təqdim edilməlidir, təqdim edilmədikdə isə Bölmə şikayəti qismən və ya tamamilə rədd edə bilər. Hazırkı işdə tələblər nə detallı olaraq göstərilmiş, nə də ki hər hansı bir sənədlə təsdiq edilmişdir. Buna görə Məhkəmə məhkəmə xərcləri və məsrəflərlə bağlı tələbi rədd edir. BU ƏSASLARLA, MƏHKƏMƏ YEKDİLLİKLƏ, BABAYEVA AZƏRBAYCANA QARŞI 13 1. Şikayəti qəbuledilən elan edir; 2. Qərara alır ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir. 3. Qərara alır ki, (a)Cavabdeh Dövlət tərəfindən Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində müvafiq ətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla 4.500 avro məbləği cavabdeh Dövlətin məzənnəsinə konvertasiya edilərək ödənilsin. (b)Cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir; 4. Ədalətli kompensasiya ilə bağlı şikayətin digər hissəsini rədd edir. Claudia Westerdiek Katib Angelika Nußberger Sədr
Full & Egal Universal Law Academy