© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Bah Birləşmiş Krallığa qarşı (Bah v. the United Kingdom), ərizə № 56328/07
27.09.2011-ci il tarixli qərar [IV Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Sosial mənzil təminatı hüququna malik olmaqda prioritet müəyyən edilərkən immiqrasiya nəzarətində olan azyaşlının maraqlarının nəzərə alınmaması: pozuntu baş verməyib
Faktlar – Syerra-Leone vətəndaşı olan xanım ərizəçiyə Böyük Britaniyada yaşaması üçün 2005-ci ildə məhdudiyyətsiz müddətə icazə verildi. Sonradan onun azyaşlı oğlunun anasının yanına gəlməsinə icazə verildi, bu şərtlə ki, oğlan vəsait almaq üçün dövlət fondlarına müraciət etməməli idi. Özəl daşınmaz əmlak mülkiyyətçisi ərizəçinin icarəyə götürdüyü mənzildə qalmasına daha icazə verməyəcəyi barədə ərizəçiyə məlumat verdikdən sonra və oğlunun gəlişindən az sonra ərizəçi öz ərazisinin yerli hakimiyyət orqanına mənzil təminatından ötrü maliyyə yardımı üçün müraciət etdi. Yerli hakimiyyət orqanı yardım göstərməyə razılıq verdi, amma ərizəçinin oğlu immiqrasiya nəzarətində olduğuna görə mənzil təminatında ərizəçiyə prioritet verməkdən imtina etdi, halbuki adətən azyaşlı uşağı olan və özündən asılı olmayan səbəbdən evsiz qalan şəxs statusuna malik olanlara prioritet verilirdi.[1] Bununla belə, yerli hakimiyyət orqanı ona şəhər ərazisindən kənarda özəl sektora aid mənzil tapmaqda kömək etdi və təxminən on yeddi ay sonra onu şəhər ərazisində sosial mənzillə təmin etdi. Nə o, nə də oğlu bu müddətdə heç vaxt evsiz qalmamışdılar. Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi şikayət etdi ki, ona prioritet verilməməsi ona qarşı ayrı-seçkilikdir.
Hüquqi məsələlər – 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddə: Etiraz edilən qanunvericilik, şübhəsiz ki, ərizəçinin və oğlunun mənzil hüququna və ailə həyatına təsir göstərmişdi, belə ki, onlar evsiz qalmaq təhlükəsi ilə üzləşdikləri zaman həmin qanunvericilik onların mənzil tapmaq məsələsində yardım üçün müraciət etmək hüququna təsir edirdi. Buna görə də işin faktları 8-ci maddənin tətbiq dairəsinə düşür və 14-cü maddə bu işə tətbiq edilə bilər.
Ərizəçinin oğlunun Birləşmiş Krallıq ərazisinə daxil olmasına belə bir açıq-aydın şərtlə icazə verilmişdi ki, o, yardım üçün dövlət fondlarına müraciət etməyəcək. Beləliklə, mənzil qanunvericiliyinə uyğun olaraq ərizəçi ilə fərqli rəftar edilməsinin səbəbi ərizəçinin milli mənşəyində deyil, oğlunun immiqrasiya statusunda idi. İmmiqrasiya statusunun fərdin təbii hüququndan irəli gələn status deyil, qanunla verilən status olması faktı bu statusun 14-cü maddənin məqsədləri üçün "digər hər hansı əlamət" hesab edilməsinin mümkünlüyünü istisna etmirdi. Lakin immiqrasiya statusunda seçim elementinin olduğunu nəzərə alsaq, bu səbəbə (yəni digər hər hansı əlamətə) əsaslanan fərqli rəftara haqq qazandırmaq üçün tələb olunan izahatın ciddilik dərəcəsi insan şəxsiyyətinə xas olan dəyişməz əlamətlərə, məsələn, cins və ya irq əlamətlərinə əsaslanan fərqli rəftara haqq qazandırmaq üçün tələb olunan izahatla müqayisədə daha aşağıdır. Həm də işin predmeti (ehtiyacı olanların mənzillə təmin olunması) əsasən sosial-iqtisadi xarakterli olduğuna görə bu halda Hökumətə verilən qiymətləndirmə sərbəstliyinin hüdudları nisbətən genişdir.
Məhdud resursların, məsələn, sosial mənzillərin ayrılması üçün meyarların müəyyənləşdirilməsi qanuni haldır, bu şərtlə ki, həmin meyarlar əsassız və ya ayrı-seçkilik xarakterli olmasın. Ərizəçinin mənzillə prioritet qaydada təmin edilməməsində hüquqa zidd heç nə yox idi. Oğlunu Birləşmiş Krallığa gətirərkən ərizəçi onun ölkəyə daxil olmasına hansı şərtlə icazə verilməsindən tam xəbərdar idi və faktiki olaraq oğluna yardım etmək üçün dövlət fondlarına müraciət etməməyə razılıq vermişdi. Birləşmiş Krallıqda qanunsuz şəkildə və ya yardım üçün dövlət fondlarına müraciət etməmək şərti ilə yaşayan şəxsin mənzillə prioritet qaydada təmin edilmək tələbatı ilə ölkədə qanuni şəkildə və hər hansı şərt tətbiq edilmədən yaşayan şəxsin bu cür tələbatı arasında fərq qoyulmasına haqq qazandırmaq olardı. Bu halda qanunvericiliyin daşıdığı məqsəd, yəni müraciət edən müxtəlif kateqoriyalı şəxslər arasında məhdud resursları ədalətlə bölüşdürmək məqsədi qanuni idi.
Evsiz qalmaq təhlükəsi nəticəsində ərizəçinin iztiraba məruz qaldığını şübhə altına almayaraq Məhkəmə qeyd etdi ki, o, bu müddətdə əslində heç vaxt evsiz qalmamışdı və yerli hakimiyyət orqanının üzərinə qanunla digər vəzifələr də düşürdü ki, evsizlik təhlükəsi özünü real surətdə büruzə verəcəyi təqdirdə həmin vəzifələr bu orqanın ərizəçiyə və oğluna yardım etməsini tələb edirdi. Son nəticədə ərizəçiyə münasibətdə davranış onun mənzillə prioritet qaydada təmin ediləcəyi halda baş verəcək davranışın eyni idi: yerli hakimiyyət orqanı ona şəhər ərazisindən kənarda (şəhər ərazisində mənzil çatışmazlığı səbəbindən) özəl sektorda kirayə mənzil tapmaqda kömək etmiş və on yeddi ay ərzində onu şəhər ərazisində sosial mənzillə təmin etmişdi. Beləliklə, ərizəçinin məruz qaldığı fərqli rəftara əsaslı və obyektiv səbəblərlə haqq qazandırmaq olardı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Həmin vaxt qüvvədə olan Sığınacaq və immiqrasiya haqqında Qanunun 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuşdu ki, digər şəxsin mənzil təminatında prioritetə malik olması məsələsi həll edilərkən immiqrasiya nəzarətində olan şəxslərin maraqları nəzərə alınmır.
Full & Egal Universal Law Academy