© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No 180
Dekabr 2014
Batista İtaliyaya qarşı - 43978/09
Qərar 2.12.2014 [Seksiya II]
4 saylı Protokolun 2-ci maddəsi
4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi
Ölkəni tərk etmək hüququ
Alimentin ödənilməməsi səbəblilə ölkənin tərk edilməsinin qadağan edilməsi: pozuntu
Faktlar – İşin əvvəlində ərizəçi arvadından ayrılma mərhələsində idi və cütlüyün iki övladı üzərindəki qəyyumluq müvəqqəti olaraq hər iki valideynə birlikdə verilmişdi. 2007-ci ildə ərizəçi oğlunun adının pasporta yazılaraq yeni pasport verilməsi tələbi ilə qəyyumluq üzrə hakimə müraciət etmişdir. Qəyyumluq üzrə hakim uşaqların aliment almaq hüququnun qeyd-şərtsiz qorunmasını nəzərə alaraq pasport verilməsinin münasib olmadığını hesab etmiş və ərizəçinin müraciətini rədd etmişdir. Bununla bağlı, hakim 600 Avro məbləğində aliment ödəməli olan ərizəçinin bu alimentin yalnız cüzi bir hissəsini ödədiyini və xarici ölkəyə köçəcəyi təqdirdə bu öhdəlikdən tamamilə boyun qaçıracağından ehtiyat etdiyini vurğulamışdır. Sonrakı ayda polis komissarı ərizəçiyə pasportunu komissarlığa təhvil verməsi haqqında göstəriş vermiş və onun xarici ölkəyə çıxış üçün yararlı olan şəxsiyyət vəsiqəsini ləğv etmişdir. 2008-ci ildə ərizəçi pasportla bağlı bir daha müraciət etmişdir. Bu müraciətin və sonrakı şikayətlərin rədd edilmə səbəbi ilkin müraciətin rədd edilmə səbəbilə eynidir.
Hüquqi məsələlər – 4 saylı Protokolun 2-ci maddəsi: daxili məhkəmələr tərəfindən ərizəçiyə pasport verilməsindən imtina edilməsi və xarici ölkəyə səyahət etmək üçün lazım olan şəxsiyyət vəsiqəsinin ləğv edilməsi onun hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnun məhdudlaşdırılması kimi təhlil edilir. Daxili hüquqda müdaxilənin açıq-aydın qanuni əsası var. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi təsdiq etmişdir ki, sözü gedən hüquq normasının əsasında « valideynin öz uşaqlarına qarşı öhdəliklərini yerinə yetirməsinin təminatı »durur. Mübahisəli tədbirin həyata keçirilməsinin məqsədi ərizəçinin uşaqlarının maraqlarını təmin etməkdir. Tədbirin legitim məqsədi əsasən başqasının – hazırki işdə aliment almalı olan uşaqların – hüquqlarının müdafiə edilməsidir.
Bununla belə, daxili məhkəmələr maraqlı tərəfin nə şəxsi vəziyyətini, nə də borclu olduğu məbləği ödəmək iqtidarında olub-olmadığını nəzərdən keçirməyi vacib hesab etməmiş və mübahisəli tədbiri avtomatik şəkildə tətbiq etmişdir. Məsələ ilə bağlı hüquqların balanslaşdırılması həyata keçirilməmişdir. Yalnız aliment alanların maddi maraqları nəzərə alınmışdır Bundan başqa, Məhkəmə müəyyən edir ki, aliment borclarının tutulması məsələsi Avropa və beynəlxalq səviyyədə mülki sahədə həyata keçirilən əməkdaşlığın obyektidir. Ölkə hüdudlarından kənarda kreditin ödənilməsinə nail olmaq üçün, xüsusilə, səlahiyyət, tətbiq edilənlik, qərarların tanınması və icrası və aliment öhdəlikləri üzrə əməkdaşlıqla bağlı Şuranın 18 dekabr 2008-ci il tarixli 4/2009 saylı Direktivi Règlement (CE) no 4/2009 du Conseil, uşaqlar və ailənin digər üzvləri üçün tutulan alimentin beynəlxalq səviyyədə ödənilməsi haqqında 23 noyabr 2007-ci il tarixli Haaqa Konvensiyası Convention de La Haye du 23 novembre 2007 və xarici ölkədə alimentlərin ödənilməsi haqqında Nyu-York Konvensiyası (Convention de New York du 20 juin 1956) kimi yararlı olan vasitələr mövcuddur. Bu vasitələr mübahisəli tədbirin tətbiqi zamanı hakimiyyət orqanları tərəfindən nəzərə alınmamışdır. Hakimiyyət orqanları ərizəçinin öz pasportu ilə xarici ölkəyə gedə və beləcə öz öhdəliyini yerinə yetirməkdən boyun qaçıra biləcəyini vurğulamaqla kifayətlənmişdir. Üstəlik, ərizəçiyə tətbiq edilən məhdudiyyət alimentin ödənilməsinin təmin etməmişdir.
Nəticə etibarilə, maraqlı tərəfə nə hüdudları, nə də müddəti nöqteyi-nəzərdən məhdudlaşdırılmayan avtomatik xarakterli tədbir tətbiq edilmişdir və daxili məhkəmələr tərəfindən tədbirin əsaslandırılması və 2008-ci ildən bu yana işin halları baxımından proporsionallığı yenidən nəzərdən keçirilməmişdir. Beləliklə, belə bir tədbirin avtomatik olaraq tətbiq edilməsi demokratik cəmiyyətdə zəruri hesab edilə bilməz.
Nəticə: pozuntu (yekdilliklə).
41-ci maddə: Mənəvi ziyana görə 5 000 avro.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy