© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012 .
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Bayatyan Ermənistana qarşı [Böyük Palata] (Bayatyan v. Armenia [GC]), ərizə № 23459/03
07.07.2011-ci il tarixli qərar [Böyük Palata]
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Öz dininə və ya əqidəsinə etiqad etmə
Əqidəsinə görə hərbi xidmətdən imtina edən şəxsin məhkum edilməsi: pozuntu baş verib
Faktlar – İyeqova (Yəhva) şahidi təriqətinə mənsub olan, hərbi xidmətə yararlı hesab edilən ərizəçi dövlət orqanlarına məlumat verdi ki, əqidəsinə görə hərbi xidmətdən imtina edir, amma alternativ mülki xidmət keçməyə hazırdır. 2001-ci ilin mayında hərbi xidmətə başlamaq üçün çağırıldıqda o, çağırışa gəlmədi və məcburi qaydada hərbi xidmətə aparılacağından ehtiyatlanaraq evini müvəqqəti tərk etdi. O, hərbi xidmətdən yayınmaqda ittiham olundu və 2002-ci ildə iki il altı ay müddətinə azadlıqdan məhrum edildi. O, təxminən on ay yarım cəza çəkdikdən sonra şərti azadlığa buraxıldı. Həmin vaxt Ermənistanda əqidəsinə görə hərbi xidmətdən imtina edənlər üçün alternativ mülki xidməti nəzərdə tutan qanun yox idi.
Hüquqi məsələlər – Maddə 9
9-cu maddənin tətbiqinin mümkünlüyü məsələsi – Bu, birinci iş idi ki, Məhkəmə əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə 9-cu maddənin tətbiqinin mümkünlüyü məsələsini araşdırırdı. Əvvəllər Avropa İnsan Hüquqları Komissiyası bir sıra qərarlarında həmin maddəni bu şəxslərə tətbiq etməkdən imtina etmiş və belə əsas gətirmişdi ki, Konvensiyanın 4-cü maddəsinin 3-cü bəndinin "b" yarımbəndinə əsasən, "hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən əqidəyə görə imtina etmənin qanuni hesab edildiyi ölkələrdə məcburi hərbi xidmətin əvəzinə müəyyən edilmiş xidmət" anlayışı məcburi əmək anlayışına daxil deyil və beləliklə, əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin hüququnu tanıyıb-tanımamaq məsələsi iştirakçı dövlətlərin ixtiyarına buraxılmışdı. Beləliklə, bu məsələ 9-cu maddənin tətbiq dairəsindən çıxarılmışdı və həmin maddə orduda qulluqdan imtina edənlərin cinayət təqibinə məruz qalmamasını təmin edən maddə sayıla bilməzdi. Lakin 9-cu maddənin bu cür şərhi həmin dövrdə üstünlük təşkil edən rəyləri əks etdirirdi. O vaxtdan bəri istər beynəlxalq səviyyədə, istərsə də Avropa Şurasına üzv olan dövlətlərin hüquq sistemlərində mühüm irəliləyişlər baş vermişdi.
Ərizəçi 9-cu maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verdiyini iddia etdiyi dövrdə – 2002-2003-cü illərdə faktiki olaraq üzv dövlətlər arasında bu məsələdə konsensus mövcud idi, onların böyük əksəriyyəti artıq əqidəsinə görə hərbi xidmətdən imtina etmək hüququnu tanımışdı. Ərizəçi həbsxanadan azad edildikdən sonra Ermənistan da bu hüququ tanıdı. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi hesab etdi ki, əqidəsinə görə hərbi xidmətdən imtina etmək hüququ Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsindən və Əsas hüquqlar haqqında Avropa İttifaqı Xartiyasının 10-cu maddəsindən irəli gəlir, sonuncu maddədə aydın şəkildə deyilir ki, əqidəsinə görə hərbi xidmətdən imtina etmək hüququ bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə uyğun olaraq tanınır. Bundan başqa, Avropa Şurasının Parlament Assambleyası və Nazirlər Komitəsi əqidəyə görə hərbi xidmətdən imtina etmək hüququnu hələ tanımayan üzv dövlətləri bir neçə dəfə bu hüququ tanımağa çağırıb və bu, son nəticədə Təşkilata yeni üzvlərin qəbulunun zəruri şərtinə çevrilib. Yuxarıda qeyd edilənləri və "canlı sənəd" doktrinasını (həmin doktrinaya əsasən, Konvensiya "canlı", yəni daim dəyişikliklərə uğrayan sənəddir) nəzərə alaraq, Məhkəmə bu qənaətə gəldi ki, 9-cu maddənin şərhində bu dəyişiklik zəruri idi və onu öncədən proqnozlaşdırmaq olardı, həmin maddə daha 4-cü maddənin 3-cü bəndinin "b" yarımbəndi ilə əlaqəli şəkildə şərh oluna bilməzdi. İstənilən halda, 4-cü maddənin mətninin tərtibi ilə bağlı hazırlıq materiallarından belə nəticə çıxır ki, 3-cü bəndin "b" yarımbəndinin yeganə məqsədi "məcburi və ya icbari əmək" anlayışının əlavə izahını vermək idi, həmin izah əqidəyə görə hərbi xidmətdən imtina etmək hüququnu nə tanıyır, də istisna edirdi. Beləliklə, o, 9-cu maddə ilə təmin edilən hüquqların hüdudlarını müəyyənləşdirmək məqsədi daşımırdı.
Müvafiq olaraq, 9-cu maddədə əqidəyə görə hərbi xidmətdən imtina etmək hüququ birbaşa qeyd edilməsə də, Məhkəmə hesab etdi ki, orduda xidmət etməkdən imtinanın kökündə bir tərəfdən orduda xidmət etmək öhdəliyi, digər tərəfdən insanın vicdan mülahizələri, yaxud dərin və həqiqi dini və ya digər əqidəsi arasında yaranan ciddi və qarşısıalınmaz ziddiyyət dayanırsa, onda bu, kifayət qədər inandırıcı, ciddi, ardıcıl və mühüm inam və ya əqidədir və 9-cu maddə ilə təmin edilən müdafiə ona şamil olunur. Ərizəçinin işində məhz belə hal vardı, buna görə də 9-cu maddə bu işə tətbiq edilə bilər.
b) 9-cu maddənin tələblərinə riayət edilib-edilməməsi məsələsi – Ərizəçinin hərbi xidmət üçün çağırışa getməməsi onun dini əqidələrinin ifadəsi idi, buna görə də onun məhkum edilməsi öz əqidəsinə etiqad etmək azadlığına müdaxiləyə bərabər idi. Müdaxilənin qanunla nəzərdə tutulub-tutulmaması və ya qanuni məqsəd daşıyıb-daşımaması sualını cavabsız buraxaraq Məhkəmə ərizəçinin işində dövlətin malik olduğu qiymətləndirmə sərbəstliyinin hüdudlarını araşdırmağa keçdi. Demək olar ki, Avropa Şurasının üzvü olan bütün dövlətlərin alternativ hərbi xidmət barədə qanunvericilik qəbul etdiklərini nəzərə alsaq, bunu etməyən hər hansı dövlət yalnız məhdud qiymətləndirmə sərbəstliyinə malikdir və bu hüquqa hər hansı müdaxilənin "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəldiyini sübut etməlidir. Lakin həmin dövrdə Ermənistanda mövcud olan sistem vətəndaşların üzərinə elə bir öhdəlik qoymuşdu ki, həmin öhdəlik əqidəsinə görə hərbi xidmətdən imtina edənlər üçün potensial olaraq ciddi nəticələr doğurur, eyni zamanda bu şəxslər üçün heç bir istisna nəzərdə tutmur və ərizəçi kimi hərbi xidmətdən imtina edən şəxslərin cəzalandırılmasına səbəb olurdu. Buna görə də belə sistem bütövlükdə cəmiyyət ilə fərdin maraqları arasında balansı təmin etmirdi. Məhkəmənin rəyinə görə, ərizəçinin ciddi dini əqidəsinə heç bir güzəşt edilmədən ona cinayət sanksiyasının tətbiq edilməsi demokratik cəmiyyətdə zəruri sayıla bilməz. Bundan başqa, Məhkəmə qeyd etdi ki, ərizəçinin cinayət təqibinə məruz qalaraq məhkum edilməsi o vaxt baş vermişdi ki, Ermənistanın hakimiyyət orqanları Avropa Şurasına qoşulduqdan sonra konkret müddət ərzində alternativ xidmət barədə qanunvericilik aktı qəbul edəcəklərinə dair rəsmi öhdəlik götürmüş və ərizəçi məhkum ediləndən bir ildən də az vaxt keçdikdən sonra həmin aktı qəbul etmişdilər. Belə olan halda ərizəçinin məhkum edilməsi Ermənistanın rəsmi islahatlar siyasətini və qanunvericilik dəyişikliklərini həyata keçirmək barədə beynəlxalq öhdəliyinə birbaşa zidd idi və bu məhkum edilmə qərarının təxirəsalınmaz ictimai tələbatdan irəli gəldiyini söyləmək olmazdı.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Mənəvi ziyana görə 10.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy