© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Beyan Rumıniyaya qarşı (Beian v. Romania), ərizə № 30658/05
06.12.2007-ci il tarixli qərar [III Bölmə]
6-cı maddə
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Ali məhkəmə orqanının ziddiyyətli qərarları: pozuntu baş verib
14-cü maddə
Ayrı-seçkilik
Ali məhkəmə orqanının ziddiyyətli qərarları nəticəsində eyni vəziyyətdə olan şəxslərlə fərqli rəftar edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi 1953-cü ildə hərbi xidmətə çağırılmış, lakin atası kənd təsərrüfatının kollektivləşdirilməsinin əleyhinə çıxdığına görə hərbi təlimlərdən kənarlaşdırılmışdı. Əvəzində o, bir neçə hərbi hissədə inşaatçı kimi xidmət etdi. 22 may 2002-ci il tarixli 309 saylı Qanuna əsasən, Əmək Departamentinin tabeliyində olan hərbi hissələrdə yetirilən iş məcburi əmək idi və buna görə kompensasiya tədbirləri, o cümlədən aylıq vəsaitin ödənişi, pulsuz tibbi xidmət və lisenziyalı televiziya yayımının haqqının ödənilməsindən azad edilmə nəzərdə tutulmuşdu. Ərizəçi bu Qanunda nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququna malik deyildi, çünki Əmək Departamentinin tabeliyində olmayan hərbi hissədə xidmət edirdi. O, Kassasiya Məhkəməsinə bu faktdan şikayət etdi ki, qanunvericilik Əmək Departamentinin tabeliyində olan hərbi hissələrdə məcburi əməyə cəlb edilən şəxslərlə Əmək Departamentinin tabeliyində olmayan hərbi hissələrdə analoji işləri yerinə yetirən, amma qanunda nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilməyən şəxslər arasında fərq qoyur. O, iddia etdi ki, onunla eyni vəziyyətdə olan keçmiş hərbi qulluqçu barəsində Kassasiya Məhkəməsinin çıxardığı qərarda göstərilib ki, 2002-ci il tarixli 309 saylı Qanunun müddəaları həmin hərbi qulluqçuya şamil olunur. Kassasiya Məhkəməsi ərizəçinin şikayətini rədd edərək belə əsas gətirdi ki, onun xidmət etdiyi hərbi hissə Əmək Departamentinin tabeliyində olan hərbi hissələrin siyahısına daxil deyil.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Kassasiya Məhkəməsi bir sıra qərarlarında 2002-ci il tarixli 309 saylı Qanunun hərbi xidmətdə olarkən məcburi əməyə cəlb olunmuş şəxslər üçün kompensasiya tədbirləri haqqındakı müddəalarını hərbi qulluqçuların xidmət etdikləri hərbi hissələrin hansı orqanın tabeliyində olmasından asılı olmayaraq, müddətli hərbi qulluq keçən bütün şəxslərə şamil etmişdi. Lakin o, eyni dövrdə çıxardığı digər qərarlarda, o cümlədən ərizəçinin işində fərqli nəticəyə gəlmişdi.
Milli səviyyədə ən yüksək instansiya məhkəməsinin praktikasının vahidliyini təmin edən vasitələrin olmaması ucbatından həmin məhkəmə eyni gündə eyni qanunun tətbiq dairəsi barədə tamamilə bir-birinə zidd olan qərarlar qəbul edib. Halbuki ali instansiya məhkəməsinin funksiyası presedent hüququndakı bu cür ziddiyyətləri nizama salmaqdır. Konkret olaraq bu işdə Kassasiya Məhkəməsi dərin və uzunmüddətli ziddiyyətlər doğuran qərar qəbul edib. Ali məhkəmə orqanının bu cür praktikası özlüyündə hüquqi müəyyənlik prinsipinə ziddir. Öz funksiyasını yerinə yetirmək və qanunvericiliyə aşağı məhkəmələr üçün məcburi qüvvəyə malik şərhlər vermək əvəzinə Kassasiya Məhkəməsi özü qeyri-müəyyənlik mənbəyinə çevrilmiş və beləliklə, ictimaiyyətin məhkəmə sisteminə inamını sarsıtmışdı.
Hüquqi müəyyənliyin olmaması ərizəçini, analoji vəziyyətdə olan digər şəxslərdən fərqli olaraq, qanunun ona verdiyi hüquqlardan istifadə etmək imkanından tamamilə məhrum etmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilməsi məsələsi: Ərizəçi hərbi xidmət zamanı yerinə yetirdiyi məcburi əməklə əlaqədar olaraq 2002-ci il tarixli 309 saylı Qanunun ona verdiyi hüquqların dövlət orqanları tərəfindən tanınmamasından şikayət etdi. Hərbi xidmət zamanı məcburi əməyə cəlb olunmuş ərizəçi onun müvafiq hüquqlarının tanınması üçün zəruri olan şərtlərə cavab verirdi. Həmin hüquqların ona verilməsindən imtina edilməsi yalnız bu fakta əsaslanırdı ki, onun xidmət etdiyi hərbi hissə Əmək Departamentinin tabeliyində deyildi. Lakin Əmək Departamentinin tabeliyində olmayan hərbi hissələrdə məcburi əməyə cəlb olunmuş hərbi qulluqçuların müvafiq hüquqlarını tanıyan qərarların Kassasiya Məhkəməsi tərəfindən qəbul edildiyini nəzərə alsaq, ərizəçi haqlı olaraq tələblərinin təmin ediləcəyinə ümid bəsləyirdi. Beləliklə, 1 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilər.
Kassasiya Məhkəməsinin presedent hüququndakı ziddiyyətlər ucbatından ərizəçinin və onunla analoji vəziyyətdə olan digər şəxslərin işlərinə fərqli yanaşmaya yol verilmişdi. Bu, sadəcə birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin mövcud olduğu istənilən ölkənin hüquq sistemində presedent hüququna xas olan fərqlilik deyildi, bu cür mübahisələri həll etmək funksiyasını yerinə yetirərkən Kassasiya Məhkəməsinin yol verdiyi nöqsanların nəticəsi idi. Hökumət bu fərqli rəftarı izah edən hər hansı obyektiv və əsaslı səbəb göstərmədi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Bütün növ ziyanlara görə ərizəçiyə 5.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy