© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Boçan Ukraynaya qarşı (№ 2) [BP] – 22251/08
5.2.2015 tarixli qərar [BP]
Maddə 6
Mülki icraat
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət imkanı
Mülki hüquq və vəzifələr
Ədalətli məhkəmə araşdırması
Müstəsna şikayəti rədd edərkən Ali Məhkəmə tərəfindən Avropa Məhkəməsinin qərarının açıq-aydın əsassız şərh edilməsi: 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər; pozuntu baş verib
Faktlar – Ərizəçi torpaq üzərində mülkiyyət hüququ ilə bağlı çoxdankı mübahisə ilə əlaqədar ölkədaxili məhkəmələrdə son nəticədə uğursuz nəticələnmiş məhkəmə prosesinə qatılmışdı. O, 2001-ci ildə Avropa Məhkəməsinə ərizə verərək ölkədaxili icraatın ədalətsiz keçirilməsindən şikayət etdi. 3 may 2007-ci il tarixli qərarında* Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu müəyyən etdi və belə əsas gətirdi ki, araşdırmanın gedişində daxili məhkəmələrin qəbul etdikləri qərarlar 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırmasının təminatlarından olan məhkəmənin müstəqilliyi və qərəzsizliyi, hüquqi müəyyənlik və qərarın yetərincə əsaslandırılması tələblərinə cavab verməyib. O, mənəvi ziyana görə ərizəçiyə 2.000 avro təyin etdi.
Avropa Məhkəməsinin qərarına istinadən ərizəçi Ukrayna Ali Məhkəməsinə "müstəsna hallarla əlaqədar" şikayət ərizəsi ("müstəsna şikayət") verərək xahiş etdi ki, onun işi üzrə daxili məhkəmələrin qərarlarını ləğv etsin və onun tələblərini bütünlüklə təmin etsin. 2008-ci ilin martında Ali Məhkəmə onun şikayətini rədd edərək qərara aldı ki, daxili məhkəmələrin qərarları düzgün və əsaslı olub. O, 2008-ci ilin iyununda ərizəçinin təqdim etdiyi əlavə müstəsna şikayəti qəbul olunmayan elan etdi.
Hazırkı iş üzrə Avropa Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinadən şikayət etdi ki, onun müstəsna şikayətini rədd edərkən Ali Məhkəmə 3 may 2007-ci il tarixli qərarında Avropa Məhkəməsinin gəldiyi nəticələri nəzərə almayıb.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Məhkəmə üç məsələni müəyyən etməli idi: a) 3 may 2007-ci il tarixli qərarın icrasına Nazirlər Komitəsi tərəfindən nəzarətin hələ də davam etdirilməsi nəzərə alınmaqla, Konvensiyanın 46-cı maddəsi ərizəçinin müxtəlif şikayətlərinə Məhkəmənin baxmasını əngəlləyirdimi; b) ərizəçinin müstəsna şikayəti üzrə ölkədaxili icraat Konvensiyada yer alan təminatlarla müşayiət olunmuşdumu; və əgər belədirsə, c) 6-cı maddənin 1-ci bəndinin tələblərinə əməl olunmuşdumu?
a) Konvensiyanın 46-cı maddəsi Məhkəmə tərəfindən şikayətlərin araşdırılmasını əngəlləyirdimi – Böyük Palata bir daha xatırlatdı ki, Məhkəmənin qərarlarının icrası sahəsində Nazirlər Komitəsinin rolu Məhkəmənin qərarının icrası zamanı cavabdeh dövlət tərəfindən görülmüş tədbirlərlə əlaqədar yeni şikayət ərizəsinə Məhkəmə tərəfindən baxılmasına mane olmur, bu şərtlə ki, həmin ərizədə işə aid olan və ilkin qərarda öz həllini tapmayan məsələlərə dair yeni informasiyalar yer almış olsun.
Hazırkı işdə ərizəçinin bəzi iddialarını Məhkəmənin 3 may 2007-ci il tarixli qərarının lazımi qaydada icra olunmaması barədə şikayət kimi başa düşmək olardı. Lakin artıq Məhkəmə tərəfindən müəyyən edilmişdi ki, Məhkəmə qərarlarının icra edilməməsinə və ya artıq Məhkəmə tərəfindən aşkar edilmiş pozuntunun düzəldilməməsinə dair şikayətlər Məhkəmənin səlahiyyəti xaricindədir. Buna görə də əvvəlki məhkəmə işində 6-cı maddənin 1-ci bəndinin əvvəlki pozuntusunun düzəldilməməsi ilə bağlı ərizəçinin şikayəti qəbul olunmayan hesab edildi.
Lakin ərizəçinin şikayət ərizəsində Ali Məhkəmənin 2008-ci il tarixli qərarı ilə yekunlaşmış məhkəmə icraatının aparılmasına və ədalətliliyinə aid olan yeni məsələlər də qaldırılmışdı. Konkret olaraq, həmin qərarda Ali Məhkəmənin verdiyi izahat Avropa Məhkəməsinin 2007-ci il tarixli qərarında gəldiyi müvafiq nəticələrə açıq-aydın zidd idi. Beləliklə, bu yeni şikayət özlüyündə Avropa Məhkəməsinin qərarının nəticəsi ilə və ya onun qərarının milli məhkəmələr tərəfindən effektiv şəkildə yerinə yetirilməsi ilə deyil, Ali Məhkəmənin ərizəçinin müstəsna şikayəti üzrə məhkəmə icraatında çıxardığı 2008-ci il tarixli qərarında gəldiyi qənaətin nəyə əsaslanması ilə əlaqədar idi. Beləliklə, bu şikayət 2007-ci il tarixli qərarda araşdırılmış situasiyadan fərqli olan durumla bağlı idi və bu şikayətdə həmin qərarda öz əksini tapmayan məsələlərə dair müvafiq yeni informasiyalar yer almışdı. Müvafiq olaraq, 46-cı maddə Ali Məhkəmənin 2008-ci il tarixli qərarı ilə yekunlaşmış məhkəmə icraatının ədalətsizliyi barədə ərizəçinin yeni şikayət ərizəsinə Məhkəmə tərəfindən baxılmasına mane olmurdu.
b) Ərizəçinin müstəsna şikayəti üzrə icraata 6-cı maddəsinin tətbiqinin mümkünlüyü məsələsi – 6-cı maddənin 1-ci bəndi xitam verilmiş cinayət proseslərinin bərpa olunması üçün verilən müstəsna şikayətlərə adətən şamil olunmasa da, müvafiq konkret hüquq sistemində müstəsna şikayət üzrə icraatın xarakteri, əhatə dairəsi və konkret xüsusiyyətləri 6-cı maddənin 1-ci bəndinin bu icraata və həmin bənddə tərəflər üçün nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması təminatlarına şamil olunmasına imkan verə bilər. Müvafiq olaraq, Məhkəmə hazırkı işdə nəzərdən keçirilən müstəsna şikayətin xarakterini, əhatə dairəsini və konkret xüsusiyyətlərini araşdırmalı idi.
Qüvvədə olan milli qanunvericilik bazası əvvəlki məhkəmə qərarlarının qüsurlu olduğu barədə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq ərizəçinin mülki işinə Ali Məhkəmə tərəfindən yenidən baxılmasına imkan yaradan hüquqi müdafiə vasitəsi ilə ərizəçini təmin edirdi. Həmin qanunvericilikdə işə məhkəmə nəzarəti qaydasında yenidən baxılması nəzərdə tutulduğuna görə, ərizəçinin verdiyi müstəsna şikayət üzrə icraata, Ukrayna qanunvericiliyində müəyyən edilmiş kassasiya icraatında olduğu kimi, əvvəlki (xitam verilmiş) mülki icraatın davamı kimi baxmaq olardı. Baxmayaraq ki, bu halda kassasiya tipli icraatın xüsusi cəhətləri 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş prosessual təminatların hansı qaydada həyata keçiriləcəyinə təsir göstərə bilərdi, Məhkəmə bu fikirdədir ki, həmin təminatlar adətən mülki işlər üzrə kassasiya icraatında olduğu kimi tətbiq edilməlidir.
Ukraynanın qüvvədə olan qanunvericilik normaları əsasında gəlinən bu nəticəni ərizəçinin müstəsna şikayətini rədd edərək barəsində şikayət edilən qərarları dəyişiklik etmədən saxlamazdan əvvəl Ali Məhkəmənin 14 mart 2008-ci ildə həyata keçirdiyi "araşdırmanın" əhatə dairəsi və xarakteri də təsdiqləyirdi. Ali Məhkəmə işin materiallarını və əvvəlki məhkəmə prosesində qəbul edilmiş məhkəmə qərarlarını ərizəçinin yeni arqumentlərinin işığında nəzərdən keçirmişdi, həmin arqumentlər əsasən Avropa Məhkəməsinin 3 may 2007-ci il tarixli qərarına əsaslanırdı.
Beləliklə, həm Ukrayna qanunvericiliyinin müvafiq müddəalarını, həm də Ali Məhkəmə tərəfindən ərizəçinin müstəsna şikayəti üzrə qəbul edilmiş və sonradan iyun 2008-ci il tarixli qərarla təsdiqlənmiş 14 mart 2008-ci il tarixli qərarla yekunlaşan icraatın xarakterini və əhatə dairəsini nəzərə alaraq, Məhkəmə hesab etdi ki, bu icraat ərizəçinin mülki hüquq və vəzifələrinin müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyırdı. Beləliklə, 6-cı maddənin 1-ci bəndində yer alan müvafiq təminatlar bu icraata şamil olunurdu.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
c) 6-cı maddənin 1-ci bəndinə əməl olunmuşdumu?
Məhkəmə bir daha xatırlatdı ki, o, dördüncü instansiya qismində hərəkət etməməli və beləliklə milli məhkəmələrin qərarlarını 6-cı maddənin 1-ci bəndi əsasında şübhə altına almamalıdır, lakin milli məhkəmələrin gəldiyi nəticələrin qanunsuz və ya açıq-aydın əsassız hesab edilə biləcəyi hallar istisna təşkil edir.
Hazırkı işdə Məhkəmə qeyd etdi ki, mart 2008-ci il tarixli qərarında Ali Məhkəmə onun 3 may 2007-ci il tarixli qərarında gəldiyi nəticələri açıq-aydın yanlış şərh edib. Konkret olaraq, Ali Məhkəmə Avropa Məhkəməsinin bu qənaətə gəldiyini iddia edib ki, ərizəçinin işində daxili məhkəmələrin qərarları qanuni və əsaslı olub və "ağlabatan müddət" barədə təminat pozulduğuna görə ona ədalətli təzminat təyin olunub (ərizəçinin şikayəti faktiki olaraq açıq-aydın əsassız sayılaraq rədd edilmişdi). Bu mülahizələr açıq-aydın yanlış idi. Ali Məhkəmənin izahı sadəcə hüquqi mətnin fərqli şərhi deyildi. Məhkəmənin rəyinə görə, bunu yalnız "açıq-aydın əsassız" və ya "ədalət mühakiməsini həyata keçirməkdən imtinaya" gətirib çıxaran şərh kimi qəbul etmək olardı, belə ki, 2007-ci il tarixli qərarın təhrif olunmuş şəkildə təqdim edilməsi ərizəçinin mülkiyyət iddiasının onun əvvəlki işi üzrə Məhkəmənin çıxardığı qərarın işığında daxili qanunvericilikdə nəzərdə tutulmuş kassasiya tipli prosedur çərçivəsində araşdırılmasına yönələn cəhdlərini heçə endirmişdi. Beləliklə, barəsində şikayət edilən məhkəmə icraatı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "ədalətli məhkəmə" araşdırması tələbinə cavab verməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə 10.000 avro təyin olundu.
* Boçan Ukraynaya qarşı, ərizə № 7577/02, 3 may 2007-ci il.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy