© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Bulua Lüksemburqa qarşı [Böyük Palata] (Boulois v. Luxembourg [GC]), ərizə № 37575/04
03.04.2012-ci il tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Həbsxananın idarəetmə şurasının məhbusu məzuniyyətə buraxmaqdan dəfələrlə imtina etməsi və bu imtinadan inzibati məhkəmələrə şikayət etmək hüququnun olmaması: pozuntu baş verməyib
Faktlar – Ərizəçi on beş il müddətinə azadlıqdan məhrum edilmişdi. 2003-cü il ilə 2006-cı il arasında o, həbsxanadan müvəqqəti buraxılmaq ("həbsxana məzuniyyəti") üçün altı vəsatət verdi və konkret olaraq belə əsas gətirdi ki, inzibati vəzifələrini icra etmək, habelə ixtisasa yiyələnməkdən ötrü kursa getmək istəyir. Onun bütün vəsatətləri həbsxananın idarəetmə şurası tərəfindən rədd edildi. Ərizəçi ilk iki imtina qərarına məhkəmə qaydasında yenidən baxılması üçün İnzibati Məhkəməyə ərizə verdi, həmin məhkəmə bu ərizəyə baxılmasının onun səlahiyyətinə aid olmadığını bildirərək ərizəni rədd etdi. Bu qərar Yüksək İnzibati Məhkəmə tərəfindən qüvvədə saxlanıldı.
14 dekabr 2010-cu il tarixli qərarla (136 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası üç səsə qarşı dörd səslə bu qənaətə gəldi ki, 6-cı maddənin 1-ci bəndi pozulub və qərarı belə əsaslandırdı ki, imtina qərarına məhkəmə qaydasında yenidən baxılması üçün verilmiş ərizənin mahiyyəti üzrə qərar çıxarılmaması həbsxananın idarəetmə şurasının qərarlarına inzibati məhkəmələrin nəzarətinin təsirini heçə endirib. Bundan başqa, qüvvədə olan qanunvericilikdə məhbuslar üçün hər hansı digər hüquqi müdafiə vasitəsi nəzərdə tutulmamışdı.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin cinayət-hüquqi aspekti bu işə tətbiq edilə bilməzdi, çünki həbsxana sisteminə aid məhkəmə prosesi prinsipcə "cinayət ittihamının" irəli sürülməsi ilə əlaqədar deyildi. Buna görə də Məhkəmə 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş prosessual təminatların ərizəçinin həbsxana məzuniyyəti ilə bağlı məhkəmə icraatına şamil olunub-olunmadığını müəyyən etmək üçün araşdırmalı idi ki, həmin icraat ərizəçinin "mülki hüququ" ilə əlaqədar idimi? O, öncə araşdırmalı idi ki, ərizəçi həbsxana məzuniyyəti "hüququna" malik idimi? Daxili qanunvericilikdə həbsxana məzuniyyətinə məhbusun günün bir hissəsini və ya iyirmi dörd saatını həbsxanadan kənarda keçirməsinə verilən icazə kimi anlayış verilmişdi. Bu, müəyyən hallarda məhbuslara "verilə bilən" imtiyaz idi. Bu, şübhəsiz ki, hüquq deyil, imtiyaz idi, çünki bu imtiyazı müəyyən edərkən qanunverici orqan ondan imtina edilməsinə qarşı hüquqi müdafiə vasitəsi nəzərdə tutmamışdı. Hətta məhbus formal olaraq məzuniyyətə buraxılma meyarlarına uyğun gəlsəydi belə, səlahiyyətli orqanlar məzuniyyətə icazə verib-verməmək məsələsində diskresion səlahiyyətə malik idilər. Qanunvericiliyə daxili məhkəmələr tərəfindən verilən şərhə gəldikdə, inzibati məhkəmələr ərizəçinin ona məzuniyyət verilməməsi barədə qərardan verdiyi şikayətə baxılmasının onların səlahiyyətinə aid olmadığını bildirmişdilər. Müvafiq olaraq, ərizəçi bu "hüququn" ölkədaxili hüquq sistemində tanındığını əsaslı olaraq iddia bilməzdi.
Bundan başqa, Məhkəmə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin tədricən cəmiyyətə təkrar inteqrasiyası siyasətinin qanuni məqsəd daşıdığını qəbul etsə də, nə Konvensiyada, nə də onun Protokollarında həbsxana məzuniyyəti hüququ birmənalı şəkildə nəzərdə tutulmayıb. Eyni sözlər beynəlxalq hüququn müvafiq prinsipinə də aid idi. Nəhayət, həbsxana məzuniyyəti almaq hüququ və onun hansı qaydada verilməsi məsələsində üzv dövlətlər arasında konsensus mövcud deyildi. İstənilən halda, cavabdeh dövlət məhbusların başqa yerə köçürülməsi məsələsinə etinasız yanaşmırdı, həbsxana məzuniyyətlərinin mövcudluğu və cəzaların icrası ilə bağlı aparılan qanunvericilik islahatı da bunu sübut edirdi.
Bütün bu mülahizələri nəzərə alsaq, ərizəçinin iddiaları Lüksemburq qanunvericiliyi və ya Konvensiya ilə tanınan "hüquqla" əlaqədar deyildi. Müvafiq olaraq, 6-cı maddə bu işə tətbiq edilə bilməz.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy