© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 188
Avqust-sentyabr 2015
Bouyid Belçikaya qarşı [BP] - 23380/09
Qərar 28.9.2015 [BP]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Ərizəçiləri dindirən polisin onlara sillə vurması iddiası: pozuntu
Faktlar – biri hadisənin baş verdiyi zaman yetkinlik yaşına çatmamış şəxs olan iki qardaş ərizəçilər polis tərəfindən ayrı-ayrılıqda dindirilmişlər. Hər ikisi iddia edirlər ki, polis onların üzünə bir dəfə sillə vurmuşdur. Onlar bununla bağlı şikayət vermişlər və mülki tərəf kimi iştirak etmişlər, lakin onların şikayəti rədd edilmişdir.
21 noyabr 2013-cü il qərarı ilə (bax : Məlumat qeydi 168), Məhkəmənin bir palatası, yekdilliklə pozuntu maddə 3-ün pozulmadığı qərarına gəlmişdir.
Hüquqi məsələlər – Maddə 3 (maddi aspekt)
a) Faktların müəyyən olunması – Faktual prezumpsiyadan yararlanmaq üçün, 3-cü maddənin qurbani olduğunu iddia edən ərizəçilər sübut etməlidir ki, polis və ya digər müqayisə oluna bilən hakimiyyət orqanlarının nəzarəti altında olduqdan sonra üzərlərində pis davranışın izləri vardır.
Ərizəçilərin faktların baş verdiyi gün, polis komisarlığında çıxdıqdan dərhal sonra tərtib edilən tibbi arayışları sübut edir ki, ərizəçilərin üzlərində həm də eritemalar və göyərmələr də olub ki, bunlar sillə izlərinin nəticəsi olması mümkündür. Bundan əlavə, onların üzündə komissarlığa girməzdən əvvəl belə izlərin olmadığı da mübahisələndirilmir.
Nəhayət, yerli proses boyunca adı çəkilən polis əməkdaşları ərizəçilərə sillə vurduqlarını daim inkar etsələr də, ərizəçilər daimi olaraq bunun əksini iddia etmişlər. Bundan başqa, istintaqda ciddi qüsurlar olduğu nəzərə alınarsa, sadəcə ki, istintaqın bunun əksini göstərən hər hansı sübut təqdim etməsı səbəbilə polis əməkdaşlarının ifadələrinin dəqiq olması qənaətinə gəlmək mümkünsüzdur. Üstəlik, Hökumətin dinləmələr zamanı irəli sürdüyü, ərizəçilərin polis əməkdaşlarına qarşı iş qaldırmaq naminə özlərinə sillə vurmaları fərziyyəsini sübut edən heç bir dəlil yoxdur.
Beləliklə, ərizəçilər tərəfindən təqdim olunan ərizədə təsvir olunan göyərti izlərinin onların polis idarəsində olduğu vaxt baş verdiyi iddiası kifayət qədər əsaslıdır.
b) Ərizəçilərə qarşı davranışın təsnifatlandırılması – Hökumət sadəcə hər hansı sillənin vurulmasını inkar edir. Faktiki olaraq, iş materiallarından bəlli olur ki, sillə hörmətsiz münasibətə cavab olaraq qeyri-iradi şəkildə baş vermiş hərəkət olub və təbii ki, bu, zəruriliyin təsdiq edilməsi üçün yetərli deyil. Nəticədə, ərizəçilərin ləyaqəti alçaldılıb və buna görə də Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.
Hər bir halda, Məhkəmə vurğulayır ki, hüquq mühafizə orqanının əməkdaşı tərəfindən tamamilə onun nəzarəti altında olan şəxsə sillə vurulması, həmin şəxsin ləyaqətinə ciddi hücum hesab olunur.
Sillə vurulan şəxsə bu sillənin əhəmiyyətli dərəcədə təsiri var. Üzə vurulan sillə şəxsin bədəninin elə hissəsinə təsir edir ki, bu hissə onun şəxsiyyətini, eləcə də sosial şəxsiyyətini ifadə edir və onun hisslərinin mərkəzinə - görməsinə, nitqinə və eşitməsinə - təsir edir ki, qeyd edilən bu hisslər digərləri ilə kommunikasiya yaratmaq üçün istifadə olunur.
Qurbanın öz gözündə ləyaqətinin alçaldılmasının, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərli olması səbəbindən, hətta qabaqacadan düşünülməmiş sillə, həmin sillənin vurulduğu şəxsə hər hansı ciddi və ya uzun müddətli təsir göstərib göstərməməsindən asılı olmayaraq, onun tərəfindən ləyaqəti-alçaldan hərəkət kimi qəbul edilər bilər.
Bu, hüquq mühafizə orqanları əməkdaşları tərəfindən onların nəzarətində olan şəxslərə sillə vurulması onların arasında nəzarət-tabeçilik münasibətlərini vurğulayır. Qurbanların bu cür hərəkətin qeyri-qanuni olduğunu bilməsi faktı həmin hərəkətə yol verən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən əxlaq və peşə etikasının pozulması deməkdir və qəbuledilməz olan bu hərəkət daha sonra bu hərəkətə məruz qalan şəxslərdə özbaşına davranış, ədalətsizlik və gücsüzlük kimi hisslər doğura bilər
Bundan başqa, polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Bu şəxsləri qorumaq vəzifəsi daşıyan hakimiyyət orqanları, əməkdaşlarından birinin qarşısındakı şəxsə sillə vuraraq onu alçaltmasına yol verərək bu vəzifəsinə etinasız yanaşır.
Sillənin polis əməkdaşı tərəfindən qurbanın hörmətsiz və ya təhrikedici hərəkətləri nəticəsində qeyri-iradi şəkildə vurulmasına dair irəli sürülən iddia bu işdə qəbuledilən deyil. Buna görə də Böyük Palata bu məsələdə Palatadan fərqli mövqedədir. Konvensiya hətta ən ağır vəziyyətlərdə belə, şəxsin hərəkətlərindən asılı olmayaraq, işgəncə, qeyri-insani və insan ləyaqətini alaçldan rəftarı və ya cəzanı mütləq şəkildə qadağan edir
Demokratik cəmiyyətlərdə pis rəftar heç vaxt hakimiyyət orqanlarının rastlaşdıqları problemin həlli yolu deyil. Polis, xüsusilə “hər hansı işgəncə və ya pis rəftar və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanı heç bir halda törətməməli, buna yol verməməli və ya buna dözümlülük göstərməməlidir” (Polis Etikası Məcəlləisi). Bundan başqa, Konvensiyanın 3-cü maddəsi həm də Dövlətin üzərinə hüquq mühafizə orqanları əməkdaşlarını maarifləndirərək onları yüksək peşəkarlıq səviyyəsinə çatdırmaq yolu ilə heç kimin işgəncəyə və ya bu normaya zidd hər hansı hərəkətə məruz qalmamasını təmin etmək məsuliyyəti qoyur.
Son olaraq, birinci ərizəçi yetkinlik yaşına çatmamışdı. O da əhəmiyyətlidir ki, hüquq mühafizə orqanları öz vəzifələrinin icrası zamanı yetkinlik yaşına çatmayanlarla əlaqədə olduqları zaman onların yaşları ilə bağlı zəifliklərini lazımi şəkildə nəzərə almalıdırlar. Polisin azyaşlılarla davranışı bəzən sadəcə olaraq bu şəxslərin azyaşlı olması səbəbindən Konvensiyanın 3-cü maddəsinin tələblərini poza bilər, lakin həmin davranış böyüklərə münasibətdə qəbuledilən sayla bilər. Buna görə də hüquq mühafizə orqanları əməkdaşları azyaşlılarla işləyərkən daha ehtiyatlı davranmalı və özlərinə daha çox nəzarət etməlidirlər.
Nəticədə, polis idarəsinin nəzarətində olarkən polis əməkdaşları tərəfindən onlara vurulan sillə onların hərəkətlərindən doğan ciddi zərurət nəticəsində tətbiq edilən fiziki güc tələbinə cavab vermir və odur ki, bu davranış onların ləyaqətini alçaldıb.
Ərizəçilərin kiçik bədən xəsarətinə istinad etdiklərini və ciddi fiziki və ya əqli əziyyətə məruz qadlqlarnı nümayiş etdirmədiklərini nəzərə alaraq qeyd edilməlidir ki, sözügedən davranış qeyri-insani rəftar və ya, a fortiori, işgəncə hesab oluna bilməz. Buna görə də Məhkəmə hesab edir ki, hazırki işdə ləyaqəti alçaldan davranış baş verib.
Nəticə : pozuntu (on dörd səs lehinə, üç səs əleyhinə).
Maddə 3 (prosedural aspekt) : Ərizəçilərin iddialarını tibbi arayışlarla əsaslandırmasına və iş materiallarına əlavə edilməsinə baxmayaraq, istintaq orqanları bu iddialara lazım olan diqqəti göstərməyiblər və hüquq mühafizə orqanları əməkdaşları tərəfindən tamamilə onların nəzarətində olan şəxsə qarşı sillə vurulması ilə müşahidə olunan davranışın xarakterini nəzərə almayıblar. Birinci ərizəçinin şikayəti ilə istintaqın sonunu göstərən kassasiya mərhələsinin sonuna qədər beş il, ikinci ərizəçinin halında isə dörd il səkkiz ay müddət ötmüşdür. Beləliklə, ərizəçilər səmərəli araşdırmadan yararlana bilməmişlər.
Nəticə : pozuntu (yekdilliklə).
Maddə 41 : mənəvi ziyana görə, ərizəçilərin hər birinə 5 000 Avro
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy