İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
ÜÇÜNCÜ BÖLMƏ
BUCİAŞ RUMINİYAYA QARŞI
(ərizə no. 32185/04)
QƏRAR
STRASBURQ
01 iyul 2014
Hazırkı qərar Konvensiyanın44 § 2 maddəsində göstərilən hallarda qəti qüvvəyə minəcəkdir. Redaktə xarakterli düzəlişlərə məruz qala bilər.
Buciaş Ruminiyaya qarşı işdə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (üçüncü bölmə) aşağıdakı Palata tərkibində:
Josep Kasadevall, sədr,
Alvina Qyulmyan,
Yan Sikuta,
Luis Lopez Querra,
Yohan Silvis,
Valeriu Qritko,
İulia Antonella Motoc, hakimlər,
və Santiaqo Quesada, bölmənin iclas katibi,
10 iyun 2014-cü il tarixində qapalı müşavirə keçirməklə,
həmin tarixdə qəbul olunmuş aşağıdakı qərarı çıxarmışdır:
PROSESİş iki Rumıniya vətəndaşı olan cənab İoan Buciaş və cənab Aleksandru Buciaş (“ərizəçilər”) tərəfindən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsi üzrə Rumıniyaya qarşı 15.07.2004-cü ildə Məhkəməyə təqdim olunmuş ərizə ilə başlanılmışdır. Katibliyə məlumat verilmişdir ki, ikinci ərizəçi Aleksandru Buciaş 06.12.2005-ci il tarixində vəfat etmişdir. Onun həyat yoldaşı xanım Margit Buciaş və qızları xanım Margit Buciaş onun adından ərizənin davam etdirilməsini istəmiş və təmsil olunmaq üçün eyni vəkili təyin etmişlər. Rahatlıq məqsədilə cənab Aleksandru Buciaşa “ikinci ərizəçi” kimi istinad olunacaqdır, baxmayaraq ki, indi həmin statusa onun dul arvadı və qızının malik olduğu hesab edilir (inter alia, Pandolfelli və Palumbo İtaliyaya qarşı işinə baxın, 27.02.1992, § 2, A seriyası no. 231-B).Ərizəçilər Oradeada fəaliyyət göstərən vəkil cənab T.Koloya tərəfindən təmsil olunmuşlar. Rumıniya Hökuməti (“Hökumət”) Xarici İşlər Nazirliyindən olan əməkdaşları xanım İ.Kamrea tərəfindən təmsil olunmuşdur.Ərizəçilər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə iddia etmişlər ki, daşınmaz əmlaklarının satılması ilə bağlı iddialarına baxmaqdan imtina etməklə heç bir qanuni məqsəd olmadan əmlaklarından məhrum edilmişlər.28.03.2011-ci il tarixində ərizə barədə Hökumətə bildirilmişdir.
FAKTLARİşin halları
1994-cü ildə ərizəçilərin atası öz daşınmaz əmlakını, Osorheidə yerləşən bina və ona aid torpaq sahəsini zəmanət olaraq girov kimi təklif edərək H.M.C. ilə kredit müqaviləsi bağlamışdır.03.06.1994-cü il tarixində girov torpaq reyestrində qeydiyyata alınmışdır.Ərizəçilərin atası borcu təyin olunan gündə qaytarmadığına görə onun daşınmaz əmlakı 31.05.1996-cı il tarixində hərracda bir ailəyə, T.T.T. və T.T.S.-ə satılmışdır.Uğurlu alıcıların daşınmaz əmlak üzərində mülkiyyət hüququ torpaq reyestrində qeydiyyata alınmışdır.01.07.1996-cı il tarixində ərizəçilərin atası məcburi satışa etiraz etmiş, daşınmaz əmlakının satılması barədə qərarın ləğv olunmasını istəmişdir. İcraat 05.01.1998-ci il tarixində torpaq reyestrində qeydiyyata alınmışdır.Sonradan 30.12.1998-ci il tarixində, hərracda satışın ləğv olunması ilə bağlı icraatın davam etdiyinə baxmayaraq, alıcılar (T.T.T. və T.T.S.) daşınmaz əmlakı digər şəxsə, S.R.-ə satmışlar.26.04.2000-ci il tarixində Oradea Apellyasiya Məhkəməsi ərizəçilərin atasının iddiasını təmin etmiş və nəticədə borcun ödənildiyinə, həmçinin satış qiymətinin əmlakın həqiqi dəyərindən xeyli az olduğuna əsaslanaraq daşınmaz əmlakın məcburi satışını ləğv etmişdir. Lakin o, daşınmaz əmlak S.R.-ə satıldığına görə onun üzərində mülkiyyət hüququnu bərpa edə bilməmişdir.Quod nullum est, nullum producit effectum prinsipinə istinadən o, iki satış müqaviləsinin: T.T.T. və T.T.S.-in hərracda daşınmaz əmlakı aldıqları barədə müqavilə və T.T.T. və T.T.S. ilə S.R. arasında bağlanmış sonrakı müqavilənin ləğv olunması ilə bağlı Oradea Rayon Məhkəməsinə iddia ilə müraciət etmişdir.Proses zamanı ərizəçilərin atası vəfat etmiş və onun varisləri olaraq ərizəçilər tərəfindən əvəz olunmuşdur.25.10.2001-ci il tarixində Oradea Rayon Məhkəməsi son alıcı S.R.-in daşınmaz əmlakı vicdanlı alıcı olaraq aldığına əsaslanaraq mülki iddianı rədd etmişdir.Ərizəçilər S.R.-in vicdanlı alıcı olmadığına dair iddia irəli sürmüşlər. Onlar bildirmişlər ki, məcburi satışın ləğv olunması ilə bağlı atalarının başlatdığı prosedurdan S.R. xəbərdar idi, belə ki, həmin prosedur torpaq reyestrində qeydiyyata alınmışdı.Məcburi satışın ləğvinin bu barədə xəbərdar olan şəxlərin bütün sonrakı hərəkətlərinin ləğvi ilə nəticələnməli olduğuna əsaslanaraq, iddia Bihor Dairə Məhkəməsinin 22.05.2003-cü il tarixli qərarı ilə təmin edilmişdir.08.04.2004-cü il tarixində Oradea Apellyasiya Məhkəməsi alıcılar tərəfindən qanun müddəaları üzrə təqdim olunan son alıcı S.R.-in müqaviləyə vicdanlı alıcı olaraq qoşulduğuna əsaslanan iddianı təmin etmişdir. Alıcının vicdanlı olmasına dair Apellyasiya Məhkəməsinin əsaslandırılması aşağıdakı kimidir:
“Hazırkı işdə, müqavilədən göründüyü kimi, dövlət notariusundatəsdiqlənərək, satış müqaviləsi dövlət notariusunda imzalanmasından uzun müddət əvvəl yekunlaşmış, qiymət tərəflər arasında razılaşdırılmış və tam olaraq 09.10.1996-cı ildə ödənilmişdir; həmin tarixdə alıcının saxta niyyətlə hərəkət etdiyinə dair nəticə çıxartmağa səbəb ola biləcək heç bir ünsür yox idi.”
Qərara üç hakimdən birinin xüsusi rəyi əlavə olunmuşdur, o hesab etmişdir ki, məcburi satışın - və sonradan onun daşınmaz əmlakının T.T.T. və T.T.S.-ə satışının - ləğv olunması ilə bağlı ərizəçilərin atasının başladığı prosedurun 05.01.1998-ci ildə torpaq reyestrində qeydiyyata alındığına baxmayaraq, sonuncu yalnız 30.12.1998-ci il tarixində daşınmaz əmlakı S.R.-ə satmışdır. Bundan başqa, T.T.T. və T.T.S. ərizəçilərin atasının başladığı ləğv edilmə prosedurunun tərəfləri olmuşlar.Xüsusi rəyin müvafiq hissəsi aşağıdakı kimidir:
“Cavabdehlər (T.T.T. və T.T.S.) 1996-cı ildən xəbərdar idilər ki, dövlət hərracında aldıqları daşınmaz əmlak proses predmetidir, belə ki, özləri həmin prosesin tərəfləri olmuşlar. Alıcı S.R.-in də prosesdən xəbəri var idi, belə ki, 30.12.1998-ci il tarixində notariusda təsdiqlənərəq imzalanmış satış müqaviləsində açıq şəkildə qeyd olunmuşdur ki, daşınmaz əmlak Oradea Rayon Məhkəməsində 6558/1996 nömrəli işin predmetidir.”
...
“Tərəflərin qiymətin 09.10.1996-cı ildə ödəndiyini satış müqaviləsində göstərməsi faktının aidiyyəti yoxdur, o halda ki, əmlakın satıcıdan alıcıya keçməsi müqavilənin dövlət notariusu qarşısında imzalandığı tarixdə, 30.12.1998-ci ildə baş vermişdir, proses torpaq reyestrinə daxil edildikdən sonra ....
Əlavə olaraq, sənədlərə əsasən cavabdehlərin heç birinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olmadığı görünür. Onlar əmlakı tərk etməkdən imtina edən iddiaçılara qarşı bir neçə köçürülmə icraatı başlatmışlar.”
II. Müvafiq daxili qanunvericilik və presedent hüququ
Vicdan haqqında presedent hüququ
19. Vicdananlayışının tərifi və sübutetmə öhdəliyi Paduraru Rumıniyaya qarşı (no. 63252/00, §§ 49-53 ECHR 2005-XII) işində təsvir olunmuşdur.
B. Kadastr və daşınmaz əmlak reklamı haqqında 7/1996 nömrəli qanun
7/1996 nömrəli qanunun kontekstində kadastr və torpaq reyestri ölkə ərazisində daxili əhəmiyyətli bütün daşınmaz əmlakın texniki, iqtisadi və hüquqi qeydləri üzrə vahid və icbari sistemdir və bu məqsədlərə xidmət edir: əmlakla bağlı texniki, iqtisadi və hüquqi məlumatın müəyyən edilməsi; maraqlı şəxslərə daşınmaz əmlakla bağlı hüquqları bərqərar edən, keçirən, dəyişən və ya ləğv edən sənədlər əsasında məlumat təmin etmək; vergi sistemini və ev bazarını dəstəkləmək və daşınmaz əmlak əməliyyatlarının təhlükəsizliyinin təmin olunmasına, həmçinin ipoteka krediti almağın asanlaşdırılmasına yardım etmək.Maraqlı şəxslərin məlumatlandırılması məqsədilə daşınmaz əmlak torpaq kitabçalarında qeydiyyata alınır. Hər bir torpaq kitabçası qeydiyyatın eyniləşdirmə nömrəsini və daşınmaz əmlakın yerləşdiyi mövqeyi göstərməklə titula istinad edir, həmçinin üç əsas hissədən ibarət olur:
a) I Hissəyə daşınmaz əmlakın təsviri daxildir;
b) II Hissə sahibin adını, daşınmaz əmlak üzərində sahiblik titulunu, müvafiq istifadə, həmçinin sahiblik tituluna aid digər qeydiyyatları göstərir;
c) III Hissə üçüncü tərəflərə müvəqqəti olaraq verilən hüquqlara istinad edir (kirayə, icarə, istifadə, məhdudiyyətlər, məhkəmə çəkişməsi və/yaxud şəxsi qadağa barədə məlumat kimi).Qanunun 34-cü maddəsinə əsasən, əgər hüquq əldə olunan zaman torpaq reyestrinə onun məzmununu dəyişən heç bir akt daxil edilməmişdirsə və ya bu qeyri-dəqiqlik barədə hər hansı digər yolla məlumatsız qalmışdırsa, torpaq kitabçasının məzmunu məhkəmə qərarı ilə müəyyən öhdəliklərlə birlikdə həqiqi hüquq əldə edən şəxsin xeyrinə dəqiq hesab edilir.Qanunun 56-cı maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində hüququ ötürən, dəyişən, tərtib edən və ya ləğv edən aktı hazırlayan dövlət notariusu vəzifə borcu üzrə torpaq reyestrində qeydiyyatın aparılması barədə sorğu etməlidir.
Torpağın satış müqaviləsinin bağlanması haqqında müddəalar
Rumıniya qanunvericiliyinə əsasən, torpağın satışı haqqında müqavilə dövlət notariusu tərəfindən təsdiqləndikdən sonra tərəflər arasında məcburi qüvvəyə minir. Dövlət notariusunda təsdiqlənməyən torpaq üzərində hüququn ötürülməsi haqqında müqavilə etibarsızdır.Obyekti daşınmaz əmlak olan ötürmə aktını təsdiqləmək üçün dövlət notariusunun torpaq kitabçasından çıxarışa ehtiyacı var. Həmin çıxarışı Torpaq Reyestr İdarəsindən almaq üçün dövlət notariusu müvafiq torpaq reyestr idarəsinə ərizə formu təqdim etməli və rüsumun ödənildiyinə dair sübut əlavə etməlidir.
ŞİKAYƏT
KONVENSİYANIN 1 saylı PROTOKOLUNUN 1-ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
Ərizəçilər şikayət etmişlər ki, daşınmaz əmlaklarının hərracda satışının ləğv olunduğuna baxmayaraq, Oradea Apellyasiya Məhkəməsinin 08.04.2004-cü il tarixli qanunsuz qərarı səbəbindən onun sonrakı satışının ləğvinə nail ola bilməmişlər.
Onlar Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişlər:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”
Ərizənin məqbuliyyəti
Hökumət iddia etmişdir ki, şikayət Konvensiyayaratione materiae ziddir, belə ki, 1 saylı Protokolun 1-ci maddəsinin mənasınagörə ərizəçilər hər hansı “əmlaklara” sahib olduqlarını sübut etməmişlər.Ərizəçilər Hökumət ilə razılaşmadılar.Məhkəmə hesab edir ki, etiraz ərizəçilərin şikayətinin mahiyyəti ilə sıx əlaqəlidir. Bu səbəbdən, məhkəmə etiraza mahiyyətin aşağıdakı tədqiqi çərçivəsində baxacaqdır. O həmçinin qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin § 3 (a) mənası üzrə açıq şəkildə əsassız deyil və hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən, o, məqbul hesab olunmalıdır.
İşin mahiyyəti
Tərəflərin dəlilləri
Ərizəçilər iddia etmişlər ki, vicdanlı alıcı olmayan üçüncü tərəfə daşınmaz əmlaklarının Oradea Apellyasiya Məhkəməsinin 08.04.2004-cü il tarixli qərarı ilə qüvvədə saxlanılan satışı 1 saylı Protokolun 1-ci maddəsinə zidd olmuşdur. Onlar vurğulamışlar ki, Məhkəmə yalnız alıcının deyil, həm də daşınmaz əmlakı hərracda alan satıcıların vicdanlı olmadıqlarını nəzərə almalıdır. Ərizəçilərin atalarının öz daşınmaz əmlakının dövlət hərracında satılması əleyhinə başladığı prosesdən xəbərdar olmalarına baxmayaraq, əlverişli qərar çıxdığı halda əmlakın ilkin sahibə qayıtmasının qeyri-mümkün olması üçün onu satmışlar. Onlar, həmçinin vurğulamışlar ki, məcburi satışın ləğv olunması ilə bağlı prosesin 05.01.1998-ci il tarixində torpaq reyestrində qeydiyyata alınmasına baxmayaraq, daşınmaz əmlak 30.12.1998-ci il tarixində satılmışdır.Hökumət bəyan etmişdir ki, ərizəçilərin mülkiyyət hüququna heç bir müdaxilə edilməmişdir. Bununla əlaqədar, onlar iddia etmişlər ki, alıcının vicdanlılığı qeyd olunmalıdır, çünki S.R. daşınmaz əmlakın qiymətini 1996-cı ildə, yəni satış müqaviləsinin dövlət notariusu qarşısında imzalanmasından və müvafiq olaraq ərizəçilərin ataları tərəfindən başladılan prosesin torpaq reyestrində qeydiyyatından xeyli əvvəl ödəmişdir. Əlavə olaraq onlar təsbih etmişlər ki, əgər Məhkəmə ərizəçilərin mülkiyyət hüququna müdaxilənin olunduğunu hesab edərsə, bu cür müdaxilə qanuni, haqlı və mütənasib olmuşdur. Alıcının xeyrinə çıxan qərar Rumıniyanın Mülki Məcəlləsinə və vicdanlılığı tənzimləyən prinsiplərə uyğun olmuşdur və qanunsuz hesab oluna bilməzdi.
Məhkəmənin qiymətləndirməsi
(a) Sahibliyin olub-olmaması
Məhkəmə qeyd edir ki, 26.04.2000-ci il tarixli qərarı ilə Oradea Apellyasiya Məhkəməsi ərizəçilərin atalarının iddiasını təmin etmiş və nəticə etibarilə daşınmaz əmlakın hərracda satışını bu əsasla ləğv etmişdir ki, borc qaytarılmışdır və qiymət əmlakın həqiqi dəyərindən xeyli az idi. Ləğv olunmanın geriyə təsiri əsasında ərizəçilər daşınmaz əmlakın sahibi oldular. Sonrakı satışın ləğv olunmasının birbaşa nəticəsi olaraq ərizəçilərin əmlaklarını və ya onun maddi dəyərini qaytarmaq ixtiyarları var idi.Bu səbəbdən, Məhkəmə hesab edir ki, 1 saylı Protokolun 1-ci maddəsi üzrə ərizəçilər əmlaka malik idilər və nəticə olaraq Hökumətin ratione materiae etirazını rədd edir.
(b) Müdaxilənin olub-olmaması
Ləğv olunmanın geriyə təsiri əsasında ərizəçilərin daşınmaz əmlakın sahibi olduqları faktına baxmayaraq, onlar əmlaklarının üçüncü tərəfə satılmasının ləğv olunmasına nail ola bilməmişlər.Məhkəmə hesab edir ki, 08.04.2004-ci il tarixində Oradea Apellyasiya Məhkəməsi tərəfindən əmlakın S.R.-ə sonrakı satışının ləğv olunması ilə bağlı ərizəçilərin müraciətinin rədd edilməsi onların öz əmlakından dinc istifadə etmək hüququna müdaxilə edib.1-ci maddənin birinci bəndinin birinci cümləsində göstərilən ümumi qaydaya uyğun olmaq üçün bu cür müdaxilə cəmiyyətin ümumi marağının tələbləri ilə şəxsin əsas hüquqları arasında “ədalətli tarazlığa” cavab verməlidir (Lönnroth İsveçə qarşı işinə baxın, 23.09.1982-ci il, § 69, A seriyası, no. 52). Əlavə olaraq, ədalətli tarazlığınolub-olmadığı problemi “o zaman yaranır ki,müvafiq müdaxilənin qanunilik tələbini təmin etdiyi və qanunsuz olmadığı müəyyən edilmişdir” (İadridis Yunanıstana qarşı işinə [ümumi palata] baxın, no. 31107/96, § 58, ECHR 1999-II).
(c) Qanunilik prinsipinə uyğunluq
Məhkəmə təkrarlayır ki, Konvensiyanın 1-ci maddəsinə əsasən “Müqavilə üzrə Tərəf [öz] səlahiyyəti çərçivəsində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarını təmin edir”. Həmin hüquqi alətdə müəyyən olunmuş hüquqların səmərəli istifadəsini təmin etmək öhdəliyi Dövlət üçün müsbət öhdəliklərlə nəticələnə bilər (X və Y Niderlanda qarşı, 26.03.1985-ci il, §§ 22-23, A seriyası, no. 91).Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair Məhkəmə təkrarlayır ki, hətta şəxslər ilə şirkətlər arasında çəkişməli işlərdə əmlak hüququnun qorunması üzrə tədbirlərin görülməsi Dövlətin öhdəliklərinə daxildir. Xüsusilə, Dövlətin mübahisənin tərəflərinə lazımi prosessual təminatlar təklif edən məhkəmə icraatını təmin etmək öhdəliyi var və beləliklə, daxili məhkəmə və tribunallara tətbiq olunan qanun üzrə səmərəli qərar çıxartmaq imkanı yaradır. Lakin Məhkəmə təkrarlayır ki, onun həmin daxili qanunun düzgün şərhi və tətbiqini təsdiqləmək üzrə səlahiyyəti məhduddur və milli məhkəmələrin yerini tutmaq onun funksiyası deyil, onun rolu həmin məhkəmələrin qərarlarının qanunsuzluqlaqüsurlu və ya açıq şəkildə əsassız olmadığını təmin etməkdir (Anheuser-Busch Inc. Portuqaliyaya qarşı [ümumi palata], nö. 73049/01, § 83, ECHR 2007-I). Bu xüsusilə o deməkdir ki, Dövlətlərin üzərində zəruri təminatlartəqdim edən və bununla daxili məhkəmə və tribunallara fiziki şəxslər arasında mübahisələrə dair səmərəli və ədalətli qərar çıxartmaqla bağlı öhdəlik var.
Hazırkı işdə aydındır ki, Məhkəmənin Rumıniya məhkəmələri və tribunalları tərəfindən çıxartdığı qərarları sual altına qoymaq səlahiyyəti yoxdur. Əvəzində Məhkəmənin rolu daxili qanunvericiliyin onlar tərəfindən şərhi və tətbiqinin nəticələrinin Konvensiyada göstərilən prinsiplərə uyğunluğunu təsdiq etməkdən ibarətdir.Bununla əlaqədar, Məhkəmə qeyd edir ki, yerli son instansiya məhkəməsi apellyasiyada çıxarılan qərarı ləğv etmiş və alıcının vicdanlı olduğuna əsaslanaraq ərizəçilərin iddiasını rədd etmişdir. Daşınmaz əmlakın qiymətinin tərəflər arasında müəyyənləşdiyi və 09.10.1996-cı il tarixində alıcı tərəfindən ödəndiyi və beləliklə satış müqaviləsinin 1996-cı ildə bağlandığı qənaətinə gəlinməsi faktı üç hakimlik panelin iki hakimi tərəfindən irəli sürülən alıcının vicdanlı olmasını müdafiə edən əsas arqument olmuşdur. Həmin vaxtda ərizəçilərin atası tərəfindən başlanan ləğv olunma prosesi torpaq reyestrinə daxil edilməmişdir.Məhkəmə həmin mülahizə ilə razılaşa bilməz, çünki Rumıniya qanunvericiliyinə əsasən torpaqla əlaqədar satış müqavilələri dövlət notariusunda təsdiqlənməlidir. Dövlət notariusunda təsdiqlənməyən torpaq üzərində mülkiyyət hüququnun ötürülməsi ilə əlaqədar hər hansı müqavilə etibarsızdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə satış müqaviləsinin obyekti bina və ətraf torpaq ərazisidir. Bu səbəbdən Məhkəmə hesab edir ki, etibarlı satış müqaviləsi yalnız 30.12.1998-ci il tarixində, yəni tərəflərin onu dövlət notariusunda imzaladığı gün bağlanmışdır. Həmin zaman proses torpaq kitabçasında qeyd olunmuşdu və S.R. bu barədə xəbərdar olmadığını iddia edə bilməzdi.Vicdan prinsipi ilə əlaqədar Məhkəmə qeyd edir ki, həmin zaman qüvvədə olan Mülki Məcəllənin 1898 § 1 maddəsinə görə, vicdan sahibliyi ötürmək üçün satıcının bütün hüquqi tələbləri yerinə yetirdiyinə dair alıcının inancından ibarətdir.Məhkəmə əlavə olaraq qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Əgər tərəflər satıcının əmlakın sahibi olmadığını bilərək qeyri-vicdanlı şəkildə davranmışlarsa, hüquqi rəy və presedent-hüququ bir qayda olaraq hesab edir ki, satış möhtəkir əməliyyat, məqsədcə qeyri-qanuni olmuşdur və müvafiq olaraq etibarsızdır (fraus omnia corrumpit).Hazırkı işdə hər iki tərəf bilirdi ki, ilkin satış ləğv oluna bilər, çünki daşınmaz əmlakın sahibi məcburi satışa məhkəmədə etiraz etmişdi. Lakin əmlakın qeyri-müəyyən statusu haqqında xəbardar olduqlarına baxmayaraq, onlar satış müqaviləsini bağladılar. Əlavə olaraq, onlardan heç biri heç vaxt daşınmaz əmlak üzərində sahiblik hüququna malik olmamışlar; sonrakı alıcılar tərəfindən başladılan bir neçə köçürülmə icraatına baxmayaraq, ərizəçilər öz evlərində yaşamağa davam etmişlər.Bu səbəbdən, yuxarıdakı mülahizələrə əsasən Məhkəmə hesab edir ki, daxili son instansiya məhkəməsinin qərarı qeyri-inandırıcı şəkildə əsaslandırılmışdır.Məhkəmə hesab edir ki, araşdırmasını davam etdirməyə və ümumi maraq tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsinin tələbləri arasında tarazlığın olub-olmadığını qiymətləndirməyə zərurət yoxdur. Yuxarıdakı mülahizələr kifayətdir ki, Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunan, ərizəçilərin öz əmlaklarından səmərəli istifadə etmək hüququnu tanımaq üzrə Dövlətin öz öhdəliyini yerinə yetirmədiyinə dair qərara gəlsin.Nəticədə 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur.
KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
Son olaraq, ərizəçilər Konvensiyanın 6 § 1-cimaddəsi üzrə prosesin iddia olunan ədalətsizliyindən şikayət etmişlər.Məhkəmə ərizəçi tərəfindən təqdim olunan şikayəti araşdırdı. Lakin əlində olan bütün materialları nəzərə alaraq və səlahiyyəti çərçivəsində Məhkəmə hesab edir ki, Konvensiya və onun Protokollarında göstərilən hüquq və azadlıqların pozulduğu təsbit olunmur. 35 §§ 3 və 4-cü maddələrə uyğun olaraq, bu şikayət əsassız olduğu üçün rədd edilməlidir.
KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində göstərilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
Ziyan
Maddi ziyan
Maddi ziyanla əlaqədar ərizəçilər 70.000 avro tələb etmişlər. 70.000 avro məbləği Oserheidə yerləşən 150 kv.m-lik ev və 1.439 kv.m-lik torpaqdan ibarət daşınmaz əmlakın bazar dəyərini təşkil edir. Bu qiymətləndirmə daşınmaz əmlak dəyərinin müəyyənləşdirilməsi üçün Dövlət Notariuslar Palatasının mərkəzləşmiş cədvəli əsasında müəyyən edilmişdir.Hökumət bildirmişdir ki, ərizəçilərin xeyrinə olan yeganə məhkəmə qərarı əmlaklarının məcburi satışını ləğv edən Oradea Apellyasiya Məhkəməsinin 26.04.2000-ci il tarixli qərarı olmuşdur. Bununla əlaqədar, Hökumət iddia etmişdir ki, onun fiziki şəxlər əleyhinə öhdəliklərin yerinə yetirilməsi üzrə öhdəliyi yoxdur. Hökumət, həmçinin daşınmaz əmlakın qiymətinin dəyərləndirilməsinə də etiraz etmişdir, qeyd edərək ki, o, məhkəmə qərarı və ya ekspert rəyinə əsaslanmamış və beləliklə fərziyyəvi xarakter daşımışdır. Onlar yekun olaraq hesab etmişlər ki, pozuntunun müəyyən olunması yetərli ədalətli kompensasiyanı təmin edəcəkdir.Məhkəmə təkrarlayır ki, ərizəçilər tərəfindən iddia olunan maddi ziyan ilə Konvensiyanın pozulması arasında açıq nəticəli əlaqə olmalıdır (baxın, digərləri ilə yanaşı,Çakıcı Türkiyəyə qarşı (ümumi palata) işinə, no. 23657/94, § 124, ECHR 1999-IV). 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu müəyyən etdiyinə görə Məhkəmə hesab edir ki, pozuntu ilə ərəzəçilər tərəfindən iddia olunan maddi itkilər arasında birbaşa əlaqə var.Əlavə olaraq Məhkəmə müşahidə edir ki, əmlaka vurulan həqiqi ziyan ilə əlaqədar Hökumət ərizəçilər tərəfindən göstərilən məbləğə başqa məbləğ göstərmədən etiraz etmişdir. Lakin Məhkəmə məmnundur ki, daşınmaz əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün Dövlət Notariuslar Palatasının mərkəzləşmiş cədvəli ərizəçilər tərəfindən çəkilən həqiqi ziyanı əks etdirmişdir. Bu səbəbdən, Məhkəmə dəymiş maddi ziyan qarşılığında ərizəçilərə 70.000 avro ödənilməsini əmr edir.
Mənəvi ziyan
Ərizəçilər mənəvi ziyan qarşılığında 5.000 avro məbləğində təzminat tələb etmişlər.Hökumət bildirmişdir ki, 5.000 avro məbləği həddindən artıqdır.Məhkəmə müşahidə edir ki, o, 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasını təsbit etmişdir. Böyük etimalla ərizəçilər bu vəziyyət səbəbindən stresə məruzə qalmışlar; lakin ərizəçilər tərəfindən tələb olunan məbləğ həddindən artıq görsənir. Bu mülahizələri nəzərə alaraq, Məhkəmə hesab edir ki, həmin məbləğ üzərində tutula biləcək hər hansı vergi üstünə gəlməklə ərizəçilərə birgə 3.300 avro təyin etmək məntiqlidir.
Xərclər
Ərizəçilər daxili məhkəmələrdə və Məhkəmədə qaldırılan proseslərlə əlaqədar xərclər qarşılığında təzminat tələb etməmişlər və bu Məhkəmənin öz təşəbbüsü ilə araşdırmalı olduğu məsələ deyil (Motiere Fransaya qarşı işinə baxın, no. 39615/98, § 26, 05.12.2000-ci il).
Faiz dərəcəsi
Məhkəmə münasib hesab edir ki, inflyasiya faizinin dərəcəsi Avropa Mərkəzi Bankının marjinal kredit dərəcəsinə əsaslanmalı və ona üç faiz dərəcəsi əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə ərizəçilərin şikayətlərinin ratione materiae qeyri-məqbul olması ilə bağlı Hökumətin etirazını işin mahiyyətinəbirləşdirir və onu rədd edir;Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar şikayəti məqbul, ərizənin qalan hissəsini isə əksər səslə qeyri-məqbul elan edir;Altı birə qarşı səslə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu müəyyən edir;Altı birə qarşı səslə müəyyən edir ki:
(a) Cavabdeh Dövlət qərarın Konvensiyanın 44 § 2 maddəsi üzrə yekun olduğu tarixdən sonra üç ay ərzində ərizəçilərə aşağıdakı məbləğlər cavabdeh Dövlətin pul vahidinə çevrilməklə ödənsin:
(i) maddi ziyan ilə əlaqədar 70.000 (yetmiş min)avro, üstəgəl tutula biləcək hər hansı vergi;
(ii) mənəvi ziyan ilə əlaqədar 3.300 (üç min üç yüz) avro, üstəgəl tutula biləcək hər hansı vergi;
(b) Yuxarıda qeyd olunan üç ay müddəti bitdikdən ödənmənin bitməsinə qədər yuxarıdakı məbləğlərə Avropa Mərkəzi Bankının kredit dərəcəsinə bərabər sadə faiz üstəgəl üç faizdərəcəsi əlavə olunsun;Ərizəçilərin ədalətli kompensasiya ilə bağlı qalan iddialarını yekdilliklə rədd edir.
İngilis dilində tərtib olunmuş və Məhkəmə Qaydalarının 77 §§ 2 və 3 qaydasına uyğun olaraq 01.07.2014-cü il tarixdə yazılı tərtib edilmişdir.
Santiaqo QuesadaJosep Casadevall
KatibSədr
Konvensiyanın 45 § 2-ci maddəsinə Məhkəmə Qaydalarının 74 § 2 qaydasına uyğun olaraq, hakim Sikutanın xüsusi rəyi hazırkı qərara əlavə olunmuşdur.
HAKİM SİKUTANIN XÜSUSİ RƏYİ
Təəssüf hissi ilə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulmasına dair Palatanın fikri ilə razılaşa bilmərəm.
Qərara gəlmək üçün əlimdə bir neçə vacib və aidiyyəti faktlar yox idi və bu səbəbdən nəzərimcə iş qərar üçün hazır deyildi.
1994-cü ildə ərizəçilərin atası öz daşınmaz əmlakını, Osorheidə yerləşən bina və ona aid torpaq sahəsini zəmanət olaraq girov kimi təklif edərək H.M.C. ilə kredit müqaviləsi bağlamışdır.
03.06.1994-cü ildə ipoteka torpaq reyestrində qeydiyyata alınmışdı. Ərizəçilərin atası borcu təyin olunan gündə qaytarmadığına görə onun daşınmaz əmlakı 31.05.1996-cı il tarixində hərracda bir ailəyə, T.T.T. və T.T.S.-ə satılmışdır.
Uğurlu alıcıların daşınmaz əmlak üzərində mülkiyyət hüququ torpaq reyestrində qeydiyyata alınmışdır.
01.07.1996-cı il tarixində ərizəçilərin atası məcburi satışa etiraz etmiş, daşınmaz əmlakının satılması barədə qərarın ləğv olunmasını istəmişdir. İcraat 05.01.1998-ci il tarixində torpaq reyestrində qeydiyyata alınmışdır.
Sonradan 30.12.1998-ci il tarixində, hərracda satışın ləğv olunması ilə bağlı icraatın davam etdiyinə baxmayaraq, alıcılar (T.T.T. və T.T.S.) daşınmaz əmlakı üçüncü şəxsə, S.R.-ə satmışlar.
26.04.2000-ci il tarixində Oradea Apellyasiya Məhkəməsi ərizəçilərin atasının iddiasını təmin etmiş və nəticədə borcun ödənildiyinə, həmçinin satış qiymətinin əmlakın həqiqi dəyərindən xeyli az olduğuna əsaslanaraq daşınmaz əmlakın məcburi satışını ləğv etmişdir. Lakin o, daşınmaz əmlak S.R.-ə satıldığına görə onun üzərində mülkiyyət hüququnu bərpa edə bilməmişdir.
Quod nullum est, nullum producit effectum prinsipinə istinadən o, iki satış müqaviləsinin:T.T.T. və T.T.S.-in hərracda daşınmaz əmlakı aldıqları barədə müqavilə və T.T.T. və T.T.S. ilə S.R. arasında bağlanmış sonrakı müqavilənin ləğv olunması ilə bağlı Oradea Rayon Məhkəməsinə iddia ilə müraciət etmişdir.
Hazırkı işin faktları arasında aydın olmayan bir neçə nöqtə var: uğurlu alıcıların sahiblik hüququ nə zaman torpaq reyestrində qeydiyyata alınmışdı, ərizəçinin atası tərəfindən məcburi satışa etiraz üçün hansı səbəblər irəli sürülmüşdü, əmlakın torpaq reyestrində qeydiyyata alınmasından hansı hüquqi nəticələr əmələ gəlmişdi, nə üçün Oradea Apellyasiya Məhkəməsi 26.04.2000-ci il tarixində məcburi satışı ləğv etmişdi, borc kimə qaytarılmışdı, qiymət nə qədər idi, nə üçün qiymət əmlakın həqiqi dəyərindən xeyli az idi, əmlakın həqiqi dəyəri nə qədər idi.
Yuxarıdakılara əsasən, əminəm ki, Məhkəməmiz tərəfindən 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasının təsbiti tələsik olmuşdur.
Full & Egal Universal Law Academy