© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Budayeva və başqaları Rusiyaya qarşı (Budayeva and Others v. Russia), ərizə № 15339/02
20.03.2008-ci il tarixli qərar [I Bölmə]
Maddə 2
Pozitiv öhdəliklər
Öncədən proqnozlaşdırılması mümkün olan daşqın təhlükəsini nəzərə almaqla, torpaq sahələrində məskunlaşmanın planlaşdırılmasının və fövqəladə hallarla bağlı yardım siyasətinin dövlət orqanları tərəfindən həyata keçirilməməsi nəticəsində insan itkilərinin olması: pozuntular baş verib
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququ
Daşqın nəticəsində mülkiyyətlərinə ziyan dəymiş zərərçəkənləri alternativ yaşayış yeri ilə və fövqəladə vəziyyətlə bağlı yardımla təmin etmək üçün dövlət orqanları tərəfindən görülmüş tədbirlərin adekvatlığı məsələsi: pozuntu baş verməyib
Faktlar: Tırnıauz şəhəri (Rusiya) 1937-ci ildən bəri hər il daşqınların qeydə alındığı ərazidə yerləşir. 2000-i ilin yayında yeddi gün ərzində ardıcıl daşqınlar baş verdi ki, nəticədə birinci ərizəçinin əri də daxil olmaqla ən azı səkkiz nəfərin ölümü qeydə alındı. Onun kiçik oğlu ciddi xəsarətlər aldı, ikinci ərizəçi ilə qızı isə ciddi yanıq yaraları aldılar. Fəlakətdən sonra ərizəçilərin evləri və əmlakı məhv oldu, səhhətləri pisləşdi, hərçənd ki, onlara fövqəladə halla əlaqədar pulsuz yaşayış yeri və birdəfəlik müavinət verilmişdi. Prokurorluq nə baş vermiş fəlakətlə, nə də birinci ərizəçinin ölümü ilə bağlı cinayət işi açmamağı qərara aldı, onun ölümü təsadüfən baş vermiş bədbəxt hadisə hesab edildi. Sonradan ərizəçilərin dövlət orqanlarına qarşı qaldırdıqları mülki iddia rədd edildi, çünki yerli əhali fəlakət təhlükəsi barədə media vasitəsilə məlumatlandırılmış və fəlakətin mənfi nəticələrini azaltmaq üçün mümkün olan bütün tədbirlər görülmüşdü.
Avropa Məhkəməsindəki icraatda Hökumət iddia etdi ki, daşqınların müstəsna xarakteri səbəbindən onları öncədən proqnozlaşdırmaq və ya dayandırmaq mümkün deyildi, sakinlər isə təxliyə barədə göstərişlərə baxmayaraq fəlakətin birinci dalğasından sonra evlərinə qayıtmışdılar.
Öz növbəsində ərizəçilər iddia etdilər ki, dövlət orqanları nasaz vəziyyətdə olaq qurğuların zəruri təmirini həyata keçirməyiblər və onlara öncədən xəbərdarlıq etməyiblər, yaxud hadisələrə dair araşdırma aparmayıblar. Onlar rayon büdcəsində təmir üçün maliyyə vəsaitlərinin nəzərdə tutulmadığını təsdiq edən rəsmi sənədləri təqdim etdilər və bildirdilər ki, fəlakətdən xeyli əvvəl dağlıq ərazilərin geofizikası institutu (dağlıq rayonlarda təbii fəlakət təhlükəsinin monitorinqini aparan dövlət qurumu) tərəfindən bir sıra xəbərdarlıqlar almışdılar, həmin xəbərdarlıqlar təmir işlərinin aparılmasının və ehtiyac yarandıqda əhalinin təxliyəsini asanlaşdırmaq üçün müşahidə postlarının təşkilinin zəruri olduğunu göstərirdi. Sonuncu xəbərdarlıqların birində söhbət təcili tədbirlər görülməyəcəyi təqdirdə rekord sayda itki və qurbanların olması təhlükəsindən gedirdi.
Hüquqi məsələlər – Maddə 2: a) Adekvat texniki xidmətin olmaması və xəbərdarlıq sisteminin təşkil edilməməsi: Fövqəladə vəziyyətlərdə dövlətin pozitiv öhdəliklərinin hüdudları təhlükənin mənbəyindən və riski azaltmağın nə dərəcədə mümkün olmasından asılıdır. Bu zaman əhəmiyyət kəsb edən amil ondan ibarətdir ki, işin halları insanların yaşayışı və ya istifadəsi üçün təşkil olunmuş müəyyən ərazidə müəyyən təbii fəlakətlərin açıq-aydın qaçılmaz olduğunu, o cümlədən həmin təbii fəlakətlərin mütəmadi baş verdiyini göstərirmi? Dövlət orqanları 1999-cu ildə bir sıra xəbərdarlıqlar almışdılar, həmin xəbərdarlıqlar əsasında onlar geniş miqyaslı daşqınların baş verməsi təhlükəsinin artmasına hazır olmalı idilər. Üstəlik, onlara məlum idi ki, miqyasından asılı olmayaraq istənilən daşqın müdafiə infrastrukturundakı zədələr ucbatından dağıdıcı nəticələrə səbəb olacaq. Təcili təmirə ehtiyac duyulması açıq-aydın görünsə də, bu işə heç bir vəsait ayrılmamışdı. Yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan praktiki tədbirlər görülməmişdi: əhaliyə xəbərdarlıq edilməmişdi, təxliyə barədə qərar nə qəbul edilmiş, nə dərc olunmuş, nə də həyata keçirilmişdi; müvəqqəti müşahidə postlarının yaradılması barədə dağlıq ərazilərin geofizikası institutunun israrlı tələblərinə əhəmiyyət verilməmişdi; hər hansı tənzimləyici normativ baza, yaxud torpaq sahələrində məskunlaşmanın planlaşdırılması siyasəti hazırlanmamış və ya xüsusi təhlükəsizlik tədbirləri görülməmişdi; daşqınların qarşısını alan qurğular lazımi vəziyyətdə saxlanılmamışdı. Xülasə, dövlət orqanları daşqından əvvəl heç bir tədbir görməmişdilər. İnsan itkilərinin baş verməsi təhlükəsini öncədən proqnozlaşdırmağın mümkünlüyünü nəzərə alsaq, torpaq sahələrində məskunlaşmanın planlaşdırılması və fövqəladə vəziyyətlə bağlı yardımın təmin edilməsi siyasətini hazırlamaqdan dövlət orqanlarının yayınmalarına heç nə ilə bəraət qazandırmaq olmazdı. Bu siyasətin həyata keçirilməsinə mane olan ciddi inzibati nöqsanlar birinci ərizəçinin ərinin ölümünə, onun özünün və ailə üzvlərinin isə xəsarətlər almasına səbəb oldu. Beləliklə, dövlət orqanları yaşamaq hüququnun səmərəli müdafiəsini təmin etmək üçün qanunverici və inzibati baza yaratmaq vəzifələrini yerinə yetirməyiblər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Baş vermiş fəlakətə məhkəmə orqanlarının reaksiyası: Fəlakətdən bir həftə keçsə də, prokurorluq birinci ərizəçinin ərinin ölümü ilə bağlı cinayət işi açmamağı qərara aldı. Təhqiqat ölümün birbaşa səbəbinin müəyyənləşdirilməsi ilə məhdudlaşdı, təhlükəsizliyin təmin edilməsi və ya dövlət orqanlarının məsuliyyəti məsələsi isə araşdırılmadı. Bu məsələlər hər hansı cinayət araşdırmasının, inzibati və ya texniki araşdırmanın predmeti olmadı. Konkret olaraq, texniki xidmətin qeyri-adekvat olması ilə və xəbərdarlıq sisteminin təşkilindən yayınma ilə bağlı bir sıra iddiaların yoxlanılması üçün heç bir hərəkət edilmədi. Ziyanın kompensasiyası barədə ərizəçilərin tələbləri milli məhkəmələr tərəfindən faktiki olaraq rədd edildi, çünki ərizəçilər dövlətin səhlənkarlığının təbii fəlakət zamanı qaçılmaz olan ziyanın həddini aşan ziyana nə dərəcədə səbəb olduğunu sübut edə bilmədilər. Lakin bu sualın cavabı yalnız kompleks araşdırma aparılması və faktların müəyyən edilməsi nəticəsində verilə bilərdi, buna isə yalnız dövlət orqanlarının imkanı vardı. Beləliklə, ərizəçilərdən onlar üçün əlçatan olmayan sübutları təqdim etmələri tələb olunmuşdu. İstənilən halda, milli məhkəmələr şahidlərin çağırılması və ya ekspertlərin rəyinin alınması yolu ilə işin hallarını müəyyənləşdirmək üçün öz səlahiyyətlərindən lazımi qaydada istifadə etmədilər, halbuki ərizəçilərin təqdim etdikləri sübutlar müəyyən vəzifəli şəxslərin onların arqumentlərini təsdiq etdikləri barədə məlumatları özündə ehtiva edirdi. Beləliklə, baş vermiş fəlakətə görə dövlətin məsuliyyəti məsələsi hər hansı məhkəmə və ya inzibati orqan tərəfindən nə araşdırılmış, nə də nəzərdən keçirilmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
1 saylı Protokolun 1-ci maddəsi – Aydın deyil ki, müdafiə infrastrukturunun nə dərəcədə normal vəziyyətdə saxlanılması daşqınların müstəsna dərəcədə böyük qüvvəsinin təsirini azalda bilərdi. Həmçinin bu da sübuta yetirilmədi ki, ərizəçilərin evlərinə və ya əmlaklarına ziyan dəyməsinin qarşısı xəbərdarlıq sisteminin təşkili nəticəsində alına bilərdi, buna görə də, bu məsələdə dövlətin səhlənkarlığa yol verdiyini iddia edərək onu məsuliyyətə cəlb etmək olmaz. Bundan başqa, dövlətin özəl mülkiyyəti müdafiə etmək öhdəliyi məhv olmuş mülkiyyətin bazar dəyərini bütünlüklə kompensasiya etmək vəzifəsini nəzərdə tutmur. Dövlətin təklif etdiyi kompensasiyanın məbləği qiymətləndirilərkən dövlət orqanları tərəfindən görülən digər tədbirlər, vəziyyətin mürəkkəbliyi, mülkiyyətçilərin sayı, habelə fəlakətlərlə bağlı yardımın təmin edilməsindən irəli gələn iqtisadi, sosial və humanitar məsələlər nəzərə alınmalıdır. Yaşayış yeri əldə etmələri üçün ərizəçilərə verilmiş kompensasiya məbləğləri açıq-aydın qeyri-mütənasib məbləğlər deyildi. Həmçinin zərərçəkənlərin sayının çoxluğunu və fövqəladə vəziyyətlə bağlı göstərilən yardımın miqyasını nəzərə alsaq, ev əşyalarına görə kompensasiyanın yuxarı həddinin məbləği (13.200 rubl, yəni təxminən 530 avro) heç də ədalətsiz görünmür. Kompensasiyaların bölgüsü birbaşa və avtomatik şəkildə həyata keçirilirdi və hər hansı çəkişmə proseduru və ya faktiki ziyanın baş verdiyini sübut etmək zərurəti mövcud deyildi. Beləliklə, kompensasiyanın təyin olunmasının şərtləri ərizəçilərin üzərinə qeyri-mütənasib dərəcədə ağır yük qoyan şərtlər deyildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə birinci ərizəçiyə 30.000 avro, ikinci ərizəçiyə 15.000 avro, qalan ərizəçilərin hər birinə isə 10.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy