© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Bukta və başqaları Macarıstana qarşı (Bukta and Others v. Hungary), ərizə № 25691/04
17.07.2007-ci il tarixli qərar [II Bölmə]
11-ci maddə
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Nümayişin keçiriləcəyi barədə qabaqcadan polisə məlumat verilmədiyinə görə dinc nümayişin dağıdılması: pozuntu baş verib
Faktlar – "Toplaşmaq hüququ haqqında" 1989-cu il tarixli Qanuna əsasən, nümayişin keçiriləcəyi barədə ən azı üç gün əvvəl polisə məlumat (bildiriş) verilməlidir və belə məlumat olmadıqda polis nümayişi dayandırmaq hüququna malikdir. 2002-ci ilin dekabrında Rumıniyanın baş naziri Budapeştə rəsmi səfər etdi və Rumıniyanın milli bayramının şərəfinə ziyafət təşkil etdi. Bundan bir gün əvvəl Macarıstanın baş naziri bu ziyafətdə iştirak edəcəyini elan etdi. Ərizəçilər belə hesab edirdilər ki, o, Macarıstan tarixinin qaranlıq səhifəsi kimi yadda qalan hadisə ilə (1918-ci ildə Rumıniyanın Transilvaniyanı ilhaq etməsi ilə) əlaqədar olaraq keçirilən bu tədbirdə iştirak etməməlidir. Onlar ziyafətin keçirildiyi otelin girişi qarşısında toplaşmış təxminən 150 nəfərlik qrupa qoşuldular. Onlar nümayiş keçirmək niyyətləri barədə qabaqcadan polisə məlumat verməmişdilər. Bomba partlayışına bənzər səs eşidilən kimi hadisə yerində olan polislər nümayişçiləri dağıtdılar. Ərizəçilər polisin müdaxiləsinin qanunsuz elan olunması üçün məhkəməyə şikayətlə müraciət etdilər. Lakin onların şikayəti rədd edildi və belə əsas gətirildi ki, nümayişin dağıdılmasının səbəbi nümayişin keçiriləcəyi barədə qabaqcadan polisə məlumat verilməməsidir.
Hüquqi məsələlər – Milli məhkəmələr öz qərarlarını yalnız polisə qabaqcadan məlumat verilməməsi ilə əsaslandırdılar və işin hallarını, o cümlədən nümayişin dinc xarakter daşıyıb-daşımadığını araşdırmadılar. Qabaqcadan məlumatlandırma proseduru əslində dinc toplaşmaq azadlığı hüququnun mahiyyətinə xələl gətirmirdi. Lakin Macarıstanın baş nazirinin ziyafətdə iştirak etmək niyyətinin qabaqcadan elan edilməməsi ərizəçiləri seçim qarşısında qoymuşdu, belə ki, onlar ya dinc toplantı keçirmək hüququndan imtina etməli, ya da qabaqcadan məlumatlandırma tələbini yerinə yetirməməli idilər. Bu işin xüsusi halları siyasi hadisəyə nümayiş formasında dərhal reaksiya verilməsinə haqq qazandırırdı və ictimai qaydaya qarşı təhlükə yarandığını düşünmək üçün hər hansı əsas olmadığı bir şəraitdə və nümayişçilər hər hansı qanunsuz hərəkətə yol vermədiyi bir vəziyyətdə sadəcə qabaqcadan məlumatlandırma olmadığına görə dinc nümayişi dayandırmaq qərarı qeyri-mütənasib addım idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy