© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Börden Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Burden v. the United Kingdom [GC]), ərizə № 13378/05
29.04.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 14
Ayrı-seçkilik
Həyat yoldaşını itirən arvad (ər) və ya "vətəndaş cütlükləri" miras vergisindən azad edildiyi halda, miras qoyanla birgə yaşamış bacıların həmin vergidən azad edilməməsi: pozuntu baş verməyib
Faktlar – Mirasdan tutulan vergi haqqında 1984-cü il tarixli Qanuna əsasən, bu verginin məbləği miras qoyanın əmlakının illik büdcədə nəzərdə tutulmuş həddi keçən hissəsinin 40%-i dəyərində müəyyən edilib. Lakin həyat yoldaşını itirən arvadın (ərin) və ya "vətəndaş cütlüklərinin" (Vətəndaş cütlükləri haqqında 2004-cü il tarixli Qanuna əsasən, "vətəndaş cütlükləri" dedikdə eyni cinsdən olan cütlük nəzərdə tutulur və bu anlayış birgə yaşayan ailə üzvlərinə şamil olunmur) qoyduğu miras bu vergidən azaddır. Nikaha girməyən, yaşlı qadın olan bacılar bütün həyatları boyu birlikdə yaşayırlar, o cümlədən son 31 ildə onlar valideynlərindən miras qalmış torpaq sahəsində tikilən, ümumi mülkiyyətdə olan evdə birgə yaşayırlar. Onların bir-birinin xeyrinə vəsiyyətnamə tərtib ediblər. Bacıları narahat edən budur ki, onlardan biri vəfat etdikdə sağ qalan bacı (həyat yoldaşını itirən arvaddan (ərdən) və ya "vətəndaş cütlüklərindən") fərqli olaraq həddən artıq ağır vergi yükü ilə üzləşəcək və vergini ödəyə bilmək üçün evi satmağa məcbur olacaq.
12 dekabr 2006-cı il tarixli qərarında (92 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası ərizəçilərin nikahda olan ər-arvadla və ya "vətəndaş cütlükləri" ilə analoji vəziyyətdə olduqlarını iddia edə bilməsinin mümkünlüyü məsələsini üç səsə qarşı dörd səslə çıxardığı qərarda açıq saxladı və qeyd etdi ki, istənilən halda, vergiqoyma sahəsinə aid məsələlərdə dövlətlərin geniş qiymətləndirmə sərbəstliyinə malik olduqlarını nəzərə alsaq, bu işdəki fərqli rəftar obyektiv və əsaslı səbəbə söykənib.
Hüquqi məsələlər – a) Hökumətin ilkin etirazları
i) Qurban statusu: Böyük Palata xatırlatdı ki, əgər şəxs hər hansı qanunun birbaşa təsirinə məruz qalan şəxslər qrupuna aiddirsə, həmin qanunun onun hüquqlarını pozduğunu iddia edə bilər. Ərizəçilər yaşlarını, vəsiyyətnamə qoymalarını və onlara məxsus olan əmlakın dəyərini nəzərə alaraq, bu qənaətə gəliblər ki, yaxın gələcəkdə onlardan biri bacısının qoyduğu mirasla əlaqədar olaraq xeyli məbləğdə miras vergisi ödəmək riski ilə real surətdə üzləşə bilər. Belə olan halda onlar qurban statusuna malikdirlər, yəni güman edilən fərqli rəftarın qurbanı olduqlarını iddia edə bilərlər.
ii) Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi məsələsi: Hökumət iddia etdi ki, miras əmlaka görə hələ vergi ödəməyən ərizəçilər İnsan hüquqları haqqında Qanuna əsasən ölkə məhkəmələrinə mirasla bağlı qanunun Konvensiyada nəzərdə tutulmuş hüquqlarına uyğun olmadığı barədə bəyannamə verə bilərdilər. Böyük Palata qeyd etdi ki, belə bəyannamə dövlətin müvafiq nazirinə diskresion səlahiyyət verir ki, etiraz edilən qanunvericilik normasına dəyişiklik etsin. Baxmayaraq ki, uyğunsuzluq bəyannamələrinin lehinə yekun qərarın çıxarıldığı bütün hallarda etiraz edilən qanunvericilik normasına dəyişiklik edilib, bu prosedurun səmərəli hüquqi müdafiə vasitəsi olduğunu iddia etmək tezdir. Bununla belə, istisna etmək olmaz ki, qanunvericiliyin dəyişdirilməsinin bu cür praktikasının müəyyənliyi gələcəkdə o dərəcədə qəti şəkil alacaq ki, ərizəçilər üçün bu hüquqi müdafiə vasitəsini tükəndirmək vəzifəsi yaranacaq. Belə olduqda, ərizəçilərdən tələb ediləcək ki, Avropa Məhkəməsinə müraciət etməzdən əvvəl bu hüquqi müdafiə vasitəsini tükəndirsinlər (ziyana görə kompensasiyanın təmin edilməsinə yönələn səmərəli hüquqi müdafiə vasitəsi istisna olmaqla).
Nəticə: Hökumətin ilkin etirazları rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti: Bacılar arasındakı qarşılıqlı münasibətlər təbiətinə görə ərlə arvadın və ya Vətəndaş cütlükləri haqqında Qanuna əsasən birgə yaşayan homoseksual vətəndaş cütlüklərinin münasibətlərindən keyfiyyətcə fərqlənir. Bacılar arasındakı qarşılıqlı əlaqə mahiyyətinə görə qohumluq əlaqəsidir, nikahda olan ərlə arvad arasındakı və ya Vətəndaş cütlükləri haqqında Qanuna əsasən birgə yaşayan cütlüklər arasındakı münasibətləri səciyyələndirən cəhət isə ondan ibarətdir ki, onlar arasında qohumluq əlaqəsinin olması qadağandır. Ərizəçilərin yetkinlik yaşlarındakı bütün həyatlarını birgə keçirmələri faktı yuxarıda qeyd edilən iki növ münasibətlər arasındakı fərqin mahiyyətini dəyişmir. Nikah münasibətləri nikaha girən şəxslər üçün xüsusi status yaradır, vətəndaş cütlükləri isə, parlamentin rəyinə görə, nikaha maksimum yaxın olan hüquqi münasibətlər yaradır. Nikahda olan ərlə arvadın və ya vətəndaş cütlüklərinin bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələr bu növ qarşılıqlı münasibətləri digər birgəyaşayış növlərindən fərqləndirir. Qarşılıqlı münasibətlərin uzunmüddətliliyindən daha vacib məsələ ictimai öhdəliyin mövcudluğudur və bu öhdəlik müqavilə xarakterli hüquq və vəzifələrlə müşayiət olunur. Ərizəçilərin münasibətlərinin uzunmüddətli olmasına baxmayaraq onlar arasında məcburi hüquqi qüvvəyə malik olan bu cür qarşılıqlı öhdəliyin olmaması onların birgə yaşayışını ərlə arvadın və ya vətəndaş cütlüklərinin birgə yaşayışından tamamilə fərqləndirir. Buna görə də bu halda ayrı-seçkilik baş verməyib.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy