© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Burdov Rusiyaya qarşı (№ 2) (Burdov v. Russia (no. 2)), ərizə № 33509/04
15.01.2009-cu il tarixli qərar [I Bölmə]
Maddə 46
46-cı maddənin 2-ci bəndi
Məhkəmə qərarının icrası
Cavabdeh dövlətdən tələb olundu ki, məhkəmə qərarlarının icra edilməməsinə və ya icrasının gecikdirilməsinə görə ərizəçiyə və bu cür işlərdə zərər çəkmiş bütün şəxslərə kompensasiya imkanı yaradan səmərəli hüquqi müdafiə vasitəsinin mövcudluğunu təmin etsin.
Maddə 41
Ərizəçinin işində Avropa Məhkəməsi tərəfindən pozuntunun müəyyən edildiyinə baxmayaraq, ərizəçinin xeyrinə çıxarılmış milli məhkəmə qərarlarının icrasının dövlət orqanları tərəfindən təmin olunmaması (Konvensiyaya zidd olan praktika): mənəvi ziyana görə təyin olunmuş kompensasiyanın məbləği artırıldı
Faktlar: Ərizəçi Çernobıl atom stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirakı ilə bağlı sosial müavinətlərin onun xeyrinə tutulması üçün 1997-ci ildən başlayaraq dəfələrlə müvafiq dövlət orqanlarına qarşı iddialar qaldırdı. Məhkəmələr onun iddia tələblərini təmin etdilər, amma qərarları çox uzun müddət ərzində icra olunmadı. O, məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar olaraq 2000-ci ildə Avropa Məhkəməsinə ilk şikayət ərizəsini verdi. 2002-ci ildə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu müəyyən etdi (bax: Burdov Rusiyaya qarşı (Burdov v. Russia), 42 saylı Məlumat bülleteni). 2004-cü il tarixli qətnaməsində Avropa Şurasının Nazirlər Komitəsi qeyd etdi ki, Hökumət 2002-ci il tarixli qərarda nəzərdə tutulan ədalətli kompensasiya məbləğini təyin olunmuş müddətdə ərizəçiyə ödəyib. O, daha sonra ərizəçi ilə eyni vəziyyətdə olan şəxslər kateqoriyası barədə görülmüş tədbirləri qeyd etdi və bildirdi ki, o, bu işdə Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan funksiyalarını yerinə yetirib. O, eyni zamanda xatırlatdı ki, baxılmaqda olan digər işlərin kontekstində dövlət orqanları Nazirlər Komitəsinin nəzarəti altında Rusiya milli məhkəmələrinin qərarlarının icra edilməməsindən ibarət ümumi problemə diqqətlərini yönəldiblər. Bu arada ərizəçinin xeyrinə növbəti qərarlar çıxarıldı. Onlar tam icra edildi, amma bəziləri təxminən bir ildən üç ilədək yubanma ilə yerinə yetirildi.
Hüquqi məsələlər – Məhkəmə dövlətin üzərinə ərizəçiyə pul ödəmək vəzifəsi qoyan milli məhkəmələrin üç qərarının dövlət tərəfindən uzun müddət icra edilməməsinə görə Konvensiyanın 6-cı maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu müəyyən etdi.
Maddə 13 – Dövlətə və ya onun orqanlarına qarşı çıxarılmış məhkəmə qərarlarının uzun müddət icra olunmaması ilə əlaqədar olaraq ərizəçinin pozulmuş hüquqlarının adekvat və yetərli şəkildə bərpası üçün preventiv və ya kompensasiya xarakterli daxili hüquqi müdafiə vasitəsi yox idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 46 – Konvensiyaya zidd praktika: Hazırkı işdə pilot qərar prosedurunun tətbiqi məqsədəuyğundur, belə ki, əsas problemlər təkrarlanır və daimi xarakter daşıyır, çox sayda şəxslərə təsir göstərir və milli səviyyədə pozulan hüquqların təcili və adekvat şəkildə bərpa olunmasına ciddi ehtiyac var. Milli və beynəlxalq səviyyədə müxtəlif orqanların və təsisatların ifadə etdiyi narahatlıqlar Məhkəmənin 200-ə yaxın qərarında ölkədəki struktur probleminin vurğulandığı fikirlərlə üst-üstə düşür. Bu problemlər nəinki hazırkı işdə olduğu kimi Çernobıl AES-da qəzadan zərər çəkən şəxslərə təsir göstərirdi, həm də Rusiya əhalisinin əlverişsiz vəziyyətdə olan digər çoxsaylı qruplarını da əhatə edirdi: qərarların icra edilməməsi pensiyaların, uşaq müavinətlərinin və hərbi xidmət dövründə və ya yanlış məhkəmə qərarı nəticəsində dəymiş ziyana görə kompensasiyaların ödənilməsinə aid işlərdə kifayət qədər tez-tez baş verirdi. Belə faktlara aid təxminən 700 iş icraatda idi və bəzi hallarda eyni ərizəçilərə qarşı Konvensiyanın eyni maddəsinin pozulduğu barədə Avropa Məhkəməsi tərəfindən qərar çıxarılmasına səbəb ola bilərdi. Bu fakt da böyük narahatlıq doğurur ki, hazırkı işdə müəyyən edilmiş pozuntular ərizəçinin işi üzrə birinci qərar çıxarıldıqdan bir neçə il sonra baş verib, halbuki Rusiya Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq Nazirlər Komitəsinin nəzarəti altında zəruri bərpaedici və qabaqlayıcı (preventiv) tədbirlər görməyə borclu idi. Beləliklə, aşkar edilmiş pozuntular müvafiq strukturun işindəki daimi qüsuru və Konvensiyaya zidd olan praktikanı əks etdirir.
Səmərəli hüquqi müdafiə vasitəsinin təmin olunması: Konvensiyanın 6-cı maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunun Məhkəmə tərəfindən aşkar edilməsinə səbəb olmuş problemlər federal və yerli səviyyədə müxtəlif hakimiyyət orqanlarının iştirakı ilə əhatəli və kompleks tədbirlərin (ola bilsin ki, qanunvericilik tədbirlərinin və ya inzibati tədbirlərin) həyata keçirilməsini tələb edir. Zəruri islahatların aparılmasına nəzarət edilməsi Nazirlər Komitəsinin funksiyasıdır, bunun üçün o, səlahiyyətlərə və vəsaitlərə malikdir. 13-cü maddənin pozuntusuna gəlincə, Məhkəmənin gəldiyi nəticələr bu pozuntuların təsirinə məruz qalmış çoxlu sayda insanlar üçün adekvat və yetərli kombinasiyanı təmin edə bilən səmərəli daxili hüquqi müdafiə vasitəsinin yaradılmasını və ya belə vasitələrin kombinasiyasını birmənalı olaraq tələb edir. Buna görə də Məhkəmə cavabdeh dövlətdən tələb etdi ki, dövlətə və ya onun orqanlarına qarşı çıxarılmış məhkəmə qərarlarını icra etməkdən dövlət orqanlarının uzun müddət yayınmasından irəli gələn Konvensiyanın pozuntularını səmərəli şəkildə kompensasiya edə bilən hüquqi müdafiə vasitəsini təmin etsin. Həmin vasitə, bu qərarda göstərildiyi kimi, Konvensiya prinsiplərinə uyğun olmalı və qərar qüvvəyə mindikdən sonra altı ay ərzində zərərçəkənlərin sərəncamında olmalıdır.
Yeni şikayətlərə bağlı icraatın dayandırılması: Məhkəmə bu qərarın qəbulundan sonra göndərilən bütün yeni şikayətlərə baxışı dayandırmağı qərara aldı, söhbət yalnız o şikayətlərdən gedir ki, orada ərizəçilər dövlət orqanları tərəfindən onlara ödəniş edilməsi barədə milli məhkəmə qərarlarının icra edilməməsini və ya vaxtında yerinə yetirilməməsini qeyd edirlər. Bu şikayətlər üzrə icraat bu qərar qüvvəyə mindikdən sonra bir il müddətinə dayandırılır.
İcraatda olan işlərə görə kompensasiya: Bu qərar çıxarılana qədər verilmiş şikayətlərə gəlincə, dövlət orqanları tərəfindən borc məbləğlərinin ödənilməməsi və ya vaxtında ödənilməməsi nəticəsində zərər çəkmiş bütün şəxslər üçün cavabdeh dövlət bu qərar qüvvəyə mindikdən sonra bir il müddətində adekvat və yetərli kompensasiyanı təmin etməlidir. Məhkəmənin rəyinə görə, dövlət orqanlarının öz təşəbbüsü ilə səmərəli daxili hüquqi müdafiə vasitəsini təmin etməsi yolu ilə, yaxud fərdi qərarlar çıxarılması vasitəsilə, məsələn, ərizəçilərlə barışıq sazişinin bağlanması və ya Konvensiyanın tələblərinə uyğun olaraq birtərəfli kompensasiya təklifinin edilməsi vasitəsilə bu işlərdə adekvat və yetərli kompensasiyaya nail olmaq olar. Bu rəy bu qərar çıxarılana qədər Məhkəməyə şikayət ərizəsi vermiş və şikayətləri barədə Hökumətə məlumat verilmiş bütün ərizəçilərə şamil olunur. Dövlət orqanları tərəfindən ölkədaxili kompensasiya tədbirləri görüldüyü müddətdə bütün bu işlər üzrə çəkişmə xarakterli icraatlar bu qərar qüvvəyə mindikdən sonra bir il müddətinə dayandırılır.
Maddə 41 – Məhkəmə mənəvi ziyana görə kompensasiyanın məbləğini müəyyənləşdirərkən müxtəlif amilləri, o cümlədən ərizəçinin yaşını, şəxsi gəlirlərini, milli məhkəmələr tərəfindən təyin olunan məbləğlərin xarakterini və miqdarını, qərarların icra müddətini və digər əhəmiyyətli halları nəzərə alır. Həmçinin ərizəçinin sağlamlıq durumu, habelə lazımi qaydada və (və ya) vaxtında yerinə yetirilməyən qərarların sayı nəzərə alınır. Təyin olunmuş məbləğlər prinsipcə məcburi qüvvəyə malik olan qərarların icra edilmədiyi müddətə düz mütənasibdir (yəni müddət uzun olduqca məbləğ də artır). Bu iş üzrə 2002-ci il tarixli qərarında Avropa Məhkəməsi milli məhkəmələrin üç qərarının icrasının bir ildən üç ilədək müddətə yubadılması ilə əlaqədar olaraq yetirilmiş mənəvi ziyana görə ərizəçiyə 3.000 avro təyin etdi. Hazırkı işdə milli məhkəmələrin üç qərarı ilə ərizəçinin xeyrinə tutulmalı olan analoji məbləğlərin ona ödənilməsi yubadılıb. Amma milli məhkəmələrin qərarları əsasında dövlət orqanlarının ona ödəməli olduqları borclarını ödəməkdən mütəmadi yayınmaları onun mənəvi iztirablarını və həyəcanını daha da artırıb, halbuki ərizəçinin əvvəlki işində Avropa Məhkəməsi pozuntunun baş verdiyini müəyyən etmişdi. Nəticədə ərizəçinin kifayət qədər vaxt aparan beynəlxalq prosedura – Avropa Məhkəməsindəki icraata üz tutmaqdan başqa çıxış yolu qalmayıb. Bu mühüm amili nəzərə alaraq, Məhkəmə mənəvi ziyana görə ərizəçiyə təyin olunan kompensasiya məbləğini 6.000 avroyadək artırmağı məqsədəuyğun hesab etdi.
Əlavə məlumat üçün 24 saylı press-relizə bax.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy