Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Bıkov (Bikov) Rusiyaya qarşı [BP]- 4378/02
Qərar 10.3.2009 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Gizli əməliyyat vasitəsilə əldə edilmiş sübutlardan məhkəmədə istifadə: pozuntu yoxdur
Faktlar - Ərizəçi önəmli iş adamı və regional parlament assambleyasının üzvü idi. Onun 2000-ci ildə o, öz əhatəsinin üzvü olan cənab V-ə keçmiş biznes əməkdaşı olan cənab S-i qətlə yetirməyi tapşırması iddia olunur. V. tapşırığı yerinə yetirməmiş, ərizəçi haqqında Federal Təhlükəsizlik Xidmətinə məlumat vermiş və ondan aldığı silahı orqana təhvil vermişdir. Qısa müddətdən sonra, Federal Təhlükəsizlik Xidməti və polis orqanları S-in qətlə yetirilməsi ilə bağlı ərizəçinın niyyəti haqqında sübut əldə etmək üçün gizli əməliyyat keçirmişlər. Polis S-in evində iki cəsədin aşkar edildiyini quraşdırmışdır. Aşkar edilmiş cəsədlərdən birinin S-ə məxsus olduğu mətbuatda rəsmi qaydada açıqlanmışdır. Polis təminatları əsasında V. ərizəçi ilə onun evində görüşmüş və söhbət əsasında qətli yerinə yetirdiyini bildirmişdir. Sübut olaraq o, S-dən aldığı bir neçə əşyanı ərizəçiya təqdim etmişdir. O, gizli radioötürmə cihazından istifadə etmiş və çöldə olan polis zabiti danışıqları qəbul etmiş və qeydə almışdır. Nəticədə, polis V. və ərizəçi arasında 16 dəqiqəlik danışığı əldə etmişdir. Növbəti gün, ərizəçinın evində axtarış aparılmışdır. V. tərəfindən verilən əşyalar müsadirə olunmuşdur. Ərizəçi həbs olunmuş və nəzarətdə saxlanmışdır. Ərizəçinın V. ilə söhbətinin səs yazısını yoxlamaq üçün iki səs mütəxəssisi təyin edilmişdir. Onlar bildirmişlər ki, V. ərizəçiyə tabeçilik göstərmiş, ərizəçi isə öz növbəsində V-nin etirafına etimad göstərməmiş və ondan işi yerinə yetirməsi barədə texniki detallar təqdim etməsini tələb etmişdir. 2002-ci ildə ərizəçi qətl törətməkdə, odlu silah əldə etməkdə, sahib olmaqda və ötürməkdə şübhəli bilinmiş və altı il yarım həbs cəzasına məhkum olunmuşdur. O, şərti olaraq beş illik sınaq müddətinə azadlığa buraxılmışdır. Cəza apellyasiya zamanı qüvvədə saxlanmışdır.
Hüquqi məsələlər - Maddə 6 § 1: Ərizəçi birinci instansiyada çəkişmə proseslərində və apellyasiya zamanı polis tərəfindən istifadə olunmuş metodlara etiraz etmək iqtidarında olmuşdur. Ərizəçi onun əleyhinə səsləndirilən iddiaların ona qarşı qeyri-qanuni yolla əldə edildiyini və mübahisəli səsyazma lentinə müdaxilə edildiyini iddia etmək imkanına malik olmuşdu. Yerli məhkəmələr bütün bu arqumentləri ətraflı şəkildə araşdırmış və onların hər birini əsaslandırılmış qərarlarla rədd etmişdir. Bundan əlavə, gizli əməliyyat nəticəsində maddi sübutlar ilə birgə əldə edilən mübahisəli səsyazma ərizəçinın ittiham olunması üçün yerli məhkəmələr tərəfindən əsas kimi götürülən yeganə sübut deyildi. Faktiki olaraq, mühakimə prosesi üçün əsas sübut V. tərəfindən daha öncə və gizli əməliyyatdan müstəqil şəkildə polis məlumatçısı kimi deyil, fiziki şəxs olaraq verilən ilkin ifadə idi. Bundan əlavə, V. sorğu zamanı və məhkəmədən öncəki mərhələdə ərizəçi ilə qarşılaşma zamanı mübahisəli bəyanatlarını təsdiq etmişdir. Məhkəmədə V-nin çarpaz dindirilməsi imkanın olmaması, dövlət orqanlarının ucbatından olmamışdır, onlar onun yerini müəyyənləşdirməyə, İnterpol yardımı ilə tapmağa və məhkəmədə iştirakını təmin etməyə çalışmışlar. Ərizəçiyə V. ilə üzləşmə zamanı onun cinayət ünsürü təşkil edən ifadəsinin mahiyyəti ilə bağlı suallar vermək imkanı verilmişdir. Bundan əlavə, ərizəçinın vəkili V-nin məhkəmədən öncəki ifadələrinin məhkəmə zalında oxunmasına açıq razılıq vermişdir. Məhkəmə V-nin öz ifadəsini geri götürməsi şəraitini ətraflı şəkildə nəzərdən keçirmiş və imtinanın etibarlı olmadığı barədə əsaslandırılmış nəticəyə gəlmişdir. Yekun olaraq, V-nin cinayət işi ilə bağlı ifadələri ərizəçi və S. arasında maraq münaqişəsinin mövcudluğunu təsdiq edən çoxsaylı şahid ifadələri daxil olmaqla dolayı sübutlar ilə təsdiq edilmişdir. Ərizəçinın gizli şəkildə qeydə alınan ifadələri heç bir təzyiq altında əldə edilməmişdir; bundan əlavə, səs yazısı ilə bağlı mütəxəssis hesabatına əsaslanan yerli məhkəmələr tərəfindən bu səsyazısına birbaşa olaraq istinad olunmamış və o, bir sıra maddi sübutla təsdiq edilmişdi. Sözügedən sübutların qəbul edilməsi və etibarlılığı ilə bağlı olan qiymətləndirmə prosesini əhatə edən təminatlara gəldikdə isə, nəzərdə tutulan öhdəliklərin mahiyyəti və dərəcəsi və gizli əməliyyat zamanı əldə edilmiş materialın istifadəsi, ərizəçinin işi üzrə məhkəmə prosesi bütövlükdə nəzərə alındıqda ədalətli məhkəmə araşdırmasının tələblərinə zidd deyildi.
Nəticə: pozuntu yoxdur (altı səsə qarşı on bir səs).
Full & Egal Universal Law Academy