© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Karson və başqaları Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Carson and Others v. the United Kingdom [GC]), ərizə № 42184/05
16.03.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 14
Ayrı-seçkilik
Birləşmiş Krallıqla qarşılıqlı saziş bağlamayan xarici ölkələrdə yaşayan pensiyaçıların pensiyalarının indeksləşdirilməsi hüququna malik olmaması: pozuntu baş verməyib
Bu iş dövlət pensiyasının indeksləşdirilməsi hüququnu tənzimləyən qaydaların ayrı-seçkilik xarakteri daşıdığı barədə iddia ilə əlaqədar idi. Həmin qaydalara əsasən, pensiya yalnız o halda indeksləşdirilir ki, pensiyaçı ya Birləşmiş Krallıqda, ya da pensiyaların yenidən hesablanması barədə Birləşmiş Krallıqla saziş bağlamış ölkədə yaşasın. Başqa ölkələrdə yaşayan şəxslər dövlət pensiyasının baza məbləğini almaqda davam edirlər, amma baza məbləği kimi onların Birləşmiş Krallığı tərk etdikləri tarixdə aldıqları məbləğ götürülür. 13 ərizəçi işlədikləri dövrün çox hissəsini Birləşmiş Krallıqda keçirmiş və pensiyaların yenidən hesablanması barədə Birləşmiş Krallıqla saziş bağlamayan ölkələrə – Cənubi Afrika, Avstraliya və ya Kanadaya mühacirət edənə və ya oraya qayıdana qədər milli sığorta fonduna sığorta haqlarını tam ödəmişdilər. Müvafiq olaraq, onların pensiyalarının məbləği kimi ölkəni tərk etdikləri tarixdə aldıqları məbləğ götürülmüşdü. Birinci ərizəçi bu cür fərqli rəftarı əsassız hesab edərək pensiyasının indeksləşdirilməsindən imtina qərarından məhkəməyə şikayət etdi. Lakin onun şikayəti əvvəlcə 2002-ci ildə məhkəmə tərəfindən, sonra isə 2005-ci ildə Lordlar Palatası tərəfindən rədd edildi və konkret olaraq belə əsas gətirildi ki, o, Birləşmiş Krallıqda və ya pensiyaların yenidən hesablanmasına ikitərəfli saziş əsasında icazə verilən başqa ölkədə yaşayan pensiyaçı ilə analoji və ya nisbətən oxşar vəziyyətdə deyildi.
4 noyabr 2008-ci il tarixli qərarla (113 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası bir səsə qarşı altı səslə müəyyən etdi ki, bu işdə 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin tələbləri pozulmayıb.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozulub-pozulmamaq məsələsi: a) İşin əhatə dairəsi – Böyük Palata Palatanın bu rəyi ilə razılaşdı ki, ərizəçilərin işi bu maddələrin hər ikisinə aiddir. Birincisi, bu barədə fikir ayrılığı yoxdur ki, hazırkı işdə olduğu kimi dövlət sosial müavinətin və ya pensiyanın ödənilməsini nəzərdə tutan qanunvericilik qəbul etdikdə həmin qanunvericilik müvafiq tələblərə cavab verən şəxslər üçün 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən əmlak maraqlarının yaranmasına səbəb olan qanunvericilik sayılmalıdır. 14-cü maddəyə gəlincə, baxmayaraq ki, yalnız şəxsi əlamətlərə ("statusa") əsaslanan fərqli rəftar ayrı-seçkilik hesab oluna bilər, bu maddədə sadalanan şəxsi əlamətlərin siyahısı nümunə kimi verilib və tam siyahı deyil, Konvensiya orqanları bu maddədəki "digər hər hansı əlamətlər" sözlərinə şərh verərkən onların əhatə dairəsinin geniş olduğunu qeyd ediblər. Beləliklə, yaşayış yeri 14-cü maddənin məqsədləri üçün şəxsi əlamət (status) elementini təşkil edir.
b) Nisbətən oxşar vəziyyətin olub-olmaması – Ərizəçilərin əsas arqumenti bundan ibarət idi ki, onlar vaxtı ilə Birləşmiş Krallıqda işlədikləri və milli sığorta fonduna məcburi sığorta haqları ödədikləri üçün pensiyaları yenidən hesablanan pensiyaçılarla nisbətən oxşar vəziyyətdə idilər, amma bu, yanlış arqument idi. Sığorta ödənişlərinin konkret fonda ödənildiyi və gözlənilən gəlirlərlə birbaşa əlaqəli olduğu özəl pensiya proqramlarından fərqli olaraq, milli sığorta fonduna ödənişlərin yaşa görə pensiya vəsaitləri ilə müstəsna əlaqəsi yox idi, amma onlar müxtəlif növ sosial sığorta vəsaitlərinin ödənilməsinə yönələn gəlirin bir hissəsini təşkil edirdilər. Zərurət olduqda milli sığorta fondu Birləşmiş Krallıq əhalisinin, o cümlədən pensiyaçıların adi vergiləri hesabına əldə edilən pulları ala bilərdi. Sosial müavinətlərin maliyyələşdirilməsinin müxtəlif metodları və müavinət və vergi sistemlərinin qarşılıqlı əlaqəsi pensiyaları yenidən hesablanan pensiyaçılarla ərizəçi kimi pensiyaları yenidən hesablanmayan pensiyaçıların vəziyyətini bərabərləşdirmək üçün yetərli əsas qismində milli sığorta fonduna ödənişlərin ayrılıqda götürülməsini mümkünsüz edirdi.
Bundan başqa, Birləşmiş Krallıqda yaşayan pensiyaçılarla müqayisəyə gəlincə, yadda saxlamaq lazımdır ki, sosial təminat sistemi xarakterinə görə xeyli dərəcədə milli sistemdir və ölkədə yaşayan şəxslər üçün müəyyən minimal standart yaşayış səviyyəsini təmin etmək məqsədini daşıyır. Bu, başqa ölkələrdə yaşayan pensiyaçılarla düzgün müqayisəni çətinləşdirir, belə ki, bu zaman müxtəlif ölkələrdə pensiyaların real məbləğinə təsir göstərə bilən bir çox iqtisadi və sosial göstəricilər, məsələn, inflyasiya səviyyəsi, yaşayışın nisbi dəyəri, faiz dərəcələri, iqtisadi artım səviyyəsi, valyuta məzənnələri, sosial təminat və vergi sistemi nəzərə alınmalıdır. Daxili məhkəmələrin qeyd etdiyi kimi, seçdikləri yaşayış yerindən asılı olmayaraq bütün pensiyalar üçün indeksləşdirmənin aparılması qaçılmaz olaraq dolaşıqlığa gətirib çıxarardı, çünki ölkədə yaşayanlardan fərqli olaraq ölkədə yaşamayanlar vergi ödəmək yolu ilə Birləşmiş Krallığın iqtisadiyyatına öz töhfələrini vermirdilər, əgər vergi ödəmiş olsaydılar onların pensiyalarının artımına haqq qazandırmaq olardı.
Bundan əlavə, Məhkəmə hesab etmədi ki, ərizəçilər Birləşmiş Krallıqla pensiyaların yenidən hesablanması barədə ikitərəfli saziş bağlamış ölkələrdə yaşayan pensiyaçılarla nisbətən oxşar vəziyyətdə idilər. İkitərəfli saziş bağlamış ölkələrdə yaşayan pensiyaçılar barəsində fərqli yanaşma bağlanmış sazişlərə əsaslanırdı və belə sazişlər ona görə bağlanırdı ki, Birləşmiş Krallıq həmin sazişləri öz maraqlarına uyğun hesab edirdi. Sosial təminat haqqında ikitərəfli sazişləri hər iki tərəf özünün müvafiq maraqlarına uyğun olaraq bağlayırdı və bu sazişlər müxtəlif amillərdən, o cümlədən bir ölkədən digər ölkəyə köçmüş insanların sayından, digər ölkənin sosial proqramlarına uyğun olaraq ödənilən müavinətlərin məbləğindən, qarşılıqlı fəaliyyət imkanlarından və sazişlərdən irəli gələn üstünlüklərin danışıqlar və icra prosesində hər bir dövlətin üzərinə düşən əlavə məsrəfləri nə qədər üstələməsindən asılı ola bilərdi. Saziş bağlandıqdan sonra ödənilməli vəsaitlərin həcmi hər bir ölkədə sosial müavinətlərin məbləğindən və hər iki istiqamətdə köç edən insanların sayından asılı olaraq fərqlənə bilərdi. Bu prosesin labüd nəticəsi ondan ibarət idi ki, müqavilənin bağlanıb-bağlanmamasından və ya hansı şərtlərlə bağlanmasından asılı olaraq hər bir ölkədə müxtəlif şərtlər tətbiq edilirdi. Sosial təminat haqqında ikitərəfli sazişlərin bağlanması bütün qalan ölkələrdə yaşayan şəxslər üçün eyni üstünlüklərin nəzərdə tutulması öhdəliyini doğursaydı, bu, təəccüblü hal olardı. Belə nəticə dövlətlərin ikitərəfli saziş bağlamaq hüququna və müvafiq maraqlarına xələl gətirmiş olardı.
Xülasə, ərizəçilər Birləşmiş Krallıqda və ya onunla ikitərəfli saziş bağlamış ölkələrdə yaşayan pensiyaçılarla nisbətən oxşar vəziyyətdə deyildilər.
Nəticə: pozuntu baş verməyib (altı səsə qarşı on bir səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy