İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
KATAN VƏ DİGƏRLƏRİ MOLDOVA VƏ RUSİYAYA QARŞI
(CATAN AND OTHERS v. MOLDOVA AND RUSSİA)
(43370/04, 8252/05 və 18454/06 nömrəli ərizələr)
QƏRAR
(Çıxarışlar)
STRASBURQ
19 oktyabr 2012-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Katan və Digərləri Moldova və Rusiyaya qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Nikolas Bratza (Nicolas Bratza),
Hakimlər:
Fransuaz Tulkens (Françoise Tulkens),
Xosep Kasadeval (Josep Casadevall),
Nina Vayiç (Nina Vajić),
Din Şpilman (Dean Spielmann),
Lex Qarlitskiy (Lech Garlicki),
Karel Yungviert (Karel Jungwiert),
Anatoliy Kovler (Anatoly Kovler),
Eqbert Miyer (Egbert Myjer),
David For Byorqvinson (David Thór Björgvinsson),
Yan Şikuta (Ján Šikuta),
Mark Viliger (Mark Villiger),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Maryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Ledi Byanku (Ledi Bianku),
Mihai Poalelungi (Mihai Poalelungi),
Helen Keller (Helen Keller),
və məhkəmə katibi Maykl Oboyldan (Michael O’Boyle) ibarət tərkibdə
2012-ci il yanvarın 25-də və sentyabrın 5-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
İş Moldova vətəndaşları (bundan sonra - “ərizəçilər”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Moldova Respublikasına və Rusiya Federasiyasına qarşı 2004-cü il oktyabrın 25-də təqdim edilmiş üç ərizə (43370/04, 8252/05 və 18454/06) əsasında başlanmışdır. Ərizəçilərin birinə təmənnasız hüquqi yardım göstərilmiş və onlar Kişinyovda fəaliyyət göstərən hüquqşünaslar cənab Aleksandru Postika və cənab Yon Minol, habelə Londonda fəaliyyət göstərən “İnterights” insan hüquqları üzrə təşkilatının hüquqşünasları cənab Padreyq Hyus və xanım Elen Daffi tərəfindən təmsil olunmuşlar. Moldova Respublikasının Hökuməti səlahiyyətli nümayəndələri, cənab Vladimir Qrosu və cənab Lilyan Apostol, Rusiya Federasiyasının Hökuməti isə səlahiyyətli nümayəndəsi cənab Qeorqiy Matyushkin tərəfindən təmsil etmişdir. Şikayətlərin verilməsi zamanı Dnestryanıda yaşamış və Moldovan dilli məktəblərin şagirdləri və onların valideynləri olmuş ərizəçilər (bax: qoşma edilmiş əlavəyə) ayrılıqda və Konvensiyanın 14-cü maddəsi ilə birlikdə götürülmüş Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsi və Konvensiyanın 8-ci maddəsi əsasında Məhkəməyə iddia vermişdirlər. Ərizələr Məhkəmənin Dördüncü Bölməsinin baxışına verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci Qaydasının 1-ci bəndi). İşin qəbuledilənliyi və mahiyyəti üzrə aparılmış məhkəmə baxışından sonra 2010-cu il iyunun 15-də ərizələr birləşdirilərək həmin Bölmənin hakimlər N.Bratsa, L.Qarlitskiy, A.Kovler, L.Miyoviç, D.Byorqvinson, Y.Şikuta, M.Poalelungi və Bölmə katibi T.L.Örlidən ibarət tərkibdə olan Məhkəmə Palatasının qərarı ilə qismən qəbuledilən elan edilmişlər. 2010-cu il dekabrın 14-də Məhkəmə Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina etmişdir, tərəflər buna etiraz etməmişdirlər (Konvensiyanın 30-cu maddəsi və Məhkəmənin Prosedur Qaydalarının 72-ci Qaydası). Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur. Həm ərizəçilər həm də hər iki cavabdeh Hökumət işin mahiyyəti üzrə izahatlarını təqdim etmişlər (Məhkəmənin Prosedur Qaydalarının 59-cu Qaydasının 1-ci bəndi) Məhkəmə baxışı 2012-ci il yanvarın 15-də Strasburq şəhərində, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında baxılmışdır (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişdirlər:
(a) Moldova Respublikası Hökumətinin nümayəndələri
cənab V.QrosuMoldova Respublikası Hökumətinin səlahiyyətli nümayəndəsi
cənab L.ApostolMəsləhətçi
(b) Rusiya Federasiyası Hökumətinin nümayəndələri
cənab Q.MatyuşkinRusiya Federasiyası Hökumətinin səlahiyyətli nümayəndəsi
xanım O.Sirotkina
xanım İ.Koriyeva
xanım A.Dzutseva
cənab N.Fomin
xanım M.Molodsova
xanım V.Utkina
cənab A.MaxnyovMəsləhətçilər
(c) Ərizəçilərin nümayəndələri
cənab P.Hyus
xanım H.DaffiVəkillər
cənab A.Postika
cənab Y.Manol
cənab P.PostikaMəsləhətçilər
Məhkəmə cənab Hyus, cənab A.Postika, cənab Qrosu və cənab Matyuşkinin çıxışlarını və verilmiş suallara onların cavablarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
A. Tarixi məlumatlar
Moldova Respublikası kimi tanınan ölkə Bessarabiya və Dnestr çayının şərqi sahillərində yerləşən ərazilərin birləşməsi nəticəsində Moldoviya Sovet Sosialist Respublikası kimi 1940-cı il avqustun 2-də yaradılmışdır (bax: sonrakı hadisələrlə bağlı “Tenase Moldovaya qarşı” (Tănase v. Moldova[GC], no. 7/08, §§ 11-17, ECHR 2010-...). Hal-hazırda Dnestryanı kimi tanınan bu şərqi region hal-hazırda Ukraynanın tərkib hissəsi olan digər ərazilərlə birlikdə 1924-cü ildən Moldoviya Muxtar Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur. Dnestryanının əhalisi əsasən ukraynalılar və moldovan/rumınlardan ibarət olmuşdur, lakin 1920-ci ildən etibarən Sovet İttifaqının müxtəlif yerlərindən əsasən milliyyətcə ruslardan və ukraynalılardan ibarət olan etnik qruplar buraya sənaye işçiləri kimi immiqrasiya ediblər. 1989-cu ildə keçirilmiş əhalinin siyahıya alınmasının nəticəsinə əsasən Dnestryanının əhalisi 679000 nəfərdən ibarət olmuş, onlarda 40 % moldovalılar, 28 % ukraynalılar, 24 % ruslar və 8 % digər millətdən olan şəxslər. Moldoviya Sovet Sosialist Respublikasının 1978-ci il tarixli Konstitusiyasına əsasən rus və “moldovan” (kiril əlifbası ilə yazılan Moldovan/Rumın dili) dilləri iki dövlət dili hesab edilmişdir.1989-cu il avqust və sentyabr aylarında Moldovan/Rumın dili latın əlifbasına keçmiş və əsas dövlət dili kimi elan edilmişdir.1990-cı il iyunun 23-də Moldova öz suverenliyini bəyan etmişdir; 1991-ci il mayın 23-də onu rəsmi adı Moldova Respublikasına dəyişdirilmişdir və 1991-ci il avqustun 27-də Moldovanın Parlamenti Moldova Respublikasının Müstəqilliyi haqqında Bəyannamə qəbul etmişdir. Dnestryanı onun ərazisinə daxil idi.
B. Dnestryanı münaqişəsi
1991-1992-ci ildə aparılmış silahlı münaqişə və 2003-cü ilədək baş vermiş hadisələr üzrə faktlar daha ətraflı “İlaşku və digərləri Moldova və Rusiyaya qarşı” (Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, §§ 28-183, ECHR 2004‑VII) işdə qeyd olunur. Burada yalnız halların xülasəsi təqdim edilir. Məhkəmə qeyd edir ki, Rusiya Hökuməti təqdim etdiyi izahatlarında hərbi münaqişəyə aid olan halların hazırkı işin mahiyyətinə aid olmadığını bildirmişdir.1989-cu ildən etibarən Dnestryanıda Moldovadan ayrılmasını tələb edən hərəkət yaranmışdır. 1990-cı il sentyabrın 2-də Dnestryanının separatistləri “Dnestryanı Moldoviya Respublikasının” (bundan sonra – “DMR”) yaranmasını elan edilər. 1991-ci il avqustun 25-də “DMR-in Ali Şurası” “DMR”-nin “müstəqillik bəyannaməsini” qəbul ediblər. Moldova hakimiyyəti tərəfindən qanunsuz elan edilmiş Dnestryanıda “prezident seçkiləri” 1991-ci il dekabrın 1-də keçirilmişdir və cənab İqor Smirnov “DMR-in Prezidenti” seçilmişdir. Hal-hazıradək “DMR” beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır.Moldova öz müstəqilliyi haqqında bəyannaməni qəbul edərkən öz ordusuna malik olmamışdır. Qərargahı Kişinyov şəhərində yerləşmiş SSRİ-nin 14-cü ordusu 1956-cı ildən Moldovanın ərazisində yerləşmişdir, lakin 1990-cı ildən başlayaraq hərbi avadanlıqların və şəxsi heyətinin çıxarılmasına başlanılmışdır. 1991-ci ildə 14-cü ordunun tərkibində bir neçə mi əsgər, piyada qoşunları, artilleriya (əsasən hava hücumundan müdafiə sistemləri), zirehli maşınlar, təyyarələr və helikopterlər olmuşdur. Ordunun bir neçə silah anbarları olmuş, o cümlədən Dnestryanının Kolbasna şəhərində Avropada ən böyük silah anbarlarından biri yerləşdirilmişdir.1991-ci il 14 noyabr tarixli 234 nömrəli sərəncamına əsasən Moldovanın Prezidenti bəyan etmişdir ki, Moldova Respublikasının ərazisində yerləşən Sovet silahlı qüvvələrə məxsus olmuş istənilən silah-sursat, hərbi nəqliyyat vasitələri, hərbi bazalar və digər əşyalar Moldova Respublikasının mülkiyyəti sayılır. Bu sərəncam Dnestryanı ərazisi üzrə təsirə malik olmamışdır.1991-ci il 5 dekabr tarixli sərəncamı ilə cənab Smirnov Dnestryanıda yerləşən 14-cü ordusunun hissələrini “Dnestryanı Moldaviya Respublikasının Milli Müdafiə və Təhlükəsizlik Departamenti”nin komandanlığına vermişdir. Cənab Smirnov 14-cü ordunun komandirini general-leytenant Yakovlevi “DMR”-nin “Milli Müdafiə və Təhlükəsizlik Departamenti”nin rəhbəri təyin etmişdir. 1991-ci il dekabr ayında general-leytenant Yakovlev Dnestryanı separatistlərinin silahlanmasında və 14-cü ordunun silah anbarlarında saxlanılan silahlardan istifadə edilməsində dəstəyin göstərilməsinə görə təqsirləndirilən şəxs kimi Moldovanın səlahiyyətli orqanları tərəfindən həbs edilmişdir. Lakin Rusiya Federasiyası Hökumətinin vəsatəti əsasında o sonradan buraxılmışdır.1991-ci ilin sonu və 1992-ci ili əvvəlindən Dnestryanı separatistləri ilə Moldovanın təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar baş vermişdir və bunun nəticəsində bir neçə yüz şəxs həlak olmuşdur.1991-ci il dekabrın 6-da beynəlxalq ictimaiyyətə və BMT-nin Təhlükəsizlik Şurasında ünvanlanmış müraciətdə Moldova Hökuməti Dnestr çayının sol sahillərində yerləşən Qriqoriopol, Dubasarı, Sloboziya və Rıbnitsa şəhərlərinin 1991-ci il dekabrın 3-də general-leytenant Yakovlevin komandanlığı altında 14-cü ordu tərəfindən işğal edilməsinə qarşı çıxmışdır. Bu hərəkətlərə görə onlar SSRİ-nin rəhbərliyini xüsusən Müdafiə nazirliyini günahlandırmışdırlar. 14-cü ordunun əsgərləri Dnestryanı separatistlərini silahla təchiz edilməsində və mülki əhaliyə qarşı terror aktları törədən separatist hərbi qruplaşmaların təşkilində təqsirləndirilirdilər.1991-1992-ci illərdə 14-cü ordunun bir neçə hissələri Dnestryanı separatistlərlə birləşiblər. Məhkəmə İlaşku işində əsaslı şübhələr olmadan müəyyən edib ki, Dnestryanı separatistləri 14-cü ordunun şəxsi heyətinin dəstəyi ilə Dnestryanıda yerləşən 14-cü ordunun anbarlarında olan silahlarla silahlanmışdırlar. Əlavə olaraq regionun xaricində yaşayan çox sayda rus milliyyətçilər, xüsusən kazaklar separatistlərin tərəfində Moldova silahlı qoşunlarına qarşı vuruşublar. 14-cü ordunun əsgərləri tərəfindən göstərilən dəstəyi və separatistlərin 14-cü ordunun anbarlarında saxlanılan silahlarla silahlanması nəticəsində Moldovanın ordusu çətin vəziyyətə düşmüş və bununla Dnestryanı üzərində nəzarəti bərpa edə bilməmişdir. 1992-ci il aprelin 1-də Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin 14-cü ordunun komandanlığını rəsmən Rusiyanın tabeçiliyinə vermiş və bundan sonra 14-cü ordu “Moldovanın Dnestryanı regionunda Rusiyanın Əməliyyat Qrupu” (“RƏQ”) kimi fəaliyyət göstərmişdir. 1992-ci il aprelin 2-də “RƏQ”-in yeni təyin edilmiş komandiri general Netkaçov separatistlər tərəfində tutulmuş Tigina (Benderı) şəhərini mühasirəyə almış Moldova silahlı qüvvələrinin geriyə çəkilməsini tələb etmiş və əks halda onlara qarşı əks tədbirlərin görüləcəyi ilə hədələmişdir. May ayında “RƏQ” Moldova silahlı qüvvələrini Dnestr çayının sol sahillərində yerləşən kəndlərdən çıxarılması məqsədilə onlara qarşı hücuma keçmişdir. İyun ayında “RƏQ” Tigina şəhəri üzərində nəzarəti itirən separatistlərin tərəfində müdaxilə etmiş və Moldovanın silahlı qüvvələrini şəhərdən uzaqlaşdırmışdır.
C. Atəşkəs sazişi və 1997-ci il tarixli Memorandum və İstanbul öhdəlikləri
1992-ci il iyulun 21-də Moldova Respublikasının Prezidenti cənab Mirçe Snequr və cənab Yeltsin Moldova Respublikasının Dnestryanı regionu üzrə münaqişənin dostcasına həll edilməsi prinsiplərinə dair saziş bağlayıblar (“atəşkəs sazişi”).Həmin sazişdə “münaqişə tərəflərin” silahlı qüvvələrinin geriyə çəkilməsi ilə yaradılmalı olan təhlükəsizlik zonanın prinsipləri təsbit edilmişdir (2-ci maddənin 2-ci bəndi). Sazişin 2-ci maddəsinə əsasən Moldova, Rusiya və Dnestryanının nümayəndələrindən ibarət olan və qərargahı Tigina şəhərində yerləşən Birgə Nəzarət Komissiyası “BNK” yaradılmışdır. Sazişə əsasən atəşkəsin və təhlükəsizlik tədbirlərinin riayət edilməsini təmin etmək məqsədilə “BNK”-nın tabeçiliyində Rusiyanın beş taboru, Moldovanın üç taboru və Dnestryanının iki taborundan ibarət sülhməramlı qüvvələr yaradılmışdır. Sazişin 3-cü maddəsinə əsasən Tigina təhlükəsizlik rejimi altında olan şəhər elan edilmiş və onun idarəetməsi lazım olduqda nəzarət komissiya ilə birgə fəaliyyət göstərən “yerli özünüidarəetmə orqanlarına verilmişdir”. “BNK” üzərinə polislə birlikdə Tiginada asayişin bərqərar olunması vəzifəsi qoyulmuşdur. Sazişin 4-cü maddəsinə əsasən Moldova Respublikasında yerləşən rus əsgərlərinin üzərinə neytral olmaq vəzifəsi qoyulub. Sazişin 5-ci maddəsi sanksiyaların və blokadanın tətbiqini qadağan edir, habelə məhsulların, xidmətlərin və insanların sərbəst hərəkətinə olan maneələrin aradan qaldırılması vəzifəsi qoyur. Sazişdə təsbit edilən tədbirlər “münaqişənin siyasi vasitələrlə həllinin vacib amilləri” kimi müəyyən edilib (7-ci maddə).1994-cü il iyulun 29-da Moldova yeni Konstitusiyanı qəbul etmişdir. Əsas Qanuna əsasən Moldova neytral dövlət hesab edilir və onun ərazisində digər dövlətlərin silahlı qüvvələrinin yerləşdirilməsi qadağan edilir, eyni zamanda Dnestr çayının sol sahillərində yerləşən bəzi regionlarına müəyyən formada muxtariyyət verilə bilər. Konstitusiyanın 13-cü maddəsinə əsasən dövlət dili Moldovan dili hesab edilir və yazıda latın əlifbası istifadə edilməlidir.1995-ci ildən sonra bir neçə hallarda Moldovanın səlahiyyətli orqanları iddia edirdilər ki, “RƏQ”-in əsgərləri, həmçinin Rusiyanı “BNK”-nın tərkibində olan silahlı qüvvələrin şəxsi heyyəti atəşkəs sazişində təsbit edilmiş neytrallıq prinsipini pozmuşlar və Dnestryanı “RƏQ”-dən hərbi dəstəyi və silahları əldə edirdi. Əlavə olaraq Moldovanın “BNK”-da nümayəndələri iddia edirdilər ki, Dnesryanı qurumları atəşkəs sazişinə zidd olaraq təhlükəsizlik zonada yeni hərbi və gömrük postları yaratmışdır. Məhkəmə İlaşku işi üzrə müəyyən etmişdir ki, “BNK”-nın rəsmi sənədlərində olan sübutlara əsasən Rusiyanın sülhməramlı kontingentin nəzarəti altında olan bəzi ərazilərdə, o cümlədən Tiginada Dnestryanı separatistləri atəşkəs sazişini pozurdular.1997-ci il mayın 8-də Moskvada Moldova Prezidenti cənab Petru Luçinski və “DMR Prezidenti” cənab Smirnov Moldova Respublikası ilə Dnestryanı arasında münasibətlərin normallaşdırılması prinsiplərini müəyyən edən Memorandumu imzalamışdırlar (“1997-ci il tarixli Memorandum”). “1997-ci il tarixli Memorandum”-un müddəalarına əsasən Dnestryanı ilə əlaqədar olan qərarlar iki tərəf arasında razılaşdırılmalı, səlahiyyətlər bölüşdürülməli və təminatlar qarşılıqlı surətdə təmin verilməlidir. Dnestryanıya qarşılıqlı anlaşmaya əsasən onun maraqlarına aid olan məsələlərlə bağlı Moldova Respublikasının xarici siyasətində iştirak etməyə icazə verilir. Dnestryanı qarşılıqlı anlaşmaya əsasən iqtisadi, elmi, texniki, mədəni və digər sahələrdə birtərəfli olaraq beynəlxalq əlaqələrin qurulması və həyata keçirilməsinə dair hüquqlara malik olardı. Tərəflər lazım olduqda razılaşmaya riayət edilməsi üzrə qarant olan Rusiya Federasiyası, Ukrayna, ATƏT və MDB-nin dəstəyi ilə danışıqlar vasitəsilə münaqişəni həll etməyə çalışmalıdırlar. “1997-ci il tarixli Memorandum” qarantların nümayəndələri Rusiya Federasiyası adından cənab Yeltsin, Ukrayna adından cənab Kuçma və ATƏT-in Prezidenti cənab Helveq Petersen tərəfindən imzalanmışdır.1999-cu il noyabr ayında ATƏT-in İstanbulda altıncı zirvə görüşü keçirilmişdir. Zirvə görüşü zamanı 54 ölkə Avropada Təhlükəsizlik Xartiyasını və İstanbul Sammitinin Bəyannaməsini imzalamışdırlar. Moldova və Rusiya daxil olmaqla digər 30 Üzv dövlətlər isə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması üzrə saziş imzalayıblar (“uyğunlaşdırılmış AASQM”). “Uyğunlaşdırılmış AASQM” əsasən Moldovanın razılığı olmadan digər dövlətlərin silahlı qüvvələri onun ərazisində yerləşdirilməməlidir. Rusiyanın silahlı qüvvələrin Dnestryanıdan çıxarılması (“İstanbul öhdəliklərinin biri”) barədə razılığı “uyğunlaşdırılmış AASQM” üzrə Yekun Aktına əlavə edilmişdir. Eyni zamanda İstanbul Sammitinin Bəyannaməsinin 19-cu bəndinə əsasən Rusiya 2002-ci ilin sonunadək Dnestryanıdan öz silahlı qüvvələrinin çıxarılmasına dair öhdəlik götürmüşdür:
“19. Budapeşt və Lissabon sammitlərində, habelə Osloda keçirilmiş Nazirlərin Görüşündə qəbul edilmiş qərarları yada salaraq biz Rusiya qoşunlarının Moldovandan təcili, mütləq və tam çıxarılması barədə öz ifadəmizi təkrarlayırıq. Bununla Moldovanın Dnestryanı regionundan Rusiyanın hərbi avadanlıqlarının çıxarılması və daşınması mümkün olmayan silah-sursatın məhv edilməsi sahəsində nail olunmuş irəliləyişi alqışlayırıq.
Biz Rusiyanın silahlı qüvvələrinin Moldovanın ərazilərindən 2002-ci ilin sonunadək çıxarılması barədə Rusiya Federasiyasının öhdəliklərini alqışlayırıq. Biz, həmçinin, Moldova Respublikasının və ATƏT-in öz nümayəndələri vasitəsilə müəyyən edilmiş vaxt müddəti çərçivəsində irəliləyişin stimullaşdırılması üzrə istəklərini alqışlayırıq.
Biz yada salırıq k, beynəlxalq qiymətləndirici missiya silah-sursatın və hərbi avadanlıqların çıxarılması və məhv edilməsi üzrə məsələlərin araşdırılmasına təxirə salınmadan başlaya bilər. Silahların çıxarılması və məhv edilməsi prosesinin təmin edilməsi məqsədilə bu prosesin şəffaflığının qorunması, habelə maliyyə və texniki dəstəyi ilə onun sürətləndirilməsi üçün biz Daimi Şuraya Moldovada ATƏT-in Missiyasının mandatının genişləndirilməsi məsələsinin nəzərdən keçirilməsini tapşırırıq. Bundan sonra biz ATƏT tərəfindən idarə olunan könüllü beynəlxalq fondun təsis edilməsi üzrə razılığa gəlmişik.”
2002-ci ildə Lissabonda keçirilmiş ATƏT-in Nazirlər Konfransı zamanı Rusiyanın silahlı qüvvələrinin çıxarılması üçün ayrılmış müddət 2003-cü il dekabr ayınadək uzadılmışdır.
Rusiya İstanbul Sammitində və Lissabon Nazirlə Konfransında müəyyən edilmiş silahlı qüvvələrin çıxarılmasına dair öhdəliklərini 2003-cü ilin sonunadək yerinə yetirməmişdir. 2003-cü ilin dekabr ayında keçirilmiş ATƏT-in Nazirlər Şurasında Dnestryanı üzrə ümumi mövqeyinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Şuranın bəyanatında aşağıdakılar əks olunmuşdur:
“Nazirlərin əksəriyyəti Rusiya Federasiyasının qoşunların Moldova ərazisində çıxarılması dair 1999-cu il tarixli İstanbul Sammitində götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzrə səylərini qeyd etmişdirlər. Onlar Rusiya federasiyasına məxsus silah-sursatın və hərbi avadanlığın çıxarılması və məhv edilməsi üzrə 2003-cü ildə nail olunmuş irəliləyişi qeyd etmişdirlər. Onlar həmin prosesin dəstəklənməsi məqsədilə təsis edilmiş Könüllü Fonda ödənilmiş maliyyə vəsaitlərə görə bütün Üzv Dövlətlərin səylərini qiymətləndirmişdirlər. Lakin onlar Rusiya qoşunlarının 2003-cü il dekabrın 31-dək tam çıxarılmaması ilə əlaqədar dərin narahatlıqlarını izhar ediblər. Onlar bu öhdəliyin təxirəsalınmadan yerinə yetirilməsinin zəruriliyini ifadə ediblər.”
Şimali Atlantika Müqaviləsi Təşkilatı (“NATO”) Rusiyanın İstanbul öhdəliklərinin yerinə yetirilməsinədək “uyğunlaşdırılmış AASQM”-ın ratifikasiyasından imtina ediblər.
D. “Kozak Memorandumu”
2001-ci ildə Kommunist Partiyası seçkilərdə uğur qazanaraq Moldovanın hakim partiyası olmuşdur. Moldovanın yeni Prezidenti cənab Vladimir Voronin Dnestryanının gələcəyi üzrə Rusiya ilə birbaşa danışıqlara başlamışdır. 2003-cü ilin noyabr ayında Rusiya Federasiyası Rusiya siyasətçisi cənab Dmitriy Kozak tərəfindən hazırlanmış və bununla onun adını daşıyan “Ümumi Dövlətin Dövlətçilik Strukturunun Əsas Prinsipləri haqqında Memorandumu”nu (“Kozak Memorandumu”) münaqişənin həlli üzrə təklif kimi irəli sürmüşdür. Kozak Memorandumunda Moldovanın yeni federal strukturu təklif edilmişdir, onun əsasında “DMR”-ə xüsusi muxtariyyət statusu verilirdi və o, yeni “federal qanunvericilik orqanında” təmsil olunmalı idi. Kozak Memorandumunun keçid müddəalarına əsasən Qaqauziyanın 4, Dnestryanının 9 və yeni federal qanunvericilik orqanının birinci palatasının 13 nümayəndəsindən ibarət yeni qanunvericilik orqanının ikinci palatası dörddən üç hissəsinin səs çoxluğu ilə 2015-ci ilədək federal konstitusiya qanunlarını qəbul edir. Bununla “DMR”-in ikinci palatada nümayəndələri 2015-ci ilədək Moldova ilə bağlı qəbul ediləcək qanunlara veto qoymaq səlahiyyəti verilirdi. Əvvəlcə bu təklifləri qəbul etməyə hazır olduğunu ifadə edən cənab Voronin 2003-cü il noyabrın 25-də Kozak Memorandumunu imzalamaqdan imtina etmişdir.
E. Gücləndirilmiş sərhəd və gömrük nəzarəti
2005-ci il dekabr ayında Ukrayna ilə Moldova arasında olan qanunsuz ticarətin qarşısının alınması məqsədilə Avropa İttifaqı Sərhəd Dəstəyi Missiyası təsis edilmişdir. 2006-cı ilin mart ayında Ukrayna və Moldova 2003-cü ilin gömrük razılaşmanı həyata keçirməyə başlamışlar. Həmin razılaşmaya əsasən sərhəd ticarəti ilə məşğul olan Dnestryanı şirkətlər Ümumdünya Ticarət Təşkilatının protokollarına uyğun olaraq məhsulları istehsal edən ölkəni göstərən sənədlərin verilməsi məqsədilə Kişinyovda qeydiyyatdan keçməli idilər. Ukrayna belə ixrac sənədləri olmayan məhsulları öz sərhədindən buraxılmasından imtina etmişdir.Həmin gömrük tədbirlərinə cavab olaraq Dnestryanının nümayəndələri 5+2 formatda keçirilən danışıqlarda iştirak etməkdən imtina etmişdirlər. 2005-ci il fevral və mart aylarında “Moldova Hökuməti tərəfindən Dnestryanı üzərində vəziyyətin pisləşməsinə yönəlmiş tədbirlərin görülməsinə cavab olaraq” Rusiyanın Dövlət Duması müvafiq qətnamə qəbul edərək Rusiya Hökumətindən Moldovanın alkoqollu və tütün məhsullarının idxalına qadağanın qoyulmasını, Moldovaya enerjinin (Dnestryanı istisna olmaqla) dünya bazarında mövcud qiymətlərlə satılmasını və Dnestryanı əhalisi istisna olmaqla Rusiyaya səfər etmək istəyən Moldova vətəndaşlarına qarşı viza rejimin tətbiqini xahiş etmişdir.2005-ci il aprel ayında Rusiyanın səlahiyyətli orqanları məhsulların yerli gigiyenik standartlarına cavab vermədiyinə görə Moldovadan ət məhsullarının, meyvə və tərəvəzin idxalına qadağa qoymuşdur. 2006-cı ilin mart ayından 2007-ci ilin noyabr ayınadək Moldova şərablarının idxalına qadağa qoyulmuşdur. Beynəlxalq Valyuta Fondunun statistik məlumatlarına əsasən həmin tədbirlər nəticəsində 2006-2007-ci illər ərzində Moldova iqtisadiyyatı 2-3% azalmışdır.2005-ci ilin yanvar ayında cənab Viktor Yuşenko Ukraynanın Prezidenti seçilmişdir. 2005-ci ilin may ayında Ukrayna Hökuməti Dnestryanı münaqişəsinin həlli üzrə “Demokratikləşdirmə vasitəsilə Həllə Nail Olmaq” adlı yeni planı təqdim etmişdir (bax: yuxarıda qeyd edilən 64-cü bəndə). 2005-ci ilin iyul ayında Moldova Parlamenti Ukraynanın planına istinad edərək “Dnestryanının Xüsusi Hüquqi Statusunun Əsas Prinsipləri haqqında” Qanununu qəbul etmişdir. Formal danışıqlar müşahidəçilər qismində Avropa İttifaqının və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə 5+2 formatında 2005-ci il oktyabr ayında bərpa olunmuşlar.
F. Dnestryanıda Rusiyanın hərbi avadanlığı və şəxsi heyəti
1998-ci il martın 20-də Odessa şəhərində Rusiyanın Baş naziri cənab Viktor Çernomırdin ilə “DMR-in Prezidenti” cənab Smirnov arasında “RƏQ”-ə məxsus hərbi əmlaklarla bağlı saziş imzalanmışdır. Həmin sazişə əlavə olunmuş cədvələ əsasən saxlanılan əsas silahların çıxarılması və ya partlatma ya da digər mexaniki vasitələrlə silinməsi 2001-ci il dekabrın 31-dək tam bitməli idi. Sülhməramlı kontingentin tərkib hissəsinə daxil olmayan qalan silah-sursatın, hərbi avadanlığın və şəxsi heyətin çıxarılması ən azı 2002-ci il dekabrın 31-dək tamamlanmalı idi. 1999-2002-ci illər ərzində Rusiyanın hərbi avadanlığı ilə yüklənmiş bir neçə qatarlar Dnestryanını tərk etmişdirlər.2001-ci il oktyabr ayında Rusiya Federasiyası ilə “DMR” arasında Rusiya qoşunlarının çıxarılması haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Dnestryanıda yerləşmiş Rusiyanın hərbi texnikasının çıxarılması ilə əlaqədar kompensasiyanın ödənilməsi məqsədilə Rusiya Federasiyası istifadə edilmiş qaza görə “DMR”-in yüz milyon dollar məbləğində olan borcu silmiş və mülki sahədə istifadə üçün nəzərdə tutulmuş avadanlığı bağışlamışdır.ATƏT-in pres relizinə əsasən körpülərin tikilməsi üçün istifadə olunan avadanlıq və səyyar mətbəxlər 29 vaqonlara yerləşdirilərək Rusiyanın səlahiyyətli orqanları tərəfindən 2002-ci il dekabrın 29-da Kolbasnadan çıxarılmışdır. Həmin pres relizdə qeyd edilmişdir ki, “RƏQ” Komandiri, general Boris Sergeyevin bəyanatına əsasən qoşunların çıxarılmasını mümkün edən müqaviləyə uyğun olaraq “DMR” qeyri-hərbi avadanlığın yarısını almışdır. General Sergeyev 2002-ci il dekabrın 16-da müəyyən misallar da göstərmişdir, belə ki, ərazidən çıxarılmış 77 yük maşını əvəzinə 77 hərbi yük maşını Dnestryanıya qaytarılmışdır.Məhkəmə tərəfindən İlaşku işində araşdırılmış sübutlara əsasən 2003-cü ildə RƏQ-in Dnestryanıda və əsasən Kolbasnada ən azı 200.000 ton hərbi avadanlığı və sursatı saxlanılırdı, o cümlədən 106 döyüş tankı, 42 zirehli avtomobil, şəxsi heyəti daşıyan 109 zirehli maşın, kəşfiyyat üçün 54 zirehli nəqliyyat vasitəsi, 123 artilleriya mərmisi və minaatanlar, tank əleyhinə 206 silah, təyyarə əleyhinə 226 silah, 9 helikopter və müxtəlif növ 1.648 nəqliyyat vasitəsi (bax: yuxarıda qeyd edilən, İlaşku və digərləri Moldovaya və Rusiyaya qarşı, 131-ci bənd). 2003-cü ildə ATƏT-in müşahidəsinə əsasən Rusiyanın hərbi avadanlığı ilə yüklənmiş 11 qatar və 15000 ton sursatla yüklənmiş 31 qatar Dnestryanıdan çıxarılmışdır. Lakin 2004-cü ildə ATƏT bəyan etmişdir ki, 1000 ton sursatla yüklənmiş bir qatar çıxarılmışdır.2004-cü ildə sonra Rusiyanın hərbi texnikası və avadanlığının Dnestryanıdan çıxarılması müəyyən edilməmişdir. Məhkəmə İlaşku işində müəyyən edib ki, 2004-cü ilin sonunadək təxminən 21000 ton sursat və 40000 sayda olan xırda çaplı və yüngül silahlar, həmçinin 10 qatara yüklənmiş digər hərbi avadanlıqlar Dnestryanıda saxlanmışdır. 2006-cı ilin noyabr ayında ATƏT-in nümayəndələrinə silah anbarlara baş çəkmənin həyata keçirilməsi üçün icazə edilmiş və burada saxlanılan 21000 ton sursat aşkar edilmişdir (bax: aşağıda qeyd edilən 68-i bənd). 2005-ci ilin may ayında “RƏQ”-in komandiri bildirmişdir ki, 40000 sayda olan xırda çaplı və yüngül silahlar məhv edilmişdir, lakin, müstəqil müşahidəçilərə bu iddianın təsdiq edilməsi üçün imkanlar yaradılmamışdır. Hazırkı iş üzrə Rusiya Hökumətinin qeydlərinə əsasən silahların, sursatların və hərbi avadanlıqların əsas hissəsi 1991-ci və 2003-cü illərdə çıxarılmış və silah anbarlarında yalnız əl qumbaraları, minaatanlar üçün mərmilər və xırda çaplı sılah üçün sursatlar saxlanılmışdır.Hazırkı iş üzrə tərəflər razılaşıblar ki, təxminən 1000 nəfər Rusiya hərbçisi Dnestryanıda silah anbarların mühafizə edilməsi üçün qulluq edirlər. O cümlədən tərəflər razılaşıblar ki, sülhməramlı qüvvələrinə daxil olan 1125 Rusiya əsgəri Təhlükəsizlik Zonada yerləşdiriliblər. Təhlükəsizlik Zonanın uzunluğu 225 km və eni 12-20 km olmuşdur.
G. Rusiyanın “DMR”-ə iqtisadi və siyasi dəstək iddiası
Yenidən Rusiya Hökuməti israr edir ki, Dnestryanıda məktəb böhranından əvvəl baş vermiş hadisələrin hazırkı işin mahiyyəti ilə əlaqəsi yoxdur.Məhkəmənin İlaşku işində gədiyi nəticəsinə əsasən təkzibolunmaz faktdır ki, hərbi sənaye Dnestryanının iqtisadiyyatının dayaqlarından biridir və Pridnestrovyedə silah istehsalına cəlb olunmuş Rusiya firmaları tərəfindən (Rosvoorujenie (Росвооружение) və Elektromaş) birbaşa dəstəklənir. İtera adlı Rusiyanın firması Moldova hakimiyyətinin etirazlarına baxmayaraq Rıbnitsada (Dnestryanı Moldovada şəhər) energetika sahəsində irimiqyaslı layihələr həyata keçirir. O cümlədən, Rusiyanın Silahlı Qüvvələri Dnestryanıda əsas işə götürən və avadanlıqların alıcısı kimi tanınır.Ərizəçiyə qeydlərinə uyğun olaraq Rusiya əsasən energetika sahəsində “DMR”-in ixracının 18 % və idxalının 43,7 % öz nəzarəti altında saxlayır. “DMR” istifadə etdiyi qazın yalnız 5 % üçün pul ödəyir. Misal üçün 2011-ci ildə “DMR” 505 milyon ABŞ dolları məbləğində qaz istifadə edib və onun yalnız 4 % (20 milyon ABŞ dolları) ödəyib. Rusiya Hökuməti izah edir ki, “DMR” heç bir dövlət tərəfindən tanınmayan qurumdur və onun öz suveren borcu ola bilməz və Rusiya Moldova və Dnestryanı üçün ayrılıqda qazı ixrac etmək imkanına malik deyil. Regiona qazın nəqlini Qazprom və Moldovaqaz ASC təşkil edir və onlar həm Moldovada, həm də “DMR”-də birlikdə fəaliyyət göstərirlər. Moldovaqazın Rusiyaya olan müştərək borcu 1,8 milyard ABŞ dolları ötmüşdür və həmin məbləğin 1,5 milyard ABŞ dolları Dnestryanıda istifadə edilmiş qaza aiddir. Moldova üzərindən Balkan dövlətləri qazla təchiz edən Qazprom qazı bu regiona nəql etməkdən imtina edə bilməz.Bundan sonra ərizəçilər iddia edirlər ki, Rusiya əsasən yaşlı insanlara pensiyaları ödəməklə Dnestryanıya birbaşa humanitar yardım göstərirlər. Ərizəçi iddia edir ki, Rusiyanın rəsmi statistik mənbələrinə əsasən 2007-2010-cu illər ərzində Dnestryanıya 55 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərilmişdir Moldova Hökuməti bildirmişdir ki, 2011-ci ildə “DMR” Rusiyadan bütövlükdə 20,64 milyon ABŞ dolları məbləğində maliyyə yardımı almışdır. Rusiya Hökuməti bildirmişdir ki, pensiyaların ödənilməsi, həmçinin məktəblərə, həbsxanalara və xəstəxanalara ərzaqların çatdırılması kimi humanitar məqsədlər üçün həmin regionda yaşayan Rusiya vətəndaşları üçün göstərilmiş maliyyə yardımı tam şəffafdır və Avropa İttifaqı tərəfindən göstərilən humanitar yardımla müqayisə oluna bilər. Dnestryanıda yaşayan insanlara humanitar yarıdım göstərilməsi ilə yanaşı Rusiya həmçinin Moldovanın digər ərazilərində yaşayan insanlara yardım göstərir.Əlavə olaraq ərizəçilər iddia edir ki, Dnestryanıda yaşayan 120000 nəfər şəxs Rusiya Federasiyası vətəndaşlığına qəbul edilmişdir. O cümlədən “DMR” liderlərin çoxu Rusiya vətəndaşıdırlar. Məhkəmə hesab edir ki, bu məsələyə “DMR” Hökuməti” tərəfindən 2004-cü ildə keçirilmiş əhalinin siyahıya alınmasının nəticələrinə uyğun olaraq baxıla bilər, belə ki, onun nəzarəti altında olan ərazidə 555.347 nəfər insan yaşamış onlardan 32 % Moldovadan gələnlərdir, 30 % Ruslar və 29 % Ukraynalılardır, digər milli və etnik sayı kiçik faizdə təmsil olurlar.
H. Məktəblərdə böhran və ərizəçilərin işlərinə aid faktlar
“DMR”-in “Konstitusiyası”nın 12-ci maddəsinə əsasən “DMR” ərazisində dövlət dilləri “Moldovan”, Rus və Ukrayna dilləridir. 1992-ci il sentyabrın 8-də qəbul edilmiş “DMR”-in dilləri haqqında” Qanunun 6-cı maddəsinə əsasən bütün məqsədlər üçün “Moldovan” dili kiril əlifbası ilə istifadə edilməlidir. “Qanuna” əsasən latın əlifbasının istifadəsi inzibati xəta hesab edilir. 2002-ci il iyulun 19-da qəbul edilmiş “DMR”-in İnzibati Xətalar Məcəlləsi”-nin 200-3-cü maddəsində aşağıdakılar təsbit edilmişdir:
“DMR” ərazisində vəzifəli şəxslər və ya dövlət idarəçiliyindən ya da hüquqi statusundan və mülkiyyət formasından asılı olmayaraq ictimai birliklərdə və digər təşkilatlarda hər-hansı şəxslər dillərin istifadə edilməsi haqqında “DMR” qanunvericiliyinə riayət etməli ... bu müddəanın pozuntusu minimum əmək haqqının 50 mislində cərimə ilə cəzalandırılır.”
1994-cü il avqustun 18-də “DMR” hakimiyyəti latın əlifbasının məktəblərdə istifadəsini qadağan edib. 1999-cu il 21 may tarixli qərarı ilə “DMR” hakimiyyəti müəyyən etmişdir ki, onun ərazisində fəaliyyət göstərən “xarici dövlətlər aid” bütün məktəblər “DMR” tərəfindən müvafiq qaydada qeydiyyata alınmalıdır. Əks təqdirdə onlar tanınmayacaq və bütün hüquqlardan məhrum ediləcəklər.2004-cü il 14 iyul tarixdə “DMR” latın əlifbasını istifadə edən bütün məktəblərin bağlanması üzrə müvafiq tədbirlər həyata keçirməyə başlayıblar. Qəbuledilənlik barədə qərardadın qəbul edilməsi vaxtda Dnestryanıda Moldovan/Rumın dillərini və latın əlifbasını istifadə edən yalnız altı məktəb qalmışdır.
1. Katan və digərləri (43370/04 nömrəli ərizə)
Ərizəçilər həmin dövrdə Rıbnitsada Evrika Məktəbində oxuyan 18 şagird və onların 13 valideyni olmuşdur (bax: hazırkı qərarın əlavəsinə).1997-ci ildən Evrika Məktəbi Moldovan ictimai fondu tərəfindən Qaqarin küçəsində tikilmiş binanı istifadə edirdilər. Məktəb Moldovanın Təhsil Nazirliyi tərəfindən qeydiyyata alınmış, latın əlifbasını və həmin Nazirliyin kurikulumu istifadə edirdi.“DMR”-in 1999-cu il 21 may tarixli qərarından (bax: yuxarıda qeyd edilən 44-cü bənd) sonra Evrika Məktəbi qeydiyyatdan keçməkdən imtina etmişdir, belə ki, həmin qeydiyyat əsasında məktəb kiril əlifbasından və “DMR” hakimiyyəti tərəfindən təsdiq edilmiş kurikulumdan istifadə etməli idi. 2004-cü il fevralın 26-da “DMR” hakimiyyəti məktəbin yerləşdiyi binanı “Rıbnitsanın Təhsil Departamentinin” balansına keçirmişdir. 2004-cü il iyul ayında “DMR” ərazisində fəaliyyət göstərən latın əlifbanı istifadə edən məktəblərin bağlanılmasından sonra Evrika Məktəbinin şagirdləri, valideynləri və müəllimləri gecə gündüz məktəbi mühafizə etməyə başlamışdırlar. 2004-cü il iyulun 29-da Dnestryanı polisi məktəb binasına hücum edərək orada olan arvadları və uşaqları çıxartmışdırlar. Növbəti bir neçə gün ərzində yerli polis və “Rıbnitsa Təhsil Departamentinin” nümayəndələri məktəbdə oxuyan uşaqların valideynləri ilə görüşərək onlardan öz uşaqlarını həmin məktəbdən çıxarılmasını və “DMR” hakimiyyəti tərəfindən qeydiyyata alınmış məktəblərə yerləşdirilməsini xahiş etmişdirlər. İddia olunduğu kimi valideynlərə hədə-qorxu gələrək deyilmişdir ki, onlar tabe olunmasa işdən çıxaracaqlar və hətta valideynlik hüquqlarından məhrum olunacaqlar. Bu təzyiq nəticəsində valideynlərin əksəriyyəti öz uşaqlarını həmin məktəbdən çıxararaq digər məktəbə vermişdirlər.2004-cü il sentyabrın 29-da Moldovada ATƏT-in missiyasının müdaxiləsindən sonra həmin məktəb “Tiraspolun Qeydiyyat Palatası” tərəfindən xarici özəl məktəb kimi qeydiyyata alınmış, lakin, bina olmadığına görə öz fəaliyyətini bərpa edə bilməmişdir. 2004-cü il oktyabrın 2-də “DMR” hakimiyyəti məktəbə bundan əvvəl uşaq bağçasının fəaliyyət göstərdiyi digər binada fəaliyyəti davam etdirməyə icazə vermişdir. Bina “DMR”-dən icarəyə götürülmüş və Moldova Hökuməti onun təmirinə pul ayırmışdır. Məktəbin daha geniş və əlverişli olan Qaqarin küçəsində yerləşən binaya qayıtmağı ilə bağlı müraciətə mənfi cavablar verilərək bildirilmişdir ki, həmin bina digər məktəb tərəfindən istifadə edilir. Ərizəçilər iddia etmişdirlər ki, icarəyə götürülmüş bina orta məktəb kimi istifadə olunmaq üçün əlverişsizdir, belə ki, işıqlandırma, dəhlizlər və sinif otaqları tələblərə cavab vermir, binada laboratoriya və idman zalının təşkili üçün yer yoxdur. Məktəb Moldovanın Təhsil Nazirliyi tərəfindən idarə olunmuş və Nazirlik müəllimlərin əmək haqlarını ödəmiş, habelə onu müvafiq ləvazimatlarla təchiz edirdi. Məktəb latın əlifbasını və Moldovanın kurikulumunu istifadə edirdi.Ərizəçilər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına bir neçə şikayət və müraciətlər vermişdirlər. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bunlara cavab olaraq Dnestryanıda Moldovan/Rumıniya dillərində fəaliyyət göstərən məktəblər ətrafında münaqişənin eskalasiyası ilə bağlı ümumi xarakterli bəyanatlar vermişdir. Bəyanatlarda bildirilmişdir ki, qeyd olunan problem Moldova ilə “DMR” arasında davam edən münaqişə ilə əlaqədardır. Rusiyanın Xarici İşlər Nazirliyi Moldovanın və “DMR”-in diqqətini münaqişənin həlli üçün gücün istifadə edilməsi regionda təhlükəsizliyin pozulması ilə nəticələnə biləcəyi faktına cəlb edir və onları münaqişənin həlli üçün müxtəlif növ əməkdaşlıqdan istifadə etməsinə çağırır. Ərizəçilər həmin hadisə ilə əlaqədar Moldovanın səlahiyyətli orqanlarına şikayət etmişdirlər.Bina vandalizm hədəfinə çevrilmiş və onun pəncərələri sındırılmışdır. Ərizəçilər iddia etmişdirlər ki, həmin kampaniya 2004-cü ildən etibarən başlanmışdır. Moldova Hökuməti bildirmişdir ki, bu kampaniya 2007-ci ilin payız aylarından başlanmışdır. 2008-ci il aprelin 10-da Moldovanın Reinteqrasiya Nazirliyi Avropa Şurasının Xüsusi Nümayəndəsindən məsələyə qarışmağı və hücumlara son qoymağı xahiş etmişdir. Eyni zamanda ərizəçilər iddia etmişdirlər ki, yerli rus dilli əhali uşaqları qorxudur və onlar məktəb xaricində Moldovan dilində danışmaqdan qorxurlar.2008-ci il iyulun 16-da Moldovanın Reinteqrasiya Nazirliyi Avropa Şurasının Xüsusi Nümayəndəsindən məktəb ləvazimatlarının və müəllimlərin əmək haqlarının “DMR” ilə sərhəddən keçirməyə köməklik istəmişdir.2002-2003-cü akademik il ərzində məktəbdə 683 şagird oxumuşdur. 2008-2009-cu il ərzində rəqəm 345-dək azalmışdır.
2. Kalder və digərləri (8252/05 nömrəli ərizə)
Ərizəçilər həmin dövrdə Tiqina Benderıda (Dnestryanıda şəhər) yerləşən Xeyirxah Aleksandr adına Məktəbdə oxuyan 26 yeniyetmələr və onların 17 valideyni olmuşdur (bax: əlavəyə). Məktəb Kosmodemiyanskaya küçəsində Moldovanın ictimai fondunun vəsaiti hesabına tikilmiş və Moldova hakimiyyəti tərəfindən icarəyə götürülmüş binada yerləşirdi. Məktəb Moldovanın Təhsil Nazirliyi tərəfindən qeydiyyata alınmış, latın əlifbasını və həmin Nazirliyin kurikulumu istifadə edirdi.2004-cü il iyunun 4-də “DMR”-in Təhsil Nazirliyi” məktəbə xəbərdarlıq edərək bildirmişdir ki, o, müvafiq qaydada qeydiyyatdan keçməsə ona və direktora qarşı müəyyən intizam tədbirləri tətbiq ediləcək. 2004-cü il iyulun 19-da məktəbə elektrik enerjinin və suyun verilişi dayandırmış və 2004-cü il iyulun 19-da məktəbin rəhbərliyinə bildirilmişdir ki, onlar artıq Kosmodemiyanskaya küçəsində yerləşən binadan istifadə edə bilməzlər. Lakin, müəllimlər, şagirdlər və valideynlər məktəb binasına sığınaraq oradan çıxmaqdan imtina etmişdir. Dnestryanı polisi binanı boşaltmağa cəhd göstərmiş, lakin bu uğursuz alındıqdan sonra onlar binanı mühasirəyə almışdırlar. 2004-cü il iyulun 28-də polis qüvvələri binadan çəkilmişdirlər. 2004-cü il sentyabrın 20-də beynəlxalq qurumların, o cümlədən Avropa Şurasının nümayəndələrinin iştirakı ilə aparılan danışıqlardan sonra binaya elektrik enerjinin və suyun verilişi bərpa edilmişdir.2004-cü ilin sentyabr ayında “DMR” hakimiyyəti məktəbə yalnız təklif edilmiş müxtəlif binaların “DMR”-dən icarəyə götürülməklə fəaliyyətin davam etdirilməsinə icazə vermişdir. Hal-hazırda məktəb şəhərin müxtəlif yerlərində yerləşən üç binalardan istifadə edir. Əsas binada kafe, elm və ya idman üçün şərait yoxdur və ictimai nəqliyyatın marşrutundan kənarda yerləşir. Moldova Hökuməti məktəbi avtobusla və kompüterlərlə təchiz edib. O cümlədən binanın birində sanitar yerlərinin təmiri Moldova Hökumətinin hesabına həyata keçirilib.Ərizəçilər Rusiya və Moldovanın səlahiyyətli qurumlarına dəfələrlə müraciət və şikayətlər etmişdirlər.2002-2003-cü illərdə orada 1751, 2008-2009-cu illərdə isə orada 901 şagird oxumuşdur.
3. Kerkavski və digərləri (18454/06 nömrəli ərizə)
Ərizəçilər Qriqoriopol şəhərində yerləşən Böyük Stefan adında Məktəbin 46 şagirdi və onların 50 valideyni olmuşdurlar (bax: əlavəyə).1996-cı ildə kiril əlifbasını istifadə etmiş məktəbin şagirdləri və onların valideynləri “DMR” hakimiyyətinə müraciət edərək latın əlifbasının istifadə etməyə xahiş ediblər. Bunun nəticəsində 1996-2002-ci illərdə “DMR” tərəfindən mətbuatda müəyyən qorxu hissi yaratmaq kampaniyası həyata keçirilmişdir. 2002-ci il avqustun 22-də Dnestryanı polisi binaya hücum edərək orada olan müəllimləri, şagirdləri və onların valideynlərini oradan çıxardıblar. 2002-ci il avqustun 28-də Şagirdlər Komitəsinin Sədri tutularaq inzibati qaydada 15 sutkalı həbs cəzası almışdır. Bu hadisədən sonra 300 şagird məktəbi tərk etmişdir.Binanın “DMR” tərəfindən ələ keçirilməsindən sonra Moldovanın Təhsil Nazirliyi qərara almışdır ki, məktəb müvəqqəti olaraq Moldovanın nəzarəti altında olan və Qriqoriopoldan 20 km uzaqlıqda yerləşən Dorotskaya kəndinə keçirilməlidir. Onların şəxsiyyətləri “DMR”-in səlahiyyətli əməkdaşları tərəfindən yoxlanılmış və onların üzərində axtarış keçirilmişdir. Ərizəçilər iddia edirlər ki, həmin tədbirlər zamanı onlar söyüşlərlə təhqir edilmiş və tüpürcəklərlə alçaldılıblar.Məktəbin nümayəndələri ATƏT və BMT kimi beynəlxalq təşkilatlara, həmçinin Moldova və Rusiyanın səlahiyyətli qurumlarına müraciətlər etmişdirlər. Rusiyanın səlahiyyətli orqanı Moldova və “DMR”-i danışıqlar yolu ilə məsələni həll etməyə çağırıblar. Moldovanın səlahiyyətli qurumları bildirirlər ki, onlar kömək etmək üçün artıq heç nə edə bilməzlər.2000-2001-cü illərdə orada 709, 2008-2009-cu illərdə isə orada 169 şagird oxumuşdur.
II. BEYNƏLXALQ HÖKUMƏTLƏR ARASI VƏ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ HESABATLARI
A. Avropa Şurası Parlament Assambleyası
2005-ci il sentyabrın 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Üzv Dövlətlərin Öhdəliklərinin Yerinə Yetirilməsi üzrə Komitəsi (Monitorinq Komitəsi) “Moldovada demokratik institutlarının fəaliyyəti barədə” hesabatı qəbul etmişdir. Hesabatın Dnestryanıya aid hissəsində aşağıdakılar bildirilir:
“31. Assambleyanın qeyd etməli və mümkün qədər yaxından müşahidə etməli əsas yeni inkişaflar bir neçə ay ərzində baş vermişdir
32. Ukrayna ilə Moldova arasında aparılan intensiv diplomatik əlaqələri nəzərə alaraq Ukrayna Prezidenti Yuşenko QUAM-ın 22 Aprel tarixdə Kişinyovda keçirilən zirvə görüşündə Dnestryanı münaqişənin həll edilməsi üçün 7 prinsipdən ibarət təklif irəli sürmüşdür. ...
Həmin yeni planın əsas özəlliyi Dnestryanının demokratikləşdirilməsi vasitəsi ilə uzunmüddətli həllə nail olmaqdan ibarətdir. Həmin məqsədə aşağıdakı vasitələrlə nail olunmalıdır:
- Dnestryanıda demokratiyanın, vətəndaş cəmiyyətinin və çox partiyalı sisteminin inkişafı;
- Avropa İttifaqı, ATƏT, Avropa Şurasının, habelə Rusiya, ABŞ, Ukrayna və digər demokratik ölkələrin müşahidəsi ilə Dnestryanının Ali Sovetinə sərbəst və demokratik seçkilərin keçirilməsi;
- hazırkı sülhməramlı formatını ATƏT-in nəzarəti altında hərbi və mülki müşahidəçilərdən ibarət olan beynəlxalq missiyaya çevrilməsi və Ukraynanın hərbi müşahidəçilərin regiona buraxılması;
- Dnestryanı hakimiyyəti tərəfindən Ukraynalı ekspertlər daxil olmaqla beynəlxalq monitorinq missiyasının nümayəndələrinə Dnestryanıda yerləşən hərbi sənaye obyektlərinə baş çəkmələrin həyata keçirilməsinə icazənin verilməsi;
- Ukrayna-Moldova ilə dövlət sərhədindən məhsulların və insanların müəyyən edilməsi üçün Ukraynaya ATƏT-in qısa müddətli monitorinq missiyasının göndərilməsi.
33. Ukraynanın Təhlükəsizlik Şurasının katibi Pyotr Poroşenko ilə Moldova Prezidentinin köməkçisi Mark Tkaçukla bir ay ərzində aparılmış diplomatik danışıqlardan sonra Ukrayna planının tam mətni vasitəçilərin, həmçinin Moldova və Dnestryanının nümayəndələrinin iştirakı ilə 16-17 may tarixlərində Vinnitsa şəhərində keçirilmiş görüşdə təqdim edilmişdir.
34. Reaksiya dəyişkən, lakin ehtiyatlı müsbət olmuşdur.
35. İyunun 10-da Moldova Parlamenti “Dnestryanı münaqişəsinin nizamlanması üzrə Ukraynanın təşəbbüsü haqqına Bəyanatı”, həmçinin Moldova Respublikasının Dnestryanının demilitarizasiyası və orada demokratikləşdirmənin təşviq edilməsi barədə iki müraciət qəbul etmişdir ...
36. Bəyanatda Prezident Yuşenkonun təşəbbüsü alqışlanaraq onun Moldova tərəfindən ərazi bütövlüyünün bərpa edilməsinə nail olunması üçün mühüm rol oynayacağına inanır. Lakin parlament təəssüflə bildirir ki, həmin bəyanatda münaqişənin həll edilməsində ilk növbədə Rusiyanın qoşunlarının çıxarılması, demilitarizasiya, regionun demokratikləşdirilməsinin prinsipləri və şərtləri, həmçinin Moldova-Ukrayna sərhədinin Dnestryanı hissəsində şəffaf və hüquqi nəzarətin təmin edilməsi kimi vacib prinsiplər əks olunmamışdır. Bununla parlament beynəlxalq ictimaiyyətdən və Ukraynadan bu sahədə əlavə səylərin göstərilməsinə çağırıb.
37. Eyni zamanda parlament bəyanatda qeyd edilən Dnestryanının Moldova Respublikasının xarici siyasətin həyata keçirilməsi zamanı iştirakına və barışdırıcı komitənin yaradılmasına dair müxtəlif təklifləri tənqid edərək onların Moldova Respublikasının suverenitetinin pozulmasına gətirə biləcəyini vurğulayıb. Parlament münaqişənin həll edilməsi üçün demokratik şəraitdə seçilmiş Dnestryanının rəhbərliyi ilə Moldova Konstitusiyasının çərçivəsində danışıqların aparılmasına israr edib. Bununla Ukraynanın təşəbbüsü ilə bunun icrasında Moldovanın yanaşması arasında bir sıra fərqlər mövcuddur.
38. Dnestryanı münaqişəsi üzrə vasitəçilər (ATƏT, Rusiya və Ukrayna) bəyan ediblər ki, planda münaqişənin həllinə nail olunması üçün konkret impulslar mövcuddur. Ən axırıncı görüşlərində onlar münaqişənin həlli istiqamətində birbaşa və davamlı danışıqları bərpa etməyə çağırıblar.
39. Rusiyanın mövqeyi daha mürəkkəbdir. Aydındır ki, Rusiya regionda hərbi və iqtisadi mövcudluğu vasitəsi, həmçinin Dnestryanı ilə güclü mədəni və linqvistik əlaqələrin köməkliyi ilə onlar ərazi üzrə güclü təsiri qorunub saxlamağa çalışır. Mətbuatda qeyd edilir ki, detalları məxfi saxlanılan “Rusiyanın Moldova Respublikasında təsirin qorunub saxlanılması üzrə Tədbirlə Planı” mövcuddur. Rusiya hələdə 2003-cü il tarixli “Kozak Memorandumuna” böyük əhəmiyyət verir. Həmin Memorandumda Moldovaya federal dövlətə çevrilməsi təklif edilir. Moldova bu planı qəbul etməyə hazır olmuşdur, lakin Qərbin təsiri nəticəsində ən son andan onu imzalamaqdan imtina etmişdir.
40. Bir neçə ay ərzində gərginlik mövcud idi. Misal üçün fevralın 18-də Rusiya Federasiyasının Dövlət Duması Moldova hakimiyyətinin Dnestryanıyanını iqtisadi blokada saxlamaq siyasətindən əl çəkmədiyi təqdirdə ona qarşı bir sıra iqtisadi və, o cümlədən, Dnestryanının ayrılması kimi digər sanksiyaların tətbiqinə dair Rusiya Hökumətinə müraciətin ünvanlanması barədə qərar qəbul etmişdir. Sanksiyalara Moldovadan alkoqollu və tütün məhsullarının idxalına qadağa, Moldovaya qazı dünya bazar qiymətlərinə uyğun satılması və Moldova vətəndaşlarına qarşı giriş vizaların tətbiqi kimi tədbirlər daxil idi.
41. Moldova parlamentinin hər iki müraciətində Avropa Şurası Dnestryanıda demokratikləşdirməyə dəstək göstərməyə və prosesə aktiv müdaxilə etməyə çağırılıb. Bizim Kişinyova səfərimiz çərçivəsində təşkilatımızın bu sahədə təcrübəsinin və biliyinin vacibliyi xüsusilə qeyd edilib. Moldova Parlamenti tərəfindən qəbul edilmiş sənədlər “Moldovanın monitorinqi çərçivəsində araşdırılması” və “Dnestryanının demokratikləşdirilməsi və münaqişənin həlli üçün təhlillərin aparılması, qeydlərin, tövsiyələrin və ideyaların verilməsi” məqsədilə Parlament sədri tərəfindən Monitorinq Komitəsinə təqdim edilmişdir.
42. İlk baxışdan həmin plan demokratiya, insan hüquqları və qanunun aliliyi sahəsində qabaqcıl təşkilat olan Avropa Şurası tərəfindən nəzarətdə saxlanmalıdır. Bununla Komitə tərəfindən bizə Ukrayna planı üzrə cavabdeh olan yüksək səviyyəli şəxslərlə Kiyevdə, Moskvada, Buxarestdə və Brüsseldə görüşməyə və onun bütün detalları ilə tanış olmağa səlahiyyət vermişdir. Həmin məlumata əsasən biz planın inkişafında səmərəli iştirak edilməsi üzrə Assambleyaya xüsusi təkliflər təqdim edəcəyik.
43. Ukraynanı planına və Moldova Parlamenti tərəfindən irəli sürülmüş şərtlərə dair bir sıra suallar qalmaqdadır. Lakin bununla bağlı bütün diplomatik səylərin iflasa uğramasına baxmayaraq onun bir mühüm üstünlüyü vardır. Həmin planda diplomatik səylərlə yanaşı Dnestryanıda və nümunə kimi Moldovada demokratikləşdirməyə dair xüsusi tədbirlərin həyata keçirilməsi təklif edilir. Həmin təşəbbüs, həmçinin indiki zamana da uyğundur, belə ki, o, demokratikləşdirmə üzrə cəhdlərə və həmin regionun Avropaya inteqrasiyasına cavab verir.
44. Ərazi bütövlüyü və suvereniteti pozulmuş təkcə Moldova deyil həm də bütün Avropa öz ərazisində bunu kimi “qara dəliklərin” mövcudluğuna imkan verməməlidir. Dnestryanı qanunsuz ticarətin, həmçinin ilk növbədə silahların daşınmasının və qaçaqmalçılığın mərkəzində durur. Siyasi həyat məxfi polisin nəzarətindədir; Fundamental azadlıqlar pozulur.
45. Ən çətin elementlərindən biri Dnestryanıda demokratik seçkilərin təşkili hesab edilir. Sərbəst fəaliyyət göstərən siyasi partiyaların, medianın və vətəndaş cəmiyyətinin mövcudluğu region üçün vacibdir. Martın 27-də keçirilmiş yerli seçkilər (bələdiyyə seçkiləri) güclü müxalifətin mövcud olmadığını göstərir. Həmin seçkilər 2005-ci il dekabr ayında keçirilməsi planlaşdırılan Dnestryanı Ali Sovetinə seçkilər üçün sınaq imtahanı kimi hesab edilmişdir.
46. Lakin Ali Soveti sədrinin müavini Evqeniy Şevçuk[1] tərəfindən rəhbərlik edən bir qrup Sovetin üzvü ilə bağlı xüsusilə maraqlı irəliləyişlər baş vermişdir. Apreli 29-da həmin qrup tərəfindən Dnestryanının “Konstitusiyasına” düzəlişlər layihəsində “Parlamentin” “Prezidentə” münasibətdə mövqeyin gücləndirilməsi, misal üçün “Prezident" tərəfindən təklif edilən “nazirlərin” və digər vəzifəli şəxslərin namizədliyinə dəstək verilməmək hüququ və icra hakimiyyətinin işinə və xərclərinə nəzarət etmək hüququ təklif edilmişdir. Bir sıra mütərəqqi layihələr, o cümlədən rayon/şəhər şuraların sədrlərinin şuralar tərəfindən gizli səsvermə vasitəsilə seçilməsini təsbit edən yerli idarəçilik haqqında qanun layihəsi 18 may tarixində birinci oxunuşda qəbul edilmişdir. Həmçinin cənab Şevçuk “DMR”-in regional dövlət televiziyasını ictimai televiziyaya çevrilməsi üzrə qanunvericilik təşəbbüsünü təşviq etmişdir.
47. Ali Sovet 22 iyun tarixdə “Prezident” Smirnova ədliyyə “naziri” Viktor Balalanın istefaya göndərilməsini tövsiyə etmişdir. “Prezidentin” ən yaxın tərəfdarlarından biri olan Balala bu yaxınlarda qeydiyyat funksiyalarını “nazirlikdən” kvazi-kommersiya “ekspertlər palatasına” verilməsi barədə qərar qəbul etmişdir.
48. İyulun 22-də Moldova Parlamenti ikinci oxunuşda Dnestr çayının sol sahillərində (Dnestryanı) yerləşən yaşayış məntəqələrinin Xüsusi Hüquqi Statusu barədə Əsas Müddəaları haqqında Qanunu qəbul etmişdir. Həmin Qanun Moldova Konstitusiyasının çərçivəsində Moldovanın tərkib hissəsi hesab olunan və onun yurisdiksiyası altında olan muxtar ərazi vahidliyini təsis edir. Qanunda təsbit edilmişdir ki, Dnestr çayının sol sahillərində yerləşən məntəqələr Moldova qanunvericiliyinə uyğun olaraq keçirilən referendum əsasında Dnestryanıya birləşə və ya ondan ayrıla bilərlər”.
Həmin hesabata uyğun olaraq AŞPA müvafiq qətnamə qəbul edib. Həmin qətnamədə aşağıdakılar təsbit edilmişdir:
“10. Assambleya Dnestryanı münaqişənin demokratikləşdirməyə üstünlük verərək həll edilməsi üzrə danışıqların davam etdirilməsinə dair Ukraynanın optimistik təşəbbüsünü alqışlayır. Assambleya ümid edir ki, Moldova, Dnestryanı regionu, Rusiya, Ukrayna və ATƏT-in daxil olduğu indiki beş üzvdən ibarət format daha da genişlənər və buraya Avropa Şurası da daxil olacaq. Assambleya Moldova ilə Ukrayna arasında sərhədin, silah birjaların və hərbi sənayenin məhsullarının səmərəli şəkildə nəzarətdə saxlanılmasına xüsusi önəm verir. Əldə edilmiş biliyini nəzərə alaraq Assambleya arzu edir ki, məruzəçilər bütün inkişafları diqqət mərkəzində saxlasınlar.
11. Dnestryanı münaqişəsi Moldovanın ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməlidir. Qanunun aliliyi prinsipinə uyğun olaraq hər hansı həll variantı beynəlxalq ailəmdə tanınan hakimiyyət tərəfindən təşkil edilmiş azad və demokratik xalq səsverməsi ilə təsdiq olunmalıdır.”
B. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
2004-cü il tarixli illik hesabatında ATƏT Dnestryanıda baş verən hadisələrlə bağlı aşağıdakıları qeyd etmişdir:
“... Ən dağıdıcı hadisə isə Dnestryanıda iyulun ortalarında latın əlifbasından istifadə edən Moldovan məktəblərin bağlanması hesab edilir. Buna cavab olaraq Moldova tərəfi danışıqlar prosesinin beşlik formatında öz iştirakını dayandırıb.
Rusiya Federasiyası və Ukraynadan olan vasitəçilərlə birlikdə Missiya məktəb böhranının nizama salınması, həmçinin həll imkanlarının araşdırılması və onların tətbiq edilməsi üçün iyulun ortalarından payızadək uzunmüddətli müşahidə aparmışdır. Eyni zamanda Missiya tərəflər arasında hərəkət azadlığı, təsərrüfat torpaqları və dəmir yolları ilə əlaqədar gərginliyin azaldılmasına çalışırdı.”
Eyni zamanda ATƏT 2004-cü ildə aşağıdakıları müəyyən etmişdir;
“2004-cü ildə Dnestryanıda yerləşən və Rusiya hərbi qüvvələrin Əməliyyat Qrupuna məxsus 1000 ton çəkidə olan silah sursatla dolu yalnız bir qatar çıxarılmışdır. Təxminən 21000 ton silah sursat hələdə çıxarılmamışdır, o cümlədən 40000 xırda çaplı v yüngül silahlar və təxminən on qatara yüklənmiş digər hərbi avadanlıq. Missiya həmin tədbirlərlə əlaqədar Rusiya Federasiyasına göstərilən texniki və maddi dəstəyi əlaqələndirməyə davam edir.”
2005-ci il üzrə illik hesabatda aşağıdakılar bildirilmişdir:
“Missiya münaqişənin həlli üzrə 2004-cü ildə dondurulmuş siyasi danışıqların bərpasına dair edilən cəhdlərdə öz diqqətini cəmləşdirib. Rusiya Federasiyası, Ukrayna və ATƏT-dən olan vasitəçilər Kişinyov və Tiraspolu təmsil edən nümayəndələrlə yanvar, may və sentyabr aylarında məsləhətləşmələr aparmışdırlar. May ayında keçirilmiş görüşdə Ukrayna tərəfi Prezident Viktor Yuşenkonun “Demokratikləşdirmə vasitəsilə Həllə Nail Olmaq” adlı planını təqdim etmişdir. Həmin təşəbbüsə əsasən beynəlxalq ailəm tərəfindən regional qanunverici orqana seçkilərin keçirilməsi, həmçinin demilitarizasiyanın təşviq edilməsi, şəffaflığı və inamın gücləndirilməsi vasitəsilə Dnestryanı regionunda demokratiyanın bərqərar olunmalı idi.
İyul ayında Moldova Parlamenti Ukraynanın planına istinad edərək Dnestryanının Xüsusi Hüquqi Statusunun Əsas Prinsipləri haqqında Qanun qəbul etmişdir. Odessada sentyabr ayında aparılmış məsləhətləşələr zamanı Kişinyov və Tiraspol Avropa İttifaqı və ABŞ müşahidəçilərinin danışıqlarda iştirak edilməsinə dair razılığa gəliblər. Formal danışıqlar 15 aylıq fasilədən sonra oktyabr ayında genişləndirilmiş formatda bərpa edilmiş və Lyublyanada keçirilmiş ATƏT-in Nazirlər Şurasından sonra dekabr ayında davan etmişlər. Dekabrın 15-də Ukraynanın Prezidenti Viktor Yuşenko və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dnestryanı münaqişəsinin həlli üzrə danışıqların bərpa edilməsini alqışlayan Birgə Bəyanat qəbul ediblər.
Sentyabr ayında Prezident Voronin və Prezident Yuşenko ATƏT-in vəzifədə olan Katibindən birgə müraciət edərək Dnestryanıda demokratik vəziyyətin və regionda demokratik seçkilərin keçirilməsi üçün atılmış addımların təhlil edilməsi məqsədilə Beynəlxalq Qiymətləndirmə Missiyasının (“BQM”) göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş ediblər. Paralel olaraq ATƏT-in Missiyası Yuşenkonun planında təklif edilmiş Dnestryanı regionunda demokratik seçkiləri üzrə əsas tələblərinə dair müvafiq məsləhətləşmələr və təhlillər aparmışdır. Oktyabr ayında keçirilmiş danışıqlarda ATƏT-in Sədrindən Dnestryanı regionuna “BQM”-nin göndərilməsinin mümkünlüyü üzrə məsləhətləşmələrin davam etdirilməsi xahiş edilmişdir.
Rusiya Federasiyası və Ukraynanın hərbi ekspertləri ilə birlikdə ATƏT-in Missiyası inamın və təhlükəsizliyin gücləndirilməsi üzrə təklif edilmiş tədbirlər paketinin inkişaf etdirilməsini tamamlamış və o, hər üç vasitəçi tərəfindən iyul ayında təqdim edilmişdir. Bundan sonra Missiya Kişinyov və Tiraspolla həmin paket üzrə məsləhətləşmələrə başlamışdır. Oktyabr ayında keçirilmiş danışıqlar zamanı həmin paketin elementi olan hərbi məlumatların mübadiləsi vasitəsilə şəffaflığı artırılması alqışlanmışdır.”
Rusiyanın hərbi birləşmələrinin çıxarılması barədə sualla əlaqədar ATƏT aşağıdakıları müəyyən edib:
“2005-ci ildə Dnestryanı regionundan Rusiyanın silahları və avadanlıqları çıxarılmamışdır. Təxminən 20000 ton silah sursat hələ də çıxarılmalıdır. Rusiya Əməliyyat Qrupunun komandiri may ayında bəyan etmişdir ki, Rusiyanın hərbi birləşmələri tərəfindən Dnestryanıda saxlanılan artıq qalmış 40000 xırda çaplı və yüngül silahlar məhv edilmişdir. Həmin iddianı təsdiq etmək ATƏT-ə icazə verilməmişdir”.
2006-cı ildə ATƏT aşağıdakılar barədə hesabat yaymışdır:
“Dnestryanıda sentyabrın 17-də “müstəqillik” üzrə keçirilmiş referendum və dekabrın 10-da keçirilmiş “prezident” seçkiləri heç bir ölkə tərəfindən tanınmamış və ATƏT tərəfindən bununla bağlı müşahidə aparılmamışdır, lakin bununla görülmüş işin siyasi mühitinə ciddi zərbə dəymişdir ...
Münaqişənin həlli üzrə aparılan danışıqlara təkan vermək məqsədilə Missiya 2006-cı ilin əvvəlində aşağıdakılar barədə sənəd layihəsini hazırlamışdır: mərkəzi və yerli hakimiyyətlər arasında səlahiyyətlərin mümkün bölünməsi; Dnestryanıda yerləşən hərbi sənayesi kompleksinin zavodlarının monitorinqinin keçirilməsi üzrə mexanizmlər; hərbi məlumatlarının mübadiləsi planı; və Dnestryanıda demokratik seçkilərin keçirilməsi üzrə şərtlərinin müəyyən edilməsi və müvafiq tövsiyələrin verilməsi məqsədilə müvafiq qiymətləndirici missiyasının yaradılması. Lakin Dnestryanı tərəfi mart ayında ixracla bağlı yeni gömrük qaydalarının təqdim edilməsindən sonra danışıqlarda iştirak etməkdən imtina etmişdir, bununla, o cümlədən həmin layihə üzrə heç bir irəliləyişə nail olmağa mümkün olmamışdır. Vasitəçilər (ATƏT, Rusiya və Ukrayna) ilə müşahidəçilər (Avropa İttifaqı və ABŞ) arasında aprel, may və noyabr aylarında məsləhətləşmələrin, həmçinin vasitəçilər və müşahidəçilər ilə münaqişənin tərəfləri arasında oktyabr ayında ayrıca görüşün keçirilməsi ilə danışıqları pat vəziyyətindən çıxarılması məqsədilə edilmiş cəhdlər heç bir nəticə verməmişdirlər. ...
Noyabrın 13-də ATƏT-in 30 nəfərlik nümayəndə heyətinin rəhbərləri 2004-cü il martın birindən ilk dəfə olaraq Dnestryanının şimalı hissəsində Moldova-Ukrayna sərhədinə yaxın Kolbasnada yerləşən Rusiyaya məxsus silah-sursat anbarına baş çəkməni həyata keçirməyə imkan əldə etmişdirlər. Lakin 2006-cı ildə Rusiyaya məxsus silahların və hərbi avadanlıqların Dnestryanıdan çıxarılması həyata keçirilməmiş və təxminən 21000 ton silah-sursat hələ də regionda saxlanılmışdır ...”
2007-ci il üzrə illik hesabatda aşağıdakılar qeyd edilmişdir:
“Dnestryanı münaqişəsi üzrə vasitəçilər (ATƏT, Rusiya və Ukrayna) ilə müşahidəçilər (Avropa İttifaqı və ABŞ) arasında dörd dəfə görüş keçirilmişdir. Vasitəçilər və müşahidəçilər ilə Moldova və Dnestryanı tərəfi arasında bir dəfə oktyabr ayında qeyri-formal görüş keçirilmişdir. Bütün görüşlər münaqişənin həlli üzrə formal danışıqların bərpa edilməsi məqsədini güdürdü, lakin danışıqlar bərpa olunmamışdır. ...
Missiya qeyd edirdi ki, 2007-ci ildə Rusiya silahının regiondan çıxarılması bir dəfə də olsun baş verməmişdir. Silahların çıxarılmasının tamamlanması üçün Könüllü Fondda yığılmış vəsait xərclənməmiş qalmışdır.”
2008-ci ildə ATƏT aşağıdakılar barədə hesabat yaymışdır:
“Moldova Prezidenti Vladimir Voronin və Dnestryanı lideri İqor Smirnov yeddi il ərzində ilk dəfə olaraq apreldə görüş keçirmişlər və bundan sonra yenidən dekabrın 24-də görüşmüşdürlər. Vasitəçilər (ATƏT, Rusiya və Ukrayna) və müşahidəçilər (Avropa İttifaqı və ABŞ) beş dəfə görüşmüşlər. 5+2 formatı çərçivəsində keçirilmiş görüşlər istisna olmaqla bu və Missiyanın əlavə diplomatiya siyasəti üzrə səylər bərpa edilmədi. ...
2008-ci ildə Rusiya silahının regiondan çıxarılması bir dəfə də olsun baş verməmişdir. Silahların çıxarılmasının tamamlanması üçün Könüllü Fondda yığılmış vəsait xərclənməmiş qalmışdır.”
C. Beynəlxalq qeyri-hökumət təşkilatları
Beynəlxalq Böhran Qrupunun (“BBQ”) “Moldova: Dnestryanı ətrafında regional gərginlik” (Avropa Hesabatı № 157) adlı 2004-cü il 17 iyun tarixli hesabatında aşağıdakılar bildirilmişdir (Xülasədən çıxarış):
“Rusiya qondarma və tanınmamış Dnestryanı Moldova Respublikasını (DMR) dəstəkləyərək münaqişənin həllinə maneə olur və Moldovanın Avropanın siyasi və iqtisadi strukturlarına inteqrasiyasının qarşısını alır.
Dnestryanı münaqişənin həlli məqsədilə edilmiş son böyük səylər zamanı Rusiya Soyuq Müharibə yanaşmasını nümayiş etdirmişdir. Rusiya ilə Avropa İttifaqı və Rusiya ilə ABŞ arasında münaqişənin həlli istiqamətində təsəlli edici əməkdaşlığa, həmçinin Müstəqil Dövlətlər Birliyi çərçivəsində həyata keçirilən sülhməramlı əməliyyata baxmayaraq köhnə yanaşmalar qalmaqdadır. Rusiya Avropa İttifaqı, ABŞ və ya ATƏT-in münaqişənin həllində aktiv rol oynamağını istəmir və Moskvada olanların çoxu Moldovanı Rusiyanın müstəsna geosiyasi maraq sferasına aid olduğunu görür.
Rusiya üçün öz maraqları naminə Moldovada siyasi və iqtisadi qeyri-stabillik yaratmaq çətin deyil. Baxmayaraq ki, Rusiya öz hərbi birləşmələrinin çıxarılması üzrə müəyyən vaxt müddəti ilə razılaşmışdır, o, balanslaşdırılmamış konstitusion razılaşmalar vasitəsilə təmin edilmiş siyasi həll zamanı gücdən istifadə edərək Moldovanın siyasətinə təsir göstərməkdə və sülhməramlı əməliyyat vasitəsilə öz hərbi mövcudluğunu qorunub saxlamaqda davam etmişdir. Bununla Rusiya münaqişənin həlli üçün bütün tərəflərin qanuni maraqlarına cavab verən yanaşmanı tətbiq edilməsi məqsədilə “DMR”-ə təsir göstərmək istəməmişdir.
Ukrayna və Moldovanın biznes dairələri öz maraqları üçün “DMR”-in iqtisadiyyatından istifadə etməyə öyrəşiblər və bununla mütəmadi təkrar ixrac və digər qanunsuz əməliyyatlarda iştirak ediblər. Digərləri isə “DMR”-in rəhbərliyini kompromisə sövq edən qərarların qarşısını almaq, onların icrası yubandırmaq və ya onlara maneə olmaq məqsədilə siyasi təsiri istifadə edirdilər. Buraya təkrar ixrac üzrə qanunsuz biznesə şərait yaradan vergi və gömrük qaydalarının ləğvi, sərhədin və gömrük məntəqələrin səmərəli şəkildə nəzarətdə saxlanılmasının təmin edilməsi və daxili “sərhədlərdə” vergi və gömrük rüsumlarının yığılması daxildir.
Rusiya, Ukrayna və Moldovanın iqtisadi elitada dəstək alan “DMR”-in rəhbərliyi daha qətiyyətli olmuşdur. Beynəlxalq ailəm tərəfindən tanınmanın qeyri-mümkün olduğunu anlayaraq o, Moldova ilə konfederasiya əlaqələrin zəif olduğu üçün öz diqqətini de facto müstəqilliyinin möhkəmləndirilməsində cəmləşmişdir. Əfsuslar olsun “DMR” liderləri Moldova və “DMR”-in vergi və gömrük sistemlərində uyğunsuzluqların mövcudluğundan istifadə edərək qanuni və qanunsuz iqtisadi fəaliyyətdən, o cümlədən təkrar ixrac, qaçaqmalçılıq və silah alverindən bəhrələnməyə davam ediblər.
“DMR” özünü anlayan və xüsusi maraqlarına və strategiyasına malik iştirakçıya çevrilmişdir, lakin onun siyasi fəaliyyəti üçün müstəqilliyin kifayət qədər dərəcədə olmamasına baxmayaraq o, Rusiya, Ukrayna və Moldova ilə güclü iqtisadi əlaqələrə malikdir. Lakin “DMR” Rusiyanın siyasi və iqtisadi dəstəyindən çox asılıdır və Rusiyanın siyasətinə qarşı çıxmır. Rusiya və “DMR”-in maraqları əksər hallarda bir birinə uyğundur, lakin bəzən “DMR” rəhbərliyi Rusiyanın təsirindən qaçaraq müxtəlif strategiyaları qurur və icra edir danışıqları yubadır, Rusiyanın təşəbbüslərinə maneələr törədir və Rusiyanın siyasətinə xələl gətirərək vasitəçilərin fikir ayrılıqlarında oynayır, həmçinin beynəlxalq yardımdan bəhrələnir.
Rusiyanın 2003-cü il oktyabr və noyabr aylarında Kozak Memorandumun icrası istiqamətində edilmiş səylər göstərir ki, onun təsiri açıq aşkar məhduddur. Rusiya Moldovanın, həmçinin beynəlxalq ictimaiyyətin əsas iştirakçıları ATƏT, Avropa İttifaqı və ABŞ-ın dəstəyi olmadan münaqişənin həllinə nail ola bilmir. Hərtərəfli siyasi həll Moldova və “DMR”-in maraqlarını nəzərə alaraq Rusiya ilə digər beynəlxalq vasitəçilər arasında olan fikir ayrılığının götürülməsi üzrə yanaşmanı tələb edir.
Rusiyanın başqa mövqeyə malik olmasına baxmayaraq Moldovada Avropa ili inteqrasiya meylləri güclüdür. Bu yaxınlarda hətta onun kommunist liderləri bildiriblər ki, bu istiqamətdə daha qətiyyətli addımlar atılmalıdır. Son on il ərzində ölkə Qərbin maraq dairəsinə nadir hallarda düşürdü, lakin, Rusiyanın “DMR”-ə siyasi və iqtisadi dəstəyin və Dnestryanı tərəfindən münaqişənin həllinə dair aparılan danışıqlar prosesinə maneələrin qurulmasının azaldılması üçün Avropa İttifaqı və ABŞ daha fəal olmalıdır. Beynəlxalq vasitəçilər, o cümlədən Moldovaya öz sərhədlərinin Dnestryanının bəhrələndiyi və onun Avropa ilə qonşuluğuna mənfi təsir göstərən qanunsuz iqtisadi fəaliyyətdən qorunmasında dəstək göstərməlidir.
Münaqişə yalnız beynəlxalq ailəmin Rusiyaya həm ölkələr arasında ikitərəfli münasibətlərdə həm də ATƏT çərçivəsində təsiri istifadə olunduqda həll oluna bilər. Yalnız bundan sonra və siyasi, iqtisadi və inzibati islahatların aparılması üzrə əlavə öhdəliyin götürülməsindən sonra Moldova öz Avropa arzusunu reallaşdıra bilər”.
“BBQ” 2006-cı il 17 avqust tarixli “Moldovanın şübhəli gələcəyi” adlı hesabatında (Avropa hesabatı № 175) aşağıdakılar müəyyən etmişdir:
“Rumıniyanın 2007-ci ildə Avropa İttifaqına daxil olmasını nəzərə alaraq Aİ münaqişə nəticəsində bölünmüş, həmçinin korrupsiya və mütəşəkkil cinayətkarlıqdan əziyyət çəkən Moldova ilə daha geniş əməkdaşlıq edəcək. Moldova rəhbərliyi Avropa İttifaqına daxil olmaq niyyətini bəyan etmişdir, lakin onun Avropa dəyərlərinə sadiqliyi şübhəlidir və onun Dnestryanı regionu ilə davam edən münaqişənin həlli istiqamətində görülmüş səyləri nəticə vermədiyinə görə on beş il davam edən pat vəziyyəti yaratmışdır. Gənc insanlar ölkənin gələcəyinə az inanırlar və ölkəni tərk edənlərin sayı kritik dərəcəyə çatmışdır. Moldova Aİ-nin qonşusu olduqda həm münaqişənin həlli istiqamətində həm də ölkənin vətəndaşları üçün daha cazibədar olduğunu təmin etmək məqsədilə daha geniş beynəlxalq vasitələr həyata keçirilməlidir.
Avropa İttifaqının və Ukraynanın son təşəbbüsləri münaqişənin həllində güc balansının dəyişməsinə əminlik yaradır. 2005-ci ildə fəaliyyətə başlamış Aİ-nin Sərhəddə Dəstək Missiyası (“AİSDM”) Dnestryanının paytaxtı olan Tiraspol hakimiyyətinin əsas mənfəət mənbəyi olan qaçaqmalçılığın Moldova-Ukrayna ilə sərhəd boyu qarşısının alınmasında köməklik göstərmişdir. Eyni zamanda Kiyev tərəfindən Dnestryanı ixracının nəzarətdə saxlanılması sahəsində Moldovaya dəstək göstərilməsi məqsədilə mühüm gömrük rejiminin tətbiqi nəticəsində Moldovanın iştirakı olmadan həmin regionda sahibkarlıq fəaliyyətinin imkanlarını azaltmış bununla böyük psixoloji zərbə dəymişdir.
Lakin həmin tədbirlər nəticəsində Dnestryanının diplomatik güzəştlərə gedəcəyinə nikbinliyi üçün əsas olmamışdır. Baxmayaraq ki, “AİSDM” müəyyən uğura nail olmuşdur, xüsusən onun büdcəsini və kiçik olduğunu nəzərə alaraq, qaçaqmalçılıq davam etmişdir. Ukraynanın gömrük rejimi də Dnestryanının biznesinə də mənfi təsir göstərə bilməmiş və o, keçmişdəki kimi mənfəətli qanuni ticarətdən bəhrələnmişdir. Eyni zamanda dövlətdaxili siyasi qeyri-stabillik Kiyevin həmin qaydalarının icrasını davam etdirilməsi üzrə müəyyən suallar yaradırdı.
Rusiya Dnestryanıya verilən dəstəyini iqtisadi yardımın göstərilməsi və Moldovaya qarşı sanksiyaların, o cümlədən əsas mənfəət mənbəyi olan çaxır ixracına qadağanın qoyulması ilə artırmışdır. Moskva Sovet vaxtından Dnestryanıda cəmləşmiş və status quo-nun qorunub saxlanılmasına xidmət edən hərbi qoşunlarını oradan çıxartmaqdan imtina etmişdir. Rusiyanın dəstəyi ilə Dnestryanının lideri İgor Smirnovun müstəqillik yolunda güzəştlərə getməyə az stimulu olmuşdur. İki tərəf arasında vasitəçiliklə aparılan danışıqlar Aİ-nin və ABŞ-ın müşahidəçilərinin iştirakına baxmayaraq 2005-ci ildən heç bir nəticə verməmişdir. Baxmayaraq ki, münaqişənin həlli məqsədilə muxtariyyətin dərəcəsi üzrə müəyyən anlaşmalara nail olması mümkün olmuşdur Moldova Dnestryanının barışmaz mövqeyini qırmasında çətinlik çəkirdi.”
“Freedom House” təşkilatı “2009-cu ildə Dünyada Azadlıqlar” adlı hesabatında aşağıdakılar qeyd etmişdir:
“Moldova ictimai etirazlardan sonra 2003-cü il noyabr ayında Rusiyanın federalizm planından imtina etmişdir. 2006-cı ildə keçirilmiş çoxtərəfli danışıqlar raundu nəticə verməmişdir və Dnestryanıda 2006-cı il sentyabr ayında keçirilmiş referendumda seçicilər gələcəkdə Rusiyaya birləşmək məqsədilə müstəqilliyə səs vermişdirlər, lakin həmin səsvermə Moldova və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır.
5+2 formatında danışıqların aparılmaması səbəbindən Voronin Rusiya ilə ikitərəfli danışıqlara başlayaraq Moldovanın xarici siyasətini Kremlin siyasəti ilə uyğunlaşdırılması istiqamətində bir neçə addımlar atmışdır. 2008-ci ildə onun Rusiyadan qəbul edilməsini xahiş etdiyi planında qeyd edilmişdir ki, Dnestryanı üçün Moldova çərçivəsində müəyyən muxtariyyət verilir, o Moldova Parlamentində geniş təmsil edilir və Moldova gələcəkdə Rumıniya ilə birləşmək qərarına gəlsə Dnestryanı Moldovadan ayrıla bilər. Rusların mülkiyyət hüququ qorunmalı və Rusiyanın hərbçiləri mülki müşahidəçilərlə əvəz olunmalıdır. Voronin Rusiya ilə “separat” danışıqlarını qorumaq üçün qeyd etmişdir ki, istənilən həll variantı 5+2 formatında təsdiq olunmalıdır.
2008-ci il avqust ayında Rusiyanın Gürcüstanla kiçik münaqişəsi və iki qondarma regionun müstəqilliyinin tanınmasından sonra Dnestryanı regionu üzrə vəziyyət daha da ciddiləşdi. Rusiya hakimiyyəti bildirmişdir ki, onun “DMR”-in müstəqilliyinin tanınması üzrə hər-hansı planı mövcud deyil, lakin o, Moldovaya Gürcüstan yolu ilə getməməsi ilə bağlı xəbərdar etmişdir. Buna cavab olaraq Moldova Hökuməti hər-hansı müqayisəni rədd edərək sülh danışıqları üzrə öhdəliklərinə sadiqliyini ifadə etmişdir. Bir sıra ekspertlər narahatlıqlarını bildiriblər ki, Rusiya ikitərəfli danışıqlarda münaqişənin həlli ilə bağlı Moldovaya təzyiq göstərəcək və sonuncu bu plandan imtina etsə “DMR”-in müstəqilliyini tanıyacaq.
Dnestryanı lideri İqor Smirnovun Voroninlə münasibətləri bu illər ərzində gərgin olmuş, belə ki, Moldovanın lideri Smirnovun rəhbərliyi ilə bağlı danışıqlar aparmış və onun “DMR”-in rəhbərliyi ilə münasibətləri pozulmuşdur. Bu iki şəxs ilk dəfə 2001-ci il aprel ayında və sonradan dekabr ayında görüşmüşlər. Aprel ayında baş vermiş görüşdən bir neçə gün sonra Rumıniyanın Prezidenti Troyan Basesku dolayısı yollarla bölüşdürmə haqqında iddia ilə çıxış etmişdir, belə ki, Ukrayna Dnestryanını, Rumıniya isə Moldovanı öz ərazilərinə birləşdirməli idi, lakin Voronin buna etiraz edərək onu danışıqların pozulmasında günahlandırmışdır. Eyni zamanda Rusiya Prezidenti Dmitriy Medvedev Voronin və Smirnovla ayrılıqda il ərzində görüşmüşdür ...
Siyasi hüquqlar və Mülki azadlıqlar
Dnestryanının əhalisi demokratik şəraitdə öz rəhbərlərini seçmək və Moldovada seçkilərdə sərbəst iştirak etmək imkanlarına malik deyillər ...
Korrupsiya və mütəşəkkil cinayətkarlıq Dnestryanıda ciddi problemdir ...
Media mühiti məhdudlaşdırılıb ...
Dini etiqad azadlığı məhdudlaşdırılıb
Baxmayaraq ki, Moldova dilində oxuyan minə yaxın tələbələr latın əlifbasını istifadə edirlər bu təcrübə məhdudlaşdırılıb. Moldovan dili və latın əlifbası Moldova ilə birliyin dəstəkləməsi ilə əlaqələndirilir, Rus dili və kiril əlifbası isə separatist məqsədlərlə əlaqələndirilir. Uşaqlarını latın əlifbanı istifadə edən məktəblərə göndərən valideynlər və həmin məktəblər təhlükəsizlik qüvvələri tərəfindən basqılara məruz qalırlar.
Hakimiyyət toplaşmaq azadlığını məhdudlaşdırıb və nadir hallarda ictimai etirazlar üçün tələb olunan icazəni verir ...
Məhkəmə hakimiyyəti icra hakimiyyətinə tabedir və onun istəyini yerinə yetirir ...
Hakimiyyət əhalinin 40 % təşkil edən etnik moldovalılara qarşı ayrı-seçkilik siyasəti yürüdür. Etnik ruslar və ukraynalılar birlikdə nisbi çoxluq təşkil edirlər və region əhalisinin üçdən bir hissəsi Rusiya pasportuna malikdirlər.”
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ
A. Qanunsuz hərəkətlərə görə Dövlətin məsuliyyəti ilə bağlı beynəlxalq hüququn sənədləri
1. Dövlətlərin beynəlxalq hüquqa zidd olan hərəkətlərə görə məsuliyyət haqqında Beynəlxalq Hüquq Komissiyasının maddələr layihəsi
Beynəlxalq Hüquq Komissiyası (“BHK”) Dövlətlərin beynəlxalq hüquqa zidd olan hərəkətlərə görə məsuliyyət haqqında maddələr layihəsini (“Maddələr Layihəsi”) 2001-ci ilin avqust ayında qəbul etmişdir. Maddələr Layihəsinin II-ci Fəslinin 6-cı və 8-ci maddələrində aşağıdakılar təsbit edilmişdir:
“Maddə 6: Digər dövlət tərəfindən Dövlətin sərəncamına verilmiş orqanların hərəkətləri
Orqan sərəncamına verilmiş Dövlətin hakimiyyət funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar hərəkət edirsə beynəlxalq hüquqa əsasən həmin orqanın hərəkəti keçmiş Dövlətin hərəkəti kimi hesab edilir.
Maddə 8: Dövlət tərəfindən idarə edilən və ya nəzarətdə saxlanılan hərəkət
Hər-hansı şəxs və ya şəxslərin qrupu faktiki olaraq Dövlətin təlimatı əsasında və ya onun idarəçiliyi ya da nəzarəti altında hərəkət edirsə beynəlxalq hüquq əsasında Dövlətin hərəkəti hesab edilir”.
2. Beynəlxalq Ədalət Məhkəməsinin (“BƏM”) presedent hüququ
“Təhlükəsizlik Şurasının 176 nömrəli 1970-ci il tarixli qətnaməsinə rəğmən Cənubi Afrikanın Namibiyada qalmaqda davam etməsinin Dövlətlər üçün hüquqi nəticələr” adlı məşvərətçi rəyində beynəlxalq hüquq əsasında vəzifəyə uyğun olaraq qanunsuz duruma son qoyulması ilə bağlı “BƏM” aşağıdakıları qət etmişdir:
“Həmin nəticələrə gələrək Məhkəmə Təhlükəsizlik Şurasının 176 nömrəli 1970-ci il tarixli qətnaməsinə rəğmən Cənubi Afrikanın Namibiyada qalmaqda davam etməsinin Dövlətlər üçün hüquqi nəticələri araşdıracaq. Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli orqanın müəyyən etdiyi kimi qanunsuz durum nəticəsiz qala bilməz. Məhkəmə bu durumu müəyyən edibsə o, BMT-nin Üzv dövlətlərinin həmin duruma son qoyulması vəzifələrinin olduğunu bəyan etməsə öz məhkəmə funksiyalarını yerinə yetirməyəcək. Həmin Məhkəmə durumun beynəlxalq hüquqa zidd olduğunu bəyan edən qərarın birinə istinad edərək qət etmişdir ki: “Bu qərar xüsusən qanunsuz duruma son qoymaq kimi hüquqi nəticələr yaradır” (İ.C.J. Reports 1951, p.52)
Cənubi Afrika Məhkəmə tərəfindən qanunsuz elan edilmiş situasiyanın yaradılması üçün bunun dayandırılması üzrə öhdəlik daşıyır. Bununla o, Namibiyanın ərazisindən öz administrasiyasının çıxarılması vəzifəsini daşıyır. Hazırkı qanunsuz situasiyanın yaradılması və ərazini sanksiyasız zəbt etməsi ilə Cənubi Afrika beynəlxalq öhdəliyin davamlı pozulmasından irəli gələn beynəlxalq vəzifə daşıyır. Həmçinin o, beynəlxalq öhdəliklərinin və ya Namibiya xalqının hüquqlarının pozulmasına görə cavabdehlik daşıyır. Cənubi Afrikanın həmin ərazinin idarə edilməsi hüququna malik olmaması faktı onun həmin ərazidə hakimiyyəti həyata keçirtdiyinə görə beynəlxalq hüquqa əsasən digər Dövlətlər qarşısında vəzifədən və öhdəlikdən azad etmir. Ərazi üzrə fiziki nəzarətin həyata keçirilməsi və bununla bağlı qanuni sanksiyanın olmaması digər Dövlətlərə qarşı edilən hərəkətlər üzrə həmin Dövlətin məsuliyyətinin müəyyən edilməsi üçün əsasdır.”
Genosidin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı Bosniya və Herseqovina Serbiyaya və Çernoqoriyaya qarşı işi üzrə qəbul edilmiş 2007-ci il 26 fevral tarixli qərarında Dövlətin məsuliyyəti ilə bağlı “BƏM” aşağıdakıları qeyd etmişdir:
“391. Hazırkı arqument əsasında ilk növbədə qaldırılan sual Dövlətin səlahiyyətli şəxsi statusuna malik olmayan, lakin faktiki olaraq Dövlətin nəzarəti altında olan və beynəlxalq hüquqa zidd olan hərəkətlərə görə Dövlətin məsuliyyətini yaradan və Dövlət orqanı kimi müvafiq münasibətlə rastlaşan şəxslərin və ya şəxslər qrupunun hərəkətlərinin prinsipcə Dövlətlə əlaqələndirmək mümkündürmü. Məhkəmə bundan əvvəl bu sualı cavablandırmışdır və bu suala cavabını Nikaraquada və ona qarşı Hərbi və Qismən hərbi Əməliyyatlarla bağlı işi (Nikaraqua ABŞ-a qarşı) üzrə qəbul edilmiş 1986-cı il 27 iyun tarixli qərarında vermişdir (Merits, judgment, İ.C.J. Reports 1986, pp. 62-64). Həmin qərarın 109-cu bəndində Məhkəmə aşağıdakıları qeyd etmişdir:
“müəyyən etmək ... qiyamçılarla ABŞ Hökuməti arasında mövcud əlaqələr əsasında onların ABŞ-dan bir tərəfdən asılılığı digər tərəfdən isə nəzarəti altında olması hüquqi məqsədlər üçün qiyamçıların ABŞ Hökumətinin orqanı ilə bərabərləşdirilməsi və ya ABŞ Hökumətinin adından fəaliyyət göstərdiyi şəxsləri kimi qiymətləndirmək düzgündürmü” (62-ci səhifə)
İşdə mövcud olan məlumatlara əsasən Məhkəmə müəyyən edir ki, “reallıqda qiyamçıların ABŞ-ın adından fəaliyyət göstərdiyini təsdiq edən və ABŞ tərəfindən qiyamçılar üzərində bütün sahələrdə nəzarətin həyata keçirilməsini sübut edən dəlillər mövcud deyil” (109-cu bənd) və nəticəyə gəlmişdir ki, “Məhkəmənin malik olduğu sübutlar ABŞ tərəfindən qiyamçıların tam dəstəkləməsini nümayiş etdirmək üçün kifayət deyil”, bununla Məhkəmə üçün “qiyamçıları hüquqi məqsədlər üçün ABŞ-ın silahlı qüvvələri ilə bərabərləşdirmək mümkün olmamışdır” (62-63-cü səhifələr, 110-cu bənd).
392. Qeyd olunanlar göstərir ki, Məhkəmənin presedent hüququna əsasən şəxslər, şəxslərin qrupları və ya təşkilatlar beynəlxalq məsuliyyətin müəyyən edilməsi məqsədilə Dövlət orqanları ilə bərabərləşdirilə bilərlər baxmayaraq ki, həmin status daxili qanunvericiliyə əsaslanmır, lakin faktiki olaraq həmin şəxslər, şəxslərin qrupları və ya təşkilatlar Dövlətin əlində vasitə olaraq ondan “tam asılı” vəziyyətdə fəaliyyət göstərirlər. Həmin işlərdə fəaliyyət göstərən şəxslə onun aid olduğu və agenti kimi göründüyü Dövlət arasında olan münasibətləri real qiymətləndirilməsi üçün yalnız hüquqi statusunun araşdırılması ilə kifayətlənməmək məqsədəuyğundur. Hər hansı digər yanaşma müstəqilliyi şübhəli olan şəxslər və ya təşkilatlar vasitəsilə fəaliyyət göstərən Dövlətlərə beynəlxalq məsuliyyətə cəlb olunmasından qaçmağa imkan yaradacaq.
393. Lakin dövlətdaxili qanunvericiliyə əsasən müəyyən statusa malik olmayan şəxsləri və ya təşkilatları Dövlət orqanı ilə bərabər tutmaq üçün istisna edici hallar mövcud olmalıdır, bununla bunu sübut etdirmək məqsədilə onların Dövlətin nəzarəti altında olması dərəcəsi Məhkəmənin hazırkı qərarda yuxarıda müəyyən etdiyi kimi onların Dövlətin “tam tabeçiliyi” altında olması ilə izah olunmalıdır. ...”
Araşdırmanı davam edərək “BƏM” müəyyən etmişdir ki, Serbiya Bosniya ilə müharibədə 1992-1993-cü illər zamanı bir başa genosidə görə məsuliyyət daşımır. Məhkəmə müəyyən etmişdir ki, Serbiya Genosidin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən 1995-ci il iyul ayında Srebrenitsada törədilmiş genosidin dayandırılması üçün səlahiyyəti çərçivəsində bütün tədbirləri görmədiyinə və genosidin törədilməsində təqsirləndirilən və iştirakçısı olan Ratko Mladiçi Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsinə vermədiyinə görə genosidin qarşısının alınması üzrə öz pozitiv öhdəliklərini pozmuşdur.
B. Müqavilələrin təhsil hüququ ilə bağlı müddəaları
1. 1948-ci il tarixli İnsan Hüquqları haqqında Ümumi Bəyannamə
İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 26-cı maddəsində aşağıdakılar təsbit edilmişdir:
“1. Hər bir şəxsin təhsil hüququ var. Ən azı ibtidai və ümumi təhsil pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Hər kəs texniki və peşə təhsili almaq imkanına malik olmalıdır, ali təhsil də hər kəsin qabiliyyəti əsasında hamıya eyni dərəcədə müyəssər olmalıdır.
2. Təhsil insan şəxsiyyətinin tam inkişafına və insan hüquqları və əsas azadlıqlara hörmətin artırılmasına yönəldilməlidir. Təhsil xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmanın, dözümlülüyün və dostlu ğun möhkəmləndirilməsinə və Birləşmiş Millətlərin sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir.
3. Valideynlər öz azyaşlı uşaqlarının təhsil növünü seçməkdə üstünlüyə malikdirlər.”
2. 1960-cı il tarixli Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiya
BMT-nin Təhsil, Elmi və Mədəni Təşkilatının 1960-cı il oktyabr-noyabr aylarında keçirilmiş 11-ci sessiyası zamanı qəbul edilmiş yuxarıda göstərilən Konvensiyanın 1-ci, 3-cü və 5-ci maddələrində aşağıda qeyd olunanlar təsbit edilmişdir:
“1-ci maddə
1. Bu Konvensiyada “ayrı-seçkilik” ifadəsi məqsədi və ya nəticəsi təhsil
sahəsində rəftara münasibətdə bərabərliyi ləğv etmək, yaxud pozmaq olan irq, dərinin rəngi, cins, dil, din, siyasi, yaxud digər əqidə, milli, yaxud sosial mənşə, iqtisadi vəziyyət, yaxud doğum əlamətinə görə hər hansı fərqləndirməni, istisnanı, məhdudiyyəti, yaxud üstün tutmanı, o cümlədən:
a) hər hansı bir şəxsin və ya şəxslər qrupunun təhsilin hər hansı bir dərəcəsindən, yaxud tipindən məhrum edilməsini;
b) hər hansı bir şəxs və ya şəxslər qrupu üçün təhsili onun aşağı səviyyəsi ilə məhdudlaşdırmağı;
c) bu Konvensiyanın 2-ci maddəsinin müddəalarında nəzərdə tutulan hallardan başqa, hər hansı şəxslər, yaxud şəxslər qrupu üçün ayrı təhsil sisteminin və ya tədris müəssisələrinin yaradılması, yaxud saxlanmasını; yaxud d) hər hansı şəxsin, yaxud şəxslər qrupunun insan ləyaqəti ilə bir araya sığmayan vəziyyətə salınmasını əhatə edir.
2. Bu Konvensiyada “təhsil” sözü təhsilin bütün tip və dərəcələrinə aiddir və təhsil almaq imkanlarını, təhsilin səviyyəsini və keyfiyyətini, eləcə də onun aparıldığı şəraiti əhatə edir.
3-cü maddə
Bu Konvensiyanın tərəfi olan dövlətlər bu Konvensiyadakı tərifə uyğun gələn ayrı-seçkiliyin ləğv edilməsi və qarşısının alınması üçün aşağıdakıları öhdələrinə götürürlər:
a) təhsil sahəsində ayrı-seçkilik xarakterli bütün qanunvericilik qərarlarını və inzibati sərəncamları ləğv etməyi və inzibati praktikaya son qoymağı;
...
5-ci maddə
1. Bu Konvensiyanın tərəfi olan dövlətlər hesab edirlər ki:
a) Təhsil insan şəxsiyyətinin tam inkişafına və insan hüquqlarına və əsas azadlıqlara daha çox hörmət edilməsinə yönəldilməli; bütün xalqlar və bütün irqi və ya dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa, həmçinin Birləşmiş Millətlər Təşkilatının sülhün qorunması üzrə fəaliyyətinin inkişafına yardım göstərməlidir; ...”
3. 1966-cı il tarixli İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt”
İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktının 13-cü maddəsində aşağıdakılar təsbit edilib:
“1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar daha sonra razılaşırlar ki, təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir, bütün millətlər, irqi, dini və etnik qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və Birləşmiş Millətlər Təşkilatının sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir.
2. Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, bu hüququn tam şəkildə həyata keçirilməsi üçün:
a) ibtidai təhsil hamı üçün icbari və pulsuz olmalıdır;
b) Orta təhsil və onun müxtəlif formaları, orta texniki-peşə təhsili də daxil olmaqla, bütün tədbirlər görmək, xüsusilə və tədricən pulsuz təhsilə keçmək yolu ilə açıq və hamıya müyəssər olmalıdır;
c) Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə müyəssər olmalıdır;
d) İbtidai təhsil alma, ibtidai təhsil almamış və ya onu tam bitirməmiş şəxslər üçün imkan dairəsində həvəsləndirilməli və intensivləşdirilməlidir;
e) Məktəblər şəbəkəsinin fəal inkişafı həyata keçirilməli, qənaətbəxş təqaüd sistemi təyin olunmalı və müəllim heyətinin maddi vəziyyəti daim yaxşılaşdırılmalıdır.
3. Bu Paktda iştirak edən dövlətlər valideynlərin və müvafiq hallarda qəyyumların öz uşaqları üçün təkcə dövlət tərəfindən təsis olunmuş məktəbləri deyil, həmçinin, dövlətin təhsil üçün təyin etdiyi minimum tələblərə cavab verən digər məktəbləri də seçmək və öz etiqadlarına əsasən uşaqlarının dini və mənəvi tərbiyəsini təmin etmək hüququna hörmət etməyi öhdələrinə götürürlər.
4. Bu maddənin heç bir hissəsi bu maddənin birinci bəndində irəli sürülmüş prinsiplərə mütləq şəkildə əməl olunmaqla və belə təhsil müəssisələrində verilən təhsilin dövlət tərəfindən müəyyən edilmiş tələblər minimumuna cavab verməsi şərti ilə ayrı-ayrı şəxslərin və qurumların təhsil müəssisələri yaratmaq və onlara rəhbərlik etmək hüququnun pozulması kimi təsvir oluna bilməz.”
4. 1966-cı il tarixli İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya
Həmin Konvensiyanın 5-ci maddəsində aşağıdakılar təsbit edilmişdir:
“Bu Konvensiyanın 2-ci maddəsində ifadə olunmuş əsas öhdəliklərə müvafiq olaraq, iştirakçı dövlətlər irqi ayrı-seçkiliyin bütün formalarını qadağan və ləğv etməyi və irqinə, dərisinin rənginə, milli, yaxud etnik mənşəyinə görə fərq qoyulmadan hər bir insanın, xüsusilə aşağıdakı hüquqları həyata keçirməyə münasibətdə, qanun qarşısında bərabərliyini təmin etməyi öhdələrinə götürürlər:
...
e) iqtisadi, sosial və mədəni sahələrdə hüquqlar, o cümlədən:
...
v) təhsil və peşə hazırlığı hüququ”
5. 1989-cu il tarixli Uşaq Hüquqları haqqında Konvensiya
Yuxarıda qeyd edilən BMT Konvensiyasının 28-ci və 29-cu maddələrində aşağıdakılar təsbit edilmişdir:
“28-ci maddə
1. İştirakçı dövlətlər uşağın təhsil hüququnu tanıyır və bərabər imkanlar əsasında bu hüququn həyata keçirilməsinə tədricən nail olmaq məqsədilə onlar:
a) pulsuz və icbari ibtidai təhsili tətbiq edirlər;
b) orta təhsilin istər ümumi, istərsə də peşə təhsili kimi müxtəlif formalarının inkişaf etdirilməsini həvəsləndirir, bu təhsilin bütün uşaqlar üçün mümkün olmasını təmin edir və pulsuz təhsilin tətbiqi və lazım gəldikdə maliyyə yardımı göstərilməsi kimi zəruri tədbirlər görürlər;
c) bütün lazımi vasitələrin köməyi ilə ali təhsilin hər kəsin bacarığı əsasında hamı üçün mümkün olmasını təmin edirlər;
d) təhsil və peşə hazırlığı sahəsində informasiyanın və materialların bütün uşaqlar üçün müyəssərliyini təmin edirlər;
e) məktəblərdə müntəzəm davamiyyətə kömək göstərilməsi və məktəbi tərk edən şagirdlərin sayının azaldılması üçün tədbirlər görürlər.
2. İştirakçı dövlətlər uşağın insan ləyaqətinə hörməti əks etdirən metodların köməyi ilə və bu Konvensiyaya müvafiq surətdə məktəb intizamının saxlanmasını təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.
3. İştirakçı dövlətlər bütün dünyada cəhalətin və savadsızlığın ləğvinə kömək göstərilməsi və elmi-texniki biliklərə və təlimin müasir metodlarına yiyələnməyin asanlaşdırılması məqsədilə təhsilə aid məsələlərdə beynəlxalq əməkdaşlığı həvəsləndirir və inkişaf etdirirlər. Bununla əlaqədar, inkişaf etməkdə olan ölkələrin tələbatına xüsusi diqqət yetirilməlidir.
29-cu maddə
1. İştirakçı dövlətlər razılaşırlar ki, uşağın təhsili aşağıdakılara yönəldilməlidir:
a) uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki qabiliyyətinin ən tam həcmdə inkişaf etdirilməsinə;
b) insan hüquqlarına və əsas azadlıqlara, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan olunmuş prinsiplərə hörmətin tərbiyə edilməsinə;
c) uşağın valideynlərinə, onun mədəni özgürlüyünə, dilinə və dəyərlərinə, uşağın yaşadığı ölkənin və mənşəcə olduğu ölkənin milli dəyərlərinə, öz sivilizasiyasından fərqlənən sivilizasiyalara hörmətin tərbiyə edilməsinə;
d) anlaşma, sülh, dözümlük, kişilərlə qadınların hüquq bərabərliyi və bütün xalqlar, etnik, milli və dini qruplar arasında, habelə yerli əhali sırasından olan şəxslər arasında dostluq ruhunda uşağın azad cəmiyyətdə şüurlu həyata hazırlanmasına;
e) ətraf mühitə hörmətin tərbiyə edilməsinə.
2. Bu maddənin və ya 28-ci maddənin heç bir hissəsi ayrı-ayrı şəxslərin və orqanların təhsil müəssisələri yaratmaq və onlara rəhbərlik etmək azadlığının məhdudlaşdırılması kimi yozulmur, bir şərtlə ki, bu maddənin 1-ci bəndində şərh olunmuş prinsiplərə daim riayət edilsin və belə təhsil müəssisələrində verilən təhsilin dövlət tərəfindən qoyula bilən minimum normalara uyğun gəlməsi tələbi yerinə yetirilsin.”
HÜQUQİ MƏSƏLƏLƏR
Ərizəçilər “DMR”-in səlahiyyətli qurumları tərəfindən zor tətbiq etməklə məktəblərinin bağlanılmasından və öz seçimləri üzrə uşaqların Moldovan/Rumın dilli məktəbdə təhsil aldıqlarına görə təzyiqə və təqibə məruz qaldıqlarından şikayət ediblər. Məhkəmə ilk növbədə iddia olunan məsələlərin Konvensiyanın 1-ci maddəsi mənasında cavabdeh olan bir və ya hər iki Dövlətin yurisdiksiyası altına düşdüyünü müəyyən etməlidir.
I. YURİSDİKSİYA
A. Tərəflərin izahatları
1. Ərizəçilərin qeydləri
(a) Moldova Respublikasının yurisdiksiyası
Ərizəçilər bildirmişdirlər ki, Moldovanın Dnestryanı üzrə səmərəli nəzarətin həyata keçirə bilmədiyinə rəğmən region onun milli ərazisinin bir hissəsi hesab edilir və Moldova orada insan hüquqlarının müdafiəsi üzrə məsuliyyət daşıyır.Ərizəçilər hesab edirlər ki, onlar münasibətdə Moldovanın pozitiv öhdəliyi bir sıra bir birinə bağlı səviyyələrdə yerinə yetirilir. Moldova Dnestryanıda qanunun aliliyinin və ərazidə öz suverenliyinin bərpası üzrə mümkün tədbirlərin görülməsi cavabdehliyi daşıyır. Eyni zamanda Moldova ərizəçilərin məsələsinin həll edilməsi, həmçinin onların təhsil azadlığını və uşaqlarının Moldovan dilini istifadə edən məktəblərdə oxumaq hüququnu müdafiə edilməsi üzrə mümkün tədbirlərin görülməsinə dair pozitiv öhdəlik daşıyır. Ərizəçilərin iddialarına əsasən baxmayaraq ki, Moldova Dnestryanı üzrə səmərəli nəzarəti həyata keçirə bilmir, o, siyasi və iqtisadi sahələrdə “DMR”-lə mövcud əlaqələrə təsir göstərə biləcək mühüm vasitələrə malik olmuşdur.
(b) Rusiya Federasiyasının yurisdiksiyası
Ərizəçilər bildiriblər ki, məktəblərin bağlanması 2004-cü ildə Məhkəmə tərəfindən “İlaşku” işi (yuxarıda qeyd edilən) üzrə qərarın qəbul edilməsindən dərhal sonra baş vermişdir. Onlar qeyd ediblər ki, Məhkəmənin “İlaşku” işi üzrə Rusiyanın “DMR” üzərində mühüm təsirə malik olması barədə gəldiyi nəticəsi hazırkı işdə də tətbiq edilə bilər.Ərizəçilər qeyd ediblər ki, 2004-cü ildən Rusiya silahlarının və hərbi avadanlıqlarının çıxarılması təsdiq edilmişdir. Onlar iddia edirlər ki, Rusiya silahların saxlanılması ilə əlaqədar “DMR”-lə məxfi əməkdaşlıq edir. Rusiya Hökuməti tərəfindən 2003-cü ildə təqdim edilmiş rəqəmlərə əsasən regionda 2200 rus əsgəri dislokasiya edilmişdir və bu rəqəmin azaldılmasını təsdiq edən heç bir sübut mövcud deyil. Rusiya tərəfi onların mövcudluğunu silah anbarlarının mühafizəsi ilə əlaqələndirilir. Ərizəçilər bildirirlər ki, Rusiya silahların və hərbi birləşmələrinin ərazidə yerləşdirilməsi onun beynəlxalq öhdəliklərinə ziddir. Eyni zamanda ərizəçilər qeyd ediblər ki, silahların və qoşunların çıxarılması üzrə aydın öhdəliklər mövcud deyil. Bunun əksinə olaraq Rusiyanın rəsmi şəxsləri bildirirlər ki, qoşunların çıxarılması nail oluna biləcək siyasi həldən asılıdır. Ərizəçilər hesab edirlər ki, Moldova Hökumətini və Dnestryanı rejiminin opponentlərini qorxutmaq məqsədilə Rusiyanın hərbi bazaların davamlı şəkildə yerləşdirilməsi gizli olaraq gələcək hərbi intervensiya təhlükəsini yaradır.Ərizəçilər bildirirlər ki, Dnestryanı Rusiyadan idxal olunan enerjidən, həmçinin onun sərmayələrindən, köməyindən və Rusiya ilə aparılan ticarətdən asılıdır. “DMR”-in ixracının 18 % və əsasən enerjidən ibarət 43,7 % idxalı Rusiyanın payına düşür. “DMR” qaza olan borcun yalnız 5 % ödəyib və Rusiya bu borcun qaytarılması ilə bağlı heç bir tədbir görmür. Moldovanın qanunvericiliyinə zidd olaraq Rusiya Dnestryanıya əsasən yaşlı əhaliyə pensiyaların ödənilməsi şəklində humanitar yardım göstərir. Ərizəçilər iddia edir ki, Rusiyanın rəsmi məlumatlarına əsasən 2007-2010-cu illərdə Dnestryanıya ayrılmış maliyyə yardım 55 milyon ABŞ dolları təşkil etmişdir.Ərizəçilər bildirirlər ki, Rusiyanın siyasi elitası Dnestryanıya forpostu kimi baxır. Onlar Dumanın bəzi üzvləri tərəfindən “DMR”-in Moldovadan müstəqil olmasını dəstəkləyən çıxışlarını və “DMR”-in Prezidenti İqor Smirnovun 2012-ci il yanvar ayınadək Dnestryanının Rusiyaya birləşməsi barədə çağırışını misal kimi gətirmişlər. Onlar qeyd ediblər ki, Dnestryanıda yaşayan əhalidən 120000 nəfər şəxs Rusiya vətəndaşlığını qəbul edib. 2005-ci il fevral və mart aylarında “Moldova Hökuməti tərəfindən Dnestryanı üzərində vəziyyətin pisləşməsinə yönəlmiş tədbirlərin görülməsinə cavab olaraq” Duma müvafiq qətnamə qəbul edərək Rusiya Hökumətindən Moldovanın alkoqollu və tütün məhsullarının idxalına qadağanın qoyulmasını, Moldovaya enerjinin (Dnestryanı istisna olmaqla) dünya bazarında mövcud qiymətlərlə satılmasını və Dnestryanı əhalisi istisna olmaqla Rusiyaya səfər etmək istəyən Moldova vətəndaşlarına qarşı viza rejimin tətbiqini xahiş etmişdir. Ərizəçilər Beynəlxalq Valyuta Fondunun statistik məlumatlarını təqdim edərək bildiriblər ki, həmin tədbirlər nəticəsində 2006-2007-ci illər ərzində Moldova iqtisadiyyatı 2-3% azalmışdır.
2. Moldova Respublikasının Hökuməti
(a) Moldova Respublikasının yurisdiksiyası
Moldova Hökuməti bildirir ki, “İlaşku” işi üzrə qəbul edilmiş qətnaməyə əsasən ərizəçilər Moldovanın yurisdiksiyası altında olmuşlar, belə ki, ərazi üzrə və ərizəçilərin hüquqlarının müdafiəsi üzrə Moldovanın səlahiyyətli orqanları onlara münasibətdə pozitiv öhdəliyə malikdirlər. Moldova Hökuməti bildirmişdir ki, onların Dnestryanı üzərində yurisdiksiyası yoxdur, həmçinin o səlahiyyətə və nəzarətə malik deyil. Lakin onlar “İlaşku” işində müəyyən edildiyi kimi pozitiv öhdəliyin yerinə yetirilməsinə davam ediblər. Moldova Hökuməti hesab edir ki, Moldova üçün əsas məsələ Dövlətin yurisdiksiyasının yaranması üçün belə pozitiv öhdəliyin əhatə dairəsinin hüdudlarının müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla əlaqədar onlar hakimlər Nikolas Bratsa, Rozakis, Hedigan, Tomassen və Pantirunun “İlaşku” işində verdikləri birgə xüsusi rəyinə istinad ediblər.
(b) Rusiya Federasiyasının yurisdiksiyası
Moldova Hökuməti hesab edir ki, münaqişənin həllinə maneə olan Rusiya qoşunlarının ərazidə olması ilə əlaqədar hazırkı işin halları “Əl-Skeyni və digərləri Birləşmiş Krallığa qarşı” (Al-Skeini and Others v. the United Kingdom [GC], no. 55721/07, 7 July 2011) işə əsasən Rusiyanın yurisdiksiyası altına düşür.Moldova Hökuməti qeyd edir ki, onlar Kolbasnada yerləşən silah anbarına girmək hüququna malik deyillər və bununla Dnestryanıda Rusiya federasiyası tərəfindən saxlanılan silahların sayından xəbərsizdirlər. Onlar bildirirlər ki, sülhməramlı fəaliyyətdə iştirak edən Rusiyanın əsgərləri ilə Eusiyanın Əməliyyat Qrupu (“RƏQ”) tərkibində silah anbarlarının mühafizəsini həyata keçirən Rusiyanın əsgərləri arasında aydın fərq qoymaq çətindir. Moldova Hökuməti qeyd edir ki, Rusiyadan birbaşa cəlb olunan yüksək rütbəli komandirlər istisna olmaqla hər iki qoşunların adi əsgərlərinin çoxu separatist rejimini dəstəkləyən Dnestryanıdan hərbi xidmətə çağırılmış Rusiyanın vətəndaşlarıdır. Yekunda onlar bildirirlər ki, Tiraspolun hərbi aeroportu Rusiyanın nəzarəti altındadır və “DMR”-in rəsmiləri ondan sərbəst istifadə edirlər.Moldova Hökuməti qeyd edir ki, Rusiyanın hərbi birləşmələrinin və silahının ərazidə olması Dnestryanı münaqişənin həlli üçün edilən səylərin qarşısını alır və separatist rejimin gücləndirilməsinə xidmət edir. Bununla Moldova Hökuməti əlacsız vəziyyətə düşür və Kozak Memorandumundan (bax: yuxarıda qeyd edilən 27-ci bənd) imtinasından sonra olduğu kimi Rusiya qoşunlarının çıxarılmasının dayandırılması təhlükəsi altında danışıqlarda sərbəst iştirak edə bilmir. Silahların çıxarılmasına qarşı olan “DMR”-in mövqeyi silahların çıxarılmaması və ya məhv olunmaması üçün üzrlü səbəb kimi ola bilməz və Rusiya Hökuməti bu mövqeyi qəbul edə və ya ona əsaslana bilməz. Moldova Hökuməti “Kozak Memorandumunda” təsbit olunmuş ağır şərtlər istisna olmaqla istənilən həll variantları üzərində əməkdaşlıq aparmağa hazır olmuşdur. Digər beynəlxalq tərəflərin danışıqlar prosesində iştirakı silah anbarlarının faktiki olaraq məhv edilməsi kimi Rusiyanın üzərinə düşən ağır yükünü yüngülləşdirməkdən ibarətdir.Moldova Hökuməti bildirmişdir ki, “DMR”-in iqtisadiyyatı əsasən Rusiya və Ukraynaya ixraca istiqamətlənmişdir. “DMR” ilə Moldova arasında faktiki olaraq heç bir ticarət əlaqəsi mövcud deyil. Lakin əhalinin yalnız təxminən 20 % iqtisadi cəhətdən aktivdir və region qaz borclarının silinməsi və humanitar yardımı formasında Rusiyanın dəstəyi sayəsində yaşayır. Misal üçün 2011-ci ildə “DMR” Rusiyadan 20,64 milyon ABŞ dolları məbləğində maliyyə yardımı almışdır. 2011-ci ildə Dnestryanı 505 milyon ABŞ dolları dəyərində təbii qazı sərf etmiş və yalnız bu məbləğin 4 % (20 milyon ABŞ dolları) ödəmişdir.Yekunda Moldova Hökuməti bildirmişdir ki, “DMR”-in siyasəti Rusiyaya istiqamətlənmiş və Moldovanın siyasətinə uyğun deyil. Rusiya ilə Dnestryanı arasında bir sıra yüksək səviyyəli səfərlər və Rusiyanın səlahiyyətli şəxsləri tərəfindən dəstəkləyici çıxışlar edilir. Lakin siyasi vəziyyət daimi inkişaf etmiş və onu hərtərəfli qiymətləndirmək çətin olmuşdur.
3. Rusiyanın Hökuməti
(a) Moldova Respublikasının yurisdiksiyası
Rusiya Hökuməti Moldova Respublikasının yurisdiksiyası ilə bağlı qeydlər təqdim etməmişdir.
(b) Rusiya Federasiyasının yurisdiksiyası
Rusiya Hökuməti yurisdiksiya ilə əlaqədar Məhkəmə tərəfindən “İlaşku” və “Əl-Skeyni” işlərində (ikisi də yuxarıda qeyd edilmişdir) tətbiq edilmiş yanaşmaya toxunmuşdur. Rusiya Hökumətinin qeydlərinə əsasən Konvensiyanın 1-ci maddəsində təsbit edildiyi kimi Razılığa gəlmiş dövlətlərin istəyi ondan ibarətdir ki, bu Konvensiyanın 56-cı maddəsinə uyğun olaraq müvafiq deklarasiyanın mövcud olmaması təqdirdə hər bir Dövlətin yurisdiksiyası onun sərhədləri ilə məhdudlaşdırılır. Buna alternativ olaraq Məhkəmə tərəfindən “Bankoviç Belçikaya qarşı” (Banković and Others v. Belgium and 16 Other Contracting States (dec.) [GC], no. 52207/99,ECHR 2001‑XII) işində nümayiş etdirilmiş yanaşma daha doğru hesab edilir, belə ki, həmin işdə müəyyən edildiyi kimi yurisdiksiya yalnız istisna hallarda ölkə ərazisindən kənara çıxa bilər. Rusiya Hökuməti hesab edir ki, yalnız Razılığa gəlmiş dövlətlərin digər ölkələrin əraziləri üzrə səmərəli nəzarətinin həyata keçirilməsi dərəcəsi öz əraziləri üzərində sülh vaxtında həyata keçirdiyi səmərəli nəzarətin dərəcəsinə uyğun olan istisna hallarda yurisdiksiya ölkə ərazisindən kənara çıxa bilər. Buraya aşağıdakı işlər daxildir: Dövlətin uzun müddət ərzində həll olunan işğal vəziyyətində olması barədə işlər və ya Beynəlxalq Ədalət Məhkəməsinin Genosidin Qarşısının Alınması və ya Cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işdə (Bosniya və Herseqovina Serbiya və Çernoqoriyaya qarşı (bax: yuxarıda qeyd edilən 76-cı bənd) istifadə olunmuş yanaşmaya əsasən müvafiq Dövlətin səlahiyyətli orqanı kimi müəyyən edilən Hökumət tərəfindən ərazi üzrə səmərəli nəzarətin həyata keçirilməsi üzrə işlər. Bununla demək olmaz ki, hazırkı işdə Rusiya onun orqanı olmayan hökumət tərəfindən de facto nəzarətdə saxlamış ərazi üzrə yurisdiksiyaya malik deyil.Eyni zamanda Rusiya Hökumətinin mövqeyinə əsasən hazırkı iş əvvəlki işlərdən onunla fərqlənir ki, burada Rusiyanın ərazisindən kənara çıxan hərəkətləri təsdiq edən heç bir sübut mövcud deyil. Bundan fərqli olaraq “Əl-Skeyni” işində ərizəçilər Britaniyanın əsgərləri tərəfindən öldürüldüyündən onların valideynləri Birləşmiş Krallığının yurisdiksiyası altına düşürlər. Məhkəmə “İlaşku” işində Rusiyanın yurisdiksiyasını müəyyən etmək üçün iki növ arqumentə əsaslanmışdır: birincisi, “DMR” tam Rusiyanın təsiri altında olmuşdur və ərizəçilər Rusiya əsgərləri tərəfindən həbs edilmiş və “DMR”-də yerləşən həbsxanaya keçirilmişdirlər. “İlaşku” işində üzrə Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Rusiya birbaşa həbsdə iştirak etmiş və Konvensiyanın ratifikasiyasından sonra onların azad edilməsi üçün müvafiq tədbirlər görməmişdir. Hazırkı işdə Rusiya Hökuməti bildirmişdir ki, Rusiya qoşunlarının Dnestryanıda yerləşməsi ilə ərizəçilərin məktəblərinə qarşı edilmiş hərəkətlər arasında səbəbiyyət əlaqəsi mövcud deyil. Əksinə Rusiya Hökuməti vasitəçi kimi məktəb böhranının həll etməyə çalışmışdır. Eyni zamanda Rusiya Hökuməti israr etmişdir ki, Rusiyanın Dnestryanı üzərində hərbi və siyasi sahələrdə səmərəli nəzarətin həyata keçirilməsini təsdiq edən sübutlar yoxdur. Məhkəmə hazırkı işdə Dnestryanı üzərində Rusiyanın yurisdiksiyanı tanısa, sonuncunun orada az sayda hərbi qoşunlarının yerləşməsinə baxmayaraq, Rusiya Dnestryanıda baş verən insan hüquqlarının hər-hansı pozuntusu ilə bağlı cavabdehlik daşıyır. Bununla Məhkəmə müəyyən etməlidir ki, hazırkı şikayət üzrə hallar Konvensiyanın 1-ci maddəsi əsasında Rusiyanın yurisdiksiyası altına düşmür.Rusiya Hökuməti Dnestryanının Kolbasna şəhərində saxlanılan silahların sayı ilə bağlı heç bir məlumat təqdim etməmişdir. Lakin onlar israrla bildiriblər ki, silah-sursatların və hərbi avadanlığın çoxu 1991-2003-cü illər ərzində çıxarılmışdır. Moldova Hökuməti 2003-cü ildə Ümumi Moldova Dövlətinin Təsis Edilməsi haqqında Memorandumu (“Kozak Memorandum”) imzalamaqdan imtina etdikdə “DMR” hər-hansı digər hərbi avadanlığın çıxarılmasına qaşı çıxış etmişdir. Rusiya Hökumətinə əsasən Moldovanın nəzarəti altında olan ərazilərlə Dnestryanını birləşdirən dəmir yolu Moldova hakimiyyəti tərəfindən bağlanıldıqdan Moldova Hökumətinin əməkdaşlığına ehtiyac var. Hazırda silah anbarlarında yalnız artilleriya mərmiləri, əl qumbaralar və minalar saxlanılır. Həmin sursatın 60 % zəmanət müddəti bitdikdə məhv edilməli idilər, lakin Rusiya Hökuməti bunun üçün ayrılmış müddəti dəqiqləşdirməmişdir. Eyni zamanda yalnız ətraf mühitin təhlükəsizliyi üzrə anlaşmaya nail olunduqda sursatların məhvi mümkün olardı. Rusiya Hökuməti bildirmişdir ki, silahların təhlükəsiz saxlanılması üzrə onlar cavabdehlik daşıyırlar, lakin buna baxmayaraq Dnestryanıda silah anbarlarının mühafizəsi üçün yerləşdirilən 1000 hərbi qulluqçularının çıxarılması ilə bağlı onlara təzyiq göstərilir. Bu kiçik hərbi qruplaşmaya əlavə olaraq təxminən 1125 nəfər rus əsgəri beynəlxalq sülhməramlı əməliyyat çərçivəsində Təhlükəsizlik Zonada yerləşdiriliblər. Təhlükəsizlik Zonanın uzunluğu 225 km, eni isə 12-20 km olmuşdur. Rusiya Hökuməti hesab edir ki, silah anbarlarının təhlükəsizliyini qoruyan və sülhməramlı əməliyyatda iştirak edən bir neçə yüz rus əsgər Dnestryanı üzərində səmərəli nəzarətin həyata keçirilməsi üçün alət kimi hesab edilməməlidir.Rusiya Hökuməti “DMR”-ə iqtisadi dəstəyin göstərmədiyini bildirmişdir. Qaz borcu ilə əlaqədar Rusiya Hökuməti izah edir ki, “DMR” heç bir dövlət tərəfindən tanınmayan qurumdur və onun öz suveren borcu ola bilməz və Rusiya Moldova və Dnestryanı üçün ayrılıqda qazı ixrac etmək imkanına malik deyil. Bununla Dnestryanı tərəfindən istifadə edilmiş qaza görə borc Moldovaya aiddir. Regiona qazın ixrac edilməsi Qazprom, həmçinin Moldova və Dnestryanının birgə sahib olduğu Moldovaqaz şirkətləri tərəfindən həyata keçirilir. Moldovaqazın Rusiyaya olan borcu 1,8 milyard ABŞ dolları ötmüşdür və həmin məbləğin 1,5 milyard ABŞ dolları Dnestryanıda istifadə edilmiş qaza aiddir. Moldova üzərindən Balkan dövlətləri qazla təchiz edən Qazprom qazı bu regiona nəql etməkdən imtina edə bilməz. Hal-hazırda Borcu ödənilməsi ilə bağlı Qazprom ilə Moldovaqaz arasında çətin danışıqlar aparılır. 2003-2004-cü illərdə verilmiş təklifə əsasən “DMR” 1 milyon ABŞ dolları məbləğində hərbi avadanlığın öz ərazisindən çıxarılmasını Rusiyaya icazə verir bunun müqabilində onuncu həmin məbləğə uyğun olan qaz borcunu silir. Lakin həmin təklif Moldova ilə “DMR” arasında olan pis münasibətləri nəticəsində reallaşdırılmamışdır. Rusiya Hökuməti bildirmişdir ki, Moldova və “DMR”-ə qazın nəqli ilə bağlı ayrıca müqavilələr mövcud deyil və Qazprom üçün ölkənin hər bir ərazisində olan istehlakçılar üçün fərqli qiymətlərin müəyyən edilməsi mümkünsüzdür. 2008-ci ildən etibarən Moldova qazın istehlakı üçün Avropa qiymətlərinə uyğun ödənişlər həyata keçirməli idi, bu məbləğlər daxili qiymətlərdən fərqlənir.Maliyyə dəstəyi ilə bağlı Rusiya Hökuməti bildirmişdir ki, pensiyaların ödənilməsi, həmçinin məktəblərə, həbsxanalara və xəstəxanalara ərzaqların çatdırılması kimi humanitar məqsədlər üçün həmin regionda yaşayan Rusiya vətəndaşları üçün göstərilmiş maliyyə yardımı tam şəffafdır və Avropa İttifaqı tərəfindən göstərilən humanitar yardımla müqayisə oluna bilər. Dnestryanıda yaşayan insanlara humanitar yarıdım göstərilməsi ilə yanaşı Rusiya həmçinin Moldovanın digər ərazilərində yaşayan insanlara yardım göstərir. Eyni zamanda Rusiyə Hökuməti bildirmişdir ki, Moldova Dnestryanı münaqişəsi üzrə nümayiş etdirdiyi mövqeyinə görə iqtisadi sanksiyalara heç vaxt məruz qalmamışdır. Bununla əlaqədar Rusiya Hökuməti qeyd etmişdir ki, iqtisadi siyasətin həyata keçirilməsi ilə bağlı Duma deyil Rusiyanın Prezidenti və Hökuməti müvafiq səlahiyyətlərə malikdir. 2006-cı ilin mart ayında müəyyən edilmiş sanitar qaydalarının pozulması ilə əlaqədar Moldova şərablarının idxalına qadağa qoyulmuşdur. Ekspert rəyi nəzərə alınaraq şərabın idxal 2007-ci il noyabrın 1-dən bərpa edilmişdir. Rusiya Federasiyasının hakimiyyəti Moldova Respublikasını vahid Dövlət kimi tanıyır və onun Dnestryanı ilə ayrıca ticarət və iqtisadi əlaqələri mövcud deyil.Siyasi dəstək məsələsi ilə əlaqədar Rusiya Hökuməti bildirmişdir ki, Rusiyanın “DMR” hakimiyyətini siyasi cəhətdən dəstəklədiyi müəyyən edilsə belə beynəlxalq hüquq kontekstində Rusiya “DMR” tərəfindən insan hüquqlarının pozulmasına cavabdehlik daşımır. Rusiya Hökumətinin qənaətinə görə yeli hökumət demokratik mandata malikdirsə onu dəstəkləyən hər-hansı xarici qüvvənin yerli hökumət tərəfindən törədilmiş insan hüquqlarının pozuntusuna görə cavabdehlik daşıdığını söyləmək absurddur.
B. Məhkəmənin qiymətləndirilməsi
1. Konvensiyanın 1-ci maddəsi əsasında yurisdiksiyaya aid ümumi prinsiplər
Konvensiyanın 1-ci maddəsində aşağıdakılar təsbit edilmişdir:
“Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.”
Məhkəmə presedent hüququnda Konvensiyanın 1-ci maddəsi əsasında bir neçə aydın prinsipləri müəyyən etmişdir. Bu maddədə müəyyən edildiyi kimi Razılığa Gələn Dövlətin üzərinə götürdüyü öhdəlik “yurisdiksiyası” altında olan şəxslərin nəzərdə tutulmuş hüquq və azadlıqlardan istifadə etmələrini “təmin etməklə” (fransız dili mətninə görə - “reconnaître”) məhdudlaşır (bax: “Soerinq Birləşmiş Krallığa qarşı” (Soering v. the United Kingdom, 7 July 1989, § 86, Series A no. 161); “Bankoviç və Digərləri Belçika və Digərlərinə qarşı” (Banković and Others v. Belgium and Others [GC] (dec.), no. 52207/99, § 66, ECHR 2001‑ XII). 1-ci maddəyə görə “yurisdiksiya” başlanğıc meyardır. Yurisdiksiyanın həyata keçirilməsi Konvensiyada təsbit edilmiş hüquq və azadlıqların iddia edilən pozuntusuna səbəb olmuş hərəkət və hərəkətsizliyə görə Razılığa Gələn Dövlətin məsuliyyətə cəlb edilməsi üçün zəruri şərtdir (bax: “İlaşku və Digərləri Moldova və Rusiyaya qarşı” [Böyük Palata] (Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, § 311, ECHR 2004‑VII; “Əl-Skeyni və digərləri Birləşmiş Krallığa qarşı” (Al-Skeini and Others v. the United Kingdom [GC], no. 55721/07, § 130, 7 July 2011).1-ci maddəyə görə dövlətin yurisdiksional səlahiyyəti başlıca olaraq öz ərazisi ilə bağlıdır (bax: yuxarıda qeyd edilmiş “Soerinq” işi, 86-cı bənd; yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 61-ci və 67-ci bəndlər; yuxarıda qeyd edilmiş “İlaşku” işi, 312-ci bənd; yuxarıda qeyd edilmiş “Əl-Skeyni” işi, 131-ci bənd). Normal olaraq dövlətin yurisdiksiyasını öz ərazisində həyata keçirdiyi güman edilir (yuxarıda qeyd edilmiş “İlaşku” işi, 312-ci bənd; “Assanidze Gürcüstana qarşı” [Böyük Palata] (Assanidze v. Georgia [GC], no. 71503/01, § 139, ECHR 2004‑II)). Əksinə, Razılığa Gələn Dövlətin öz ərazisindən kənarda etdiyi və ya burada nəticələr doğurduğu hərəkətləri yalnız istisna hallarda 1-ci maddənin mənasında yurisdiksiyanın həyata keçirilməsi hesab oluna bilər (yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 67-ci bənd; “Əl-Skeyni” işi, 131-ci bənd).Bu günə qədər Məhkəmə presedent hüququnda Razılığa Gələn Dövlətin öz ərazisinin hüdudlarından kənarda yurisdiksiyasını həyata keçirdiyini təsbit etməyə əsas verən bir sıra istisna halları tanımışdır. Hər bir işdə dövlətin ekstraterritorial yurisdiksiyasını həyata keçirməsinin Məhkəmə tərəfindən müəyyən edilməsinə əsas verən və bunu tələb edən istisna halın mövcud olub-olmadığı məsələsi konkret faktlardan asılı olaraq həll edilməlidir (bax: yuxarıda qeyd edilmiş “Əl-Skeyni” işi, 131-ci bənd).1-ci maddəyə əsasən yurisdiksiyanın dövlətin öz ərazisi ilə məhdudlaşması prinsipindən digər bir istisna hal hüquqa uyğun və ya hüquqazidd hərbi əməliyyatın nəticəsində Razılığa Gələn Dövlətin milli ərazisindən kənarda yerləşən ərazi üzərində səmərəli nəzarəti həyata keçirməsi nəticəsində yaranır. Bu ərazidə Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlardan istifadənin təmin edilməsi öhdəliyi ərazi üzərində birbaşa, Razılığa Gələn Dövlətin silahlı qüvvələri vasitəsilə və ya tabelikdə olan yerli administrasiyanın vasitəsilə həyata keçirilən belə nəzarət faktından irəli gəlir (yuxarıda qeyd edilmiş “Loizidu (ilkin etirazlar)” işi, 62-ci bənd; “Kipr Türkiyəyə qarşı” [Böyük Palata] (Cyprus v. Turkey [GC], no. 25781/94, § 76, ECHR 2001‑IV); yuxarıda qeyd edilmiş “Bankoviç” işi, 70-ci bənd; yuxarıda qeyd edilmiş “İlaşku” işi, 314-316-cı bəndlər; yuxarıda qeyd edilmiş “Loizidu (işin mahiyyəti ilə bağlı məsələlər)” işi, 52-ci bənd; “Əl-Skeyni” işi, 138-ci bənd). Ərazi üzərində belə bir hakimiyyətin həyata keçirilməsi faktı təsbit edildiyi halda Razılığa Gələn Dövlətin tabeliyində olan yerli administrasiyanın siyasəti və hərəkətləri üzərində hərtərəfli nəzarəti həyata keçirib-keçirmədiyini müəyyənləşdirmək zəruri deyil. Yerli administrasiyanın Razılığa Gələn Dövlətin hərbi və başqa dəstəyi sayəsində fəaliyyət göstərə bilməsi faktı dövlətin həmin administrasiyanın siyasəti və hərəkətlərinə görə məsuliyyətini yaradır. Nəzarətdə saxlayan dövlət 1-ci maddəyə əsasən nəzarəti altında olan ərazidə Konvensiya və onun tərəfindən ratifikasiya edilmiş Protokollar ilə təsbit edilmiş bütün maddi hüquqlardan istifadənin təmin edilməsinə görə məsuliyyət daşıyır. O, bu hüquqların hər hansı birinin pozulmasına görə cavabdehdir (yuxarıda qeyd edilmiş “Kipr Türkiyəyə qarşı” işi, 76-77-ci bəndlər; “Əl-Skeyni” işi, 138-ci bənd).Razılığa Gələn Dövlətin öz ərazisindən kənarda yerləşən ərazi üzərində səmərəli nəzarəti həyata keçirib-keçirməməsi fakt ilə bağlı məsələdir. Səmərəli nəzarətin mövcud olub-olmadığını araşdırmaq üçün Məhkəmə başlıca olaraq dövlətin ərazidəki silahlı qüvvələrinin gücünü əsas götürür (bax: yuxarıda qeyd edilmiş “Loizidu (işin mahiyyəti ilə bağlı məsələlər)” işi, 16-cı və 56-cı bəndlər; yuxarıda qeyd edilmiş “İlaşku” işi, 387-ci bənd). Bu zaman digər göstəricilərdən, misal üçün dövlətin tabeliyində olan yerli administrasiyaya hərbi, iqtisadi və siyasi sahələrdə göstərdiyi dəstəyin həmin dövlətin region üzərində hansı səviyyədə təsirə və nəzarətə imkan yaratması amilindən istifadə oluna bilər (yuxarıda qeyd edilmiş “İlaşku” işi, 388-394-cü bəndlər; “Əl-Skeyni” işi, 139-ci bənd).
2. Həmin prinsiplərin işin halları ilə bağlı tətbiqi
Bunun əsasında işin əsas hallarını yada salmaq məqsədəuyğundur. Ərizəçilər separatist hakimiyyəti tərəfindən dil üzrə aparılmış siyasət nəticəsində onların uşaqlarının təhsil almaq və ailə həyatına hörmət hüquqlarına edilmiş təsirləri ilə əlaqədar şikayət etmiş Dnestryanının Moldovan icmasının uşaqları və onların valideynləri olmuşdur. Şikayətlərin əsas mahiyyəti məktəblərdə latın əlifbasının istifadəsinin qadağan edilməsi, məktəblərin qeydiyyata alınması və məktəblərdə “DMR”-in təsdiq etdiyi kurikulum əsasında kiril əlifbasında dərslərin keçirilməsi haqqında bir neçə il əvvəl qəbul edilmiş qərarlarının icrası üzrə “DMR” səlahiyyətli orqanları tərəfindən 2002-ci və 2004-cü illərdə həyata keçirilmiş tədbirlərlə əlaqədar olmuşdur. Bununla polis 2002-ci il avqustun 22-də şagirdləri və müəllimləri Qriqoropol şəhərində yerləşən Böyük Stefan adına Məktəbdən güc tətbiq etməklə çıxarmışdır. Məktəbə öz fəaliyyətini həmin binada bərpa edilməsinə icazə verilməmiş və o, Moldovanın nəzarəti altında olan ərazidə və Qriqoropoldan 20 km uzaqlıqda yerləşən digər binaya köçürülmüşdür. Həmin ay Xeyirxah Aleksandr adına məktəb hədələrlə rastlaşmış və yerləşdiyi binaya enerjinin və suyun verilişi dayandırmışdır. Hər iki məktəb növbəti tədris ilində daha əlverişsiz və zəif təchiz edilmiş binalara köçürülməli idilər.
(a) Moldova Respublikası
İlk növbədə Məhkəmə hazırkı işin Moldova Respublikasının yurisdiksiyası altına düşüb düşmədiyini müəyyən etməlidir. Həmin kontekstdə Məhkəmə qeyd edir ki, hər üç məktəb istənilən zamanda Moldovanın ərazisində yerləşirdi. Düzdür bütün tərəflər qəbul edir ki, Moldova “DMR”-in nəzarəti altında olan Dnestr çayının şərq sahilləri üzərində öz səlahiyyətlərini həyata keçirə bilmir. Lakin yuxarıda qeyd edilən İlaşku qərarında Məhkəmə qət etmişdir ki, Moldovanın Dnestryanı ərazisi üzərində səmərəli nəzarəti həyata keçirə bilmədiyinə baxmayaraq Moldova ərazi Dövlətdir və Dnestryanıda tutulmuş şəxslər onun yurisdiksiyası altına düşür. Lakin hətta Dnestryanı regionu üzərində faktiki nəzarətə malik olmasa da, Moldova ərizəçilərin Konvensiya ilə zəmanət verilən hüquqlarını təmin etmək üçün hələ də Konvensiyanın 1-ci maddəsi əsasında səlahiyyəti çərçivəsində olan və beynəlxalq hüquqa uyğun olan diplomatik, iqtisadi, məhkəmə və ya digər tədbirləri görməkdən ibarət pozitiv öhdəlik daşıyır (bax: yuxarıda qeyd edilən “İlaşku” işi, 331-ci bənd). Məhkəmə “İvantoç və digərləri Moldova və Rusiyaya qarşı” (Ivanţoc and Others v. Moldova and Russia, no. 23687/05, §§ 105-111, 15 November 2011) işdə eyni nəticəyə gəlmişdir.Məhkəmə hazırkı işin fərqləndirilməsi üçün heç bir əsas görmür. Baxmayaraq ki, Moldova Dnestryanıda “DMR”-in fəaliyyəti üzərində səmərəli nəzarəti həyata keçirə bilmir, lakin regionun ümumi beynəlxalq hüququ əsasında onun ərazisi kimi tanınması Konvensiyanın 1-ci maddəsi əsasında Moldovanın üzərinə orada yaşayanların Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlarının təmin edilməsində davam etdirilməsi üçün hüquqi və diplomatik vasitələrdən istifadə etmək öhdəliyi qoyur (bax: yuxarıda qeyd edilən “İlaşku” işi, 33-cü bənd). Məhkəmə aşağıda Moldovanın bu pozitiv öhdəliyi nə dərəcədə yerinə yetirdiyini araşdıracaq.
(b) Rusiya Federasiyası
Bundan sonra Məhkəmə hazırkı işin Rusiya Federasiyasının yurisdiksiyası altına düşüb düşmədiyini müəyyən etməlidir. Başlanğıc nöqtə kimi Məhkəmə 2002-ci ilin avqust ayından 2004-cü ilin iyul ayınadək baş vermiş məktəblərin güc tətbiq etməklə yerləşdikləri binalardan çıxarılması hadisələrini götürür. Həmin iki illik müddət Məhkəmənin 2004-cü ilin iyul ayında “İlaşku” işi üzrə qəbul etdiyi qərarda göstərilən vaxta aiddir. Doğrudur həmin işdə Məhkəmə cənab İlaşku, cənab Leşko, cənab İvantoç və cənab Petrov-Popanın 1992-ci ildə Rusiyanın 14-cü Ordusunun əsgərləri tərəfindən tutulması, həbs edilməsi, işgəncəyə məruz qalması və sonradan “DMR”-də yerləşən təcridxanaya keçirilməsi üzrə hadisələrin Rusiyanın yurisdiksiyası altına düşüb-düşmədiyini araşdırmışdır. Məhkəmənin gəldiyi nəticəsinə əsasən baxmayaraq ki, həmin hərəkətlər Konvensiyanın Rusiya tərəfindən 1998-ci il mayın 5-də ratifikasiya edilməsindən əvvəl baş vermişdir onlar ərizəçilər münasibətdə Rusiya Federasiyası üzərinə davamlı və arasıkəsilməz məsuliyyət yükü qoyur. Eyni zamanda Məhkəmə müəyyən edir ki, həmin məsuliyyət yükünün bir hissəsi kimi Dnestryanıda 1991-1992-ci illərdə müharibənin getdiyi vaxtda Rusiya Federasiyasının hakimiyyəti separatist rejiminin təsis edilməsi üçün ona həm hərbi həm də siyasi dəstək göstərmişdir (bax: yuxarıda qeyd edilən “İlaşku” işi, 382-ci bənd). Həmçinin, Məhkəmə müəyyən etmişdir ki, Rusiyanın Konvensiyanı 1998-ci ilin may ayında ratifikasiya etdiyi tarixdən Məhkəmənin “İlaşku” işi üzrə 2004-cü il may ayında qərarın qəbul edilməsi tarixinədək “DMR” Rusiya Federasiyasının ona göstərdiyi hərbi, iqtisadi, maliyyə və siyasi dəstəyi ilə mövcudluğunu davam etdirmişdir və onun səmərəli nəzarəti və ya ən azı həlledici təsiri altında olmuşdur (bax: yuxarıda qeyd edilən “İlaşku” işi, 392-ci bənd). Bununla Məhkəmə nəticəyə gəlmişdir ki, ərizəçilər Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Rusiya Federasiyasının yurisdiksiyası altına düşürlər (bax: yuxarıda qeyd edilən “İlaşku” işi, 393-394-cü bəndlər).Bununla Məhkəmə artıq nəticəyə gəlmişdir ki, Rusiya Federasiyası müvafiq dövr ərzində Dnestryanıda baş vermiş hadisələr üzrə yurisdiksiyaya malik olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizəçilərin şikayət etdiyi hadisələrin Rusiyanın yurisdiksiyası altına düşmədiyini sübut etdirmək vəzifəsi Rusiya Hökumətinin üzərinə düşür.Rusiya Hökuməti bildirir ki, Rusiya həmin dövr ərzində Dnestryanı üzərində yurisdiksiyasını həyata keçirirdi. Onlar iddia etmişdirlər ki, hazırkı iş Məhkəmə tərəfindən ərizəçilərin rus əsgərləri tərəfindən tutulması və həbs edilməsini müəyyən edən “İlaşku” və Britaniya əsgərləri tərəfindən həyata keçirilən təhlükəsizlik üzrə əməliyyatları zamanı öldürülmüş İraq vətəndaşları üzərində Birləşmiş Krallığının yürisdiksiyasını tanıyan “Əl-Skeyni” işlərindən fərqlənir.Məhkəmə xatırladır ki, müəyyən istisna hallarda Dövlət “Əl-Skeyni” işində (bax: yuxarıda qeyd edilən “Əl-Skeyni” işi, 149-cu bənd) kimi onun müvafiq səlahiyyətli şəxslərin hakimiyyəti və nəzarəti vasitəsilə ekstraterritorial yurisdiksiyanı həyata keçirir. Lakin Məhkəmə həmçinin qət edib ki, Razılığa gəlmiş Dövlət qanuni və ya qanunsuz hərbi əməliyyatları çərçivəsində milli ərazisinin xaricində yerləşən regiona səmərəli nəzarət edirsə o, ekstraterritorial yurisdiksiyasını həyata keçirir (bax: yuxarıda qeyd edilən 106-cı bənd). Məhkəmə qəbul edir ki, ərizəçilərin məktəblərinə qarşı edilən hərəkətlərdə Rusiyanın səlahiyyətli şəxslərinin birbaşa iştirakını təsdiq edən sübutlar mövcud deyil. Lakin ərizəçilərin iddialarına əsasən Rusiya müvafiq dövr ərzində “DMR” üzərində səmərəli nəzarəti həyata keçirirdi və Məhkəmə bunun olub-olmadığını müəyyən etməlidir.Rusiya Federasiyasının Hökuməti israrla bildirir ki, Məhkəmə tərəfindən Genosidin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işi (Bosniya və Herseqovina Serbiyaya və Çernoqoriyaya qarşı (bax: yuxarıda qeyd edilən 76-cı bənd) üzrə Beynəlxalq Ədalət Məhkəməsinin yanaşmasına əsasən “DMR Hökuməti” Rusiya Dövlətinin orqanı kimi müəyyən edilsə o zaman Rusiyanın səmərəli nəzarətin həyata keçirildiyi müəyyən edilə bilər. Məhkəmə xatırladır ki, Rusiya Federasiyası Hökumətinin istinad etdiyi qərarda Beynəlxalq Ədalət Məhkəməsinin müəyyən etdiyinə əsasən şəxsin və ya şəxslər qrupunun hərəkətləri Dövlətə aiddirsə həmin Dövlət beynəlxalq hüquqa əsasən bu hərəkətə görə məsuliyyətə cəlb oluna bilər. Lakin hazırkı işdə Məhkəmə ərizəçilərin iddia etdiyi hallar Konvensiyanın 1-ci maddəsi mənasında cavabdeh Dövlətin yurisdiksiyası altına düşüb-düşmədiyi kimi fərqli bir suala cavab axtarır. Yuxarıda qeyd edilən Məhkəmənin presedent hüququnun xülasəsi göstərir ki, Konvensiyanın 1-ci maddəsi əsasında yurisdiksiyanın müəyyən edilməsi testi beynəlxalq hüquqa zidd olan hərəkətlərə görə Dövlətin məsuliyyətinin müəyyən edilməsi testi ilə heç vaxt uyğun olmayıb.Hazırkı işin hallarına əsasən Məhkəmə Rusiyanın 2002-ci ilin avqust ayından 2004-cü ilin iyul ayınadək “DMR” üzərində səmərəli nəzarətin həyata keçirib-keçirmədiyini müəyyən etməlidir Həmin qiymətləndirməni həyata keçirərkən Məhkəmə əsas kimi ona təqdim edilmiş bütün sənədlərə və ya lazım olduğu təqdirdə proprio motu (öz təşəbbüsü ilə) əldə edilmiş materiallara əsaslanacaq (bax: mutatis mutandis, “Saadi İtaliyaya qarşı” (Saadi v. Italy [GC], no. 37201/06, § 128, ECHR 2008 ).Rusiya Hökuməti bildirmişdir ki, onun həmin dövr ərzində Dnestryanıda az sayda hərbi qoşunları var idi. Müqayisə üçün təxmin 1000 hərbi qulluqçusu “RƏQ” çərçivəsində Kolbasnada silah anbarının təhlükəsizliyini qoruyurdu və 1125 rus əsgəri beynəlxalq sülhməramlı qüvvələr çərçivəsində Təhlükəsizlik Zonada yerləşdirilmişdirlər. “İlaşku” işi (yuxarıda qeyd edilən, 131-ci bənd) üzrə qərarında Məhkəmə müəyyən etmişdir ki, “RƏQ” çərçivəsində 2002-ci ildə təxminən 1500 rus əsgəri silah anbarının mühafizəsini həyata keçirirdilər. Rusiya əsgərlərinin sayını digər tərəflər mübahisə etməmişdirlər (bax: yuxarıda qeyd edilən 37-ci bənd). Kolbasnada yerləşən silah anbarına gəldikdə Rusiya Hökuməti tərəfindən bununla bağlı Məhkəmənin sorğusuna cavab olaraq məlumatın təqdim edilməməsinə və oraya müstəqil müşahidəçilərin baş çəkmələrinə icazə verilməməsinə görə orada yerləşən silah-sursatın sayını və növlərini müəyyən etmək mümkün olmamışdır. Lakin “İlaşku” işi (yuxarıda qeyd edilən, 131-ci bənd) üzrə qərarda Məhkəmə sübutlara istinadən müəyyən etmişdir ki, 2003-cü ildə “RƏQ” ən azı 200000 hərbi avadanlığa və silaha malik olmuşdur, o cümlədən 106 döyüş tankı, 42 zirehli avtomobil, şəxsi heyəti daşıyan 109 zirehli maşın, kəşfiyyat üçün 54 zirehli nəqliyyat vasitəsi, 123 artilleriya mərmisi və minaatanlar, tank əleyhinə 206 silah, təyyarə əleyhinə 226 silah, 9 helikopter və müxtəlif növ 1.648 nəqliyyat vasitəsi.Məhkəmə qəbul edir ki, 2002-2004-cü illər üçün Dnestryanıda yerləşən Rusiyanın həbi qulluqçularının sayı kifayət qədər azalmışdır (bax: yuxarıda qeyd edilən “İlaşku” işi, 387-ci bənd) və əraziyə nisbətən az sayda olmuşdur. Lakin Məhkəmənin “İlaşku” işi (yuxarıda qeyd edilən, 387-ci bənd) üzrə müəyyən etdiyinə əsasən Kolbasnada yerləşən silah anbarının həcmini nəzərə alaraq regionda Rusiya ordusunun hərbi cəhətdən vacibliyi və onun təsiri dəyişməzdir. Eyni zamanda həm silah anbarı həm də əsgərlərin yerləşdirilməsi ilə əlaqədar Məhkəmə hesab edir ki, hazırkı iş üzrə araşdırılan dövr üçün tarixi faktlara dair məlumatlar mühüm əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, “İlaşku” işi üzrə Məhkəmənin gəldiyi nəticəsinə əsasən 1992-ci ildə separatistlər yalnız Rusiyanın hərbi dəstəyi sayəsində hakimiyyəti saxlaya biliblər. Kolbasnada yerləşən silah anbarı Sovet İttifaqının 14-cü ordusunun mülkiyyəti olmuş və Məhkəmə əsaslı şübhələr olmadan müəyyən etmişdir ki, separatistlər münaqişənin hərbi əməliyyatlarının aparıldığı dövr ərzində 14-cü ordunun hərbi qulluqçularının dəstəyi ilə həmin anbarında saxlanılan silahlarla təchiz ediliblər. Eyni zamanda Məhkəmə aşkarlayıb ki, separatistlərə 14-cü ordunun anbarlarından külli miqdarda silahların verilməsi Moldovanın Dnestryanı üzərində nəzarətin bərpa edilməsinin qarşısının alınmasında başlıca amil olmuşdur. Əlavə olaraq Məhkəmə müəyyən etmişdir ki, münaqişənin əvvəlindən regionun xaricindən rus milliyyətli şəxslər, xüsusən kazaklar, separatistlərin tərəfində Moldova silahlı qüvvələrinə qarşı vuruşmaq üçün Dnestryanıya getmişdirlər. Yekunda Məhkəmə aşkar etmişdir ki, 1992-ci ilin aprel ayında Dnestryanıda yerləşən Rus ordusu (“RƏQ”) münaqişəyə müdaxilə edərək separatistlərə Tiginanı nəzarətə alınması üçün imkan yaratmışdırlar.Rusiya Hökuməti “İlaşku” işi üzrə qəbul edilmiş qərarda müəyyən edilmiş həmin faktların hazırkı işə uyğun olmadığını təsdiq edən müvafiq sübutları Məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, separatist rejiminin Rusiyanın hərbi dəstəyi əsasında yarandığını müəyyən edən nəticəsini nəzərə alaraq Rusiyanın beynəlxalq öhdəliklərinə zidd olaraq və məxfi şəkildə Moldovanın ərazisində silah anbarının yerləşdirilməsi, həmçinin onun mühafizəsi üçün ərazidə 1000 nəfər əsgərin mövcud olması faktları “DMR” rejiminin davamlı şəkildə dəstəklənməsini göstərən siqnallardır.Yuxarıda qeyd olunduğu kimi Məhkəmə “İlaşku” işində müəyyən etmişdir ki, həmin dövr ərzində “DMR” yalnız Rusiyanın iqtisadi dəstəyi sayəsində öz mövcudluğunu saxlamışdır (bax: yuxarıda qeyd edilən 111-ci bənd). Məhkəmə hesab etmir ki, Rusiya Hökuməti sübut etmək vəzifəsini yerinə yetirmiş və gəldiyi nəticə səhvdir. Xüsusilə, Rusiya Hökuməti razılaşır ki Qazprom şirkəti regionu qazla təchiz edir və “DMR”-in həm əhalisi dəm də Dnestryanıda təsis edilmiş əsasən Rusiyaya məxsus olan sənaye şirkətləri istifadə etdiyi qazın cüzi bir hissəsi üçün ödəniş ediblər (bax: yuxarıda qeyd edilən 39-40-cı bəndlər). Rusiya Hökuməti etiraf edir ki, qocalar üçün pensiyaların ödənilməsi, habelə məktəblərə, xəstəxanalara və cəzaçəkmə müəssisələrinə dəstəyin göstərilməsi şəklində onlar Dnestryanıya hər il milyonlarla ABŞ dolları məbləğində humanitar yardım göstərirlər. Moldova Hökumətinin təqdim etdiyi və Rusiyanın mübahisə etmədiyi statistik məlumatlara əsasən “DMR” əhalisinin yalnız 20 % iqtisadi cəhətdən aktiv olduğunu nəzərə alaraq Rusiya tərəfindən köçürülən pensiyaların və göstərilən digər yardımın yerli iqtisadiyyat üçün vacibliyi danılmazdır. Yekunda Məhkəmə qeyd edir ki, Rusiya Hökuməti ərizəçilər tərəfindən vətəndaşlıqla bağlı təqdim edilmiş məlumatlara dair öz qeydlərini təqdim etməmişdi. Gelə ki, həmin məlumatlara əsasən “DMR” əhalisinin beşdən bir hissəsi Rusiyanın vətəndaşlığına qəbul edilmişdir (bax: yuxarıda qeyd edilən 41-42-ci bəndlər).Bununla yuxarıda qeyd olunanlara əsasən Rusiya Hökuməti 2004-cü ildə “İlaşku” işi üzrə müəyyən edildiklərinin düzgün olmadığında Məhkəməni inandıra bilməmişdir. “DMR” Rusiyanın hərbi dəstəyi sayəsində yaranmışdır. Rusiyanın hərbi qulluqçularının və silahının regionda davamlı şəkildə mövcudluğu Rusiyanın hərbi cəhətdən separatistlərə dəstək göstərilməsi barədə “DMR”-ə, Moldova Hökumətinə və beynəlxalq müşahidəçilərə bir siqnaldır. Əlavə olaraq əhali Rusiyanın pulsuz və ya ucuz qiyməti olan qaz təchizatından, pensiyalardan və digər maliyyə yardımdan asılıdır.Bununla Məhkəmə “İlaşku” işi üzrə gəldiyi nəticədən geri çəkilməyərək hesab edir ki, Moldovanın və beynəlxalq aləmin regionda demokratiya və qanun aliliyinin bərqərar olması ilə münaqişənin həlli üzrə səylərinə baxmayaraq 2002-2004-cü illərdə “DMR” Rusiyanın hərbi, iqtisadi və siyasi dəstəyi sayəsində mövcudluğunu saxlamışdır. Həmin halları nəzərə alaraq “DMR”-in Rusiyanın dəstəyindən asılılığı onu göstərir ki, məktəb böhranı zamanı “DMR” hakimiyyəti Rusiyanın səmərəli nəzarəti və təsiri altında olmuşdur.Bununla hazırkı iş üzrə ərizəçilər Konvensiyanın 1-ci maddəsi mənasında Rusiyanın yurisdiksiyası altında olmuşdurlar. Hal-hazırda Məhkəmə cavabdeh Dövlətlərin məsuliyyətini yaradan Konvensiyada təsbit edilmiş hüquqlarının pozuntunun baş verib-vermədiyini müəyyən etməlidir.
II.KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 2-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI
Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsində aşağıdakılar təsbit edilmişdir:
“Heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.”
A. Tərəflərin izahatları
1. Ərizəçilərin qeydləri
Ərizəçilər hesab edir ki, Məhkəmə təhsil hüququna dair beynəlxalq standartları nəzərə alaraq Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsi üzrə öz presedent hüququnun təkmilləşdirilməsi məqsədilə bu fürsətdən istifadə etməlidir. Misal üçün İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 26-cı maddəsi, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 13-cü maddəsinin 1-ci bəndi və Uşaq Hüquqları haqqında Konvensiyanın 29-cu maddəsinin 1(a) bəndi təhsilin “insan şəxsiyyətinin tam inkişafına” yönəldiyini nəzərdə tutur. Məhkəmə aşağıda göstərilən işdə uşağın inkişafında təhsilin vacibliyini qeyd etmişdir: “Timişev Rusiyaya qarşı” (Timishev v. Russia, nos. 55762/00 and 55974/00, § 64, ECHR 2005‑XII). Ərizəçilərin qeydlərinə əsasən təhsilin digər məqsədi uşaqların həm yeniyetmə həm də gələcəkdə yaşlı insanlar kimi cəmiyyətdə fəaliyyətinə və iştirakına kömək etmədən ibarətdir. Bu məqsədlərə cavab verməyən təhsil uşağı həmin vasitələrdən istifadə etmək, yoxsulluqdan can qurtarmaq və digər hüquqlardan faydalanmaq imkanlarından məhrum edir. Ərizəçilərin qeydlərinə əsasən dildən istifadə etmək həmin təhsil üstünlükləri ilə sıx bağlıdır.Ərizəçilər bildiriblər ki, onların istinad etdiyi əsas hallar məktəblərin məcburi bağlanılması və digər yerlərdə açılması ilə nəticələnən 2002-2004-cü ildə baş vermiş hadisələrdir. Onların təqdim etdikləri iltizamlarında “DMR”-in məktəblərə qarşı fəaliyyətinin onlara şəxsən hansı dərəcə təsir etdiyi izah edilmişdir. 2004-cü ilin yay aylarında məktəblər bağlanmış, mühasirəyə alınmış və sonradan oraya “DMR”-in polisi tərəfindən hücum edilmişdir. Müəllimlər saxlanılaraq həbs edilmiş və latın əlifbası ilə yazılmış kitablar müsadirə edilərək məhv edilmişdirlər. Bəzi valideynlər uşaqlarını Moldovan dilli məktəblərinə verdiyi üçün işdən azad ediliblər.Ərizəçilər bildiriblər ki, həmin hadisələrdən sonra bu günədək onların vəziyyəti ilə əlaqədar mühüm dəyişikliklər baş verməyib. Latın əlifbasının istifadəsini qadağan edən qanun qüvvədədir və Moldovan/Rumın dillərində dərs keçən insanlar təzyiqlər və təqiblərlə rastlaşır. Təhsilin keyfiyyətinə məktəblər üçün uyğun binaların olmaması təsir edir, belə ki, məktəblərə çatmaq üçün şagirdlər uzun məsafə qət etməyə məcburdurlar, materiallar az sayda verilir, kurikuluma daxil olmayan fəaliyyətə imkan yaradılmır, həmçinin təzyiqlər, məktəb binalarına qarşı vandalizm halları, hədələr və şifahi təhqirlər davam etdirilir. Buna alternativ olaraq “DMR” səlahiyyətli orqanlar Moldovan və rumın milliyyətli əhali üçün kiril əlifbadan istifadə etməklə Moldovan dilində təhsil almağı təklif etmişdirlər. Lakin bu dil Dnestryanıdan xaricdə heç bir yerdə tanınmamış və bu dildə təhsil almaq üçün yalnız Sovet vaxtından qalmış vəsaitlərdən istifadə etmək mümkün olurdu bununla sonrakı və ali təhsil almaq imkanları azalmışdır.“DMR” hakimiyyəti tərəfindən ərazi Dövlətin rəsmi və əksəriyyət tərəfindən istifadə olunan dilində təhsil verməmək təhsil hüququnun mahiyyətinə təsir etmişdir. Əlavə olaraq “DMR”-in səlahiyyətli orqanları Moldovan milliyyətli əhali üçün özəl məktəblərdə ana dilində təhsil almaq imkanlarını yaratmamışdırlar. Ərizəçilər öz vəziyyətini anklav ərazisində yaşayan Yunan əhalisinin vəziyyəti ilə müqayisə ediblər (bax: yuxarıda qeyd edilən Kipr Türkiyəyə qarşı, 278-ci bənd). Əlavə olaraq ərizəçilərin valideynləri iddia ediblər ki, Dövlət tərəfindən təhsil almaq imkanlarının yaradılması üzrə onların fəlsəfi əqidəsinə hörmət hüququna, xüsusilə öz uşaqlarının məhz Moldovan dilində təhsil almaq maraqlarına müdaxilə olunmuşdur.Ərizəçilər bildiriblər ki, Moldova öz ərazisində Moldovan dilinin öyrənilməsini təmin və müdafiə etmək məqsədilə müvafiq zəruri tədbirlərin görülməsi üzrə pozitiv öhdəliyi daşıyır. Moldovanın öz pozitiv öhdəliyinə uyğun hərəkət edib-etmədiyi ilə əlaqədar ərizəçilər bildiriblər ki, məktəblərdə latın əlifbasından istifadə çoxtərəfli danışıqlar zamanı şərt kimi irəli sürülməmişdir və bu barədə “DMR” və Rusiya Hökumətinin nümayəndələrinə müvafiq bildiriş verilməmişdir. “DMR”-in yüksək səlahiyyətli şəxsləri Moldova ərazisində sərbəst hərkət etmək imkanlarına malikdirlər. Müqayisə üçün qeyd olunur ki, Aİ “DMR”-in yüksək vəzifəli şəxslərinin öz ərazisində hərəkət etmək imkanlarını məhdudlaşdırıb və bu əsasən latın əlifbasının istifadəsinə edilmiş qadağa ilə bağlıdır. Eyni zamanda ərizəçilər iddia edirlər ki, Moldova Hökuməti uşaqların adekvat təhsil almaq imkanlarının bərpa edilməsini təmin etmək və onları təzyiqlərdən qorumaq məqsədilə kifayət edici səylər göstərməmişdir.Ərizəçilər bildiriblər ki, hazırkı iş üzrə pozuntu Rusiya Federasiyası tərəfindən “DMR”-in yaradılması və sonuncunun səlahiyyətli orqanlarına dəstəyin göstərilməsi ilə bir başa və davamlı olaraq bağlıdır. Rusiyanın pozuntuların qarşısının alınması və ya onlara qarşı çıxması üzrə heç bir dəlil mövcud deyil. Bunun əksinə Rusiya regionda Rus dilli məktəbləri müvafiq vəsaitlərlə təmin etməklə, “DMR”-in Rus dilli məktəblərdə təhsili tanıyaraq və Moldova Hökumətinin razılığı olmadan Dnestryanıda Rusiyanın ali təhsil institutlarının təsis edilməsi ilə “DMR”-in təhsil sahəsində siyasətini dəstəkləyir.
2. Moldova Hökumətinin qeydləri
Moldova Hökuməti ərizəçilərin davamlı vəziyyəti barədə dəqiq məlumata malik deyil. Lakin onlar təsdiq edə bilərlər ki, əvvəldə baş verən böhranın müəyyən fazasının keçməsinə və hadisənin “normallaşmasına” baxmayaraq hər üç məktəblərdə oxuyan şagirdlərin sayı azalmağa davam edir. Misal üçün Xeyirxah Aleksandr adına Məktəbdə oxuyan şagirdlərin sayı 2007-2011-ci illər ərzində azalmışdır, lakin Böyük Stefan adına Məktəbdə oxuyan şagirdlərin sayı stabil olaraq qalmışdır. Bütövlükdə Dnestryanıda Moldovan/Rumın dillərində oxuyan şagirdlərin sayı 2009-cu ildə 2545 nəfərdən 2011-ci ildə 1908 nəfərədək azalmışdır.Moldova Hökuməti bildirmişdir ki, o, ümumilikdə Dnestryanı münaqişəni və xüsusən onlar tərəfindən məktəblərə edilən dəstəyi nəzərə alaraq situasiyanın yaxşılaşdırılması məqsədilə bütün əsaslı tədbirlər görmüşdür. Onlar bəyan etmişdirlər ki, Dnestryanıda separatist rejim heç vaxt Moldova tərəfindən dəstəklənməmiş və ona kömək edilməmişdir. Moldova Hökumətinin məqsədi münaqişənin həll edilməsi, ərazi üzrə nəzarətin bərpa edilməsi, habelə qanun aliliyinin və insan hüquqlarına hörməti təsbit etmək olmuşdur.Məktəblərlə bağlı məsələyə gəlincə isə Moldova Hökuməti binaların icarəsinə və bərpa edilməsinə, müəllimlərin əmək haqqına, təhsil vəsaitlərinə, məktəb avtobuslara və kompüterlərə müvafiq məbləğlər ödəmişdir. Moldovanın qanunvericiliyinə əsasən ərizəçilər və bütövlükdə Dnestryanıda məktəblərdə oxumuş məzunlar Moldovada ali təhsil müəssisələrinə daxil olmaq üçün xüsusi üstünlüyə malikdirlər. Eyni zamanda Moldova Hökuməti beynəlxalq dəstəyə və vasitəçiliyə nail olmaq məqsədilə, misal üçün 2011-ci ildə Almaniyada Aİ və ATƏT-in himayəsi altında keçirilmiş konfrans kimi digər tədbirlərdə Dnestryanıda məktəblərin vəziyyəti üzrə məsələni beynəlxalq səviyyəyə qaldırmışdır. Nəzərə alaraq ki, Moldova həmin ərazi üzərində hakimiyyəti həyata keçirmir və onu nəzarəti altında saxlamır, o, öz pozitiv öhdəliyinin yerinə yetirilməsi üçün bundan artıq tədbirləri həyata keçirə bilməzdi.Moldova tərəfindən ərizəçilərin vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlər sonuncuların hüquqlarının pozulduğunu qəbul edilməsi kimi qiymətləndirilməlidir. Moldova Hökuməti hazırkı işdə təhsil almaq hüququnun pozulmadığını bəyan etməmişdir. Əksinə Moldova Hökuməti Məhkəmədən ərizəçilərin hüquqlarının pozulması ilə bağlı hər bir cavabdeh Dövlətin məsuliyyətinin ətraflı qiymətləndirilməsini xahiş etmişdir.
3. Rusiya Hökumətinin qeydləri
“DMR”-in hərəkətlərinə görə məsuliyyətin daşıdığını bildirən Rusiya Hökuməti işin mahiyyəti üzrə məhdud qeydlər təqdim etmişdir. Lakin, onlar qeyd ediblər ki, Rusiya Hökuməti məktəb binalarına hücum edən “DMR” polisinin və ya məktəb binalarına su və enerjinin verilişini dayandıran “DMR” səlahiyyətli orqanlarının hərəkətlərinə görə cavabdeh hesab edilməməlidir. Rusiya Hökuməti bildirmişdir ki, onlar məktəb böhranı ilə bağlı yalnız vasitəçi kimi çıxış ediblər. Ukrayna və ATƏT-in vasitəçiləri ilə birlikdə onlar tərəflərə mübahisəni həll etməyə köməklik ediblər. Eyni zamanda onlar bildiriblər ki, 2004-cü il sentyabr-oktyabr aylarında göstərilmiş beynəlxalq səylər nəticəsində mübahisə həll edilmiş və hər üç məktəbin şagirdləri öz təhsillərini bərpa edə biliblər.
B. Məhkəmənin qiymətləndirilməsi
1. Ümumi prinsiplər
Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinin tövsif və tətbiq edilməsi zamanı Məhkəmə nəzərə almalıdır ki, o, fərdi insan hüquqlarının səmərəli şəkildə qorunması üzrə müqavilə hesab edilərək bütövlükdə götürülməli və onun müxtəlif müddəaları arasında daxili uyğunluğu və harmoniyası qorunaraq tövsif edilməlidir (“Steç və digərləri Birləşmiş Krallığa qarşı” (Stec and Others v. the United Kingdom (dec.) [GC], nos. 65731/01 and 65900/01, § 48, ECHR 2005-X); “Ostin və digərləri Birləşmiş Krallığa qarşı” Austin and Others v. the United Kingdom [GC], nos. 39692/09, 40713/09 and 41008/09, § 54, 15 March 2012). 1 saylı Protokolunun 2-ci maddəsinin iki cümləsi həm özü ilə əlaqədar həm də hər bir şəxsin, o cümlədən valideynlərin və uşaqların “öz şəxsi və ailə həyatına hörmət hüququnu”, “fikir, vicdan və din azadlığını”, həmçinin “məlumatı və ideyaları əldə etmək və ötürmək azadlığını” nəzərdən keçirilməlidir (bax: “Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı” (Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark, judgment of 7 December 1976, Series A no. 23, § 52); “Folgero və digərləri Norveçə qarşı” (Folgerø and Others v. Norway [GC], no. 15472/02, § 84, ECHR 2007‑III); “Lautsi və digərləri İtaliyaya qarşı” (Lautsi and Others v. Italy [GC], no. 30814/06, § 60, ECHR 2011 (extracts); see also Cyprus v. Turkey [GC], no. 25781/94, § 278, ECHR 2001‑IV). Həmin müddəaların tövsif və tətbiq edilməsi zamanı Razılığa gəlmiş dövlətlər arasında olan münasibətlərlə bağlı tətbiq olunan beynəlxalq hüququn müvafiq qaydaları və prinsipləri nəzərə alınmalıdır və Konvensiya tərkib hissəsi olduğu beynəlxalq hüququn digər normaları ilə mümkün qədər harmoniyada tövsif edilməlidir (“Əl-Adsani Birləşmiş Krallığa qarşı” (Al-Adsani v. the United Kingdom [GC], no. 35763/97, § 55, ECHR 2001-XI); “Dəmir və Baykara Türkiyəyə qarşı” (Demir and Baykara v. Turkey[GC], no. 34503/97, § 67, ECHR 2008); “Saadi Birləşmiş Krallığa qarşı” Saadi v. the United Kingdom [GC], no. 13229/03, § 62, ECHR 2008-...; “Rantsev Kiprə və Rusiyaya qarşı” (Rantsev v. Cyprus and Russia, no. 25965/04, §§ 273-274, ECHR 2010 (extracts)). Təhsil hüququna aid İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiya, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiyanın müddəaları üstünlük təşkil edir (bax: yuxarıda qeyd edilən 77-81-ci bəndlər və “Timişev Rusiyaya qarşı” (Timishev v. Russia, nos. 55762/00and 55974/00, § 64, ECHR 2005‑XI). Yekunda Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi kimi Konvensiyanın məqsədləri tələb edir ki, müddəaların tövsif və tətbiq edilməsi zamanı onun praktiki cəhəddən istifadə edilməsi və səmərəliliyi mühafizə edilsin (bax: inter alia, “Soering Birləşmiş Krallığa qarşı” (Soering v. the United Kingdom, 7 July 1989, § 87, Series A no. 161) və “Artico İtaliyaya qarşı” (Artico v. Italy, 13 May 1980, § 33, Series A no. 37).1 saylı Protokolunun 2-ci maddəsinin birinci cümləsində qeyd edilən “təhsil hüququndan imtina edilə bilməz” söz birləşməsi mənasında öhdəlik götürmüş Razılığa gələn dövlətlər hər kəsə öz yurisdiksiyası altında müvafiq vaxtda mövcud olan təhsil müəssisələrində oxumaq imkanını təmin etməlidir (bax: “Belçikada təhsildə dillərin istifadəsi haqqında qanunların müvafiq aspektlərinə aid” İş, 1968-ci il 23 iyul tarixli qərar, Series A no. 6, §§ 3-4). Oxumaq imkanına malik olmaq hüququ birinci cümlədə təsbit edilmiş təhsil hüququnun yalnız bir hissəsi hesab edilir. Həmin hüququn səmərəli hesab olması üçün hər bir benefisiar şəxs aldığı təhsildən müəyyən fayda götürmək imkanına malik olmalı, bununla şəxs aldığı təhsilin hər bir Dövlətin qanunvericiliyinə əsasən istənilən formada tanınması hüququna malikdir (bax: “Belçikada təhsildə dillərin istifadəsi haqqında qanunların müvafiq aspektlərinə aid” İş, 4-cü bənd). Eyni zamanda baxmayaraq ki, 1 saylı Protokolunun 2-ci maddəsi təhsil dilini müəyyən etmir benefisiarın xeyrinə öz ana dilində və ya ana dillərinin birində təhsil almaq hüququ müəyyən edilmirsə təhsil hüququ mənasız olardı (bax: “Belçikada təhsildə dillərin istifadəsi haqqında qanunların müvafiq aspektlərinə aid” İş, 3-cü bənd).Maddənin ikinci cümləsində təsbit edilmiş hüquq birinci cümlədə təsbit edilmiş təhsil hüququna əlavə hesab edilir. Bütövlükdə valideynlər öz uşaqların təhsili və tədrisinə cavabdehdirlər, bununla onlar Dövlətdən öz dininə və fəlsəfi əqidələrinə hörmət edilməsini tələb edə bilərlər (bax: “Belçikada təhsildə dillərin istifadəsi haqqında qanunların müvafiq aspektlərinə aid” İş, 3-5-ci bəndlər və yuxarıda qeyd edilən “Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı”, 52-ci bənd). İkinci cümlə Konvensiyada təsbit edildiyi kimi “demokratik cəmiyyətin” müdafiəsi üçün vacib ola bilən təhsildə plüralizmin qorunması məqsədini daşıyır. Bununla Dövlət təhsil sahəsində güman etdiyi funksiyalarını icra edərək əmin olmalıdır ki, kurikuluma əlavə edilən məlumatlar və ya biliklər obyektiv, tənqidi və plüralist tərzdə çatdırılmalıdır. Dövlətə valideynlərin dininə və fəlsəfi etiqadlarına hörmət etməyən kimi hesab edilən doktrinaları çatdırmaq qadağandır (bax: yuxarıda qeyd edilən “Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı”, 50-ci və 53-cü bəndlər; yuxarıda qeyd edilən “Folqero və digərləri Norveçə qarşı”, 84-cü bənd və yuxarıda qeyd edilən “Lautsi və digərləri İtaliyaya qarşı”, 62-ci bənd).1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş hüquq həm dövlət həm də özəl təhsil müəssisələri ilə əlaqədar tətbiq edilir (bax: yuxarıda qeyd edilən “Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı”, 50-ci bənd). Əlavə olaraq Məhkəmə müəyyən edib ki, həmin müddəa ibtidai, orta və ali təhsil müəssisələri ilə bağlı tətbiq edilir (bax: “Leyla Şahin Türkiyəyə qarşı” (Leyla Şahin v. Turkey [GC], no. 44774/98, §§ 134 and 136, ECHR 2005-XI).Lakin Məhkəmə tanıyır ki, vacibliyinə baxmayaraq təhsil hüququ absolyut deyil və onun münasibətdə müəyyən məhdudiyyətlər tətbiq edilir. Hüququn mahiyyətinə xələl gətirilmirsə məhdudiyyətlərin tətbiqi başa düşülür, belə ki, istifadə etmək hüququ “mahiyyətcə Dövlətin tərəfindən idarə edilməni nəzərdə tutur” (bax: “Belçikada təhsildə dillərin istifadəsi haqqında qanunların müvafiq aspektlərinə aid” İş, 3-cü bənd). Tətbiq edilən məhdudiyyətlərin hüququn mahiyyətini zəiflətmək və onu səmərəliliyindən məhrum etmək dərəcədə olmamağını təmin etmək məqsədilə Məhkəmə əmin olmalıdır ki, onlar həmin şəxslər üçün təxmin edilə biləndirlər və qanuni məqsədləri güdürlər. Lakin Konvensiyanın 8-11-ci maddələrindən fərqli olaraq 1 saylı Protokolunun 2-ci maddəsində “qanuni məqsədlərin” siyahısı verilməmişdir (bax: mutatis mutandis, “Podkolzina Latviyaya qarşı” (Podkolzina v. Latvia, no. 46726/99, § 36, ECHR 2002-II). Bundan sonra məhdudiyyətlər istifadə olunan vasitələrlə nail olunmalı məqsədlər arasında əsaslı mütənasiblik əlaqəsi mövcud olduqda 1 saylı Protokolunun 2-ci maddəsinə cavab verirlər (bax: yuxarıda qeyd edilən “Leyla Şahin Türkiyəyə qarşı”, 154-cü bənd). Baxmayaraq ki, Məhkəmə Konvensiyanın tələblərinə riayət olunması məsələsi barədə qərarın qəbul edilməsi səlahiyyətinə malikdir, Razılığa gəlmiş dövlətlər bu sahədə müəyyən təqdir səlahiyyətinə malikdirlər. Bu təqdir səlahiyyəti təhsilin müəyyən şəxslər və bütövlükdə cəmiyyət üçün vacibliyini nəzərə alınaraq təhsil dərəcəsi ilə birlikdə artır (bax: “Ponomaryovi Bolqarıstana qarşı” (Ponomaryovi v.Bulgaria, no. 5335/05, § 56, ECHR 2011).
2. Hazırkı işdə ərizəçilərin təhsil hüququnun pozuntusu baş vermişdirmi
Məhkəmə qeyd edir ki, cavabdeh Dövlətlərdən heç biri ərizəçilərin məktəblərinin bağlanması iddiasını mübahisələndirməmişdir. Lakin 2002-2004-cü illərdə baş vermiş hadisələr ATƏT daxil olmaqla bir sıra beynəlxalq təşkilatların monitorinqi altında olmuşdur (bax: yuxarıda qeyd edilən 66-cı bənd). Bundan sonra ərizəçilərin iddialarına əsasən sonradan məktəblərin açılmasına icazə verildiyinə baxmayaraq həmin binalar “DMR”-in səlahiyyətli qurumları tərəfindən zəbt edilmiş və onlar zəif təchiz edilmiş və əlverişsiz yerlərdə yerləşən binalara köçməyə məcbur olublar. Ərizəçilər bildiriblər ki, onlar “DMR” rejiminin nümayəndələri və fərdi şəxslər tərəfindən təzyiq və təqib kampaniyasına məruz qalıblar. Uşaqlar məktəbə getdikləri yolda təhqir edilmiş və “DMR” polisi və sərhədçiləri tərəfindən axtarışlara məruz qalmışdırlar. Onların üzərində tapılan latın əlifbasında yazılan kitablar müsadirə edilirdi. Əlavə olaraq “DMR”-in nəzarəti altında olan ərazidə yerləşən iki məktəb təkrar olunan vandalizm hərəkətlərinin nişanəsi olub. Ərizəçilər bildiriblər ki, Moldovan icmasından olan valideynlər və uşaqlar üzvləri bu təqiblərlə barışmalı və ya Rus, Ukrayna və ya “Moldovan” (kiril əlifbasından istifadə edən Moldovan/Rumın dili) dilli məktəblərdə oxumağa məcbur olublar. Moldovan dili dünyanın heç bir yerində istifadə edilməmiş və ya tanınmamış dildir, lakin həmin dil Sovet Moldovasının dövlət dili olmuşdur. Bununla hal-hazırda Dnestryanıda “Moldovan” məktəblərində istifadə edilən dərsliklər Sovet vaxtında dərc olunub. “Moldovan” dilində məktəblər və ya institutlar mövcud olmamışdır bununla ali məktəblərdə oxumaq istəyən həmin məktəblərin məzunları yeni əlifbanı və ya dili öyrənməyə məcbur olublar.Baxmayaraq ki, məktəblərin yenidən açılmasından sonra ərizəçilərin üzləşdiyi hadisələri dəqiqliyi araşdırmaq Məhkəmə üçün çətin olmuşdur, o, aşağıdakıları qeyd edir. Birincisi, “DMR”-in Dillər haqqında Qanunun 6-cı maddəsi qüvvədə olmuşdur və “DMR”-də latın əlifbasının istifadəsi xəta hesab edilirdi (bax: yuxarıda qeyd edilən 43-cü bənd). İkincisi, aydındır ki, məktəblər digər binalara köçürülüblər. Xeyirxah Aleksandr adına Məktəb üç ayrı binalarda yerləşdirilmiş, Böyük Stefan adına Məktəbin şagirdləri isə məktəbə çatmaq üçün hər gün 40 km yaxın məsafəni qət etməyə məcbur olublar. Üçüncüsü, Moldova Hökumətinin təqdim etdiyi rəqəmlərə əsasən “DMR”-in nəzarəti altında olan ərazidə yerləşən hər iki məktəbdə oxuyan şagirdlərinin sayı 2007-2010-cu illər ərzində iki dəfə azalmışdır, eyni zamanda Dnestryanıda Moldovan/Rumın dillərində oxuyan şagirdlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Baxmayaraq ki, Dnestryanı əhalisinin çoxu yaşlı insanlardan ibarətdir və Moldovalılar əsasən emiqrasiya edirlər (bax: yuxarıda qeyd edilən 8-ci və 42-ci bəndlər). Məhkəmə hesab edir ki, Evrika və Xeyirxah Aleksandr adına Məktəb oxuyan şagirdlərin sayının iki dəfə azalmasını təkcə demoqrafik hallarla izah etmək düzgün deyil. Məhkəmənin fikrincə bu mübahisə edilməz halları nəzərə alaraq şagirdlərin və onların valideynlərinin Məhkəməyə təqdim etdikləri 81 izahatlarında onların təqiblərə məruz qalması iddiaları inandırıcı hesab olunur.Məktəblər hər zaman Moldovanın Təhsil Nazirliyi tərəfindən qeydiyyatda olmuş, onun tərəfindən təsdiq edilmiş kurikulumu istifadə etmiş və orada dərslər Moldovanın birinci dövlət dilində keçirilirdi. Bununla Məhkəmə hesab edir ki, məktəblərin güc tətbiq etməklə bağlanması “DMR”-in Dillər haqqında Qanuna əsasən həyata keçirilib (bax: yuxarıda qeyd edilən 43-44-cü bəndlər) və sonrakı təqiblər şagird ərizəçilərin müəyyən vaxtda mövcud olan təhsil müəssisələrində oxumaq və onların ana dillərində təhsil almaq hüquqlarına müdaxilə kimi qiymətləndirilir (bax: yuxarıda qeyd edilən 137-ci bənd). Əlavə olaraq Məhkəmə hesab edir ki, həmin tədbirlər valideynlərin öz uşaqlarına fəlsəfi əqidələrinə uyğun olan təhsil vermək hüququna müdaxilə hesab edilir. Yuxarıda qeyd edildiyi kimi 1 saylı Protokolunun 2-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu təsbit edən Konvensiyanın 8-ci maddəsini nəzərə alaraq oxunmalıdır. Hazırkı işdə ərizəçilərin valideynləri onların ana dili olan ölkənin dövlət dilində uşaqların təhsil almasını istəyiblər. Bunun əksinə onlar təhqir edici vəziyyətə düşüblər. Valideynlər uşaqlarını ya süni hesab etdikləri dil və əlifba kombinasiyaları əsasında yaradılmış, dünyada tanınmamış, Sovet vaxtlarında hazırlanmış vəsaitlər əsasında kurikulumdan istifadə edən orta təhsil məktəblərinə göndərməli ya da təqib və təzyiqlərlə rastlaşaraq uzaqda yerləşən məktəblərə verməli idilər.Məhkəmə “DMR”-in səlahiyyətli orqanları tərəfindən həmin məktəblərə qarşı həyata keçirilən bunun kimi tədbirlərin qanuni məqsədlərin daşıdığını sübut edən dəlillərə malik olmamışdır. Bunun əksinə müəyyən edilmişdir ki, Rusiya ilə birləşməsi və Moldovadan ayrılması məqsədləri daşıyan “DMR”-in ümumi siyasətinə əsasən “DMR”-in səlahiyyətli orqanları tərəfindən həmin məktəblərdə yürütdüyü dil siyasətinin məqsədi Dnestryanıda yaşayan Moldovalıların dilini və mədəniyyətini ruslaşdırmaqdan barət olmuşdur. İbtidai və orta təhsilin hər bir uşağın inkişafı və gələcək uğurları üçün fundamental vacibliyini nəzərə alaraq separatist ideologiyanın həyata keçirilməsi məqsədilə uşaqların təhsilinin dayandırması, habelə onların və valideynlərinin bunun kimi çətin seçim qarşısında qoyulması yolverilməzdir.
3. Cavabdeh Dövlətlərin məsuliyyəti
(a) Moldova Respublikası
Bundan sonra Məhkəmə Moldova Respublikasının 1 saylı Protokolunun 2-ci maddəsində təsbit edilmiş ərizəçilərin hüquqlarının müdafiə edilməsi məqsədilə müvafiq və kifayətedici tədbirlərin görülməsi üzrə öz vəzifələrini icra edib-etmədiyini müəyyən etməlidir (bax: yuxarıda qeyd edilən 110-cu bənd). Məhkəmə “İlaşku” işində (bax: həmin iş üzrə qəbul edilmiş qərarın 339-340-cı bəndlər) müəyyən edib ki, Moldova Respublikasının pozitiv öhdəliyi həm yurisdiksiya mənasında Dnestryanı ərazisi üzrə nəzarətin bərpa edilməsi həm də insan hüquqlarının təmin edilməsi üzrə tələb olunan tədbirlərin həyata keçirilməsindən ibarət olmuşdur. Dnestryanı üzrə nəzarətin bərpa edilməsi vəzifəsi tələb edir ki, Moldova ilk növbədə separatist rejiminin dəstəkləməsindən çəkinməli, ikincisi, bütün siyasi, hüquqi və onun sərəncamında olan digər vasitələrlə həmin ərazi üzrə nəzarətin bərpa edilməsinə nail olmalıdır.Bu pozitiv öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar Məhkəmə “İlaşku” işində müəyyən edib ki, Moldova silahlı münaqişənin 1991-1992-ci illərdə getdiyi vaxtdan 2004-cü ilin iyul ayında qərarın qəbul etdiyi tarixədək Dnestryanı ərazisi üzrə nəzarətin bərpa edilməsi məqsədilə sərəncamında olan bütün vasitələri istifadə etmişdir (bax: həmin iş üzrə qəbul edilmiş qərarın 341-345-ci bəndlər). Məhkəmənin hazırkı işdə başqa bir nəticəyə gəlməsi üçün heç bir sübut mövcud deyil.“İlaşku” işində Məhkəmə müəyyən edib ki, Moldova ərizəçilərin hüquqlarının pozulmasına son qoyulması məqsədilə “DMR” və Rusiya ilə aparılan danışıqlar zamanı sərəncamında olan bütün vasitələrdən istifadə etmədiyinə görə öz pozitiv öhdəliyinə tam riayət etməmişdir (bax: həmin iş üzrə qəbul edilmiş qərarın 348-352-ci bəndlər). Məhkəmə hesab edir ki, hazırkı işdə isə Moldova Hökuməti ərizəçilərin dəstəkləməsi üçün mühüm tədbirlər görmüşdür. Xüsusilə məktəblərin yerləşdikləri binalardan “DMR” tərəfində köçürülməsindən sonra Moldova Hökuməti yeni binaların icarəsi, təmiri və avadanlıqlarla təchiz edilməsi üçün pul sərf etmiş, müəllimlərə əmək haqlarını və nəqliyyat xərclərini ödəmişdir. Bununla ideal vəziyyətindən uzaq olan şəraitdə olsa belə məktəblərin fəaliyyətinin və uşaqların Moldovan dilində təhsilinin davam etdirilməsinə imkan yaratmışdır (bax: yuxarıda qeyd edilən 49-53-cü, 56-cı və 61-63-cü bəndlər).Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, Moldova Respublikası həmin ərizəçilər münasibətdə öz pozitiv öhdəliyini yerinə yetirmişdir. Bununla Moldova Respublikası tərəfindən 1 saylı Protokolunun 2-ci maddəsi pozulmamışdır.
(b) Rusiya Federasiyası
Məhkəmə qeyd edir ki, ərizəçilərə qarşı həyata keçirilmiş tədbirlərdə Rusiyanın səlahiyyətli nümayəndələrinin bir başa iştirakını təsdiq edən hər hansı sübut mövcud deyil. Eyni zamanda “DMR”-in ümumi dil siyasətinə Rusiyanın təsirini təsdiq edən sübutlar da mövcud deyil. Həmçinin Ukrayna və ATƏT-in vasitəçiləri ilə birlikdə fəaliyyət göstərən Rusiya vasitəçilərin səyləri nəticəsində “DMR”-in səlahiyyətli orqanları məktəblərin “xarici institutlar və ya özəl kolleclər” kimi fəaliyyətinə icazə vermişdirlər (bax: yuxarıda qeyd edilən 49-cu, 56-cı və 66-cı bəndlər).Lakin Məhkəmə müəyyən etmişdir ki, Rusiya həmin dövrdə “DMR” üzərində səmərəli nəzarəti həyata keçirirdi. Həmin nəticəyə əsasən və Məhkəmənin presedent hüququna uyğun olaraq Rusiyanın siyasət və ya yerli hakimiyyət üzərində konkret nəzarətin həyata keçirib-keçirmədiyini müəyyən etmək vacib hesab edilmir (bax: yuxarıda qeyd olunan 106-cı bənd). Rusiya “DMR”-ə etdiyi hərbi, iqtisadi və siyasi dəstəyini nəzərə alaraq ərizəçilərin təhsil hüququnun pozulmasına görə Konvensiya əsasında məsuliyyət daşıyır. Bununla Rusiya Federasiyası tərəfindən 1 saylı Protokolunun 2-ci maddəsi pozulmuşdur.
...
V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
161. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
162. Ərizəçilər mənəvi zərərə və məhkəmə xərclərinə görə təzminatın ödənilməsini tələb etmişdirlər.
...
166. Lakin Məhkəmə hesab edir ki, işin hallarının araşdıraraq aydın olur ki ərizəçilər, həm uşaqlar həm də valideynlər “DMR”-in dil siyasəti nəticəsində müəyyən iztirablar keçirmişdir və yalnız pozuntunun aşkar olunması özü özlüyündə mənəvi ziyana görə ədalətli təzminat kimi qiymətləndirilə bilməz. Bununla Məhkəmə Konvensiyanın 41-ci maddəsi əsasında ədalətli qiymətləndirmə apararaq ərizəçiyə mənəvi ziyana görə 6000 Avro məbləğində vəsaitinin ödənilməsini qət edir.
...
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ
1. Yekdilliklə ərizəçilərin iddia etdikləri hallar Moldova Respublikasının yurisdiksiyası altına düşdüyünü qət edir;
2. Altı səs lehinə bir səs əleyhinə ərizəçilərin iddia etdikləri hallar Rusiya Federasiyasının yurisdiksiyası altına düşdüyünü qət edir;
3. Yekdilliklə Moldova Respublikası tərəfindən Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinin pozulmadığını qət edir;
4. Altı səs lehinə bir səs əleyhinə Rusiya Federasiyası tərəfindən Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinin pozulduğunu qət edir;
...
7. Qərara alır ki,
(a) Rusiya Federasiyası üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
(i) qərara əlavə edilmiş Siyahıda göstərilən hər bir ərizəçiyə ödənilməli olan vergilər də daxil olmaqla mənəvi ziyana görə 6000 Avro (altı min avro);
(ii) ərizəçilərin hamısına ödənilməli olan vergilər də daxil olmaqla məhkəmə xərclərinə görə 50000 Avro (əlli min avro);
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
8. Ərizəçilərin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2012-ci il oktyabrın 19-da Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Maykl OboylNikolas Bratza
Məhkəmə katibiSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı rəylər bu qərara əlavə edilir[2]:
- hakimlər Tulkens, Vayiç, Berro-Lefevr, Byanku, Poalelungi və Kellerin xüsusi rəyi;
- hakim Kovlerin xüsusi rəyləri;
N.B.
M.O’B.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1] Katibliyin qeydi: cənab Şevçuk 2011-ci il dekbr ayında “DMR”-in “Prezidenti” seçilmişdir.
[2] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy