© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 156 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2012-ci il, oktyabr
Katan və digərləri Moldova və Rusiyaya qarşı (BP) – 43370/04, 18454/06 və 8252/05
2012-ci il 19 oktyabr tarixli qərar [Böyük Palata]
Maddə 1
Dövlətlərin yurisdiksiyası
Moldova Respublikasının separatist regionu çərçivəsində aparılan təhsil siyasəti ilə əlaqədar Moldova və Rusiya hökumətlərinin yurisdiksiyası
1 saylı Protokolunun 2-ci maddəsi
Valideynlərin fəlsəfi əqidələrinə hörmət
Təhsil hüququ
Latın əlifbasında tədrisi edən məktəblərin bağlanması və öz milli dilində təhsil almaq istəyən şagirdlərə təsir göstərilməsi: pozuntu baş vermişdir
Faktlar – Ərizəçilər Moldova Hökumətinin nəzarəti altında olmayan Moldova Respublikası ərazisinin şərqi hissəsində yerləşən Dnestryanı regionun Moldovan icmasından uşaqlar və onların valideynləri olmuşdur. Həmin ərazi separatist rejim olan “Dnestryanı Moldovan Respublikası” (“DMR”) tərəfindən idarə olunurdu. “DMR” beynəlxalq aləm tərəfindən tanınmamışdır. Ərizəçilər separatist rejiminin dil üzrə həyata keçirtdiyi siyasətinin onların və uşaqlarının təhsil və ailə hüququna təsirindən şikayət etmişdirlər. Şikayətlərin əsas hissəsi 2002-2004-cü illərdə “DMR”-in səlahiyyətli orqanları tərəfindən həyata keçirilmiş tədbirlərlə bağlı olmuşdur. Həmin dövrdə “DMR” məktəblərdə latın əlifbasında tədrisi qadağan edərək bütün məktəblərin qeydiyyatdan keçirilməsini, onun tərəfindən təsdiq edilmiş kurikulumun istifadəsini və tədrisin kiril əlifbasında təşkil edilməsini tələb etmişdir. Həmin tədbirlər nəticəsində şagirdlər və müəllimlər məktəblərdən güc tətbiq etməklə çıxarılmış, sonradan isə həmin məktəblər bağlanılmış və digər uzaqda yerləşən və əlverişsiz binalara köçürülmüşdür. Bundan sonra ərizəçilər iddia etmişdirlər ki, onlar “DMR” rejiminin nümayəndələri və fərdi şəxsləri tərəfindən keçirilən təzyiq və təqib kampaniyasına məruz qalmışdırlar. Onlar bildirmişdirlər ki, uşaqlar məktəbə getdikləri yolda təhqir edilmiş və “DMR” polisi və sərhədçiləri tərəfindən axtarışlara məruz qalmışdırlar. Onların üzərində tapılan latın əlifbasında yazılan kitablar müsadirə edilirdi. Əlavə olaraq “DMR”-in nəzarəti altında olan ərazidə yerləşən iki məktəb təkrar olunan vandalizm hərəkətlərinin nişanəsi olublar. Ərizəçilər iddia ediblər ki, həmin hadisələr hər iki cavabdeh Dövlətin yurisdiksiyası altına düşürlər.
Hüquqi məsələlər – Maddə 1: Dövlətlərin 1-ci maddə əsasında yurisdiksiyası əsasən territorialdır. Lakin istisna hallarda öz ərazilərinin xaricində həyata keçirilən və oraya təsir göstərə bilən Razılığa gəlmiş Dövlətlərin hərəkətləri yurisdisiyanın həyata keçirilməsi kimi hesab edilir. Dövlət müvafiq səlahiyyətli şəxslərin hakimiyyəti və nəzarəti vasitəsilə müəyyən şəxs və ya şəxslər üzərində və ya qanuni və ya qanunsuz hərbi əməliyyatları çərçivəsində səmərəli nəzarətin həyata keçirilməsi ilə milli ərazisinin xaricində yerləşən region üzərində ekstraterritorial yurisdiksiyanı həyata keçirə bilər.
(a) Moldova Respublikasının yurisdiksiyası – Hər üç məktəb həmişə Moldovanın ərazisində yerləşirdi. Moldovanın həm ərazilər üzərində hakimiyyətin həyata keçirmədiyi və “DMR”-in hərəkətlərinin nəzarəti altına saxlamadığı mübahisə edilməmişdir. Məhkəmə “İlaşku” işində müəyyən etmişdir ki, Dnestryanı regionu üzərində səmərəli nəzarətinin keçirmədiyinə baxmayaraq Moldova territorial Dövlət olduğu üçün Dnestryanıda həbs edilmiş şəxslər Moldovanın yurisdiksiyası altına düşür. Məhkəmə qət etmişdir ki, bununla Moldova öz səlahiyyəti çərçivəsində hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi üzrə Konvensiyanın 1-ci maddəsi mənasında öhdəlik daşıyır. Məhkəmə hazırkı işin fərqləndirilməsi üçün heç bir əsas görmür. Regionun ümumi beynəlxalq hüquq əsasında Moldova ərazisinin hissəsi kimi tanınması faktı orada yaşayanların Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlarının təmin edilməsinin davam etdirilməsi üçün bütün mümkün hüquqi və diplomatik vasitələrin istifadə etməsi vəzifəsini qoyur.
Nəticə: yurisdiksiya altına düşür (yekdilliklə)
(b) Rusiya Federasiyasının yurisdiksiyası – Hazırkı işdə baş vermiş hadisələr Məhkəmənin “İlaşku” işində müəyyən etdiyi dövrlə eynidir. “İlaşku” işində Məhkəmə ərizəçilərin Konvensiyanın 1-ci maddəsi mənasında Rusiya Federasiyasının yurisdiksiyası altına düşdüyünü müəyyən etmişdir. Hazırkı işdə iddia olunan hadisələrin Rusiyanın yurisdiksiyası altına düşmədiyini sübut etmək vəzifəsi Rusiya Hökumətinin üzərinə düşür. Məhkəmə qəbul edir ki, hazırkı işdə Rusiyanın səlahiyyətli şəxslərin ərizəçilərin məktəblərinə qarşı həyata keçirilən tədbirlərdə bir başa iştirakını sübut edən dəlillər mövcud deyil, bununla o, Rusiyanın “DMR” üzərində səmərəli nəzarətin həyata keçirib-keçirmədiyini müəyyən etməyə davam etmişdir. Rusiyanın hərbi mövcudluğu ilə bağlı Məhkəmə qəbul etmişdir ki, Rusiyanın ərazidə saxlanılan hərbi birləşmələrinin sayı mühüm dərəcədə azalmış və ərazinin ölçüləri münasibətdə az olmuşdur. Lakin, “İlaşku” işində müəyyən edildiyi kimi regionda Rusiya ordusunun arsenalının sayını nəzərə alaraq onun təsiri dəyişməmişdir. Tarixi məlumatlara əsasən 1992-ci ildə separatistlər Rusiya hərbçilərinin dəstəyi sayəsində hakimiyyəti əldə saxlaya biliblər. Bundan sonra “İlaşku” işində Məhkəmə müəyyən etmişdir ki, həmin dövrdə “DMR” Rusiyanın iqtisadi köməyi nəticəsində öz mövcudluğunu qorumuşdur və qeyd edilmişdir ki, Rusiya Hökuməti hər il Dnestryanı əhalisinə humanitar yardımının göstərilməsi üçün külli miqdarda maliyyə vəsaitləri xərcləyir.
“İlaşku” işində müəyyən edilmiş faktların təkzib edilməsi üçün hər-hansı bir sübut təqdim edilməmişdir və Rusiyanın ərazidə davam edən hərbi mövcudluğu “DMR”-in dəstəkləməsini təsdiq edən güclü siqnaldır. Bununla Rusiya Hökuməti “İlaşku” işində gəldiyi nəticənin düzgün olmadığına Məhkəməni inandırmamışdır və hazırkı işdə ərizəçilərin Rusiyanın yurisdiksiyası altına düşdüyü müəyyən edilmişdir.
Nəticə: yurisdiksiya altına düşür (on altı səs lehinə bir səs əleyhinə)
1 saylı Protokolun 2-ci maddəsi: Məktəblərin yenidən açılmasından sonra ərizəçilərin üzləşdiyi hadisələri dəqiqliyi araşdırmaq çətin olmuşdur, lakin, Məhkəmə qeyd edir ki, latın əlifbasının istifadəsi “DMR”-də xəta hesab edilirdi; məlumdur ki, məktəblərin keçirildiyi yeni binalar uzaq məsafələrdə yerləşirdi; və məktəblərdə təhsil almış şagirdlərin sayı əhəmiyyətli sayda azalmışdır. Həmin mübahisə edilməz hallara əsasən ərizəçilərin iddiaları inandırıcı hesab olunur. Həyata keçirilmiş tədbirlər və ərizəçilərin üzləşdiyi təzyiqlər şagird ərizəçilərin təhsil institutlarında oxumaq və ana dilində təhsil almaq hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Əlavə olaraq Məhkəmə hesab edib ki, həmin tədbirlər nəticəsində uşaqların valideynlərinin öz uşaqlarının təhsilə yiyələnməsini təmin etmək və öz fəlsəfi əqidələrinə uyğun olaraq uşaqlarına təhsil vermək hüququna müdaxilənin baş verdiyini və 1 saylı Protokolunun 2-ci maddəsinin Konvensiyanın 8-ci maddəsi ilə birlikdə götürüldüyünü qeyd etmişdir. Müdaxilənin əsaslı olub-olmadığını nəzərdən keçirərək Məhkəmə müəyyən edib ki, “DMR”-in səlahiyyətli qurumları tərəfindən həmin məktəblərə qarşı həyata keçirtdiyi tədbirlərin qanuni məqsədlərə cavab verdiyini təsdiq edən sübutlar mövcud deyil. Müəyyən edilmişdir ki, “DMR”-in səlahiyyətli orqanları tərəfindən həmin məktəblərdə yürüdülən dil siyasəti Moldovan icmasının dilinin və mədəniyyətinin ruslaşdırılmasını təmin etmək məqsədini güdürdü. Bundan sonra Məhkəmə həmin müdaxilə ilə əlaqədar cavabdeh Dövlətlərin məsuliyyətini araşdırmışdır.
(a) Moldova Respublikasının öhdəliyi – Məhkəmə “İlaşku” işində müəyyən edib ki, Moldova Konvensiyada təsbit edilmiş hüquqların pozulmasına son qoyulması üçün sərəncamında olan bütün tədbirləri həyata keçirməmişdir. Lakin bu işdən fərqli olaraq hazırkı işdə Moldova Hökuməti ərizəçilərin dəstəklənməsi məqsədilə mühüm səylər göstərmişdir. Xüsusilə məktəblərin yerləşdikləri binalardan “DMR” tərəfində köçürülməsindən sonra Moldova Hökuməti yeni binaların icarəsi, təmiri və avadanlıqlarla təchiz edilməsi üçün pul sərf etmiş, müəllimlərə əmək haqlarını və nəqliyyat xərclərini ödəmişdir. Bununla onlar ərizəçilər münasibətdə öz pozitiv öhdəliklərini yerinə yetiriblər.
Nəticə: pozuntu baş verməmişdir (yekdilliklə)
(b) Rusiya Federasiyasının öhdəliyi - Ərizəçilərə qarşı həyata keçirilmiş tədbirlərdə Rusiyanın səlahiyyətli nümayəndələrinin bir başa iştirakını təsdiq edən hər hansı sübut mövcud deyil. Eyni zamanda “DMR”-in ümumi dil siyasətinə Rusiyanın təsirini təsdiq edən sübutlar da mövcud deyil. Lakin Rusiya həmin dövrdə “DMR” üzərində səmərəli nəzarəti həyata keçirirdi. Rusiyanın siyasət və ya yerli hakimiyyət üzərində konkret nəzarətin həyata keçirib-keçirmədiyini müəyyən etmək vacib hesab edilmir. Rusiya “DMR”-ə etdiyi hərbi, iqtisadi və siyasi dəstəyini nəzərə alaraq ərizəçilərin təhsil hüququnun pozulmasına görə Konvensiya əsasında məsuliyyət daşıyır.
Nəticə: pozuntu baş verib (on altı səs lehinə bir səs əleyhinə)
Maddə 41: Cədvəldə qeyd edilən hər bir ərizəçiyə mənəvi ziyanla bağlı 6000 avro məbləğində təzminatın ödənilməsi qət edilmişdir.
(bax: Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, 8 July 2004, Information Note no. 66; Al-Skeini and Others v. the United Kingdom [GC], no. 55721/07, 7 July 2011, Information Note no. 143; Ivanţoc and Others v. Moldova and Russia, no. 23687/05, 15 November 2011, Information Note no. 146)
________________________________________________________________________________
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Katiblik tərəfindən edilmiş bu xülasə Məhkəmə üçün məcburi xarakter daşımır
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy