© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 191
Dekabr 2015
Cengiz və başqaları Türkiyəyə qarşı - 48226/10 və 14027/11
Qərar 1.12.2015 [Seksiya II]
Maddə 34
Qurban
Ərizəçilərin aktiv istifadəçisi olduğu YouTube-a girişin bütünlüklə qadağan olunması: qurban statusu tanınmışdır
Maddə 10
Maddə 10-1
Məlumat yaymaq azadlığı
Məlumat almaq azadlığı
YouTube-a girişin qanuni əsas olmadan bütünlüklə qadağan olunması : pozuntu
Faktlar –2008-ci ilin mayında, Ankarada bir məhkəmə, YouTube-da yerləşən on səhifənin Atatürkün xatirəsinə hörmətsizliyə qoyulan qadağaya zidd olduğunu hesab edərək, bütün YouTube-a girişin qadağan edilməsi barədə qərar çıxardı. Səhifənin aktiv istifadəçiləri olan ərizəçilər, bu qərardan şikayət etdilər. Onların şikayəti, prosesdə tərəf olmadıqları və bu şikayət verə bilməyəcəkləri səbəbilə rədd edildi.
Məhkəmə qərarının əsaslndığı qanun sonradan dəyişdirildi və yalnız mübahisələndirilən materiala deyil, bütün səhifəyə girişin qadağan edilməsinə icazə verildi.
Hüquqi məsələlər – Maddə 10 : Ərizəçilər Məhkəməyə şikayətlərini aktiv YouTube istifadəçiləri qismində vermiş və xüsusilə mübahisələndirilən qadağanın akademik işə təsirini, eləcə də bu səhifənin əhəmiyyətli xüsusiyyətlərini vurğulamışlar. Onlar xüsusilə iddia edirlər ki, YouTube-dakı hesabları vasitəsilə bu platformadan yalnız peşə sahələrinə aid video materiallara giriş üçün deyil, həm də aktiv şəkild belə materilları yükləyərək və paylaşaraq istifadə edirlər. Digər tərəfdən, bəzi ərizəçilər öz akademik fəaliyyətləri ilə bağlı materialları da yayımladıqlarını dəqiqləşdirmişlər. Bundan əlavə, YouTube-da yalnız artisik və musiqi əsərləri yayılmır, o həm də siyasi nitq və siyasi və sosial fəaliyyət üçün çox populyar platformadır. YouTube-da yayaımlanan materiallar, həm də hər kəs üçün xüsusi əhəmiyyət daşıyan məlumatlar daşıyır. Əslində mübahisələndirilən tədbir, ərizəçilər üçün başqa vasitələrlə asan şəkildə çatılmayan spesifik məlumatlar daşıyan bir səhifəyə girişi qeyri-mümkün edir. Bu sayt həm də ərizəçilər üçün əhəmiyyətli kommunikasiya mənbəyi təşkil edir. Bundan əlavə, YouTube elə videoların yerləşdiyi səhifədir ki, istifadəçilər onlarla bağlı videolar göndərə, baxa, paylaşa bilərlər. O şübhəsiz məlumat və fikir almaq və yaymaq azadlığının əhəmiyyətli vasitəsidir. Xüsusilə, ənənəvi mətbuat vasitələrinin laqeyd qaldığı siyasi məlumatlar tez-tez YouTube vasitəsilə yayılmışdır ki, bu da vətəndaş jurnalistikasının yaranmasına imkan yaratmışdır. Bu mənada, bu platforma xüsusiyyətləri, çatımlılıq səviyyəsi və xüsusilə potensial təsir gücünə görə unikaldır və hadisələrin baş verdiyi zaman ona ekvivalent başqa vasitə yox idi.
Nəticədə, ərizəçilər YouTube-a girişin qadağan olunması ilə bağlı qərarın birbaşa hədəfi olmasalar da, bu tədbirin onların məlumat və fikir almaq və yaymaq azadlığına təsir etdiyini ağlabatan şəkildə iddia edə bilərlər. Hüquqi bazası nə olursa olsun, bu tədbir İnterneə girişə təsir etməyə qabil idi. Beləliklə, tədbir Dövləti maddə 10 üzrə məsuliyyətinə səbəb olur.
Müdaxilənin qanuniliyinə gəlincə, qeyd etmək lazımdır ki, haqqında söhbət gedən qanun bir internet saytı üzərində yerləşən səhifələrdəki məlumatlara görə sayta bütövlüklə girişə qadağa qoyulamsına icazə vermirdi. Əgər qanunda cinayət olaraq nəzərdə tutulan əməli təşkil etdiyi barədə kifayət qədər sübut olduğunda hər hansı dəqiq yayıma girişə qadağa qoyula bilərdi. Nəticədə, məhkəmə bütövlüklə YouTube-a girişi qadağan edən qərar qəbule tdiyi zaman, heç bir qanunvericilik normasında onun bu səlahiyyəti nəzərdə tutulmurdu. Əslində, xaricdə yerlşən saytlar üçün URL filtraj fəaliyyəti Türkiyədə yox idi. Bu səbəbdən praktikada, bir inzibati orqan, hər hansı xüsusi bir materialla bağlı məhkəmə qərarlarının icra edilməsi üçün haqqında söhbət gedən saytın bütün məzmununa girişə qadağa qoyur. Halbu ki, dövlət orqanları xüsusilə, böyük həcmdə məlumata girişi kəsən belə bir tədbirin, internet isifadəçilərinin hüquqlarına ciddi şəkildə təsir edəcəyini və əhəmiyyətli yan təsirlərə səbəb olacağını nəzərə almalı idilər. Beləliklə, mübahisələndirilən tədbir qanunilik tələbinə cavab vermirdi.
Nəticə : pozuntu (yekdilliklə).
Maddə 41 : pozuntu faktının tanınması mənəvi ziyana görə kompensasiya qismində kifayət edir.
Maddə 46 : Hazırki işin Məhkəməyə göndərilməsindən sonra haqqında söhbət gedən qanunda dəyişiklik edilmişdir. Bundan sonra, əgər qanunda nəzərdə tutlan şərtlər mövcud olarsa, bir internet saytına bütövlüklə girişin qadağan olunması barədə qərar verilə bilər. Bu dəyişiklər hazırki işdəki hadisələrin baş verməsindən sonra edilmişdir. Lakin Məhkəmənin vəzifəsi, hadisələrin cərəyan etdiyi zaman Türkiyədə mövcud olmuş və ya hal-hazırda mövcud olan internet saytlara girişin qadağan edilməsi barədə hüquqi rejimin Konvensiyaya uyğunluğu haqqında in abstracto qərar vermək deyil, ərizəçilərin ifadə azadlığı hüququ ilə bağlı sözügedən maddələrin tətbiqinin nəticələrini in concreto dəyərləndirməlidir. Buna görə də, hazırki işdə Konvensiyanın 46-cı maddəsinə əsasən ərizəçilərin qadağan haqqındakı şikayətləri ilə bağlı qərar qəbul etməsi zəruri deyildir
(Bax, həmçinin : Ahmet Yıldırım Türkiyəyə qarşı, 3111/10, 18 dekabr 2012, Məlumat qeydi 158 və Yeni texnologiyalar mövzusu)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy