© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 176 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, iyul
HÜQUQİ RESURSLAR MƏRKƏZİ RUMINİYAYA QARŞI [Böyük Palata] - 47848/08 nömrəli ərizə
2014cü il 17 iyul tarixli qərar [Böyük Palata]
Maddə 34
Locus standi
Qeyri-hökumət təşkilatının psixi pozuntuları olan mərhum pasiyentin adından ərizə vermək hüququ
Maddə 2
Pozitiv öhdəliklər
İİV-müsbət diaqnozu qoyulmuş psixi pozuntuları olan pasiyentə adekvat tibbi yardımın göstərilməməsi: pozuntu baş vermişdir
Maddə 46
Maddə 46-2
Qərarın icrası
Ümumi xarakterli tədbirlər
Cavabdeh dövlət psixi əlilliyi olan insanların təmsilçiliyini təmin etmək məqsədi ilə ümumi xarakterli tədbirlər görməlidir
Faktlar – Ərizə Roma etnik qrupuna mənsub, 2004-cü ildə 18 yaşında ölmüş bir gənc - cənab Kampeanunun adından “Hüquqi Resurslar Mərkəzi” (“HRM”) adlı qeyri-hökumət təşkilatı tərəfindən verilmişdir. Cənab Kampeanunun anası doğuşdan sonra ondan imtina etdikdə, o, uşaq evinə yerləşdirilmişdir. Uşaqlıqda ona “İİV-müsbət” və “ağır əqli gerilik” diaqnozu qoyulmuşdur. Yetkinlik yaşına çatdıqda, o, qaldığı əlilliyi olan uşaqlar üçün mərkəzi tərk etməli və ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi üçün bir neçə qiymətləndirmədən keçməli idi. Bir sıra təsisatlar onu sağlamlıq vəziyyətinə görə qəbul etməkdən imtina etdikdən sonra, o, tibbi və sosial yardım mərkəzinə yerləşdirilmişdir. Mərkəzdə onun ciddi psixiatrik və fiziki deqradasiya vəziyyətində olduğu, antiretrovirus preparatları ilə müalicə almadığı və qida çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilmişdir. Bir neçə gün sonra o, aqressiv davrandığına görə psixiatrik xəstəxanaya keçirilmişdir. Əvvəllər həmin xəstəxana İİV infeksiyasına yoluxmuş pasiyentlərin müalicəsi üçün şəraitinin olmadığını bildirmişdir. Orada onu HRM-in əməkdaşları görmüşlər. Onlar cənab Kampeanunun təklikdə, yataq ləvazimatları olmayan soyuq palatada saxlandığını və əynində yalnız pijamanın üst hissəsinin olduğunu qeyd etmişlər. Onun başqasının köməyi olmadan yemək yeyə və ya tualetdən istifadə edə bilmədiyinə baxmayaraq, tibbi heyət İİV-ə yoluxmaqdan qorxub ona kömək etməkdən imtina edirdi. O, qida və dərman qəbul etməkdən imtina edirdi və bu səbəbdən yalnız damcısalan vasitəsilə qlükoza qəbul edirdi. HRM-nin əməkdaşları onun xəstəxana tərəfindən ən əsas müalicə və tibbi baxım ilə təmin edilmədiyi qənaətinə gəlmişlər. Həmin gün axşam vaxtı cənab Kampeanu ölmüşdür.
İQAK-ın* 2004-cü ilin hesabatına əsasən, 2003-cü və 2004-cü illərin qışları ərzində PMX-də şübhəli şəraitdə 109 pasiyent ölmüşdür. Ölümlərin əsas səbəbləri ürəyin dayanması, miokard infarktı və bronxopnevmoniya olmuş, ölmüş pasiyentlərin orta yaşı 56 yaş olmuş, onların bir neçəsinin qırx yaşı tamam olmamışdır. İQAK bəzi pasiyentlərə yetərli tibbi yardımın göstərilmədiyini, habelə insan və maddi resursların qıtlığını, pasiyentlərə verilən qidanın keyfiyyəti və kəmiyyəti ilə bağlı ciddi nöqsanları və istilik sisteminin qeyri-qənaətbəxş vəziyyətdə olmasını qeyd etmişdir.
Hüquqi məsələlər – Maddə 34: Məhkəmə HRM-nin məhkəməyə müraciət etmək hüququnun olmaması ilə bağlı Hökumətin ilkin etirazını rədd etmişdir. O, cənab Kampeanunun şübhəsiz olaraq birbaşa zərərçəkmiş olduğuna, və HRM-in dolayı zərərçəkmiş hesab olunmaq üçün cənab Kampeanu ilə kifayət qədər “sıx əlaqəsi”ni və ya Məhkəməyə şikayət verməkdə “şəxsi marağı”nı nümayiş etdirə bilmədiyinə görə, HRM-in Konvensiyanın iddia edilən pozulmasının qurbanı hesab edilə bilmədiyi ilə razılaşmışdır. Lakin işin müstəsna halları və iddia edilən pozuntuların ağırlığı nəzərə alınmaqla, HRM-ə hətta cənab Kampeanunun adından hərəkət etmək üçün etibarnaməsinin olmadığına və onun ərizənin Məhkəməyə verilməsindən əvvəl öldüyünə baxmayaraq, nümayəndəsi qismində hərəkət etmək imkanı verilməli idi.
Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, hazırkı iş ağır əqli pozuntuları olan və İİV infeksiyasına yoluxmuş, Roma etnik qrupuna mənsub çox zəif bir gəncin məsələsi ilə bağlıdır. O, ömrü boyu dövlət orqanlarının himayəsində olmuş və ehtimal olunan səhlənkarlıq nəticəsində xəstəxanada ölmüşdür. Olduqca zəif vəziyyətinə görə, o, müvafiq hüquqi dəstək və məsləhət olmadan, milli məhkəmələrə müstəqil şəkildə şikayət verə bilməzdi. Öldüyü zaman onun məlum olan yaxın qohumları olmamışdır. Ölümündən sonra HRM ölümünün hallarının araşdırılması üçün milli orqanlara şikayətlər vermişdir. Onun müraciət etmək hüququnun və cənab Kampeanunun adından milli səhiyyə və məhkəmə orqanlarına etdiyi müraciətlərin heç bir formada mübahisələndirilmədiyi və ya şübhə altına qoyulmadığı faktı böyük əhəmiyyət kəsb edir. Qanunun tələblərinə baxmayaraq, onun mənafelərinin qorunması üçün dövlət tərəfindən səlahiyyətli şəxs və ya qəyyum təyin edilməmişdir. HRM cənab Kampeanunun ölümündən qısa müddət əvvəl – onun öz ehtiyac və mənafeləri ilə bağlı arzu, yaxud fikirlərini açıq-aşkar ifadə edə və hər hansı hüquqi müdafiə vasitəsindən istifadə edə bilmədiyi dövrdə – hərəkət etməyə başlamışdır. Belə vəziyyətdə Məhkəmə tərəfindən HRM-in cənab Kampeanunu təmsil edə bilməyəcəyi barədə qərarın qəbul edilməsi cavabdeh dövlətin cənab Kampeanunun adından hərəkət edəcək qanuni nümayəndəni milli qanunvericiliyin tələblərinə baxmayaraq təyin etməməsinə görə Konvensiyadan irəli gələn məsuliyyətdən yayınması riskini yaradacaqdı. Bundan əlavə, HRM-ə cənab Kampeanunun nümayəndəsi qismində hərəkət etmək hüququnun verilməsi Konvensiyanın 5-ci maddəsini 4-cü hissəsinə uyğun olaraq “ruhi xəstələr”in barəsində məhkəmə araşdırması hüququnun tətbiqinə (5-ci maddənin 1-ci hissəsinin (e) bəndi) oxşar yanaşmadır. Belə işlərdə müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun və şəxsən, yaxud, zəruri hallarda, təmsilçiliyin hər hansı bir forması vasitəsilə eşidilmək imkanının olması böyük əhəmiyyət kəsb edir. Beləliklə, HRM-in cənab Kampeanunun de facto nümayəndəsi qismində məhkəməyə müraciət etmək hüququ var idi.
Nəticə: ilkin etiraz rədd edilmişdir (yekdilliklə).
Maddə 2: Cənab Kampeanunun tibb müəssisələrinə yerləşdirilməsi barədə qərarlar onun hansı tibb müəssisəsində müvafiq tibbi baxım və yardımla təmin edilə biləcəyi deyil, ilk növbədə hansı tibb müəssisəsinin onu qəbul etmək istəyəcəyi ilə bağlı mülahizələrə əsaslanırdı. Cənab Kampeanu əvvəllər psixi pozuntuları olan pasiyentlərin müalicəsi ilə məşğul olmayan tibbi və sosial yardım mərkəzinə yerləşdirilmişdir. Son nəticədə o, İİV infeksiyasının müalicəsi üçün zəruri şəraitin olmaması səbəbindən əvvəllər onu qəbul etməkdən imtina etmiş psixiatrik xəstəxanaya yerləşdirilmişdir. Cənab Kampeanunun bir tibb müəssisəsindən digərinə keçirilmələri ona diaqnoz qoyulmadan və sonrakı müalicəsi təmin edilmədən, sağlamlığın real vəziyyəti və ən əsas tibbi tələbatlar nəzərə alınmadan baş vermişlər. Dövlət orqanları tərəfindən onun AVR preparatları ilə müalicəsinin təmin edilməsi xüsusilə qeyd edilməlidir. Onun müalicəsi əsasən sakitləşdirici preparatlardan və vitaminlərdən ibarət olmuş və psixi vəziyyətinin, konkret olaraq qəfil aqressiv davranışının səbəblərinin hər hansı məntiqi izahı verilməmişdir.
Məhkəmə vurğulamışdır ki, cənab Kampeanu ömrü boyu dövlət orqanlarının nəzarəti altında olmuş və bu səbəbdən onlar müalicəsi ilə bağlı hesabat verməlidirlər. Dövlət orqanları psixiatrik xəstəxanadakı dəhşətli şəraitdən tam məlumatlı idilər. Xəstəxanada istilik sisteminin işləməməsi, qida çatışmazlığı, tibbi heyətin tam kompketləşdirilməməsi və tibbi resursların, o cümlədən dərman preparatlarının qıtlığı nəticəsində 2003-cü ilin qış aylarında ölüm halları sayının artmasına səbəb olmuşdur. Lakin onların reaksiyası adekvat olmamışdır. Dövlət orqanları cənab Kapmeanunun, onun daha da artmış zəifliyinə baxmayaraq, həmin xəstəxanaya yerləşdirilməsi barədə qərar qəbul etməklə həyatını əsassız olaraq təhlükə altına qoymuşlar; tibbi heyətin onu müvafiq baxım və müalicə ilə davamlı olaraq təmin etməməsi də onun vaxtından əvvəl ölümünə gətirib çıxarmış digər həlledici amillərdən biri olmuşdur. Nəticədə dövlət orqanları cənab Kampeanunun həyatının qorunmasının zəruri standartını təmin edə bilməmişlər.
Nəticə: pozuntu baş vermişdir (yekdilliklə).
Məhkəmə həmçinin cənab Kampeanunun ölümünün halları ilə bağlı səmərəli araşdırmanın həyata keçirilmədiyinə görə Konvensiyanın 2-ci maddəsinin prosessual aspektdə pozulduğunu, habelə cənab Kampeanunun yaşamaq hüququnun pozulması ilə bağlı iddialarının müstəqil orqan tərəfindən araşdırılmasını təmin edəcək müvafiq qanunvericilik bazasının yaradılıb implementasiya edilmədiyinə görə Konvensiyanın 2-ci maddəsi ilə birlikdə götürülmüş 13-cü maddəsinin pozulduğunu müəyyən etmişdir.
Maddə 46: Tövsiyə olunmuşdur ki, Rumıniya oxşar vəziyyətdə olan psixi cəhətdən qüsurlu şəxslərin müstəqil təmsilçiliyini təmin edən və onlara sağlamlığı və müalicəsi ilə bağlı şikayətlərlə məhkəməyə və ya digər müstəqil orqanlara müraciət etməyə imkan verən zəruri ümumi xarakterli tədbirləri həyata keçirsin.
Maddə 41: Zərərlə bağlı hər hansı tələb irəli sürülməmişdir.
* İşgəncə və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy