© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"Centro Europa 7 S.r.l." və Di Stefano İtaliyaya qarşı [Böyük Palata] (Centro Europa 7 S.r.l. and Di Stefano v. Italy [GC]), ərizə № 38433/09
07.06.2012-ci il tarixli qərar [Böyük Palata]
Maddə 10
Pozitiv öhdəliklər
10-cu maddənin 1-ci bəndi
Məlumatları yaymaq hüququ
Lisenziyalı televiziya yayımçısına radiotezliklərin ayrılmaması: pozuntu baş verib
Faktlar – Ərizəçilər bir şirkət və onun qanunla nəzərdə tutulan nümayəndəsi idi. 1999-cu ilin iyul ayında İtaliyanın dövlət orqanları ərizəçi şirkətə ölkə miqyasında qeyri-peyk yayımını həyata keçirməsi üçün lisenziya verdilər, lisenziya onun ölkə ərazisinin 80%-ini əhatə edən analoq televiziyası şəbəkəsini quraşdırmasına və işlətməsinə icazə verirdi. Tezliklərin ayrılmasına gəlincə, lisenziyada tezliklərin ayrılmasına dair 1998-ci il tarixli plana istinadən qeyd edilirdi ki, ərizəçi şirkət iyirmi dörd ay ərzində öz qurğularını "tezliklərin ayrılması planının" tələblərinə uyğun hala gətirməli və kommunikasiyaları tənzimləyən orqan tərəfindən tərtib edilmiş "tənzimləmə proqramına" riayət etməlidir. 2000-ci ildən başlayaraq ərizəçi şirkət inzibati məhkəmələrə bir neçə dəfə ərizə verərək ona hər hansı yayım tezliklərinin verilməməsindən şikayət etdi. 2008-ci ilin yayında Ali İnzibati Məhkəmə Hökumətə göstəriş verdi ki, tezliklərin ayrılması barədə müraciətə baxsın. O, həmçinin 2009-cu ilin yanvar ayında müvafiq nazirliyə göstəriş verdi ki, ərizəçi şirkətə kompensasiya qismində təxminən 1.000.000 avro ödəsin, bu məbləğ tezliklərin təyin olunmasını haqlı olaraq gözlədiyi müddətdə ərizəçi şirkətin məruz qaldığı ziyanın hesablanması əsasında təyin olunmuşdu.
Hüquqi məsələlər – Maddə 10: Dövlət orqanlarının ərizəçi şirkətə tezlik ayırmaması onun lisenziyasının bütün praktiki məqsədlərini heçə endirmişdi, çünki lisenziyanın icazə verdiyi fəaliyyəti həyata keçirmək on ilə yaxın müddət ərzində faktiki olaraq mümkünsüz olmuşdu. Buna görə də, ərizəçi şirkətin məlumat və ideyaları yaymaq hüququnu həyata keçirməsinə müdaxilə baş vermişdi. Bundan başqa, yayım lisenziyası aldıqdan sonra o, haqlı olaraq ümid edirdi ki, onun fəaliyyətlərinin tənzimlənməsi üçün zəruri olan sənədlər dövlət orqanları tərəfindən iyirmi dörd ay ərzində qəbul ediləcək. Lakin tezliklərin ayrılması barədə plan 2008-ci ilin dekabrınadək icra edilmədi və öz proqramlarını yayımlaması üçün ərizəçi şirkətə bircə kanal ayrıldı, həmin kanal yalnız 2009-cu ilin sonundan işə başlamalı idi. Bu müddətdə bir neçə operator milli plana əsasən iki yeni operator üçün ayrılması nəzərdə tutulan müxtəlif tezliklərdən müvəqqəti əsasda istifadə etməkdə davam edirdilər. Ali İnzibati Məhkəmə qərara aldı ki, işlərin bu vəziyyətdə olmasının səbəbi mahiyyət etibarı ilə qanunvericilik faktorları ilə bağlıdır. "Kvotadan artıq" mövcud olan kanalların milli və yerli səviyyədə yayımını davam etdirə bilməsinin müddəti bir sıra qanunlarla ardıcıl olaraq uzadılmışdı. Buna görə də digər operatorlar rəqəmsal televiziya yayımının ilkin mərhələlərində iştirak imkanından məhrum olmuşdular. Üstəlik, qeyri-müəyyən ifadələrin yer aldığı həmin qanunlar hansı tarixlərdə baş verəcəyi öncədən bilinməyən hadisələrə istinadən yayım planının müddətinin başa çatmasını təxirə salmışdı. Bundan əlavə, Avropa İttifaqı Məhkəməsi qeyd etdi ki, milli qanunverici orqan tərəfindən qəbul edilmiş bu tədbirlər yayım planlarının ardıcıl olaraq yayım tezliklərinə malik şəbəkələrin xeyrinə tətbiq edilməsi ilə nəticələnib və bu, lisenziyalarının olmasına baxmayaraq, yayım tezliklərinə malik olmayan operatorların televiziya yayımı bazarına çıxmasının qarşısını alıb. Müvafiq olaraq, daxili qanunvericilik bazası aydın və dəqiq deyildi və ərizəçi şirkətin yayıma başlaması üçün ona nə vaxt tezliklər ayrılacağını kifayət qədər aydın şəkildə öncədən müəyyənləşdirə bilməsinə imkan vermirdi. Nəticədə sözügedən qanunlar hərəkətin nəticələrini öncədən görə bilməyin mümkünlüyü tələbinə cavab vermirdi.
Nəhayət, dövlət orqanları lisenziyada göstərilən müddətlərə əməl etməyib və bununla da ərizəçi şirkətin gözləntilərini doğrultmayib. Hökumət dövlət orqanlarını qanuna və Konstitusiya Məhkəməsinin qərarlarına tabe olmağa məcbur etmək üçün ərizəçi şirkətin sərəncamında səmərəli hüquqi müdafiə vasitələrinin olduğunu sübuta yetirmədi. Müvafiq olaraq, ərizəçi şirkət hüquqa zidd hərəkətlərə qarşı yetərli təminatlara malik deyildi. Bu nöqsan digər sahələrlə yanaşı audiovizual sektorda rəqabətin azalması ilə nəticələnmişdi. Buna görə də bu qüsur dövlətin mediada səmərəli plüralizmi təmin etmək üçün müvafiq qanunverici və inzibati baza yaratmaqdan ibarət pozitiv öhdəliyini yerinə yetirmədiyinə bərabər idi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Məhkəmə həmçinin üç səsə qarşı on dörd səslə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alaraq bu qənaətə gəldi ki, ərizəçi şirkətin ona tezlik ayrılacağına (yəni lisenziya vasitəsilə analoq televiziyası şəbəkəsinin fəaliyyət göstərəcəyinə) haqlı olaraq bəslədiyi ümid həmin maddədə nəzərdə tutulan mənada "mülkiyyət" sayıla bilərdi. Məhkəmənin 10-cu maddə üzrə şikayəti araşdırarkən ərizəçi şirkətin hüquqlarına müdaxilənin onun presedent hüququnda nəzərdə tutulan mənada yetərincə hüquqi əsasa malik olmadığı qənaətinə gəldiyini nəzərə alsaq, Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayət barəsində də yalnız eyni qənaətə gələ bilər.
Maddə 41: Maddi və mənəvi ziyana görə ərizəçi şirkətə 10.000.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy