© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Çember Rusiyaya qarşı (Chember v. Russia), ərizə № 7188/03
03.07.2008-ci il tarixli qərar [I Bölmə]
Maddə 3
Qeyri-insani rəftar
Müddətli hərbi qulluqda olan və sağlamlığında problemləri olan şəxsin cəza qismində həddən artıq fiziki yükə məruz qoyulması və bununla bağlı səmərəli araşdırma aparılmaması: pozuntular baş verib
Faktlar – Müddətli hərbi qulluqda olan və dizindəki zədə ilə əlaqədar müalicə olunduğuna görə fiziki hərəkətlərdən və döyüş təlimlərindən azad edilən ərizəçi kazarmaları yaxşı təmizləmədiklərinə görə cəza qismində 350 dəfə oturub-durma hərəkətlərini yerinə yetirmək əmrini almış hərbi qulluqçuların arasında idi. Hərəkətləri yerinə yetirərkən o, huşunu itirdi və xəstəxanaya yerləşdirildi. Sonradan ona onurğa sütununun qapalı zədəsi diaqnozu qoyuldu və o, səhhəti ilə əlaqədar olaraq hərbi xidmətdən azad edildi və ikinci qrup əlililik dərəcəsi aldı. O, artıq normal yeriyə bilmir. Araşdırmadan sonra prokurorluq sübutlar olmadığıma görə komandirlərə qarşı cinayət işi başlamaqdan imtina etdi. Ziyanın kompensasiyası barədə iddia tələbləri mülki işlər üzrə məhkəmələr tərəfindən rədd edildi, çünki cinayət prosesində təqsirkar şəxslər müəyyənləşdirilməmişdi. Bu arada ərizəçinin anası cinayət işi başlamaqdan imtina barədə qərardan yuxarı hərbi prokurora şikayət etdi, amma o, mülki işlər üzrə məhkəmələr tərəfindən işə aid sənədlər qaytarılmayana qədər şikayətə baxmaqdan imtina etdi və o vaxtdan ərizəçi heç bir əlavə məlumat almadı.
Hüquqi məsələlər – Maddə 3:
a) 3-cü maddənin maddi-hüquqi aspekti: Mürəkkəb fiziki hərəkətlər hərbi intizamın ayrılmaz tərkib hissəsi olsa da, hərbçilərin sağlamlığına və rifahına təhlükə yaratmamalı və ya onların ləyaqətini alçaltmamalıdır. Ərizəçi intensiv fiziki hərəkətləri yerinə yetirməyə məcbur edilməsi nəticəsində huşunu itirmiş və nəticədə aldığı zədə onun sağlamlığına uzunmüddətli ziyan vurmuşdu. Ərizəçinin səhhətində xüsusi problemlərin olmasından və onun fiziki hərəkətləri yerinə yetirməkdən və döyüş təlimlərindən azad edilməsindən xəbərdar olduqlarına baxmayaraq, komandirlər onu məhz onurğa sütununa və dizlərinə böyük ağırlıq salan hərəkətləri yerinə yetirməyə məcbur etmişdilər. Bu cür sərt cəza hər hansı intizam tədbirindən və ya hərbi zərurətdən irəli gəlməmişdi. Beləliklə, bu cəza ərizəçini intensiv fiziki əzaba məruz qoymaq məqsədi ilə bilərəkdən tətbiq edilmişdi və qeyri-insani cəzaya bərabər idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) 3-cü maddənin prosessual aspekti: Məhkəmə hesab etdi ki, ölkədaxili araşdırma bir sıra səbəblərə görə qüsurlu olub (tibbi ekspertiza keçirilməyib; şahidlər müəyyənləşdirilməyib və dindirilməyib; ərizəçi şəxsən dindirilməyib və cinayət işi başlamaqdan imtina barədə qərarda hadisələrə dair onun versiyası göstərilməyib; o, rəsmən zərərçəkmiş şəxs qismində tanınmasını tələb etmək və ya prosessual hüquqlarını həyata keçirmək imkanına malik olmayıb). Ərizəçi "qapalı dairə" içərisində qalıb, belə ki, dövlət orqanları məsuliyyəti bir-birinin üzərinə ataraq yoxlama zamanı yol verilmiş pozuntuları nə araşdırıblar, nə də düzəldiblər. Mülki işlər üzrə məhkəmələr işi müstəqil şəkildə araşdırmayıb və yalnız hərbi orqanların qərarlarında əks olunmuş nəticələrə əsaslanıblar, yuxarı hərbi prokuror isə sonradan ərizəçinin anasının şikayətlərinə cavab verməkdən yayınıb, çünki belə hesab edib ki, mülki işlər üzrə məhkəmənin qərarından sonra daha buna ehtiyac yoxdur. Beləliklə, ərizəçinin qəddar rəftar barəsində şikayəti üzrə Rusiyanın dövlət orqanlarının apardığı araşdırma nə hərtərəfli, nə adekvat, nə də səmərəli olub.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 13: – Mülki işlər üzrə məhkəmələrin işin hallarını qiymətləndirmədən istintaqın nəticələrini sadəcə təsdiq etməsi faktı göstərir ki, prokurorluq orqanları tərəfindən aparılmış səmərəsiz araşdırma bu işdə mövcud olan hər hansı hüquqi müdafiə vasitəsini səmərəsiz edib. Məhkəmə həmçinin qeyd etdi ki, Rusiya cinayət qanunvericiliyində nəzərdə tutulan belə bir qayda təəccüb doğurur ki, ziyanın kompensasiyası üçün mülki iddia qaldırılması cinayət işinə hansı əsasa görə xitam verilməsindən asılıdır. Ərizəçinin komandirlərinin əməlində cinayət tərkibi olmadığına görə onların barəsində cinayət işi qaldırmaqdan imtina edilməsi ərizəçini mülki işlər üzrə məhkəmədə ziyanın kompensasiyası üçün iddia qaldırmaq hüququndan məhrum edib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 10.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy