© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəi üzrə məlumat qeydi 186
İyun 2015
Chitos Yunanıstana qarşı - 51637/12
Qərar 4.6.2015 [Seksiya I]
Maddə 4
Maddə 4-2
Məcburi və ya icbari əmək
Qərarın icarasının dayandırılmasına baxmayaraq, dövlət orqanları tərəfindən ordu həkiminin xidmət müddətinin bitməsindən əvvəl istefası səbəbilə təzminat ödəməyə məcbur edilməsi: pozuntu
Faktlar – Ərizəçi hərbi həkim təhsili almış və bu səbəblə, qüvvədə olan qanunvericiliyə uyun olaraq, üzərinə təhsil müddətinin üç misli qədər, yəni on səkkiz illik müddət ərzində hərbi xidmət etmək öhdəliyi götürmüşdür. Bundan sonra o ordunun hesabına anestezioloq ixtisası almışdır ki, bu da onun xidmət müddətinə beş il də əlavə etmidir. Ərizəçi istehfa etdikdə, ordu hesab etmişdir ki, ya hələ doqquz il dörd ay da xidmət etməli, ya da Dövlətə təxminən 107 000 Avro məbləğində təzminat ödəməlidir. Auditorlar Məhkəməsinin plenumu qərarın icrasının dayandırmışdır. Qərarın ləğvi ilə bağlı müraciət rədd edilmiş və kassasiya şikayəti verilmişdir. Lakin Vergi mərkəzi ərizəçidən müxtəlif xərclər üçün 2 500 Avronun da əlavə edildiyi məbləği ödəməsini tələb etmişdir. 2009-cu ilin oktyabrında qərarın icrasıın dayandırılması barədə qərar təsdiq edilmişdir. 2010-cu ilin mayında ərizəçiyə məlumat verilmişdir ki, gecikməyə görə fazilər əsas məbləğə əlavə edilmiş və nəticədə, 31 may tarixinə qədər təxminən 112 000 Avro ödəməlidir. Ərizəçi həmin müddətdə məbləği ödəmişdir.
2011-ci ilin dekabrında Auditorlar Məhkəməsinin plenumu kassasiya şikayətini qismən təmin etmiş və işi başqa bir palataya baxılmaq üçün göndərmişdir. 2013-cü ilin dekabrında o hesab etmişdir ki, ərizəçinin ixtisaslaşma müddətinin beş ili onun xidmət müddətinin bir hissəsi kimi hesab edilməlidir və ödənilməli məbləğin təxminən 50 000 Avroya endirmişdir. Dölət beləliklə, ərizəçiyə təxminən 60 000 Avro geri ödəmişdir.
Hüquqi məsələlər – Maddə 4 § 2
a) İşin tətbiq dairəsi – Konvensiyanın 4cü maddəsinin 3 b) bəndində bildirilir ki, peşəkar hərbçilər tərəfindən həyata keçirilən əmək məcburi və ya icbarə əmək hesab edilmir. Müvafiq beynəlxalq sənədlərin və Konvensiyanın 4cü maddəsinin 3 b) bəndinin bütünlüklə oxunduğunda Məhkəmə hesab edir ki, 4-cü maddənin 3 b) bəndi peşəkar hərbçilər tərəfindən həyata keçirilən əməyi əhatə etmir*.
b) 4-cü maddənin 2-ci bəndinə uyğunluq – Ərizəçi, diplomunu aldıqdan sonra, təhsilinin ödənişsiz olması, ona məvacib verilməsi və təhsil müddətində olan hərbçilərə verilən bir sıra sosial imtiyazlar müqabilində müəyyən müddət ərzində orduda xidmət öhdəlinin olmasından xəbərsiz ola bilməzdi.
Ordu tərəfindən təhsil verilmiş zabitlərin xidmət borcunun müddətinin hesablanması və bu xidmət öhdəliyinə xitam verilməsi qaydalarının müəyyən edilməsi Dövlətlərin mülahizə səlahiyyətindədir. Dövlətin təhsil üçün qoyduğu sərf edilən investisiyanın əvəzləşdirilmək və tələbatına müvafiq olaraq müəyyən dövr çərçivəsində zəruri kadrların təmin etmək istəyi müəyyən dövr ərzində ordu ilə əlaqələrin kəsilməsinin qadağanı və əmək haqqı və digər sosial hüquqlar təmin etməklə təhsil illəri boyunca ödənən yaşayış və təhsil xərclərinin əhatə edilməsi məqsədilə ödənilməli olan təzminatın tətbiqi üçün əsas ola bilər.
Hərbi həkimlərin təhsil və ixtisaslaşma çərçivəsində məşğulluğun təminatı və və məvacib kimi mülki həkim olan tələbələrin malik olmadıqları üstünlüklərdən faydalanmaları müqabilində, öhdəlik dövrlərinin sonunu gözləmədən ordunu tərk etmək istədikləri zaman Dövlətə onları oxutması üçün xərclədiyi məbləği geri ödəmələrinin tələb edilməsi tamamilə əsaslıdır.
Bununla belə, ərizəçi istefasını təqdim edərkən ordu qərargahı tərəfindən ona bildirilmişdir ki, onun xidmət etmək öhdəliyi olduğu illə üçün 107 000 Avro məbləğində təzminat ödəməli olacaq. Lakin Auditorlar Məhkəməsi ərizəçi tərəfindən dövlətə ödənilməli olan təzminatın məbləğini təxminən 50 000 Avro olaraq müəyyənləşdirilmişdir. Bu məbləğ qeyri-mütənasib deyildi, çünki ərizəçinin mübahisələndirilən dövr ərzində aldığı məbləğin üçdə ikisindən az məbləğ idi. Bundan əlavə, Auditorlar Məhkəməsi ordunun qərarının icrasının dayandırmışdır.
Lakin 10 may 2010-cu il tarixində Maliyyə Nazirliyinin vergi mərkəzi ərizəçi əsas məbləğin artıq artırılmış olan məbləğinin 13%-ə artırılmış məbləğini ödəməyə məcbur etdi. Əgər o məbləği tamamilə ödəməyə razılıq verməsəydi, Auditorlar Məhkəməsinin qərar verməsi üçün zəruri olan vaxt axımı səbəbindən artırılmış əlavə məbləği ödəməli olacaqdı.
Qanun borcun hissələrə bölünməklə ödənilə bilməsini nəzərdə tutsa da, 2007-ci il tarixli qərarda bu, nəzərdə tutulmamışdır.
Bütün bunlar nəzərə alınaraq, ərizəçi bu hərəkəti təzyiq altında etmişdir. səlahiyyətli orqanlar onlar üçün məcburi xarakter daşıyan iki qərarı nəzərə almamış və ödəmə şərtlərinin ərizəçinin hər hansı şikayəti əsasında dayandırıla bilməyəcəyinə dair 26 may 2007-ci il tarixli ilkin qərarın icrasını təkidlə tələb etmişlər. Ərizəçidən təxminən 100 000 Avro məbləğinin faizlər əlavə edilmiş 112 000 Avro-ya artırılmış məbləğini dərhal ödəməsini tələb etməklə, vergi orqanları ərizəçi üzərinə qeyri-mütənasib yük qoymuşlar.
Nəticə : pozuntu (yekdilliklə).
Maddə 41 : mənəvi ziyana görə 5 000 Avro; maddi ziyana görə kompensasiya tələbi rədd edilmişdir.
* Bax, a contrario, W., X., Y. və Z. Birləşmiş Krallığa qarşı, 3435/67 və başqaları, Komissiyanın 19 iyul 1968 qərardadı.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy