Kuper (Cooper) Birləşmiş Krallığa qarşı [BP] - 48843/99
Qərar 16.12.2003 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Qərəzsiz məhkəmə
Müstəqil məhkəmə
Hərbi məhkəmənin müstəqilliyi və qərəzsizliyi: pozuntu yoxdur
Faktlar - Kral Hərbi Hava Qüvvələrinin üzvü olmuş ərizəçi ərazi üzrə hərbi məhkəmə tərəfindən oğurluqda ittiham olunmuşdur. Məhkəmə daimi sədr, iki aşağı rütbəli zabit və hakim-vəkildən ibarət idi. Sədr və digər iki zabit hüquqşünas olaraq ixtisaslaşmamış olsalar da davranış qaydaları haqqında ətraflı təlimatlar almışdılar. Hərbi-hava qüvvələri zabitləri kimi onlar özlərindən yuxarı vəzifədə olan şəxslərin qiymətləndirmə hesabatlarına tabe tutulurdular, lakin bu hesabatlarda onların məhkəmə qismində qərar qəbuletmə səlahiyyətlərinə istinad edilmirdi. İxtisaslı mülki şəxs olan hakim-vəkil məhkəmə prosesinin ədalətli şəkildə həyata keçirilməsi və hüquqi və prosessual qaydalar verməkdə məsul idi. O, müşavirədə iştirak etmirdi və ya səs hüququna malik deyildi. Təqsirin sübut olunduğu və cəzanın təyin edildiyi bütün qərarları avtomatik olaraq yoxlayan nəzarətedici orqan ərizəçiyə nə nəticə, nə də qərarın fərqlənməyəcəyi barədə məlumat vermişdir. Ərizəçinın Hərbi Apellyasiya Məhkəməsinə şikayəti rədd edilmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1: Findlay-in işində Məhkəmə ərizəçinın hərbi məhkəmənin müstəqilliyi və qərəzsizliyi haqqında şübhələrinin 1996-cı il Hərbi Qüvvələr Aktı qüvvəyə minənədək sübuta yetirildiyini bildirmişdi, əsas narahatlıq məhkəmə prosesində "çağırılan zabitin" rolu ilə bağlı idi. Daha sonrakı Morris işində, Palata 1996-cı il Aktının həmin narahatlıqların aradan qaldırılması üçün ciddi inkişaf yolu keçdiyini və hərbi məhkəmənin müstəqilliyinin onun üzvlərinin təyin edilməsi ilə zəifləmədiyinin və daimi sədri və hakim-vəkilin təyin edilməsinin önəmli təminat olduğunu bildirmişdir. Buna baxmayaraq o, bu təminatların məhkəmənin digər üzvlərinə qarşı göstərilən təzyiq riskini aradan qaldırmaq üçün kifayət etmədiyini bildirdi. Palata həmçinin bildirmişdi ki, nəzarətedici orqanın rolu tribunalın icbari qərarının qeyri-ədliyyə orqanları tərəfindən dəyişdirilə bilməməsi prinsipini pozmuşdur. Hazırki iş üzrə Böyük Palata Morris işi üzrə Palataya təqdim olunmamış məlumatlar və sənədləri nəzərə alaraq, həmin nəticələrdən kənara çıxmaq üçün əsaslı səbəblərin olub-olmadığını müəyyən etməlidir.
(a) Hərbi tribunallar: 6-cı Maddə hərbi tribunallar tərəfindən hərbçi heyətinə qarşı cinayət ittihamlarının müəyyənləşdirilməsini istisna edəcək heç bir müddəa nəzərdə tutmur. Hər bir iş üzrə cavablandırılmalı sual odur ki, hərbi məhkəmənin müstəqilliyi və qərəzsizliyi ilə bağlı şübhələr obyektiv şəkildə əsaslandırılmış hesab edilə bilərmi.
(b) Daha yuxarı orqan, prokurorluq orqanı və məhkəmə administrasiyası əməkdaşı: Daha yuxarı orqan ittihamın prokurorluq orqanına təqdim edilib-edilməyəcəyi barədə qərar verdiyi halda, ittihamla bağlı cinayət təqibinin başlanıb-başlanmayacağı barədə qərarı sonuncu orqan verir. Daha yuxarı orqan ittihamla bağlı cinayət təqibi prosesində heç bir rola malik deyil və bu orqan və onun işçilərinin hüquqşünas ixtisasına malik olması və ya təqsirləndirilən şəxsin komandiri ilə onun arasında tabeçilik qaydasının olmasının işə aidiyyatı yoxdur. Prokurorluq orqanı və onun heyəti hüquqşünas ixtisasına malikdirlər və cinayət təqibi ilə bağlı qərar mülki qaydada tətbiq olunan hüquqi meyarlar əsasında verilir. Prokurorluq səlahiyyətlisi həm də Hərbi-Hava Qüvvələrinin Hüquq Xidməti Direktoru olduğundan, o, yalnız Baş Prokuror qarşısında cavabdehlik daşıyır və prokurorluq vəzifələrinə görə xidmət daxilində heç kimə hesabat vermir. Bundan əlavə, daha yuxarı orqan və prokurorluq səlahiyyətliləri arasında heç bir tabeçilik qaydası və ya xidməti bağı yoxdur. Son olaraq, Məhkəmə administrasiyası əməkdaşları Hüquqi xidmət əməkdaşları olduqlarından, onlar daha yuxarı orqandan və prokurorluq orqanlarından müstəqil şəkildə fəaliyyət göstərirlər, onların vəzifələri mahiyyət etibarilə inzibati xarakter daşıyır və hərbi məhkəmə üzvlərinin seçilməsində az diskresiyaları vardır. Nəticə etibarilə, ərizəçinın təqdimatları 1996-cı il Aktına əsasən istintaq, çağırış və mühakimə prosesinin bölünməsinin həqiqiliyi ilə bağlı Morris-in işində gəlinən nəticələri şübhə altında qoymur.
(c) Hərbi məhkəmə üzvləri: (i) Hakim-vəkil ixtisaslı mülki şəxsdir və onun müstəqilliyi ərizəçi tərəfindən mübahisələndirilmir; məhkəmə prosesində onun iştirakı və vacib rolu müstəqilliyin ən mühüm təminatlarından biridir. (ii) Hərbi məhkəmənin daimi sədri yüksək rütbəli zabitdir və təqaüdə çıxmamışdan öncə tam ştatda vəzifədə çalışır və beləliklə, vəzifədə irəli çəkiləcəyi ilə bağlı heç bir ümidi yoxdur və bu onun müstəqilliyinin göstərici faktoru idi; bundan əlavə, hüquq ixtisasının olmaması onun müstəqilliyinin əhəmiyyətini azaltmır, belə ki çünki hakim-vəkilin hüquqla bağlı qərarları məcburi qüvvəyə malikidi; qiymətləndirmə hesabatları ilə bağlı narahatlıq olsa da, bu cür hesabatlarda hakimkimi qərarvermə prosesilə bağlı qeydlər edilə bilməz; yekun olaraq, açıq-aydın səlahiyyət müddəti təhlükəsizliyi olmasa da, işdən azad edilmə ilə narahatlığı yox idi və heç bir daimi sədr heç zaman vəzifədən azad edilməmişdi (iii) Mülki üzvlərə gəldikdə isə, onların təyinatının xüsusi xarakteri və daha aşağı rütbələri onların müstəqilliyinə xələl gətirə bilməsə də, bu cür faktorlar onlar üzərində kənar təsirlər əleyhinə təminatların xüsusi olaraq mövcudluğuna ehtiyacı gücləndirir; bu baxımdan, daimi sədr və hakim-vəkil tərəfindən təqdim olunan təminatlar, bu vəzifəyə uyğunluqla bağlı qaydalar, üzvlərin and içməsi, təqsirləndirilən şəxsin istənilən üzvə qarşı etiraz etmək hüququ, müşavirənin məxfiliyi, daha kiçik rütbəli üzvlərin öz fikirlərini ilk olaraq ifadə etmələri barədə qayda və məhkəmə prosesinin gedişatına mənfi təsir göstərən məsələrin cinayət qaydasında təqibi kimi tədbirlər vacib təminatlar idi; bundan əlavə, Böyük Palata hesab edir ki, Morris işi üzrə Məhkəmənin kənar təzyiqlərin riskini aradan qaldırmaq üçün bu təminatların kifayət etmədiyi barədə nəticəsindən kənarlaşmaq bu səbəblərdən əsaslandırılmış olar: ilk olaraq, adi üzvlərin hüquqi ixtisasının olmaması ilə bağlı, andlı iclasçıların iştirakı 6-cı maddəyə zidd deyildir, hakim-vəkilin əsas rolu nəzərə alınaraq adi üzvlərin hüquqi ixtisaslarının olmaması onların müstəqilliyinə zərər gətirmirdi; ikincisi, üzvlərin rolunun mahiyyəti və sərhədləri ilə bağlı ətraflı təlimat təşkil edən izahatedici qeydlər Palataya məlumat verilməmiş əlavə təminatdır; üçüncüsü, Məhkəməyə izahat verilmişdir ki, adi üzvlər hakim kimi qərar qəbuletmə prosesi ilə bağlı heç bir hesabat verməli deyillər və ifadə edilən hər hansı bir fikir və ya səsvermənin açıqlanmaması praktik olaraq bu cür hesabatlılığa mane olur.
(d) Nəzarət orqanları: Məhkəmə qeyri-məhkəmə orqanlarının məhkəmənin gəldiyi nəticələrə müdaxilə etmək səlahiyyəti ilə bağlı narahatlığını ifadə etmiş, lakin eyni zamanda son qərarın hər zaman məhkəmə orqanlarının, Hərbi Apellyasiya Məhkəməsinin üzərinə düşdüyünü qeyd etmişdir. Bu iş üzrə nəzarət həyata keçirən orqanın rolu tribunalın yekun qərarının qeyri-məhkəmə orqanı tərəfindən dəyişdirilə bilməməsi prinsipini pozmamışdır.
Bütün hallarda, ərizəçinın hərbi məhkəmənin müstəqilliyi və qərəzsizliyi haqqında olan narahatlıqları obyektiv əsaslandırılmamışdır.
Nəticə: pozuntu yoxdur (yekdilliklə).
Full & Egal Universal Law Academy