© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Kopland Birləşmiş Krallığa qarşı (Copland v. the United Kingdom), ərizə № 62617/00
03.04.2007-ci il tarixli qərar [IV Bölmə]
8-ci maddə
8-ci maddənin 1-ci bəndi
Yazışma sirrinə hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Dövlət qulluqçusunun telefondan, elektron poçtundan və İnternetdən istifadəsinə qanuni əsas olmadan nəzarət edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi əsasnamə əsasında fəaliyyət göstərən, dövlət tərəfindən idarə olunan və orta təhsil pilləsindən sonrakı pillələrə aid təhsil verən kollecdə direktorun şəxsi köməkçisi vəzifəsində işləyirdi. 1995-ci ilin sonlarından başlayaraq onun direktor müavini ilə sıx əməkdaşlıq etməsinə ehtiyac yarandı. Direktor müavininin təşəbbüsü ilə onun işdə telefondan, elektron poçtundan və İnternetdən istifadəsi nəzarətə götürüldü. Hökumətin iddia etdiyinə görə, bunu etməkdə məqsəd onun kollecin avadanlıqlarından şəxsi məqsədləri üçün istifadə etməməsinə əmin olmaq idi. Telefondan istifadəyə nəzarət kollecin telefon hesablarının təhlilindən ibarət idi, həmin hesablarda istifadəçinin zəng vurduğu nömrələr, zənglərin günü və vaxtı, habelə danışıqların müddəti və dəyəri göstərilirdi; İnternetdən istifadəyə nəzarət istifadəçinin daxil olduğu saytların və bu daxilolmaların tarixinin və müddətinin təhlilindən ibarət idi; elektron poçtdan istifadəyə nəzarət isə elektron məktubların hansı ünvanlara göndərilməsinin və bu göndərmələrin gününün və vaxtının təhlilindən ibarət idi. Həmin dövrdə kollecdə bu cür nəzarət qaydaları işlənib hazırlanmamışdı. Həmçinin İngiltərə hüququnda şəxsi həyatın toxunulmazlığı hüququnu nəzərdə tutan ümumi müddəalar yox idi, lakin sonradan məlumatların ələ keçirilməsini, habelə işəgötürənlərin hansı hallarda işçilərin razılığı olmadan onların danışıqlarını və yazışmalarını qeydə almasına icazə verildiyini tənzimləyən qanunvericilik qəbul edildi.
Hüquqi məsələlər – Kollec dövlət müəssisəsi idi və onun hərəkətlərinə görə Konvensiyanın məqsədləri baxımından Hökumət məsuliyyət daşıyırdı. Beləliklə, bu iş dövlətin neqativ öhdəliyi ilə, yəni ərizəçinin şəxsi həyatına və yazıma sirrinə müdaxilə etməmək vəzifəsi ilə əlaqədar aid idi.
Şəxsi həyat anlayışının tətbiq dairəsi – Xidməti yerdən edilən telefon zəngləri "şəxsi həyat" və "yazışma və danışıqlar" anlayışlarının tətbiq dairəsinə düşür. Buradan belə bir məntiqi nəticə çıxır ki, işdən göndərilən elektron məktubların (elektron məlumatların) və İnternetdən şəxsi istifadəyə nəzarət edilməsi nəticəsində əldə edilən informasiyaların da məxfiliyi qorunmalıdır. Ərizəçiyə onun telefon zənglərinə nəzarət edildiyi barədə xəbərdarlıq edilməmişdi və müvafiq olaraq, o, öz iş telefonu ilə etdiyi söhbətlərin məxfi olduğuna ümid bəsləməkdə haqlı idi. Eyni sözlər elektron poçtundan və İnternetdən istifadəyə də aiddir.
Ərizəçinin hüquqlarına müdaxilə baş vermişdimi? – Telefon danışıqlarına görə hesablar formasında məlumatların kollec tərəfindən əldə edilməsi faktı bu işdə müdaxilənin baş verdiyi qənaətinə gəlməyə mane olmur. Bu məlumatların üçüncü şəxslərə açıqlanmaması və intizam icraatında və ya hər hansı digər icraatda ərizəçiyə qarşı istifadə edilməməsi də bu baxımdan əhəmiyyət daşımır. Ərizəçinin xəbəri olmadan onun telefondan, elektron poçtundan və İnternetdən istifadə ilə bağlı fərdi məlumatlarının toplanması və saxlanılması onun şəxsi həyatının və yazışma sirrinin toxunulmazlığı hüququna müdaxilə təşkil edirdi.
Müdaxilə "qanunla nəzərdə tutulmuşdumu"? – Dəqiqlik tələbinə qanunun cavab verməsi üçün onun müddəaları elə aydın ifadə edilməlidir ki, dövlət orqanlarının qanunda nəzərdə tutulmuş tədbirlərə hansı hallarda əl atacaqları barədə öncədən kifayət qədər aydın təsəvvür yaransın. Kollecin əsasnamədə nəzərdə tutulmuş hüquqlarına uyğun olaraq orta təhsil pilləsindən sonrakı pillələrə aid təhsil sahəsində fəaliyyətini həyata keçirmək üçün "bütün zəruri və məqsədəuyğun tədbirləri görmək" səlahiyyətinə malik olduğu barədə Hökumətin arqumenti inandırıcı deyil. Bundan başqa, araşdırılan dövrdə ölkənin ümumi qanunvericiliyində və ya kollecin tənzimləyici aktlarında işçinin telefondan, elektron poçtundan və İnternetdən istifadəsinə işəgötürənin nəzarət etmək hüququnu nəzərdə tutan hər hansı müddəanın olduğu barədə məlumat yox idi. Beləliklə, Məhkəmə işçinin telefondan, elektron poçtundan və İnternetdən istifadəsinə nəzarətin müəyyən hallarda qanuni məqsədə nail olmaq üçün "demokratik cəmiyyətdə zəruri" hesab edilməsinin mümkünlüyü məsələsini açıq saxlayaraq, bu qənaətə gəldi ki, araşdırılan dövrdə ölkə qanunvericiliyində bu cür nəzarəti tənzimləyən hər hansı müddəanın olmadığı bir şəraitdə bu müdaxilə "qanunla nəzərdə tutulmuş" müdaxilə deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 3.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy