İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ ÜÇÜNÇÜ BÖLMƏ Kornea Moldova Respublikasına qarşı (22735/07 N-li şikayət) Qərar Strasburq 22 iyul 2014-cü il Qəti şəkildə 22.10.2014-cü il Hazırkı qərar redaktə oluna bilər. Kornyanın Moldova Respublikasına qarşı işdə. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Palatanın tərkibinə daxil olan hakimlər: Jozep Kasadeval Palatanın sədri Alvina Qulumyan, Yan Şikuta Draqolyub Popoviç Luis Lopes Qerra Valeriy Qritsko Yuliya Antoanella və seksiyanın katibinin müavini Marialena Tsirlidən ibarət tərkibdə 1 iyul 2014-cü il tarixdə bağlı qapılar arxasında həmin gün aşağıdakı qərarı qəbul etdi. Prosesin gedişi: 1. Hazırkı iş Moldova Respublikasının vətəndaşı Qeorqe Kornyanın (ərizəçi) 7 may 2007-ci il tarixdə Konvensiyanın İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsinə dair 34-cü maddəsinə uyğun olaraq məhkəməyə etdiyi müraciəti əsasında başlanmışdır. 2. Ərizəçinin maraqlarını məhkəmədə Orxey şəhərində fəaliyyət göstərən vəkil M.Betrinça təmsil etmişdir. Moldova Respublikası hakimiyyətinin Moldova Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin səlahiyyətli nümayəndəsi cənab A.Apostol təmsil etmişdir. 3. Ərizəçi hüquqlarının pozulmasına dair mülki iş üzrə prosesdə iştirak etməsinə imkan verilməməklə məhkəmədə ədalətli araşdırma hüququnun pozulmasından şikayətlənmişdir. 4. Avropa Məhkəməsi 16 dekabr 2010-cu il tarixdə hakimiyyəti verilmiş şikayət barədə məlumatlandırmışdır. Faktlar 1. 5. Ərizəçi 1956-cı ildə anadan olmuş, Nurki şəhərində yaşayır. İşin halları 6. Hadisə baş verən zaman ərizəçi öz fəaliyyətini Orxey Psixiatriya Klinikasının qadın psixiatriya şöbəsinin müdiri vəzifəsində işləməklə həyata keçirmişdir. 2003-cü ilin fevral ayında xəstəxananın baş həkimi barəsində cinayət işinin başlanması ilə əlaqədar müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış və ərizəçi müvəqqəti olaraq baş həkim vəzifəsinə təyin olunmuşdur. Ərizəçinin tutduğu vəzifəyə isə müvəqqəti olaraq başqa həkim (V.K.) təyin olunmuşdur. 7. 2005-ci ilin oktyabr ayında xəstəxananın baş həkimi barəsində başlanmış cinayət işinə xitam verilmiş və o, əvvəlki vəzifəsinə məhkəmə qətnaməsinə əsasən bərpa olunmuşdur. 27 oktyabr 2005-ci il tarixdə xəstəxananın rəhbərliyi ərizəçini qadın psixiatriya şöbəsinin müdiri vəzifəsinə, V.K. isə həmin şöbədə əvvəllər işlədiyi həkim-psixiatr vəzifəsinə keçirilməsi barədə əmr vermişdir. Həmin əmrə əsasən ərizəçi şöbə müdiri, V.K. isə həkim psixiatr vəzifələrində fəaliyyətlərini bərpa etmişlər. 8. Tarixi göstərilməyən gündə V.K. 27 oktyabr 2005-ci il tarixli əmri məhkəmədə mübahisələndirmiş və bu zaman şöbə müdiri vəzifəsindən başqa işə keçirilməsinə razılıq verməməsini əsas göstərmişdir. Məhkəmə prosesi 2006-cı ilin fevral ayına kimi, ərizəçinin şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində davam etmişdir. Məhkəmə prosesinin gedişi barədə ərizəçiyə heç kim tərəfindən məlumat verilməmişdir. 9. Orxey məhkəməsi V.K. tərəfindən verilmiş ərizəyə 28 fevral 2006-cı il tarixdə baxarkən ərizəçini işdə iştirak etmək üçün dəvət etməmiş və iddianın tam həcmdə təmin olunub 27 oktyabr 2005-ci il tarixli əmrin ləğv edilməsi və V.K.-nın şöbə müdiri vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul etmişdir. Ərizəçi bundan yalnız iş üzrə qərar qəbul edildikdən sonra xəbər tutmuş və qətnamədən apellyasiya şikayəti vermişdir. Ərizəçi iddia etmişdir ki, işin baxılmasında iştirakı təmin olunmadığı üçün qətnamə qeyri- qanunidir və həmin qətnamə ilə onun hüquq və maraqları aşkar pozulmuşdur. Apellyasiya şikayətini əsaslandırarkən ərizəçi Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin 1-ci hissəsinin “b” bəndinə istinad etmişdir. Xəstəxana məhkəmə qətnaməsindən şikayət verməmiş, lakin Apellyasiya Palatasında keçirilən məhkəmə prosesinin gedişində ərizəçinin mövqeyini müdafiə etmişdir. 10. 8 iyun 2006-cı il tarixdə Apellyasiya Palatası ərizəçinin iş üzrə tərəf olmamaqla məhkəmə prosesinin iştirakçısı olmamasını qətnamədən şikayət vermək hüququna malik olmamasını əsas göstərməklə apellyasiya şikayətini ona qaytarmışdır. Apellyasiya Palatası ərizəçinin Mülki Prossesual Məcəllənin 360-cı maddəsinin 1- ci hissəsinin “b” bəndinə əsaslanmaqla göstərdiyi dəlilləri rədd edərkən qeyd etmişdir ki, ərizəçinin məhkəmə prosesinin iştirakçısı olmadan apellyasiya şikayəti vermək hüququnun olmasına dair 360- cı maddəyə istinad etməklə göstərdiyi dəlillərdə prosessual hüquq norması səhv təfsir olunduğundan hazırkı vəziyyətdə həmin norma tətbiq oluna bilməz. 11. Ərizəçi Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin 1- ci hissəsinin “b” bəndinə istinad etməklə Ali Məhkəmə Palatasına kassasiya şikayəti vermişdir. 12. 15 noyabr 2006-cı il tarixdə Ali Məhkəmə Palatası 28 fevral 2006-cı il tarixli məhkəmə qətnaməsi ilə ərizəçinin hüquq və vəzifələrinin pozulmamasına əsaslanmaqla ərizəçinin kassasiya şikayətini rədd etmişdir. 13. Bundan sonra ərizəçi xəstəxananın həkim-psixiatoru vəzifəsində fəaliyyətini həyata keçirməklə şöbə müdiri kimi aldığı əmək haqqından aşağı məbləğdə əmək haqqı almışdır. II İşə aid olan daxili qanunvericilik (hüquq) 14. Mülki Prosessual Məcəllənin həmin dövrdə qüvvədə olan müvafiq qaydaları aşağıdakı kimi müəyyən olunmuşdur: Maddə 360. Apellyasiya şikayəti vermək hüququ olan şəxslər. 1. Aşağıdakı şəxslər apellyasiya şikayəti vermək hüququna malikdirlər: a) tərəflər və prosesin digər iştirakçıları; b) prosesin iştirakçısı olmayan, lakin məhkəmə qətnaməsi ilə hüquqları pozulmuş şəxslər. Hüquq 1.Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulması güman edilən pozuntular 15. Ərizəçi şikayətində məhkəmə qətnaməsi ilə mülki hüquqlarının pozulmasını iddia edərkən Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozularaq ona işin baxılmasında iştirak etməsinə imkan verilməməsini və beləliklə də məhkəmədə öz mövqeyini müdafiə etmək imkanından məhrum edilməsini bildirmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakı kimi səslənir: “1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” A. Məqbulluq 16.Hakimiyyət iddia etmişdir ki, ərizəçi ölkədaxili hüquq müdafiə vasitələrindən istifadə etmək imkanını başa vurmamışdır. Hakimiyyətin fikrinə görə ərizəçi işə bərpa tələbi ilə məhkəmədə ayrıca iddia qaldıra bilər, yaxud Ali Məhkəmə Palatasının 15 noyabr 2006-cı il tarixli qətnaməsi ilə qəbul edilmiş qəti məhkəmə qətnamələrinə yenidən baxılması haqqında iddia verə bilər. Ərizəçi iddia etmişdir ki, hazırkı işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbi pozulmuşdur. 17.Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsinin 1- ci bəndinin məqsədi iştirakçı dövlətlərə təqsirləndirildikləri pozuntuları Konvensiya orqanlarına şikayət verilənə qədər aradan qaldırmaq, yaxud düzəltməkdən ibarətdir. Belə ki, iddiaçının Komissiyaya vermək niyyətində olduğu şikayət heç olmazsa daxili qanunvericiliklə müəyyən olunmuş forma və müddətlərdə müvafiq milli məhkəmə orqanlarında əsas cəhətlər üzrə baxılmalıdır. 18.Hazırkı işdə məhkəmə müəyyən etmişdir ki, daxili hüquqmüdafiə vasitələrinin başa çatması məsələsi Konvensiyanın 6- cı maddəsinə əsasən tərtib olunmuş şikayətin mahiyyəti ilə, məhz Orxey məhkəməsinin 28 fevral 2006-cı il tarixli qətnaməsi ilə ərizəçinin hüquqlarının pozulub-pozulmaması ilə qaçılmaz surətdə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, hər iki məsələ birləşdirilməklə məcmu halında baxılmalıdır. 19.Daha sonra məhkəmə qeyd etmişdir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Şikayətin məqbul hesab edilməməsi üçün başqa səbəblər müəyyən olunmamışdır. Ona görə də məhkəmə hazırkı şikayəti məqbulolunan hesab etmişdir. V.İşin mahiyyəti üzrə 20.Ərizəçi iddia etmişdir ki, Orxey məhkəməsinin 28 fevral 2006-cı il tarixli qətnaməsi ilə onun hüququ pozulmuş, Apellyasiya Palatası və Ali Məhkəmə Palatası tərəfindən onun prosesə daxil olmasına yol verilməməsi onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunmuş ədalətli araşdırma hüququnu pozmuşdur. 21.Hakimiyyət təkrar olaraq bildirmişdir ki, ərizəçi ayrıca iddia ilə məhkəməyə müraciət etməklə V.K.tərəfindən qaldırılmış mülki iş üzrə məhkəmə instansiyaları tərəfindən gəlinən rəyləri mübahisələndirməyə cəhd edə bilərdi. 22.Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunan məhkəmədə iştirak etmək hüququ mütləq olmamaqla bəzi hallarda məhdudiyyətlərlə bağlı olur. Məhkəmədə iştiraka baxılmaq hüququ dövlət tərəfindən nizama salınmasını tələb etdiyindən belə məhdudiyyətlər nəzərdə tutulmamışdır. Bununla əlaqədar razılığa gəlmiş yüksək tərəflər qismən öz mülahizələri üzrə müəyyən etmədən istifadə edirlər. Baxmayaraq ki, Konvensiyanın tələblərinin yerinə yetirilməsinə münasibətdə qəti qərar qəbul etmək məhkəməyə məxsusdur. Məhkəmə əmin olmalıdır ki, görülən tədbirlər məhkəmədə iştiraka buraxılmaq hüququnu məhdudlaşdırmır və bu imkanı azaltmır. Bundan əlavə, əgər məhdudlaşdırma qanuni məqsəd daşımırsa və görülmüş tədbirlərlə güdülən məqsəd arasında ağlabatan tarazlıq yoxdursa məhdudlaşdırma Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə bir araya sığmaz. Əgər nizamlama hüquqi təhlükəsizliyə və ədalət mühakiməsinin lazımınca həyata keçirilməsinə xidmət etmirsə, əksinə şəxsin işinə səlahiyyətli məhkəmədə mahiyyəti üzrə buraxılmasına mane olursa, məhkəmədə iştiraka buraxılmaq hüququ pozulmuş olur. 23.Hazırkı işin hallarına qayıdaraq məhkəmə ilk növbədə qeyd etmişdir ki, ərizəçi iş üzrə prosesdən yalnız birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra xəbər tutmuşdur. Ərizəçinin prosesdən həmin günə qədər xəbər tutmasını təsdiq edən heç bir əlamət yoxdur və Hakimiyyət bunu iddia etməmişdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, Orxey məhkəməsinin 28 fevral 2006-cı il tarixli qətnaməsi ilə ərizəçinin şöbə müdiri vəzifəsinə keçirilməsi barədə əmr ləğv edildikdən sonra ərizəçi nəticədə həmin məhkəmə qətnaməsinə əsasən xəstəxanada tutduğu rəhbər vəzifəni itirmiş və əmək haqqı az olan həkim-psixiatr vəzifəsini tutmuşdur. Belə vəziyyətdə Məhkəmə Palatası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ərizəçinin hüquqları pozulmamışdır. Məhkəmə hesab edir ki, ərizəçinin mülki hüquqları bilavasitə 28 fevral 2006-cı il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur və bununla əlaqədar Konvensiyanın 6-cı maddəsi tətbiq olunur. 24.Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin 28 fevral 2006-cı il tarixli qətnaməsindən ona apellyasiya şikayətini vermək hüququnu verməsinə dair ərizəçinin göstərdikləri ilə razılaşır. Əsl həqiqətdə bu maddənin müddəaları tam aydındır və Avropa Məhkəməsi bu versiyadan başqa milli məhkəmə instansiyaları tərəfindən verilmiş başqa təfsiri bilmir. 25.Ərizəçi 360-cı maddə ilə təmin olunmuş hüququndan istifadə etmiş, lakin onun tərəfindən verilmiş apellyasiya şikayəti mahiyyəti üzrə baxılmadan ona qaytarılmaqla ərizəçinin məhkəmədə iştiraka buraxılmaq hüququnun qarşısı alınmışdır. 26.Məhkəmə xatırladır ki, şəxsin istifadə etdiyindən daha artıq şikayət vermə vasitələrindən istifadə etməli olmasına heç bir ehtiyac olmamışdır. Ərizəçi Mülki Prosessual Məcəllənin 360-cı maddəsində müəyyən olunmuş şikayət vermə vasitələrindən istifadə etdiyi üçün, o, hakimiyyətin göstərdiyi digər müdafiə vasitələrindən istifadə etməyə borclu deyildi. Belə olduqda, məhkəmə, ölkədaxili hüquqi müdafiə vasitələrinin tükənməməsinə dair hakimiyyətin etirazını rədd edir və qərara alır ki, ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunmuş məhkəmədə iştiraka buraxılmaq hüququ pozulmuşdur. V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ 27. Konvensiyanın 41-ci maddəsində bildirilir: “Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.” A. Ziyan 28. Ərizəçi ona vurulmuş mənəvi ziyana görə 1800 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. 29. Hökumət ərizəçinin tələbi barədə mübahisə edərək məbləğin əsassız və həddindən artıq olduğunu bildirmişdir. Hazırkı işin bütün hallarını nəzərə alaraq Məhkəmə razılaşır ki, ərizəçi mənəvi ziyana məruz qalıb. Belə olduğu halda, Məhkəmə ərizəçiyə 1800 Avro ödənilməsini məqbul hesab edir. 30 Məhkəmə faiz dərəcələrinin Avropa Mərkəzi Bankının faiz dərəcələri ilə uyğunluq təşkil etməsini və məbləğə 3 % əlavə olunmasını məqbul hesab edir. BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ 1.Şikayəti qəbuledilən hesab edir. 2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur; Qərara alır ki, (a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində, tutulacaq vergilər də daxil olmaqla, ərizəçiyə vurulmuş mənəvi ziyana görə 1800 avro məbləğində vəsaiti, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Moldova leyi ilə ödəməlidir; (b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir; 3.Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir. Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 22 iyul 2014-cü ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir. Katibin müavini Marialena Tsirli Sədr Jozep Kasadeval
Full & Egal Universal Law Academy