© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 190
Noyabr 2015
Couderc et Hachette Filipacchi Associés c. France [BP] - 40454/07
Qərar 10.11.2015 [BP]
Maddə 10
Maddə 10-1
Məlumat yaymaq azadlığı
Bir monarxın gizli uşağının olmasını açıqlayan məqalə və fotoların dərcinə görə cəzalandırma : pozuntu
Faktlar – 3 may 2005-ci ildə Britaniyanın gündəlik Daily Mail qəzetində Xanım C.-nin oğlunun atasının Monako taxtındakı Şahzadə olduğunu elan etdiyi açıqlamaları dərc olundu. Məqalədə Paris Match-da dərc olunacaq məqaləyə isitinad olunurdu və ordakı əsas elementləri və aralarından birində Şahzadəni qucağında uşaqla göstərən fotoları yayımlayırdı. Xanım C. ilə müsahibə və mübahisələndirilən fotolar həm də həftəlik Bunte jurnalında 4 may 2005-ci ildə dərc olundu.
Ərizəçilər müvafiq olaraq, həftəlik Paris Match jurnalının nəşr direktoru və nəşr şirkətidir. 6 may 2005-ci ildə bu jurnalda, Xanım C.-nin Şahzadə ilə tanış olduğu şərait, onların görüşləri, intim münasibətləri, hissləri, Şahzədənin Xanım C.-nin hamiləlik xəbərinə reaksiyası və sonradan uşaqla görüşəndəki davranışları ilə bağlı detalların verildiyi bir məqalə çap olundu. Şahzadə ərizəçiləri, şəxsi həyatına və imajına vurduqları zərərin əvəzini ödəməkləri üçün məhkəməyə verdi. Fransız məhkəmələri ona haqq verdi və 50 000 EUR məbləğində kompensasiya ödənilməsini və jurnalda səhifənin üçdə biri ölçüdə bu qərar barədə məlumatın dərc olunmasını əmr etdi.
12 iyun 2014-cü ildə (bax Məlumat qeydi 175), Məhkəmənin bir palatası dörd səsə qarşı üç səslə 10-cu maddənin pozulduğunu elan etdi. 13 oktyabr 2014-cü ildə, iş Hökumətin xahişi ilə Böyük Palataya göndərildi.
Hüquqi məsələlər – Maddə 10 : ərizəçilərin cəzalanması onların ifadə azadlığı hüququna müdaxilə idi. Müdaxilə qanunla nəzərdə tutulmuşdu və başqasının hüquqların müdafiəsi kimi legitim məqsəd daşıyırdı. Müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmamasını araşdırmaq qalır.
a) İctimai maraq kəsb edən müzakirəyə töhfə – İctimai maraq, ictimaiyyətin başqalarının şəxsi həyatı ilə bağlı məlumatlara susuzluğuna, oxucuların sensasiya arzusu və ya başqalarını güdmək istəklərinə məhdudlaşa bilməz. Xanım C. ilə müsahibə, Şahzadənin şəxsi həyatı və onun real və güman olunan hissləri ilə bağlı çox sayda detallara malik idi ki, bunlar da hazırki işin hallarında birbaşa olaraq ictimai maraq kəsb edən müzakirə ilə bağlı deyildi. Uşağın anadan olmasının intim xarakterli hadisə olmasına baxmayaraq, bu yalnız aidiyyəti olan şəxslərin şəxsi həyat sferasına daxil olmur, həm də prinsipcə, ictimai bəyanat (mülki status sənədi) verilməsi və valideyn-övlad münasibətlərinin müəyyən edilməsi baş verdiyi üçün ictimai sferaya düşür. Bir şəxsin övladının anadan olması xalis ailə və şəxsi marağa, qohumluğun sosial və hüquqi strukturu ilə bağlı olaraq ictimai aspect əlavə olunur. Bu səbəbdən, uşağın anadan olması barədə xəbər öz-özlüyündə eksklüziv olaraq ictimaiyyətin marağını tətmin etmək məqsədi daşıyan, başqalarının şəxsi həyatının detallarının açıqlanması hesab edilə bilməz. Bundan əlavə, bu uşağın anadan olması mümkün sülalə və maliyyə nəticələrinə malik idi: Şahzadə hələ evli deyildi və belə nəticə qeyri-mümkün görünsə də, evliliklə uşağın legitimləşməsi sualı qalxa bilərdi. Əslində, məqalədə uşağın anadan olmasının hakimiyyətin keçməsinə təsiri məsələsinə toxunulmuşdu. Mübahisələndirilən məlumat siyasi əhəmiyyətsiz deyildi və (nigahdan kənar doğulan uşaqların taxta çıxmasına icazə verməyən) Krallıqda taxtda hakimiyyətin keçməsi qaydaları ilə bağlı ictimaiyyətin marağına səbəb ola bilərdi. Eyni şəkildə, gələcəyi uşaqların olması ilə sıx bağlı olan vərəsəliklə keçən monarxiyada, atalıq faktını gizli saxlamaq istəyən və onu rəsmi olaraq tanımaqdan imtina edən Şahzadənin yanaşması da ictimai maraq kəsb edə bilər. Bu, onun uşağın anasına və uşağın özünə münasibəti ilə bağlı da doğrudur: bu məlumat Şahzadənin şəxsiyyəti, xüsusilə öhdəliklərinə yanaşması və onları yerinə yetirməsi şəkli ilə bağlı fikir təchiz edə bilərdi. Bu kontekstdə, vərəsəliklə keçən monarxiyanın simvolik rolunu xatırlatmaq vacibdir ki, orda Şahzadə millətin bütövlüyünü təmsil edir. Bundan əlavə, medianın ictimai maraq kəsb edən müzakirəyə töhfəsi, yalnız hazırki və ya əvvəldən mövcud hadisələrlə məhdudlaşdırılmamalıdır. Şübhəsiz, media icitmai maraq kəsb edən müzakirələri başlamağın vektorudur, lakin onun həm də ictimaiyyətin diqqətinə belə bir marağı yaradacaq məlumatları təqdim etmək və cəmiyyətdə belə müzakirələri başlatmaq rolu vardır. Bu səbəbdən, milli məhkəmələr, məqalənin əsas mövzusunu müəyyən etmək üçün, Şahzadənin şəxsi həyatı ilə bağı qeydləri araşdırmaqdansa, məqaləni bir bütün şəklində dəyərləndirməli idilər. Bununla belə, onlar məqalənin mərkəzi mesajının icitmaiyyət üçün marağını diqqətə almaqdan imtina etmiş və diqqətlərini Xanım C.-nin cütlüyün intim həyatı ilə bağlı verdiyi detallara cəmləmişlər. Bunu etməklə, onlar ərizəçilərin istinad etdikləri icitmai maraq əsaslandırmasını bütün səmərəsindən məhrum etmişlər.
b) Maraqlı şəxsin tanınmışlıq dərəcəsi və xəbərin mövzusu – Daxili məhkəmələr, diqqətlərinə çatdırılan faktların araşdırılması zamanı, Şahzadənin Dövlət Başçısı olaraq potensial təsirini nəzərə almalı və bu kontekstdə mübahisələndirilən məqalənin hansı hissələrinin sırf özəl sferaya, hansı hissələrinin isə ictimai sferaya düşdüyünü müəyyən etməyə çalışmalı idilər. Lakin məhkəmələr şəxsi həyatın müdafiəsinə, açıqlanan faktlar, həmin şəxsin status və ya funksiyalarına görə təsiri ilə bağlı müzakirəyə səbəb olduğu hallarda istisna təbiq edilməli olduğunu xatırlatsa da, bu mülahizədən hazırki işdə heç bir nəticə çıxarmamışdır.
Bundan əlavə, Şahzadənin şəxsi həyatı məqalənin yeganə mövzusu deyildi, məqalə həm də Xanım C. və yalnız onun valideynlik haqqları altında olan oğlunun şəxsi həyatına aid idi. Xanım C.-nin bunlarla bağlı sükut öhdəliyi yox idi və şəxsi həyatı ilə bağlı məlumat vermək azadlığı vardı. Mübahisələndirilən məqalənin müsahibə verən və onun oğlunun ifadə vasitəsi olması faktı unudula bilməz. Beləliklə, müsahibə toqquşan şəxsi maralara da aid idi. Şübhəsiz ki, Xanım C. özü və oğlu üçün ifadə azadlığı hüququ hazırki işdə birbaşa mövzu deyildi, lakin Xanım C.-nin şəxsi həyatını Şahzadəninki ilə bağlayan elementlərin kombinasiyası, Şahzadənin müdafiəsinin dəyərləndirilməsi zamanı nəzərə alınmalı idi.
c) Şəxsin əvvəlki davranışları – İş materialları Şahzadənin media ilə əvvəlki davranışlarını müəyyənləşdirməyə imkan vermir.
d) Məlumatın əldə olunma metodu və onun həqiqiliyi – Şəxsi, düşünülmüş və məlumatlı qərarı ilə Xanım C. özü Paris Match-la əlaqə saxlamışdı. Şahzadənin atalıq faktı ilə bağlı bəyanatları, Şahzadə tərəfindən mübahisələndirilməmiş və o özü icitmaiyyət qarşısında, mübahisələndirilən məqalənin dərcindən az sonra bu faktı təsdiq etmişdir. Məqaləni illüstrasiya edən fotolara gəlincə, onlar Paris Matcha könüllü və pulsuz şəkildə verilmişdi. Fotolar onun xəbəri olmadan çəkilməmişdi və ya onu xoşagəlməz vəziyyətdə göstərmirdi.
e) Mübahisələndirilən məqalənin məzmunu, forması və nəticələri – Jurnalistin vəzifə və öhdəliklər tələb edir ki, onlar yayımlayacaqları məlumatın təsirini nəzərə alsınlar. Xüsusilə də, şəxsi və ailə həyatı ilə bağlı bəzi hadisələr, Konvensiyanın 8-ci maddəsinin xüsusi diqqətli müdafiəsi altındadır və jurnalistlərin bu mövzuları yayımladığı zaman ehtiyatlılıq və diqqətlilik göstərməsinə səbəb olur. Belə görünür ki, Xanım C. ilə müsahibənin tonu ölçülü və qeyri-sensasyon idi. Onun qeydləri, sitat olaraq tanınan şəkildə verilmişdi və onun motivləri oxucuya açıq şəkildə bildirilmişdi. Eyni şəkildə, oxucular faktiki materialı müsahibə verən şəxsin hadisələri qavrayışı, fikirləri və şəxsi hisslərindən fərqləndirə bilərdi. Qəbul ediləndir ki, müsahibə, oxucuların diqqətini cəlb etmək və reaksiya yaratmaq məqsədilə başlıqlar və qrafik effektlərlə müşayiət edilməklə nəqli formada təqdim edilmişdir. Lakin onlar məlumatın məzmununu dəyişmirdi və onun dəqiqləşməsi və ya illüstrasiyası hesab edilməlidir. Jurnalın bir məqaləni bəzəmək və onu dəqqət çəkici şəkildə təqdim etməyə çalışması tənqid edilə bilməz, bir şərtlə ki, dərc olunan məlumatın təhrifinə və ya deformasiyasına və oxucunu yanlış istiqamətlənməsinə səbəb olmasın.
Digər tərəfdən, hazırki işdə fotoların Şahzadənin şəxsi həyatı sferasına düşdüyü və onun bu şəkillərin dərc olunmasən razılıq verməməsi şübhə doğurmasa da, onların mübahisələndirilən məqalə ilə əlaqəsi az, süni və ya özbaşına deyildi. Fotoların dərc edilməsinə, hadisələr barədəki xəbərə inandırıcılıq qatdığına görə haqq qazandırıla bilərdi. Xanım C.-nin sərəncamında dediklərini əsaslandıra biləcək başqa sübut yox idi. Bu səbəbdən, Şahzadənin şəxsi həyatını ictimaiyyətə açıqlasa da, onlar məqalədəki xəbəri dəstəkləyirdi.
Mübahisələndiriən məqalənin nəticələrinə gəlincə, məqalə dərc edildikdən az sonra Şahzadə ictimai şəkildə atalıq faktını tanıdı. Məqalənin nəticələri xarici jurnallarda dərc olunan məqalələr nəzərə alınaraq nisbiləşdirilməlidir. Bununla belə, hazırki işdə daxili məhkəmələr məqalədə təsvir edilən hadisələrin daha geniş beynəlxalq media işıqlandırmasını dəyərləndirdiyi görünmür. Belə ki, daxili məhkəmələr Şahzadənin atalıq faktı ətarfındakı gizliliyin mətbuatda əvvəlcədən yayılmış məqalələrlə azaldığı faktına əhəmiyyət verməmişlər.
f) Quant à la gravité de la sanction – Ərizəçiyə tətbiq edilən sanksiya- kompensasiya olaraq 50,000 Avro ödəmək və məhkəmə qərarının detalları barədə bəyanat dərc etmək - əhəmiyətisz hesab edə bilməz.
Yuxarıdakı mülahizələrin işığında, Şahzadənin şəxsi həyatı və öz imajına hüququ ilə bağlı arqumentlər yerində olsa da, mübahisələndirən müdaxiləni əsaslandırmaq üçün yetərli hesab edilə bilməz.
Nəticə : pozuntu (yekdilliklə).
Maddə 41 : maddi zərərə görə tələb rədd edilmişdir.
(Bax, həmçinin Von Hannover c. Allemagne (no 2) [BP] (40660/08 və 60641/08) və Axel Springer AG c. Allemagne [BP] (39954/08), 7 fevral 2012-ci il qərarları, xülasələr üçün bax : Məlumat qeydi 149)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy