© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Danilenkov və başqaları Rusiyaya qarşı (Danilenkov and Others v. Russia), ərizə № 67336/01
30.07.2009-cu il tarixli qərar [V Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Həmkarlar ittifaqına üzvlüyə əsaslanan ayrı-seçkiliyə qarşı məhkəmə vasitəsilə səmərəli müdafiənin dövlət tərəfindən təmin edilməməsi: pozuntu baş verib
Faktlar – Rusiya dokerləri həmkarlar ittifaqının (RDHİ) yerli təşkilatının üzvü olan ərizəçilər "Kalininqrad dəniz ticarəti limanı" adlı özəl şirkətdə işləyirdilər. 1997-ci ildə RDHİ əmək haqqının ödənişi, əmək şəraitinin yaxşılaşdırılması, həyat və sağlamlığım sığortası məsələləri ilə bağlı iki həftəlik tətilə başladı. Tətilin məqsədinə nail olunmadı və tətil dayandırıldı. Sonradan RDHİ-nin üzvlərini xüsusi əmək briqadalarına təyin etməyə və natamam iş gününə keçirməyə başladılar və son nəticədə şirkətin strukturunun yenidən qurulması ilə əlaqədar olaraq aparılan ştat ixtisarı əsasında işdən azad etdilər. Ərizəçilər bu hərəkətlərə yerli məhkəmələrdə bir neçə iddia qaldırmaqla cavab verdilər, iddia ərizələrində onlar həmkarlar ittifaqına üzv olduqlarına görə qanunsuz və ayrı-seçkilik xarakterli rəftara məruz qalmalarından şikayət etdilər. Mülki işlər üzrə bütün məhkəmə instansiyaları ərizəçilərin xeyrinə qərar çıxardılar və şirkətin qərarlarını ləğv edərək onun üzərinə ərizəçilərə məcburi işburaxmaya görə kompensasiya ödəmək vəzifəsi qoydular. Lakin onların ayrı-seçkilik barədə şikayətləri dəfələrlə rədd edildi və belə əsas gətirildi ki, ayrı-seçkilik faktı yalnız cinayət işi çərçivəsində müəyyənləşdirilə bilər. Ərizəçilər cinayət işinə başlaya bilməzdilər, çünki dəniz limanı kimi hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilməzdi, prokurorluq isə şirkətin baş direktoruna qarşı cinayət işi açmaqdan imtina etdi, çünki ilkin təhqiqatda direktorun ərizəçilərə qarşı birbaşa ayrı-seçkilik niyyətində olduğu müəyyən edilmədi. Məhkəmələrə müraciət etməkdən əlavə, RDHİ Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasına (ITF) və vilayət dumasına şikayət göndərdi. ITF və Duma həmkarlar ittifaqına üzvlüyə əsaslanan ayrı-seçkiliyin baş verdiyini təsdiq etdilər və RDHİ üzvlərinin hüquqlarına hörmət edilməsini tələb etdilər. Bu xəbərdarlıqlara və şirkətin RDHİ-yə qarşı yönələn siyasət çərçivəsində çıxardığı qərarların ləğvi barədə məhkəmələrin dəfələrlə qərar qəbul etmələrinə baxmayaraq, RDHİ üzvlərinin sayı 1999-cu ildən 2001-ci ilədək azalaraq 290 nəfərdən 24 nəfərə endi.
Hüquqi məsələlər – İstənilən qulluqçu və ya işçi sanksiyaya məruz qalmadan həmkarlar ittifaqına daxil olmaq və ya olmamaq hüququna malikdir. Ayrı-seçkililik xarakterli rəftara məruz qalan şəxslərin belə rəftardan şikayət vermək və hüquqlarını real və səmərəli şəkildə təmin etməyə qadir olan məhkəmədə iddia qaldırmaq imkanına malik olmaları önəmlidir. Dəniz limanı şirkəti işçiləri həmkarlar ittifaqına üzvlükdən imtina etməyə vadar etmək üçün müxtəlif üsullardan, o cümlədən onları məhdud imkanlı xüsusi əmək briqadalarına təyin etmək, işdən azad etmək, gəlirlərini azaltmaq, intizam sanksiyaları tətbiq etmək və RDHİ üzvlərini məhkəmə qərarı əsasında işə bərpa etməkdən imtina etmək kimi vasitələrdən istifadə etdi. RDHİ-yə üzvlüyün ərizəçilər üçün doğurduğu açıq-aydın mənfi nəticələr Konvensiyanın 11-ci maddəsi ilə təmin olunan hüquqlardan istifadə zamanı onların ayrı-seçkiliyə məruz qaldıqlarına əmin olmaq üçün kifayət idi. Rusiya qanunvericiliyi həmkarlar ittifaqına üzvlüyə və ya üzv olmamağa görə hər hansı ayrı-seçkiliyi tam qadağan edirdi və ərizəçilər ayrı-seçkilik barədə şikayətlərinə Rusiya Mülki Məcəlləsinin ümumi normaları və "Həmkarlar ittifaqları haqqında" Qanunun xüsusi normaları əsasında məhkəmələr tərəfindən baxılması hüququna malik idilər. Hazırkı işdə bu normalar tətbiq edilməmişdi, çünki milli məhkəmə orqanları ərizəçilərin ayrı-seçkilik barədə şikayətlərinə baxmaqdan imtina etmiş və belə əsas gətirmişdilər ki, ayrı-seçkilik faktı yalnız cinayət işi çərçivəsində müəyyənləşdirilə bilər. Lakin cinayət hüququ sahəsində hüquqi müdafiə vasitəsinə gəlincə, bu vasitənin çatışmazlığı onda idi ki, şəxsi məsuliyyət prinsipinə əsaslanan bu vasitə şirkətin yüksək vəzifəli şəxslərinin həmkarlar ittifaqı üzvlərinə qarşı birbaşa ayrı-seçkilik niyyətində olduqları "əsaslı şübhə yeri qalmadan" sübuta yetirilməli idi, belə niyyətin mövcudluğunu sübuta yetirmək mümkün olmadıqda cinayət işi başlamaqdan imtina haqqında qərar çıxarılırdı. Bundan başqa, ayrı-seçkilik qurbanları cinayət işinin başlanmasında və araşdırılmasında çox az rol oynayırdılar.
Beləliklə, Məhkəmə əmin deyil ki, cinayət təqibi orqanlarının hüquqpozanları müəyyənləşdirə və birbaşa ayrı-seçkilik niyyətinin mövcudluğunu sübut edə bilməsindən asılı olan cinayət təqibi həmkarlar ittifaqına üzvlüyə əsaslanan ayrı-seçkiliyə qarşı adekvat və real kompensasiyanı təmin edə bilərdi. Alternativ qismində mülki proses bundan daha həssas məsələni – ərizəçilərlə onların işəgötürəni arasındakı münasibətlərin bütün elementlərinin araşdırılması məsələsini həll etməyə imkan yaradar, o cümlədən dokerləri RDHİ-yə üzvlükdən imtina etməyə məcbur etmək üçün müxtəlif üsullardan istifadə edilməsi məsələsinə aydınlıq gətirər və münasib kompensasiya təyin olunmasını təmin edərdi. Ərizəçilərin ayrı-seçkiliyə məruz qalmamaq hüququnun müdafiə edilməməsi potensial ayrı-seçkilik tədbirləri qarşısında qorxu hissi yarada və potensial üzvlərin həmkarlar ittifaqına daxil olmasına mane ola bilərdi ki, bu da öz növbəsində həmkarlar ittifaqının fəaliyyətinə son qoyulması ilə nəticələnərdi. Beləliklə, dövlət həmkarlar ittifaqına üzvlüyə əsaslanan ayrı-seçkiliyə qarşı səmərəli və aydın məhkəmə müdafiəsini təmin etməkdən ibarət pozitiv öhdəlikləriini yerinə yetirməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə hər bir ərizəçiyə 2.500 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy