Dayanan (Dayanan) Türkiyəyə qarşı - 7377/03
Qərar 13.10.2009 [II Bölmə]
Maddə 6
6-c Maddənin 3 “c” bəndi
Müdafiəçi vasitəsilə müdafiə
Polisdə həbsdə saxlanılarkən susmaq hüququndan istifadə edən şəxsin vəkil ilə görüşünə icazə verilməməsi: pozuntu
Faktlar - 2001-ci ildə ərizəçi qeyri-qanuni silahlı təşkilat olan Hizbullah əleyhinə keçirilən əməliyyatlar zamanı həbs olunmuş və polis nəzarəti altına alınmışdır. O, polisdə həbs müddəti başa çatdıqda vəkil xidmətindən istifadə etmək və susmaq hüququ haqqında məlumatlandırılmış və bunu etmişdi. O, məhkəməyə qədər həbsdə saxlanmış və Hizbullah təşkilatına üzv olmaqda ittiham olunmuşdur. Dövlət Təhlükəsizlik Məhkəməsi onu on iki il altı ay müddətinə azadlıqdan məhrum etmişdir. Kassasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlamışdır.
Hüquqi məsələlər - Maddə 6 § 1 və 3 (c): Ərizəçi şikayət etmişdi ki, polisdə saxlandığı müddətdə hüquqi yardım almamışdır. Məhkəmənin də qəbul etdiyi və presedent hüququ üçün çərçivə formalaşdıran ümumi qəbul olunmuş beynəlxlaq normalara əsasən təqsirləndirilən şəxs polis nəzarətində olduğu müddətdə yalnız istintaq prosesində deyil, bütün müddət ərzində vəkil yardımı almalıdır. Polis nəzarətində olan təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması hüququ bu şəxsin hüquqi yardım ilə asosiasiya edilən bütün xidmətlərə çıxışının olmasını tələb edir. Vəkil təqsirləndirilən şəxsin müdafiəsini sərbəst şəkildə təmin etmək üçün bu fundamental imkanlara malik olmalıdır: işin müzakirə edilməsi, müdafiənin təşkil edilməsi, təqsirləndirilən şəxsin lehinə olan sübutların toplanması, dindirməyə hazırlıq, çətin vəziyyətdə olan təqsirləndirilən şəxsə kömək və saxlanma şəraitinin yoxlanması. Hazırki işdə ərizəçinin polisdə həbsdə olduğu müddətdə hüquqi yardım almaması mübahisələndirilmirdi, çünki o zaman qüvvədə olan qanunvericilik bunu nəzərdə tutmurdu. Həmin qanunvericilik müddəaları əsasında həyata keçirilən bu cür sistematik məhdudiyyət, hətta ərizəçi polis nəzarətində olduğu müddətdə dindirilərkən susmaq hüququnu istifadə etmiş olsa belə, özlüyündə 6-cı Maddənin pozulduğunu elan etmək üçün kifayətdir.
Nəticə: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy