© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
DE SOUZA RİBEYRO FRANSAYA QARŞI
(22689/07 nömrəli ərizə)
QƏRAR
Məhkəmə Prosedur Qaydalarının 81-ci Qaydasına əsasən Qərarın mətnində 2010-cu il iyunun 3-də dəyişikliklər edilmişdir.
STRASBURQ
13 dekabr 2012-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
De Souza Ribeyro Fransaya qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Nikolas Bratza (Nicolas Bratza),
Hakimlər:
Fransuaz Tulkens (Françoise Tulkens),
Nina Vayiç (Nina Vajić),
Lex Qarlitskiy (Lech Garlicki),
Korneliu Birsan (Corneliu Bîrsan),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Alvina Qyulumyan (Alvina Gyulumyan),
Eqbert Miyer (Egbert Myjer),
David For Byorqvinson (David Thór Björgvinsson),
İneta Zimele (Ineta Ziemele),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Zdravka Kalaydyiva (Zdravka Kalaydjieva),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Angelika Nuberger (Angelika Nußberger),
Paulo Pinto de Albuquerge (Paulo Pinto de Albuquerque),
Erik Möse (Erik Møse),
Andre Pototski (Andre Potocki),
və məhkəmə katibinin müavini Maykl Oboyldan (Michael O’Boyle) ibarət tərkibdə
2012-ci il martın 21-də və sentyabrın 19-da qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
İş Braziliya vətəndaşı cənab Luan de Souza Ribeyro (bundan sonra - “ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Fransa Respublikasına qarşı 2007-ci il mayın 22-də təqdim edilmiş ərizə (22689/07 nömrəli) əsasında başlanmışdır. Ərizəçi Kreteyldə (Parisin cənubi-şərqində yerləşən rayon) və Fransa Qvianasında fəaliyyət göstərən hüquqşünas xanım D.Monqet Sarrail tərəfindən təmsil olunmuşdur. Fransa Respublikasının Hökuməti (bundan sonra – “Hökumət”) səlahiyyətli nümayəndəsi, Xarici İşlər Nazirliyinin Hüquqi işləri İdarəsinin rəisi xanım E.Belliard təmsil etmişdir. Ərizəçi iddia etmişdir ki, onun barəsində çıxarılmış deportasiya haqqında qərarın; icra edildikdən öncə mübahisə edə bilmədiyinə görə onun münasibətində həm ayrıca həm də Konvensiyanın 13-cü maddəsi ilə birlikdə oxunan Konvensiyanın 8-ci maddəsi pozulmuşdur. Ərizə Məhkəmənin Beşinci Bölməsinin baxışına verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci Qaydasının 1-ci bəndi). 2009-cu il fevralın 9-da Bölmənin Sədri ərizə haqqında Hökumətə bildiriş göndərilməsinə dair qərar qəbul etmişdir. Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndində və Məhkəmənin Prosedur Qaydalarının 54A Qaydasında müəyyən edildiyi kimi ərizənin qəbuledilənliyinə və mahiyyətinə eyni vaxta baxılması qərara alınmışdır. Beşinci Bölmənin Məhkəmə Palatası sədr, Din Spilman, hakimlər, Elisabet Fura, Jan-Pol Kosta, Karel Yanqveyrt, Mark Viliger, İzabel Berro-Lefevre, Ann Pover və Bölmə katibi Klaudia Vesterdik ibarət tərkibdə 2011-ci il 30 iyun tarixli qərarı ilə ərizəni qismən qəbuledilən hesab etmiş, həmçinin dörd səs lehinə və üç səs əleyhinə olmaqla Konvensiyanın 13-cü maddəsi ilə birlikdə oxunan Konvensiyanın 8-ci maddəsinin pozulmadığını qət etmişdir. Qərara hakimlər Spilman, Berro-Lefevre və Poverin xüsusi rəyi əlavə edilmişdir. 2011-ci il sentyabrın 27-də ərizəçi işi Böyük Palatanın baxışına təqdim edilməsini xahiş etmişdir (Konvensiyanın 43-cü maddəsi). 2011-ci il noyabrın 28-də Böyük Palatanın beş hakimdən ibarət tərkibdə Kollegiyası həmin müraciəti təmin etmişdir. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur. Həm ərizəçi həm də Hökumət işin mahiyyəti üzrə izahatlarını təqdim etmiş, eyni zamanda həmin izahatları yazılı şəkildə cavablandırmışdırlar. Eyni zamanda Beşinci Bölmənin sədri tərəfindən Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndinə və 44-cü Qaydanın 3-cü bəndinə əsasən prosesə müdaxilələrinə icazə verilmiş aşağıdakı təşkilatların izahatları daxil olmuşdur: “Groupe d’information et de soutien des immigrés” (GISTI – İmmiqrantların məlumatlandırılması və dəstəyi qrupu), “the Ligue française des Droits de l’Homme” (LDH – Fransanın İnsan hüquqları Liqası) və “the Comité inter-mouvements auprès des évacués” (CIMADE). Məhkəmə baxışı 2012-ci il martın 21-də Strasburq şəhərində, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında baxılmışdır (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişdirlər:
(a) Hökumətin nümayəndələri
xanım A.-F.Tissier,Fransa respublikası Hökumətinin səlahiyyətli nümayəndəsi, Xarici və Avropa İşləri Nazirliyi Hüquqi işlər idarəsinin İnsan hüquqları şöbəsinin rəisi
cənab B.Jadot,katib, Xarici və Avropa İşləri Nazirliyi Hüquqi işlər idarəsi
cənab S.Hambert,İmmiqrasiya və inteqrasiya üzrə Baş Katibinin hüquqi məsələləri üzrə müşaviri
xanım C.Salmon,Xarici ərazilər üzrə Baş Nümayəndəliyinin Hüquqi və institusional işlər idarəsinin rəis müavini
(b) Ərizəçilərin nümayəndələri
xanım D.Monqet Sarrail Fransa Qvianasında fəaliyyət göstərən hüquqşünas
xanım L.Navenek Normand Val de Marnda (Fransanın şimalında yerləşən rayon) fəaliyyət göstərən hüquqşünas
Məhkəmə xanım Monqet Sarrailin və xanım Tissierin çıxışlarını və verilmiş suallara onların cavablarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
Ərizəçi 1988-ci il iyunun 14-də anadan olmuş və hal-hazırda Fransa Qvianasında Remire Montjoli rayonunda (Fransanın Cənubi Amerikadakı əraziləri) yaşayır.O, dörd yaşı olarkən Fransanın Qvianasına 1992-ci ildə Braziliyadan gəlmişdir və Braziliyaya 1994-cü ildə qayıdandan əvvəl bir il ərzində orada məktəbdə oxumuşdur.1995-ci ildə ərizəçi turist vizası ilə Fransa Qvianasının Kayen bölgəsinə qayıdaraq, orada daimi yaşamaq icazələri olan valideynləri, həmçinin iki bacı və iki qardaşları ilə qovuşmuşdur (uşaqların birin Fransanın vətəndaşıdır digər üçü isə Fransanın ərazisində anadan olmuşlar və vətəndaşlığa qəbul olunmaq üçün müvafiq qaydada müraciət etmişdirlər). Onun baba və nənələri Braziliyada yaşayırdı.Ərizəçi 1996-2004-cü illər ərzində Fransa Qvianasında ibtidai və orta məktəbdə oxumuşdur. Yaşamaq üçün müvafiq icazəsi olmadığı və müəyyən yaşa çatdıqdan sonra onun alınması üçün müraciət edə bilmədiyi üçün ərizəçi 2004-cü ildə on altı yaşı olarkən məktəbi bitirməyə məcbur olmuşdur (bax: aşağıda qeyd edilən 26-cı bənd).2005-ci il mayın 25-də ərizəçi narkotik cinayəti ilə əlaqədar həbs edilmişdir. Kayen Yuvenal Məhkəməsinin 2006-cı il 17 may tarixli qərarı ilə ərizəçinin məhkəmənin nəzarəti altında saxlanılması haqqında qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul etmiş və onun Fransa Qvianasının hüdudlarından kənara çıxmasına qadağa qoyulmuşdur.Kayen Yuvenal Məhkəməsi 2006-cı il 25 oktyabr tarixli hökmü ilə ərizəçini şərti olaraq iki ay müddətinə azadlıqdan məhrum etmiş və onun barəsində iki il müddətində probasiya tətbiq etmişdir. Həmin müddət ərzində ərizəçi səlahiyyətli orqanı olduğu yeri barədə məlumatlandırmalı və kokainin qanunsuz saxlanılması ilə əlaqədar on səkkiz yaşınadək müvafiq təlimi keçməli idi. Həmin hökmün icrası məqsədilə ərizəçi 2006-cı il oktyabrın 13-dən 2007-ci il martın 30-dək Fransa Qvianasında sosial-təcrübə və inteqrasiya sxeminin bir hissə kimi tətbiq edilən müvafiq təlim kursunda iştirak etmişdir.2007-ci il yanvarın 25-də ərizəçi və onun anası yolda keçirilən yoxlama zamanı saxlanılmışdırlar. Ərizəçi Fransa ərazisində olmanın qanuniliyini təsdiq edən sənədləri göstərə bilmədiyinə görə həbs edilmişdir.Həmin gün saat 10:00-da ərizəçi barəsində ölkə hüdudlarından inzibati qaydada çıxarılma və inzibati qaydada həbs haqqında qərar qəbul olunmuşdur. Çıxarılma haqqında qərarda aşağıdakılar qeyd edilmişdir:
“ - İnsan hüquqları və əsas azadlıqları haqqında 1950-ci il 4 noyabr tarixli Konvensiyaya və xüsusilə 3-cü və 8-ci maddələrə istinad edərək,
...
- Bububla Fransa Qvianasının Sərhəd Polisinin 2007-ci il 25 yanvar tarixli 56 nömrəli hesabatına əsasən:
- ərizəçinin Fransa ərazisinə qanuni əsaslarla keçdiyini sübut etmək mümkün deyil;
- ərizəçi Fransa ərazisində qanunsuz yaşamışdır;
- Bununla hazırkı işin xüsusiyyətlərini nəzərə alaraq qeyd olunan əcnəbi haqqında inzibati qaydada çıxarılma barədə qərar qəbul edilməlidir,
- Bununla həmin şəxsə yazılı qaydada öz qeydlərini təqdim etmək barədə hüququ izah edilmişdir,
- Bununla hazırkı işin xüsusiyyətlərini nəzərə alaraq həmin şəxsin ailə həyatına əsassız müdaxilə baş verməmişdir,
- Bununla əcnəbi vətəndaşı olduğu (və ya daimi yaşadığı) ölkəyə deportasiya olunduğu təqdirdə İnsan hüquqları haqqında Avropa Konvensiyasına zidd olaraq cəzaya və ya qeyri-insani rəftara məruz qalacağını iddia etməmişdir,
...
Bununla ərizəçinin inzibati qaydada çıxarılması qərara alınır.”
2007-ci il yanvarın 26-da ərizəçi Kayen İnzibati Məhkəməsinə iki faks göndərmişdir.
Şikayətin birində inzibati qaydada çıxarılma haqqında qərarın məhkəmə qaydasında ləğv edilməsi və daimi yaşamağa icazənin verilməsi haqqında qərarın qəbul edilməsi xahiş edilmişdir. Öz iddiasını müdafiə etmək üçün ərizəçi bildirmişdir ki, inzibati qaydada çıxarılma haqqında qərar Xarici vətəndaşların və qaçqın statusu əldə etmək istəyən şəxslərin ölkə ərazisinə daxil olmasını və yaşamasını tənzimləyən Məcəllənin (bundan sonra – “Məcəllə”) L. 511-4 (2) maddəsini pozur (bax: aşağıda qeyd edilən 26-cı bənd) və Konvensiyanın 8-ci maddəsinə istinad edərək iddia etmişdir ki, səlahiyyətli qurumlar onun inzibati qaydada çıxarılması haqqında qərarı qəbul edərək açıq-aşkar onun şəxsi və ailə həyatına hörmət hüququnu pozmuşdurlar. Ərizəçi izah etmişdir ki, o Fransanın ərazisinə on üç yaşı tamam olmamış daxil olmuş və burada adi qaydada yaşamış, onun valideynlərinin daimi yaşamaq icazəsi var, qardaşın biri Fransa respublikasının vətəndaşlığını qəbul etmiş digər qardaşa və iki bacısı Fransanın ərazisində anadan olmuşdurlar. Eyni zamanda ərizəçi bildirmişdir ki, o iki il sınaq müddətini gözləməli və bu müddəti pozduğu təqdirdə həbsə alınacaq, həmçinin həmin müddət ərzində o qərara əsasən mexanika kurslarına daxil olmuşdur.
Faksla göndərilmiş digər müraciətdə ərizəçi onun inzibati qayda çıxarılması haqqında qərarın qanunauyğun olub-olmadığının mübahisələndirildiyini nəzərə alaraq çıxarılma barədə qərarın icrasının dayandırılması üçün təcili qaydada ərizə vermişdir. Öz iddiasını müdafiə edərək, o, yenidən Konvensiyanın 8-ci maddəsinə istinad etmiş və məhkəmə nəzarəti qaydasında verdiyi şikayətdə şəxsi və ailə həyatının Fransa Qvianasında keçdiyi barədə arqumentlərini təkrarlamışdı.
Yanvarın 26-da saat 16:00-da ərizəçi Braziliyanın Belem şəhərinə deportasiya edilmişdir.Həmin gün çıxarılma haqqında qərarın təcili dayandırılması barədə müraciətə baxan Kayen İnzibati Məhkəməsinin hakimi ərizəçinin artıq deportasiya edildiyini nəzərə alaraq həmin ərizənin məqsədəuyğun olmadığı barədə qərar qəbul etmişdir.
Ərizəçi həmin qərardan Dövlət Şurasına apellyasiya şikayətinin verilməsi məqsədilə ona təmənnasız hüquqi yardımın göstərilməsi üçün müraciət etmişdir. Dövlət Şurasının Təmənnasız hüquqi yardım üzrə departament rəisinin 2007-ci il 6 mart tarixli qərarı ilə “məhkəməni inandırmaq üçün ciddi əsaslar olmadığına görə” ərizəçinin şikayəti rədd edilmişdir.2007-ci il fevralı 6-da ərizəçi öz azadlığın müdafiəsi ilə bağlı Kayen İnzibati Məhkəməsinə təcili qaydada ərizə vermişdir. Ərizəçi Konvensiyaya və Məhkəmənin presedent hüququna istinad edərək iddia etmişdir ki, səlahiyyətli qurumlar onun ailə həyatına və səmərəli hüquqi vasitələrə malik olmaq hüququna ciddi və aşkar qanunsuz olan müdaxilə etmişdirlər. O xahiş etmişdir ki, Konvensiyanın iddia olunan pozuntuları ilə əlaqədar öz mövqeyinin səmərəli müdafiə edilməsi üçün və qubernatorluq onun Fransa Qvianasında daimi yaşamaq hüququnun olub-olmadığını araşdırarkən Fransa Qvianasının qubernatoru qərarın qəbul edilməsi barədə bildirişin göndərilməsindən sonra iyirmi dörd saat ərzində onun geriyə qaytarılmasını təmin etsin.
Kayen İnzibati Məhkəməsinin hakimi 2007-ci il 7 fevral tarixli qərarı ilə təcili qaydada verilmiş ərizəyə baxaraq onu rədd etmiş və mahiyyəti üzrə müəyyən etmişdir ki, ərizəçinin xahiş etdiyi tədbir daimi hesab olunur, lakin təcili qaydada verilmiş ərizə üzrə hakim yalnız müvəqqəti xarakterli tədbir barədə qərar qəbul edə bilər.2007-ci il avqust ayında ərizəçi Fransa Qvianasında qanunsuz qayıtmışdır.2007-ci il oktyabrın 4-də Kayen İnzibati Məhkəməsi ərizəçinin məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışı keçirtmişdir (bax: yuxarıda qeyd edilən 18-ci bənd). 2007-ci il oktyabrın 18-də qəbul edilmiş qərarda məhkəmə inzibati qaydada çıxarılma haqqında qərarı ləğv etmişdir. Məhkəməyə əsasən ərizəçi iddia etmişdir ki, o, 1995-ci ildə on yeddi yaşı olarkən Fransaya qayıtmış və orada adi qaydada yaşamışdır. Öz iddianı müdafiə etmək üçün ərizəçi məktəbdə almış sertifikatları təqdim etmiş, lakin qubernator onların həqiqiliyini mübahisə etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin anası Fransa Qvianasında immiqrant statusu əsasında yaşayır və onun atası da orada yaşayır. Bundan sonra məhkəmə qeyd etmişdir ki, ərizəçi məhkəmə nəzarəti qaydasında çıxarılmış qərara əsasən 2005-ci ildə Fransa Qvianasında həbs edilmiş və onun Fransa ərazisini tərk etməsinə məhdudiyyət qoyulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi Məcəllənin L. 511-4 (2) maddəsində təsbit edilmiş şərtlərə riayət etmiş bununla inzibati qaydada çıxarılma haqqında qərar onun barəsində qəbul edilməməlidir.
Ərizəçinin qərar qəbul edildikdən sonra bir ay ərzində Fransa Qvianasının qubernatoru tərəfindən ona ölkə ərazisində yaşamağa icazə verən sənədin verilməsi barədə xahişinə baxaraq məhkəmə hesab etmişdir ki, onun qərarı yalnız inzibati qaydada çıxarılma haqqında qərarın ləğv edilməsi ilə bağlı olduğu üçün müvəqqəti yaşamağa icazənin verilməsi məsələsinə mütləq baxmamalıdır. Lakin məhkəmə müəyyən etmişdir ki, qubernator üç ay ərzində ərizəçinin ölkə ərazisində yaşamağa icazənin verilməsi məsələsini həll etməlidir.2009-cu il iyunun 16-da Fransa Qvianasının qubernatorluğu ərizəçiyə ölkədə bir il ərzində müvəqqəti yaşamaq icazəsi vermişdir, lakin həmin sənədlə ona işləmək icazəsi verilməmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, ərizəçiyə ölkə ərazisində müvəqqəti yaşamağa icazə səhvən verilmişdir. 2009-cu il sentyabrın 23-də ərizəçiyə “şəxsi və ailə həyatı” ilə əlaqədar ölkə ərazisində yaşamağa yeni icazə verilmişdir. Həmin icazə köhnə tarixlə yəni 2009-cu il iyun ayında verilmiş kimi hesab edilmişdir və bir il ərzində qüvvədə olmaqla ərizəçiyə işləmək hüququ vermişdir.
Həmin icazə bitdiyi tarixdə yəni 2010-cu il iyunun 15-də yenilənməsi üçün tələb olunan sənədlərdə müəyyən problemlər olduğuna görə uzadılmamışdır. 2010-cu il oktyabrın 14-də ərizəçiyə ölkə ərazisində yaşamaq üçün yeni icazə verilmiş və həmin icazə 2010-cu il iyunun 16-dan 2011-ci il iyunun 15-dək qüvvədə idi və sonradan 2012-ci il iyunun 15-dək uzadılmışdır. Hal-hazırda ərizəçi “şəxsi və ailə həyatı” ilə əlaqədar ölkə ərazisində yeni icazə əsasında yaşayır.
II. MÜVAFİQ MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ
Fransa Qvianası Fransanın xarici regionudur. Konstitusiyanın 73-cü maddəsinə əsasən Fransanın qanunları və digər normativ-hüquqi aktları xarici ərazilərdə avtomatik olaraq tətbiq edilir. Lakin xüsusi xarakteristikaları və ya məhdudiyyətləri nəzərə alaraq müəyyən istisnalara icazə verilə bilər. Xarici ərazilərdə immiqrasiya məsələlərinin həll edilməsi üçün müəyyən fərqlərlə Xarici vətəndaşların və qaçqın statusu əldə etmək istəyən şəxslərin ölkə ərazisinə daxil olmasını və yaşamasını tənzimləyən Məcəllə (bundan sonra – “Məcəllə”) tətbiq edilir.
A. Xarici vətəndaşların ölkədə qalmanı tənzimləyən müddəalar
Həmin vaxt qüvvədə olan Məcəllənin müvafiq müddəalarında aşağıdakılar qeyd edilir:
Maddə L. 313-11
“İctimai asayişə təhlükə yaradılmırsa aşağıda göstərilən şəxslərə “şəxsi və ailə həyatı” ilə əlaqədar ölkə ərazisində müvəqqəti olmaya avtomatik icazə verilir:
(1) valideynin biri tam immiqrant statusuna malikdirsə on səkkiz yaşına çatmış xarici vətəndaşlara...;
(2) on üç yaşdan öz bioloji və ya qanuni valideynlərlə Fransanın ərazisində qalmanı müvafiq qaydada sübut edə bilən on səkkiz yaşına çatmış xarici vətəndaşlara; qohumluq əlaqəsi Məcəllənin L. 314-11 maddəsi əsasında müəyyən edilir; Məcəllənin L. 313-11 maddəsində təsbit edilmiş şərtlər mütləq hesab edilmir;...”
Maddə L. 511-4
“Aşağıdakı şəxslər Fransa ərazisini tərk etməyə məcbur edilə və ya inzibati qaydada çıxarıla bilməz:
(1) ...;
(2) On üç yaşından Fransanın ərazisində adi qaydada yaşadığını sübut edə bilən şəxslər; ...”
Bu müddəalar Fransanın xarici əraziləri daxil olmaqla bütövlükdə Fransada tətbiq edilir.
B. İnzibati qaydada çıxarılma və inzibati məhkəmələrə şikayət etmə
1. Tətbiq edilən ümumi qanunvericilik
Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən ərazidən çıxarılma tədbirləri 2006-911 nömrəli 2006-cı il 24 iyul tarixli Qanunu ilə qüvvəyə minmiş Məcəllənin V-ci Cildi ilə tənzim edilmişdir. Onlar Fransa ərazisini tərk etmək vəzifəsini (L. 511-1-I maddə) və inzibati qaydada çıxarılmanı (L. 511-1-II maddə) əhatə edir.Ölkəyə qanuni əsaslarla daxil olduğunu sübut edə bilməyən və ya qanunsuz olmuş və hər-hansı əsaslarla ölkədə olmağa icazənin verilməsi mümkün olmayan xarici vətəndaşlar barəsində xüsusilə inzibati qaydada ölkədən çıxarılma haqqında qərar qəbul edilə bilər (bax: Məcəllənin L. 511-1-I – L. 511-1-III maddələr).Xarici vətəndaş barəsində inzibati qaydada həbs tətbiq edilibsə o öz hüquqları barəsində məlumatlandırılmalı və inzibati təcridxanada müvafiq assosiasiya tərəfindən təqdim edilən hüquqi yardımdan yararlanmalıdır. Həmin assosiasiyalar qaçqınların işləri üzrə səlahiyyətli Nazirliklə müvafiq müqavilə bağlamış hüquqi şəxsdirlər və onların əsas vəzifələri xarici vətəndaşlarını məlumatlandırmaqdan və öz hüquqlarından istifadə etməyə dəstək göstərilməsindən ibarətdir. 2007-ci ildən etibarən CIMADE (assosiasiyanın adı) Fransanın inzibati təcridxanalarında fəaliyyət göstərir. 2010-cu ildən isə digər dörd assosiasiya fəaliyyətə başlayıb: Ordr de Malt, Emiqrantlarla Sosial İşlər üzrə Assosiasiya (ASSFAM), France Terre d’Asile (Fransanın Sığınacaq yeri) və Qaçqınlar Forumu.Ölkə ərazisindən inzibati qaydada çıxarılma haqqında qərardan onun çıxarıldığı andan 48 saat ərzində inzibati məhkəmələrə şikayət verilə bilər (bax: Məcəllənin L. 512-2 maddəsi). Şikayət əsasında çıxarılmanın icrası dayandırılır, lakin xarici vətəndaşı inzibati təcridxanada saxlanılmasından azad etmir. Xarici vətəndaş şikayət vermək üçün ayrılmış müddət ötdükdən əvvəl və ya şikayət məhkəməyə təqdim edilibsə məhkəmə tərəfindən iş üzrə qərarın qəbul edilməsindən əvvəl deportasiya edilə bilməz (bax: Məcəllənin L. 512-3 maddəsi). Təyinat ölkə haqqında qərardad isə ölkə ərazisindən inzibati qaydada çıxarılma haqqında qərardan ayrıca qəbul edilir. Həmin qərardad da eyni vaxtda mübahisələndirilirsə, bununla bağlı məhkəməyə verilmiş şikayət deportasiya haqqında qərarın icrasını dayandırır (bax: Məcəllənin L. 513-3 maddəsi).Şikayət məhkəmə nəzarəti qaydasında təqdim edilir və ona baxılması zamanı təzminatı ödənilməsi məsələsinin araşdırılması nəzərdə tutulmur. Bununla inzibati məhkəməsi yalnız deportasiya haqqında qərarın qanuna uyğun olub-olmadığını araşdırır. Məhkəmə ictimai qaydaların təmin olunması ilə əsaslandırılan arqumentlərin xarici vətəndaşın istinad etdiyi fundamental azadlıqlara mütənasib olub-olmadığını araşdırır. Təyinat ölkəni müəyyən edən qərardaddan verilmiş şikayəti araşdırarkən məhkəmə Konvensiyanın 3-cü maddəsi ilə uyğunluq məsələsini öyrənir. Həmçinin deportasiya haqqında qərarı ilə nail olunması istənilən məqsədlərin xarici vətəndaşın Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi və ailə həyatına hörmət hüququ ilə mütənasibliyi araşdırılır.İnzibati məhkəmə yetmiş iki saat ərzində qərar qəbul etməlidir.İnzibati məhkəmənin qərarından apellyasiya şikayəti ərazi məhkəmə aidiyyətliyi üzrə həmin inzibati məhkəməsinin sədrinə və ya onun tərəfindən təyin edilmiş nümayəndəyə verilir. Apellyasiya şikayəti deportasiya haqqında qərarın icrasını dayandırmır (bax: İnzibati Məhkəmələr haqqında Məcəllənin R.776-19 maddəsi).Ölkə ərazisindən inzibati qaydada çıxarılma haqqında qərarın ləğv edilməsi əsasları Məcəllənin L. 513-3 maddəsində təsbit edilmişdir. İlk növbədə həmin qərarla inzibati həbsə və ya ev dustaqlığına son qoyulur. Bundan sonra müvafiq səlahiyyətli orqan onların işinə baxır və ölkə ərazisində müvəqqəti qalma haqqında icazə verir. Sonda deportasiya məsələsinə baxan hakimin xarici vətəndaşın işini sadəcə səlahiyyətli orqana göndərmir, məhkəmə, həmçinin İnzibati Məhkəmələr haqqında Məcəllənin L.911-2 maddəsinə əsasən qubernatorun üzərinə həmin şəxsə onun tərəfindən bununla bağlı müraciət edib-etmədiyinə baxmayaraq ölkə ərazisində daimi yaşamaq statusunun verilməsi məsələsinə baxılmasını həvalə edir və bunun həll edilməsi üçün müvafiq müddət müəyyən edir (bax: misal üçün, M.Abid.A.-nın 275262 nömrəli şikayəti üzrə Dövlət Şurasının 2006-cı il 13 oktyabr tarixli qərarı).Lakin deportasiya haqqında qərarı ləğv edən inzibati məhkəməsinin qərarı qubernatorun üzərinə əcnəbiyə ölkə ərazisində daimi yaşamaq icazəni vermək vəzifəsini qoymur, belə ki, həmin qərar daimi yaşamaq icazənin verilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsini nəzərdə tutmur (bax: Diengin 224496 nömrəli şikayəti üzrə Dövlət Şurasının 2002-ci il 22 fevral tarixli əsas qərarı). Həmin yanaşma qərardadla Konvensiyanın 8-ci maddəsi əsas götürülərək deportasiya haqqında qərarın ləğv edilməsi ilə əlaqədar tətbiq edilir. Məhkəmənin presedent hüququna əsasən həmin şəxsin məsələsinin araşdırılması mahiyyətcə deportasiya haqqında qərarın ləğv edilməsi haqqında qərardadın tam icrası ilə tamamlanır. Lakin res judicata (həll edilmiş işi yenidən baxmamaq) prinsipinə əsasən səlahiyyətli inzibati orqanlar işin hallarında dəyişikliklər mövcud olmadıqda eyni əsaslarla deportasiya haqqında qərarı qəbul edə bilməzlər.Həmin müddəalara (bax: yuxarıda qeyd edilən 28-36-cı bəndlər) ölkə ərazisində qanunsuz yaşayan əcnəbilərin deportasiya proseduralarını təkmilləşdirən 2011-672 nömrəli 2011-ci il 16 iyun tarixli Qanunu əlavələr edilmişdir. İnzibati qaydada ölkə ərazisindən çıxarılmaqla bağlı olan məhkəmə təcrübəsində bundan əvvəl tətbiq edilən həll vasitələri bütövlükdə hazırkı işdə istifadə edilir.
2. Fransa Qvianasında tətbiq edilən qanunvericilik
Həmin vaxt qüvvədə olan Məcəllənin müvafiq müddəalarında aşağıdakılar qeyd edilir:
Maddə L. 514-1
“Bu hissənin məqsədləri üçün Fransa Qvianasında və Sant Martinda aşağıdakı müddəalar tətbiq edilir:
(1) Konsulluq səlahiyyətini həyata keçirən müvafiq orqan məqsədəmüvafiq hesab etsə ölkədən çıxarılma haqqında qərar qəbul ediləndən sonra bir gün ərzində icra edilməməlidir;
(2) Əvvəlki bənddə qeyd edilən müddəalara xələl yetirmədən Fransa ərazisini tərk etməli və barəsində inzibati qaydada çıxarılma haqqında qərar qəbul edilmiş şəxs və inzibati məhkəməyə şikayət etmiş hər kəs eyni zamanda icranın dayandırılması üçün müvafiq qaydada müraciət edə bilər.
Bununla L.512-1 və L. 512-2-Lş512-4 maddələr (qubernator tərəfindən qəbul edilmiş ölkə ərazisindən çıxarılma haqqında qərardan qırx səkkiz saat ərzində şikayət verilə bilər və bununla icra təxirə salınır) Fransa Qvianasında və Sant Martinda tətbiq edilmir.”
Fransanın adi qanunvericiliyindən fərqli olaraq (bax: yuxarıda qeyd edilən 31-ci bənd) inzibati məhkəmələrə şikayətin verilməsi ölkədən çıxarılmanın icrasını dayandırmır. Adətən məhdud zamanda tətbiq edilən həmin istisnalar Fransa Qvianasında Ölkə Ərazilərin Təhlükəsizliyi Qanunu (2003-239 nömrəli 2003-cü il 18 mart tarixli Qanun) əsasında daimi tətbiq edilir.Konstitusiyanın 61-ci maddəsində təsbit edildiyi kimi həmin tədbirin Fransa Konstitusiyasına uyğun olub-olmadığının yoxlanılması ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edilmiş və o, müraciəti təmin etmişdir. Konstitusiya Məhkəməsi həmin tədbirin Konstitusiyanın 73-cü maddəsinə uyğun olub-olmadığı araşdırarkən 2003-cü il 13 mart tarixli 2003-467 nömrəli qərarında aşağıdakıları qeyd etmişdir:
“Ölkə Ərazilərin Təhlükəsizliyi Qanununun 141-ci və 142-ci maddələri xüsusi müddəaları təsbit edir ... Fransa Qvianasında və Sant Martin bələdiyyəsində daimi tətbiq edilir; həmin müddəalara əsasən müəyyən əcnəbilərə ölkə ərazisində yaşamağa icazənin verilməsindən imtina 1945-ci il 2 noyabr tarixli qərarının 12-ci maddəsində təsbit edilmiş komitənin baxışına verilmir və ölkədən çıxarılma haqqında qərardan verilmiş şikayət təxirə salınma təsirinə malik deyil.
Ərizəçi MP iddia edir ki, 141-ci və 142-ci maddələrdə təsbit edilmiş daimi rejim onun “Konstitusiya ilə müdafiə olunan hüquqları və təminatları xüsusi ilə müdafiə olunmaq hüququnu pozur” və Konstitusiyanın 73-cü maddəsi ilə rəsmiləşdirən xarici ərazilər departamentlərinin (rayonlar) qanunvericiliyi ilə tənzim etmənin çərçivəsindən qırağa çıxır.
Müvafiq məsələlərin həll edilməsi və Fransa Qvianasında, Sant Martin bələdiyyəsində və Qvadelupa departamentində insanların hərəkət etmək azadlığı ilə bağlı yaranan çətinliklərin aradan qaldırılması üçün Parlament Konstitusiyada təsbit edilmiş ictimai zərurətlə insan hüquq və azadlıqlarının qorunması arasında tarazlığa xələl yetirmədən yuxarıda qeyd edilən 1945-ci il 2 noyabr tarixli qərarının 12-ci və 40-cı maddələri ilə xüsusi rejim müəyyən etmişdir. Müvafiq şəxs inzibati tədbirə qarşı şikayət vermək və xüsusilə inzibati məhkəmələrə təcili qaydada ərizə vermək hüququna malikdir. Qanunsuz immiqrasiyaya qarşı mübarizənin sərtləşdirilməsi kimi xüsusi məqsədlərə aid olan halları nəzərə alaraq qanunvericilik konstitusional bərabərlik prinsipini pozmur. Özü-özlüyündə tənzim etmə Konstitusiyanın 73-cü maddəsinə zidd deyil. ...”
Əcnəbilərin ölkə ərazisindən çıxarılması ilə əlaqədar Fransanın qanunvericiliyi oxşar istisnaların digər altı xarici ərazilərdə - departamentlərdə (Qvadelupa, Mayot, Volis və Futuna, Sant-Barfelemi, Sant Martin, Fransa Polineziyası) və Yeni Kaledoniyada tətbiq edilməsini tənzimləyir.
C. Təcili qaydada verilmiş ərizə
İcranın dayandırılması və ya fundamental azadlıqlarının qorunması üçün təcili qaydada ərizələrin verilməsi məsələsini tənzim edən müddəalar bütün Fransada olduğu kimi Fransa Qvianasında da tətbiq edilir. İnzibati Məhkəmələr haqqında Məcəllənin müvafiq müddəalarında aşağıdakılar təsbit edilmişdir:
Maddə L.521-1
“İmtina daxil olmaqla hər hansı inzibati qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün ərizə verildikdə təcili qaydada verilmiş ərizə üzrə işə baxan hakim həmin qərardadın icrasını və ya iş üzrə sübutlarla ya da qərardadın qanuna uyğunluğu ilə bağlı hər-hansı şübhələrin mövcudluğu ilə əlaqədar müəyyən əsaslar olduqda onun təsirinin dayandırılmasını qət edir.
İcranın dayandırılması barədə qərar qəbul edildikdə qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar verilmiş şikayət üzrə qərar mümkün qədər qısa müddət ərzində qəbul edilməlidir. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar verilmiş şikayət üzrə qərar qəbul edildikdən sonra icranın dayandırılmasına tez bir zamanda xitam verilməlidir.”
Maddə L.521-2
“Həmin qaydada daxil olmuş ərizələrə baxan hakim təşkilatlar tərəfindən səlahiyyətlərin icrası zamanı ciddi və açıq aşkar qanunsuz şəkildə pozulan fundamental azadlıqlarının qorunması məqsədilə müvafiq tədbirlərin tətbiqini qət edə bilər. Təcili qaydada verilmiş ərizələrə baxan hakim qırx səkkiz saat ərzində qərar verməlidir.”
İnzibati Məhkəmələr haqqında Məcəllənin L.521-1 maddəsinə əsasən baxışına verilmiş işi araşdıraraq Dövlət Şurası aşağıdakıları qeyd etmişdir:
“Deportasiya haqqında qərarın icrası ciddi və birbaşa ictimai maraqlarını, ərizəçinin durumunu və ya onun qoruduğu maraqlarını pozduqda məsələnin çevikliyi inzibati tədbirin icrasının dayandırılmasını əsaslandırır. Ölkə ərazisində yaşamaq icazəsinin verilməsindən imtina haqqında qərarın icrasının dayandırılması barədə təcili qaydada verilmiş ərizəyə baxan hakim icazənin verilməməsi nəticəsində müvafiq şəxsə edilən birbaşa təsiri nəzərə alaraq çevikliyi qiymətləndirməli və səbəbləri göstərməlidir. Əcnəbilərin və qaçqın statusu əldə etmək istəyən şəxslərin ölkə ərazisinə daxil olmasını və burada yaşamasını tənzim edən Məcəllənin L.514-1 maddədə təsbit edilir ki, həmin Məcəllənin L.512-1 maddə Fransa Qvianasında tətbiq edilmir, bununla əlaqədar ölkə ərazisində yaşamaq icazəsinin verilməsindən imtina ilə birlikdə qəbul edilən Fransa ərazisindən təyinat ölkəyə çıxarılması haqqında qərardaddan əcnəbi tərəfindən verilmiş şikayət Fransa ərazisini məcburi tərk etmək öhdəliyinin icrasını dayandırmır.”
Belə olan halda Dövlət Şurası aşağıdakı nəticəyə gəlmişdir:
“deportasiyanın istənilən an icra edilməsi təcili hal kimi səciyyələndirilə bilər və İnzibati Məhkəmələr haqqında Məcəllənin L.521-1 maddəsinə əsasən təcili qaydada verilmiş ərizəyə baxan hakim ölkə ərazisində yaşamaq icazəsinin verilməsindən imtina ilə birlikdə qəbul edilən Fransa ərazisindən təyinat ölkəyə çıxarılması haqqında qərardadın icrasını dayandıra bilər.” (Dövlət Şurasının M. Takaram A işi üzrə 2011-ci il 9 noyabr tarixli qərarı (M. Takaram A., no. 346700, Lebon collection)
D. Polis Etikası üzrə Milli Komissiyanın 2008-9 saylı rəyi
2008-ci il yanvarın 23-də verilmiş şikayət üzrə Polis Etikası üzrə Milli Komissiya 2007-ci il noyabrın 12-də sərhədçilər tərəfindən tutulmuş və deportasiyasından əvvəl təcridxanada saxlanılan və Kayenin xəstəxanasına yerləşdirildiyindən altı saatdan sonra vəfat etmiş Braziliya vətəndaşı cənab C.D.-nin işinin hallarını araşdırmışdır.2008-ci il 1 dekabr tarixli rəyində Polis Etikası üzrə Milli Komissiya aşağıdakıları qeyd etmişdir:
“iki mobil sərhəd patrul dəstəsi buraxıldıqda 2006-cı ildən 2008-ci il yanvarın 30-dək Fransa Qvianasının sərhəd polisinin təcrübəsində mövcud olan iş metodları və məlumatın emalı təcrübəsi ilə formal şəkildə qanuni olan proseduralar pərdəsi altında mütəmadi olaraq cinayət prosesinin bütün prinsipləri və xüsusilə həbs edilmiş şəxslərin ən elementar insan haqları pozulmuşdur ... hesabatlarında qeyd olunan müddətləri qəsdən saxtalaşdırılması və ya əvvəlcədən çap edilmiş blankları istifadə edilməsi nəticəsində tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqları pozulmuş və onlar hətta məsələ ilə əlaqədar istədiklərini bildirə bilməmişdirlər.
Qanunun mütəmadi olaraq və uzun müddət ərzində pozuntusu ilə əlaqədar Komissiya tövsiyə edir ...
Həmin tədbirləri uzun müddət ərzində həyata keçirən və ya buna icazə verən bütün şəxsləri intizam məsuliyyətinə cəlb etmək ...
Komissiya bütövlükdə xarici ərazilərdə qulluq edənlərə xatırladır ki:
...
qanunsuz immiqrantlarla mübarizədə mərkəzi hakimiyyət tərəfindən tələb edilən icra edilmiş deportasiyaların sayı heç bir halda proseduranın keyfiyyətinə və qanuniliyinə xələl yetirməməlidir;
və təcridxanada saxlanılması, şəxsiyyətin yoxlanılması inzibati qaydada həbs kimi tətbiq edilmiş qanuni tədbirlərdən asılı olmayaraq müvafiq şəxslər əsas hüquqlara malikdirlər və polis bu barədə onları danışa bildikləri dildə məlumatlandırmalıdır, bununla olar həmin hüquqlardan ötəri deyil səmərəli istifadə edə bilsinlər.”
III. MÜVAFİQ BEYNƏLXALQ VASİTƏLƏR VƏ TƏCRÜBƏ
A. Avropa Şurasının vasitələri
1. Nazirlər Komitəsi
2005-ci il mayın 4-də Nazirlər Komitəsi “Məcburi qaytarma haqqında iyirmi direktiv” qəbul edib. Həmin direktivdə aşağıdakılar təsbit edilmişdir:
“2-ci direktiv. Deportasiya haqqında qərarın qəbul edilməsi
Deportasiya haqqında qərarlar yalnız qanun əsasında qəbul edilə bilər.
1. Deportasiya haqqında qərar yalnız qəbul edən ölkənin müvafiq səlahiyyətli orqanın malik olduğu bütün aidiyyəti məlumatın araşdırılmasından sonra qəbul edilir və qərarın uyğunluğu və ya onun icrası zamanı mümkün qədər gözlənilir ki, deportasiya olunan şəxs aşağıdakılara məruz qalmayacaq :
a) onun barəsində ölüm cəzası tətbiq edilməyəcək və ya o, işgəncəyə qeyri-insani və ya ləyaqəti alçaldan rəftara ya da cəzaya məruz qalmayacaq;
b) öldürülmək və ya dövlət nümayəndələri olmayan şəxslər tərəfindən qeyri-insani və ləyaqəti alçaldan cəzaya məruz qalmayacaq, o halda ki, təyinat ölkəsinin səlahiyyətli orqanları, tərəflər və ya ərazinin əsas hissəsini nəzarət altında saxlayan, o cümlədən beynəlxalq təşkilatlar həmin şəxsin müdafiəsini təmin edə bilmirlər və ya etmək istəmirlərsə;
c) beynəlxalq hüquq və ya milli qanunvericilik əsasında beynəlxalq müdafiə mexanizmlərini təqdim digər hallar.
2. Deportasiya haqqında qərar yalnız qəbul edən ölkənin müvafiq səlahiyyətli orqanın malik olduğu bütün aidiyyəti məlumatın araşdırılmasından sonra qəbul edilir və təsdiqlənir ki, deportasiya olunan əcnəbinin şəxsi və ailə həyatına hüququna müdaxilə mütənasibdir və qanuni məqsədləri güdür.
...
5-ci direktiv. Deportasiya haqqında qərara qarşı hüquqi vasitələr
1. Deportasiya haqqında qərarda və ya deportasiya ilə nəticələnən proses zamanı müstəqil və qərəzsiz üzvlərdən ibarət səlahiyyətli qurum və ya orqan tərəfindən məsələ araşdırılarkən müvafiq səmərəli hüquqi vasitənin mövcudluğu təmin edilməlidir. Səlahiyyətli qurum və ya orqan deportasiya haqqında qərara yenidən baxılmaq, o cümlədən onun icrasını müvəqqəti dayandırmaq səlahiyyətinə malik olmalıdır.
2. Hüquqi vasitə tələb olunan prosedur təminatları təqdim etməli və aşağıdakı xarakteristikalara malik olmalıdır:
- hüquqi vasitədən istifadə müddəti əsassız qısa olmamalıdır;
- hüquqi vasitədən istifadə asan olmalı, xüsusilə müvafiq şəxsin hüquqi yardım almaq üçün imkanı olmadıqda təmənnasız hüquqi yardımın göstərilməsini tənzimləyən müvafiq milli qanunvericiliyinə əsasən bunu pulsuz almalıdır;
- geriyə qaytarılan şəxs iddia edirsə ki, deportasiya onun 2.1.-ci direktivdə təsbit edilmiş hüquqlarını pozursa hüquqi vasitə şikayətin dəqiq araşdırılmasını təmin etməlidir;
- geriyə qaytarılan şəxs deportasiya nəticəsində onun 2.1.-ci direktivdə təsbit edilmiş hüquqlarına zidd rəftara məruz qalacağını əsaslı iddia edirsə hüquqi vasitə dayandırıcı təsirə malik olmalıdır”
2. İnsan Hüquqları üzrə Müvəkkil
İnsan Hüquqları üzrə Müvəkkili Avropa Şurası üzv Dövlətlərinin ərazilərinə daxil olmaq istəyə əcnəbilərin hüquqları və deportasiya haqqında qərarların icrası ilə bağlı tövsiyə qəbul etmişdir (2001)19). 2001-ci il sentyabrın 19-da qəbul edilmiş bu tövsiyədə aşağıdakı bənd təsbit edilmişdir:
“11. Hər-hansı şəxs səlahiyyətli orqanın onun Konvensiyada təsbit edilmiş hüquqlarına müdaxilə etdiyini və ya müdaxilə etmək istədiyini iddia edirsə çox vacibdir ki, Konvensiyanın 13-cü maddəsi mənasında məhkəməyə şikayət etmək hüququ vasitə kimi təkcə qanunda deyil həm də təcrübədə təmin edilsin. Səmərəli hüquqi vasitəyə malik olmaq hüququ deportasiya və ya məcburi çıxarılma haqqında qərarı mübahisələndirmək istəyən hər bir şəxs üçün təmin olunmalıdır. Eyni zamanda ən azı Konvensiyanın 2-ci və 3-cü maddələrin pozulduğu iddia edilirsə həmin hüquqi vasitə dayandırıcı təsirə malik olmalıdır.”
B. Qanunsuz yaşayan üçüncü ölkə vətəndaşlarının qaytarılmasına dair Üzv dövlətlərdə ümumi standartlar və proseduralar haqqında Avropa Parlamenti və Şuranın 2008-ci il 16 dekabr tarixli 2008/115/EC nömrəli Direktiv
Direktivin 5-ci, 12-ci və 13-cü maddələrinin müvafiq hissələrində aşağıdakılar təsbit edilmişdir:
5-ci maddə
“Çıxarılmamaq prinsipi, uşağın əsas maraqları, ailə sağlamlığı və səhhətin durumu
Bu Direktivi icra edərkən Üzv dövlətlər aşağıdakıları nəzərə almalıdırlar:
(a) uşağın əsas maraqlarını;
(b) ailə həyatını;
(c) müvafiq üçüncü ölkə vətəndaşının səhhətinin durumunu,
və çıxarılmamaq prinsipinə hörmət etmək.”
III. Fəsil
PROSEDUR TƏMİNATLAR
12-ci maddə
“Forma
1. Qaytarılma haqqında qərar və məqsədəuyğun olduqda ölkə ərazisinə daxil olmaq qadağası və ya deportasiya haqqında qərarlar yazılı formada tərtib edilir, orada faktiki və hüquqi əsaslar göstərilir, habelə mümkün hüquqi vasitələr barədə məlumat qeyd olunur.
...”
13-cü maddə
“Hüquqi vasitələr
1. Üçüncü ölkə vətəndaşı müstəqil və qərəzsiz üzvlərdən ibarət səlahiyyətli qurum və ya orqan qarşısında deportasiya haqqında qərara qarşı şikayət edirsə və ya ona yenidən baxılması üçün müraciət təqdim edibsə ona bununla bağlı 12-ci maddənin 1-ci bəndində qeyd edildiyi kimi müvafiq səmərəli hüquqi vasitə təqdim edilməlidir.
2. 1-ci bənddə qeyd edilən səlahiyyətli qurum və ya orqan 12-ci maddənin 1-ci bəndində təsbit edildiyi kimi çıxarılma haqqında qərara yenidən baxılması üçün müəyyən səlahiyyətə malik olmalıdır, o cümlədən müvəqqəti dayandırma milli qanunvericilik əsasında tətbiq edilməyibsə qərarın icrasını müvəqqəti dayandırmaq imkanına malik olmalıdır. ...”
C. Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Komitəsinin Fransanın dördüncü dövri icmal haqqında yekun qeydləri
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 40-cı maddəsinə əsasən 2008-ci il 9 və 10 iyun tarixlərində İnsan Hüquqları Komitəsi Fransanın dördüncü dövri hesabatını araşdırmışdır (CCPR/C/FRA/4). 2008-ci il iyulun 22-də Komitə həmin hesabatla bağlı öz yekun qeydlərini qəbul etmişdir. Həmin qeydlərə aşağıdakılar daxil edilmişdir:
“... Fransanın Mayot xarici ərazisindən bir il ərzində deportasiya edilmiş 16000 min yaşlı və 3000 uşağın məhkəmələrə müraciət etmək imkanı olmamışdır, eyni hal Fransa Qvianasında baş vermişdir ...
Əcnəbilərin, o cümlədən sığınacaq axtaranların qaytarılması prosesi hər-hansı şəxsin qaytarıldığı təqdirdə onun hüquqlarının ciddi pozulması ehtimalını səmərəli şəkildə istisna edən ədalətli prosedura çərçivəsində qiymətləndirilməsi Dövlət tərəfində təmin edilməlidir.
Sənədləri olmayan əcnəbilər və sığınacaq axtaranlar müvafiq qaydada məlumatlandırılmalı və onların hüquqları, o cümlədən sığınacaq almaq üçün müraciət etmək və təmənnasız hüquqi yardım almaq hüququ təmin edilməlidir. Dövlətlər deportasiya edilən bütün şəxslərin sığınacaq almaq barədə müraciətlərini hazırlamaq üçün ağlabatan vaxta malik olmasını, onların tərcüməçinin xidmətlərindən istifadə etmək imkanlarını və dayandırıcı təsirə malik olan şikayət vermək hüququnu təmin edilməlidir.” (axırıncı iki bənd rəsmi mətndə qaralama ili göstərilib)
HÜQUQİ MƏSƏLƏLƏR
I. BÖYÜK PALATA QARŞISINDA İŞƏ BAXILMASININ HÜDUDLARI
Böyük Palataya verdiyi qeydlərində Hökumət Konvensiyanın 8-ci maddəsi üzrə verilmiş iddia ilə əlaqədar öz ilkin etirazını bildirmişdir. Lakin Məhkəmə Palatası 2011-ci il iyunun 30-da qəbul edilmiş qərarında səmərəli hüquqi vasitələrin mövcud olmadığı ilə bağlı iddianı (Konvensiyanın 8-ci maddəsi ilə birgə oxunan Konvensiyanın 13-cü maddəsi) qəbuledilən və ərizəçinin ailə həyatına əsassız müdaxiləsi ilə bağlı şikayəti (ayrılıqda götürülmüş Konvensiyanın 8-ci maddəsi) qəbuledilməz hesab etmişdir. Sonuncu şikayəti rədd edərək Məhkəmə Palatası müəyyən etmişdir ki, o, Konvensiyada təsbit edilmiş ratione personae (şəxsə görə yurisdiksiya) prinsipinə uyğun deyil və bununla ərizəçi Konvensiyanın 34-cü maddəsi mənasında zərərçəkmiş şəxs statusuna malik olmamışdır. Bununla Böyük Palata yalnız Məhkəmə Palatası tərəfindən qəbuledilən hesab edilmiş iddianı araşdıracaq, belə ki, Böyük Palatanın baxışına təqdim edilmiş iş Məhkəmə Palatası tərəfindən qəbuledilən hesab edilmiş ərizə olmalıdır (bax: digər işlərlə yanaşı “K. və T. Finlandiyaya qarşı” (K. and T. v. Finland [GC], no. 25702/94, §§ 140-141, ECHR 2001-VII) və “Taksget Belçikaya qarşı”(Taxquet v. Belgium [GC], no. 926/05, § 61, ECHR 2010).
II. KONVENSİYANIN 8-ci MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMÜŞ KONVENSİYANIN 13-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
Ərizəçi iddia edir ki, onun Braziliyaya deportasiyası nəticəsində ailə və şəxsi həyatına qanunsuz müdaxiləsi ilə əlaqədar o, Fransanın qanunvericiliyinə əsasən səmərəli hüquqi vasitələrə malik olmamışdır. Ərizəçi Konvensiyanın 13-cü və 8-ci maddələrinə istinad etmişdir. Həmin maddələrdə aşağıdakılar təsbit edilmişdir:
8-ci maddə
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.”
13-cü maddə
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Məhkəmə Palatasının qərarı
2011-ci il 30 iyun tarixli qərarında Məhkəmə Palatası qeyd etmişdir ki, Kayen İnzibati Məhkəməsi 2007-ci il 18 oktyabr tarixli qərarı ilə ərizəçi barəsində qəbul edilmiş ölkə ərazisindən inzibati qaydada çıxarılma haqqında qərarı onun Braziliyaya deportasiya edilməsindən doqquz ay keçdikdən sonra qanunsuz hesab edərək ləğv etmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin Fransa Qvianası ərazisində 2009-cu il iyunun 16-dək qanuni əsaslarla yaşaması üçün ona ölkədə qalma icazəsi verilməmişdir. Həmin əsaslarla Məhkəmə Palatası hesab etmişdir ki, ərizəçinin Braziliyaya inzibati qaydada çıxarılması zamanı həmin çıxarılmanın Konvensiyanın 8-ci maddəsinə uyğun olub-olmadığı kimi ciddi sual ortaya çıxmışdır. Palata hesab etmişdir ki, ərizəçi Konvensiyanın 13-cü maddəsi üçün və Məhkəmənin presedent hüququ mənasında əsaslı iddia ortaya qoymuşdur. Bununla Palata şikayətin mahiyyətini və Fransa Qvianasında ərizəçinin sərəncamında olan hüquqi vasitələrin səmərəliliyini araşdırmağa davam etmişdir. Məhkəmə Palatası müəyyən etmişdir ki, işə Kayen İnzibati Məhkəməsində baxıldığı zaman ərizəçinin sərəncamında olan hüquqi vasitə deportasiya haqqında qərarı qanunsuz hesab edilməsini və bundan sonra onun adına ölkədə qalmaq haqqında icazənin verilməsini mümkün edirdi lakin, həmin qərarla deportasiyanın icrası dayandırılmadığına görə iş İnzibati Məhkəmədə baxıldıqdan əvvəl ərizəçi ölkədən çıxarılmışdır. Məhkəmə Palatası müəyyən etmişdir ki, deportasiya nəticəsində ərizəçinin qohumluq əlaqələri pozulmamış, belə ki, o, sonradan Fransa Qvianasına qanunsuz əsaslarla olsa belə qayıda bilmiş və sonradan ona ölkədə yaşamaq üçün icazə verilmişdir. Bununla, inter alia, Dövlətlərin oxşar hallarda təqdir səlahiyyətini nəzərə alaraq Məhkəmə Palatası hesab etmişdir ki, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 13-cü maddəsi pozulmamışdır.
B. Tərəflərin Böyük Palata qarşısında qeydləri
1. Hökumətin izahatları
(a) Ərizəçinin zərərçəkmiş şəxs statusu
Hökumət vurğulamışdır ki, ərizəçi Konvensiyanın 34-cü maddəsi mənasında və ya Məhkəmənin presedent hüququ əsasında zərərçəkmiş şəxs statusuna malik deyil.
Hökumət bildirmişdir ki, yerli səlahiyyətli qurumlar Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 13-cü maddəsinin pozuntusunu etiraf etmiş və bu pozuntunun bərpa edilməsi üçün ərizəçiyə ölkədə yaşamaq icazəsi vermişdir. Bundan əlavə deportasiya haqqında qərarın icra edildiyinə baxmayaraq İnzibati Məhkəmə müəyyən etmişdir ki, qərar sadəcə icraata xitam verilməsi ilə ləğv edilməməlidir və bu özü-özlüyündə hüquqi vasitənin səmərəli olduğunu göstərir.Məhkəmə baxışı zamanı Hökumət qeyd etmişdir ki, ərizəçinin həbsi zamanı Fransa Qvianasında qeyri-qanuni statusu onun səhlənkarlığı ucbatından olmuşdur. Baxmayaraq ki, ərizəçi ölkə ərazisində yaşamaq üçün icazəni avtomatik ala bilərdi, o, öz statusunu leqallaşdırmaq üçün müvafiq qaydada müraciət etməmişdir. Hökumət hesab edir ki, bununla hazırkı iş “Gebremedhin Fransaya qarşı” (Gebremedhin [Gaberamadhien] v. France (no. 25389/05, ECHR 2007‑II) işdən tam fərqlənir. Sonuncu işdə Eritreya vətəndaşı olan ərizəçi qaçqın statusunun alınması üçün Fransanın ərazisində yaşamağa icazə alınması üçün müraciət etmişdir. Bu işdə baxmayaraq ki, ərizəçini ölkə ərazisinə buraxmamaq barədə qərarından onun tərəfindən verilmiş apellyasiya şikayəti icranın dayandırmadığını nəzərə alaraq Məhkəmə tərəfindən müvəqqəti tədbir tətbiq edilmişdir, lakin bununla səlahiyyətli orqan tərəfindən Konvensiyanın 3-cü maddəsinin iddia olunan pozuntusunun qarşısının alınması mümkünsüz olardı. Bununla sonuncu iş üzrə şikayətçi hazırkı iş üzrə ərizəçi ilə müqayisədə daha möhkəm arqumentlərə malik olmuşdur.
(b) Konvensiyanın 8-ci maddəsi ilə birlikdə oxunan Konvensiyanın 13-cü maddəsi ilə uyğunluq
Məhkəmənin presedent hüququna istinad edərək Hökumət bildirmişdir ki, Konvensiyanın 3-cü maddəsinə və 4 saylı Protokolun 4-cü maddəsinə zidd olan potensial geriyə qüvvəsi olmayan təsirlərlə bağlı olan işlər istisna olmaqla Konvensiyan 13-cü maddəsinin məqsədləri üçün hüquqi vasitənin təxirə salmaq təsiri onun səmərəliliyi üçün vacib amil hesab edilmir. Hazırkı işdə ərizəçinin ölkə ərazisindən inzibati qaydada çıxarılması barədə qərardad inzibati məhkəmədə mübahisələndirilmişdir və məhkəmə onu ləğv edərək bununla ərizəçinin Fransa Qvianasına qayıtmasına icazə vermişdir. Bununla ərizəçi səmərəli hüquqi vasitəyə malik olmuşdur. Hökumət bildirmişdir ki, ərizəçinin qohumluq əlaqələri pozulmamışdır və onun ölkə ərazisindən çıxarılması geriyə qüvvəsi olmayan təsirə malik deyil. Onun deportasiyası zamanı ərizəçinin on səkkiz yaşında, subay olmuşdur, onun uşaqları yox idi və o, tam sağlam idi. Ərizəçi babası və nənəsi yaşadığı ölkəyə deportasiya edilmişdir və bir neçə ayda sonra Fransa Qvianasına qayıdaraq burada heç bir əhvalat baş vermədən yaşamışdır. Hökumət qeyd etmişdir ki, ərizəçi səmərəli hüquqi vasitələrə malik olmuşdur.
Bundan sonra Hökumət hesab etmişdir ki, səlahiyyətli qurumların fərd üçün faciəli sonluq ilə bitməsi və ya onu kövrək duruma salması hallarını istisna etməklə Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqa müdaxilə edilməməsini əsaslandıraraq Məhkəmə Palatası təcrübədən kənara çıxaraq yeni yanaşmanı tətbiq etmişdir. Lakin Hökumət bildirmişdir ki, bunun kimi xüsusi işlər Konvensiyanın 3-cü maddəsi mənasının altına düşür və hüquqi vasitə avtomatik olaraq təxirə salınmış təsirə malikdir. Ərizəçinin işi Konvensiyanın 8-ci maddəsinin təsiri altına düşür və prinsipcə potensial təxirə salınmış təsirin mövcud olmamasını göstərir.Hökumətin qeydlərinə əsasən ərizəçi şəxsi və ailə həyatına müdaxilənin geriyə qüvvəsi olan təsirə malik olduğunu sübut edə bilməmişdir. Ərizəçinin Fransa Qvianasına qanunsuz qayıdışı riskli ola bilməsinə baxmayaraq şikayəti üzrə inzibati məhkəmənin qərardadını gözləmədən qanunun tələblərinin onun tərəfindən pozulması yalnız ərizəçinin şəxsi məsuliyyətidir. Yekunda Hökumət qeyd etmişdir ki, məhkəmə qərarından sonra ərizəçiyə ölkə ərazisində müvəqqəti qalmaq icazəsi verilmişdir. Səlahiyyətli qurumlar tərəfindən ərizəçiyə 2009-cu il iyunun 16-dək birinci icazənin verilməsinin mümkünsüzlüyü ərizəçinin öz səhvi ucbatından baş vermişdir, belə ki, ərizəçi bununla bağlı müvafiq sənədləri təqdim etməmiş və bunun üçün dəvət olunduqda öz məsələsini qaydaya salmamışdır.Hökumət israr etmişdir ki, Fransa Qvianasında tətbiq edilən istisnalar Dövlətin Konvensiyanın 13-cü maddəsi mənası altında riayət etdiyi öhdəlikləri kimi təqdir səlahiyyəti çərçivəsinə düşür. Təxirə salınmış hüquqi vasitə prinsipinə istisna Fransa Qvianasında çoxlu sayda qanunsuz immiqrantların gəlməsi ilə əlaqədardır. Qanunsuz immiqrasiya və cinayətkar şəbəkələr ölkənin spesifik coğrafi yeri nəzərə alaraq bundan istifadə edirlər və bununla ölkə sərhədlərinin səmərəli mühafizəsi mümkünsüz olur. Eyni zamanda Fransa Qvianasının qubernatoru tərəfindən qəbul edilmiş inzibati qaydada çıxarılma haqqında qərarların sayını nəzərə alaraq təxirə salınmış hüquqi vasitənin avtomatik tətbiqi inzibati məhkəmələrinin iş yükünü çoxalda və bununla ədalət mühakiməsinə mənfi təsir göstərilə bilər. İstisnalar, o cümlədən, Fransa Qvianasında müəyyən tarazlığın və Fransanın qonşu ölkələrlə ikitərəfli münasibətlərin qorunması üçün vacibdir.Hər halda avtomatik təxirə salınmış hüquqi vasitənin mövcud olmadığını nəzərə alaraq icranın dayandırılması üçün təcili qaydada ərizələrin verilməsi təcrübəsi geniş tətbiq edilir və ərizəçi tərəfindən istifadə edilmişdir. Məhkəmə baxışı zamanı Hökumət bildirmişdir ki, Dövlət Şurası tərəfindən qəbul edilmiş qərar sonuncudur onun əhatə etdiyi məsələlər kifayət qədər müəyyəndir. Həmin qərara əsasən təcili qaydada verilmiş şikayətə baxan hakimə deportasiya haqqında qərarın icrasına ehtimal yüksək olduqda və ya onun qanunsuz olduğuna şübhə yarandıqda həmin qərarın icrasının dayandırılması səlahiyyəti verilir (bax: 43-cü və 44-cü bəndlər).Məhkəmənin presedent hüququnun mövcud olub-olmadığı ilə bağlı sualı Hökumət müsbət cavablandırmışdır. Konvensiyanın 13-cü maddəsi 8-ci maddə ilə birlikdə götürüləndə təxirə salınmış təsirə malik hüquqi vasitəyə ehtiyac duyulmur. Həmin işlərdə Məhkəmə deportasiyanı nail olunmalı məqsədlərə mütənasibliyi ilə əlaqədar düzgün qiymətləndirmə həyata keçirmişdir. Həmin məsələlər üzrə Məhkəmə presedent hüququnda (bax: misal üçün “Boultif İsveçrəyə qarşı” (Boultif v. Switzerland, no. 54273/00, ECHR 2001‑IX) qeyd edilmiş meyarları tətbiq etmişdir. Bununla hüquqi vasitənin səmərəliliyi onun təxirə salınmış təsirə malik olub-olmadığından asılı deyil. Məhkəmə baxışı zamanı Hökumət əlavə etmişdir ki, həmin prinsipdən uzaqlaşması Məhkəmənin presedent hüququnun aydınlığını və mövcudluğunu pozur.Hökumət Məhkəmə Palatasının qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
2. Ərizəçinin izahatları
(a) Ərizəçinin zərərçəkmiş şəxs statusu
Ərizəçi bildirmişdir ki, yuxarıda qeyd edilən Gebremedhin Fransaya qarşı işdəki kimi o, Konvensiyanın 34-cü maddəsi mənasında zərərçəkmiş şəxs statusuna malikdir. O hesab edir ki, inzibati məhkəmənin qərarının qəbul edilməsi zamanı Konvensiyanın 8-ci maddəsi ilə birlikdə oxunan 13-cü maddəsi ona münasibətdə pozulmuşdur. Məhkəmə baxışı zamanı ərizəçi qeyd etmişdir ki, həbsi və deportasiyası zamanı onun yenicə on səkkiz yaşı tamam olmuşdur və bununla Fransa qanunvericiliyinə əsasən o, 2007-ci il iyun ayınadək öz məsələsini həll etməli idi (bax: yuxarıda qeyd edilən 26-cı və 27-ci bəndlər). Lakin o deportasiya edilmiş və qaçaqmalçılara haqq ödəməklə Fransa Qvianasına qanunsuz daxil olmağa məcbur olmuşdur.
Məhkəmə Palatasının gəldiyi nəticəyə istinad edərək ərizəçi bildirmişdir ki, onun şikayəti əsaslıdır və deportasiya edildiyi zaman ciddi məsələləri qaldırmışdır.
(b) Konvensiyanın 8-ci maddəsi ilə birlikdə oxunan Konvensiyanın 13-cü maddəsi ilə uyğunluq
Ərizəçi Fransa Qvianasının qanunvericiliyində təsbit edilmiş və onun Konvensiyanın 8-ci maddəsi əsasında verilmiş şikayəti müdafiə etmək üçün hüquqi vasitədən məhrum etmiş istisnanı tənqid etmişdir.Ərizəçi izah etmişdir ki, Məhkəmə Palatasının gəldiyi nəticəsinə zidd olaraq xüsusən əcnəbilərin deportasiyası məsələlərində şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu geriyə qüvvəsi olan təsirə malik ola bilər. Həmin işlərin xüsusiyyətləri ən azı psixoloji cəhətdən geriyə qüvvəyə malikdirlər. Onlar onun qanunsuz deportasiyadan sonra Fransa Qvianasına qayıtması üçün xoş niyyətli vasitələrdən istifadəsi mənasında post-faktum qiymətləndirilə bilməzlər. Bu da qəbuledilməzdir ki, səlahiyyətli dövlət orqanlarına məhkəmə qərarı ilə əlaqədar üç ay verilməsinə baxmayaraq onlar bunun üçün iki ildən ardıq müddət ərzində iş görüblər və bununla, o, böyük təhlükə altında qaçaqmalçılara haqq ödəməklə Fransa Qvianasına qayıtmışdır. Ərizəçiyə əsasən ölkədə qalmaq məqsədilə icazənin verilməsi üçün səlahiyyətli orqanlara tələb edilmiş iki ildən artıq müddət onunla həmin qurumlar arasında “gərgin” münasibətləri ilə əlaqədardır və bununla ondan bəzən heç vacib olmayan sənədlər tələb edilmişdir.Ərizəçi Fransa Qvianasında real situasiyaya istinad edərək qeyd etmişdir ki, qırx min sayında olan qanunsuz yaşayan əcnəbilərdən on mini hər gün deportasiya olunur. Ərizəçinin qeydlərinə əsasən bu rəqəmlər hər bir işi deportasiya haqqında qərarın icra olunmasından əvvəl məhkəmə nəzarəti qaydasında araşdırmaq mümkün olmur. Deportasiya haqqında qərarların çoxu qırx səkkiz saat ərzində icra olunur və Polis Etikası üzrə Milli Komissiyanın həyata keçirtdiyi araşdırmaya əsasən bu məsələlərə çox formal mənada ötəri yanaşılır (bax: yuxarıda qeyd edilən 45-ci və 46-cı bəndlər). Bunlar müxtəlif işlərlə əlaqədardır, o cümlədən bəzi hallarda valideynlər uşaqları qoymağa məcbur olur bununla ailə həyatına təsir göstərilir. Səlahiyyətli qurumlar və ya məhkəmələr tərəfindən əvvəlcədən yoxlanılma keçirilmədiyindən geriyə qüvvəsi olan təsirin potensialı daha da ağırlaşır.Bundan sonra ərizəçi uşaqların oğurlanması ilə əlaqədar Məhkəmənin presedent hüququna istinad etmişdir. Həmin işlərə əsasən vaxt uşaq və onunla yaşamayan valideyn münasibətləri üçün aradan qaldırılması mümkün olmayan nəticələrə gətirə bilər. Ərizəçi qeyd edib ki, həmin yanaşma əcnəbilərin deportasiyası ilə əlaqədar istifadə oluna bilər.Bundan sonra ərizəçi bildirmişdir ki, hüquqi vasitənin təxirə salınmış təsirə malik olması tələbi ümumi presedent hüququna əsasən Konvensiyanın 8-ci maddəsi ilə əlaqədar tətbiq edilə “Çonka Belçikaya qarşı” (Čonka v. Belgium judgment, no. 51564/99, ECHR 2002‑I) və məhkəmənin tamamlayıcı rolunu inkişaf etdirə bilər.Əlavə olaraq ərizəçi bildirmişdir ki, Dövlətin təqdir səlahiyyəti ilə Fransanın Konvensiyada təsbit edilmiş hüquqların qorunması üzrə götürdüyü öhdəliklərlə əlaqədar Fransa Qvianasında tətbiq edilən istisnalar əsaslandırıla bilməz.Yekunda ərizəçi qeyd etmişdir ki, Məhkəmə Palatasının qərarı Avropa İttifaqının tələblərinə və xüsusilə Avropa Parlamentinin və Şuranın 2008/115/EC saylı Direktivinə uyğun deyil.
3. “Groupe d’information et de soutien des immigrés” (GISTI – İmmiqrantların məlumatlandırılması və dəstəyi qrupu), “the Ligue française des Droits de l’Homme” (LDH – Fransanın İnsan hüquqları Liqası) və “the Comité inter-mouvements auprès des évacués” (CIMADE) adlı təşkilatların üçüncü tərəf kimi işə müdaxiləsi
Üçüncü tərəf kimi işə müdaxilə etmiş təşkilatların birgə qeydlərində izah edilmişdir ki, immiqrantların hüquqları il bağlı Fransanın xaricdəki ərazilərinin qanunvericiliyi əsas ərazilərin qanunvericiliyindən istisnalarla fərqlənir. Faktiki olaraq həmin ərazilər immiqrasiya siyasəti və polis təcrübəsi ilə əlaqədar sınaq yerləri kimi səciyyələndirilir. Misal üçün Fransanın əsas ərazilərindən fərqli olaraq Fransa Qvianasında polis prokurorluqdan icazə almadan ümumi qaydada kimliyini yoxlaya bilər. İmmiqrantların saxlanma yerlərində vəziyyət qaneedici deyil və əcnəbilər çoxlu sayda Fransa Qvianasından deportasiya olunurlar. Misal üçün 2010-cu ildə 6073 nəfər əcnəbi otuz səkkiz nəfər şəxsin saxlanması üçün nəzərdə tutulmuş inzibati qaydada saxlanma mərkəzlərində saxlanmışdırlar, onlardan 4057 nəfər 1,4 gün ərzində saxlanıldıqdan sonra deportasiya edilmişdir. Həmin il 6073 nəfərdə yalnız 717 (11,8%) əcnəbi hakim qarşısına gətirilmişdir. Üçüncü tərəf təşkilatlarının qeydlərinə əsasən bu hal məhz təxirə salınmış hüquqi vasitənin mövcud olmadığı ilə əlaqədardır və Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlarının qorunmasını zəiflədir. Həmin təxirə salınmış hüquqi vasitənin mövcud olmaması Məhkəmənin presedent hüququna zidd olaraq Konvensiyanın 2-ci və 3-cü, habelə 4 saylı Protokolun 4-cü maddəsinin pozuntusunu iddia edən əcnəbilərə qarşı tətbiq edilir.Təxirə salınmış təsirlə bağlı tətbiq edilən istisnaların və polis tərəfindən istifadə edilən tədbirlərin məqsədi qanunsuz immiqrantların deportasiyasını asanlaşdırmaqdır. Polis tərəfindən istifadə edilmiş tədbirlər 2008-ci ildə bir neçə iş üzrə araşdırma aparmış Polis Etikası üzrə Milli Komissiya tərəfindən tənqid edilmişdir (o cümlədən polisdə saxlanma yerləri və inzibati qaydada şəxslərin saxlanılması üçün nəzərdə tutulmuş mərkəzlər). Kayendə inzibati qaydada şəxslərin saxlanılması üçün nəzərdə tutulmuş mərkəzlərdə saxlanılan şəxslərin 80 % deportasiya edilir (müqayisə üçün Fransanın əsas ərazisində saxlanılan əcnəbilər 20-30 % deportasiya edilir). Adətən deportasiya olunan qanunsuz immiqrantları sadəcə bərə ilə çayın digər sahilinə aparırlar və bunun üçün bir saatdan az vaxt tələb edilir. Braziliya Fransa ilə readmissiya haqqında müqavilə bağladığı yeganə ölkədir və Braziliyanın vətəndaşları çətinlik olmadan vətəndaşları olduqları ölkəyə deportasiya edilirlər. Əcnəbilər hər gün Braziliyaya deportasiya olunurlar və çox qısa müddət ərzində saxlanma yerlərində saxlanılırlar bununla onlara hüquqi dəstəyin verilməsi zamanı CIMADE təşkilatı müəyyən çətinliklərlə rastlaşır.Təcrübədə əksər hallarda deportasiyalar bu barədə çıxarılmış qərarların məhkəmə nəzarəti qaydasında araşdırılmadığından həyata keçirilirlər və həmin qərarların qəbul edilməsi və icrası zamanı onların qanuniliyinin yoxlanılması üçün real hüquqi təminatlar mövcud deyil. Misal üçün CIMADE təşkilatı müşahidə edir ki, bəzi şəxslər icranın dayandırılması üçün təcili qaydada ərizə verdikdən sonra deportasiya edilirlər və bəzi hallarda saxlanma mərkəzinə məhkəmə baxışı haqqında bildiriş daxil olduqdan sonra çıxarılırlar. Şikayət verən şəxs deportasiya edildikdən sonra onun tərəfindən təcili qaydada verilmiş ərizə mənasını itirir və məhkəmə icraata xitam verir.Əksər hallarda deportasiya edilən şəxs qubernatora müraciət edərək verilmiş qərara yenidən baxılmasını xahiş edir. Baxmayaraq ki, qubernator həmin məsələdə tam səlahiyyətə malikdir saxlanılmış şəxsin fərdi situasiyası ciddi olur və bu CIMADE təşkilatının yaxşı nəticələr verən əsas fəaliyyət istiqamətlərindən biridir.Bu kontekstdə CIMADE təşkilatı bir çox işlərdə saxlanılan şəxslərin şəxsi və ailə həyatına müdaxilələrin mövcudluğunu müşahidə edir: uşaqlar valideynlərindən ayrılaraq onlara tanış olmayan şəxslərin himayəsinə verilirlər, məktəbdə təhsillə fasilə verilir, ev təsərrüfatı dağılır, körpə uşaqların anaları uşağın ana südü ilə yedizdirilməsindən məcburən dayandırırlar və digər hallar. O cümlədən qeyd edilir ki, minlərlə uşaqlar pis şəraitdə saxlanma mərkəzlərində saxlanılırlar və valideynlərlə və ya onlarsız deportasiya edilirlər.Yekunda üçüncü tərəf olan təşkilatların qeydlərinə əsasən deportasiya haqqında qərarın icrasını təxirə salınması ilə bağlı şikayət vermək təcrübəsinin tətbiq edilməsi həddindən artıq zəruridir. Həmin hüquqi vasitənin mövcud olmaması müvafiq şəxsin hüquq və azadlıqların ciddi və bərpa olunmaz vəziyyətdə pozulması ilə nəticələnir və Məhkəmənin yurisdiksiyası altına düşən Fransa ərazilərində qanunvericilikdə istisnaların mövcudluğuna yol verilir.
C. İşin hallarının Məhkəmə tərəfindən qiymətləndirilməsi
1. Ərizəçinin zərərçəkmiş şəxs statusu
Məhkəmə qeyd edir ki, ərizəçinin zərərçəkmiş şəxs statusuna malik olmaması haqqında Hökumətin ilkin etirazları işin mahiyyəti ilə sıx bağlıdır və bu məsələ işin halları mahiyyəti üzrə araşdırıldıqda baxılmalıdır.
2. Konvensiyanın 8-ci maddəsi ilə birlikdə oxunan Konvensiyanın 13-cü maddəsi ilə uyğunluq
(a) Tətbiq edilməli ümumi prinsiplər
İmmiqrasiya qanunvericiliyi ilə bağlı işlərdə Məhkəmə dəfələrlə təsdiq etmişdir ki, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və ölkələrin müqavilələrdən irəli gələn öhdəliklərinə əsasən onlar əcnəbilərin ölkə ərazisinə daxil olmasını, orada yaşamasını və deportasiya edilməsini nəzarətdə saxlamaq hüquqa malikdirlər. Konvensiya əcnəbilərin ölkə ərazisinə daxil olmaq və burada yaşamaq hüququnu təmin etmir və Razılığa gəlmiş dövlət ictimai asayişi qorumaq kimi vəzifəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş əcnəbini ölkədən deportasiya etmək səlahiyyətinə malikdir. Lakin dövlətin bununla bağlı qərarı Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndində təsbit olunmuş hüquqa müdaxilə edə bildiyinə görə qanunauyğun olmalı, qanuni məqsədlərə xidmət etməli və demokratik cəmiyyətdə zəruri olmalıdır (bax: yuxarıda qeyd edilən “Boulif İsveçrəyə qarşı”, 46-cı bənd və “Ünər Hollandiyaya qarşı” (Üner v. the Netherlands [GC], no.46410/99, § 54, ECHR 2006‑XII).
Konvensiyanın 1-ci maddəsinə əsasən təmin edilmiş hüquq və azadlıqlarının həyata keçirilməsi və icrası üzrə əsas məsuliyyət dövlətdaxili səlahiyyətli qurumların üzərinə düşür. Məhkəmədə şikayətlərin verilməsi prosedurası insan hüquqlarının qorunmasına dair milli sistemi üçün tamamlayıcı xarakter daşıyır. Həmin tamamlayıcı xüsusiyyət Konvensiyanın 13-cü maddəsində və 35-ci maddəsinin 1-ci bəndində təsbit edilmişdir (bax: “Kidla Polşaya qarşı” (Kudła v. Poland [GC], no. 30210/96, § 152, ECHR 2000‑XI).Bir neçə iş üzrə Məhkəmə təkrarlayıb ki, Konvensiyanın 13-cü maddəsi dövlətdaxili qanunvericilikdə istənilən formada təsbit edilmiş Konvensiyanın hüquq və azadlıqlarının qorunması üçün milli səviyyədə hüquqi vasitələrin istifadə mümkünlüyünü təmin edir. Bununla həmin maddəyə əsasən dövlətdaxili hüquqi vasitələri tənzimləyən müddəalara əsasən milli səlahiyyətli qurumlar həm Konvensiya üzrə əsaslı şikayətlərə baxmalı həm də müvafiq bərpanı təmin etməlidirlər. Dövlətlər götürdükləri öhdəliklərinə uyğun hərəkət etmələri üçün müəyyən təqdir səlahiyyətinə malikdirlər (bax: “Cabari Türkiyəyə qarşı” (Jabari v. Turkey, no. 40035/98, § 48, ECHR 2000‑VIII). Lakin hüquqi vasitə həm təcrübədə həm də qanuna əsasən səmərəli olmalıdır (bax: yuxarıda “Kudla Polşaya qarşı”, 157-ci bənd).Konvensiyanın 13-cü maddəsi mənasında hüquqi vasitənin səmərəliliyi ərizəçi üçün mütləq yaxşı nəticə veriləcəyindən asılı deyil. Həmin maddədə istinad olunan səlahiyyətli qurum mütləq məhkəmə orqanı olmamalıdır. Lakin həmin orqanın səlahiyyəti və onun tərəfindən verilən prosedur təminatlar hüquqi vasitənin səmərəliliyinin müəyyən edilməsi üçün vacibdir (bax: “Klass və digərləri Almaniyaya qarşı” (Klass and Others v. Germany, 6 September 1978, § 67, Series A no. 28). Müvafiq orqan məhkəmə hakimiyyəti orqanı deyilsə Məhkəmə onun müstəqilliyini (bax: misal üçün “Linder İsveçə qarşı” (Leander v. Sweden, 26 March 1987, §§ 77 and 81-83, Series A no. 116) və “Xan Birləşmiş Krallığa qarşı” (Khan v. the United Kingdom, no. 35394/97, §§ 44-47, ECHR 2000‑V) və ərizəçiyə təqdim etdiyi prosedur təminatlarını araşdırır (bax: mutatis mutandis, “Çahal Birləşmiş Krallığa qarşı” (Chahal v. the United Kingdom, 15 November 1996, §§ 152-154, Reports of Judgments and Decisions1996‑V). Habelə bir hüquqi vasitə özü-özlüyündə Konvensiyanın 13-cü maddəsinin tələblərinə cavab vermirsə milli qanunvericilikdə təsbit edilmiş hüquqi vasitələrin məcmusu bunu edə bilər (bax: “Rotaru Rumıniyaya qarşı” (Rotaru v. Romania [GC], no. 28341/95, § 69, ECHR 2000‑V).Konvensiyanın 13-cü maddəsi ilə tələb olunan hüquqi vasitə səmərəli olduğu üçün o, təcrübədə və qanun əsasında asan şəkildə istifadə oluna bilinməlidir. Xüsusi ilə həmin hüquqi vasitədən istifadəyə cavabdeh Dövlətin səlahiyyətli qurumunun qərarı və ya hərəkətləri ilə əsassız müdaxilə olunmamalıdır (bax: “Çakıcı Türkiyəyə qarşı” (Çakıcı v. Turkey [GC], no. 23657/94, § 112, ECHR 1999‑IV).Eyni zamanda nəzərə alaraq ki, hüquqi vasitənin təbiəti onun artıq müddət ərzində istifadəsi ilə sarsıdıla bilər vasitədən daha çevik şəkildə istifadə bilməsinə xüsusi diqqət ayrılır (bax: “Doran İrlansiyaya qarşı” (Doran v. Ireland, no. 50389/99, § 57, ECHR 2003‑X).Hər-hansı şəxsin deportasiyası nəticəsində onun Konvensiyanın 3-cü maddəsinə zidd olan real təhlükəli rəftara məruz qala biləcəyi barədə iddialarla əlaqədar, habelə Məhkəmənin bu müddəaya xüsusi diqqətin ayırdığını və pis rəftara məruz qalmaq ehtimalın baş verdiyi təqdirdə zərərin bərpa olunması mümkün olmadığını nəzərə alaraq Konvensiyanın 13-cü maddəsi mənasında hüquqi vasitənin səmərəliliyi prinsipi mütləq tələb edir ki, həmin şikayət dövlətdaxili səlahiyyətli orqanları tərəfindən hərtərəfli araşdırılmalı (bax: “Şamayev və digərləri Gürcüstana və Rusiyaya qarşı” (Shamayev and Others v. Georgia and Russia, no. 36378/02, § 448, ECHR 2005‑III), Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalmaq ehtimalının real olduğu təqdirdə bununla bağlı şikayət müstəqil və ciddi yoxlanılmalı (bax: yuxarıda qeyd edilən “Cabari Türkiyəyə qarşı”, 50-ci bənd) və həmin iddiaya ağlabatan tezliklə baxılmalıdır (bax: “Batı və digərləri Türkiyəyə qarşı” (Batı and Others v. Turkey, nos. 33097/96 and 57834/00, § 136, ECHR 2004‑IV). Bunun kimi işlərdə səmərəlilik prinsipi tələb edir ki, müvafiq şəxs avtomatik olaraq dayandırıcı təsirə malik olan hüquqi vasitədən istifadə edə bilsin (bax: yuxarıda qeyd edilən “Gebremedhin Fransaya qarşı”, 66-cı bənd və “Hirsi Camaa və digərləri İtaliyaya qarşı” (Hirsi Jamaa and Others v. Italy [GC], no. 27765/09, § 200, 23 February 2012). Ərizəçinin deportasiyası nəticəsində Konvensiyanın 2-ci maddəsi ilə qorunan yaşamaq hüququnun pozulması ehtimalı ilə əlaqədar eyni yanaşma tətbiq edilir. Yekunda hüquqi vasitənin avtomatik olaraq dayandırıcı təsirə malik olmaq tələbi 4 saylı Protokolun 4-cü maddəsi əsasında verilmiş şikayətlərlə əlaqədar tətbiq edilir (bax: yuxarıda qeyd edilən “Çonka Belçikaya qarşı”, 81-83-cü bəndlər və “Hirsi Camaa və digərləri İtaliyaya qarşı”, 206-cı bənd).Yuxarıda qeyd olunanlarla müqayisədə şəxsi və ailə həyatına müdaxilənin mübahisələndirilməsi ilə əlaqədar hüquqi vasitənin səmərəli olduğu üçün onun mütləq avtomatik olaraq dayandırıcı təsirə malik olması vacib deyil. Lakin immiqrasiya məsələlərində deportasiya nəticəsində əcnəbinin şəxsi və ailə həyatına hörmət hüququna müdaxilənin əsaslı olmadığı barədə şikayətlə əlaqədar Konvensiyanın 8-ci maddəsi ilə birgə oxunan Konvensiyanın 13-cü maddəsi tələb edir ki, Dövlət hər-hansı şəxs üçün deportasiya və ya ölkə ərazisində yaşamağa icazənin verilməsindən imtina barədə qərarların mübahisələndirilməsi və həmin məsələnin müstəqil və qərəzsiz aidiyyəti dövlətdaxili səlahiyyətli orqan tərəfindən hərtərəfli və müəyyən prosedur zəmanətlərlə araşdırılması üçün səmərəli vasitələri təqdim etməlidir (bax: “M. və digərləri Bolqarıstana qarşı” (M. and Others v. Bulgaria, no. 41416/08, §§ 122-132, 26 July 2011) və mutatis mutandis, “Al-Naşıf Bolqarıstana qarşı” (Al-Nashif v. Bulgaria, no. 50963/99, § 133, 20 June 2002).
(b) Həmin prinsiplərin hazırkı işdə tətbiqi
Məhkəmə qeyd edir ki, hazırkı məsələ ərizəçi tərəfindən deportasiyası zamanı Fransa Qvianasında Konvensiyanın 8-ci maddəsi əsasında verilmiş şikayətin müdafiəsi üçün istifadə etmiş hüquqi vasitələrlə bağlıdır. Bununla bağlı Məhkəmə ərizəçinin rastlaşdığı məsələlərə oxşar olan immiqrasiya işləri ilə əlaqədar hesab edir ki, tamamlayıcı rol prinsipini rəhbər tutaraq dövlətdaxili proseduraların səmərəliliyi araşdırılmalı və bununla insan hüquqlarına hörmətlə yanaşılması təmin edilməlidir (bax: mutatis mutandis, “M.S.S. Belçikaya və Yunanıstana qarşı” (M.S.S. v. Belgium and Greece [GC], no. 30696/09, §§ 286‑287, ECHR 2011) və “İ.M. Fransaya qarşı” (I.M. v. France, no. 9152/09, § 136,2 February 2012).Bundan sonra Məhkəmə təkrarlayır ki, Konvensiyanın 13-cü maddəsi mütləq hansı sa konkret hüquqi vasitənin formasını nəzərdə tutmur, Razılığa gəlmiş dövlətlər bununla bağlı müəyyən diskresion səlahiyyətinə malikdirlər (bax: “Vilvaraja və Digərləri Birləşmiş Krallığa qarşı” (Vilvarajah and Others v. the United Kingdom, 30 October 1991, § 122, Series A no. 215) və digər işlərlə yanaşı, “G.H.H. və digərləri Türkiyəyə qarşı” (G.H.H. and Others v. Turkey, no. 43258/98, § 36, ECHR 2000‑VIII).Hazırkı işdə ərizəçi deportasiyasından əvvəl Fransa Qvianasının qüvvədə olmuş qanunvericiliyinə əsasən müəyyən hüquqi vasitələrdən istifadə etmişdir: o, deportasiya haqqında qərarın məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi üçün inzibati məhkəməyə şikayət etmişdir və deportasiyanın icrasının dayandırılması üçün təcili qaydada ərizə vermişdir; eyni zamanda ərizəçi fundamental azadlıqlarının qorunması üçün həmin məhkəməyə təcili qaydada ərizə vermişdir.Bununla Məhkəmə ərizəçinin iddia etdiyi kimi Konvensiyanın 8-ci maddəsini pozan deportasiya haqqında qərarının icrasına qarşı müəyyən səmərəli vasitələrə malik olub olmadığını müəyyən etməlidir.İlk növbədə Məhkəmə hazırkı işin xronologiyasına diqqət yetirməlidir: 2007-ci il yanvarın 25-də səhər saatlarında həbs edildiyindən sonra onun deportasiyası haqqında qərar çıxarılmış və saat 10:00-da o inzibati təcridxanaya yerləşdirilmiş və növbəti gün saat 16:00-da deportasiya edilmişdir. Bununla o, həbs edilməsindən sonra otuz altı saatda az olan müddət ərzində Fransa Qvianasından deportasiya edilmişdir.
Məhkəmə qeyd edir ki, Fransa Qvianası qubernatorunun deportasiya haqqında qərarın əsaslandırılması qısa və stereotip olmuşdur (bax: yuxarıda qeyd edilən 17-ci bənd). Eyni zamanda Məhkəmə qeyd edir ki, həmin qərar haqqında bildiriş ərizəçinin həbs edilməsindən sonra dərhal təqdim edilmişdir. Bu elementlərlə səlahiyyətli qurumların ərizəçinin hallarının araşdırılmasının səthiliyi nümayiş etdirilir.Eyni zamanda Məhkəmə qeyd edir ki, tərəflər arasında ərizəçinin deportasiyası haqqında qərarının səbəbləri ilə bağlı fikir ayrılığı yaranmışdır. Hökumətin qeydlərinə əsasən ərizəçinin Fransa Qvianasında qanunsuz statusu onun səhlənkarlığı ucbatından yaranmışdır, belə ki, o öz inzibati statusunu leqallaşdırmaq üçün müəyyən addımlar atmamışdır. Digər tərəfdən ərizəçi qeyd etmişdir ki, onun on səkkiz yaşı tamam olmuşdur və o öz statusunun leqallaşdırılması üçün müraciət etmək hüququna malik olmuşdur və hər halda o, Fransa ərazilərindən deportasiya olunmağından qorunmuşdur.Məhkəmə qeyd edir ki, ərizəçinin həbsi zamanı onun qeyri-qanuni statusuna baxmayaraq o, ilk dəfə yerli məhkəmələrə şikayət edərkən (bax: yuxarıda qeyd edilən 18-ci bənd) Fransa qanunvericiliyinə əsasən deportasiya edilə bilməzdi (bax: Məcəllənin L. 511-4 maddə). Kayen İnzibati Məhkəməsi ərizəçinin təqdim etdiyi sübutları araşdıraraq deportasiya haqqında qərarı qanunsuz hesab edərkən məhz belə nəticəyə gəlmişdir (bax: yuxarıda qeyd edilən 23-cü bənd).Bununla aydın olur ki, 2007-ci il yanvarın 26-da Fransanın səlahiyyətli orqanlarının sərəncamında olan sübutlara əsasən ərizəçinin deportasiyası qanunauyğun olmamışdır və bununla Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində təsbit edilmiş hüquqlara müdaxilə baş verə bilərdi (bax: yuxarıda qeyd edilən 18-ci bənd). Məhkəmə Palatası kimi Böyük Palata da hesab edir ki, ərizəçinin Braziliyaya deportasiyası zamanı ölkədən çıxarılmanın Konvensiyanın 8-ci maddəsinə uyğun olub-olmadığı ilə bağlı ciddi sual yaranmışdır və onun Konvensiyanın 13-cü maddəsi mənasında bununla bağlı əsaslı şikayəti olmuşdur (bax: yuxarıda qeyd edilən 53-cü bənd).Ərizəçinin deportasiya haqqında qərarı mübahisələndirmək imkanlarına qayıdaraq Məhkəmə müəyyən edir ki, CİMADE təşkilatının dəstəyi ilə o, Kayen İnzibati Məhkəməsinə müraciət edə bilmişdir. Məhkəmə hesab edir ki, ərizəni qəbul edən inzibati məhkəmə Konvensiyanın 8-ci maddəsi əsasında şikayətə baxılması üçün müstəqillik, qərəzsizlik prinsiplərinə cavab vermiş və müvafiq səlahiyyətlərə malik olmuşdur.Lakin Məhkəmə təkrarlamışdır ki, dayandırıcı təsirinə xələl yetirmədən hüquqi vasitənin səmərəli olması və qərəzli qərarın qəbul edilməsinin qarşısının alınması üçün məhkəmənin və ya digər dövlətdaxili səlahiyyətli qurumun xoşməramlı müdaxiləsi olmalıdır.Hazırkı işdə səlahiyyətli dövlətdaxili qurumun baxışına təqdim edilmiş sənədin xüsusilə mürəkkəb olduğunu söyləmək düzgün olmaz. Məhkəmə təkrarlamalıdır ki, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə aydın hüquqi əsaslandırma təqdim edilmişdir. Deportasiya haqqında qərarı mübahisələndirərək ərizəçi iddia etmişdir ki, o, həm Konvensiyaya həm də Fransanın qanunvericiliyinə zidd olmuşdur. O, inter alia, Məcəllənin L.511-4 maddəsinə istinad edərək öz şəxsi və ailə həyatının Fransa Qvianasında keçirildiyini sübut edən faktları təqdim etmişdir (bax: yuxarıda qeyd edilən 18-ci bənd), bununla nümayiş etdirmişdir ki, onun işi düzgün araşdırılması üçün kifayət qədər nümunəvi olmuşdur (bax: mutatis mutandis, yuxarıda qeyd edilən “I.M. Fransaya qarşı”, 155-ci bənd).
Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə müəyyən etməlidir ki, 2007-ci il yanvarın 26-da[1] saat 15:11-də inzibati məhkəməyə müraciət etdikdən sonra ərizəçi saat 16:00-da Braziliyaya deportasiya edilmişdir. Məhkəmə hesab edir ki, deportasiya haqqında qərarın icra olunduğu təqdirdə Konvensiyanın 8-ci maddəsinin pozulub-pozulmadığının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən halların və hüquqi arqumentlərin hərtərəfli araşdırılmasının həyata keçirilməsi üçün vaxt müddətinin məhdud olduğuna görə qeyri mümkün olmuşdur.
Nəticə etibarı ilə ərizəçinin deportasiyası zamanı, o, ərizə ilə məhkəməyə müraciət etmişdir və onun şəxsi və ailə həyatının halları dövlətdaxili səlahiyyətli qurumlar tərəfindən səmərəli araşdırılmamışdır. Xüsusilə hazırkı işin xronologiyasını nəzərə alaraq Məhkəmə qeyd etməməyə bilməz ki, ərizəçinin iddiaları və ya müvəqqəti tədbirin tətbiq edilməsi üçün onun tərəfindən təcili qaydada verilmiş ərizə mahiyyəti üzrə məhkəmə tərəfindən araşdırılmamışdır.Baxmayaraq ki, məhkəmə işə təcili qaydada baxaraq nəzəri cəhətdən ərizəçinin dəlillərini araşdıra və məqsədəuyğun olduğu təqdirdə deportasiya haqqında qərarın icrasını dayandıra bilərdi, ərizənin məhkəməyə verilməsi ilə deportasiya qərarının icrası arasında vaxt müddətinin məhdud olması faktiki olaraq buna imkan verməmişdir. Təcili qaydada verilmiş ərizəyə baxan hakimin səlahiyyəti olmadığına görə o, yalnız ərizənin məqsədəuyğun olmadığını bəyan edə bilərdi. Bununla ərizəçi yalnız inzibati orqanın qərarı əsasında deportasiya edilmişdir.
Bununla hazırkı işin hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, deportasiya haqqında qərarın icrası onu göstərir ki, mövcud hüquqi vasitələr səmərəsizdir və bununla əlçatan deyirlər. Məhkəmə hüquqi vasitədən çevik istifadə etmək imkanının vacibliyini anlayır, lakin hesab edir ki, hüquqi vasitədən istifadə etməyin sürəti əsassız maneə və ya təcrübədə onun səmərəliliyindən üstün ola bilməz.Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçi çox qısa zamanda və heç bir araşdırma aparılmadan deportasiya edilmişdir. İşin halları göstərir ki, deportasiya edildiyindən əvvəl ərizəçi çıxarılma haqqında qərarın qanuniliyinin dövlətdaxili səlahiyyətli qurumlar tərəfindən prosedura qaydaları təmin edilməklə hərtərəfli araşdırılması üçün heç bir imkana malik olmamışdır (bax: yuxarıda qeyd edilən 79-cu bənd).Fransa Qvianasının coğrafi məkanı və orada immiqrantlara olan təzyiqi nəzərə alaraq Hökumət bildirir ki, bu faktor qanunvericilikdə edilən istisnalara və bunun tətbiqi qaydasına haqq qazandırır. Hazırkı işin xüsusiyyətlərini nəzərə alaraq Məhkəmə bu yanaşma ilə razılaşmır. Bəllidir ki, müəyyən milli situasiyalarda tətbiq edilə bilən hüquqi vasitələrin təşkili ilə qanunsuz immiqrasiya ilə mübarizə aparmaq və bunun üçün zəruri vasitələrə malik olmaq Dövlət üçün vacibdir.
Baxmayaraq ki, Dövlətlər Konvensiyanın 13-cü maddəsinə uyğun tədbirlərin görülməsi üçün müəyyən diskresion səlahiyyətlərə malikdirlər, lakin, bu diskresiya hazırkı işdəki kimi ərizəçinin əsassız deportasiyaya qarşı müdafiə olunması üçün təcrübədə minimal prosedura təminatlarından məhrum edilməsi ilə nəticələnməməlidir.Yekunda məhkəmələrdə iş yükünün həddindən artıq olması və bununla Fransa Qvianasında ədalət mühakiməsinin normal fəaliyyətinə mənfi təsirin göstərilməsi ilə bağlı Məhkəmə təkrarlayır ki, Konvensiyanın 6-cı maddəsi kimi 13-cü maddə Razılığa gəlmiş dövlətlərdən tələb edir ki, onlar öz məhkəmə sistemini belə qaydada təşkil etsinlər ki, dövlətdaxili məhkəmələr Konvensiyanın tələblərinə cavab versinlər. Bununla əlaqədar Konvensiyanın tamamlayıcı mahiyyətinin təmin edilməsi üçün 13-cü maddənin vacibliyi xüsusilə qeyd edilməlidir (bax: mutatis mutandis, yuxarıda qeyd edilən “Kudla Polşaya qarşı”, 152-ci bənd və “Çonka Belçikaya qarşı”, 84-cü bənd).Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizəçi deportasiya edildiyi zaman Konvensiyanın 8-ci maddəsi əsasında verdiyi şikayəti ilə əlaqədar səmərəli hüquqi vasitələrdən istifadə etmək imkanlarına malik olmamışdır. Bu fakt bundan sonra ərizəçiyə ölkə ərazisində yaşamaq icazələrin verilməsi ilə bərpa edilmir.Bununla Məhkəmə ərizəçinin Konvensiyanın 34-cü maddəsi mənasında zərərçəkmiş şəxs statusunun itirilməsi ilə bağlı Hökumətin ilkin etirazını rədd edir və Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 13-cü maddənin pozulduğunu müəyyən edir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
Ərizəçi 32000 Avro məbləğində vəsaitin ona ödənilməsini tələb edərək izah etmişdir ki, Braziliyada yeddi ay ərzində yaşaması və sonradan qanunsuz Fransa Qvianasına qayıtması nəticəsində ona bu məbləğdə maddi ziyan dəymişdir. Eyni zamanda ərizəçi deportasiya edildiyi zamanı məhkəmənin nəzarəti altında təyin edilmiş treninq kurslarının davam edə bilməməsini və “şəxsi və ailə həyatı ilə əlaqədar” ölkə ərazisində yaşamaq icazəsi almasından əvvəl işləmək imkanına malik olmamasını maddi ziyan tələbinə əlavə etmişdir.Həmçinin o, mənəvi ziyana görə 10000 Avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.Hökumət bu məbləğləri açıq-aşkar həddindən artıq hesab etmişdir. Maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar Hökumət qeyd etmişdir ki, iddia olunan pozuntu ərizəçiyə ölkə ərazisində yaşamaq icazənin verilməsi ilə deyil onun Braziliyaya deportasiya edilməsi ilə bağlı olmuşdur. Bununla Hökumət hesab edir ki, ərizəçiyə işləmək icazəsi verilməməsi ilə iddia olunan Konvensiyanın pozuntusu arasında səbəbiyyət əlaqəsi mövcud deyil. Hökumət izah etmişdir ki, hadisələr baş verdiyi zamanda ərizəçi işləməmiş və ya iş axtarışında olmamışdır.Mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı Hökumət hesab edir ki, pozuntunun aşkar edilməsi özü-özlüyündə ədalətli təzminat hesab oluna bilər.Məhkəmə tələb edilən maddi ziyanla aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsinin mövcud olmadığını hesab edir və həmin iddianı rədd edir.Lakin Məhkəmə hesab edir ki, işin hallarını nəzərə alaraq ərizəçi müəyyən iztirablar keçirmişdir və yalnız pozuntunun aşkar olunması özü özlüyündə mənəvi ziyana görə ədalətli təzminat kimi qiymətləndirilə bilməz. Bununla Məhkəmə Konvensiyanın 41-ci maddəsi əsasında ədalətli qiymətləndirmə apararaq ərizəçiyə mənəvi ziyana görə 3000 Avro məbləğində vəsaitinin ödənilməsini qət edir.
B. Məhkəmə xərcləri
Ərizəçi iş üzrə həm yerli məhkəmələrdə aparılmış icraat zamanı çəkilmiş 2500 Avro məbləğində xərclərin ödənilməsini tələb etmişdir. Həmin tələbi əsaslandıran sənədlər təqdim olunmamışdır. Məhkəmə qarşısında aparılan icraatla bağlı çəkilmiş xərclərə gəlincə ərizəçinin vəkili qeyd etmişdir ki, onun müştərisinin qazanc yeri yoxdur və o, 2009-cu ilədək işləmək imkanına malik olmamışdır. Bununla vəkil xidmətlərini ərizəçiyə ödəmədən əvvəl göstərmişdir və biri Məhkəmə Palatası biri isə Böyük Palata qarşısında hüquqi xidmətin göstərilməsi ilə bağlı olan iki hesab-faktura təqdim etmişdir. Hər iki hesab-fakturada görülmüş işlərin xərcləri dəqiqliyi ilə göstərilmişdir. Birinci hesab-fakturada 14960 Avro, ikincisində isə 7120 Avro məbləğində vəsait göstərilmişdir bütövlükdə məhkəmə xərcləri 22080 Avro məbləğində müəyyən edilmişdir. Eyni zamanda ərizəçi bildirmişdir ki, ona Məhkəmə qarşısında hüquqların müdafiəsi üçün təmənnasız hüquqi yardım edilmişdir.Hökumət bildirmişdir ki, tələb edilən məbləğ mütənasib deyil. Yerli məhkəmələrdə aparılan icraatla bağlı çəkilmiş xərclərə gəldikdə Hökumət hesab edir ki, həmin tələb Məhkəmənin presedent hüququ ilə müəyyən edilmiş meyarlara cavab vermir. Məhkəmə qarşısında aparılan icraatla bağlı çəkilmiş xərclərlə əlaqədar Hökumət 3000 Avro məbləğində vəsaiti əsaslı hesab edir və bu məbləğdən təmənnasız hüquqi yardım çərçivəsində alınmış məbləğ çıxarılmalıdır.Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə Məhkəmə yerli məhkəmələrdə çəkilmiş xərclərə görə təzminatın ödənilməsi tələbini onun heç bir sübutla təsdiq edilmədiyinə görə rədd edir.Bundan sonra Braziliyaya deportasiya edildiyindən sonra və 2009-cu ilədək Fransa Qvianasında yaşamaq və işləmək üçün icazəsi olmadığı dövrdə ərizəçinin situasiyanı nəzərə alaraq Məhkəmə hesab edir ki, o, həmin müddət ərzində şübhəsiz imkansız olmuşdur. Məhkəmə hesab edir ki, ərizəçiyə vəkil tərəfindən ödənilmə edilmədən qabaqcadan göstərilmiş hüquqi xidmətə görə xərclər kompensasiya edilməlidir. Lakin kompensasiya məbləğinin təyin edilməsi zamanı nəzərə alınmalıdır ki, Məhkəmə ərizəçinin yalnız bir şikayəti üzrə yəni Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 13-cü maddənin pozuntusunu aşkar etmişdir. Konvensiyanın 41-ci maddəsinə əsasən Məhkəmə tərəfindən müəyyən edilmiş Konvensiya müddəalarının pozuntusunun kompensasiya etmək mümkün olduğu üçün ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Bununla Məhkəmə xərc və məsrəflərin ödənilməsi ilə bağlı tələbinin digər hissəsini rədd edir (bax: mutatis mutandis, yuxarıda qeyd edilən “İ.M. Fransya qarşı”, 171-ci bənd).Yuxarıda qeyd edilənləri və malik olduğu sənədləri nəzərə alaraq Məhkəmə onun qarşısında aparılmış icraat zamanı çəkilmiş xərclərə görə ərizəçiyə 12000 məbləğində vəsaitin təyin edilməsini əsaslı hesab edir. Təmənnasız hüquqi yardımla bağlı Məhkəmənin gədiyi nəticəsinə əsasən baxmayaraq ki, ərizəçi bununla bağlı müvafiq müraciət etmişdir o, tələb olunan formallıqları tamamlamamışdır. Nəzərə alaraq ki, ona heç bir təmənnasız hüquqi yardım göstərilməmişdir təyin edilmiş məbləğdən ixtisarların edilməsi zəruri hesab edilmir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 13-cü maddə əsasında verilmiş şikayət üzr Hökumətin ilkin etirazının işə mahiyyət üzrə baxıldıqda araşdırılmasını məqsədəuyğun hesab edir və onu rədd edir;
2. Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 13-cü maddənin pozulduğunu qət edir;
3. Qərara alır ki,
(a) cavabdeh dövlət üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
(i) ödənilməli olan vergilər də daxil olmaqla mənəvi ziyana görə 3000 Avro;
(ii) ödənilməli olan vergilər də daxil olmaqla məhkəmə xərclərinə görə 12000 Avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2012-ci il dekabrın 13-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Maykl OboylNikolas Bratza
Məhkəmə katibinin müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı rəylər bu qərara əlavə edilir[2]:
- hakim Kalaydyivanın xüsusi rəyi;
- hakimlər Pinto, və Vuçiniçin birgə xüsusi rəyləri;
N.B.
M.O’B.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1] 2012-ci il dekabrın 18-də düzəliş edilmişdir: əvvəlki mətndə “2011-ci yanvarın 26-da” sözlər olmuşdur.
[2] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy