© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 158 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2012-ci il, dekabr
De Souza Ribeyro Fransaya qarşı (BP) – 22689/07
2012-ci il 13 dekabr tarixli qərar [Böyük Palata]
Maddə 13
Səmərəli hüquqi vasitə
İcranın dayandırılması haqqında məhkəməyə ərizə verildikdən sonra deportasiya haqqında qərarın əlli dəqiqə ərzində icrası: pozuntu baş vermişdir
Faktlar – Braziliyanın vətəndaşı olan ərizəçi səkkiz yaşı olarkən 1988-ci ildən 2007-ci ilədək ailəsi ilə birlikdə Fransa Qvianasında yaşamışdır. 2007-ci il yanvarın 25-də ərizəçi yolda keçirilən yoxlama zamanı saxlanılmışdır. Fransanın ərazisində qanuni yaşadığını təsdiq edən sübutu təqdim edə bilməyən ərizəçi tutulmuş və onun barəsində inzibati qaydada deportasiya haqqında qərar qəbul edilmişdir, habelə o, deportasiya olunanadək həbs edilmişdir. Ərizəçi deportasiya haqqında qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün növbəti gün saat 15:11 inzibati məhkəmə şikayət vermişdir. Ərizəçi deportasiya haqqında qərarın icrasının dayandırılması üçün məhkəməyə təcili müraciət edərək onun qanuniliyini mübahisələndirmişdir. Ərizəçinin inzibati məhkəməyə müraciət etməsindən əlli dəqiqə sonra saat 16:00-da Braziliyaya deportasiya edilmişdir. Həmin axşam inzibati məhkəmə ərizəçinin artıq deportasiya edildiyini nəzərə alaraq qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması barədə ərizənin məqsədəuyğun olmadığı barədə qərar qəbul etmişdir. 2007-ci ilin fevral ayında ərizəçi öz fundamental azadlığın müdafiəsi ilə bağlı inzibati məhkəməsinə təcili qaydada ərizə vermiş, lakin həmin ərizə rədd edilmişdir. 2007-ci il avqust ayında ərizəçi Fransa Qvianasında qanunsuz qayıtmışdır. 2007-ci il oktyabrın 18-də ərizəçinin deportasiya haqqında qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması barədə 2007-ci il 25 yanvar tarixli ərizəsini araşdıraraq deportasiya haqqında qərarı qanunsuz hesab etmişdir. 2009-cu ildə ərizəçiyə ölkədə müvəqqəti qalmaq icazəsi verilmiş və həmin icazə 2012-ci ilin iyun ayınadək uzadılmışdır. Hal-hazırda onun “şəxsi və ailə həyatı” ilə əlaqədar ölkədə yaşamaq üçün yenilənmiş icazəsi var.
Məhkəmə Palatası 2011-ci il 30 iyun tarixli qərarı ilə müəyyən edib ki, ərizəçinin Braziliyaya deportasiyasının inzibati məhkəmə tərəfindən qanunsuz hesab edilməsi və sonradan ona Fransaya qayıtmağa və burada yaşamaq üçün yeni icazənin verilməsindən sonra o, zərərçəkmiş şəxs statusunu itirib və bununla onun Konvensiyanın 8-ci maddəsi əsasında verilmiş şikayəti qəbuledilməzdir. Ərizəçinin deportasiyası haqqında qərarının təxirə salınma təsirinə malik olmaması ilə bağlı şikayəti ilə əlaqədar Məhkəmə Palatası dörd səs lehinə və 3 səs əleyhinə olmaqla Dövlətin təqdir səlahiyyətini qeyd edərək müəyyən etmişdir ki, Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş hüquqların prinsipcə ikitərəfli olduğunu, işin halları göstərdiyi kimi ərizəçinin ailə münasibətlərinin vaxtın ötməsi nəticəsində pisləşmədiyini və deportasiyasından sonra qısa müddət ərzində Fransaya qayıda bilməsini nəzərə alaraq Konvensiyanın 8-ci maddəsi ilə birlikdə götürülmüş Konvensiyanın 13-cü maddəsi pozulmamışdır.
Hüquqi məsələlər – 8-ci maddəsi ilə birlikdə 13-cü maddə: İlk növbədə Məhkəmə qeyd edib ki, ərizəçi deportasiyasında əvvəl Fransa Qvianasının qüvvədə olan sisteminə əsasən müvafiq hüquqi vasitələrdən istifadə edə bilmişdir. Lakin qubernator onun məsələsini ötəri araşdırmışdır. Ərizəçi həbs edildiyindən dərhal sonra çıxarılmış kifayət qədər əsaslandırılmamış deportasiya haqqında inzibati qərara əsasən həbsindən otuz altı saat sonra ərazidən çıxarılmışdır.
Bundan sonra həbs edildiyi zaman ərizəçinin qanunsuz vəziyyətinin səbəblərinə baxmayaraq o, Fransa qanunvericiliyinə əsasən deportasiyanın istənilən formasından müdafiə olunmuşdur. Deportasiya haqqında qərarı qanunsuz elan etmiş inzibati məhkəmə məhz həmin nəticəyə gəlmişdir. Bununla 2007-ci il yanvarın 26-da Fransanın səlahiyyətli orqanlarının malik olduğu sübutlara əsasən ərizəçinin deportasiyası qanuna uyğun olmamış və onun hüquqlarına qanunsuz müdaxilə kimi hesab edilə bilər. Bununla əlaqədar ərizəçinin Braziliyaya deportasiyası zamanı deportasiyanın Konvensiyanın 8-ci maddəsinə uyğun olub-olmadığı kimi ciddi sual yaranmışdır və o, bununla bağlı Konvensiyanın 13-cü maddəsi mənasında “əsaslı” şikayət vermişdir.
Ərizəçi inzibati məhkəmə şikayət verə bilmişdir. Həmin məhkəmə hüquqi cəhətdən kifayət qədər əsaslandırılmış şikayətə baxılması üçün müstəqillik, qərəzsizlik prinsiplərinə cavab vermiş və müvafiq səlahiyyətlərə malik olmuşdur. Lakin ərizəçinin inzibati məhkəməyə şikayətin verilməsi ilə deportasiya haqqında qərarın icra edilməsi arasında vaxt müddətinin çox qısa olmasını nəzərə alaraq məhkəmə deportasiya haqqında qərarın icra olunduğu təqdirdə Konvensiyanın 8-ci maddəsinə zidd olan pozuntunun baş verib-vermədiyini müəyyən etmək məqsədilə hüquqi halları və işin mahiyyətini ətraflı araşdırmaq imkanlarına malik olmamışdır. Məhkəmə müəyyən edib ki, mahiyyət etibarı ilə və ya müvəqqəti tədbirin tətbiqinə dair təcili qaydada verilmiş ərizə ilə əlaqədar müvafiq məhkəmə araşdırılması həyata keçirilməmişdir. Nəzəri cəhətdən məhkəmə təcili qaydada ərizəçinin arqumentlərini araşdıra və deportasiya haqqında qərarın icrasını dayandıra bilərdi. Lakin ərizənin məhkəməyə verilməsi ilə qərarın icrası arasında vaxt müddətinin qısa olması ilə əlaqədar bu imkanlar olmamışdır. Faktiki olaraq təcili qaydada ərizəyə baxan hakim ərizənin məqsədəuyğun olmadığını müəyyən etməkdən başqa hər hansı digər qərarı qəbul etmək imkanına malik olmamışdır. Bununla ərizəçi yalnız qubernatorun qərarı əsasında deportasiya edilmişdir. Əlavə olaraq deportasiya haqqında qərarın icrası qaydası mövcud hüquqi vasitələrin təcrübədə səmərəli olmadığını göstərir və bununla onlar əlçatan hesab edilmir, habelə ərizəçi deportasiya haqqında qərarın əsaslılığının prosedur təminatları təklif edən dövlətdaxili səlahiyyətli orqan tərəfindən araşdırılması imkanına malik olmamışdır.
Fransa Qvianasının coğrafi yeri, buraya gələn immiqrantların sayının çoxluğu həm də ədalət mühakiməsinə mənfi təsir göstərən məhkəmələrdə işlərin sayının artması təhlükəsi ümumi qanunvericilikdən istisnalarını və onun tətbiqi qaydalarını əsaslandırmır. Konvensiyanın 13-cü maddəsi mənasında götürülmüş öhdəliklərlə əlaqədar Dövlətlərə verilmiş təqdir səlahiyyəti ərizəçilərin əsassız deportasiyaya qarşı minimal prosedur təminatlardan məhrum edilməsi üçün istifadə oluna bilməz.
Yuxarıda qeyd olunanlara əsasən ərizəçi deportasiya edildiyi zaman Konvensiyanın 8-ci maddəsi əsasında verdiyi şikayəti üzrə səmərəli hüquqi vasitələrə malik olmamışdır. Bu vəziyyət sonradan ona ölkə ərazisində yaşamağa icazənin verilməsi ilə bərpa edilməmişdir. Bununla Məhkəmə ərizəçinin Konvensiyanın 34-cü maddəsi mənasında “zərərçəkmiş şəxs” statusunun itirilməsi ilə bağlı Hökumətin ilkin etirazını rədd edərək Konvensiyanın 8-ci maddəsi ilə bilikdə götürülmüş 13-cü maddəsinin pozuntusunun baş verdiyini müəyyən etmişdir.
Nəticə: pozuntu baş verib (yekdilliklə)
Maddə 41: Mənəvi ziyanla bağlı 3000 avro məbləğində təzminatın ödənilməsi qət edilmişdir; maddi ziyanla bağlı tələb rədd edilmişdir.
________________________________________________________________________________
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Katiblik tərəfindən edilmiş bu xülasə Məhkəmə üçün məcburi xarakter daşımır
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy