© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No. 167
Oktyabr 2013
Del Río Prada İspaniyaya qarşı [BP] - 42750/09
Qərar 21.10.2013 [BP]
Maddə 7
Maddə 7-1
Daha ağır cəza
Nulla poena sine lege prinsipi
Geriyə qüvvə
Ərizəçi məhkum olunduqdan sonra məhkəmə təcrübəsindəki dəyişikliyə görə onun azadedilmə tarixinin uzadılması: pozuntu
Maddə 5
Maddə 5-1
Qanuni tutma və ya həbs
Ərizəçi məhkum olunduqdan sonra məhkəmə təcrübəsindəki dəyişikliyə görə onun azadedilmə tarixinin uzadılması: pozuntu
Faktlar – 1988-2000-ci illər arasında, səkkiz cinayət prosesində ərizəçi terrorist hücumları ilə bağlı müxtəlif cinayətlərə görə bütünlüklə 3,000 ildən çox müddətə həbs cəzası almışdı. 2000-ci ilin noyabrında, cinayətlər arasında hüquqi və xronoloji əlaqə səbəbindən, Audiencia Nacional ərizəçinin cəzalarını birləşdirdi və çəkilməli olan bütün müddəti həmin vaxt qüvvədə olan 1973-cü il Cinayət Məcəlləsində nəzərdə tutulan maksimum müddət olan otuz il olaraq müəyyən etdi. 2008-ci ilin aprelində ərizəçinin olduğu həbsxananın müdiriyyəti onun 1987-ci ildən başlayan həbs müddətində həbsxanada gördüyü işlərə görə cəza azalması tətbiq edildikdən sonra azadedilmə tarixi olaraq 2008-ci ilin iyulunu müəyyən etdi. Bundan sonra, 2008-ci ilin mayında Audiencia Nacional həbsxana müdiriyyətindən xahiş etdi ki, ərizəçinin azadeilmə tarixini yenidən nəzərdən keçirsin və Ali Məhkəmənin 2006-cı ilin fevral qərarı ilə qəbul olunan və müvafiq cəza dəyişikliklərinin və azalmalarının hər bir cəzaya ayrılıqda tətbiq edilməli olduğunu, maksimum otuz illik müddətə tətbiq edilməli olmadığını nəzərdə tutan yeni yanaşmaya (“Parot doktrinası” kimi tanınan) əsasən yenidən hesablasın. Bunun nəticəsində, ərizəçinin azaedilmə tarixi 27 iyun 2017-ci il olaraq müəyyən edildi. Onun appelyasiya şikayətləri uğursuzluqla nəticələndi.
10 iyul 2012-ci il qərarında (bax: Məlumat qeydi 154) Məhkəmənin bir Palatası yekdilliklə hesab etdi ki, ərizəçinin məhkum olunduğu zaman cəza azalmasının yeni hesablanma metodu öngörülə bilən deyildi və ərizəçinin törətdiyi cinayətlərdən sonra baş verən dəyişikliyin ərizəçinin əleyhinə olaraq geriyə tətbiq edilməsi səbəbilə, Konvensiyanın 5 və 7-ci maddələrinin pozuntusu baş vermişdir.
Hüquqi məsələlər – Maddə 7: Tərəflərin təqdimatları əsasən həm cəzaların birləşdirilməsi və maksimum həbs müddəti, həm də 1973-cü il Cinayət Məcəlləsində nəzərdə tutulduğu kimi həbsxanada görülən işlərə görə cəza azalması sistemi qaydalarına uyğun olaraq ərizəçinin çəkməli olduğu ümumi müddətin hesablanmasına aid idi.
(a) Tətbiq edilən cəzanın əhatə dairəsi –cinayətlərin törədildiyi zaman qüvvədə olan 1973-cü il Cinayət Məcəlləsinə əsasən, bir-birilə əlaqəli olan çoxsaylı cinayətlər halında, cinayətkarı məhkum edən müxtəlif qərarlarla tətbiq edilən və ya elan edilmiş “cəza”lar (penas) konsepsiyasından fərqli olaraq, çəkilməli olan maksimum müddət (condena) otuz illik maksimum həbs müddəti idi. Bundan əlavə, “tətbiq edilən” cəzanın azalması üçün məhbusların həbsxanada işlədiyi hər iki günə görə bir gün cəza azalması hüququna malikdir. Bununla belə, cəmi üç min ildən artıq həbs cəzasının otuz ilə azalan ərizəçinin halındakı kimi, çox sayda cəzanın birləşdirilməsi və çəkilməli maksimum həbs müddətinin təyin edilməsi halında cəza azalmasının necə tətbiq edilməsinin heç bir spesifik qaydası yox idi. 1995-ci il Cinayət Məcəlləsi ilk dəfə olaraq nəzərdə tuturdu ki, bəzi istisna hallarda cəza dəyişiklikləri məqsədilə qanunla müəyyən olunmuş çəkilməli maksimum müddət olan otuz illik müddət deyil, tətbiq olunmuş cəzaların məcmusu nəzərə alına bilər.
Ali Məhkəmənin 2006-cı il qərarından əvvəl Məhkəmə təcrübəsi və 1973-cü il Cinayət Məcəlləsinin müvafiq müddəalarının şərh olunması təcrübəsi nəzərə alınaraq, bir məhbusun cəzaları birləşdiriləndə və ona çəkilməli olan maksimum həbs müddəti tətbiq olunanda həbsxana və məhkəmə orqanları həbsxanada görülən işlərə görə cəza azalmasını çəkilməli maksimum həbs müddətinə tətbiq edirdi. Beləliklə, ərizəçinin həbsxanada görülən işlərə görə cəza azalmasını hesablayarkən onlar bu azalmanı otuz illik qanuni maksimum həbs müddətininə tətbiq etmişdilər. 1994-cü ilin martında qəbul etdiyi bir qərarında Ali Məhkəmə bu maksimum həbs müddətinə qanunla nəzərdə tutulan cəza dəyişikliklərinin tətbiq edilməli olduğu “yeni, müstəqil cəza” kimi istinad etmişdi. Beləliklə, 1973-cü il Cinayət Məcəlləsinin müvafiq müddəalarının qeyri-dəqiqliyinə və Ali Məhkəmənin onlara 1994-cü ilədək aydınliq gətirməməsinə baxmayaraq, otuz illik məksimum həddin nəticəsi olan çəkilməli maksimum həbsi (condena) yeni, müstəqil cəza hesab etmək və həbsxanada görülən işlərə görə cəza azalmasını bu cəzaya tətbiq etmək, həbsxana və məhkəmə orqanlarının aydın təcrübəsi idi. Bu təcrübəyə əsasən, həbs müddətində ərizəçinin haqqı var idi ki, ona verilən cəza otuz illik maksimum həddin tətbiqindən nəticələn cəzadır və həbsxanada görülən işlərə görə cəza azalması məhz bu müddətə tətbiq olunancaqdır. Bundan əlavə, həbsxanada görülən işlərə görə cəza azalması açıq şəkildə qanunda nəzərdə tutulmuşdu və bu müddəaya görə, həbsxana görülən işlərər görə həbs müddətinin avtomatik olaraq azalmasını nəzərdə tuturdu. İki hal istisna təşkil edirdi: məhbus həbsxanadan qaçmışsa və ya qaçmağa cəhd etmişsə və davranışları qəbuledilməz olmuşdusa. Hətta bu iki halda belə hakim tərəfindən əvvəldən icazə verilmiş cəza azalması retro-aktiv qaydada geri götürülə bilməzdi, çünki cəza azalmasına uyğun gələn günlər artıq çəkilmiş həbs günü hesab edilir və məhbusun artıq əldə etdiyi hüquqların tərkib hissəsi hesab edilirdi.
1995-ci il Cinayət Məcəlləsinin gələcəkdə məhkum olunacaq şəxslərə münasibətdə həbsxanada görülən işlərə görə cəza azalmasını ləğv etməsinə baxmayaraq, onun keçid müddəaları ərizəçi kimi 1973-cü il Cinayət Məcəlləsinə əsasən məhkum olunmuş şəxslərin cəza dəyişiklikləri onların xeyrinə olduğu halda onlardan yararlanmasına icazə verirdi. Bununla belə, qanun onun qüvvəyə minməsindən əvvəl məhkum olunmuş şəxslərin şərti azadedilməsinin şərtlərini ağırlaşdırmışdı. Məhkəmə bundan belə nəticəyə gəldi ki, keçid tədbiri olaraq həbsxanada görülən işlərə görə cəza azalmasınən təsirini saxlamaq və daha yüngül qanunun müəyyənləşdirilməsi məqsədləri üçün qanunverici bu müddəaların qanunvericiliyin bir hissəsi olduğunu, yəni cəzanın icrası qaydası deyil, cəzanın təyin edilməsinə təsir edən müddəa hesab etmişdir.
Yuxarıdakılara əsasən, ərizəçinin cinayət təqibinə səbəb olan cinayətləri törətdiyi və cəzaların birləşdirilməsi və maksimum həbs müddətinin müəyyən edildiyi zaman müvafiq İspan hüququ bütünlükdə götürüldüyündə, ərizəçini, 1973-cü il Cinayət Məcəlləsində nəzərdə tutulan maksimum həbs dövrü və həbsxanada görülən işlərə görə cəzaların azalması barədəki müddəaları nəzərə alınmaqla, ona tətbiq edilən cəzanın mahiyyətini işin hallarında ağlabatan dərəcədə anlaması üçün kifayət qədər aydın şəkildə ifadə olunmuşdu. Ərizəçiyə tətbiq edilmiş cəza, beləliklə, otuz illik maksimum azadlıqdan məhrumetmə idi və həbsxanada görülən işlərə görə cəza azalması bu maksimum cəzadan çıxılmalı idi.
(b) “Parot doktrinası”nın ərizəçiyə tətbiqinin cəzanın icrası vasitəsi və ya onun mahiyyətini dəyişdirməsi ilə bağlı – 2008-ci ilin may ayında Audiencia Nacional ərizəçinin yekun azadolma tarixi olaraq 2 iyul 2008-ci il tarixini təyin etmək təklifini rədd etmişdir və əvəzində Ali Məhkəmənin 28 fevral 2006-cı ildə, yəni ərizəçinin məhkum olunduğu cinayətlərin törədilməsindən, cəzaların birləşdirilməsi və maksimum azadlıqdan məhrumetmə müddətinin müəyyən olunmasından çox sonra, 197/2006 saylı qərarı ilə qəbul edilmiş “Parot doktrinası”nı tətbiq etmişdir. O belə hesab etmişdir ki, həbsxanada görülən işlərə görə cəzaların azalmasının yeni qaydasına görə, azalmanın əvvəl olduğu kimi otuz illik maksimum müddətə deyil, hər bir cəzaya fərdi şəkildə tətbiq edilməsi, “cəza” (pena) ilə “çəkilməli olan müddət”i (condena) bir-birindən fərqləndirən 1973-cü il Cinayət Məcəlləsinin müddəalarının ifadə formasına uyğundur. “Parot doktrinası”nın ərizəçinin vəziyyətinə tətbiqi onu, qanuna və cəzaların icrası hakimlərinin yekun qərarlarına əsasən ona verilən, həbsxanada görülən işlərə görə cəzaların azalması hüququnun səmərəli istifadəsindən məhrum etmişdir. Bunun nəticəsində, maksimum otuz illik azadlıqdan məhrumetmə müddəti, həbsxanada görülən işlərə görə cəza azalmasının tətbiq edildiyi müstəqil cəza olmaqdan çıxmış və heç bir azalmanın tətbiq edilmədiyi otuz illik cəzaya çevrilmişdir.
(c) “Parot doktrinası”nın ağlabatan dərəcədə öngörülə bilənliyi barədə – Cəza azalmasının tətbiqi sistemindəki bu dəyişiklik Ali Məhkəmənin, qanunvericilik dəyişikliyinin ardından əvvəlki məhkəmə təcrübəsini dəyişməsinin nəticəsi idi. 8 mart 1994 qərarında Ali Məhkəmə əks yanaşma nümayiş etdirmiş və hesab etmişdi ki, otuz illik maksimim həbs müddəti “yeni, müstəqil cəza növü”dür və qanunla nəzərdə tutulan bütün cəza azalmaları ona tətbiq edilməlidir. Bütün hallarda, «Parot doktrinası”ndan əvvəl həbsxana və məhkəmə orqanlarının təcrübəsi həbsxanada görülən işlərə görə cəza azalmasını maksimum otuz illik azadlıqdan məhrumetmə müddətinə tətbiq etmək idi. Ali Məhkəmə öz əvvəlki təcrübəsindən yalnız 2006-cı ildə, həmin qanunun ləğvindən on il zaman keçdikdən sonra imtina etmişdir. I Beləliklə, Ali Məhkəmə, artıq qüvvədə olmayan qanunun, yəni 1995-ci il Cinayət Məcəlləsinin ləğv etdiyi 1973-cü il Cinayət Məcəlləsinin şərhini vermişdir. Bundan əlavə, 1995-ci il Cinayət Məcəlləsinin keçid müddəaları xüsusən daha ağır cinayt qanunun geriyə qüvvəsinin qadağan edilməsi qaydasına riayət etmək üçün, 1973-cü il Cinayət Məcəlləsi əsasında məhkum olunmuş ərizəçi kimi şəxslərə münasibətdə həbsxanada görülən işlərə görə cəza azalması sisteminin saxlanmasını nəzərdə tuturdu. Bununla belə, Ali Məhkəmənin, hər hansı artıq verilmiş cəza azalmasını səmərəsiz edən yeni təfsiri, təcrübədə ərizəçi və onunla bənzər vəziyyətdə olan şəxslərin azalma sisteminin faydalarından məhrum olunmasına gətirib çıxarmışdı.
Nəhayət, Məhkəmə qəbul edir ki, Ali Məhkəmə 1995-ci il Cinayət Məcəlləsində dəyişiklik edən 7/2003 saylı qanunu geriyə tətbiq etməmişdir, lakin Ali Məhkəmənin əsaslandırmasından aydındır ki, onun məqsədi həmin qanunla eyni idi, yəni maksimum azadlıqdan məhrumetmə müddətinin uzun müddət həbc cəzası almış məhkumlar tərəfindən real olaraq çəkilməsini təmin etmək idi. Bununla bağlı, Dövlətlər öz cinayət siyasətlərini, məsələn, cinayətlərə tətbiq olunana cəzaları ağırlaşdırmaqla müəyyənləşdirməkdə sərbəstdirlər lakin onlar bunu edərkən, təqsirləndirilən şəxsin əleyhinə olan cinayət qanunun geriyə qüvvəsini şərtsiz olaraq qadağan edən Maddə 7-nin tələblərinə riayət etməlidirlər.
Yuxarıdakılara əsaslanaraq, ərizəçi məhkum olunan və cəzalarının birləşdirilməsi və ona maksimum azadlıqdan məhrumetmə müddətinin tətbiq olunması qərarı barədə məlumatlandırıldığı zaman məhkəmə təcrübəsinin Ali Məhkəmənin 2006-cı il tarixli qərarına uyğun bir inkişaf xətti üzrə gedəcəyinə aid heç bir göstərici yox idi. Bu səbəbdən, ərizəçinin Ali Məhkəmənin əvvəlki təcrübəsini dəyişəcəyinə və bunun nəticəsi olaraq, Audiencia Nacionalın ona verilmiş cəza azalmasını ona tətbiq edilmiş maksimum otuz illik azadlıqdan məhrumetmə müddətinə deyil, ona verilmiş hər bir cəzaya ayrılıqda tətbiq edəcəyinə inanması üçün heç bir əsas yox idi. Məhkəmə təcrübəsinin bu cür dəyişməsi ərizəçiyə verilmiş cəzanın mahiyyətini, onun əleyhinə olaraq dəyişmişdi.
Nəticə: pozuntu (on beş səsə qarşı iki səslə).
Maddə 5 § 1: Ərizəçi səlahiyyətli məhkəmə tərəfindən qanunla nəzərdə tutulan qaydada məhkum olunmuş və cəmi 3 min ildən çox bir müddətə azadlıqdan məhrum edilmişdi. Bu qərarların çoxunda, həmçinin cəzaların birləşdirilməsi və maksimum azadlıqdan məhrumetmə müddətinin tətbiqi barədə 30 noyabr 2000-ci il qərarında Audiencia Nacional bildirmişdi ki, ərizəçinin real olaraq çəkməli olduğu müddət 1973-cü il Cinayət Məcəlləsinənə əsasən otuz illik maksimum azadlıqdan məhrumetmə müddətidir. Ərizəçinin həbsi hələ maksimum həddə çatmamışdı. Ərizəçinin təqsirliliyi barədəki hökmlərdən irəli gələn məhkum edilməsi və otuz illik maksimum azadlıqdan məhrumetmə müddətinin müəyyən edilməsi haqqındakı qərarlarından irəli gələn, 2 iyul 2008-ci ildən sonrakı davamlı həbsi arasında aydın səbəbli əlaqə vardır.
Konvensiyanın 7-ci maddəsinin pozuntusunu elan etməsinə səbəb olan mülahizələr əsaslanaraq, Məhkəmə hesab edir ki, ərizəçinin məhkum olunduğu, həbsxana işlədiyi və ərizəçinin cəzalarının birləşdirilməsi və maksimum azadlıqdan məhrumetmə müddətinin müəyyən olunduğu zaman ərizəçi həbsxanada görülən işlərə görə cəzaların azalması metodunun Ali Məhkəmənin 2006-cı ildə öz yurisprudensiyasını dəyişməsilə dəyişəciyəni və bu yeni yanaşmanın ona tətbiq ediləcəyini ağlabatan dərəcədə öngörə bilməzdi. Bu, onun azadolunma tarixini doqquz il gecikdirmişdir. Bu səbəbdən, ərizəçinin azadlıqdan məhrumetmə müddəti, onun məhkum olunduğu zaman qüvvədə olan qanuna əsasən və cəza azalmaları nəzərə alınaraq çəkməli olduğu vaxtdan daha uzun olmuşdur. Beləliklə, ərizəçinin 3 July 2008-ci ildən sonrakı həbsi “qanuni” olmamışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 46: İşin xüsusi halları və Konvensiyanın pozuntusuna son qoymaq ehtiyacı nəzərə alınaraq, ərizəçinin mümkün ən tez tarixdə azad edilməsini təmin etmək cavabdeh Dövlətin öhdəliyidir.
Maddə 41: mənəvi ziyana görə EUR 30,000
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy