© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
DEL RÍO PRADA İSPANİYAya qarşı
(Ərizə no. 42750/09)
QƏRAR
[Çıxarışlar]
STRAZBURQ
21 oktyabr 2013
Bu qərar qətidir, lakin ona redaktə xarakkterli dəyişikliklər edilə bilər.
Del Río Prada İspaninyaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası:
Dean Spielmann, Sədr,
Guido Raimondi,
Ineta Ziemele,
Mark Villiger,
Isabelle Berro-Lefèvre,
Elisabeth Steiner,
George Nicolaou,
Luis López Guerra,
Ledi Bianku,
Ann Power-Forde,
Işıl Karakaş,
Paul Lemmens,
Paul Mahoney,
Aleš Pejchal,
Johannes Silvis,
Valeriu Griţco,
Faris Vehabović, hakimlər,
və Məhkəmə Katibinin müavini Michael O’Boyledən ibarət tərkibdə,
20 mart 2013 və 12 sentyabr 2013-cü il tarixlərində qapalı məşvərət keçirərək,
Yuxarıda göstərilən son tarixdə aşağıdakı qərarı qəbul etmişdir:
PROSEDUR
1. Iş İspan vətəndaşı Xanım Inés del Río Prada (“Ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən İspaniya Krallığına qarşı 30 avqust 2009-cu il tarixində göndərilən ərizə (no. 42750/09) ilə başlamışdır.
2. Ərizəçi Londonda fəaliyyət göstərən hüquqşünaslar Cənab S. Swaroop, Cənab M. Muller və Cənab M. Ivers, Bayonnedə fəaliyyət göstərən hüquqşünas Cənab D. Rouget, Pamplonada fəaliyyət göstərən hüquqşünas Xanım A. Izko Aramendia və San Sebastiandə işləyən hüquqşünas Cənab U. Aiartza Azurtza tərəfindən təmsil olunmuşdur. İspaniya Hökumət (“Hökumət”) nümayəndəsi Cənab F. Sanz Gandásegui və həm-nümayəndə Dövlət Müşaviri Cənab I. Salama Salama tərəfindən təmsil olunmuşdur
3. Ərizəçi xüsusilə şikayət etmişdir ki, 3 iyul 2008-ci ildən etibarən onun davamlı həbsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin tələbinə zidd olaraq, nə “qanuni”, nə də “qanunla müəyyən olunmuş prosedura uyğun” deyildi. 7-ci maddəyə istinad edərək, ərizəçi həmçinin şikayət etmişdir ki, onun məhkum edilməsindən sonra Ali Məhkəmənin qəbul etdiyi yeni yanaşmanın retrospektiv hesab etdiyi tətbiqi, onun həbs müddətini təxminən doqquz il uzatmışdı.
4. Ərizə Məhkəmənin Üçüncü Seksiyasına verilmişdir (Məhkəmə Reqlamentinin, 52-ci Qaydasının 1-ci bəndi). 19 noyabr 2009-cu ildə Üçüncü Seksiyanın Sədri Hökumətə ərizə barədə məlumat verməyi qərar almışdır. Ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı məsələlərə birgə baxılması da qərarlaşdırılmışdır (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi). 10 iyul 2012-ci ildə Sədr Josep Casadevall və hakimlər Corneliu Bîrsan, Alvina Gyulumyan, Egbert Myjer, Ján Šikuta, Luis López Guerra və Nona Tsotsoria, Seksiya Katibi Santiago Quesadadan ibarət Seksiya Palatası qərar qəbul etmişdir. Onlar ərizəçinin Konvensiyanın 7-ci maddəsi və 5-ci maddəsinin 1-ci bəndi ilə bağlı şikayətlərini qəbuledilən, qalanlarını qəbuledilməz hesab etmiş, mahiyyəti üzrə isə bu müddəaların pozuntusunun baş verdiyini elan etmişlər.
5. 4 oktyabr 2012-ci ildə Məhkəmə Hökumətdən işin Böyük Palataya göndərilməsi barədə müraciət almışdır. 22 oktyabr 2012-ci ildə Böyük Palatanın bir paneli işin Böyük Palataya göndərilməsi barədə qərar qəbul etmişlər (Konvensiyanın 43-cü maddəsi).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci bəndləri və Məhkəmə Reqlamentinin 24-cü Qaydasına uyğun olaraq müəyyənləşdirilmişdir.
7. Ərizəçi və Hökumət işin mahiyyəti üzrə öz yazılı təqdimatlarını göndərmişlər (Qayda 59 § 1).
8. Bundan əlavə, üçüncü tərəfin şərhləri qismində, Sədr tərəfindən müdaxilə etməyə icazə verilən Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) adından Xanım Róisín Pillay (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Qayda 44 § 3).
9. 20 mart 2013-ci ildə Strazburqda, İnsan Hüquqları Sarayında dinləmə keçirilmişdir (Qayda 59 § 3).
Məhkəmədə iştirak etmişlər:
(a) Hökumət adından:
MrI. Salama Salama, Həm-nümayəndə,
MrF. Sanz Gandásegui, Nümayəndə,
MrJ. Requena Juliani,
MrJ. Nistal Buron, Məsləhətçi;
(b) Ərizəçi adından:
MrM. Muller,
MrS. Swaroop,
MrM. Ivers,Hüquqşünas,
MrD. Rouget,
MsA. Izko Aramendia,
MrU. Aiartza Azurtza, Məslətçilər.
Məhkəmə Cənab Muller, Cənab Swaroop, Cənab Ivers və Cənab Salama Salamanın fikirlərini, həmçinin Cənab Muller, Cənab Swaroop, Cənab Ivers və Cənab Sanz Gandáseguinin suallara cavablarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
10. Ərizəçi 1958-ci ildə anadan olmuşdur. O, Galicia vilayətində həbsxanadadır.
11. Audiencia Nacional[1]qarşısından baxılan səkkiz fərqli cinayət prosesində ərizəçi aşağıdakı şəkildə məhkum edilmişdir:
- 18 Dekabr 1988-ci il tarixli 77/1988 saylı qərar: terrorist təşkilaçtının üzvlüyünə görə səkkiz il azadlıqdan məhrumetmə; qanunsuz silaha malik olmağa görə yeddi il azadlıqdan məhrumetmə; partlayıcı maddələri saxlamağa görə səkkiz il azadlıqdan məhrumetmə; sənəd saxtalaşdırılmasına görə dörd il azadlıqdan məhrumetmə; və saxta şəxsiyyəti təsdiq edən sənəd istifadəsinə görə altı ay azadlıqdan məhrumetmə;
- 27 yanvar 1989-cu il tarixli 8/1989 saylı qərar: altı ayrı halda bədənə ağır xəsarət törətməklə birgə əmlaka ziyana görə, bir halda bədənə xəsarət və doqquz halda bədənə az xəsarətə görə on altı il azadlıqdan məhrumetmə;
- 22 aprel 1989-cu il tarixli 43/1989 saylı qərar: ölümlə nəticələnən hücum və qəsdən adamöldürməyə görə hər bir hal üçün iyirmi doqquz il azadlıqdan məhrumetmə;
- 7 noyabr 1989-cu il tarixli 54/1989 saylı qərar: ölümlə nəticələnən hücuma görə otuz il azadlıqdan məhrumetmə; on bir qəsdən adamöldürmə halının hər birinə görə iyirmi doqquz il; yetmiş səkkiz adam öldürməyə cəhdin hər birinə görə iyirmi dörd il; və əmlaka ziyana görə on bir il azadlıqdan məhrumetmə. Audiencia Nacional əmr etmişdi ki, 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsinə əsasən çəkilməli maksimum həbs müddəti (condena) otuz il olmalıdır;
- 25 Noyabr 1989-cu il tarixli 58/1989 saylı qərar: ölümlə nəticələnən hücuma və iki qəsdən adamöldürmə halının hər biri üçün iyirmi doqquz il azadlıqdan məhrumetmə. Audiencia Nacional hesab etmişdi ki, 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsinə əsasən çəkilməli ola maksimum müddət (condena) otuz il olmalıdır;
- 10 dekabr 1990-cu il tarixli 75/1990 saylı qərar: ölümlə nəticələnən hücuma görə otuz il azadlıqdan məhrumetmə; dörd qəsdən adamöldürmə halının hər biri üçün otuz il azadlıqdan məhrumetmə; on bir qəsdən adamöldürməyə cəhd halının hər biri üçün iyirmi il azadlıqdan məhrumetmə; və terrorizm cinayəti ilə bağlı səkkiz il azadlıqdan məhrumetmə. Qərarda göstərilirdi ki, çəkilməli ola maksimum müddət məqsədləri üçün 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsi nəzərə alınmalıdır;
- 18 aprel 1995-ci il tarixli 29/1995 saylı qərar: ölümlə nəticələnən hücuma görə iyirmi səkkiz il azadlıqdan məhrumetmə və qəsdən adamöldürməyə cəhdə görə iyirmi il və bir gün azadlıqdan məhrumetmə. Məhkəmə yenidən Cinayət Məcəlləsinin 70-ci maddəsindəki müddətlərə istinad etmişdir;
- 8 may 2000-ci il tarixli 24/2000 saylı qərar: qəsdən adamöldürmə məqsədilə hücuma görə otuz il azadlıqdan məhrumetmə; qəsdən adamöldürməyə görə iyirmi doqquz il azadlıqdan məhrumetmə; yetmiş qəsdən adamöldürməyə cəhdinin hər biri üçün iyirmi dörd il azadlıqdan məhrumetmə; əmlaka ziyana görə on bir il azadlıqdan məhrumetmə. Qərarda bildirilirdi ki, çəkilməli olan maksimum müddət 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsində nəzərdə tutulandan çox olmamalıdır. Hansı qanunun (hadisələrin baş verdiyi vaxt tətbiq olunan 1973-cü il Cinayət Məcəlləsi yoxsa, sonradan qüvvəyə minən 1995-ci il Cinayət Məcəlləsi) tətbiq olunmalı olması məsələsi ilə bağlı, Audiencia Nacional hesab etmişdi ki, 1973-cü il Cinayət Məcəlləsi, Məcəllənin 70.2 maddəsində nəzərdə tutulan maksimum müddət və maddə 100-də nəzərdə tutulan həbsxanada görülən işlərə görə həbs müddətinin azaldılması imkanı səbəbindən daha yumşaq qanundur.
12. Ərizəçinin 1982 və 1987-ci illər arasında törətdiyi bu cinayətlərlə bağlı bütün ittihamlar üzrə aldığı azadlıqdan məhrumetmə cəzası müddəti 3,000 ildən uzun idi.
13. Ərizəçi məhkəmə hökmünə qədər 6 iyul 1987-ci ildən 13 fevral 1989-cu ilədək məhkəməyə qədər həbsdə olmuş, məhkumluğunu isə 14 fevral 1989-cu ildəki ilk hökmdən sonra çəkməyə başlamışdır.
14. 30 noyabr 2000-ci ildə Audiencia Nacional ərizəçini məlumatlandırdı ki, onun məhkum olunduğu cinayətlər arasında hüquqi və xronoloji bağlılıq, cinayətlərin törədildiyi vaxt qüvvədə olan 1973-cü il Cinayət Məcəlləsinin 70.2-ci maddəsi ilə birgə götürülməklə, Cinayət Prosessual Qanununun (Ley de Enjuiciamiento Criminal) 988-ci Bölməsində nəzərdə tutulduğu kimi, bu işlərin birləşdirilməsinə imkan verir (acumulación de penas). Audiencia Nacional bütün cinayətlər üzrə ərizəçinin çəkməli olduğu həbs müddətini otuz il olaraq müəyyən etmişdir.
15. 15 fevral 2001-ci il qərarı ilə Audiencia Nacional ərizəçinin azadlıqdan məhrumetmə müddətinin tamamən bitəcəyi günü (liquidación de condena) 27 iyun 2017-ci il olaraq müəyyən etmişdir.
16. 24 aprel 2008-ci ildə, 1987-ci ildın etibarın həbsxanada yerinə yetirdiyi işə görə 3,282 günü nəzərə alaraq, ərizəçinin cəzasının icra edildiyi Murcia Həbsxanasının müdiriyyəti Audiencia Nacionala təklif etdi ki, ərizəçi 2 Iyul 2008-ci ildə azad edilsin. Hökumət tərəfindən Məhkəməyə göndərilmiş sənədlər göstərir ki, cəzaların icarası üzrə hakimlərin (birinci instansiyada Jueces de Vigilancia Penitenciaria və appleyasiya qaydasında Audiencias Provinciales) qərarlarıyla ərizəçinin cəzası 1993, 1994, 1997, 2002, 2003 və 2004 öz hücrəsinin, ümumi zonaların və həbsxanananın təmizlənməsi və universitet təhsilinə başlamasına görə adi və istisna qaydada bir neçə dəfə azaldılmışdı.
17. Bununla belə, 19 may 2008-ci ildə Audiencia Nacional bu təklifi rədd etmiş və Ali Məhkəmənin 28 Fevral 2006-cı il tarixli 197/2006 saylı qərarı ilə yaradılmış yeni presedentə (“Parot doktrinası” kimi tanınan) əsaslanaraq həbsxana müdiriyyətindən ərizəçinin buraxılması üçün yeni günün təklif edilməsini istəmişdir. Bu yeni yanaşmaya əsasən, cəzaların dəyişdirilməsi (beneficios) və azaldılması maksimum müddət olan otuz il azadlıqdan məhrumetmə halına tətbiq olunmur, lakin verilən hər bir cəza üçün uğurla tətbiq oluna bilər (bax: aşağıdakı “Müvafiq daxili hüquq və təcrübə”, 39-42-ci paraqraflar).
18. Audiencia Nacional izah etdi ki, bu yeni yanaşma yalnız 1973-cü il Cinayət Məcəlləsinə əsasən məhkum olunmuş və barəsində həmin Məcəllənin 70.2 maddəsi tətbiq edilən şəxslərlə bağlı idi. Ərizəçinin halı da onlardan olduğundan, onun da azad edilmə tarixi müvafiq olaraq dəyişilməli idi.
19. Ərizəçi bu qərardan appelyasiya şikayəti (súplica) vermişdir. O, inter alia iddia edirdi ki, Ali Məhkəmə qərarının tətbiqi, təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsinin olmaması prinsipinə ziddir, çünki çəkilməli olan maksimum otuz illik müddətə tətbiq olunmaqdansa, həbs müddətində görülmüş işlərər görə cəzanın azaldılması verilən hər bir cəzaya tətbiq olunurdu. Ərizəçinin iddiasına görə, bunun nəticəsində o təxminən doqquz il artıq həbs cəzası çəkmişdir. Bu appelyasiya şikayətinin nəticəsi barədə Məhkəməyə məlumat verilməmişdir.
20. 23 iyun 2008-ci il tarixli əmri ilə, həbsxana müdiriyyətinin yeni təklifinə əsaslanaraq, Audiencia Nacional ərizəçinin yekun azadlığa buraxılma günü olaraq (licenciamiento definitivo) 27 iyun 2017-ci ili müəyyən etdi.
21. Ərizəçi 23 iyun 2008-ci il əmrinə qarşı súplica şikayəti verdi. 10 iyul 2008-ci il qərarı ilə Audiencia Nacional ərizəçinin şiakyətini rədd etdi və izah etdi ki, bu işdə söhbət həbs müddətlərinin son həddindən deyil, məhbusun azad edilməsi tarixinin hesablanması üçün cəzaların necə azaldılmasından gedir. Bu azalmalar, hər bir cəzaya ayrıca tətbiq olunmalıdır. Nəhayət, Audiencia Nacional hesab etdi ki, cinayət qanunun geriyə qüvvəsinin olmaması prinsipi pozulmamışdır, çünki bu işdə tətbiq olunan cinayət hüququ onun tətbiq olunduğu zaman qüvvədə olan qanun idi.
22. Konstitusiyanın 14 (ayrı-seçkiliyin qadağan olunması), 17 (azadlıq hüququ), 24 (səmərəli məhkəmə müdafiəsi hüququ) və 25 (bərabərlik prinsipi) çaddələrinə istinad edərək ərizəçi Konstitusiya Məhkəməsinə amparo şikayəti verdi. 17 Fevral 2009-cu il qərarı ilə Konstitusiya Məhkəməsi ərizəçinin şikayətlərinin konstitusiyaya əsaslandığını göstərmədiyi səbəbilə qəbuledilməz elan etdi.
II. MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ
...
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 7-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
56. Ərizəçi iddia edir ki, onun geriyə qüvvənin tətbiq olunması hesab etdiyi Ali Məhkəmənin onun məhkum olunmasısından sonra öz əvvəlki təcrübəsini dəyişməsi, onun mıhkumluq müddətinin təxminən doqquz il artmasına səbəb olmuşdur və bu, Konvensiyanın 7-ci maddəsinə ziddir. Bu maddədə deyilir:
“1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz.
2. Bu maddə sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq, törədildiyi zaman cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizliyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.”
.”
A. Palatanın qərarı
57. 10 iyul 2012-ci ildə Palata Konvensiyanın 7-ci maddəsinin pozulduğunu elan etmişdir.
58. Palata ilk olaraq qeyd etmişdir ki, 1973-cü il Cinayət Məcəlləsinin müddəalarının cəzaların azaldılması və çəkilməli olan maksimum azadlıqdan məhrumetmə müddəti – yəni həmin Məcəllənin 70-ci maddəsinə görə otuz il- bir az anlaşılmaz olsa da, təcrübədə həbsxana müdiriyyəti və İspan məhkəmələri maksimum azadlıqdan məhrumetmə müddətini yeni, müstəqil və həbsxanada görülən işlərə görə cəzanın azladılmasının tətbiq olunmalı olduğu bir cəza kimi hesab etməyə meylli idilər. Palata belə nəticəyə gəlmişdi ki, cinayətlərin törədildiyi və cəzaların birləşdirilməsi barədə qərarın qəbul edildiyi zaman (30 noyabr 2000), ümumi olaraq götürüldüyündə, məhkəmə təcrübəsi də daxil olmaqla İspan hüququ kifayət qədər dəqiqliklə formulə edilmişdi və ərizəçi ona verilən cəza və bu cəzanın icrası qaydası ilə bağlı ağlabatan dərəcədə anlayırdı (əksi üçün Kafkaris v. Cyprus [BP], no 21906/04, § 150, ECHR 2008§ 55).
59. İkincisi, Palata müşahidə etmişdi ki, ərizəçinin halında Ali Məhkəmənin 2006-cı ildəki cəzaların azaldılmasının tətbiqi qaydasının yeni şərhi retroaktiv qaydada, ərizəçinin əvvəl hüququ olan cəzasının həbsxanada gördüyü işlərə görə azaldılması hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə müddətini təxminən doqquz il artırmışdır. Beləliklə, Palata hesab etmişdi ki, bu tədbir təkcə ərizəçinin cəzasının icrasına deyildi, həm də 7-ci maddəsi mənasında “cəza”nın əhatə dairəsinə də əhəmiyyətli təsiri vardı (qərar, § 59).
60. Üçüncüsü, Palata qeyd etmişdi ki, Ali Məhkəmənin yanaşmasının dəyişməsi məhkəmənin təcrübəsi ilə əsaslanmırdı və Hökumət özü də həbsxanaların və məhkəmələrin əvvəlki təcrübəsinin ərizəçiyə daha əlverişli olacağını qəbul etmişdi. Palata vurğulamışdı ki, əvvəlki yanaşmanın dəyişilməsi yeni 1995-ci il Cinayət Məcəlləsinin qüvvəyə minməsindən sonra olmuşdur. Bu Məcəllə çox sayda azadlıqdan məhrumetmə müddəti almış şəxslərin cəzalarının həbsxanada görülən işə görə azaldılması qaydasını aradan qaldırır və onların cəzalarının dəyişdirilməsinin yeni, daha sərt qaydasını nəzərdə tuturdu. Palata vurğulamışdı ki, yerli məhkəmələr maraqlı şəxsin vəziyyətini ağırlaşdıran və cinaytəin törətdiyi vaxtdan sonra qəbul edilmiş cinaşyət siyasəti müddəalarını retro-aktiv qaydada tətbiq etməli deyildilər (qərar, § 62). Palata belə nəticəyə gəlmişdi ki, cinyətin törədildiyi zaman və bütün cəzaların birləşdirildiyi və maksimum cəzanın tətbiq etdildiyi zaman, ərizəçinin Ali Məhkəmənin 2006-cı ildə öz təcrübəsini, cəzaların azaldılması qaydasını dəyişəcəyini, bu dəyişikliyin onun işinə tətbiq olunacağını, və bunun nəticəsində onun həbs müddətinin nəzərə çarpacaq dərəcədə uzanacağını təsəvvür etməsi çətin, hətta qeyri-mümkün idi. (qərar, § 63).
B. Tərəflərin Böyük Palataya təqdimatları
1. Ərizəçi
61. Ərizəçi bildirir ki, bütün cəzalarının birləşdirilməsi və həbsi üçün ən yüksək müddət həddinin seçilməsi barədə 30 Noyabr 2000 tarixli qərarında nəzərdə tutulan otuz il maksimum zadlıqdan məhrumetmə müddəti cəzasının yeni və yekun olaraq müəyyənləşmiş forması idi. O Palatanın gəldiyi nəticələrlə razıdır ki, həmin zamankı məhkəmə təcrübəsi həbs müddətini çəkdiyi zaman onda, 1987-ci ildən həbsdə olduğu müddətdə gördüyü işlərə görə azalmanın çəkməli olduğu makmsimum həddə, yəni otuz il azadlıqdan məhrumetmə müddətinə tətbiq olunacağı barədə qanuni gözlənti yaratmışdı.
62. Ərizəçi bildirir ki, beləliklə, Ali Məhkəmənin 197/2006 saylı qərarı ilə əvvəlki təcrübəsindən imtinasının onun işinə tətbiq olunması, Hökumətin bildirdiyi kimi, sadəcə cəzanın çəkilməsi tədbiri deyil, ona retro-aktiv qaydada əlavə cəzanın verilməsi demək idi. Bu yanaşma dəyişikliyinin nəticəsində ona eyni gündə haqqında məlumat verilmiş olan 30 Noyabr 2000-ci il qərarı ilə müəyyən olunmuş otuz illik maksimum həbs müddətinin yeni, müstəqil və/və ya yekun cəza olması sona yetmiş, və ona 1988 və 2000-ci illər arasında səkkiz məhkəmə prosesi nəticəsində verilmiş çoxsaylı cəzalar (cəmi üç min ildən çox azadlıqdan məhrumetmə) belə demək olarsa, bərpa edilmişdir. Ərizəçi bildirir ki, cəzanın azaldılması qaydasını hər bir cəzaya fərdi şəkildə tətbiq etməklə, İspan məhkəmələri onu qazandığı cəza azalmasından məhrum etmiş və onun azadlıqdan məhrumetmə müddətinə doqquz il əlavə etmişlər. Bunu edərkən, həmin məhkəmələr sadəcə olaraq cəzalaçrın azaldılması qaydasını dəyişməmiş, həmçinin ona çəkəcəyi söylənilmiş “cəza”nı yenidən müəyyən etmiş və/və ya əsaslı dərəcədə dəyişmişlər.
63. Ərizəçi iddia edir ki, Ali Məhkəmənin 197/2006 qərarı ilə əvvəlki təcrübədən imtinası, əvvəlki təcrübə və yurisprudensiya işığında əvvəlcədən proqnozlaşdırıla bilən deyildi və onun vəziyyətində olan şəxsləri 1973-cü il Cinayət Məcəlləsində nəzərdə tutulan cəzanın həbsxənada görülən işlərə görə azaldılması imkanından tamamilə məhrum edirdi. Ərizəçinin fikrincə, həmin qərar nəticəsində, onun işində yeni 1995-ci il Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət siyasəti tətbiq olunmuşdu, halbuki həmin Məcəllənin müəlliflərinin niyyəti, 1973-cü il Cinayət Məcəlləsində nəzərdə tutulan cəza azalmalarının həmin Məcəllə altında məhkum olunmuş şəxslərə tətbiq olunmağa davam etməsi idi.
64. Alternativ olaraq, ərizəçi danmır ki, onun bu cinayətlıri törətdiyi zaman İspan qanunları onun işinin hallarında cəzasının dairəsi və onun icarsı qaydasını ağlabatan dərəcədə anlamasına imkan verəcək dərəcədə dəqiq formulə edilməmişdi (ərizəçi yuxarıda istinad olunmuş Kafkaris işinin 150-ci paraqrafına istinad edir,). Ərizəçinin fikrincə, 1973-cü il Cinayət Məcəlləsi maksimum hədd olan otuz il azadlıqdan məhrumetmənin yeni, müstəqil bir cəza olması və ya cəzalar birləşdiriləndən sonra hər bir cəzanın fərdi olaraq mövcud olması və azalmanın hansı cəzaya tətbiq olunmalı olduğu məsələlərində aydın deyildi. 197/2006 saylı qərar cəzanın müəyyənləşdirilməısi ilə bağlı vəziyyəti aydınlaşdırmadı, çünki Ali Məhkəmə, 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsində nəzərdə tutulan cəzaların birləşdirilməsi prinsipinin cəzanın müəyyənləşdirilməsinə aid olduğunu elan edən 25 May 1990 qərarını açıq şəkildə ləğv etməmişdi.
Digər tərəfdən, həmin qərar qüvvədə idisə, Audiencia Nacional azalmanın potensial olaraq tətbiq oluna biləcəyi müxtəlif cəzalar,-yəni maksimum otuz il müddəti yoxsa hər bir cəza fərdi olaraq- arasında seçim etməli idi. Scoppola v. Italy (no. 2) qərarına ([BP], no. 10249/03, 17 sentyabr 2009) uyğun olaraq, Audiencia Nacional işin özünəməxsus halları nəzərə alınaraq, daha yüngül cinayət qanununu tətbiq etməli idi.
65. Həm də, cəza və onun icrası arasındakı fərq təcrübədə heç də həmişə tam aydın deyildir. Bu iddianı qaldıran Hökumətin vəzifəsidir ki, bu fərqə istinad edərkən sübut etsin ki, hər hansı müəyyən işdə, xüsusilə dəqiqliyin olmamasının Dövlətin bu qanunları yazmaq və ya tətbiq etmək qaydası ilə bağlıdırsa, fərq vardır. Hazırki iş vaxtından əvvəl buraxılma ilə bağlı diskresion tədbirdən və ya cəzanın yenidən müəyyənləşdirilməsi ilə bağlı olmayan tədbirlərdən fərqləndirilməlidir (ərizəçi yuxarıda istinad olunmuş Hogben işinə, Hosein v. the United Kingdom, no. 26293/95, Komissiyanın 28 fevral 1996-cı il qərardadı; yuxarıda istinad olunmuş Grava işinə və Uttley v. the United Kingdom (qərardad.), no. 36946/03, 29 noyabr 2005 istinad edir). Alternativ olaraq, qanunun keyfiyyəti nöqteyi-nəzərindən hazırki iş cəzanın əhatə dairəsi və mahiyyətilə bağlı, cəzaların azaldılması qaydalarının təfsir və tətbiqi formasına görə daha çox Kafkaris işinə oxşayır. Bütün hallarda Kafkaris qərarında aydın olur ki, “qanunun keyfiyyəti” tələbi, xüsusilə cəzanın mahiyyətinin onun tətbiqi ilə sıx bağlı olduğu hallarda, həm cəzanın əhatə dairəsinə, həm də onun icra edilmə qaydasına şamil olunur.
66. Nəhayət, cinayət işləri ilə bağlı məhkəmə təcrübəsilə bağlı əgər məhkəmələrin, social dəyişikliklərə uyğunlaşmaq üçün öz qərarlarını dəyişdirməsinin legitim olması fərz olunsa belə, Hökumət bu yeni yanaşmanın geriyə qüvvəsinin olmasının səbəbini izah edə bilməmişdir. Bütün hallarda nə Hökumət, nə də məhkəmələr yeni 2006-cı il yanaşmasının ərizəçiyə “yeni sosail çağırışlar”a cavab olaraq tətbiq olunduğunu iddia etməmişdir.
2. Hökumət
67. Hökumət xatırladır ki, ərizəçi ETA cinayətkar təşkilatının üzvü olmuş və 1982-ci ildən tutulduğu 1987-ci ilədək çox sayda terror hücumunda iştirak etmişdir. O əlavə edir ki, törətdiyi iyirmi üç qəsdən adamöldürmə, əlli yeddi qəsdən adamöldürməyə cəhd və digər cinayətlərə görə ərizəçi 1988-ci və 2000-ci illər arasında cəm olaraq üç min ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökumət bildirir ki, ərizəçinin məhkum olunması barədə müxtəlif qərarlar, cinayətlərin törədildiyi tarixdə qüvvədə olan və cinayətlərin və onların törədilməsinə görə nəzərdə tutlan cəzaların çox aydın tərifini verən 1973-cü il Cinayət Məcəlləsinə əsaslanmışdır. Ərizəçinin məhkum olunduğu qərarlardan beşı və cəzaların birləşdirilməsi və otuz illik maksimum azadlıqdan məhrumetmə müddətinin müəyyən olunması barədə 30 Noyabr 2000-ci il qərarı vasitəsilə ərizəçi məlumatlandırılmışdır ki, həmin Məcəllənin 70.2 maddəsinə uyğun olaraq, onun çəkməli olduğu ümumi həbs müddəti otuz ildir. Hökumət həmçinin bildirir ki, Audiencia Nacionalın ərizəçinin cəzasını çəkib bititrəcəyi tarixi 27 iyun 2017 olaraq müəyyən edən qərarının qəbul edildiyi 15 fevral 2001-ci il tarixinədək ərizəçi artıq həbsdə işləməklə cəzasının dörd ildən çox bir müddətə azaldılmasına nail olmuşdu. Ərizəçi bu qərara qarşı appelyasiya şikayəti vermədiyindən, onun Audiencia Nacionalın müəyyən etdiyi azad edilmə tarixini qəbul etdiyi hesab oluna bilər.
68. 1973-cü il Cinayət Məcəlləsinin müddəalarına əsasən, tam aydın idi ki, otuz illik maksimum həbs həddi yeni bir cəza hesab edilməli deyil, tətbiq olunan müxtəlif cəzalarla bağlı, qalan cəzaların müvafiq olaraq ləqv edilməsilə, real olaraq cəkilməli olan ümumi azadlıqdan məhrumetmə müddətinin ən yuxarı həddini müəyyən edən tədbir idi. Cəzaların birləşdirilməsinin və ən yuxarı cəza həddinin müəyyən olunmasının yeganə məqsədi müxtlif proseslərdə verilmiş bütün cəzaların nəticəsi olaraq real olaarq çəkilməli olan həbs müddətini müəyyənləşdirmək idi. Bundan əlavə, 1973-cü il Cinayət Məcəlləsinin 100-cü maddəsi də dəqiqləşdirirdi ki, həbsdə olan müddətdə görülən işlərə görə cəzanın azaldılması “verilmiş cəza”ya, başqa sözlərlə, maksimum həddə çatanadək verilmiş cəzaların hər birinə tətbiq olunur.
69. Ali Məhkəmənin 197/2006saylı qərarına qədər İspan məhkəmələrinin və həbsxanalarının təcrübədə həbsdə görülən işə görə azalmanı ümumi otuz illik azadlıqdan məhrumetmə müddətinə tətbiq etməyə meyli olması doğru olsa da, bu təcrübə cəzanın müəyyənləşdirilməsinə deyil, onun icrasına aiddir. Bundan əlavə, bu təcrübə Ali Məhkəmənin yurisprudensiyasına əsaslanmırdı, çünki həbsdə ikən görülən işə görə cəzanın azalmasının tətbiqi qaydaları barədə müəyyən olunmuş prinsiplər yox idi. Bu məsələ ilə bağlı yeganə qərar Ali Məhkəmə tərəfindən 1994-cü ildə qəbul edilmişdi və bu qərar İspan hüququna görə avtoritar presendent təşkil etmək üçün kifayət deyildi. Ali Məhkəmənin bu sahədə təcrübəsi onun cinayət işləri üzrə palatasının qəbul etdiyi 197/2006 saylı qərara qədər müəyyənləşməmişdi. Üstəlik, Hökumət iddia edir ki, bu təcrübə Konstitusiya Məhkəməsinin 29 Mart 2012-ci ildə qəbul etdiyi və Məhkəmənin “cəza” və onun “icrası” arasında fərq ilə bağlı qərarlarına istinadların edildiyi bir çox qərarla öz təsdiqini tapmışdır.
70. Hökumətin fikrincə, Palatanın “Parot doktrinası”nın tətbiqinin 1973-cü il Cinayət Məcəlləsinə əsasən məhkumlara verilmiş həbsdəki işlərinə görə cəzalarının azaldılması hüququnu tamamilə mahiyyətindən məhrum etməsi barədəki qənaəti yanlışdır. Cəzaların azaldılmasının tətbiqinə davam edilmişdir, lakin hər bir cəzaya fərdi olaraq və maksimum həddə çatanadək tətbiq edilmişdir. Yalnız ərizəçinin törətdiyi kimi çox ağır cinayətlərlə bağlı işlərdə, otuz illik həddə əvvəldən çatılmış olanda, həbsdə görülən işə görə azalmanın cəzaları əhəmiyyətli dərəcədə azalda bilərdi. Eyni şəkildə Palata yanlışlıqla hesab etmişdir ki, Ali Məhkəmə 1995 və 2003-cü il qanunvericilik islahatlarının arxasında olan cinayət siyasətini geriyə tətbiq etmişdir. Həmin islahatların həbsdə olunan müddətdə görülən işlərə görə cəzaları azaldılması ilə bağlı heç bir müddəa daçımamasını görmək çox sadədir, çünki 1995-ci il Cinayət Məcəlləsi bu imkanı ləğv etmişdir. 2003-cü il qanununun arxasındakı cinayət siyasəti geriyə tətbiq olunsa idi, ərizəçinin maksimum azadlıqdan məhrumetmə müddəti qırx il olardı.
71. Palata öz qərarında Məhkəmənin “cəza” hesab olunan və “cəzanın icarsı”na dair tədbirlər arasındakı fərqlə bağlı yurisprudensiyasından kənara çıxmışdır. Bu yurisprudensiyaya əsasən, cəzanın azaldılması və ya şərti azadedilmə sistemində dəyişiklik 7-ci Maddə mənasında “cəza”nın tərkib hissəsi deyildir (Hökumət yuxarıda istinad edilmiş Grava, işinə, § 51-ə; yuxarıda istinad edilmiş Uttley, yuxarıda istinad edilmiş Kafkaris, § 142-yə; və yuxarıda istinad edilmiş Hogben qərardadına istinad edir). Kafkaris işində Məhkəmə hesab etmişdi ki, geriyə qüvvəsi olan və ömürlqk həbs cəzası almış məhkumların həbsxanada gördükləri işlərər görə cəzalarının azaldılmasını istisna edən həbsxana qaydaları ilə bağlı islahatlar, verilmiş “cəza”ya aid deyil, cəzanın icrası ilə əlaqədardır (§ 151). Hazırki işdə Hökumət bildirir ki, həbsxana qaydalarında heç bir dəyişiklik olmamışdır. Ali Məhkəmənin həbs müddətində görülən işlərə görə cəzanın azaldılması barədəki 197/2006 saylı qərarının yeganə nəticəsi, ərizəçiyə verilən cəzanın artırılması deyil, onun azadedilmə tarixinin doqquz il önə çəkilməsinin qarşısının alınması idi.
72. Hazırki iş, cəzanın icrasına deyil, cəzanın özünə aid olan işlərən fərqlənir (Hökumət hamısı yuxarıda istinad edilmiş Scoppola (no. 2); Gurguchiani; and M. v. Germany). Mübahisələndirilən tədbir, dəyişməyən çəkiləsi maksimum həbs müddətinə aid deyil, cəzanın azaldılması və ya “erkən azadedilmə” ilə əlaqədardır. Həbsdə olarkən görülmüş işlərə görə cəzanın azaldılması, cəza ilə eyni məqsəd daşımır və cəzanın icrasına aid tədbirdir, çünki iş və ya digər ödənişli məşğuliyyətlərlə məşğul olmaqla cəmiyyətə qayıtmaq niyyətlərini sübut edən məhkumlara, cəzalarını çəkib qutarmamışdan əvvəl azad olunmaq imkanı verir. Beləliklə, həbsxanada görülmuş işə görə cəzanın azaldılması “cinayət əməli”nə görə məhkum olunmaq üçün tətbiq olunan tədbirlərə bənzədilə bilməz; bunlar məhkumun cəzasını çəkərkən davranışı ilə bağlıdır. Bütün hallarda, “sərtlik”dən söhbət gedə bilməz, çünkü bu tədbirlər hər zaman məhkumlar üçün faydalıdır, çünki onların azadedilmə tarixini önə çəkir.
73. Hökumət daha sonra bildirir ki, Palatanın qərarı Məhkəmənin bir fərdin cinayəti törədərkən cəzasının nə olacağını hansı dərıcıyı qədər proqnozlaşdıra biləcəyi məsələsi ilə bağlı yurisprudensiyasına uyğun deyildir. Həbsxanada görülmuş işə görə cəzanın azaldılması xalis həbsxana məsələsi olduğundan, Ali Məhkəmə cəzanın azaldılmasının tətbiqi ilə bağlı yurisprudensiyasını dəyişdiyinə görə tənqid edilə bilməz, çünki bu dəyişiklik 7-ci Maddədə təsbit olunan hüquqlara təsir etmir. Məhkəmə heç vaxt proqnozlaşdırıla bilinənlik tələbinin, dəyişiklik, azalma, əhv və ya cəzanın icarsına təsir edəcək hər hansı digər amillər nəzərə alınmaqla, cəzanın dəqiq müddətinə aid olduğunu elna etməmişdir. Bu amilləri proqnozlaşdırmaq və ex ante hesablamaq qeyri-mümkündür.
74. Nəhayət, Hökumət bildirir ki, Palatanın qərarının məqsədi mübahisəlidir, çünki bu qərar Məhkəmənin özünün cinayət prosesi və həbsxana qaydaları ilə bağlı yurisprudensiyanın dəyər və məqsədinə kölgə salır (Streletz, Kessler and Krenz v. Germany [BP], no. 34044/96, 35532/97 və 44801/98, § 50, ECHR 2001‑II). Palata hesab etmişdir ki, 1994-cü ildə qəbul edilmiş yeganə qərar-inzibati təcrübədə təsdiqlənmiş olsada, yanlış qərar- Ali Məhkəmə tərəfindən yaradılmış və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunmuş və həmin vaxt qüvvədə olan qanunun ifadə formasına daha uyğun olan yurisprudensiyadan daha üstün hesab edilməlidir. Tətbiq olunan hüquqa hərfən uyğun olan məhkəmə şərhi, prinsipcə, proqnozlaşdırıla bilməyən hesab edilə bilməz.
C. Üçüncü tərəfin təqdimatları
75. The International Commission of Jurists QHTsi vurğulayır ki, Konvensiyanın 7-ci Maddəsində və digər beynəlxalq sənədlərdə təsbit olunan qanunda nəzərdə tutulmayan cəzanın yolverilməzliyi prinsipi hüququn aliliyinin prinsipinin əsas komponentidir. QHT bildirir ki, qanunun tətbiqində hər hansı özbaşınalığı qadağan edən bu prinsipə və 7-ci Maddənin məqsəd və vəzifəsinə uyğun olaraq, müstəqil “qanun” və “cəza” konseptləri geniş sərh edilməlidir və məhkumun əleyhinə olaraq cinayət qanunu və cəzanın gizlincə geriyə qüvvəsinin tətbiq olunmasını istisna edir. QHT iddia edir ki, qanuna və onun şərhinə edilən dəyişiklik bir cəzaya və ya cəzanın azaldılması qaydasına, cəzanı artıq proqnozlaşdırıla bilməyəcək dərəcədə ciddi və məhkumun və onun Konvensiyada təsbit olunmuş hüquqlarının əleyhinə təsir etdiyi hallarda, bu dəyişikliklər, onların xarakterinə uyğun olaraq, onun icrası proseduru və tədbiri deyil, cəzanın mahiyyətinə aiddir və beləliklə, geriyə qüvvənin qadağan olunması prinsipinin əhatə dairəsinə düşür. QHT bildirir ki, yerli qanunvercilikdə cinayət prosesi və ya cəzanın icrasını nizamlayan qaydalar kimi təsnif edilən bəzi hüquq müddəaları ciddi, proqnozlaşdırıla bilməyən və fərdi hüquqlar üçün zərərli təsirə malikdir və təbiətcə geriyə qüvvəsi olan cinayət hüququ və ya cəza ilə müqayisə oluna bilən və ya ona ekvivalent idi. Bu səbəbdən, geriyə qüvvənin qadağan edilməsi prinsipi belə müddəalara da tətbiq edilməlidir.
76. Geriyə qüvvənin qadağan olunması prinispinin təqsirləndirilən şəxs və ya məhkumun hüquqlarına ciddi şəkildə təsir edən cəzaların icrası proseduru və qaydalarına da tətbiq olunmalı olduğu barədəki arqumentini dəstəkləmək üçün QHT müxtəlif beynəlxalq və müqayisəli hüquq mənbələrinə (beynəlxalq cinayət məhkəməsi reqlamentləri və prosedur qaydaları, Portuqaliya, Fransa və Hollandiya qanunvericiliyi və məhkəmə təcrübəsi) istinad edir.
D. Məhkəmənin dəyərləndirilməsi
1. Məhkəmənin yurisprudensiyasında yaradılmış prinsiplər
(a) Nullum crimen, nulla poena sine lege
77. 7-ci Maddədə təsbit olunan və hüququn aliliyinin əsas komponenti olan təminat, Konvensiyanın müdafiə sistemində vacib yerə malikdir və prinsipdən 15-ci Maddə altında, hətta müharibə və ya millətin həyatını təhdid altına qoyan fövqəladə hallar zamanı belə heç bir geri çəkilməyə icazə verilməməsi də bunu sübut edir. O, predmet və məqsədinə uyğun və özbaşına təqib, ittiham və cəzalanmadan səmərəli təminatlar verə biləcək şəkildə qurulmalı və tətbiq edilməlidir (bax: S.W. v. the United Kingdom və C.R. v. the United Kingdom, 22 noyabr 1995, § 34, Series A no. 335-B, və § 32, Series A no. 335-C, və yuxarıda istinad edilmiş Kafkaris, § 137).
78. Konvensiyanın 7-ci Maddəsi yalnız cinayət qanununun təqsirləndirilən şəxsin əleyhinə geriyə tətbiqinin qadağan olunması ilə məhdudlaşmır (cəzanın geriyə tətbiqi ilə bağlı, bax: Welch v. the United Kingdom, 9 fevral 1995, § 36, Series A no. 307‑A; Jamil v. France, 8 iyun 1995, § 35, Series A no. 317‑B; Ecer and Zeyrek v. Turkey, no. 29295/95 və 29363/95, § 36, ECHR 2001‑II; və Mihai Toma v. Romania, no. 1051/06, §§ 26-31, 24 yanvar 2012). O həmçinin, daha ümumi olaraq, yalnız qanunun cinayəti və cəzanı müəyyən edə biləcəyi (nullum crimen, nulla poena sine lege) prinsipini də ehtiva edir (bax: Kokkinakis v. Greece, 25 may 1993, § 52, Series A no. 260-A). O, xüsusilə mövcud cinayətlərin əhatə dairəsini əvvəllər cinayət hesab edilməyən əməlləri də ehtiva edəcək şəkildə genişləndirməyi qadağan edir və cinayət qanunun təqsirləndirilən şəxsin əleyhinə olaraq geniş şəkildə, məsələn analogiya üzrə tətbiq edilməməli olduğu prinsipini əks etdirir (bax: Coëme and Others v. Belgium, no. 32492/96, 32547/96, 32548/96, 33209/96 və 33210/96, § 145, ECHR 2000-VII; cəzanın analogiya üzrə tətbiqinə misal olaraq, bax: Başkaya and Okçuoğlu v. Turkey [BP], no. 23536/94 və 24408/94, §§ 42‑43, ECHR 1999‑IV).
79. Bundan belə nəticə cıxır ki, cinayət əməli və müvafiq cəzalar qanunla dəqiq şəkildə müəyyən edilməlidir. Bu tələbə o vaxt riayət olunmuş olur ki, bir fərd, qanun müddəasını ifadə formasından və ehtiyac olarsa, məhkəmələrin şərhindən və ya hüquqi yardım almaqla, hansı hərəkət və ya hərəkətsizliyin onun cinayət məsulliyyətini yaratdığını və bununla bağlı hansı cəza alacağını bilməlidir (bax: Cantoni v. France, 15 noyabr 1996, § 29, Reports of Judgments and Decisions 1996‑V, və yuxarıda istinad olunumuş Kafkaris, § 140).
80. Bu səbəbdən, Məhkəmə təqsirləndirilən şəxsin, təqib və məhkum olunmasına səbəb olan həmin hərəkəti etdiyi zaman, bu hərəkəti cəzalandırılmalı əməl kimi təsbit edən qanuni qüvvəyə minmiş normanın olub-olmadığını və tətbiq olunan cəzanın bu normada nəzərdə tutulan həddi aşıb-aşmadığını yoxlamalıdır (bax: yuxarıda istinad olunmuş Coëme and Others, § 145, və Achour v. France [BP], no. 67335/01, § 43, ECHR 2006‑IV).
(b) “Cəza” konsepsiyası və onun dairəsi
81. Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndindəki “cəza” konsepsiyası 6-cı maddənin 1-ci bəndindəki “mülki hüquq və öhdəliklər” və “cinayıt ittihamı” anlayışları kimi müstəqil Konvensiya konsepsiyasıdır. Maddə 7-nin təmin etdiyi müdafiənin səmərəli olması üçün Məhkəmə görüntülərdən uzağa getməkdə və hər hansə fərdi tədbirin mahiyyətcə bu müddəa mənasında “cəza” hesab oluna biləcəyini dəyərləndirməkdə sərbəst olmalıdır (bax: yuxarıda istinad olunmuş Welch, § 27, və Jamil, § 30).
82. 7-ci maddənin 1-ci bəndindəki ikinci cüməlinin ifadə forması göstərir ki, cəzanın mövcudluğunun dəyərləndirilməsinin başlanğıc nöqtəsi bu tədbirin “cinayət əməli”nə görə tətbiq olunmuş olmasıdır. Bununla bağlı müvafiq olaraq nəzərə alına biləcək digər amillər tədbirin xarakteri və məqsədi, daxili hüquqda onun necə təsnif olunması, tədbir barədə qərarvermə və onun tətbiqi proseduru və tədbirin sərtliyi (bax: yuxarıda istinad edilmiş Welch, § 28; Jamil, § 31; Kafkaris, § 142; və M. v. Germany, § 120). Tədbirin sərtliyi öz-özlüyündə həlledici deyildir, lakin preventiv xarakterli çox sayda cinayət hüququna əsaslanmayan tədbirlər şəxs üzərində əhəmiyyətli təsirə malik ola bilər (bax: yuxarıda istinad edilmiş Welch, § 32, və Van der Velden v. the Netherlands (qərardad), no. 29514/05, ECHR 2006‑XV).
83. Həm Komissiya, həm də Məhkəmə öz təcrübəsində mahiyyətcə “cəza” olan tədbirlə “cəza”nın icrası və ya “yerinə yetirilməsi”nə aid tədbir arasında fərq qoymuşdur. Nəticədə, tədbirin xarakteri və məqsədi cəzanın azaldılması və ya erkən azadedilmə sistemində dəyişiklik ilə bağlıdırsa, bu, Maddə 7 mənasında “cəza” deyildir (bax: digər işlərlə yanaşı, yuxarıda istinad edilmiş Hogben; Hosein; L.-G.R. v. Sweden, no. 27032/95, Komissiyanın 15 yanvar 1997-ci il qərardadı; yuxarıda istinad edilmiş Grava, § 51; yuxarıda istinad edilmiş Uttley; yuxarıda istinad edilmiş Kafkaris, § 142; Monne v. France (qərardad), no. 39420/06, 1 aprel 2008; yuxarıda istinad edilmiş M. v. Germany, § 121; və Giza v. Poland (qərardad), no. 1997/11, § 31, 23 oktyabr 2012). Uttley işində, məsələn, Məhkəmə hesab etmişdi ki, ərizəçinin məhkum edilməsindən sonra erkən azadedilmə qaydalarına edilmiş dəyişiklik ona “tətbiq olunmuş” tədbir deyildi, məhkumlara tətbiq olunan ümumi rejimin bir hissəsi idi, cəzalandırıcı olmayan “tədbir”in xarakteri və məqsədi erkən azadedilməyə imkan vermək idi və onlar “sərt” tərdbir kimi baxıla bilməz. Məhkəmə nəticədə belə hesab etmişdi ki, ərizəçiyə yeni erkən azadedilmə rejiminin tətbiqi ona verilən “cəza”nın tərkib hissəsi deyildi.
84. Kafkaris işində həbsxana qanunvericiliyinə edilən dəyişiklik ömürlük azadlıqdan məhrum edilmiş şəxsləri –ərizəçi də daxil olmaqla– cəzanın azaldılması hüququndan istifadə etməkdən məhrum etmişdi və Məhkəmə hesab etmişdi ki, ərizəçiyə verilmiş cəza - azadlıqdan məhrumetmə cəzası- onun icrası ilə bağlı dəyişikliklərdən fərqli idi. Məhkəmə izah etmişdi ki, həbsxana qanunvericiliyində dəyişikliklər ərizəçinin azadlıqdan məhrumetmə cəzasını ağırlaşdırmış olsa belə, bu dəyişikliklər məhkəmə tərəfindən təyin edilmiş cəzadan daha ağır “cəza” hesab edilə bilməz. Bununla bağlı Məhkəmə xatırlatmışdı ki, azadedilmə siyasəti, onların tətbiqi qaydaları və onların arxasındakı əsaslandırılma ilə bağlı məsələlər Konvensiyaya üzv Dövlətlərin öz cinayət siyasətini müəyyən etmək səlahiyyətinin əhatə dairəsindədir (bax: yuxarıda istinad edilmiş Achour, § 44, və Kafkaris, § 151).
85. Bununla belə, Məhkəmə həm də qəbul etmişdi ki, təcrübədə “cəza” təşkil edən tədbir ilə cəzanın “icra”sı və ya “həyata keçirilməsi” ilə bağlı tədbir arasındakı fərq həmişə açıq-aydın olmur. (bax: yuxarıda istinad edilmiş Kafkaris, § 142; Gurguchiani, § 31; və M. v. Germany, § 121). Kafkaris işində Məhkəmə qəbul etmişdi ki, cəzaların icrası ilə bağlı Həbsxana Qaydalarının anlaşılma və ərizəçinin çəkməkdə olduğu ömürlük həbs cəzasına tətbiq edilməsi qaydası, sadəcə cəzanın icrasından uzağa getmişdi. Cinayət məhkəməsi ərizəçini ömürlük azadlıqdan məhrumetməyə məhkum etmişdi, Həbsxana Qaydaları bunun əslində iyirmi il azadlıqdan məhrumetmə demək olduğunu və bu müddətə həbsxana müdiriyyəti tərəfindən azalma tətbiq edilə biləcəyini izah edirdi. Məhkəmə hesab etmişdi ki, “ömürlük azadlıqdan məhrumetmə və onun icra edilməsi qaydası arasındakı fərq bu səbəbdən açıq-aydın görünmür” (§ 148).
86. Gurguchiani işində Məhkəmə hesab etmişdi ki, həbs cəzasının, çəkilməkdə olduğu müddətdə ölkəyə girişə on illlik qadağa ilə birgə ölkədən çıxarılma tədbiri ilə əvəz edilməsi, ərizəçinin məhkum edildiyi zaman ona verilən cəzaya bənzər bir cəzadır.
87. M. Almaniyaya q. işində Məhkəmə hesab etmişdi ki, ərizəçinin törətdiyi cinayət üçün məhkum olunmasından sonra qəbul olunmuş bir qanuna əsasən ərizəçinin preventiv həbsinin cəzaların icrası üzrə səlahiyyətli məhkəmələr tərəfindən uzadılması, ona retro-spektiv qaydada tətbiq edilmiş əlavə cəza idi.
88. Məhkəmə vurğulamaq istərdi ki, ikinci cümləsindəki “tətbiq edilmiş” ifadəsi cəzanın elan edilməsindən sonra tətbiq edilməyə başlanan bütün tədbirləri 7-ci maddənin 1-ci bəndinin əhat dairəsindən kənarlaşdıracaq şəkildə şərh edilə bilməz. Məhkəmə bununla bağlı xatırladır ki, Konvensiyanın onda təsbit olunan hüquqların nəzəri və illizuar deyil, praktik və səmərəli olacağı şəkildə şərh olunması çox vacibdir (bax: Hirsi Jamaa and Others v. Italy [BP], no. 27765/09, § 175, ECHR 2012, və yuxarıda istinad edilmiş Scoppola (no. 2), § 104).
89. Yuxarıdakıların işığında, Məhkəmə, şəxs cəzasını çəkməkdə olduğu zaman qanunverici, inzibati və ya məhkəmə orqanlarının qəbul etdiyi tədbirlərin şəxsə cinayət məhkəməsi tərəfindən tətbiq edilmiş yekun cəzanın yenidən müəyyənləşdirilməsi və ya dəyişdirilməsinə səbəb olması imkanını istisna etmir. Bu baş verəndə, Məhkəmə hesab edir ki, bu tədbirlər Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndində in fine nəzərdə tutulmuş cəzaların geriyə qüvvəsinin qadağan edilməsi prinsipinin əhatə dairəskində düşməlidir. Əks təqdirdə, Dövlətlər, məsələn, qanunları dəyişməklə və ya qaydaları şərh etmək yolu ilə tətbiq olunmuş cəzanın əhatə dairəsini dəyişən və cinayətləri törətdiyi və cəza tətbiq olunan zaman belə vəziyyəti təsəvvür belə edə bilməyən məhkumun vəziyyətini ağırlaşdıran tədbirlər görməkdə sərbəst olardı. Belə şəraitdə cəzaların ex post facto onlaırın leyhinə olaraq dəyişməsi Maddə 7 § 1-i məhkumlar üçün bütün əhəmiyyətindən məhrum edəcəkdir. Məhkəmə vurğulayır ki, belə dəyişikliklər Maddə 7 § 1 əhatə dairəsinə düşməyən cəzaların icrası tədbirlərinə edilmiş dəyişikliklərdən fərqləndirilməlidir.
90. Bir cəzanən çəkilməkdə olduğu zaman görülən tədbirin yalnız həmin cəzanın icrasına aid olduğu, yoxsa, əksinə, cəzanın mahiyyətinə təsir etdiyini müəyyənləşdirmək üçün Məhkəmə hər bir işin hallarında həmin vaxtda cəzanın daxili qanunvericillikdə nəyi əhatə etdiyini və ya, başqa sözlə, onun xarakterinin nə olduğunu araşdırmalıdır. Bu araşdırma zamanmı Məhkəmə bütünlükdə yerli qanunvericiliyi və onun tətbiq edilmə formasını nəzərə almalıdır (bax: Kafkaris, yuxarıda istinad edilmiş, § 145).
(c) Cinayət qanunun öngörülə bilənliyi
91. “Qanun”dan danışarkən, Maddə 7 bur terminin Konvensiyanın digər hər hansı yerində istifadə edildiyi zaman istinad etdiyi konsepsiyanı nəzərdə tutur. Bu konsepsiya həm qəbul edilmiş qanunlarə, həm də məhkəmə təcrübəsini əhatə edir və çatımlılıq və öngörülə bilənlik kimi keyfiyyət tələblərini nəzərdə tutur. (bax: Kokkinakis, yuxarıda istinad edilmiş, §§ 40-41; Cantoni, yuxarıda istinad edilmiş, § 29; Coëme and Others, yuxarıda istinad edilmiş, § 145; və E.K. v. Turkey, no. 28496/95, § 51, 7 fevral 2002). Bu keyfiyyət tələblərinə həm cinayət əməlinin, həm də ona görə nəzərdə tutulmuş cəzanın müəyyən edilməsində riayət edilməlidir.
92. Bu, qanunun ümumi tətbiq edilən olmalı olması və hüququ mətnlərin heç də həmişə dəqiq olamaması prinsipinin məntiqi nəticəsidir. Qaydalar vasitəsilə nizamlamanın standart texnikası geniş sihayı əvəzinə ümumi kateqoriyalar nəzərdə tutmasıdır. Nəticədə, bir çox qanunlar az və ya çox dərəcədə geniş terminlərlə yazılır və onların şərhi və tətbiqi təcrübədən asılıdır (bax: Kokkinakis, yuxarıda istinad edilmiş, § 40, və Cantoni, yuxarıda istinad edilmiş, § 31). Qanun, cinaət qanunu da daxil olmaqla, nə qədər dəqiq yazılırsa, yazılsın, məhkəmə təfsiri elementi qaçınılmazdır. Şübhəli nöqtələrin aydınlaşdırılmasına və dəyişən şərtlərə uyğunlaşdırmaya həmişə ehtiyac olacaqdır. Təkrar olaraq, dəqıqlik çox arzuolunan olsa da, o, qanunun həddindən artıq qeyri-elqstik olmasına gətirib çıxarar, halbuki qanun dəyişiklikləri əhatə etməyə davam etməlidir (bax: Kafkaris, yuxarıda istinad edilmiş, § 141).
93. Məhkəmələrin rolu elə bu təfsirlə bağlı şübhələri yox etməkdir (ibid.). Cinayət qanunun məhkəmələrin qanunyaratma funksiyası vasitəsilə proqressiv inkişafı yayılmış təcrübədir və Konvensiyaya üzv Dövlətlərin hüquq ənənəsinin ayrılmaz tərkib hissəsidir (bax: Kruslin v. France, 24 aprel 1990, § 29, Series A no. 176‑A). Konvensiyanın 7-ci maddəsi məhkəmələrin hər işin hallarını nəzərə alaraq cinayət məsuliyyətini aydınlaşdırmasını qanunsuz hesab edəcək şəkildə oxuna bilməz, bir şərtlə ki, nəticədə baş verən inkişaf cinayətin mahiyyəti ilə uyğun olsun və ağlabatan şəkildə öngörülə bilinən olsun (bax: S.W. və C.R. v. the United Kingdom, yuxarıda istinad edilmiş, müvafiq olaraq § 36 və § 34; Streletz, Kessler and Krenz, yuxarıda istinad edilmiş, § 50; K.-H.W. v. Germany [BP], no. 37201/97, § 85, ECHR 2001-II (çıxarışlar); Korbely v. Hungary [BP], no. 9174/02, § 71, ECHR 2008; və Kononov v. Latvia [BP], no. 36376/04, § 185, ECHR 2010). Çatımlı və ağlabatan şəkildə öngörülə bilən təfsirin olmaması hətta məhkumun Maddə 7 ilə qorunan hüquqlarının pozultusu belə hesab oluna bilər (bax:, cəzanın tərkibi ilə bağlı, Pessino v. France, no. 40403/02, §§ 35-36, 10 oktyabr 2006, və Dragotoniu and Militaru-Pidhorni v. Romania, no. 77193/01 və 77196/01, §§ 43-44, 24 may 2007; cəza ilə bağlı, bax: Alimuçaj v. Albania, no. 20134/05, §§ 154-162, 7 fevral 2012). Belə olmasa idi, bu müddəanın predmet və məqsədi - yəni şəxsin qanunsuz təqibə, məhkumluğa və cəzaya məruz qalmaması - mənasını itirərdi.
2. Bu prinsiplərin hazırki işə tətbiqi
94. Məhkəmə ilk olaraq qeyd edir ki, ərizəçinin törətdiyi cinayətlər və ona tətbiq olunan cəzalar cinayətlərin törədildiyi zaman (1982-1987) qüvvədə olan 1973-cü il Cinayət Məcəlləsinə əsaslanmışdır və ərizəçi bunu mübahisələndirmir.
95. Məhkəmə müşahidə edir ki, tərəflərin təqdimatları əsasən, bir tərəfdən cəzaların birləşdirilməsi prinsipi ilə ərizəçinin çəkməli olduğu maksimum azadlıqdan məhrumetmə müddəti qaydalarına uyğun olaraq, onun azadlıqdan məhrumetmə müddətinin hesablanmasına, digər tərfədən isə 1973-cü il Cinayət Məcəlləsində nəzərdə tutulan həbsxanada görülən işlərə görə cəzanın azaldılması sisteminə aiddir. Məhkəmə bununla bağlı qeyd edir ki, Cinayət Prosessual Qanununun 988-ci bölməsi və 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsinə əsasən 30 Noyabr 2000-ci ildə qəbul edilmiş qərarla Audiencia Nacional ərizəçinin bütün cinayətləri ilə bağlı çəkməli olduğu maksimum azadlıqdan məhrumetmə müddətini otuz il olaraq müəyyən etmişdir (bax: yuxarıdakı paraqraf 14). Məhkəmə daha sonra qeyd edir ki, bu maksimum otuz illik müddətdən ərizəçiyə həbsxana gördüyü işlərə görə verilən azalmanı çıxdıqdan sonra, 24 aprel 2008-ci ildə Murcia Həbsxanası müdiriyyəti də Audiencia Nacional-a təklif etdi ki, ərizəçinin azadolma tarixini 2 iyul 2008-ci il olaraq müəyyən etsin (bax: yuxarıdakı paraqraf 16). 19 may 2008-ci ildə Audiencia Nacional həbsxana müdiriyyətindən bu tarixi dəyişməyi və ərizəçinin azadolunma tarixini “Parot doktrinası” adlanan və Ali Məhkəmənin 28 fevral 2006-cı il tarixli 197/2006 saylı qərarı ilə yaradılan yeni yanaşmaya əsasən hesablamağı xahiş etdi. Bu yanaşmaya görə, hər bir dəyişiklik və ya azalma hər bir cəzaya ayrılıqda və məhkumun otuz illik maksimum azadlıqdan məhrumetmə müddətini çəkib qutarana qədər tətbiq edilməli idi (bax: paraqraflar 17, 18 ...). Nəhayət, Məhkəmə müşahidə edir ki, bu yeni məhkəmə təcrübəsini tətbiq edərək Audiencia Nacional ərizəçinin yekun azadedilmə tarixini 27 iyun 2017-ci il olaraq müəyyən etmişdir (bax: yuxarıda paraqraf 20).
(a) Tətbiq edilən cəzanın əhatə dairəsi
96. Hazırki işdə Məhkəmənin vəzifəsi ərizəçiyə tətbiq edilmiş “cəza”nın, xüsusilə qanunun ifadə formasına əsaslanaraq və müvafiq məhkəmə təcrübəsinin işığında yerli hüquqda nəyi ehtiva etdiyini müəyyənləşdirməkdir. Bunu edərkən, Məhkəmə bütünlüklə yerli qanunvericiliyi və onun həmin vaxt tətbiq olunma qaydasını nəzərə almalıdır (bax: Kafkaris, yuxarıda istinad edilmiş, § 145).
97. Doğrudur ki, ərizəçinin cinayətləri törətdiyi zaman, 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsində çoxsaylı cəzaların verildiyi halda çəkilməli olan maksimum həbs müddətinin (condena) otuz il azadlıqdan məhrumetmə olduğu bildirilir. Beləliklə, belə görünür ki, “çəkilməli olan müddət” (condena) ilə ərizəçini məhkum edən müxtəlif hökmlərlə verilən fərdi cəzalar (penas) arasında fərq vardır... Eyni zamanda, 1973-cü il Cinayət Məcəlləsinin həbsxanada görülən işə görə cəzanın azaldılması barədə 100-cü maddəsi nəzərdə tuturdu ki, “tətbiq edilmiş cəza”nın çəkilməsi zamanı hər iki gün iş üçün cəza bir gün azaldılır ... Bununla belə, həmin maddə Cinayət Məcəlləsinin 70.2 maddəsində nəzərdə tutulan qaydada müxtəlif cəzaların birləşməsi və ərizəçinin halındakı kimi üç min ildən çox azadlıqdan məhrumetmənin maksimum otuz il müddəti müəyyən olunması zamanı bu cəza azalmasının necə tətbiq olunacağı barədə heç bir müddəa nəzərdə tutmur. Məhkəmə müşahidə edir ki, ancaq yeni 1995-ci il Cinayət Məcəlləsinin 78-ci maddəsi qüvvəyə minəndən sonra qanun cəzalara dəyişikliklərin həyata keçirilməsi ilə bağlı, açıq şəkildə bildirirdi ki, müstəsna hallarda, qanunla nəzərdə tutulan maksimum müddət əvəzinə, tətbiq olunan cəzaların ümumi müddəti nəzərə alına bilər...
98. Məhkəmə 1973-cü il Cinayət Məcəlləsinin müvafiq müddəalarının şərhini də nəzərə almalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Hökumətin də bildirdiyi kimi, Ali Məhkəmənin 197/2006 saylı qərarından əvvəl, bir şəxsə çox sayda cəza verilmişsə və onları birləşdirmək və şəkilməli maksimum müddət müəyyən edilmişsə, həbsxana müdiriyyəti və İspan məhkəmləri həbsxana görülən işə görə cəza azalmasını 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsi əsasənda müəyyən edilmiş maksimum müddətə tətbiq edirdilər. Həbsxana və məhkəmə orqanları həbsxanada görülən işə görə cəza azalmasını tətbiq edərkən maksimum azadlıqdan məhrumetmə müddəti olan otuz illik müddəti nəzərə almışlar. 8 mart 1994-cü ildəki bir qərarında (bu məsələ ilə bağlı ilk qərarında – ...) Ali Məhkəmə otuz illik maksimum azadlıqdan məhrumetmə müddətinə “yeni, müstəqil bir cəza” kimi istinad etmişdir və qanunla nəzərdə tutulan cəzanın ləğvi və azalması kimi dəyişikliklər də bu müddətə tətbiq edilməlidir. İspan məhkəmələri, Ali Məhkəmə də daxil olmaqla, müvafiq olaraq 1995-ci il Cinayət Məcəlləsi və əvvəlki Məcəlləyə əsasən çəkilməli olan cəzaları müqayisə edərkən eyni yanaşmanı tətbiq etmiş, daha yüngül cinayət qanununu müəyyən etmək üçün əvvəlki Məcəllə əsasında artıq verilmiş azalmaları nəzərə almışdır... Nəhayət, Ali Məhkəmənin 197/2006 saylı qərarına qədər bu yanaşma 1973-cü il Cinayət Məcəlləsinə əsasən məhkum olunmuş çox sayda məhbusun cəzalarına azalma maksimum otuz il azadlıqdan məhrumetmə müddətinə tətbiq edilirdi...
99. Palata kimi Böyük Palata da hesab edir ki, 1973-cü il Cinayət Məcəlləsinin müvafiq müddəalarının that in spite of the anlaşılmaz olmasına və Ali Məhkəmənin bu məsələyə 1994-cü ilə qədər aydınlıq gətirmədiyinə baxmayaraq, ispan məhkəmə və həbsxana orqanlarının aydın təcrübəsi o idi ki, onlar şəkilməli azadlıqdan məhrumetmə müddətini (condena), yəni 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsində görstərilmiş maksimum otuz illik müddəti yeni, müstəqil və həbsxanada görülən işə görə azalma kimi dəyişikliklərin tətbiq edilməli olduğu cəza hesab edir.
100. Beləliklə, ərizəçi çəzasını çəkərkən – və xüsusilə, 30 noyabr 2000-ci ildə Audiencia Nacionalın ərizəçinin cəzalarını birləşdirmək və maksimum azadlıqdan məhrumetmə müddəti təyin edənədək– ərizəçi ona tətbiq olunan cəzanın maksimum otuz illik müddət olduğunu, və həbsxanada görüdüyü işlərə görə azalmanın bu müddətə tətbiq olunacağını düşünməkdə haqqlı idi. Ərizəçini məhkum edən 8 May 2000-ci ildə, cəzaları birləşdirmək qərarını verməzdən əvvəlki hökmündə, Audiencia Nacional hansı qanunun, həmin vaxt qüvvədə olanın, yoxsa 1995-ci il Cinayət Məcəlləsinin ərizəçi üçün daha əlverişli olması məsələsini araşdırarkən, 1973-cü il Cinayət Məcəlləsində nəzərdə tutulan maksimum azadlıqdan məhrumetmə müddətini və həmin Məcəllənin 100-cü maddəsində nəzərdə tutulan həbsxanada görülən işlərə görə cəzanın azaldılması sistemini nəzərə almışdır (bax: yuxarıda paraqraf 11). Belə olan şəraitdə, Hökumətin iddiasının əksinə olaraq, ərizəçinin Audiencia Nacionalın ərizəçinin cəzasını çəkib bitirəcəyi (liquidación de condena) tarixini 27 iyun 2017-ci il olaraq müəyyən edən 15 fevral 2001-ci il qərarından şikayət verməməsi faktı həlledici deyil, çünki bu qərar artıq qazanılmış azalmanı nəzərə almamışdı və bu səbəbdən, cəzaların azalmalarının tətbiq olunma qaydalarına aid deyildi.
101. Məhkəmə daha sonra qeyd edir ki, həbsxanada görülən işlərə görə cəzaların azalması birbaşa olaraq qanunda nəzərdə tutulmuşdu (Maddə 100, 1973-cü il Cinayət Məcəlləsi), qaydalarla yox (müqayidə et: Kafkaris, yuxarıda istinad edilmiş). Bundan əlavə, cəzalar və cəzaların azaldılması da eyni Məcəlləyə əsaslanır. Məhkəmə həmçinin qeyd edir ki, cəzaların bu şəkildə azalması, cəzanın daha təkmilləşdirilmiş və ya daha yüngül icra şəraitini təmin edən şərti azadeilmədən fərqli olaraq, çəkilməli olan müddətin ciddi dərəcədə – bütün cəzanın üçdə birinə qədər – azaldılmasına səbəb olur (bax: məsələn, Hogben və Uttley, yuxarıda istinad edilmiş; bax: həmçinin Hakim A. Asua Batarritanın Konstitusiya Məhkəməsinin 40/2012 saylı qərarına əlavə olunmuş fərqli rəyi...). Cəzaların icrası üzrə hakimin (Juez de Vigilancia Penitenciaria) müntəzəm olaraq təsdiq etdiyi həbsxanada görülən işlərə görə cəzaların azalması nəticəsində cəza, məhkumluq qərarını verən məhkəmənin təstiq etdiyi tarixdə tamamilə çəkilib qutarmışdı. Bundan əlavə, cəzanın icrasına təsir edən digər tədbirlərdən fərqli olaraq həbsxanada görülən işlərə görə cəzaların azalması hüququ cəzaların icrası hakiminin diskresiyasından asılı deyildi: bu hakimin vəzifəsi sadəcə olaraq qanunu tətbiq edərək həbsxana müdiriyyətinin təklifi ilə məhkumun nə dərəcədə təhlükəli olması və ya onun cəmiyyətə inteqrasiya prespektivi kimi meyarları nəzərə almadan cəzaları azaltmaq idi (yuxarıdakı paraqraf 53; müqayisə et Boulois v. Luxembourg [BP], no. 37575/04, §§ 98-99, ECHR 2012, və Macedo da Costa v. Luxembourg (qərardad), no. 26619/07, 5 iyun 2012). Bununla bağlı qeyd edilməlidir ki, 1973-cü il Cinayət Məcəlləsinin 100-cü maddəsi həbsxanada görülən işlərə görə azadlıqdan məhrumetmə müddətin avtomatik şəkildə azaldılmasını nəzərdə tutur. İki hal istisna təşkil edir: əgər məhkum həbsxanadan qaçarsa və ya qaçmağa cəhd edərsə və məhkumun davranışı pis olarsa (1956 Həbsxana Qaydalarının 65-ci maddəsinə əsasən, iki və ya daha çox ciddi və ya çox ciddi intizam pozuntusu;...). Hətta bu iki halda belə, hakimin təyin etdiyi cəza azalması sonradan geri götürülə bilməz, çünki cəzanın azaldığı günlər çəkilmiş hesab olunur və məhbusun qanuni olaraq əldə etdiyi hüquqlardan biridir... Hazırki iş bu məsələ ilə bağlı Kafkaris işindən fərqləndirilməlidir. Sonuncuda ömürlük həbs almış məhbuslara onların həbs müddətinin əvvəlində verilmiş beş illik cəza azalması onların yaxşı davranışına şərtlənmişdi (bax: Kafkaris, yuxarıda istinad edilmiş, §§ 16 və 65).
102. Məhkəmə, 1995-ci il Cinayət Məcəlləsinin gələcəkdə məhkum olunacaq şəxslərə həbsxanada görülən işlərə görə cəzaların azalmasının tətbiqini ləğv etməsinə baxmayraq, keçid müddəalarında köhnə 1973-cü il Cinayət Məcəlləsinə əsasən məhkum olunmuş ərizəçi kimi məhbusların, bu sxemin onlar üçün əlverişli olması halında, ondana yararlanmağa davam etməsinə icazə verməsini əhəmiyyətli fakt hesab edir... Digər tərəfdən, 7/2003 saylı qanun, hətta onun qüvvəyə minmısindən əvvəl məhkum olunmuş şəxslər üçün belə şərti azadedilmənin daha ağır sistemini yaratmışdı ... Məhkəmə bundan belə nəticəyə gəlir ki, keçid müddəası olaraq həbsxanada görülən işlərə görə cəzaların azalması və daha yüngül cinayət qanunun müəyyənləşdirilməsi ilə bağlı qaydaların təsirini saxlamağa üstünlük verməklə İspan qanunvericisi bu qaydaları substantive cinayət hüququnun bir hissəsi, yəni cəzanın icrası qaydası deyil, real olaraq çəkilməli cəzaya təsir edən müddəa hesab etmişdir.
103. Yuxarıdakılara əsasən, Böyük Palata Palata kimi hesab edir ki, ərizəçinin cinayət təqibinə səbəb olan cinayətləri törətdiyi və cəzaların birləşdirilməsi və maksimum həbs müddətinin müəyyən edildiyi zaman müvafiq İspan hüququ, məhkəmə təcrübəsi də daxil olamaqla bütünlükdə götürüldüyündə, ərizəçini, 1973-cü il Cinayət Məcəlləsinin 70.2 maddəsindəki maksimum həbs dövrü və eyni Məcəllənin həbsxanada görülən işlərə görə cəzaların azalması barədəki 100-cü maddəsi nəzərə alınmaqla, ona tətbiq edilən cəzanın mahiyyətini işin hallarında ağlabatan dərəcədə anlaması üçün kifayət qədər aydın şəkildə ifadə olunmuşdu (əksi üçün Kafkaris, yuxarıda istinad edilmiş, § 150). Ərizəçiyə tətbiq edilmiş cəza, beləliklə, otuz illik maksimum azadlıqdan məhrumetmə idi və həbsxanada görülən işlərə görə cəza azalması bu maksimum cəzadan çıxılmalı idi.
(b) “Parot doktrinası”nın ərizəçiyə tətbiqinin cəzanın icrası vasitəsi və ya onun mahiyyətini dəyişdirməsi ilə bağlı
104. Məhkəmə indi müəyyən etməlidir ki, “Parot doktrinası”nın ərizəçiyə tətbiqinin ona verilmiş cəzanın icrası qaydasına aid idimi, yoxsa onun mahiyyətinə təsir etmişdimi. Məhkəmə qeyd edir ki, 19 may və 23 iyun 2008-ci il tarixli qərarları ilə ərizəçini məhkum edən məhkəmə – yəni Audiencia Nacional – həbsxana müdiriyyətinin cəzaların azaldılmasının köhnə qaydalarına əsaslanaraq, ərizəçinin yekun azadolma tarixi olaraq 2 iyul 2008-ci il tarixini təyin etmək təklifini rədd etmişdir (bax: paraqraf 17, 18 və 20). Ali Məhkəmənin 28 fevral 2006-cı ildə, yəni ərizəçinin məhkum olunduğu cinayətlərin törədilməsindən, cəzaların birləşdirilməsi və maksimum azadlıqdan məhrumetmə müddətinin müəyyən olunmasından çox sonra, 197/2006 saylı qərarı ilə “Parot doktrinası”nın yaradılmasından sonra Audiencia Nacional həmin tarixi 27 iyun 2017-ci il olaraq müəyyən etmişdir (bax: yuxarıdakı paraqraf 20). Məhkəmə qeyd edir ki, 197/2006 saylı qərarında Ali Məhkəmə 1994-cü ildə qəbul etdiyi qərarındakı yanaşmasını dəyişmişdir... Ali Məhkəmə hakimlərinin çoxluğu hesab etmişdi ki, həbsxanada görülən işlərə görə cəzaların azalmasının yeni qaydasına görə, azalmanın əvvəl olduğu kimi otuz illik maksimum müddətə deyil, hər bir cəzaya fərdi şəkildə tətbiq edilməsi, “cəza” (pena) ilə “çəkilməli olan müddət”i (condena) bir-birindən fərqləndirən 1973-cü il Cinayət Məcəlləsinin müddəalarının ifadə formasına uyğundur.
105. Məhkəmə qəbul edir ki, yerli məhkəmələr yerli qanunvericiliin şərhi və tətbiqi üçün daha elverişli vəziyyətdədir, lakin xatırladır ki, bu şərh Konvensiyanın 7-ci maddəsində təsbit olunmuş cinayət və cəzanın yalnız cinayət qanununda nəzərdə tutulması prinsipinə uyöun olmalıdır.
106. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin həbsxanada gördüyü işlərə görə cəzasının nə qədər azalmasının hesablanması, yəni həbsxanada işlədiyi günlərin sayı və cəza müddətindən çıxılmalı günlərin sayı heç vaxt mübahisələndirilməmişdir. Həbsxana müdiriyyəti tərəfindən müəyyən olunduğu kimi, bu azalmanın müddəti – bütünlükdə 3,282 gün – işdə iştirak edən bütün məhkəmələr tərəfindən qəbul edilmişdi. Məsələn, Ali Məhkəmənin “Parot doktrinası”nın tətbiqi ilə bağlı qərarında, Audiencia Nacional ərizəçiyə həbsxanada görülən işlərə görə verilmiş azalmanın müddətini dəyişməmişdi. Qərar ərizəçinin, məsələn, davranışına və ya cəzasını cəkmə şəraiti nəzərə alınmaqla, azalmaya layiq olub-olmadığına da aid deyildi. Qərarın məqsədi cəza azalmasının tətbiq olunacağı cəza elementlərini müəyyən etmək idi.
107. Məhkəmə qeyd edir ki, “Parot doktrinası”nın ərizəçinin vəziyyətinə tətbiqi onu, qanuna və cəzaların icrası hakimlərinin yekun qərarlarına əsasən ona verilən, həbsxanada görülən işlərə görə cəzaların azalması hüququnun səmərəli istifadəsindən məhrum etmişdir. Başqa sözlə, ərizəçi əvvəl çox sayda uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdi, bu cəzalar birləşdirilmiş və real olaraq çəkilməli otuz illik müddət müəyyən olunmuşdu. Ərizəçinin hüququ olan cəza azalmasının bu müddət üzərində heç bir təsiri olmamışdır. Vacibdir ki, Hökumət ərizəçiyə həbsxanada görülən işlərə görə verilən azalmanın onun həbs müddətinə hər hansı təsirinin olduğu və ya olmalı olduğu sualını cavablandıra bilməmişdir.
108. Beləliklə, Məhkəmə cəzalara edilən dəyişikliklərin öz-özlüyündə 7-ci maddənin əhatə dairəsindən kənarda qalması barədə Hökumətlə razı olsa da, hesab edir ki, hazırki işdə 1973-cü il Cinayət Məcəlləsi müddəalarının tətbiqi qaydası sadəcə həbsxana siyasəti sərhədlərini aşırdı.
109. Yuxarıdakıları və bütünlükdə baxıldığında İspan hüququnu nəzərə alaraq, Məhkəmə hesab edir ki, “Parot doktrinası” ilə yaradılan həbsxanada görülən işlərə görə cəzaların azalmasının yeni qaydalarının hazırki işdə tətbiqi Hökumətin iddia etdiyi kimi sadəcə ərizəçiyə verilmiş cəzanın icrası forması hesab edilə bilməz. Ərizəçi barədə hökm verən məhkəmənin seçdiyi bu tədbir, ona verilən “cəza”nın əhatə dairəsinin dəyişməsinə gətirib çıxarmışdır. “Parot doktrinası”nın nəticəsi olaraq, maksimum otuz illik azadlıqdan məhrumetmə müddəti, həbsxanada görülən işlərə görə cəza azalmasının tətbiq edildiyi müstəqil cəza olmaqdan çıxmış və heç bir azalmanın tətbiq edilmədiyi otuz illik cəzaya çevrilmişdir.
110. Beləliklə, mübahisələndirilən tədbir Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinin əhatə dairəsinə düşür.
(c) “Parot doktrinası”nın ağlabatan dərəcədə öngörülə bilənliyi barədə
111. Məhkəmə qeyd edir ki, Audiencia Nacional həbsxanada görülən işlərə görə cəza azalmasını cinayətlərin törədildiyi və ərizəçinin məhkum olunduğu vaxt qüvvədə olan metod əvəzinə “Parot doktrina”sı ilə yaradılan yeni qayda ilə hesablamış və onun qanunla hüququ olan cəza azalmasından səmərəli istifadədən məhrum etmişdir..
112. Cəza azalmasının tətbiqi sistemindəki bu dəyişiklik Ali Məhkəmənin, qanunvericilik dəyişikliyinin ardından əvvəlki məhkəmə təcrübəsini dəyişməsinin nəticəsi idi. Beləliklə, müəyyən olunmalı məsələ odur ki, 1973-cü il Cinayət Məcəlləsinin müddəalarının cinayətlər törədildikdən, ərizəçi məhkum olunduqdan, hətta cəzalarının birləşdirilməsi və maksimum adalıqdan məhrumetmə müddətinin tətbiqi barədəki 30 noyabr 2000-ci il qərarından çox sonra, yeni şərhi ərizəçi üçün öngörülə bilən idimi, yəni məhkəmə təcrübəsinın anlaşılan inkişaf xəttini əks etdirdiyi hesab edilə bilərdimi (bax: S.W. və C.R. v. the United Kingdom, ...). Bunu müəyyən etmək üçün ərizəçinin məhkum olunduğuzalarının birləşdirildiyi və ona maksimum azadlıqdan məhrumetmə müddətinin tətbiq olunduğu barədə məlumatlandırıldığı zaman, eytiyac olduğu təqdirdə hüquqşünas köməyindən sitifadə etməklə, ona tətbiq olunan cəzanın, 1973-cü il Cinayət Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulan həbsxanada görülən işlərə görə cəza azalmasının tətbiq edilmədiyi həqiqi otuz illik azadlıqdan məhrumetməyə çevriləcəyini öngörə bilməsi araşdırılmalıdır.
Bunu edərkən Məhkəmə həmin vaxt qüvvədə olan qanunvericiliyi, xüsusilə Ali Məhkəmənin 28 fevral 2006-cı il qərarı ilə yaradılan “Parot doktrinası”ndan əvvəlki məhkəmə və inzibatı təcrübəni nəzərə almalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, bu qərarda istinad edilmiş yeganə qərarda, yəni 8 mart 1994 qərarında Ali Məhkəmə əks yanaşma nümayiş etdirmiş və hesab etmişdi ki, otuz illik maksimim həbs müddəti “yeni, müstəqil cəza növü”dür və qanunla nəzərdə tutulan bütün cəza azalmaları ona tətbiq edilməlidir ... Məhkəmənin fikrincə, İspan hüququna görə bir qərarın presedent yaratmaması ... həlledici ola bilməz. Bundan əlavə, 28 fevral 2006-cı il qərarı ilə razı olmayan hakimlərin bildirdiyi kimi, Ali Məhkəmənin plenar tərkibinin 18 Iyul 1996-cı ildə qəbul etdiyi razılaşmaya əsasən, 1973-cü il Cinayət Məcəlləsinin verdiyi cəza azalması hüququ yeni və köhnə Cinayət Məcəllələri əsasənda çəkilməli olan cəzçaları müqayisə edərkən nəzərə alınmalıdır...1995-ci il Cinayət Məcəlləsi qüvvəyə mindikdən sonra, həbsxanada görülən işlərə görə cəza azalması sisteminin cəzalara təsirini nəzərə alaraq, hansı Cinayət Məcəlləsinin daha yüngül olduğunu müəyyən etmək üçün, ispan məhkəmələri hər bir işin hallarına uyğun olaraq bu yanaşmanı tətbiq etməyə dəvət edilmişdi.
113. Hökumət özü də qəbul edir ki, «Parot doktrinası”ndan əvvəl həbsxana və məhkəmə orqanlarının təcrübəsi həbsxanada görülən işlərə görə cəza azalmasını maksimum otuz illik azadlıqdan məhrumetmə müddətinə tətbiq etmək idi, baxmayaraq ki, Ali Məhkəmənin bu məsələ üzrə ilk qərarı 1994-cü ildə qəbul edilmişdi.
114. Məhkəmə həmçinin, Ali Məhkəmənin öz təcrübəsindən yalnız 2006-cı ildə, həmin qanunun ləğvindən on il zaman keçdikdən sonra imtina etməsini əhəmiyyətli hesab edir. Beləliklə, Ali Məhkəmə, artıq qüvvədə olmayan qanunun, yəni 1995-ci il Cinayət Məcəlləsinin ləğv etdiyi 1973-cü il Cinayət Məcəlləsinin şərhini vermişdir. Bundan əlavə, yuxarıda göstərildiyi kimi (bax: paraqraf 102), 1995-ci il Cinayət Məcəlləsinin keçid müddəaları xüsusən daha ağır cinayt qanunun geriyə qüvvəsinin qadağan edilməsi qaydasına riayət etmək üçün, 1973-cü il Cinayət Məcəlləsi əsasında məhkum olunmuş ərizəçi kimi şəxslərə münasibətdə həbsxanada görülən işlərə görə cəza azalması sisteminin saxlanmasını nəzərdə tuturdu. Bununla belə, Ali Məhkəmənin, hər hansı artıq verilmiş cəza azalmasını səmərəsiz edən yeni təfsiri, təcrübədə ərizəçi və onunla bənzər vəziyyətdə olan şəxslərin azalma sisteminin faydalarından məhrum olunmasına gətirib çıxarmışdı.
115. Bundan əlavə, Məhkəmə Hökumətin Ali Məhkəmənin yeni şərhinin, 1973-cü il Cinayət Məcəlləsinin ifadə formasına daha uyğun olmasına görə, öngörülə bilən olması barədəki arqumentini qəbul edə bilməz. Məhkəmə xatırladır ki, onun vəzifəsi yerli hüquqda həmin Məcəllənin müddəalarının necə təfsir olunmalı olmasını müəyyənləşdirmək deyil, yeni şərhin həmin vaxt qüvvədə olan “qanun”a uyğun olaraq, ərizəçi üçün öngörülə bilən olub-olmadığını araşdırmaqdır. Həmin “qanun” –Konvensiyada istifadə olunduğu kimi, sustantiv mənada, yəni yazılmamış qanunları və ya məhkəmə təcrübəsini də ehtiva edən şəkildə – davamlı şəkildə həbsxana və məhkəmə orqanları tərəfindən uzun illər ərzində, «Parot doktrinası” yeni qayda gətirənədək tətbiq edilmişdir. Yuxarıda istinad edilmiş S.W. və C.R. v. the United Kingdom işlərində olan təfsirdən fərqli olaraq, hazırki işdəki presedent hüququnun dəyişməsi cinayət hüququn məhkəmə təcrübəsi inkişaf xəttinə uyğun olaraq təfsiri deyildi.
116. Nəhayət, Məhkəmənin fikrincə, Ali Məhkəmənin istinad etdiyi cinayət siyasəti mülahizəsi bu dəyişikliyi əsaslandırmaq üçün kifəayət edə bilməz. Məhkəmə qəbul edir ki, Ali Məhkəmə 1995-ci il Cinayət Məcəlləsində dəyişiklik edən 7/2003 saylı qanunu geriyə tətbiq etməmişdir, lakin Ali Məhkəmənin əsaslandırmasından aydındır ki, onun məqsədi həmin qanunla eyni idi, yəni maksimum azadlıqdan məhrumetmə müddətinin uzun müddət həbc cəzası almış məhkumlar tərəfindən real olaraq çəkilməsini təmin etmək idi...Bununla bağlı, Məhkəmə qəbul edir ki, Dövlətlər öz cinayət siyasətlərini, məsələn, cinayətlərə tətbiq olunana cəzaları ağırlaşdırmaqla müəyyənləşdirməkdə sərbəstdirlər (bax: Achour, yuxarıda istinad edilmiş, § 44), lakin onlar bunu edərkən Maddə 7-nin tələblərinə riayət etməlidirlər (Maktouf and Damjanović v. Bosnia and Herzegovina [BP], no. 2312/08 və 34179/08, § 75, 18 iyul 2013). Bununla bağlı, Məhkəmə xatırladır ki, Konvensiyanın 7-ci maddəsi təqsirləndirilən şəxsin əleyhinə olan cinayət qanunun geriyə qüvvəsini şərtsiz olaraq qadağan edir.
117. Yuxarıdakılara əsaslanaraq, Məhkəmə hesab edir ki, ərizəçi məhkum olunan və cəzalarının birləşdirilməsi və ona maksimum azadlıqdan məhrumetmə müddətinin tətbiq olunması qərarı barədə məlumatlandırıldığı zaman məhkəmə təcrübəsinin Ali Məhkəmənin 28 fevral 2006-cı il tarixli qərarına uyğun bir inkişaf xətti üzrə gedəcəyinə aid heç bir göstərici yox idi. Bu səbəbdən, ərizəçinin Ali Məhkəmənin əvvəlki təcrübəsini dəyişəcəyinə və bunun nəticəsi olaraq, Audiencia Nacionalın ona verilmiş cəza azalmasını ona tətbiq edilmiş maksimum otuz illik azadlıqdan məhrumetmə müddətinə deyil, ona verilmiş hər bir cəzaya ayrılıqda tətbiq edəcəyinə inanması üçün heç bir əsas yox idi. Məhkəmənin yuxarıda qeyd etdiyi kimi, (bax: paraqraf 109 və 111), məhkəmə təcrübəsinin bu cür dəyişməsi ərizəçiyə verilmiş cəzanın mahiyyətini, onun əleyhinə olaraq dəyişmişdi.
118. Bundan belə nəticə çıxır ki, Konvensiyanın 7-ci maddəsinin pozuntusu baş vermişdir.
II. KONVENSIYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
119. Ərizəçi iddia edir ki, 3 iyul 2008-ci ildən etibarən “qanuni”lik və “qanunla nəzərdə tutulmuş qaydada” tələblərinə zidd olaraq həbsdə saxlanmışdır. O, Konvensiyanın 5-cı maddəsinə istinad edir və sonuncunun müvafiq hissəsində deyilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
(a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;”
A. Palata qərarı
120. Palata öz qərarında onun Konvensiyanın 7-ci maddəsinin pozuntusunu elan etməsinə səbəb olan mülahizələrinə əsaslanaraq bildirmişdi ki, ərizəçinin real azadlıqdan məhrumetmə müddətinin doqquz ildən çox bir müddətə arta biləcəyini və əvvəlki məhkəmə təcrübəsinin dəyişməsi nəticəsində cəza azalmasının yeni qaydasının onun halında geriyə tətbiqini həmin vaxtda ağlabatan dərəcədə öngörə bilməzdi. Palata nəticədə hesab etmişdi ki, 3 iyul 2008-ci ildən etibarən ərizəçinin həbsi “qanuni” olmamışdır və bu səbəbdən, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur (qərar, § 75).
B. Tərəflərin Böyük Palataya təqdimatları
1. Ərizəçi
121. Ərizəçi bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi də qanunun keyfiyyəti ilə bağlı tələblər nəzərdə tutur. Bu o deməkdir ki, azadlıqdan məhrumetmə nəzərdə tutan qanun tətbiqi məsələsində kifayət qədər aydın və öngörülə bilən deyildi. Ərizəçi daha sonra bildirir ki, Maddə 5 bu hüququ nəzərdə tutan hüquq müddəalarının şərti və ya kiminsə diskresion səlahiyyətinə bağlı deyil, bu hüququ əldə etmək üçün qanunda nəzərdə tutulan tələblərə riayət edən bütün şəxslərə tətbiq olumalı olduğu halda, məhkum olunmuş şəxslərin erkən azadedilmə hüququna da tətbiq edilir (Grava, yuxarıda istinad edilmiş, §§ 31-46). Bu, Maddə 7 mənasında tədbirin özünə və ya onun icra qaydasına aid olmasından asılı olmalı deyildir. Ərizəçi iddia edir ki, cəzanın uzadılması və/və ya onun həqiqi müddəti ağlabatan dərəcədə öngörülə bilən olmamışdır və alternativ olaraq, ona tətbiq edilmiş cəzanın əhatə dairəsi və/və ya onun icrası qaydası və/və ya onun real müddəti ağlabatan dərəcədə öngörülə bilən deyildi.
2. Hökumət
122. Hökumət bildirir ki, Palata qərarı Məhkəmənin Konvensiyanın 5-cı maddəsi ilə bağlı yurisprudensiyasından, xüsusilə yuxarıda istinad edilmiş Kafkaris və M. v. Germany işlərindən fərqlənir. O iddia edir ki, hazırki işdə ərizəçinin törətdiyi çoxsaylı cinayətlərə görə ona tətbiq edilmiş cəzalarla ərizəçinin həbsdə keçirdiyi müddət arasında açıq səbəbli əlaqə vardır. Ərizəçinin məhkum olunduğu qərarlarda, onun cəzalarının birləşdirilməsi və maksimum həbs müddətinin təyin edilməsi barədəki 2000-ci il qərarı və ərizəçinın yekun azadedilmə tarixini 27 iyun 2017-ci il olaraq müəyyən edən 2001-ci il qərarındakı kimi bildirilirdi ki, ərizəçi həbsdə otuz il keçirəcək.
C. Məhkəmənin dəyərləndirməsi
1. Məhkəmə təcrübəsində yaranmış prinsiplər
123. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (a) - (f) altbəndlərində azadlıqdan mıhrumetmənin icazə verilən əsaslarının tam siyahısı göstərilmişdir və azadlıqdan məhrumetmə bu əsaslardan birinin altına duşməzsə, qanunsuz hesab edilir (bax: M. v. Germany, yuxarıda istinad edilmiş, § 86). Maddə 5 § 1 (a) “bir şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum olunmasından sonra qanuni həbs”inə icazə verir. Fransızca olan mətnə baxıldığında, Maddə 5 § 1 (a)-nın məqsədləri üçün “məhkumluq” sözü həm cinayətin olmasının qanuna əsasən müəyyən olunmaşsından sonra təqsirin olması (bax: Guzzardi v. Italy, 6 noyabr 1980, § 100, Series A no. 39), həm də azadlıqdan məhrum etməni əhatə edən bir cəza və ya tədbirin tətbiq edilməsi (bax: Van Droogenbroeck v. Belgium, 24 iyun 1982, § 35, Series A no. 50) mənasına gəlir.
124. Bundan əlavə, (a) altbəndində işlənilən “sonra” sözü yalnız o demək deyildir ki, həbs zaman baxımından “məhkumluq”dan sonra gəlməlidir: üstəlik, “həbs”, “məhkumluq”dan irəli gəlməli, onu “izləməli və ondan asılı olmalı” və ya onun nəticəsində baş verməlidir. Qısacası, bu ikisi arasında kifayət qədər səbəbli əlaqə olmalıdır (bax: Weeks v. the United Kingdom, 2 mart 1987, § 42, Series A no. 114, § 42; Stafford v. the United Kingdom [BP], no. 46295/99, § 64, ECHR 2002‑IV; Kafkaris, yuxarıda istinad edilmiş, § 117; və M. v. Germany, yuxarıda istinad edilmiş, § 88). Bununla belə, vaxt keçdikcə, ilkin məhkumluqla azadlıdan məhrumetmə azasındakı əlaqə yavaş-yavaş zəifləyir (bax: Van Droogenbroeck, yuxarıda istinad edilmiş, § 40). (a) altbəndində tələb olunan səbəbli əlaqə, azadlığa buraxmama qərarının və ya yenidən həbs etmə qərarının, ilkin məhkumluq qərarını qəbul etmiş məhkəmənin məqsədlərinə uyğun olmadığı və ya bu məqsədlərə uyğun olmayan dəyərləndirməyə əsaslandığı hallarda pozula bilər. Belə olan hallarda, əvvəl qanuni olan azadlıqdan məhrumetmə, sonradan qanunsuz və maddə 5-ə zidd həbsə çevrilə bilər (bax: Weeks, yuxarıda istinad edilmiş, § 49, və Grosskopf v. Germany, no. 24478/03, § 44, 21 oktyabr 2010).
125. Məhkəmənin Maddə 5 § 1 üzrə yurisprudensiyasına əsasən, bütün həbslər (a) - (f) altbəndlərində sadalanan istisnalara uyğun və “qanuni” olmalıdır. Həbsin “qanunla nəzərdə tutulan prosedur”a uyğun olaraq edilməsi də daxil olmaqla, “qanuniliyi” ilə bağlı Konvensiya əsasən yerli hüquqa istinad edir və daxili qanunvericiliyin substantive və prosessual normalaraına uyğunluq tələbi irəli sürür. Bu, ilkin olaraq hər bir tutulma və ya həbsin yerli qanunvericilikdə qanuni əsasının olmasını tələb edir, lakin həm də qanunun keyfiyyəti ilə bağlıdır və onun Konvensiyanın bütün maddələrində yer tutan hüququn aliliyi tələbinə uyğun olmasını nəzərdə tutur (bax: Kafkaris, yuxarıda istinad edilmiş, § 116, və M. v. Germany, yuxarıda istinad edilmiş, § 90). “Qanunun keyfiyyəti” onu nəzərdə tutur ki, milli hüququn həbsə icazə verdiyi hallarda, hər hansı özbaşınalığın qarçısının alınması üçün qanun kifayət qədər çatımlı, dəqiq və tətbiqində öngörülə bilən olmalıdır (bax: Amuur v. France, 25 Iyun 1996, § 50, Reports 1996‑III). Konvensiyanın qoyduğu “qanunilik” standartı tələb edir ki, bütün qanunlar, fərdə, lazım gələrsə müvafiq yardım almaqla, işin hallarında ağlabatan dərəcədə hər hansı bir əməlin nəticələrini anlamasına imkan vermək üçün kifayət qədər dəqiq olsun (bax: Baranowski v. Poland, no. 28358/95, § 52, ECHR 2000‑III; M. v. Germany, yuxarıda istinad edilmiş, § 90; və Oshurko v. Ukraine, no. 33108/05, § 98, 8 september 2011). Azadlıqdan məhrumetmə hallarında yerli qanunvericiliyin həbsin şərtlərini dəqiq şəkildə müəyyən etməsi vacibdir (bax: Creangă v. Romania [BP], no. 29226/03, § 120, 23 fevral 2012).
126. Nəhayət, Məhkəmə xatırladır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (a) altbəndi öz-özlüyündə məhbusun şərti və ya yekun erkən azadedilmə hüququnu təmin etmir (bax: İrfan Kalan v. Turkey (qərardad), no. 73561/01, 2 oktyabr 2001, və Çelikkaya v. Turkey (qərardad), no. 34026/03, 1 iyun 2010), lakin vəziyyət, diskresion səlahiyyəti olmayan səlahiyyətli orqanların qanunda nəzərdə tutulan şərtlərə əməl edən hər bir fərdə tətbiq etməyə məcbur olduğu hallarda fərqli ola bilər (bax: Grava, yuxarıda istinad edilmiş, § 43; Pilla v. Italy, no. 64088/00, § 41, 2 mart 2006; və Şahin Karataş v. Turkey, no. 16110/03, § 37, 17 iyun 2008).
2. Yuxarıdakı prinsiplərin hazırki işə tətbiqi
127. Məhkəmə ilk olaraq müşahidə edir ki, ərizəçinin düzgün qeyd etdiyi kimi, Konvensiyanın 7-ci maddəsinin məqsədləri üçün “cəza” və onun “icra”sı arasında qoyulan fərq Maddə 5 § 1 (a)-nın məqsədləri üçün həlledici deyildir. Bir cəzanın icrası və ya onun dəyişdirilməsi tədbiri, Maddə 5 § 1-lə təminat verilən verilən azadlıq hüququna təsir edə bilər, çünki real azadlıqdan məhrumetmə müddəti, digər şeylərlə yanaşı, cəzanın icrasından asılıdır (bax:, məsələn, Grava, yuxarıda istinad edilmiş, §§ 45 və 51, və, Dövlətlər arasında məhbus göndərilməsi qaydaları ilə bağlı, Szabó v. Sweden (qərardad), no. 28578/03, ECHR 2006-VIII). Maddə 7 hökmü çıxaran məhkəmə tərəfindən verilmiş “cəza”ya, Maddə 5 isə onun nəticəsində çəkilən həbsə tətbiq edilir.
128. Hazırki işdə Məhkəmənin ərizəçinin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (a) altbəndi mənasında səlahiyyətli məhkəmə tərəfindən, qanunla nəzərdə tutulan prosedura uyğun olaraq həbs edildiyinə heç bir şübhəsi yoxdur. Əslində, ərizəçi, ilkin olaraq həbsxana müdriyyəti tərəfindən onun yekun azadedilmə günü təklif edilən 2 iyul 2008-ci ilədək həbsinin qanuni olmasını mübahisələndirmir. Məhkəmə bu səbəbdən, müəyyən etməlidir ki, ərizəçinin bu tarixdən sonrakı davamlı həbsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında “qanuni” olmuşdumu.
129. Məhkəmə qeyd edir ki, səkkiz ayrı cinayət prosesində Audiencia Nacional ərizəçini terror hücumları ilə bağlı cinayətlərdə təqsirli hesab etmişdi. Cinayətlərin törədildiyi zaman qüvvədə olan Cinayət Məcəlləsinə uyğun olaraq, ərizəçi bütünlükdə 3,000 ildən çox həbc cəzası verilmişdi (bax: yuxarıdakı paraqraf 11-12). Bu qərarların çoxunda, həmçinin cəzaların birləşdirilməsi və maksimum azadlıqdan məhrumetmə müddətinin tətbiqi barədə 30 noyabr 2000-ci il qərarında Audiencia Nacional bildirmişdi ki, ərizəçinin real olaraq çəkməli olduğu müddət 1973-cü il Cinayət Məcəlləsinin 70.2 Maddəsinə əsasən otuz illik maksimum azadlıqdan məhrumetmə müddətidir (bax: yuxarıdakı paraqraf 11 və 14). Məhkəmə qeyd edir ki, ərizəçinin həbs müddəti hələ bu maksimum müddətə çatmamışdır. Ərizəçinin təqsirliliyi barədəki hökmlərdən irəli gələn məhkum edilməsi və otuz illik maksimum azadlıqdan məhrumetmə müddətinin müəyyən edilməsi haqqındakı 30 Noyabr 2000-ci il qərarlarından irəli gələn, 2 iyul 2008-ci ildən sonrakı davamlı həbsi arasında aydın səbəbli əlaqə vardır (bax:, mutatis mutandis, Kafkaris, § 120).
130. Bununla belə, Məhkəmə müəyyən etməlidir ki, ərizəçinin 2 iyul 2008-ci ildən sonra həbsinə icazə verən “qanun” tətbiqi ilə bağlı kifayət qədər öngörülə bilən idimi. Öngörülə bilənlik tələbinə riayət edilməsi ilkin məhkumedilmə və sonrakı həbs müddətində qüvvədə olan “qanun” nəzərə alınaraq araşdırılmalıdır. Konvensiyanın 7-ci maddəsinin pozuntusunu elan etməsinə səbəb olan mülahizələr əsaslanaraq, Məhkəmə hesab edir ki, ərizəçinin məhkum olunduğu, həbsxana işlədiyi və ərizəçinin cəzalarının birləşdirilməsi və maksimum azadlıqdan məhrumetmə müddətinin müəyyən olunduğu zaman ərizəçi həbsxanada görülən işlərə görə cəzaların azalması metodunun Ali Məhkəmənin 2006-cı ildə öz yurisprudensiyasını dəyişməsilə dəyişəciyəni və bu yeni yanaşmanın ona tətbiq ediləcəyini ağlabatan dərəcədə öngörə bilməzdi.
131. Məhkəmə qeyd edir ki, yurisprudensiyasının dəyişməsinin ərizəçinin vəziyyətinə tətbiqi həqiqətən onun azadolunma tarixini doqquz il gecikdirmişdir. Bu səbəbdən, ərizəçinin azadlıqdan məhrumetmə müddəti, onun məhkum olunduğu zaman qüvvədə olan qanuna əsasən və cəza azalmaları nəzərə alınaraq çəkməli olduğu vaxtdan daha uzun olmuşdur (bax: mutatis mutandis, Grava, yuxarıda istinad edilmiş, § 45).
132. Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin 3 Iyul 2008-ci ildən sonrakı müddətdə həbsdə qalması “qanuni” olmamış və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur .
III. KONVENSIYANIN 46-CI MADDƏSİ
133. Konvensiyanın 46-cı maddəsinin müvanfiq hissələrində deyilir:
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.
... ”
A. Palata qərarı
134. İşin xüsusi halları və Konvensiyanın 7-ci maddəsi və 5-ci maddəsinin 1-ci bəndinin pozuntusuna son qoymaq ehtiyacı nəzərə alınaraq, Palata hesab etmişdir ki, ərizəçinin mümkün ən tez tarixdə azad edilməsini təmin etmək cavabdeh Dövlətin öhdəliyidir (§ 83, qərar).
B. Tərəflərin Böyük Palataya təqdimatları
1. Ərizəçi
135. Ərizəçi iddia edir ki, Məhkəmə heç vaxt bənzər işlərdə özünün hər hansı fərdi tədbirin uyğun olmadığının bildirmək kimi istisna səlahiyyətindən istifadə etməmişdir. Ərizəçi birldirir ki, Məhkəmənin görülməli tədbirləri göstərmək səlahiyyəti vardır və elan olunmuş pozuntun xarakterinin “onu aradan qaldırmaq üçün tələb olunan tədbirlə bağlı heç bir real seçim”ə imkan vermədiyi hallarda, Məhkəmə bircə belə tədbiri göstərə bilər. Ərizəçi həmçinin Hökuməti Məhkəmənin Konvensiyanın 5 və 7-ci maddələrinin pozuntusunu elan edəcəyi təqdirdə onun azad edilməsindən başqa hansı tədbirin mümkünlüyünü bildirmədiyinə görə tənqid edir.
2. Hökumət
136. Hökumət bildirir ki, məhkum olunmuş şəxsin həbs müddətinin uzanması ilə nəticələnən qanunvericilik dəyişikliyinin geriyə tətbiq olunması ilə bağlı bənzər işlərdə Məhkəmə heç vaxt qərarının icrası üçün lazım olan fərdi tədbirləri göstərmək kimi istisna səlahiyyətindən istifadə etməmişdir (Hökumət yuxarıda istinad edilmiş M. v. Germany işinə istinad edir). Bununla bağlı Hökumət vurğulayır ki, Kafkaris işində (yuxarıda istinad edilmiş) qanunvericiliyinin standart tələblərə uyğun olamaması səbəbilə Maddə 7-nin pozuntusunu tapsa da, Məhkəmə qərarın qəbul edildiyi zaman hələ də həbsxanada olan ərizəçinin azad edilməsi ilə bağlı hər hansı tədbir görülməsini tələb etməmişdi (Hökumət Kafkaris v. Cyprus işinə istinad edir (qərardad.), no. 9644/09, 21 iyun 2011).
C. Məhkəmənin dəyərləndirməsi
137. Konvensiyanın 46-cı maddəsinə əsasən, Razılığa Gələn Yüksək Tərəflər tərəf olduqları hər hansı işdə Məhkəmənin qəbul etdiyi qərara uyğunlaşmağı öhdələrinə götürür və qərarın icrası Nazirlər Komitəsi tərəfindən nəzarət edilir. Bu o deməkdir ki, Məhkəmənin pozuntu tapdığı halda cavabdeh Dövlət yalnız 41-ci maddəyə əsasən əvəzin ədalətli ödənilməsi üçün müəyyən edilən məbləği ödəmək öhdəliyi daşımır, həm də fərdi tədbirlər və/və ya lazəm gələrsə, Məhkəmənin tapdığı pozuntuya son qoymaq və ya onun nəticələrini aradan qaldırmaq üçün daxili sistemdə ümumi tədbirlər görür ki, bunun da məqsədi ərizəçini mümkün dərəcədə Konvensiyanın tələblərinə əməl olunduğu halda ola biləcəyi vəziyyətə qaytarmaqdır (bax: digər işlərlə yanaşı, Scozzari and Giunta v. Italy [BP], no. 39221/98 və 41963/98, § 249, ECHR 2000‑VIII; Verein gegen Tierfabriken Schweiz (VgT) v. Switzerland (no. 2) [BP], no. 32772/02, § 85, ECHR 2009; və Scoppola (no. 2), yuxarıda istinad edilmiş, § 147).
138. Doğrudur ki, prinsipcə, cavabdeh Dövlət Konvensiyanın 46-cı maddəsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmək yollarını seçməkdə sərbəstdir, bir şərtlə ki, bu tədbirlər Məhkəmə qərarında göstərilən mülahizələrə uyğun olsun (bax: Scozzari and Giunta, yuxarıda istinad edilmiş, § 249). Bununla belə, bəzi hallarda, cavabdeh Dövlətə 46-cı maddə üzrə öhdəliklərini yerinə yetirməkdə yardım etmək üçün Məhkəmə pozuntu tapəlmasına səbəb olan vəziyyətə son qoyulması üçün gərək olan fərdi və /və ya ümumi tədbirləri göstərə bilər (bax: Broniowski v. Poland [BP], no. 31443/96, § 194, ECHR 2004‑V, və Stanev v. Bulgaria [BP], no. 36760/06, §§ 255-258, ECHR 2012). Başqa istisna hallarda, tapılmış pozuntunun xarakteri elə ola bilər ki, onu aradan qaldırmaq üçün tələb olunan tədbirlər üçün heç bir real seçim olmaz və Məhkəmə yalnız bir belə tədbiri göstərə bilər (bax: Assanidze v. Georgia [BP], no. 71503/01, §§ 202-203, ECHR 2004‑II; Aleksanyan v. Russia, no. 46468/06, §§ 239-240, 22 Dekabr 2008; və Fatullayev v. Azerbaijan, no. 40984/07, §§ 176-177, 22 Aprel 2010).
139. Böyük Palata Palatanın gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırki iş sonunculardandır. İşin xüsusi halları və Konvensiyanın pozuntusuna son qoymaq ehtiyacı nəzərə alınaraq, Böyük Palata hesab edir ki, ərizəçinin mümkün ən tez tarixdə azad edilməsini təmin etmək cavabdeh Dövlətin öhdəliyidir.
IV. KONVENSIYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
140. Konvensiyanın 41-ci maddəsində deyilir:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir ».”
141. Ərizəçi çəkdiyi iddia olunan mənəvi ziyana görə kompensasiya və məsrəf və xərclərin əvəzinin ödənilməsini xahiş etmişdir. Hökumət mənəvi ziyana görə təzminatı qəbul etməmişdir.
A. Palata qərarı
142. Palata qərarında ərizəçiyə mənəvi ziyana görə 30,000 Avro (EUR) verilməsini əmr etmişdi. O həmçinin Məhkəmə prosesində çəkdiyi xərclərə görə EUR 1,500 vermişdi.
B. Tərəflərin Böyük Palataya təqdimatları
1. Ərizəçi
143. Ərizəçi çəkdiyi iddia olunan mənəvi ziyana görə EUR 60,000 və Palata tərəfindən verilən məbləğdən əlavə Böyük Palata qarşısında çəkdiyi xərclərin əvəzinin ödənilməsini xahiş etmişdir. Ərizəçi Böyük Palata qarşısındakı prosesdə çəkdiyi məsrəf və xərclərə aid heç bir qəbz təqdim etməmişdir.
2. Hökumət
144. Hökumət bildirir ki, Məhkəmənin ərizəçi kimi çoxsaylı qəsdən adamöldürmə cinayətlərində məhkum olmuş və ədalətli məhkəmə araşdırmasının bütün tələblərə cavab verən bir məhkəmə prosesində təqsirli birlinən bir şəxsə təzminat verməsini başa düşmək çox çətindir. Hökumət iddia edir ki, Kafkaris qərarında (yuxarıda istinad edilmiş), “işin bütün halları nəzərə alınaraq”, Məhkəmə hesab etmişdi ki, Konvensiyanın 7-ci maddəsinin pozulduğunun elan edilməsi öz-özlüyündə çəkilən mənəvi ziyana görə ədalətli kompensasiyadır.
C. Məhkəmənin dəyərləndirməsi
1. Mənəvi ziyan
145. Məhkəmə qəbul edir ki, Kafkaris qərarında pozuntunun elan edilməsinin öz-özlüyündə çəkilən mənəvi ziyana görə ədalətli kompensasiya olduğunu hesab etmişdi. Bununla belə, bu qərarda Məhkəmə 5-ci maddəsinin 1-ci bəndinin pozulduğunu tapmamışdı və Maddə 7-nin pozuntusu qanunun keyfiyyətilə bağlı idi. Hazırki iş fərqlidir, Məhkəmə bu işdə ərizəçinin 2 iyul 2008-ci ildən etibarən davamlı həbsi Maddə 5 § 1-ə zidd olduğunu hesab etmişdir və Konvensiyanın 7-ci maddəsinə zidd olaraq, ərizəçiyə ona veriləndən daha ağır cəza tətbiq edilmişdir (bax: mutatis mutandis, M. v. Germany, yuxarıda istinad edilmiş, § 141). Bu, ərizəçiyə müəyyən mənəvi ziyan vurmuşdur ki, pozuntu tapılması bunu tam kompensə edə bilməz.
146. İşin bütün hallarını nəzərə alaraq və ədalətli dəyərləndirmə apararaq, Məhkəmə ərizəçiyə EUR 30,000 təzminat müəyyən edir.
2. Məsrəf və xərclər
147. Məhkəmənin təcrübəsinə əsasən, Maddə 41-yə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. (bax:, məsələn, Iatridis v. Greece (əvəzin ədalətli ödənilməsi) [BP], no. 31107/96, § 54, ECHR 2000‑XI).
148. Böyük Palata qeyd edir ki, ərizəçiyə Palata qarşısında xərclərinə görə EUR 1,500 verilmişdi. Ərizəçi Böyük Palata qarşısındakı prosesdə çəkdiyi xərclərin sübutunu təqdim etmədiyindən (müqayisə et: Tănase v. Moldova [BP], no. 7/08, § 193, ECHR 2010), Ərizəçiyə bütün məsrəf və xərclərə görə EUR 1,500 verilir.
3. Qərarın icrasının gecikdirilməsinə görə faiz
149. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARLA, MƏHKƏMƏ
1. Elan edir ki, Konvensiyanın 7-ci maddəsi pozulmuşdur (on beş səsə qarşı iki səs);
2. Elan edir ki, 3 iyul 2008-ci ildə etibarən ərizəçinin həbsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olaraq “qanuni” olmamışdır (yekdilliklə);
3. Elan edir ki, cavabdeh Dövlət, ərizəçinin mümkün olan ən tez tarixdə azad edilməsini təmin etməlidir (on altı səsə qarşı bir səs);
4. Elan edir ki, cavabdeh Dövlət qərarın qüvvəyə mindiyi tarixdən üç ay ərzində ərizəçiyə, tətbiq ediləcək bütün vergi məbləği də əlavə olunmaqla, mənəvi ziyana görə EUR 30,000 (otuz min avro) ödəməlidir (on səsə qarşı yeddi səs);
5. Elan edir ki, cavabdeh Dövlət qərarın qüvvəyə mindiyi tarixdən üç ay ərzində ərizəçiyə məsrəf və xərclərə görə, tətbiq ediləcək bütün vergi məbləği də əlavə olunmaqla, EUR 1,500 (min beş yüz avro) ödəməlidir (yekdilliklə);
6. Elan edir ki, yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən 4 və 5-ci bəndəki məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;
7. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini yekdilliklə rədd edir.
Fransız və ingilis dillərində hazırlanmış və 21 oktyabr 2013-cü ildə Strazburqda İnsan Hüquqları Sarayında elan edilmişdir.
Michael O’BoyleDean Spielmann
Katib müavini Sədr
Bu qərara, Konvensiyanın 45-ci maddəsnin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı xüsusi rəylər əlavə olunmuşdur:
(a) hakim Nicolaounun razılaşma rəyi;
(b) hakimlər Villiger, Steiner, Power‑Forde, Lemmens və Griţconun birgə hissəvi fərqli rəyi;
(c) hakimlər Mahoney və Vehabovićin birgə hissəvi fərqli rəyi;
(d) hakim Mahoneyin birgə hissəvi fərqli rəyi.
D.S.
M.O.B.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Digər işlərlə yanşı terrorist işlərinə baxmaq səlahiyyəti olan və Madriddə yerləşən məhkəmə.
Full & Egal Universal Law Academy